Teymur bəy Aslanov (azərb. Teymur bəy Zəkəriyyə bəy oğlu Aslanov; 5 (17) yanvar 1899, Şuşa – 18 oktyabr 1937) — mühəndis.
Teymur bəy Aslanov | |
---|---|
Teymur bəy Zəkəriyyə bəy oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat səbəbi | repressiya |
Təhsili | |
Fəaliyyəti | alim, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Zəkəriyyə bəyin ikinci oğlu Teymur bəy 5 yanvar 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Tədqiqatçı Vasif Quliyev onun haqqında araşdırma aparıb "Vağzalda həbs" adlı oçerk qələmə alıb. Onun araşdırmasından: "Otuz səkkizinci il başlanandan Teymur bəy Moskvada uzunmüddətli xidməti ezamiyyətdə idi. Bir əsrə qədər uzun görünən bu səfər onu ailəsindən xeyli vaxt idi ki, ayrı salmış, tamam bezdirmişdi. Həyat yoldaşı Xeyransa (Bacı) xanımdan, üç gülüzlü balası-altı yaşlı qızı Ədilədən, üç yaşlı oğlu Raufdan və dördaylıq südəmər sonbeşiyi Akifdən ötrü burunun ucu göynənirdi. Hələ Moskvadaykən ailəsindən nigarançılığı və Azərbaycandan gələn bəd xəbərlər-əməl yoldaşlarına bir-birinin ardınca həbs olunması onu bərk narahat edirdi. Artıq bu üzücü aylar, günlər, saatlar arxada qalmışdı. Teymur bəy ezamiyyətinin başa vurub, evlərinə qayıdırdı. Lakin heç ağlına da gətirmirdi ki, Bakıya çatan kimi onu tutub, qandallayaraq birbaşa həbsxana küncünə atacaqlar. Xəbəri yox idi ki, həbs olunmuş bəzi "dost"larının ifadələri əsasında 1938-ci il martın 31-də məsuliyyətlə cəlb olunması barədə qərar çıxarılıb. Bilmirdi ki, hökumət adamları dəmir yol vağzalında onu gözləyirlər. Amma çoxdan ürəyinə dammışdı ki, bir gün onu da tutacaqlar. Çünki üzvü olduğu antisovet-milli üsyançı əksinqilabi təşkilat 1936-cı ildə Azərbaycan Xalq daxili Işlər Komissarlığı tərəfindən artıq ifşa olunmuş və ötən 1937-ci il ərzində tamamilə ləğv edilmişdir. Lakin təşkilatın azadlıqda qalan üzvləri hələ də axtarılır və bir-birlərinin ardınca həbs olunurdular.
Elə ürəyinə damdığı kimi də oldu. Budur, may ayının on beşidir. Moskva-Bakı sərnişin qatarı fit çala-çala, ağır-ağır vağzala daxil oldu. Sərnişinlər vaqonları tərk eləməyə başladılar. Teymur bəy də çemodanın götürüb, perrona endi. Marıqda durmuş köpək sürüsü kimi dəmir yol vağzalının bütün bənd-bərələrini kəsmiş və sayıq vəziyyətdə dayanaraq növbəti ovlarını gözləyən Azərbaycan Xalq Daxili Işlər Komissarlığının operativ əməliyyat qrupunun üzvləri dərhal onun başının üst ünü aldılar. Əsasən ermənilərdən və ruslardan ibarət olan bu qrupun rəhbəri, VII şöbənin 3-cü bölməsinin operativ müvəkkili, dövlət təhlükəsizlik kiçik leytenantı Babenko həbsolunma barədə orderi Teymur bəyə təqdim edim, onlarla getməyi əmr elədi. O, naəlac qalaraq bu it sürüsünün qabağına düşdü. Teymur bəyi birbaşa komissarlığın daxili həbsxanasına apardılar.
Teymur bəy həbsxanada heç yerini "isitməmiş" ertəsi gün elə həmin Babenko istintaqa başladı. Müttəhim müstəntiqin suallarına qısaca olaraq ya "yox", ya da "bilmirəm" deyə cavab verir, heç nəyi boynuna almırdı. Lakin bilmirdi ki, həbs olunmuş "dost"larının çoxu öz ifadələrində onun da adını hallandırmış, necə deyərlər, açmışdılar sandığı, tökmüşdülər pambığı…
Teymur bəy Şuşada tanınmış xalq müəllimi Zəkəriyyə bəy Aslanovun ailəsində doğulmuşdu. Şəhər realnı məktəbində oxuyarkən və daha sonralar o, rusların köməyilə ermənilərin Qarabağda at oynatdıqlarını gözlərilə görmüş, ömür boyu çar hökumətinin bu siyasətinə nifrət bəsləmiş və elə bu hadisələrin təsiri ilə də onda vətənpərvərlik hissləri, milli şüur formalaşmağa başlamışdı. Təsadüfi deyil ki, 1918-ci ildə erməni-müsəlman qırğını yenidən alovlanarkən Teymur bəy də Qarabağın bir çox vətənpərvər oğulları kimi özünü birincilər sırasında səngərlərə atmış və daşnaklara ölüm-dirim mübarizəsinə qalxmışdı.
