Vaqiyənəvis və ya Məclisnəvis - Səfəvi dövlətinin idarə quruluşunda məsul məmurlar arasında yer alan vəzifələrdən biri. Viladimr Minorskinin Şardenin səyahətnaməsinə əsasən verdiyi məlumatlara əsasən vəzir-i əzəm sarayda olmadıqda onun işlərini də vaqiyənəvis idarə edirdi. O, məclislərdə və yığıncaqlarda şahın solunda oturduğuna görə mənbələrdə bəzən “sol vəzir” adlandırılmışdır. Şarden yazır ki, bütün əyalətlərdə vaqiyənəvislər var idi. Vəzir-i çəp isə onların rəisi idi.
Vilayət hakimlərindən və digər vəzifəli mənsublardan şah adına gələn ərzlər şah tərəfindən məclisnəvisin üstünə göndərilirdi. Məclisnəvis həmin ərzləri şah məclisində səsləndirir və sonra da həmin ərzlərlə bağlı şahın hökmləri əsasında şah rəqəmlərini tərtib edərdi. Bütün məsul məclislərdə iştirak etdiyinə görə, məclisnəvis səltənət daxilində baş verən işlərdən də xəbərdar olurdu və ona görə də o, şahın yaxın ətrafından biri kimi qəbul olunurdu. Səfəvi sarayında olmuş avropalı səyyahlar da apardıqları müşahidələrdən sonra məclisnəvisi şaha çox yaxın olan əyanlardan biri kimi xarakterizə edirdi.
Digər tərəfdən məclisnəvis adı “Təzkirət əl-müluk” əsərində “Alicah Müqərrəb əl-Xaqan Məclisnəvis-i Məxfi-i Behişt Ayin”. Minorsky məclisnəvisin şahın münşisi yəni katibi olduğunu qeyd edir. Kempfer də ondan ölkənin böyük münşisi kimi bəhs edir.
Tarixi
Türk tarixçi Fəruq Sümər yazır ki, Səfəvi inşa divanında yalnız farsca deyil, lazım olan zaman türkcə qələmə alındığına və bu ənənənin dövlətin sonuna qədər davam etdiyinə görə vaqiyənəvis, münşi əl-məmalik və mirzələrin çoxu sözsüz ki, türk bilim adamları olmuşdur. Şah Təhmasibin hakimiyyəti illərində məclisnəvis vəzifəsini Mirək bəy Ordubadi və Mir Münşi Hüseyni icra etmişdilər. O da bəllidir ki, Mir Münşi Hüseyni uzun müddət bu vəzifədə olmuş və Şah Təhmasibin həyatının sonuna qədər həmin vəzifəni icra etmişdi. Bu Mir Münşi Hüseyninin bu sahədəki təcrübəsindən və sədaqətli xidmətindən irəli gəlirdi.Şah Təhmasib dövründə inşa divanına bir müddət Əmir Zəkəriyyə Təbrizi Köcəcinin qohumlarından Məhəmməd bəy Təbrizi Göcəci də rəhbərlik etmişdi. Məhəmməd bəyin qohumu Əli bəyin oğlu Mirzə Məhəmməd də inşa divanında işləmişdir. I Şah Səfinin sədr təyin etdiyi Mirzə Məhəmməd I Şah Abbasın zamanında vaqiyənəvis olmuşdu. I Şah Səfi hakimiyyətə keçdikdə vaqiyənəvis vəzifəsində Hatəm bəy Ordubadinin oğlu Talıb xan işləyirdi (1621-1632). I Şah Səfi onu 1632-ci ildə vaqiyənəvis vəzifəsindən azad edib, baş vəzir vəzifəsinə təyin etmişdi. Talıb xandan sonra yenə bu vəzifəyə irəli çəkilən Mirzə Məhəmməd vəfat etmiş və vaqiyənəvis mustofi-ye bəqaya həm də dəftərxana naziri Mirzə Məsim olur. "Zeyl-i tarix-i alamara-yi Abbasi" də mərhum Hatəm bəy Ordubadinin qardaşı Mirzə Əbdülhüseyn Ədhəm bəy Ordubadinin münşi əl-məmalik olduğu və I Şah Səfinin hakimiyyətinin sonuna qədər inşa divanına başçılıq etdiyi qeyd edilir.
