Tacikistan mətbəxi — Orta Asiyada yerləşən Tacikistan Respublikasının mətbəxi.
Tacik xalqının müasir həyatında cəlbedici məqamlardan biri onların bugünkü dövrdə də məişətdə öz milli adət-ənənələri və geyimləri ilə yanaşı milli mətbəxlərini qoruyub saxlamasıdır. Bu gün də taciklər milli yeməklərə üstünlük verirlər.
Tacik xalqının kulinariya incəsənəti əsrlər boyu formalaşmışdır. Tacik milli mətbəxi digər Orta Asiya milli mətbəxi ilə eynilik təşkil etsə də, öz xüsusiyyəti, özünəməxsus texnologiyası ilə digərlərindən fərqlənir. Tacik mətbəxinin xarakterik xüsusiyyəti burada böyük miqdarda ət məhsullarından və balıqdan istifadə olunmasıdır. Daha çox qoyun və keçi ətindən istifadə olunur. Toyuq ətindən yeməklər azlıq təşkil edir, ördək və qaz ətindən isə, demək olar ki, istifadə olunmur. Tacik milli mətbəxinin digər xüsusiyyəti yüksək səviyyədə düyü və lobyadan istifadədir. Qida rasionuna un məmulatları: qoğal, kökə və başqaları daxildir. Souslara, xüsusilə də ət souslarına üstünlük verilir.
Taciklərin əsas sevimli içkiləri yaşıl çaydır. Yaşıl çay həm isti, həm də soyuq halda içilir. Demək olar ki, heç bir qonağın qəbulu, heç bir dost görüşü və söhbətlər bu içkisiz ötüşmür. Hətta nahara da çayla başlayırlar. İlin sərin vaxtlarında isə əsasən qara çay içilir. Çay dolu piyalələr sinidə gətirilir. Sinidə xüsusi şirniyyatlar, meyvələr verilir. Sonra böyük piyalələrdə şorba, böyük dairəvi boşqablarda ikinci yemək gətirilir. Tərəvəzdən hazırlanan salatlar kiçik boşqablarda süfrəyə verilir. Bu xalqın yeməyə, xüsusilə də çörəyə olan xüsusi hörmətini də qeyd etmək lazımdır: hətta çörəyi ehtiyatla doğrayırlar. Salat və soyuq qəlyanaltılar tərəvəzdən hazırlanır və ikinci yemək - plov, kababla birlikdə verilir. Soyuq yeməkləri göyərti əlavə etməklə ət məhsullarından, o cümlədən quş ətindən hazırlayırlar. Tacik milli mətbəxində şorbalar xüsusi yer tutur. Bu sırada mastoba, uqro, karuma-şurbo, xom-şurbo, şalqam-şurbo şorbaları geniş yayılıb. Yay fəslində süddən soyuq şorba - çolob hazırlayırlar. Tacik milli mətbəxində ən çox yayılmış ət yeməkləri müxtəlif kabablardır.
"Oşi plav" adlanan tacik plovu bu xalqın ən sevimli yeməklərindəndir. Bu yeməyi hazırlamaqdan ötrü onlarla resept mövcuddur. Plovların hazırlanma texnologiyası ilkin xammaldan, isti emaldan, quruluşunun xüsusiyyətləri və süfrəyə verilməsindən asılıdır. Adətən plov çuqun qazanlarda hazırlanır. Bu zaman isti qoyun piyindən, bitki və heyvan yağlarından istifadə olunur. Ət məhsullarından qoyun və quşlardan (toyuq-cücə) istifadə edilir. Düyü əvvəlcədən təmizlənir, yuyulur və düz tökülmüş isti suda 2-3 saat saxlanılır. Kök təmizlənir, yuyulur. Plov üçün döyülmüş qara və qırmızı istiotdan, kişmiş, sarımsaqdan istifadə olunur. Plovun süfrəyə verilməsi zamanı təzə tərəvəzlərdən hazırlanmış müxtəlif salatlar da qoyulur. Xəmirdən xörəklər və məmulatlar tacik mətbəxində əhəmiyyətli yer tutur. Xəmir xörəkləri arasında mantı, şima, düşbərə və başqaları geniş yayılıb. Onların tərkibinə un, ət, tərəvəz, göyərti, süd məhsulları və yumurta vururlar. Taciklərin çaydan savayı üstünlük verdiyi digər içkilərdən meyvə suyu, şirə və şərbətlər də geniş yayılıb.
İstinadlar
- Mehparə. Taciklər haqqında bildiklərimiz və bilmədiklərimiz 2011-11-27 at the Wayback Machine medeniyyet.az, 18.02.2011 (az.)
Xarici keçidlər
- Laghman 2008-07-04 at the Wayback Machine, recipe and photos (rus.)