Gənc vətənpərvər xalqına gələcəkdə faydalı olmq, millətini erməni-rum məngənəsi arasından çıxarmaq üçün yollar arayıb-axtarır və bunun üçün ilk növbədə, ali təhsil almaq haqqında fikirləşdirdi. Nəhayət, Azərbaycan Demokratik Cümhuriyyəti dövründə xarici ölkələrin ali məktəblərində oxumaq üçün azərbaycanlı gənclər seçilib, göndərilməyə başladı. Gələcək tələbələrin siyahısına, əsasən, neft sənayesi sahibkarlarının, iri mülkədarların, bəylərin, xanların uşaqları düşmüşdü. Lakin Üzeyir bəy Hacıbəyovun və digər müttəriqi ziyalıların qəti etirazları və inadkarlığı sayəsində bu siyahıya ömrünü xalq maarifinə, mədəniyyətə, təbabətə və sair sahələrə həsr eləmiş görkəmli ziyalıların övladlarından, kasıb-kusub balarından dabirneçə nəfərin adı yazıldı. Iyirmi bir yaşlı Teymur bəy də (1899-cu ilin yanvarın 5-də doğulmuşdur) onların arasında idi. 1920-ci ilin yanvar ayında o, Bəhram Hüseynzadə, Hüseyn Quliyev, Ibad Əliyev, Əfəndi Əfəndiyev, Əhməd Şahnəzərov və başqaları ilə birlikdə Azərbaycan Demokratik Respublikası rəhbərlərindən və Milli ziyalılarımızdan xeyir-dua alıb, ali təhsil dalınca Avropaya yollandı. Bir neçə gündən sonra bu gənclərin çoxunun yolu şaxələndi və hərəsi bir ölkəyə üz tutdu. Teymur bəyin bəxtinə isə Fransada oxumaq düşdü.
1919-cu ildə demokratik cümhuriyyət tərəfindən Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə-Versal sülh konfransına ezam edilmiş Ceyhun bəy Hacıbəyov və Müsavat parlementinin keçmiş üzvü Əlimərdan bəy Topçubaşov da həmin vaxt Fransada idilər. Teymur bəyi burda yaxın qohumu Ceyhun bəyin özü qarşıladı. Onun bir çox problemlərini dərhal həll elədi, yaşamaq və oxumaq üçün mümkün olan şərait yaratdı.
Teymur bəy institut məşğələlərindən sonra vaxtını, demək olar ki, Ceyhun bəylə və Əlimərdan bəylə keçiridi. O, Əlimərdan bəyin oğlu Ələkbərlə birlikdə oxuduğuna görə tez-tez dostugilə gedir, bu iki böyük siyasi xadimi söhbətlərini dinləyir, siyasi əqidəsi get-gedə formalaşırdı. Bizə məlum olmayan səbəblərə görə sonralar Teymur bəy Fransadan Almaniyaya gəlmiş və təhsilini Kotbus şəhərindəki "Prussiya Ali Toxuculuq Təhsil Müəssisəsi" institutunda davam etdirmişdir.
1925-ci ilin yanvarında ali texniki təhsillə vətəninə qayıdan gənc mütəxəssiz V. I. Lenin adına Bakı Toxuculuq Kombinatında əmək fəaliyyətinə başladı. Bir müddətdən sonra Gəncəyə mahud fabrikinə dəyişildi. Çox keçmədən ona böyük etimad göstərərək 1930-cu ildə S. Orconikidze adına Gəncə Toxuculuq Kombinatına direktor müavini təyin etdilər.
Teymur bəy istər Bakıda, istərsə də Gəncədə olduğu dövrlərdə Azərbaycandakı siyasi ab-hava onu heç açmırdı. Çünki həm yaşadığı şəhərlərdə də çalışdığı müəssisələrdə, həm də ümumiyyətlə, respublikanının rəhbər orqanlarında azərbaycanlı kadrlarına yox, qeyri millətlərin, xüsusilə də, ermənilərin işlədiyini görəndə heç şübhəsiz, mənsub olduğu xalqın alçaldıldığını və təhqir olunduğunu hiss edirdi. Teymur bəy yaxşı başa düşürdü ki, bu vəziyyət Milli məsələnin həllində partiya və hökumətin qeyri-düzgün siyasətinin nəticəsidir. Və bu hal artıq dözülməzdir. Ona görə də onda Sovet hakimiyyətinə qarşı get-gedə narazılıq yaranırdı. Üstəlik də, 1925-ci ildə eyni sahədə işlədiyi və yaxından dostluq etdiyi, müxtəlif vaxtlarda V. I. Lenin adına Toxuculuq Kombinantına, "Aztekstil" trestinəvə V.Voladarski adına fabrikə rəhbərlik etmiş Zeynal Tağıyevin barəsindəki söhbətləri hər ikisində mövcud quruluşa qarşı nifrət hissləri oyadırdı.
Bakıda yaradılmış əksinqilabı milli üsyançı təşkilatın üzvü olan Zeynal xidməti işi ilə əlaqədar tez-tez Gəncəyə gəlirdi. Hərdəfə də Teymur bəylə görüşür, ikilikdə Milli məsələləri, Azərbaycanın gələcək taleyi barədə söhbətlər edir, xalqın düçar olduğu problemləri aradan qaldırmaq üçün birlikdə çıxış yolu axtardılar. Bu çıxış yolunu da onlar mövcud quruluşun dəyişilməsində görürdülər. Əksər vaxt da fikirləri üst-üstə düşür və bu da hər ikisini siyasi cəhətdər bir-birinə daha da yaxınlaşdırdı. Elə siyasi baxışları ümumi olduğuna görə də Zeynal dostunu üzvü olduğu təşkilata cəlb etmək fikrinə düşmüşdü.