Vəzifə və öhdəlikləri
Professor Oqtay Əfəndiyev vaqiyənəvisin vəzifələrindən bəhs edərək yazır:
“Vaqiyənəvis dövlət şurası (məclisi-i əla) iclaslarını sənədləşdirir, arxivi nizama salırdı. O, sarayın tarixşünası, şahın şəxsi katibi idi,şahın yerli hakimlər və xarici dövlətlərlə yazışmasını təşkil edirdi.”
Şarden səyahətnaməsində vaqiyənəsiv vəzifəsi barədə ətraflı məlumatlara rast gəlinir. Şarden yazır:
“....yuxarıda qeyd etdiyimiz vəzifələrdən sonra vaqiyənəvislik mühüm vəzifədir. Vəzir olmadıqda onun vəzifəsini yerinə yetirdiyi üçün “sofvəzir” adlandırırlar. O, öz vəzifəsindən əlavə vəzirin işlərinə, fəaliyyətinə nəzarət edir. Həm də mühüm hadisələr barədə şaha və vəzirlərə məlumat verməlidir. Bundan əlavə şahın bütün fərman və sərəncamlarını yazırdı. Ölkənin bütün nöqtələrində hadisələri qələmə alan vaqiyənəvislər vardır. Onlar bütün baş verən hadisələr barədə, həm də öz məktublarını mərkəzdə sakin vaqiyənəvisə göndərməlidirlər. Sol vəzir və ya əsil vaqiyənəvisin mümtaz məqam və vəzifəsi vardır. Ona görə ki, mühüm hadisələr baş verdikdə həmin hadisələrə qarşı tədbirlər görmək üçün saray onunla məsləhətləşir. Bəzən bəzi məsələlərdə, o cümlədən əcnəbi ölkələrin göndərdikləri elcilər və nümayəndələr ilə necə rəftar etmək, danışmaq barədə öz fikrini söyləyir və dost ölkələrlə müxtəlir müqavilənamələr bağlamaq üçün hansı üsula əl atmaq lazım gəldiyini, müqavilənamələrdə hansı maddələri yerləşdirmək lazım gəldiyini bildirir. Buna görə də ölkəyə daxil olan xarici elcilər onunla görüşüb söhbətlər edirlər. Biqayenəvis onların etibarnamələrini və məktublarını lazımi dəftərdə qeydə alır. Onların şəhərə daxil olduğu günü, məqsədlərini, sakin olacaq yerləri dəftərə yazır. Onlardan sədr-i əzəm vasitəsilə şaha çatdırılması xahişlərini alır. Həmin xahişlər şaha çatdırılıdıqdan sonra şahın verdiyi cavabları, sualların kənarında qeydə alır.”
Vaqiyənəvisin vəzifələri barədə bir digər səyyah Tavernye yazır ki, bu vəzifəyə Şaha çox yaxın olan adam təyin olunurdu. O, Ali məclisdə bütün ərizə və dövlət sənədlərini Şahın hüzurunda oxuyurdu. Şahın şəxsi katibi olan vaqiyənəvis məşvərətçi orqan olan ali məclisin iclaslarını sənədləşdirir, vilayət başçılarına, xarici dövlətlərə Şahın adından məktubları yazır və arxivə nəzarət edirdi.
Mirzə Səmianın canqi əmiri adlandırdığı vaqiyənəvis haqqında Holşteynli Adam Olearinin də gündəliyində maraqlı məlumatlar vardır. O, yazır ki, sarayın, yaxud şahın müşavir və katibi olan vaqiyənəvis şahın məktublarını, hökmlərini, fərmanlarını yazır, həmçinin dövlətin mədaxili və məxaricinin hesablarını aparırdı.Vaqiyənəvis Mirzə Məsum adlı şəxsin rəhbərliyi altında 40 nəfər mirzə fəaliyyət göstərirdi.
