Uzundərə — Azərbaycanın Ağdam rayonunda, Ağdam şəhərinin mərkəzindən 6 km məsafədə yerləşən, keçmiş Sovet ordusuna məxsus hərbi baza və döyüş poliqonu ərazisi. 1993-cü ildən 2020-ci ilə qədər işğalçı Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunmuşdur.
Uzundərə | |
---|---|
Ölkə |
Tarixi
SSRİ dövründə burada SSRİ Müdafiə Nazirliyinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli bazası yerləşirdi. Bu hərbi anbarda 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər daxil idi. 1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 15 yanvarda baş verən növbəti hücumda bir sovet əsgəri yaralandı. Yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı. May ayının sonunda həyata keçirilən növbəti hücumda etnik azərbaycanlı olan bir Sovet əsgəri öldürülmüş və daha biri yaralanmışdı. 1991-ci ilin fevral ayında baş tutan daha bir hücumda bir Sovet əsgəri öldürüldü. Hücumların azərbaycanlılar yaxud ermənilər tərəfindən təşkil edildiyi məlum deyil. Həmin ilin iyulun 10-dan 11-nə keçən gecə baş vermiş növbəti hücumda Sovet əsgərləri tərəfindən 5 nəfər hücumçu öldürülmüşdü. 1991-ci ilin sonunda Sovet ordusu Uzundərə bazasını tərk etməyə başladı. 44060 nömrəli hərbi hissə Rusiyada Yekaterinburq yaxınlığında yenidən formalaşdırıldı.
SSRİ dağıldıqdan sonra Uzundərədəki bazada keçmiş ordunun təxminən 40 əsgəri xidmət etməyə davam edirdi. Bazada 200 min ton silah və sursat qalmışdı. 23-26 fevral 1992-ci ildə Azərbaycan ordusu hücuma keçərək bu bazanı ələ keçirdi. Bazadakı tikinti batalyonunda xidmət edən azərbaycanlılar da hücumçulara dəstək verdilər. Hücum zamanı iki rus əsgəri yaralandı, əsir düşən rus əsgərləri Bakıdakı Rusiya ordusunun qərargahına yola salındı. Onların sonrakı taleyi barədə məlumat yoxdur. Lakin bazaya edilən hücumda iştirak edən Ağdamın keçmiş batalyon komandirlərindən biri Qara Nadir ləqəbli Nadir Cəfərovun iddiasına görə həmin vaxt baza erməni separatçılarının nəzarətində idi. Hərbi bazanı Azərbaycan ordusu ələ keçirsə də, mərkəzi hakimiyyətə tabe olmayan silahlı qüvvələr bazanı düzgün idarə edə bilmədi, çoxlu miqdarda silah-sursat qara bazarda satıldı. Böyük miqdar döyüş və hərbi sursat hər necə gəldi dağıdılıb, sıradan çıxarılır. Sonradan həmin ildə baza yenidən Azərbaycan ordusunun nəzarətinə keçmişdi. Bəzi iddialara görə Rusiyanın Ermənistana müharibə dövründə çox böyük miqdarda silah yardımı etməsinin səbəbini Azərbaycan ordusunun Uzundərədəki silah anbarını ələ keçirməsi ilə əlaqələndirirlər. İddialara görə bu yolla Rusiya hakimiyyəti Ermənistanın hərbi gücünü Azərbaycanın hərbi gücündən üstün etməyə çalışırdı. 1993-cü ildə Uzundərə bazası içərisindəki silah-sursatla birlikdə hücuma keçən Ermənistan ordusunun əlinə keçdi.
Qarabağ müharibəsi başa çatdıqdan sonra burada Ermənistan ordusunun hərbi bazası və hərbi təlim poliqonu yerləşirdi. Atəşkəs dövründə (1994-2020) bu yerlə Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinin arası hava yolu ilə 3000 metrə yaxın məsafədə idi. 2014-cü ilin noyabr ayında buradakı təlimlərdə iştirak edən Ermənistan ordusuna məxsus Mi-24 (NATO kodu “Hind”) zərbə helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.
İstinadlar
- Wikimapia
- В СОЮЗЕ ВСЁ СПОКОЙНО... (Ayrı bir hərbi hissənin dinc həyatının natamam xronikası) 2022-05-30 at the Wayback Machine Yuri Girçenko
- Qarabağı yada salarkən ya da bu müharibə deyildi 2022-03-14 at the Wayback Machine Hissə 4
- Qarabağı yada salarkən ya da bu müharibə deyildi 2022-03-14 at the Wayback Machine Hissə 3
- Olmayan dövlətin ordusu
- "Ağdam. 5 mindən çox şəhid. Qanlı əməliyyatlar. Təxribatlar". 2020-02-20 tarixində . İstifadə tarixi: 2020-03-07.
- Genocid Ecocid, Beynəlxalq terrorizm silsiləsindən Erməni terrorizmi[ölü keçid] Rövşən Novruzoğlu, səh 26
- "SADİQ VƏ SATILMIŞ ORDU". 2022-07-15 tarixində . İstifadə tarixi: 2020-03-07.
- "Nə müharibə, nə sülh – Atəşkəsin 25 ili". 2021-02-25 tarixində . İstifadə tarixi: 2020-03-07.