Zeynal Gəncəyə növbəti gəlişində bu barədə Teymur bəylə söhbət elədi, bir çox gizli mətləbləri ona açdı və bildirdi ki, Azərbaycanda yaranmış ciddi problemləri həll etmək üçün Bakıda artıq bir sıra tədbirlər planı hazırlanıb və Sovet hakimiyyətini devirmək üçün ciddi və sürətli hazırlıq işləri gedir. Bu işlərin həy ata keçirilməsi üçün yeni yaradılmış təşkilat xarici ölkələrdən, xüsusən də, Ingiltərədən kömək gözləyir. Təşkilatın əsas məqsədi Azərbaycanda Sovet hakimiyyətini devirmək, respublikanı SSRI-dən ayırmaq və milli-burjua dövləti yaratmaqdır. Bu məqsədlərə çatmaq üçünsə, ilk növbədə, əhali arasında əksinqilabı təbliğat və təşviqat işləri aparmaq, təşkilata yeni adamlar cəlb etmək, xalq təsərrüfatının bütün sahələrində ziyankarlıq törətmək, Sovet dövlətinin qüdrətini zəiflətmək, silahlı üsyan təşkil etmək və sair işlər lazımdır.
Zeynalın bu sözlərdən sonra qəlbində artıq cəmiyyətə qarşı nifrət toxumları cücərən Teymur bəy, nəhayət, 1927-ci ilin sonralarında əksinqilabı Milli üsyançı təşkilata üzv keçdi və dərhal da üzərinə vəzifələri yerinə yetirməyə başladı. Onun əsas işi Gəncə şəhər toxuculuq müəssislərinin mühəndis-texniki heyəti arasından Milli əhval-ruhiyyəli adamları təşkilata cəlb etmək idi. Tezliklə Teymur bəy Əmir Musabəyovu, Firuz Süleymanovu, Sərdar Əhmədovu, Bala bəy Bağırovu, Əhməd Şahnəzərovu, Rəhim Rəhimzadəni və başqalarını təşkilata cəlb edə bildi.
Fəaliyyət dairəsini genişləndirməq məqsədilə Teymur bəy Zeynalın köməkliyi ilə 1932-ci ildə S. Orconikidze adına Gəncə Toxuculuq Kombinantına direktor təyin olundu, eyni zamanda şəhər Sovetinin sədri seçildi. Əksinqilabi Milli üsyançı təşkilatın burdakı əsas üzvləri ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə şəhər Partiya Komitəsinin katibi Ibrahim Tağıyevlə, şəhər Sovetinin sədri Həmid Sultanovla və başqaları ilə daha yaxından tanış oldu, əlaqələrini möhkəmlətdi. Onlar tez-tez bir yerə yığışır, gördükləri işləri müzakirə edir, növbəti planlar hazırlayırdılar. 1937-ci ilin yayında Teymur bəy Bakıya-yenidən yaradılmıq Azərbaycan Xalq Yüngül Sənayə Komissarlığının Toxuculuq idarəsinə mühəndis vəzifəsinə dəyişildi və çox çəkmədən idarə rəisi vəzifəsinə keçirildi. Həmin vaxtdan da o, əksinqilabi milli üsyançı təşkilatın əsas rəhbərlərindən olan Azərbaycan Xalq Yerli Sənaye komissarı Hüseynbala Ağaverdiyevlə, komissarlığın plan-maliyə şöbəsinin rəisi Ələkbər Haqverdiyevlə, V.Volodarski adına tikiş fabrikinin direktoru Zeynal Hacıyevlə, toxuculuq idarəsinin rəisi Muxtar Mirzəyevlə birlikdə əksinqilabi işlərin miqyasını daha da genişləndirir, son məqsədə çatmaq üçün bütün qüvvələri səfərbər etməkdə fəal iştirak edirdi.
Lakin 1937-ci ildə Milli üsyançı əksinqilabi təşkilatın sonuncu rəhbər heyətinin üzvlərinin, xüsusən də, Hüseynbala Ağaverdiyevin və Muxtar Mirzəyevin həbst digər üzvlər arasında bir çaşqınlıq, ümidsizlik yaratdı. Bu da əksinqilabi işdə öz əksini taparaq mübarizəni xeyli zəiflətdi. Bu vəziyyət isə işi yenidən canlandırmaq üçün qəti tədbirlər görməyi tələb edirdi. Bununla əlaqədar Teymur bəylə, il növbədə, V.Volodarski adına fabrikin keçmiş direktoru Zeynal Hacıyevlə görüşüb, həbsdən kənarda qalan təşkilat üzvlərini bir yerə toplamaq üçün yeni mərkəzin yaradılması ideyasını irəli sürdü və mərkəzə rəhbərlik etməyi ondan xahiş elədi. Zeynal bu işi məmnuniyyətlə boynuna götürdü və beləliklə də, Bakıda əksinqilabi işlər yenidən öz məcrasına düşdü. Və elə bu vaxt Teymur bəy Moskvaya ezamiyyətə göndərildi…
Teymur bəy Aslanovun istintaqı davam edirdi. Müstəntiq Babenko nə qədər çalışırdısa, ondan bir kəlmə də söz ala bilmirdi. Teymur bəy dəfələrlə dindirildi, şahidlərə üzləşdirildi, yenə də nəticəsi olmadı. Əlacı kəsilən müstəntiq Teymur bəy haqqında verilmiş yazılı ifadələri ona göstərib qəzəblə:-Bəs bunlara nə deyirsən, bunlardamı yalandır? Öz əməl dostların yazıblar. Götür, özün oxu!-deyə vərəqləri onun qarşısına atdı. Teymur bəy ifadələrin müəlliflərinin ad-familiyalarını görəndə gözlərinə inanmadı, ürəyində "nankorlar, satqınlar, çörəkləri dizinin üstündə olan alçaqlar!.." deyə onları söydü, amma Babenkonunun yanında özünü o yerə qoymadı…
Zeynal Tağiyevin ifadələrindən: Teymur bəy Aslanovu 1925-ci ildən-Bakıda Toxuculuq Kombinamında birgə işlədiyimiz vaxtdan tanıyıram. O, Gəncədə Azərbaycan üzvü və eyni zamanda Milli üsyançı əksinqilabi təşkilatın dəstə rəhbəri olmuşdu. Teymur bəy Bakıdan-məndən vaxtaşırı operativ göstərişlər alır, onları həyata keçirəndən sonra hesabat verirdi. Bir sözlə, o, Gəncə Toxuculuq Kombinantında əksinqilabi işlərin başında durur, istər ziyankarlıq, istərsə də təşkilata yeni üzvlərin cəlb edilməsi sahəsində praktiki iş aparırdı. O, kombinatı dağıdır və orda geniş vüsət alan Smaxanov hərakatına hər cür Mane olurdu. Teymur bəy Gəncədə üsyançılıq hərəkatının hazırlamasında iştirak edir və toxuculuq sənayesi sahəsində pozuculuq işləri aparırdı. Hətta bir dəfə mən şəxsən ona 10 min manat pul vermişdim ki, ziyankarlıq işləri aparmaq üçün Gəncə Toxuculuq Kombinatının tikintisində işləyən əksinqilabi əhval-ruhiyyəli rus mühəndislərinə paylasın.