Mirzə Səmianın “Təzkirət əl-müluk” əsərində vaqiyənəvisin və ya məclisnəvisin vəzifələri daha dəqiq göstərilib. “Təzkirət əl-müluk”da göstərilir ki, alicah vaqiyənəvis «canqi» əmirlərindəndir. Onun vəzifələrini bu əsər əsasında Minorsky 3 yerə bölmüşdür.
- Digər şahlar tərəfindən Səfəvi şahına yazılan məktubları cavablandırmaqla yanaşı dəftər-i hüdudda yazılan vəzfiələrlə, həme-sale və tiyulla bağlı əmirləri yazmaq.
- Məclisnəvislər şahın göstərişi əsasında şah hökmünü yazılı şəklə salır və sonra da onu şahla razılaşdırırdılar. Müəyyən hallarda isə müxtəlif məsələlər üzrə şahın göstərişi vəziri-əzəm tərəfindən şifahi şəkildə məclisnəvisə çatdırılır və o da həmin şifahi məlumat əsasında şah rəqəminin layihəsini hazırlayırdı.
- Vilayət hakimlərindən və digər vəzifəli mənsublardan şah adına gələn ərzlər şah tərəfindən məclisnəvisin üstünə göndərilirdi. Məclisnəvis həmin ərzləri şah məclisində səsləndirir və sonra da həmin ərzlərlə bağlı şahın hökmləri əsasında şah rəqəmlərini tərtib edərdi. Bütün məsul məclislərdə iştirak etdiyinə görə, məclisnəvis səltənət daxilində baş verən işlərdən də xəbərdar olurdu və ona görə də o, şahın yaxın ətrafından biri kimi qəbul olunurdu.Mirzə Samia yazır ki, qara rəngli mürəkkəbli tuğra ilə bu əmrlərin üzərini xətləmək sadəcə vaqiyənəvisin vəzifəsi idi.
Tabeliyindəki məmurlar
“Təzkirət əl-Müluk”də vaqiyənəvisin tabeliyində 10 məmur olduğu qeyd edilsə də, sadalanan məmurların sayı 23-24 nəfərə çatır.
Bu məmurlar “Təzkirət əl-Müluk”də belə təsvir edilir:
- Rəqəmnəvislər və rəqəmlərin sərriştədari (qeydiyyatçı): 7 nəfər
- Divan rəqəmnəvisi və onun 3 köməkçisi, rəqəmləri yazan şəxs (5 nəfər); Qeydiyyatçıların qaralamalarından dərc edilmiş rəqəmlərin rəqəmnəvisləri (2 nəfər); Vaqiyənəvisin tabeliyində onun işlərini görən şəxslər (3 nəfər);
- Vaqiyənəvisin tabeliyində onun işlərini görən digər şəxslər (2 nəfər);
- Namənəvis (məktub yazan) (1 nəfər).
Yuxarıda qeyd edildiyi kimi vaqiyənəvis Mirzə Məsumun rəhbərliyi altında 40 nəfər mirzə fəaliyyət göstərirdi. O, Qəzvin şəhəri yaxınlığında Əlvənd dağının ətəyindəki Dərmən adlı kənddən olub, adi kəndli oğlu idi. Bu bölgədə Dərmən və Saru adlı iki kənd yerləşir ki, ən yaxşı mirzələr də buradan çıxırlar. Mirzələr gözəl xətlə yazmağı bacarmalıdırlar ki, elə bu səbəbə görə də bu kəndlərin tarlalarında, çoban komalarında addımbaşı yazı yazmaqla məşğul olan gəncləri görmək olur.
