Bu məqalədə heç bir məlumatın mənbəsi . |
Stels texnologiyası — digər adla Az Görünmə Texnologiyası hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikaları toplusudur. Stels texnologiyaları əsasən radarlar, infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur.
Müasir stels texnologiyalarının əsas 1958-ci ildə Birləşmiş Ştatlarda qoyuldu. Daha öncəki görünməməzlik cəhdləri uğursuzluqla başa çatmışdı (SSRİ Amerikan kəşfiyyat təyyarəsi – U-2-ni SSRİ ərazisində uçarkən vurdu).
Stels konsepti düşmən ərazisində heç görünmədən, yaxud da dost görünümündə fəaliyyət göstərmək deməkdir.
Stelstin bir çox yerdə tətbiqləri olsa da ən əsas hərbi təyyarələrdə tətbiq olunur.
Tarixi
1958-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özlərinin Lockheed U-2 təyyarələrini əvəzləmək üçün yeni növ kəşfiyyat təyyarəsinin hazırlanması üçün Lockcheed aviakompaniyasına sifariş verdi. Kelli Conson ("Kelly" Johnson) və onun komandası nəticədə gələcəkdə əfsanəvi Lockheed SR-71 Blackbird-in baza təyyarəsi olacaq təyyarəsini istehsal etdilər. Bu təyyarə səsdən 3.2 dəfə sürətlə, 25.000 metr hündürlükdə uça bilirdi. Bu qədər hündürdə uçması onun radarlara düşməməsinə kömək edirdi. Əgər uçuş düşmən radarının kilidlənməsi qeydə alınsa, raket atılsa SR-71-in standart prosedurası sadəcə olaraq forsaj rejimini yandıraraq, səsdən 3.3 dəfə sürətlə uçmaq və raketin sürətini keçməkdir. Bu sürətdə uçan təyyarələri vurmaq üçün xüsusi raketlər olsa da, bir çox raketin sürəti SR-71-in sürətindən aşağıdır. (RƏM) daha öncələr Lockheed U-2 təyyarəsində də istifadə edilmişdi. Bununla yanaşı A-12-nin bir çox hissələri radara daha az düşəcək fiqurlarda dizayn edilirdi. Həmin A-12 proqramı sonradan inkişaf etdirilərək SR-71-in yaranmasına gətirib çıxardı. SR-71 öncəki modeli həm Mach 3.3 sürəti ilə, həm də 28000 metr hündürlükdə uçması ilə daha da geridə qoydu.
SR-71 özündə bir çox stels xüsusiyyətləri cəmləşdirmişdi: Əyri vertikal arxa stabilləşdirici qanadlar, radara daha çox görünən hissələrdə yeni nəsil kompozit materiallardan istifadə etməklə gələn dalğaları daha az əks etdirmək, ümumilikdə isə Radar Əmən Boya ilə boyanması.
1970-ci illərdə ABŞ Müdafiə Nazirliyi stels qırıcı döyüş təyyarənin hazırlanması proyektinə start verdi. Bu layihədə Lockheed və Northrop multimilyard dollarlıq müqaviləlik təyyarəni istehsal etmək uğrunda mübarizə aparırdılar. Nəticədə, sonradan təkmilləşdirilərək F-117 Nighthawk olacaq təyyarə -Lockheed Have Blue Northropun təyyarəsini üstələyərək birinci seçildi.
Lockheed öz təyyarəsinin dizaynında rus fiziki Pyotr Ufimtsevin elmi əsərlərinə istinad edib. Belə ki, dalğaların fiziki obyektlər üzərindəki xassələrini araşdırmış rus aliminin yazdığı kitab nəticəsində, Lockheed şirkəti öz təyyarəsinin dizayn konsepsiyasını qurdu. Lockheed F-117-dən əlavə olaraq Norhtropun sonradan yaradacağı əfsanəvi B-2 bombardmançı təyyarəsində də Pyotr Ufimtsevin elmi işindən istifadə olunacaqdı. Sonradan həmin kitab "Diffraksiyanın Fiziki Nəzəriyyəsində Künc Dalğaların Metodologiyası" adı altında tərcümə olunub çap edildi. Kitabda yazılmış düsturlar təyyarənin aerodinamik strukturunun radara necə düşəcəyini hesablamağa imkan verirdi. Lockheed də bu düsturlardan istifadə edərək kompüter simuliyasiyası ilə "almaz" dizaynlı struktur hazırladı. Bunun nəticəsi olaraq F-117 təyyarəsinin çıxıntıları "almaz" kimi sərtdir.