Onu da qeyd etmək istəyirəm ki, Teymur bəy Aslanov xariclə də, yəni, Parisdə Əlimərdan bəy Topcubaşov və , Istanbulda isə Məhəmməd Əmin Rəsulzadə və Xosrov bəy Sultanovla əlaqə saxlayır, onlardan müəyyən tapşırıqlar alırdı. Bir də ki, o, 1925-ci ildə Berlində Milbax tərəfindən agentliyə cəlb olunmuş, qayıdandan sonra isə alman kəşfiyyatının rezidenti işləmiş Elza Seyidzadə ilə (sonralar o, Almaniyaya mühacirət etmişdi-V.Q) sıx əlaqə yaratmışdı. Teymur bəy ona Azərbaycanın yüngül sənayesinin və enerji bazasının inkişafı haqqında, fəhlələrin və ziyalıların əhval-ruhiyyələri barəsində casusluq məlumatları verirdi. Alman kəşfiyyatının agenti kimi o, Bəhram Hüseynzadəni, Firudun Əliyevi, Rəhim Rəhimzadəni, Əhməd Şahnəzərovu casusluqa cəlb etmişdi. Bütün bunları o, 1934-cü ildə də şəxsən özü mənə danışıb…
Firuz Süleymanovun ifadələrindən: Teymur bəy Aslanov 1936-cı ilin ya iyul, ya da avqust ayında məni kabinetinə çağırdı. Otaqda ancaq ikimiz idik. O, məni qorxudaraq dedi ki, guya, Inayət Rəfiyev adlı bir nəfər ona məlumat verib ki, mən əksinqilabi milli üsyançı təşkilatın üzvüyəm. Bu sözlərdən bərk tutuldum. O məni sakitləşdirdi. Dedi ki, heç pərt olmağa dəyməz, arxayın ol, mən səni qorxutmaq ya da satmaq üçün bura dəvət eləməmişəm. Yaxından tanış olmaq məqsədilə səni çağırmışam. Mən özüm də həmin təşkilatın üzvüyəm. Sənin də, mənim də manefələrimiz və maraqlarımız eynidir. Və çox sözlər deyəndən məni üsyançı təşkilata cəlb etdi və dərhal da müxtəlif əksinqilabi tapşırıqlar verməyə başladı…
Məhkəmə Teymur bəy şahidlərin yalan ifadə verdiklərini və ona böhtan atdıqlarını bildirərək yenə də heç nəyi boynuna almadı. Oda müstəntiq şahidləri gətirdi və onları üzləşdirdi. Teymur bəy vaxtilə can bir qəlbdə olan və indii isə "cəhənnəmə getməyə özlərinə yoldaş axtaran" köhnə "dostları"nı görəndə nifrətlə onları süzüb, susmağa üstünlük verdi.
Müstəntiq Babenko yaxşı bilirdi ki, şahidlərin söylədikləri faktların yoxlanılması və sənədləşdirilməsi üstündən çox vaxt keçdiyinə görə mümkün deyil. O, işini tez başa çatdırmaq üçün yalnız istintaq işində olan materiallarla və şahidlərin ifadələri ilə kifayətləndi. Ancaq Teymur bəyin qəti etirazından sonra Babenko istintaq müddətinin uzadılması barədə qərar çıxararaq bu barədə SSRI Ali Soveti Rəyasət Heyətinin qarşısında məsələ qaldırdı və istintaqın iki ay uzadılmasına xahiş etdi.
Lakin işi başa çatdırmağ bu iki ay da bəs eləmədi.