Səlahiyyətləri
Minorski həmçinin Vaqiyənəvisin xüsusi səlahiyyətlərindən də bəhs edir. Belə ki, məclisnəvisin günün istənilən vaxtında, istənilən məclislərin gedişində şahın hüzuruna daxil ola bilsin, daxil olan yazışmalar və ərzlər barəsində şaha ərz etsin və onun fikrini öyrənsin. Malik olduğu vəzifə bunu tələb edirdi və şah tərəfindən də ona tutduğu vəzifəyə görə digər əyanlardan daha tez-tez onun yanında olmaq icazəsi verilmişdi. Bu mənada məclisnəvislər saray əyanları içərisində də böyük nüfuz sahibi olmuşdular. Çünki müəyyən hallarda əyan və əmirlər öz məsələlərini də məclisnəvis vasitəsi ilə şaha çatdırmağa çalışırdılar. Baş vəzirdən başqa heç kəs vaqiyənəvis qədər şaha yaxın deyildi və onun sözünün etibarlılığı çox yüksək idi.
Vaqiyənəvislərin maaşı ayda 330 tümən idi. Buna baxmayaraq Minorski Doumanın qeydlərinə əsasən onların aylıq maaşlarının 1000 tümən olduğunu bildirir.
Hər il İsfahan vergilərindən vaqiyənəvisin işçilərinin məvacibi üçün «kağız pulu» adı ilə 30 tümən ayrılıb onlara verilirdi. Hərgah, vaqiyənəvislər özü və ya başqa bir şəxs üçün bir şey xahiş etmək istədikdə, heç bir çətinliklə qarşılaşmadan onu xüsusi və ümumi məclislərdə Şaha çatdıra bilirdilər.
İstinadlar
- Süleymanov, 2020. səh. 218
- Bayramlı, 2015. səh. 112
- Əfəndiyev, 2007. səh. 311
- Süleymanov, 2021. səh. 41
- Bayramlı, 2015. səh. 111
- Vəliyeva, 2007. səh. 182
- Süleymanov, 2020. səh. 219
- Vəliyeva, 2007. səh. 185
- Vəliyeva, 2007. səh. 184
- Süleymanov, 2020. səh. 220
- Bayramlı, 2015. səh. 113
Mənbə
- Süleymanov, Mehman. Səfəvilər. Şah Təhmasib (az.). V. Bakı: Maarif. 2020. ISBN .
- Bayramlı, Zabil Həsrət oğlu. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU (az.). Bakı: «AVROPA» nəşriyyatı. 2015.
- Vəliyeva, Zülfiyyə. Səfəvi Dövlət Təşkilatı (Təzkirətül-Mülükə əsasən) (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 2007.
- Süleymanov, Nizami. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİ XVII ƏSRDƏ (J.Şarden, J.B.Tavernye, P.D.Valle və E.Kempferin gündəlikləri əsasında) (az.). Bakı: İqtisad Universiteti Nəşriyyatı. 2021.
Əlavə ədəbiyyat
- Sanson. Səfərnaməyi Sanson (fars). Tehran: Kitapfuruşi-yi İbn-i Sina. 1363.
- Sümer, Faruk. Safevi devletinin kuruluşu və gelişmesinde Anadolu türklerinin rolu (türk). Ankara: Türk Tarih Kurumu Basımevi. 1976.
- Engelbert, Kaempfer. Səyahətnaməyi Kaempfer (fars). Tehran: İntışârât-ı Harezmî. 1363.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vaqiyenevis ve ya Meclisnevis Sefevi dovletinin idare qurulusunda mesul memurlar arasinda yer alan vezifelerden biri Viladimr Minorskinin Sardenin seyahetnamesine esasen verdiyi melumatlara esasen vezir i ezem sarayda olmadiqda onun islerini de vaqiyenevis idare edirdi O meclislerde ve yigincaqlarda sahin solunda oturduguna gore menbelerde bezen sol vezir adlandirilmisdir Sarden yazir ki butun eyaletlerde vaqiyenevisler var idi Vezir i cep ise onlarin reisi idi Vilayet hakimlerinden ve diger vezifeli mensublardan sah adina gelen erzler sah terefinden meclisnevisin ustune gonderilirdi Meclisnevis hemin erzleri sah meclisinde seslendirir ve sonra da hemin