Prinsipləri
Stels vahid bir texnologiya deyildir. O düşmənə görünmə, "eşidilmə" məsafəsini kəskin şəkildə azaltmağa hesablanmış bir çox texnologiyaların ümumi cəm adıdır. Radar izini azaltmaqdan əlavə akustik və termal izləri də azaltmaq stels texnologiyalarına aiddir.
Radara Görünmə Sahəsi (RCS)
Radarın ixtirasından sonra radara düşməmək üçün bir çox metodlar araşdırıldı. Radar texnologiyasının İkinci Dünya Müharibəsində çox sürətli inkişafı ilə yanaşı antiradar metodlar da öz növbəsində inkişaf elədi. Bunlara misal kimi radarları çaşdırmaq üçün metal hissəciklərinin uçuş zamanı təyyarənin ətrafına səpələnməsini göstərmək olar. Müasir metodlara misal kimi Radar Qarışma texnikalarını göstərmək olar.
Stels terminin akustik və termal izlərin azalması texnologiyalarıdan daha çox radar izinin azalması texnologiyası ilə əlaqələndirilməsi 80-ci illərin ortalarında, F-117 təyyarəsi məşhurlaşandan sonra baş verdi. F-117 təyyarəsinin ilk dəfə iri çaplı müharibədə istifadəsi Körfəz müharibəsi vaxtı olsa da (1991), ümumilikdə ilk istifadəsi Amerikanın 1989-cu ildə Panamanı işğal etməsi vaxtı oldu.
Stels prinsipinin məşhurlaşması və onun arxasında dayanan texnologiyalar bəlli olduqca ironik olaraq stels texnologiyalı təyyarələri də tutmaq üçün metodlar kəşf edildi. Belə ki, passiv, aşağı-tezlikli radarlar bu cür təyyarələri tuta bilir. Lakin hələ də stels texnologiyalı təyyarələri istehsal etmək aktualdır. Çünki hətta radara düşsələr belə bu cür təyyarələri uzaqdan tutmaq yenə də mümkün deyildir: Yalnız müəyyən qədər yaxınlığa gəldikdən sonra radarlara düşə bilirlər.
Gövdə Forması
Təyyarələrdə
Hələ 1930-cu illərdə, radar sistemləri hələ yenicə tətbiq olunarkən, təyyarələrin dizaynını xüsusi şəkillərdə verməklə onun radarlara daha az düşməsi ideyası mövcud idi. 50-ci illərin Britaniya istehsalı təyyarəsi Avro Vulkanın təqdirə layiq dərəcədə kiçik radar izi var idi, hətta bəzi zamanlarda radarlardan tamamilə itirdi. Əslində isə bu tamamən təsadüfən alınmış bir nəticə idi. Təyyarə stels üçün nəzərdə tutulmamışdı. 1957-ci ildə Britaniya Kral Hava Qüvvələrinin texniki qeydlərində Vulcanın demək olar bütün dərəcələrdən radarı əks etdirməsi çox cüzi olması bildirilir. Yalnız 1–2 çıxıntı radar siqnallarının radara geri qayıtmasına şərait yaradırdı. Vulcanın dizaynının radarlara düşməməsi üçün nə qədər ideal olsa da, məsələn Tu-95 təyyarəsinin də radara düşməsi o qədər idealdır. Çünki təyyarə pərvanələrinin radarlarda çox güclü siqnal kimi göründüyü bəllidir.
Radar izinin azaldılmasında digər metod isə dizaynın daxili quruluşudur. Bəzi stels təyyarələrinin xarici təbəqəsinin altında xüsusi kiçik üçbucaqlar formasında təşkil olunub. Xaricdən gələn radar dalğaları bu üçbucaqların içində "tələyə düşür" və geri əks olunmaq əvəzinə təyyarənin daxilinə yönəldilir. Beləliklə həmin dalğalar təyyarənin içində "fırlanaraq" getdikcə zəifləyir, beləliklə geri qayıdan radar dalğası olsa belə, çox zəif enerjidə olduğu üçün əhəmiyyət daşımır. Bu metoddan ilk dəfə Blackbird seriyalı təyyarələrdə — A-12, YF-12 və Lockheed Martin SR-71 Blackbird təyyarəsində istifadə olunub.