Teymur bəy Aslanov və toxuculuq sənayesinin digər işçiləri-Rəhim Rəhimzadə, Zeynal Tağıyev, Ələkbər Şahbazov, Ismayıl Xanlarov, Zeynal Hacıyev, Cəlil Vəzirov, Qədim Qədimbəyov, Isgəndər Məmmədov, Şahid Hüseynov, Əli bəy Qulubəyov artıq il yarım idi ki, Azərbaycan Xalq Daxili Işlər Komissarlığının daxili həbsxanasında "çürüyür"dülər. Nəhayət, 1939-cu il oktyabrın 29-da bu on bir nəfər barədə son ittihamnamə tərtib olunub, baxılmaq üçün Zaqafqaziya Hərbi Dairəsinin hərbi tribunalına göndərildi. Dekabrın 3-də Tiflisdə hərbi tribunalın hazırlıq iclasında ittihamnamələr yenidəe nəzərədən keçirildi və onlara verilən cəza tədbirləri dəyişilməz olaraq qaldı. Dekabrın 27-də Bakıda Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalarının səyyar sessiyası tərəfindən keçirilən qapalı məhkəmə iclasına işə təkrar baxıldı. Məhkəmədə Zeynal Tağıyevdən və Firuz Süleymanovdan başqa, heç kəs özünü müqəssir saymadı və onların hamısına müxtəlif müddətə iş kəsildi. Teymur bəy Aslanov da 1939-cu il dekabrın 28-də verilən məhkəmə qərarına görə əksinqilabi Milli üsyançı təşkilatın üzvü kimi 12 il müddətinə azaldıqdan məhrum edildi və Qazaxıstanın Karaqanda vilayətinin Cezkazqan şəhərinə sürgünə göndərildi. Və üstəlik, belə bir qərar da çıxarıldı ki, cəza müddəti bitəndən sonra o, yalnız Blxaş şəhərinə yaşaya bilər…"
Mənbə
- Vasif Quliyev, Vağzalda həbs, Bakı, "Şuşa", 2001.
- Ənvər Çingizoğlu, Aslanovlar, "Soy", 10(30), Bakı, 2009.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teymur bey Aslanov azerb Teymur bey Zekeriyye bey oglu Aslanov 5 17 yanvar 1899 Susa 18 oktyabr 1937 muhendis Teymur bey AslanovTeymur bey Zekeriyye bey oglu AslanovDogum tarixi 5 yanvar 1899Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 18 oktyabr 1937 38 yasinda Vefat sebebi repressiyaTehsili Susa real mektebiFealiyyeti alim muhendis Vikianbarda elaqeli mediafayllarHeyatiZekeriyye beyin ikinci oglu Teymur bey 5 yanvar 1899 cu ilde Susa seherinde anadan olmusdu Tedqiqatci Vasif Quliyev onun haqqinda arasdirma aparib Vagzalda hebs adli ocerk qeleme alib Onun arasdirmasindan Otuz sekkizinci il baslanandan Teymur bey Moskvada uzunmuddetli xidmeti ezamiyyetde idi Bir esre qeder uzun gorunen bu sefer onu ailesinden xeyli vaxt idi ki ayri salmis tamam bezdirmisdi Heyat yoldasi Xeyransa Baci xanimdan uc guluzlu balasi alti yasli qizi Edileden uc yasli oglu Raufdan ve dordayliq sudemer sonbesiyi Akifden otru burunun ucu goynenirdi Hele Moskvadayken ailesinden nigaranciligi ve Azerbaycandan gelen bed xeberler emel yoldaslarina bir birinin ardinca hebs olunmasi onu berk narahat edirdi Artiq bu uzucu aylar gunler saatlar arxada qalmisdi Teymur bey ezamiyyetinin basa vurub evlerine qayidirdi Lakin hec aglina da getirmirdi ki Bakiya catan kimi onu tutub qandallayaraq birbasa hebsxana kuncune atacaqlar Xeberi yox idi ki hebs olunmus bezi dost larinin ifadeleri esasinda 1938 ci il martin 31 de mesuliyyetle celb olunmasi barede qerar cixarilib Bilmirdi ki hokumet adamlari demir yol vagzalinda onu gozleyirler Amma coxdan ureyine dammisdi ki bir gun onu da tutacaqlar Cunki uzvu oldugu antisovet milli usyanci eksinqilabi teskilat 1936 ci ilde Azerbaycan Xalq daxili Isler Komissarligi terefinden artiq ifsa olunmus ve oten 1937 ci il erzinde tamamile legv edilmisdir Lakin teskilatin azadliqda qalan uzvleri hele de axtarilir ve bir birlerinin ardinca hebs olunurdular Ele ureyine damdigi kimi de oldu Budur may ayinin on besidir Moskva Baki sernisin qatari fit cala cala agir agir vagzala daxil oldu Sernisinler vaqonlari terk elemeye basladilar Teymur bey de cemodanin goturub perrona endi Mariqda durmus kopek surusu kimi demir yol vagzalinin butun bend berelerini kesmis ve sayiq veziyyetde dayanaraq novbeti ovlarini gozleyen Azerbaycan Xalq Daxili Isler Komissarliginin operativ emeliyyat qrupunun uzvleri derhal onun basinin ust unu aldilar Esasen ermenilerden ve ruslardan ibaret olan bu qrupun rehberi VII sobenin 3 cu bolmesinin operativ muvekkili dovlet tehlukesizlik kicik leytenanti Babenko hebsolunma barede orderi Teymur beye teqdim edim onlarla getmeyi emr eledi O naelac qalaraq bu it surusunun qabagina dusdu Teymur beyi birbasa komissarligin daxili hebsxanasina apardilar Teymur bey hebsxanada hec yerini isitmemis ertesi gun ele hemin Babenko istintaqa basladi Muttehim mustentiqin suallarina qisaca olaraq ya yox ya da bilmirem deye cavab verir hec neyi boynuna almirdi Lakin bilmirdi ki hebs olunmus dost larinin coxu oz