erzlerle bagli sahin hokmleri esasinda sah reqemlerini tertib ederdi Butun mesul meclislerde istirak etdiyine gore meclisnevis seltenet daxilinde bas veren islerden de xeberdar olurdu ve ona gore de o sahin yaxin etrafindan biri kimi qebul olunurdu Sefevi sarayinda olmus avropali seyyahlar da apardiqlari musahidelerden sonra meclisnevisi saha cox yaxin olan eyanlardan biri kimi xarakterize edirdi Diger terefden meclisnevis adi Tezkiret el muluk eserinde Alicah Muqerreb el Xaqan Meclisnevis i Mexfi i Behist Ayin Minorsky meclisnevisin sahin munsisi yeni katibi oldugunu qeyd edir Kempfer de ondan olkenin boyuk munsisi kimi behs edir TarixiTurk tarixci Feruq Sumer yazir ki Sefevi insa divaninda yalniz farsca deyil lazim olan zaman turkce qeleme alindigina ve bu enenenin dovletin sonuna qeder davam etdiyine gore vaqiyenevis munsi el memalik ve mirzelerin coxu sozsuz ki turk bilim adamlari olmusdur Sah Tehmasibin hakimiyyeti illerinde meclisnevis vezifesini Mirek bey Ordubadi ve Mir Munsi Huseyni icra etmisdiler O da bellidir ki Mir Munsi Huseyni uzun muddet bu vezifede olmus ve Sah Tehmasibin heyatinin sonuna qeder hemin vezifeni icra etmisdi Bu Mir Munsi Huseyninin bu sahedeki tecrubesinden ve sedaqetli xidmetinden ireli gelirdi Sah Tehmasib dovrunde insa divanina bir muddet Emir Zekeriyye Tebrizi Kocecinin qohumlarindan Mehemmed bey Tebrizi Goceci de rehberlik etmisdi Mehemmed beyin qohumu Eli beyin oglu Mirze Mehemmed de insa divaninda islemisdir I Sah Sefinin sedr teyin etdiyi Mirze Mehemmed I Sah Abbasin zamaninda vaqiyenevis olmusdu I Sah Sefi hakimiyyete kecdikde vaqiyenevis vezifesinde Hatem bey Ordubadinin oglu Talib xan isleyirdi 1621 1632 I Sah Sefi onu 1632 ci ilde vaqiyenevis vezifesinden azad edib bas vezir vezifesine teyin etmisdi Talib xandan sonra yene bu vezifeye ireli cekilen Mirze Mehemmed vefat etmis ve vaqiyenevis mustofi ye beqaya hem de defterxana naziri Mirze Mesim olur Zeyl i tarix i alamara yi Abbasi de merhum Hatem bey Ordubadinin qardasi Mirze Ebdulhuseyn Edhem bey Ordubadinin munsi el memalik oldugu ve I Sah Sefinin hakimiyyetinin sonuna qeder insa divanina basciliq etdiyi qeyd edilir Vezife ve ohdelikleriProfessor Oqtay Efendiyev vaqiyenevisin vezifelerinden behs ederek yazir Vaqiyenevis dovlet surasi meclisi i ela iclaslarini senedlesdirir arxivi nizama salirdi O sarayin tarixsunasi sahin sexsi katibi idi sahin yerli hakimler ve xarici dovletlerle yazismasini teskil edirdi Sarden seyahetnamesinde vaqiyenesiv vezifesi barede etrafli melumatlara rast gelinir Sarden yazir yuxarida qeyd etdiyimiz vezifelerden sonra vaqiyenevislik muhum vezifedir Vezir olmadiqda onun vezifesini yerine yetirdiyi ucun sofvezir adlandirirlar O oz vezifesinden elave vezirin islerine fealiyyetine nezaret edir Hem de muhum hadiseler barede saha ve vezirlere melumat vermelidir Bundan elave sahin butun ferman ve serencamlarini yazirdi Olkenin butun noqtelerinde hadiseleri qeleme alan vaqiyenevisler vardir Onlar butun bas veren hadiseler barede hem de oz mektublarini merkezde sakin vaqiyenevise gondermelidirler Sol vezir ve ya esil vaqiyenevisin mumtaz meqam