- Belyashi in Tajik cuisine 2012-07-23 at the Wayback Machine, recipe and photos (rus.)
- Tajik dining 2007-08-22 at the Wayback Machine
- Tajik culinary recipes and photos in English 2016-02-02 at the Wayback Machine
- Colorado Tajikistanians, recipes in English
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Tacikistan metbexi Orta Asiyada yerlesen Tacikistan Respublikasinin metbexi Corek satan tacik qadin Tacik xalqinin muasir heyatinda celbedici meqamlardan biri onlarin bugunku dovrde de meisetde oz milli adet eneneleri ve geyimleri ile yanasi milli metbexlerini qoruyub saxlamasidir Bu gun de tacikler milli yemeklere ustunluk verirler Tacik xalqinin kulinariya inceseneti esrler boyu formalasmisdir Tacik milli metbexi diger Orta Asiya milli metbexi ile eynilik teskil etse de oz xususiyyeti ozunemexsus texnologiyasi ile digerlerinden ferqlenir Tacik metbexinin xarakterik xususiyyeti burada boyuk miqdarda et mehsullarindan ve baliqdan istifade olunmasidir Daha cox qoyun ve keci etinden istifade olunur Toyuq etinden yemekler azliq teskil edir ordek ve qaz etinden ise demek olar ki istifade olunmur Tacik milli metbexinin diger xususiyyeti yuksek seviyyede duyu ve lobyadan istifadedir Qida rasionuna un memulatlari qogal koke ve basqalari daxildir Souslara xususile de et souslarina ustunluk verilir Taciklerin esas sevimli ickileri yasil caydir Yasil cay hem isti hem de soyuq halda icilir Demek olar ki hec bir qonagin qebulu hec bir dost gorusu ve sohbetler bu ickisiz otusmur Hetta nahara da cayla baslayirlar Ilin serin vaxtlarinda ise esasen qara cay icilir Cay dolu piyaleler sinide getirilir Sinide xususi sirniyyatlar meyveler verilir Sonra boyuk piyalelerde sorba boyuk dairevi bosqablarda ikinci yemek getirilir Terevezden hazirlanan salatlar kicik bosqablarda sufreye verilir Bu xalqin yemeye xususile de coreye olan xususi hormetini de qeyd etmek lazimdir hetta coreyi ehtiyatla dograyirlar Salat ve soyuq qelyanaltilar terevezden hazirlanir ve ikinci yemek plov kababla birlikde verilir Soyuq yemekleri goyerti elave etmekle et mehsullarindan o cumleden qus etinden hazirlayirlar Tacik milli metbexinde sorbalar xususi yer tutur Bu sirada mastoba uqro karuma surbo xom surbo salqam surbo sorbalari genis yayilib Yay feslinde sudden soyuq sorba colob hazirlayirlar Tacik milli metbexinde en cox yayilmis et yemekleri muxtelif kabablardir Tacik aspaz plov hazirlayarken Osi plav adlanan tacik plovu bu xalqin en sevimli yemeklerindendir Bu yemeyi hazirlamaqdan otru onlarla resept movcuddur Plovlarin hazirlanma texnologiyasi ilkin xammaldan isti emaldan qurulusunun xususiyyetleri ve sufreye verilmesinden asilidir Adeten plov cuqun qazanlarda hazirlanir Bu zaman isti qoyun piyinden bitki ve heyvan yaglarindan istifade olunur Et mehsullarindan qoyun ve quslardan toyuq cuce istifade edilir Duyu evvelceden temizlenir yuyulur ve duz tokulmus isti suda 2 3 saat saxlanilir Kok temizlenir yuyulur Plov ucun doyulmus qara ve qirmizi istiotdan kismis sarimsaqdan istifade olunur Plovun sufreye verilmesi zamani teze terevezlerden hazirlanmis muxtelif salatlar da qoyulur Xemirden xorekler ve memulatlar tacik metbexinde ehemiyyetli yer tutur Xemir xorekleri arasinda manti sima dusbere ve basqalari genis yayilib Onlarin terkibine un et terevez goyerti sud mehsullari ve yumurta vururlar Taciklerin caydan savayi ustunluk verdiyi diger ickilerden meyve suyu sire ve serbetler de genis yayilib IstinadlarMehpare Tacikler haqqinda bildiklerimiz ve bilmediklerimiz 2011 11 27 at the Wayback Machine medeniyyet az 18 02 2011 az Xarici kecidlerVikianbarda Tacikistan metbexi ile elaqeli mediafayllar var Laghman 2008 07 04 at the Wayback Machine recipe and photos rus Belyashi in Tajik cuisine 2012 07 23 at the Wayback Machine recipe and photos rus Tajik dining 2007 08 22 at the Wayback Machine Tajik culinary recipes and photos in English 2016 02 02 at the Wayback Machine Colorado Tajikistanians recipes in English