Sumqayıtçay daşqını (2010) — 2010-cu ilin may ayında Abşeron yarımadasının şimal-qərbində baş vermiş daşqın. Daşqın Sumqayıtçayın qəfil daşması və yatağını basması ilə meydana gəlmişdir. Başlanğıcını Şamaxı rayonundan götürərək Xəzər dənizinə tökülən çayın uzunluğu 198 km, hövzəsinin sahəsi isə 1751 km²-dir. Başlanığıcını Gülümdostudağından (2000 m) götürən çay Sumqayıtçay adını Qozlu və Çikilçayın birləşməsindən sonra alır. Az sulu olması və mənsəbə yaxın qumsal ərazidən axması suyunun süzülməsi effektini yaradır. Bu səbəbdən insanların hafizəsində bu çayın daşması nadir hadisədir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san olan çayın daşqın zamanı bu rəqəmi on dəfələrlə aşması ehtimal edilir.
Fəsadları
Daşqın baş verən zaman çayın hündürlüyünün 5 metrə çatmışdır. Nəticədə çayın yaxınlığından axdığı Pirəşükül kəndin girişindəki körpü yuyularaq tamamilə yararsız vəziyyətə düşmüşdür. Yolu su basdığından kəndə giriş alternativ mənbələrlə təmin edilmişdir. Daşqın nəticəsində kənddə yerləşən evləri lilli su basmış, su xətləri də sıradan çıxmışdır.
Nəticələri və onun aradan qaldırılması
Çayın axdığı ərazinin az məskunlaşmış bölgə olması xoşa gəlməz insan tələfatının qarşısının alınmasına səbəb olmuşdur. Daşqının fəsadlarını aradan qaldırmaq üçün əhalinin suya olan tələbatını ödəmək məqsədi ilə əraziyə xüsusi maşınlarla içməli su gətirilmiş, elektrik xətləri bərpa edilmiş, ağır texnikanın köməyi ilə kəndə əsas girişdən hərəkət təmin edilmiş və çay kənarında bəndvurma işləri görülmüşdür.
İstinadlar
- "Sumqayıtçaydakı daşqın" (az.). 2020-10-22 tarixində . İstifadə tarixi: 6 aprel 2017.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sumqayitcay dasqini 2010 2010 cu ilin may ayinda Abseron yarimadasinin simal qerbinde bas vermis dasqin Dasqin Sumqayitcayin qefil dasmasi ve yatagini basmasi ile meydana gelmisdir Baslangicini Samaxi rayonundan goturerek Xezer denizine tokulen cayin uzunlugu 198 km hovzesinin sahesi ise 1751 km dir Baslanigicini Gulumdostudagindan 2000 m goturen cay Sumqayitcay adini Qozlu ve Cikilcayin birlesmesinden sonra alir Az sulu olmasi ve mensebe yaxin qumsal eraziden axmasi suyunun suzulmesi effektini yaradir Bu sebebden insanlarin hafizesinde bu cayin dasmasi nadir hadisedir Aximi esasen yagis 90 sularindan emele gelir Orta illik su serfi 1 34 kub m san olan cayin dasqin zamani bu reqemi on defelerle asmasi ehtimal edilir FesadlariDasqin bas veren zaman cayin hundurluyunun 5 metre catmisdir Neticede cayin yaxinligindan axdigi Piresukul kendin girisindeki korpu yuyularaq tamamile yararsiz veziyyete dusmusdur Yolu su basdigindan kende giris alternativ menbelerle temin edilmisdir Dasqin neticesinde kendde yerlesen evleri lilli su basmis su xetleri de siradan cixmisdir Neticeleri ve onun aradan qaldirilmasiCayin axdigi erazinin az meskunlasmis bolge olmasi xosa gelmez insan telefatinin qarsisinin alinmasina sebeb olmusdur Dasqinin fesadlarini aradan qaldirmaq ucun ehalinin suya olan telebatini odemek meqsedi ile eraziye xususi masinlarla icmeli su getirilmis elektrik xetleri berpa edilmis agir texnikanin komeyi ile kende esas girisden hereket temin edilmis ve cay kenarinda bendvurma isleri gorulmusdur Istinadlar Sumqayitcaydaki dasqin az 2020 10 22 tarixinde Istifade tarixi 6 aprel 2017