Radar dalğasını öz mənbəyinə "ən yaxşı" əks etdirən hissələr isə 2 və ya 3 metal lövhələrin ortoqonal birləşməyilə əmələ gələn hissələrdir. Təyyarələrdə bu cür hissələr onların arxa sabitləşdirici qanadlarıdır. Radarı yaxşı əks elətdirən konfiqurasiyanı pozmaq üçün F-117 arxa qanadları çox əyri dərəcələrdə dizayn edilib ki, qanadın gövdəyə birləşdiyi yerlə yaranan künc mümkün qədər "yumşaq olsun". Bu problemin daha radikal həlli isə arxa qanadların tamamilə götürülməsidir. Məsələn, B-2 Spirit: Onun arxa qanadları yoxdur. B-2-nin hamar, az sürtünməli dizaynı ona təqdirəlayiq uçuş məsafəsi verməklə yanaşı onun radar izini də kəskin şəkildə azaldır. B-2-nin "uçan qanad" formalı dizaynında demək olar ki heç bir künc hissə olmadığı üçün heç bir radar siqnalı əks etdirmir. Arxa qanadların olmaması təyyarənin aerodinamik cəhətdən qeyri-stabil olmasına gətirib çıxarsa kompüter idarəetmə sistemlərinin hesabına bu cür təyyarələr olduqca stabil uçuş həyata keçirə bilirlər.
Arxa qanadları ləğv etməkdən əlavə təyyarənin mühərriklərin xüsusi yerlərdə yerləşdirilməsi də əhəmiyyətlidir. Çünki mühərriklərin daxili strukturları açıqdadırsa onlar radarlara asanlıqla düşürlər.
Əlavə olaraq stels dizaynlarda təyyarənin gövdəsinə silahlar, yanacaq tankı və digər avadanlıqların qoyulması təyyarənin stels xüsusiyyətini tamam ləğv edir, çünki xaricə avadanlıqlar taxılanda təyyarənin ümumi strukturunda çıxıntıların sayı çoxalır və onlardan əks olunan dalğalara nəzarət mümkünsüz olur. Buna görə də bütün silahlar və avadanlıqlar təyyarənin içində saxlanılır. Lakin həmin raketlərdən istifadə edərkən silah anbarının qapısı açıldığı üçün həm qapının özü, həm də təyyarənin daxili strukturu radar dalğalarını əks etdirdiyi üçün təyyarə silahlardan istifadə etdiyi zaman radarlara düşürlər. Məsələn, NATO qüvvələrinin Serbiyada əməliyyatları zamanı F-117 təyyarəsinin vurulma səbəbi onun yerüstü radar yaxınlığında bomba atarkən bomba qapağının açılması nəticəsində radara düşməsidir. S-75 Dvina həmin F-117-di vurdu.
Stels dizaynının ən xarakterik xüsusiyyətlərindən biri də odur ki, dizaynda paralellik üstünlük təşkil etsin. Məsələn F-22 Raptor təyyarəsində bir çox hissə bir birilə eyni dərəcədədir. Əsas qanadların kənarları ilə arxa qanadların çıxıntıları bir birilə paraleldir. Hətta mühərriklərin hava girişləri ilə havada yanacaq doldurmaq avadanlıqları eyni dərəcədə paralel quraşdırılıb. Nəticədə, əvvəlki konsepsiyaların əksinə olaraq, yəni bir çox istiqamətdə zəif də olsa, lakin çox güclü radarlar tərəfindən tutula bilən dalğalar əks etdirmək əvəzinə bəlli bir sahəyə dalğanın çoxunu yönəltmək olur. Təbii ki, həmin müəyyən sahə radardan uzaq olduğuna görə radara zəif də olsa dalğa çatmır.
Təyyarələrin stels tələbatlarına cavab verəcək şəkildə dizayn ediləndə həmin dizaynlar aerodinamik cəhətdən çox qeyri-stabil olurlar. Əgər elektron uçuş idarəetmə sistemi (fly-by-wire) sistemləri olmazsa, o cür təyyarələri uçurtmaq qeyri-mümkündür. Həmin sistemlər pilotdan asılı olmadan sensorlar sayəsində aerodinamik quruluşun yaratdığın qeyri-stabilliyi hesablayaraq qanadlardan istifadə edərək uçuşu daimi olaraq balanslaşdırır.
Kabinanın şüşəsi də xüsusi olaraq qızıl və ya indium tin oksiddən ibarət olan xüsusi qarışıqdan ibarət olur ki, həmin nazik qat gələn radar dalğalarını udur.
