Top oyunları üçün zal və ya Miçovna (çex. Míčovna) – İntibah dövrünə aid tikili; Praqa qəsrinin yaxınlığındakı yerləşir. "Miçovna" - çox vaxt haqqsız yerə turistlərin diqqətindən məhrum qalan və mürəkkəb tarixi olan çox maraqlı memarlıq abidəsidir. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Miçovna Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur
Top oyunları üçün zal | |
---|---|
Míčovna | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Bonifatsiy Volmut (çex. Bonifác Wolmut) |
Tikilmə tarixi | 1567—1569 |
Üslubu | İntibah memarlığı |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Tikinti tarixi
Top oyunları üçün zal (Miçovna) XVI-XVII əsrlərdə morav və alman zadəganları arasında populyarlıq qazanmışdı. O dövrdə Avropada açıq havada idman əyləncələrinə bir moda yaranmışdı. Demək olar ki, hər bir saray kompleksləri bu cür tədbirlərin keçirilməsi üçün xüsusi köşklərlə təchiz olunmuşdu. Praqa qəsrinə daxil olan Kral sarayında yerləşən Miçovna 1568–1569-cu illərdə imperator əmri ilə məşhur saray memarı Bonifatsiy Volmut tərəfindən inşa edilmişdi. Binanın yerləşəcəyi ərazi hökmdarın istəklərinə uyğun olaraq seçilmişdi - məhz binanın olduğu ərazidən çox gözəl mənzərə açılır.
Tikilinin sxemi
Kral Top oyunları üçün zalın pavilyonu 14 metr hündürlüyü ilə düzbucaqlı quruluşu və günbəzi olan bir tikilidir. Pavilyondakı zalın uzunluğu 68 metrdir. Massiv daş sütun ilə arkada şəklində tikilmiş terraslı şimal fasadı pavilyonun ən qürurverici hissəsi sayılır. 11 klassik arkada sütunlarını bir zamanlar qızıl suyuna salınmış ionik kapitellər bəzəyirdi. Burada xüsusilə sqrafitto texnikası və İntibah üslubunda hazırlanmış fasadın eksteryer tərtibatı çox təmtəraqlı görünüşə malik idi. Bu tərtibatın yaradılmasında memar Volmuta onun əzəli köməkçisi və dostu - italyan memarı Ulriko Aostalli yardım etmişdi. Miçovnanın daxili zalı müxtəlif top idman oyunları üçün 10 sahəyə bölünmüşdü - bu sahələrdə keçirilən top oyunları müasir kriket, həndbol, boulinq, tennis və badminton idman növlərinin prototipinə çevrilmişdi.
Xarici görünüş və fasadın tərtibatı
Xarici arkadanın divar rəsmləri və barelyefləri İntibah dövrünün klassik simvol və personajlarını: dörd əsas elementləri (torpaq, su, hava, od), yeddi fəzilətləri (uzaqgörənlik, səbirlilik, dürüstlük, ehtiyatlılıq, cəsarət, iman, ümid və sevgi) və səkkiz azad elmləri (ilahiyyat, astronomiya, musiqi, həndəsə, hesab, natiqlik, dialektika və qrammatika) təsvir edirdi.
1735-ci ildə pavilyonun girişi qarşısında "Gecə" adlı və barokko üslublu bir heykəl quraşdırılmışdı (heykəlin müəllifi Mattiyaş Bernard Braundur). Ona bənzəyən "Gündüz" adlı heykəl isə 1757-ci ildə Praqa şəhərinin Prussiya ordusu tərəfindən mühasirəyə alınması zamanı məhv edilmişdir.
Başlanğıcın sonu
Miçovna özünün ilk problemi ilə 1617-ci ildə üzləşmişdi. Aramsız yağışlar nəticəsində Maral xəndəyi yamaclarında hadisəsi baş verir və bu səbəbdən tikilinin tamamilə məhv olma qorxusu yaşanmışdı. Bu problemin yaranma səbəbi, başlanğıcda inşaat işlərinin çox tez aparılması və onun yerləşəcəyi yerin səhv olması idi (Miçovna xəndəyin kənarına çox yaxın bir yerdə inşa edilmişdir). Təcili təmir işləri ümumilikdə faciənin qarşısını alsa da, damın üzərindəki günbəz dağılır və bərpaçılar daha sonra onu yenidən quraşdırmalı olurlar. Lakin o dövrdə əyləncə üçün top idman oyunlarına olan moda artıq bitir və bina uzun müddət baxımsız qalır. Başlanğıcda pavilyonda kral tövlələri və atçılıq məktəbi yaradılır, ancaq imperator II İosifin hakimiyyəti dövründə bura kazarma və hərbi anbara çevrilir.