ifadelerinde onun da adini hallandirmis nece deyerler acmisdilar sandigi tokmusduler pambigi Teymur bey Susada taninmis xalq muellimi Zekeriyye bey Aslanovun ailesinde dogulmusdu Seher realni mektebinde oxuyarken ve daha sonralar o ruslarin komeyile ermenilerin Qarabagda at oynatdiqlarini gozlerile gormus omur boyu car hokumetinin bu siyasetine nifret beslemis ve ele bu hadiselerin tesiri ile de onda vetenperverlik hissleri milli suur formalasmaga baslamisdi Tesadufi deyil ki 1918 ci ilde ermeni muselman qirgini yeniden alovlanarken Teymur bey de Qarabagin bir cox vetenperver ogullari kimi ozunu birinciler sirasinda sengerlere atmis ve dasnaklara olum dirim mubarizesine qalxmisdi Genc vetenperver xalqina gelecekde faydali olmq milletini ermeni rum mengenesi arasindan cixarmaq ucun yollar arayib axtarir ve bunun ucun ilk novbede ali tehsil almaq haqqinda fikirlesdirdi Nehayet Azerbaycan Demokratik Cumhuriyyeti dovrunde xarici olkelerin ali mekteblerinde oxumaq ucun azerbaycanli gencler secilib gonderilmeye basladi Gelecek telebelerin siyahisina esasen neft senayesi sahibkarlarinin iri mulkedarlarin beylerin xanlarin usaqlari dusmusdu Lakin Uzeyir bey Hacibeyovun ve diger mutteriqi ziyalilarin qeti etirazlari ve inadkarligi sayesinde bu siyahiya omrunu xalq maarifine medeniyyete tebabete ve sair sahelere hesr elemis gorkemli ziyalilarin ovladlarindan kasib kusub balarindan dabirnece neferin adi yazildi Iyirmi bir yasli Teymur bey de 1899 cu ilin yanvarin 5 de dogulmusdur onlarin arasinda idi 1920 ci ilin yanvar ayinda o Behram Huseynzade Huseyn Quliyev Ibad Eliyev Efendi Efendiyev Ehmed Sahnezerov ve basqalari ile birlikde Azerbaycan Demokratik Respublikasi rehberlerinden ve Milli ziyalilarimizdan xeyir dua alib ali tehsil dalinca Avropaya yollandi Bir nece gunden sonra bu genclerin coxunun yolu saxelendi ve heresi bir olkeye uz tutdu Teymur beyin bextine ise Fransada oxumaq dusdu 1919 cu ilde demokratik cumhuriyyet terefinden Azerbaycan numayende heyetinin terkibinde Parise Versal sulh konfransina ezam edilmis Ceyhun bey Hacibeyov ve Musavat parlementinin kecmis uzvu Elimerdan bey Topcubasov da hemin vaxt Fransada idiler Teymur beyi burda yaxin qohumu Ceyhun beyin ozu qarsiladi Onun bir cox problemlerini derhal hell eledi yasamaq ve oxumaq ucun mumkun olan serait yaratdi Teymur bey institut mesgelelerinden sonra vaxtini demek olar ki Ceyhun beyle ve Elimerdan beyle keciridi O Elimerdan beyin oglu Elekberle birlikde oxuduguna gore tez tez dostugile gedir bu iki boyuk siyasi xadimi sohbetlerini dinleyir siyasi eqidesi get gede formalasirdi Bize melum olmayan sebeblere gore sonralar Teymur bey Fransadan Almaniyaya gelmis ve tehsilini Kotbus seherindeki Prussiya Ali Toxuculuq Tehsil Muessisesi institutunda davam etdirmisdir 1925 ci ilin yanvarinda ali texniki tehsille vetenine qayidan genc mutexessiz V I Lenin adina Baki Toxuculuq Kombinatinda emek fealiyyetine basladi Bir muddetden sonra Genceye mahud fabrikine deyisildi Cox kecmeden ona boyuk etimad gostererek 1930 cu ilde S Orconikidze adina Gence Toxuculuq Kombinatina direktor muavini teyin etdiler Teymur bey ister Bakida isterse de Gencede oldugu dovrlerde Azerbaycandaki siyasi ab hava onu hec acmirdi Cunki hem yasadigi seherlerde de calisdigi muessiselerde hem de umumiyyetle respublikaninin rehber orqanlarinda azerbaycanli kadrlarina yox qeyri milletlerin xususile de ermenilerin islediyini gorende hec subhesiz mensub oldugu xalqin alcaldildigini ve tehqir olundugunu hiss edirdi Teymur bey yaxsi basa dusurdu ki bu veziyyet Milli meselenin hellinde partiya ve hokumetin qeyri duzgun siyasetinin neticesidir Ve bu hal artiq dozulmezdir Ona gore de onda Sovet hakimiyyetine qarsi get gede naraziliq yaranirdi Ustelik de 1925 ci ilde eyni sahede islediyi ve yaxindan dostluq etdiyi muxtelif vaxtlarda V I Lenin adina Toxuculuq Kombinantina Aztekstil trestineve V Voladarski adina fabrike rehberlik etmis Zeynal Tagiyevin baresindeki sohbetleri her ikisinde movcud qurulusa qarsi nifret hissleri oyadirdi Bakida yaradilmis eksinqilabi milli usyanci teskilatin uzvu olan Zeynal xidmeti isi ile elaqedar tez tez Genceye gelirdi Herdefe de Teymur beyle gorusur ikilikde Milli meseleleri Azerbaycanin gelecek taleyi barede sohbetler edir xalqin ducar oldugu problemleri aradan qaldirmaq ucun birlikde cixis yolu axtardilar Bu cixis yolunu da onlar movcud qurulusun deyisilmesinde gorurduler Ekser vaxt da fikirleri ust uste dusur ve bu da her