ve vezifesi vardir Ona gore ki muhum hadiseler bas verdikde hemin hadiselere qarsi tedbirler gormek ucun saray onunla meslehetlesir Bezen bezi meselelerde o cumleden ecnebi olkelerin gonderdikleri elciler ve numayendeler ile nece reftar etmek danismaq barede oz fikrini soyleyir ve dost olkelerle muxtelir muqavilenameler baglamaq ucun hansi usula el atmaq lazim geldiyini muqavilenamelerde hansi maddeleri yerlesdirmek lazim geldiyini bildirir Buna gore de olkeye daxil olan xarici elciler onunla gorusub sohbetler edirler Biqayenevis onlarin etibarnamelerini ve mektublarini lazimi defterde qeyde alir Onlarin sehere daxil oldugu gunu meqsedlerini sakin olacaq yerleri deftere yazir Onlardan sedr i ezem vasitesile saha catdirilmasi xahislerini alir Hemin xahisler saha catdirilidiqdan sonra sahin verdiyi cavablari suallarin kenarinda qeyde alir Vaqiyenevisin vezifeleri barede bir diger seyyah Tavernye yazir ki bu vezifeye Saha cox yaxin olan adam teyin olunurdu O Ali meclisde butun erize ve dovlet senedlerini Sahin huzurunda oxuyurdu Sahin sexsi katibi olan vaqiyenevis mesveretci orqan olan ali meclisin iclaslarini senedlesdirir vilayet bascilarina xarici dovletlere Sahin adindan mektublari yazir ve arxive nezaret edirdi Mirze Semianin canqi emiri adlandirdigi vaqiyenevis haqqinda Holsteynli Adam Olearinin de gundeliyinde maraqli melumatlar vardir O yazir ki sarayin yaxud sahin musavir ve katibi olan vaqiyenevis sahin mektublarini hokmlerini fermanlarini yazir hemcinin dovletin medaxili ve mexaricinin hesablarini aparirdi Vaqiyenevis Mirze Mesum adli sexsin rehberliyi altinda 40 nefer mirze fealiyyet gosterirdi Mirze Semianin Tezkiret el muluk eserinde vaqiyenevisin ve ya meclisnevisin vezifeleri daha deqiq gosterilib Tezkiret el muluk da gosterilir ki alicah vaqiyenevis canqi emirlerindendir Onun vezifelerini bu eser esasinda Minorsky 3 yere bolmusdur Diger sahlar terefinden Sefevi sahina yazilan mektublari cavablandirmaqla yanasi defter i hududda yazilan vezfielerle heme sale ve tiyulla bagli emirleri yazmaq Meclisnevisler sahin gosterisi esasinda sah hokmunu yazili sekle salir ve sonra da onu sahla razilasdirirdilar Mueyyen hallarda ise muxtelif meseleler uzre sahin gosterisi veziri ezem terefinden sifahi sekilde meclisnevise catdirilir ve o da hemin sifahi melumat esasinda sah reqeminin layihesini hazirlayirdi Vilayet hakimlerinden ve diger vezifeli mensublardan sah adina gelen erzler sah terefinden meclisnevisin ustune gonderilirdi Meclisnevis hemin erzleri sah meclisinde seslendirir ve sonra da hemin erzlerle bagli sahin hokmleri esasinda sah reqemlerini tertib ederdi Butun mesul meclislerde istirak etdiyine gore meclisnevis seltenet daxilinde bas veren islerden de xeberdar olurdu ve ona gore de o sahin yaxin etrafindan biri kimi qebul olunurdu Mirze Samia yazir ki qara rengli murekkebli tugra ile bu emrlerin uzerini xetlemek sadece vaqiyenevisin vezifesi idi Tabeliyindeki memurlar Tezkiret el Muluk de vaqiyenevisin tabeliyinde 10 memur oldugu qeyd edilse de sadalanan memurlarin sayi 23 24 nefere catir Bu memurlar Tezkiret el Muluk de bele tesvir