Son zərbə
XX əsrin birinci yarısında, köhnə binanın bərpa etmək barəsində qərar qəbul edilir. 1918-ci ildə divar rəsmlərinin bərpası üzərində işlərə start verilmiş, 1925-ci ildə isə kapital bərpa və təmir işlərinə başladılmışdı. Lakin tezliklə Miçovnaya sarsıdıcı bir zərbə dəyir - 1945-ci ildə Praqanın faşistlərdən azad edilməsi zamanı binaya bomba düşür və o alovlanır. Yanğının gücü o qədər böyük idi ki, binadan yalnız təməl və daş divarların qalıqları xilas olmuşdu.
Miçovnanın son bərpa işləri Çex memarı Pavel Yanakın rəhbərliyi altında 1952-ci ildə başa çatmışdı. Lakin pavilyonun bir sıra elementlərinin bərpası düz 1973-cü ilə kimi davam edirdi. Ən maraqlısı odur ki, mükəmməl yenidən bərpa edilmiş barelyef və İntibah dövrünün rəsm əsərləri arasında binanın fasadında sosialist dövrünün izlərini - kiçik "5" rəqəmini və oraq və çəkic emblemini görmək olar.
Ədəbiyyat
- Ottův slovník naučný, heslo Praha – popis města – hrad královský – Jelení příkop, královské zahrady, královská míčovna, belvedere královny Anny. Sv. 20, str. 407
- T. Rygl, Prague, detailed picture guide. Praha: ATP 2007
- P. Vlček a kol., Umělecké památky Prahy, Pražský Hrad. Praha: Academia 1999.
İstinadlar
- "Pražský hrad (Praha 1 - Hradčany)". Národní památkový ústav. 2012-8-28. 2014-12-13 tarixində . İstifadə tarixi: 2014-12-24.
- Vlček, Umělecké památky Prahy, Pražský Hrad. Str. 459n. a 466.
Xarici keçidlər
- Míčovna na stránkách Pražského hradu
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Top oyunlari ucun zal ve ya Micovna cex Micovna Intibah dovrune aid tikili Praqa qesrinin yaxinligindaki yerlesir Micovna cox vaxt haqqsiz yere turistlerin diqqetinden mehrum qalan ve murekkeb tarixi olan cox maraqli memarliq abidesidir Butun qesr ve qala kompleksi ile birlikde Micovna Cex Respublikasinin Milli medeniyyet abidesi kimi 1962 ci ilden muhafize olunurTop oyunlari ucun zalMicovna50 05 32 sm e 14 24 04 s u Olke CexiyaSeher PraqaYerlesir Praqa qesriMemar Bonifatsiy Volmut cex Bonifac Wolmut Tikilme tarixi 1567 1569Uslubu Intibah memarligiResmi sayt hrad cz Vikianbarda elaqeli mediafayllarTikinti tarixiTop oyunlari ucun zal Micovna XVI XVII esrlerde morav ve alman zadeganlari arasinda populyarliq qazanmisdi O dovrde Avropada aciq havada idman eylencelerine bir moda yaranmisdi Demek olar ki her bir saray kompleksleri bu cur tedbirlerin kecirilmesi ucun xususi kosklerle techiz olunmusdu Praqa qesrine daxil olan Kral sarayinda yerlesen Micovna 1568 1569 cu illerde imperator emri ile meshur saray memari Bonifatsiy Volmut terefinden insa edilmisdi Binanin yerleseceyi erazi hokmdarin isteklerine uygun olaraq secilmisdi mehz binanin oldugu eraziden cox gozel menzere acilir Tikilinin sxemiSimal fasadinin sqrafitto bezekleriMattiyas Bernard Braun terefinden hazirlanmis Gece adli ve barokko uslublu bir heykel Kral Top oyunlari ucun zalin pavilyonu 14 metr hundurluyu ile duzbucaqli qurulusu ve gunbezi olan bir tikilidir Pavilyondaki zalin uzunlugu 68 metrdir Massiv das sutun ile arkada seklinde tikilmis terrasli simal fasadi pavilyonun en qururverici hissesi sayilir 11 klassik arkada sutunlarini bir zamanlar qizil suyuna salinmis ionik kapiteller bezeyirdi Burada xususile sqrafitto texnikasi ve Intibah uslubunda hazirlanmis fasadin