ikisini siyasi cehetder bir birine daha da yaxinlasdirdi Ele siyasi baxislari umumi olduguna gore de Zeynal dostunu uzvu oldugu teskilata celb etmek fikrine dusmusdu Zeynal Genceye novbeti gelisinde bu barede Teymur beyle sohbet eledi bir cox gizli metlebleri ona acdi ve bildirdi ki Azerbaycanda yaranmis ciddi problemleri hell etmek ucun Bakida artiq bir sira tedbirler plani hazirlanib ve Sovet hakimiyyetini devirmek ucun ciddi ve suretli hazirliq isleri gedir Bu islerin hey ata kecirilmesi ucun yeni yaradilmis teskilat xarici olkelerden xususen de Ingiltereden komek gozleyir Teskilatin esas meqsedi Azerbaycanda Sovet hakimiyyetini devirmek respublikani SSRI den ayirmaq ve milli burjua dovleti yaratmaqdir Bu meqsedlere catmaq ucunse ilk novbede ehali arasinda eksinqilabi tebligat ve tesviqat isleri aparmaq teskilata yeni adamlar celb etmek xalq teserrufatinin butun sahelerinde ziyankarliq toretmek Sovet dovletinin qudretini zeifletmek silahli usyan teskil etmek ve sair isler lazimdir Zeynalin bu sozlerden sonra qelbinde artiq cemiyyete qarsi nifret toxumlari cuceren Teymur bey nehayet 1927 ci ilin sonralarinda eksinqilabi Milli usyanci teskilata uzv kecdi ve derhal da uzerine vezifeleri yerine yetirmeye basladi Onun esas isi Gence seher toxuculuq muessislerinin muhendis texniki heyeti arasindan Milli ehval ruhiyyeli adamlari teskilata celb etmek idi Tezlikle Teymur bey Emir Musabeyovu Firuz Suleymanovu Serdar Ehmedovu Bala bey Bagirovu Ehmed Sahnezerovu Rehim Rehimzadeni ve basqalarini teskilata celb ede bildi Fealiyyet dairesini genislendirmeq meqsedile Teymur bey Zeynalin komekliyi ile 1932 ci ilde S Orconikidze adina Gence Toxuculuq Kombinantina direktor teyin olundu eyni zamanda seher Sovetinin sedri secildi Eksinqilabi Milli usyanci teskilatin burdaki esas uzvleri ile Azerbaycan Kommunist bolsevikler Partiyasi Gence seher Partiya Komitesinin katibi Ibrahim Tagiyevle seher Sovetinin sedri Hemid Sultanovla ve basqalari ile daha yaxindan tanis oldu elaqelerini mohkemletdi Onlar tez tez bir yere yigisir gordukleri isleri muzakire edir novbeti planlar hazirlayirdilar 1937 ci ilin yayinda Teymur bey Bakiya yeniden yaradilmiq Azerbaycan Xalq Yungul Senaye Komissarliginin Toxuculuq idaresine muhendis vezifesine deyisildi ve cox cekmeden idare reisi vezifesine kecirildi Hemin vaxtdan da o eksinqilabi milli usyanci teskilatin esas rehberlerinden olan Azerbaycan Xalq Yerli Senaye komissari Huseynbala Agaverdiyevle komissarligin plan maliye sobesinin reisi Elekber Haqverdiyevle V Volodarski adina tikis fabrikinin direktoru Zeynal Haciyevle toxuculuq idaresinin reisi Muxtar Mirzeyevle birlikde eksinqilabi islerin miqyasini daha da genislendirir son meqsede catmaq ucun butun quvveleri seferber etmekde feal istirak edirdi Lakin 1937 ci ilde Milli usyanci eksinqilabi teskilatin sonuncu rehber heyetinin uzvlerinin xususen de Huseynbala Agaverdiyevin ve Muxtar Mirzeyevin hebst diger uzvler arasinda bir casqinliq umidsizlik yaratdi Bu da eksinqilabi isde oz eksini taparaq mubarizeni xeyli zeifletdi Bu veziyyet ise isi yeniden canlandirmaq ucun qeti tedbirler gormeyi teleb edirdi Bununla elaqedar Teymur beyle il novbede V Volodarski adina fabrikin kecmis direktoru Zeynal Haciyevle gorusub hebsden kenarda qalan teskilat uzvlerini bir yere toplamaq ucun yeni merkezin yaradilmasi ideyasini ireli surdu ve merkeze rehberlik etmeyi ondan xahis eledi Zeynal bu isi memnuniyyetle boynuna goturdu ve belelikle de Bakida eksinqilabi isler yeniden oz mecrasina dusdu Ve ele bu vaxt Teymur bey Moskvaya ezamiyyete gonderildi Teymur bey Aslanovun istintaqi davam edirdi Mustentiq Babenko ne qeder calisirdisa ondan bir kelme de soz ala bilmirdi Teymur bey defelerle dindirildi sahidlere uzlesdirildi yene de neticesi olmadi Elaci kesilen mustentiq Teymur bey haqqinda verilmis yazili ifadeleri ona gosterib qezeble Bes bunlara ne deyirsen bunlardami yalandir Oz emel dostlarin yaziblar Gotur ozun oxu deye vereqleri onun qarsisina atdi Teymur bey ifadelerin muelliflerinin ad familiyalarini gorende gozlerine inanmadi ureyinde nankorlar satqinlar corekleri dizinin ustunde olan alcaqlar deye onlari soydu amma Babenkonunun yaninda ozunu o yere qoymadi Zeynal Tagiyevin ifadelerinden Teymur bey Aslanovu 1925 ci ilden Bakida Toxuculuq Kombinaminda birge islediyimiz vaxtdan taniyiram O Gencede Azerbaycan uzvu ve eyni zamanda Milli usyanci eksinqilabi teskilatin deste rehberi olmusdu Teymur bey Bakidan menden vaxtasiri