edilir Reqemnevisler ve reqemlerin serristedari qeydiyyatci 7 nefer Divan reqemnevisi ve onun 3 komekcisi reqemleri yazan sexs 5 nefer Qeydiyyatcilarin qaralamalarindan derc edilmis reqemlerin reqemnevisleri 2 nefer Vaqiyenevisin tabeliyinde onun islerini goren sexsler 3 nefer Vaqiyenevisin tabeliyinde onun islerini goren diger sexsler 2 nefer Namenevis mektub yazan 1 nefer Yuxarida qeyd edildiyi kimi vaqiyenevis Mirze Mesumun rehberliyi altinda 40 nefer mirze fealiyyet gosterirdi O Qezvin seheri yaxinliginda Elvend daginin eteyindeki Dermen adli kendden olub adi kendli oglu idi Bu bolgede Dermen ve Saru adli iki kend yerlesir ki en yaxsi mirzeler de buradan cixirlar Mirzeler gozel xetle yazmagi bacarmalidirlar ki ele bu sebebe gore de bu kendlerin tarlalarinda coban komalarinda addimbasi yazi yazmaqla mesgul olan gencleri gormek olur Selahiyyetleri Minorski hemcinin Vaqiyenevisin xususi selahiyyetlerinden de behs edir Bele ki meclisnevisin gunun istenilen vaxtinda istenilen meclislerin gedisinde sahin huzuruna daxil ola bilsin daxil olan yazismalar ve erzler baresinde saha erz etsin ve onun fikrini oyrensin Malik oldugu vezife bunu teleb edirdi ve sah terefinden de ona tutdugu vezifeye gore diger eyanlardan daha tez tez onun yaninda olmaq icazesi verilmisdi Bu menada meclisnevisler saray eyanlari icerisinde de boyuk nufuz sahibi olmusdular Cunki mueyyen hallarda eyan ve emirler oz meselelerini de meclisnevis vasitesi ile saha catdirmaga calisirdilar Bas vezirden basqa hec kes vaqiyenevis qeder saha yaxin deyildi ve onun sozunun etibarliligi cox yuksek idi Vaqiyenevislerin maasi ayda 330 tumen idi Buna baxmayaraq Minorski Doumanin qeydlerine esasen onlarin ayliq maaslarinin 1000 tumen oldugunu bildirir Her il Isfahan vergilerinden vaqiyenevisin iscilerinin mevacibi ucun kagiz pulu adi ile 30 tumen ayrilib onlara verilirdi Hergah vaqiyenevisler ozu ve ya basqa bir sexs ucun bir sey xahis etmek istedikde hec bir cetinlikle qarsilasmadan onu xususi ve umumi meclislerde Saha catdira bilirdiler IstinadlarSuleymanov 2020 seh 218 Bayramli 2015 seh 112 Efendiyev 2007 seh 311 Suleymanov 2021 seh 41 Bayramli 2015 seh 111 Veliyeva 2007 seh 182 Suleymanov 2020 seh 219 Veliyeva 2007 seh 185 Veliyeva 2007 seh 184 Suleymanov 2020 seh 220 Bayramli 2015 seh 113MenbeSuleymanov Mehman Sefeviler Sah Tehmasib az V Baki Maarif 2020 ISBN 978 9952 37 141 8 Bayramli Zabil Hesret oglu AZERBAYCAN SEFEVI DOVLETININ QURULUSU VE IDARE OLUNMASINDA TURK QIZILBAS EYANLARININ ROLU az Baki AVROPA nesriyyati 2015 Veliyeva Zulfiyye Sefevi Dovlet Teskilati Tezkiretul Muluke esasen turk Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 2007 Suleymanov Nizami AZERBAYCAN SEFEVI DOVLETI XVII ESRDE J Sarden J B Tavernye P D Valle ve E Kempferin gundelikleri esasinda az Baki Iqtisad Universiteti Nesriyyati 2021 Elave edebiyyatSanson Sefernameyi Sanson fars Tehran Kitapfurusi yi Ibn i Sina 1363 Sumer Faruk Safevi devletinin kurulusu ve gelismesinde Anadolu turklerinin rolu turk Ankara Turk Tarih Kurumu Basimevi 1976 Engelbert Kaempfer Seyahetnameyi Kaempfer fars Tehran Intisarat i Harezmi 1363