eksteryer tertibati cox temteraqli gorunuse malik idi Bu tertibatin yaradilmasinda memar Volmuta onun ezeli komekcisi ve dostu italyan memari Ulriko Aostalli yardim etmisdi Micovnanin daxili zali muxtelif top idman oyunlari ucun 10 saheye bolunmusdu bu sahelerde kecirilen top oyunlari muasir kriket hendbol boulinq tennis ve badminton idman novlerinin prototipine cevrilmisdi Xarici gorunus ve fasadin tertibatiXarici arkadanin divar resmleri ve barelyefleri Intibah dovrunun klassik simvol ve personajlarini dord esas elementleri torpaq su hava od yeddi feziletleri uzaqgorenlik sebirlilik durustluk ehtiyatliliq cesaret iman umid ve sevgi ve sekkiz azad elmleri ilahiyyat astronomiya musiqi hendese hesab natiqlik dialektika ve qrammatika tesvir edirdi 1735 ci ilde pavilyonun girisi qarsisinda Gece adli ve barokko uslublu bir heykel qurasdirilmisdi heykelin muellifi Mattiyas Bernard Braundur Ona benzeyen Gunduz adli heykel ise 1757 ci ilde Praqa seherinin Prussiya ordusu terefinden muhasireye alinmasi zamani mehv edilmisdir Baslangicin sonuMicovna ozunun ilk problemi ile 1617 ci ilde uzlesmisdi Aramsiz yagislar neticesinde Maral xendeyi yamaclarinda hadisesi bas verir ve bu sebebden tikilinin tamamile mehv olma qorxusu yasanmisdi Bu problemin yaranma sebebi baslangicda insaat islerinin cox tez aparilmasi ve onun yerleseceyi yerin sehv olmasi idi Micovna xendeyin kenarina cox yaxin bir yerde insa edilmisdir Tecili temir isleri umumilikde facienin qarsisini alsa da damin uzerindeki gunbez dagilir ve berpacilar daha sonra onu yeniden qurasdirmali olurlar Lakin o dovrde eylence ucun top idman oyunlarina olan moda artiq bitir ve bina uzun muddet baximsiz qalir Baslangicda pavilyonda kral tovleleri ve atciliq mektebi yaradilir ancaq imperator II Iosifin hakimiyyeti dovrunde bura kazarma ve herbi anbara cevrilir Son zerbeXX esrin birinci yarisinda kohne binanin berpa etmek baresinde qerar qebul edilir 1918 ci ilde divar resmlerinin berpasi uzerinde islere start verilmis 1925 ci ilde ise kapital berpa ve temir islerine basladilmisdi Lakin tezlikle Micovnaya sarsidici bir zerbe deyir 1945 ci ilde Praqanin fasistlerden azad edilmesi zamani binaya bomba dusur ve o alovlanir Yanginin gucu o qeder boyuk idi ki binadan yalniz temel ve das divarlarin qaliqlari xilas olmusdu Micovnanin son berpa isleri Cex memari Pavel Yanakin rehberliyi altinda 1952 ci ilde basa catmisdi Lakin pavilyonun bir sira elementlerinin berpasi duz 1973 cu ile kimi davam edirdi En maraqlisi odur ki mukemmel yeniden berpa edilmis barelyef ve Intibah dovrunun resm eserleri arasinda binanin fasadinda sosialist dovrunun izlerini kicik 5 reqemini ve oraq ve cekic emblemini gormek olar EdebiyyatOttuv slovnik naucny heslo Praha popis mesta hrad kralovsky Jeleni prikop kralovske zahrady kralovska micovna belvedere kralovny Anny Sv 20 str 407 T Rygl Prague detailed picture guide Praha ATP 2007 P Vlcek a kol Umelecke pamatky Prahy Prazsky Hrad Praha Academia 1999 Istinadlar Prazsky hrad Praha 1 Hradcany Narodni pamatkovy ustav 2012 8 28 2014 12 13 tarixinde Istifade tarixi 2014 12 24 Vlcek Umelecke pamatky Prahy Prazsky Hrad Str 459n a 466 Xarici kecidler Vikianbarda Top oyunlari ucun zal ile elaqeli mediafayllar var Micovna na strankach Prazskeho hradu