Həmçinin bax
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede hec bir melumatin menbesi gosterilmemisdir Lutfen etibarli menbeler elave etmekle meqaleni tekmillesdirmeye komek edin Qerez yaradan menbesiz hisseler muzakiresiz siline biler Stels texnologiyasi diger adla Az Gorunme Texnologiyasi hava doyus masinlarini gemileri sualtigemileri raketleri peykleri ve herbcileri dusmen ucun daha az gorunen etmek taktikalari toplusudur Stels texnologiyalari esasen radarlar infraqirmizi radarlar ve sonar radarlara qarsi nezerde tutulur T 50 PAK FA 5 ci nesil Rusiya istehsali stels qirici Muasir stels texnologiyalarinin esas 1958 ci ilde Birlesmis Statlarda qoyuldu Daha onceki gorunmemezlik cehdleri ugursuzluqla basa catmisdi SSRI Amerikan kesfiyyat teyyaresi U 2 ni SSRI erazisinde ucarken vurdu Stels konsepti dusmen erazisinde hec gorunmeden yaxud da dost gorunumunde fealiyyet gostermek demekdir Stelstin bir cox yerde tetbiqleri olsa da en esas herbi teyyarelerde tetbiq olunur TarixiLockheed SR 71 Blackbird Stels texnologiyasinin ilkin tetbiqlerinden biri 1958 ci ilde ABS Merkezi Kesfiyyat Idaresi ozlerinin Lockheed U 2 teyyarelerini evezlemek ucun yeni nov kesfiyyat teyyaresinin hazirlanmasi ucun Lockcheed aviakompaniyasina sifaris verdi Kelli Conson Kelly Johnson ve onun komandasi neticede gelecekde efsanevi Lockheed SR 71 Blackbird in baza teyyaresi olacaq teyyaresini istehsal etdiler Bu teyyare sesden 3 2 defe suretle 25 000 metr hundurlukde uca bilirdi Bu qeder hundurde ucmasi onun radarlara dusmemesine komek edirdi Eger ucus dusmen radarinin kilidlenmesi qeyde alinsa raket atilsa SR 71 in standart prosedurasi sadece olaraq forsaj rejimini yandiraraq sesden 3 3 defe suretle ucmaq ve raketin suretini kecmekdir Bu suretde ucan teyyareleri vurmaq ucun xususi raketler olsa da bir cox raketin sureti SR 71 in suretinden asagidir REM daha onceler Lockheed U 2 teyyaresinde de istifade edilmisdi Bununla yanasi A 12 nin bir cox hisseleri radara daha az dusecek fiqurlarda dizayn edilirdi Hemin A 12 proqrami sonradan inkisaf etdirilerek SR 71 in yaranmasina getirib cixardi SR 71 onceki modeli hem Mach 3 3 sureti ile hem de 28000 metr hundurlukde ucmasi ile daha da geride qoydu SR 71 ozunde bir cox stels xususiyyetleri cemlesdirmisdi Eyri vertikal arxa stabillesdirici qanadlar radara daha cox gorunen hisselerde yeni nesil kompozit materiallardan istifade etmekle gelen dalgalari daha az eks etdirmek umumilikde ise Radar Emen Boya ile boyanmasi 1970 ci illerde ABS Mudafie Nazirliyi stels qirici doyus teyyarenin hazirlanmasi proyektine start verdi Bu layihede Lockheed ve Northrop multimilyard dollarliq muqavilelik teyyareni istehsal etmek ugrunda mubarize aparirdilar Neticede sonradan tekmillesdirilerek F 117 Nighthawk olacaq teyyare Lockheed Have Blue Northropun teyyaresini usteleyerek birinci secildi Lockheed oz teyyaresinin dizayninda rus fiziki Pyotr Ufimtsevin elmi eserlerine istinad edib Bele ki dalgalarin fiziki obyektler uzerindeki xasselerini arasdirmis rus aliminin yazdigi kitab neticesinde Lockheed sirketi oz teyyaresinin dizayn konsepsiyasini qurdu Lockheed F 117 den elave olaraq Norhtropun sonradan yaradacagi efsanevi B 2 bombardmanci teyyaresinde de Pyotr Ufimtsevin elmi isinden istifade olunacaqdi Sonradan hemin kitab Diffraksiyanin Fiziki Nezeriyyesinde Kunc Dalgalarin Metodologiyasi adi altinda tercume olunub cap edildi Kitabda yazilmis dusturlar teyyarenin