Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir.
- Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya tabelilik bağlayıcısı, ya da intonasiya olur. Məs:
- Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur.
- Elə (necə?) otlar var ki , min bir dərdin dərmanıdır.
- Adam var (necə?), adamların naxışıdır.
- Mən bir solmaz (necə?) yarpağam ki, çiçəkləri bəzərəm. (C.Cabbarlı)
- Söz var (necə?) qılıncdan itidir.
- Bəzi təyin budaq cümlələrində budaq cümlə baş cümlədən əvvəl gəlir. Bu zaman bağlayıcı sözlə əlaqələnir:
- Hansı xörəyi xoşlayırsan, o xörəyi də ye.
- Hansı kitabı demisən, o kitabı almışam.
- Necə demişdin, elə də paltar almışam.
- Nə qədər istədin, o qədər daş yığdıq.
- Təyin budaq cümləsinin bəzilərində əvəzlik-qəlib ixtisar olunur. İxtisaolunmuş əvəzlik-qəlibi asanlıqla bərpa etmək olar. Məs: Əsər var, oxumaqdan doymursan. Bu cümlə intonasiya vasitəsilə əlaqələnib və əvəzlik-qəlib ixtisar olunub. Belə cümlələrdə tabelilik bağlayıcısını və əvəzlik-qəlibi asanlıqla bərpa etmək olar. Məs: Elə əsər var ki, oxumaqdan doymursan.
- Təyin budaq cümləsində əvəzlik-qəliblər cümlədə mübtədanı, tamamlığı və ismi xəbəri təyin edə bilər. Məs: Elə çiçəklər var ki, ətrindən doymaq olmur. Alimlərimiz elə dərman düzəltdi ki, epidemiya təhlükəsi aradan qalxdı. Bu elə kitabdır ki, oxumamaq olmur. Cümlələrdə ardıcıllıqla əvəzliklər mübtədanı, tamamlığı və ismi xəbəri təyin edir. Təyin budaq cümləsində buna fikir vermək lazımdır.
- Sadələşən zaman təyin budaq cümləsində budaq cümlə sadə cümlənin təyini vəzifəsində işlənir. Məs.: Mən insan adam o adama deyərəm ki, ömrü fırtınalar içərisində keçsin (mürəkkəb cümlə). Ömrü fırtınalar içərisində keçən (hansı?) adama insan adam deyərəm (sadə cümlə).
Təyin budaq cümlələri
- Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərəm. (C.C.)
- Mən o tənqidi sevirəm ki, işin xeyrinədir.
- Elə gecələr var ki, səhərədək yata bilmirəm.
- İndi gözəl o qızdır ki, səngərdə beş külüng, beş bel artıq vurur. (M.C.)
- Bu, o dərə idi ki, burada Güzdəkli Bayandur öz igidləri ilə Ağa Məhəmmədin qoşunlarına divan tutmuşdu. (İ.Ə.)
- Elə müəllim var ki, öz uşaqlarına qəlbən bağlıdır.
- Söz var, kəsdirər başı, söz var, kəsər savaşı.
- Bir söz de ki, mənim ürəyimə yatsın.
- O adama söz de ki, sözünü yerə salmasın.
- Elə bir qız ol ki, xalqın səninlə fəxr etsin.
- Elə adam var ki, heç vaxt öz yerini bilmir.
- Nə qədər şeir demişdin, o qədər şeir əzbərləmişəm.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Teyin budaq cumlesi bas cumlenin isimle ve ya isimlesmis sozlerle ifade olunmus her hansi bir uzvunu teyin edir ve teyinin suallarina nece ne cur hansi cavab verir Adeten teyin budaq cumlesinin bas cumlesindeo bu ele bele hemin bir ele bir o qederve s kimi evezlik qelibler islenir Evezlik qelibler budaq cumlenin bu novunde ozunden sonra isim teleb edir Teyin budaq cumlesi ekser zaman bas cumleden sonra gelir Bu vaxt elaqe vasitesi ya tabelilik baglayicisi ya da intonasiya olur Mes Men o hansi kendleri gezmisem ki havasi havadir suyu sudur Ele nece otlar var ki min bir derdin dermanidir Adam var nece adamlarin naxisidir Men bir solmaz nece yarpagam ki cicekleri bezerem C Cabbarli Soz var nece qilincdan itidir Bezi teyin budaq cumlelerinde budaq cumle bas cumleden evvel gelir Bu zaman baglayici sozle elaqelenir Hansi xoreyi xoslayirsan o xoreyi de ye Hansi kitabi demisen o kitabi almisam Nece demisdin ele de paltar almisam Ne qeder istedin o qeder das yigdiq Teyin budaq cumlesinin bezilerinde evezlik qelib ixtisar olunur Ixtisaolunmus evezlik qelibi asanliqla berpa etmek olar Mes Eser var oxumaqdan doymursan Bu cumle intonasiya vasitesile elaqelenib ve evezlik qelib ixtisar olunub Bele cumlelerde tabelilik baglayicisini ve evezlik qelibi asanliqla berpa etmek olar Mes Ele eser var ki oxumaqdan doymursan Teyin budaq cumlesinde evezlik qelibler cumlede mubtedani tamamligi ve ismi xeberi teyin ede biler Mes Ele cicekler var ki etrinden doymaq olmur Alimlerimiz ele derman duzeltdi ki epidemiya tehlukesi aradan qalxdi Bu ele kitabdir ki oxumamaq olmur Cumlelerde ardicilliqla evezlikler mubtedani tamamligi ve ismi xeberi teyin edir Teyin budaq cumlesinde buna fikir vermek lazimdir Sadelesen zaman teyin budaq cumlesinde budaq cumle sade cumlenin teyini vezifesinde islenir Mes Men insan adam o adama deyerem ki omru firtinalar icerisinde kecsin murekkeb cumle Omru firtinalar icerisinde kecen hansi adama insan adam deyerem sade cumle Teyin budaq cumleleriMen bir solmaz yarpagam ki cicekleri bezerem C C Men o tenqidi sevirem ki isin xeyrinedir Ele geceler var ki seheredek yata bilmirem Indi gozel o qizdir ki sengerde bes kulung bes bel artiq vurur M C Bu o dere idi ki burada Guzdekli Bayandur oz igidleri ile Aga Mehemmedin qosunlarina divan tutmusdu I E Ele muellim var ki oz usaqlarina qelben baglidir Soz var kesdirer basi soz var keser savasi Bir soz de ki menim ureyime yatsin O adama soz de ki sozunu yere salmasin Ele bir qiz ol ki xalqin seninle fexr etsin Ele adam var ki hec vaxt oz yerini bilmir Ne qeder seir demisdin o qeder seir ezberlemisem Hemcinin baxmubteda budaq cumlesi budaq cumle