operativ gosterisler alir onlari heyata kecirenden sonra hesabat verirdi Bir sozle o Gence Toxuculuq Kombinantinda eksinqilabi islerin basinda durur ister ziyankarliq isterse de teskilata yeni uzvlerin celb edilmesi sahesinde praktiki is aparirdi O kombinati dagidir ve orda genis vuset alan Smaxanov herakatina her cur Mane olurdu Teymur bey Gencede usyanciliq herekatinin hazirlamasinda istirak edir ve toxuculuq senayesi sahesinde pozuculuq isleri aparirdi Hetta bir defe men sexsen ona 10 min manat pul vermisdim ki ziyankarliq isleri aparmaq ucun Gence Toxuculuq Kombinatinin tikintisinde isleyen eksinqilabi ehval ruhiyyeli rus muhendislerine paylasin Onu da qeyd etmek isteyirem ki Teymur bey Aslanov xaricle de yeni Parisde Elimerdan bey Topcubasov ve Istanbulda ise Mehemmed Emin Resulzade ve Xosrov bey Sultanovla elaqe saxlayir onlardan mueyyen tapsiriqlar alirdi Bir de ki o 1925 ci ilde Berlinde Milbax terefinden agentliye celb olunmus qayidandan sonra ise alman kesfiyyatinin rezidenti islemis Elza Seyidzade ile sonralar o Almaniyaya muhaciret etmisdi V Q six elaqe yaratmisdi Teymur bey ona Azerbaycanin yungul senayesinin ve enerji bazasinin inkisafi haqqinda fehlelerin ve ziyalilarin ehval ruhiyyeleri baresinde casusluq melumatlari verirdi Alman kesfiyyatinin agenti kimi o Behram Huseynzadeni Firudun Eliyevi Rehim Rehimzadeni Ehmed Sahnezerovu casusluqa celb etmisdi Butun bunlari o 1934 cu ilde de sexsen ozu mene danisib Firuz Suleymanovun ifadelerinden Teymur bey Aslanov 1936 ci ilin ya iyul ya da avqust ayinda meni kabinetine cagirdi Otaqda ancaq ikimiz idik O meni qorxudaraq dedi ki guya Inayet Refiyev adli bir nefer ona melumat verib ki men eksinqilabi milli usyanci teskilatin uzvuyem Bu sozlerden berk tutuldum O meni sakitlesdirdi Dedi ki hec pert olmaga deymez arxayin ol men seni qorxutmaq ya da satmaq ucun bura devet elememisem Yaxindan tanis olmaq meqsedile seni cagirmisam Men ozum de hemin teskilatin uzvuyem Senin de menim de manefelerimiz ve maraqlarimiz eynidir Ve cox sozler deyenden meni usyanci teskilata celb etdi ve derhal da muxtelif eksinqilabi tapsiriqlar vermeye basladi Mehkeme Teymur bey sahidlerin yalan ifade verdiklerini ve ona bohtan atdiqlarini bildirerek yene de hec neyi boynuna almadi Oda mustentiq sahidleri getirdi ve onlari uzlesdirdi Teymur bey vaxtile can bir qelbde olan ve indii ise cehenneme getmeye ozlerine yoldas axtaran kohne dostlari ni gorende nifretle onlari suzub susmaga ustunluk verdi Mustentiq Babenko yaxsi bilirdi ki sahidlerin soyledikleri faktlarin yoxlanilmasi ve senedlesdirilmesi ustunden cox vaxt kecdiyine gore mumkun deyil O isini tez basa catdirmaq ucun yalniz istintaq isinde olan materiallarla ve sahidlerin ifadeleri ile kifayetlendi Ancaq Teymur beyin qeti etirazindan sonra Babenko istintaq muddetinin uzadilmasi barede qerar cixararaq bu barede SSRI Ali Soveti Reyaset Heyetinin qarsisinda mesele qaldirdi ve istintaqin iki ay uzadilmasina xahis etdi Lakin isi basa catdirmag bu iki ay da bes elemedi Teymur bey Aslanov ve toxuculuq senayesinin diger iscileri Rehim Rehimzade Zeynal Tagiyev Elekber Sahbazov Ismayil Xanlarov Zeynal Haciyev Celil Vezirov Qedim Qedimbeyov Isgender Memmedov Sahid Huseynov Eli bey Qulubeyov artiq il yarim idi ki Azerbaycan Xalq Daxili Isler Komissarliginin daxili hebsxanasinda curuyur duler Nehayet 1939 cu il oktyabrin 29 da bu on bir nefer barede son ittihamname tertib olunub baxilmaq ucun Zaqafqaziya Herbi Dairesinin herbi tribunalina gonderildi Dekabrin 3 de Tiflisde herbi tribunalin hazirliq iclasinda ittihamnameler yenidee nezereden kecirildi ve onlara verilen ceza tedbirleri deyisilmez olaraq qaldi Dekabrin 27 de Bakida Zaqafqaziya Herbi Dairesinin Herbi Tribunalarinin seyyar sessiyasi terefinden kecirilen qapali mehkeme iclasina ise tekrar baxildi Mehkemede Zeynal Tagiyevden ve Firuz Suleymanovdan basqa hec kes ozunu muqessir saymadi ve onlarin hamisina muxtelif muddete is kesildi Teymur bey Aslanov da 1939 cu il dekabrin 28 de verilen mehkeme qerarina gore eksinqilabi Milli usyanci teskilatin uzvu kimi 12 il muddetine azaldiqdan mehrum edildi ve Qazaxistanin Karaqanda vilayetinin Cezkazqan seherine surgune gonderildi Ve ustelik bele bir qerar da cixarildi ki ceza muddeti bitenden sonra o yalniz Blxas seherine yasaya biler MenbeVasif Quliyev Vagzalda hebs Baki Susa 2001 Enver Cingizoglu Aslanovlar Soy 10 30 Baki 2009 Hemcinin baxZekeriyye bey Aslanov Cumhuriyyet telebeleri Aslanovlar