aerodinamik strukturunun radara nece duseceyini hesablamaga imkan verirdi Lockheed de bu dusturlardan istifade ederek komputer simuliyasiyasi ile almaz dizaynli struktur hazirladi Bunun neticesi olaraq F 117 teyyaresinin cixintilari almaz kimi sertdir PrinsipleriStels vahid bir texnologiya deyildir O dusmene gorunme esidilme mesafesini keskin sekilde azaltmaga hesablanmis bir cox texnologiyalarin umumi cem adidir Radar izini azaltmaqdan elave akustik ve termal izleri de azaltmaq stels texnologiyalarina aiddir Radara Gorunme Sahesi RCS Esas meqale Radara Gorunme Sahesi Radarin ixtirasindan sonra radara dusmemek ucun bir cox metodlar arasdirildi Radar texnologiyasinin Ikinci Dunya Muharibesinde cox suretli inkisafi ile yanasi antiradar metodlar da oz novbesinde inkisaf eledi Bunlara misal kimi radarlari casdirmaq ucun metal hisseciklerinin ucus zamani teyyarenin etrafina sepelenmesini gostermek olar Muasir metodlara misal kimi Radar Qarisma texnikalarini gostermek olar Stels terminin akustik ve termal izlerin azalmasi texnologiyalaridan daha cox radar izinin azalmasi texnologiyasi ile elaqelendirilmesi 80 ci illerin ortalarinda F 117 teyyaresi meshurlasandan sonra bas verdi F 117 teyyaresinin ilk defe iri capli muharibede istifadesi Korfez muharibesi vaxti olsa da 1991 umumilikde ilk istifadesi Amerikanin 1989 cu ilde Panamani isgal etmesi vaxti oldu Stels prinsipinin meshurlasmasi ve onun arxasinda dayanan texnologiyalar belli olduqca ironik olaraq stels texnologiyali teyyareleri de tutmaq ucun metodlar kesf edildi Bele ki passiv asagi tezlikli radarlar bu cur teyyareleri tuta bilir Lakin hele de stels texnologiyali teyyareleri istehsal etmek aktualdir Cunki hetta radara dusseler bele bu cur teyyareleri uzaqdan tutmaq yene de mumkun deyildir Yalniz mueyyen qeder yaxinliga geldikden sonra radarlara duse bilirler Govde Formasi Gozlenilmeden radar izi cox kicik olan Avro VulcanLockheed F 117 Almaz a benzer govde ve eyri arxa stabillesdirici qanadlarB 2 nin hamar govdesi ve arxa qanadlarinin olmamasi teyyarenin radara dusmemesinde esas rol oynayir Teyyarelerde Hele 1930 cu illerde radar sistemleri hele yenice tetbiq olunarken teyyarelerin dizaynini xususi sekillerde vermekle onun radarlara daha az dusmesi ideyasi movcud idi 50 ci illerin Britaniya istehsali teyyaresi Avro Vulkanin teqdire layiq derecede kicik radar izi var idi hetta bezi zamanlarda radarlardan tamamile itirdi Eslinde ise bu tamamen tesadufen alinmis bir netice idi Teyyare stels ucun nezerde tutulmamisdi 1957 ci ilde Britaniya Kral Hava Quvvelerinin texniki qeydlerinde Vulcanin demek olar butun derecelerden radari eks etdirmesi cox cuzi olmasi bildirilir Yalniz 1 2 cixinti radar siqnallarinin radara geri qayitmasina serait yaradirdi Vulcanin dizayninin radarlara dusmemesi ucun ne qeder ideal olsa da meselen Tu 95 teyyaresinin de radara dusmesi o qeder idealdir Cunki teyyare pervanelerinin radarlarda cox guclu siqnal kimi gorunduyu bellidir Radar izinin azaldilmasinda diger metod ise dizaynin daxili qurulusudur Bezi stels teyyarelerinin xarici tebeqesinin altinda xususi kicik ucbucaqlar formasinda teskil olunub Xaricden gelen radar dalgalari bu ucbucaqlarin icinde teleye dusur ve geri eks olunmaq evezine teyyarenin daxiline yoneldilir Belelikle hemin dalgalar teyyarenin icinde firlanaraq getdikce zeifleyir belelikle geri qayidan radar dalgasi olsa bele cox zeif enerjide oldugu ucun ehemiyyet dasimir Bu