- . 2021-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-07.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Uzundere Uzundere Azerbaycanin Agdam rayonunda Agdam seherinin merkezinden 6 km mesafede yerlesen kecmis Sovet ordusuna mexsus herbi baza ve doyus poliqonu erazisi 1993 cu ilden 2020 ci ile qeder isgalci Ermenistan Silahli Quvveleri terefinden istifade olunmusdur UzundereOlke AzerbaycanTarixiSSRI dovrunde burada SSRI Mudafie Nazirliyinin artilleriya doyus sursatlarinin anbari ve SSRI Ordusunun 44060 nomreli bazasi yerlesirdi Bu herbi anbarda 728 vaqon artilleriya sursati 245 vaqon reaktiv mermi atici silah ucun 131 vaqon gulle saxlanilirdi Bu sursatlara gulleler qumbaralar 76 mm dan 152 mm a kimi artilleriya mermileri tank mermileri Qrad ve Smerc RYAS ucun raketler bes BMP 1 bes eded 110 mm doludagidan mermiler daxil idi 1990 ci ilin yanvarin 13 de bazaya hucum teskil edildi Sovet esgerleri ile bas veren silahli qarsidurmada hucum eden 6 nefer heyatini itirdi 15 yanvarda bas veren novbeti hucumda bir sovet esgeri yaralandi Yanvarin 18 den 19 na kecen gece bazaya yeni bir hucum edildi Sovet esgerleri hucum edenlerin avtomobiline ates acaraq onu partlatdilar qarsidurmada hemcinin bir Sovet esgeri de yaralandi May ayinin sonunda heyata kecirilen novbeti hucumda etnik azerbaycanli olan bir Sovet esgeri oldurulmus ve daha biri yaralanmisdi 1991 ci ilin fevral ayinda bas tutan daha bir hucumda bir Sovet esgeri olduruldu Hucumlarin azerbaycanlilar yaxud ermeniler terefinden teskil edildiyi melum deyil Hemin ilin iyulun 10 dan 11 ne kecen gece bas vermis novbeti hucumda Sovet esgerleri terefinden 5 nefer hucumcu oldurulmusdu 1991 ci ilin sonunda Sovet ordusu Uzundere bazasini terk etmeye basladi 44060 nomreli herbi hisse Rusiyada Yekaterinburq yaxinliginda yeniden formalasdirildi SSRI dagildiqdan sonra Uzunderedeki bazada kecmis ordunun texminen 40 esgeri xidmet etmeye davam edirdi Bazada 200 min ton silah ve sursat qalmisdi 23 26 fevral 1992 ci ilde Azerbaycan ordusu hucuma kecerek bu bazani ele kecirdi Bazadaki tikinti batalyonunda xidmet eden azerbaycanlilar da hucumculara destek verdiler Hucum zamani iki rus esgeri yaralandi esir dusen rus esgerleri Bakidaki Rusiya ordusunun qerargahina yola salindi Onlarin sonraki taleyi barede melumat yoxdur Lakin bazaya edilen hucumda istirak eden Agdamin kecmis batalyon komandirlerinden biri Qara Nadir leqebli Nadir Ceferovun iddiasina gore hemin vaxt baza ermeni separatcilarinin nezaretinde idi Herbi bazani Azerbaycan ordusu ele kecirse de merkezi hakimiyyete tabe olmayan silahli quvveler bazani duzgun idare ede bilmedi coxlu miqdarda silah sursat qara bazarda satildi Boyuk miqdar doyus ve herbi sursat her nece geldi dagidilib siradan cixarilir Sonradan hemin ilde baza yeniden Azerbaycan ordusunun nezaretine kecmisdi Bezi iddialara gore Rusiyanin Ermenistana muharibe dovrunde cox boyuk miqdarda silah yardimi etmesinin sebebini Azerbaycan ordusunun Uzunderedeki silah anbarini ele kecirmesi ile elaqelendirirler Iddialara gore bu yolla Rusiya hakimiyyeti Ermenistanin herbi gucunu Azerbaycanin herbi gucunden ustun etmeye calisirdi 1993 cu ilde Uzundere bazasi icerisindeki silah sursatla birlikde hucuma kecen Ermenistan ordusunun eline kecdi Qarabag muharibesi basa catdiqdan sonra burada Ermenistan ordusunun herbi bazasi ve herbi telim poliqonu yerlesirdi Ateskes dovrunde 1994 2020 bu yerle Azerbaycan Silahli Quvvelerinin on movqelerinin arasi hava yolu ile 3000 metre yaxin mesafede idi 2014 cu ilin noyabr ayinda buradaki telimlerde istirak eden Ermenistan ordusuna mexsus Mi 24 NATO kodu Hind zerbe helikopteri Azerbaycan herbcileri terefinden mehv edilib IstinadlarWikimapia V SOYuZE VSYo SPOKOJNO Ayri bir herbi hissenin dinc heyatinin natamam xronikasi 2022 05 30 at the Wayback Machine Yuri Gircenko Qarabagi yada salarken ya da bu muharibe deyildi 2022 03 14 at the Wayback Machine Hisse 4 Qarabagi yada salarken ya da bu muharibe deyildi 2022 03 14 at the Wayback Machine Hisse 3 Olmayan dovletin ordusu Agdam 5 minden cox sehid Qanli emeliyyatlar Texribatlar 2020 02 20 tarixinde Istifade tarixi 2020 03 07 Genocid Ecocid Beynelxalq terrorizm silsilesinden Ermeni terrorizmi olu kecid Rovsen Novruzoglu seh 26 SADIQ VE SATILMIS ORDU 2022 07 15 tarixinde Istifade tarixi 2020 03 07 Ne muharibe ne sulh Ateskesin 25 ili 2021 02 25 tarixinde Istifade tarixi 2020 03 07 2021 01 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 03 07