metoddan ilk defe Blackbird seriyali teyyarelerde A 12 YF 12 ve Lockheed Martin SR 71 Blackbird teyyaresinde istifade olunub Radar dalgasini oz menbeyine en yaxsi eks etdiren hisseler ise 2 ve ya 3 metal lovhelerin ortoqonal birlesmeyile emele gelen hisselerdir Teyyarelerde bu cur hisseler onlarin arxa sabitlesdirici qanadlaridir Radari yaxsi eks eletdiren konfiqurasiyani pozmaq ucun F 117 arxa qanadlari cox eyri derecelerde dizayn edilib ki qanadin govdeye birlesdiyi yerle yaranan kunc mumkun qeder yumsaq olsun Bu problemin daha radikal helli ise arxa qanadlarin tamamile goturulmesidir Meselen B 2 Spirit Onun arxa qanadlari yoxdur B 2 nin hamar az surtunmeli dizayni ona teqdirelayiq ucus mesafesi vermekle yanasi onun radar izini de keskin sekilde azaldir B 2 nin ucan qanad formali dizayninda demek olar ki hec bir kunc hisse olmadigi ucun hec bir radar siqnali eks etdirmir Arxa qanadlarin olmamasi teyyarenin aerodinamik cehetden qeyri stabil olmasina getirib cixarsa komputer idareetme sistemlerinin hesabina bu cur teyyareler olduqca stabil ucus heyata kecire bilirler Arxa qanadlari legv etmekden elave teyyarenin muherriklerin xususi yerlerde yerlesdirilmesi de ehemiyyetlidir Cunki muherriklerin daxili strukturlari aciqdadirsa onlar radarlara asanliqla dusurler Elave olaraq stels dizaynlarda teyyarenin govdesine silahlar yanacaq tanki ve diger avadanliqlarin qoyulmasi teyyarenin stels xususiyyetini tamam legv edir cunki xarice avadanliqlar taxilanda teyyarenin umumi strukturunda cixintilarin sayi coxalir ve onlardan eks olunan dalgalara nezaret mumkunsuz olur Buna gore de butun silahlar ve avadanliqlar teyyarenin icinde saxlanilir Lakin hemin raketlerden istifade ederken silah anbarinin qapisi acildigi ucun hem qapinin ozu hem de teyyarenin daxili strukturu radar dalgalarini eks etdirdiyi ucun teyyare silahlardan istifade etdiyi zaman radarlara dusurler Meselen NATO quvvelerinin Serbiyada emeliyyatlari zamani F 117 teyyaresinin vurulma sebebi onun yerustu radar yaxinliginda bomba atarken bomba qapaginin acilmasi neticesinde radara dusmesidir S 75 Dvina hemin F 117 di vurdu Stels dizayninin en xarakterik xususiyyetlerinden biri de odur ki dizaynda paralellik ustunluk teskil etsin Meselen F 22 Raptor teyyaresinde bir cox hisse bir birile eyni derecededir Esas qanadlarin kenarlari ile arxa qanadlarin cixintilari bir birile paraleldir Hetta muherriklerin hava girisleri ile havada yanacaq doldurmaq avadanliqlari eyni derecede paralel qurasdirilib Neticede evvelki konsepsiyalarin eksine olaraq yeni bir cox istiqametde zeif de olsa lakin cox guclu radarlar terefinden tutula bilen dalgalar eks etdirmek evezine belli bir saheye dalganin coxunu yoneltmek olur Tebii ki hemin mueyyen sahe radardan uzaq olduguna gore radara zeif de olsa dalga catmir Teyyarelerin stels telebatlarina cavab verecek sekilde dizayn edilende hemin dizaynlar aerodinamik cehetden cox qeyri stabil olurlar Eger elektron ucus idareetme sistemi fly by wire sistemleri olmazsa o cur teyyareleri ucurtmaq qeyri mumkundur Hemin sistemler pilotdan asili olmadan sensorlar sayesinde aerodinamik qurulusun yaratdigin qeyri stabilliyi hesablayaraq qanadlardan istifade ederek ucusu daimi olaraq balanslasdirir Kabinanin susesi de xususi olaraq qizil ve ya indium tin oksidden ibaret olan xususi qarisiqdan ibaret olur ki hemin nazik qat gelen radar dalgalarini udur Hemcinin baxStels yerustu vasite Stels helikopterIstinadlar