Standart (ing. standard — norma, nümunə) — sözün geniş mənasında işlənən nümunə, etalon, model olub başqaları ilə müqayisədə ilkin götürülür. Standart kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
Ümumi məlumat
İnsanların həyat və sağlamlığı, əmlakı, ətraf mühit üçün təhlükə yarada bilən məhsul (iş, xidmət) üçün dövlət tərəfindən müvafiq standart müəyyən edilir. Bunu dövlət, istehlakçı və istehsalçı arasında bağlanmış üçtərəfli ictimai müqavilə də adlandırmaq olar. İstehsalçı hamı üçün şəffaf olan bu standartlara ciddi surətdə əməl etməyə məcburdur. Çünki, onun məhsulunun keyfiyyətinin standarta uyğunluğuna həm dövlət orqanları, həm də istehlakçılar asanlıqla nəzarət edə bilirlər. Məhsulun (işin, xidmətin)standarta uyğunluğu istehlakçıda məhsulun (işin, xidmətin) təhlükəsiziliyinə inam yaradır.
Standartlaşdırma — məhsullar (işlər, xidmətlər) üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirən fəaliyyət olub, aşağıdakıları təmin etmək məqsədi daşıyır:
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyini;
- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğunu, eləcə də qarşılıqlı əvəz olunmasını;
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsini;
- ölçmələrin dəqiqliyini və vəhdətini;
- bütün növ resursların qənaətini;
- təbii və texnogen qəzaların və habelə digər fövqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyini;
- ölkənin müdafiə qabiliyyətini və səfərbərliyə hazırlığını;
- istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmalarını.
Standart növləri
Aşağıdakı standart növləri vardır.
- Beynəlxalq standartlar — dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
- Regional (hövzə) standartlar— texniki-iqtisadi əməkdaşlıq edən bir qrup regional (hövzə) dövlətlərinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrdir.
- Dövlətlərarası standartlar — iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir.
- Milli standartlar — ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrdir.
Standartlar məzmun və təyinatlarından asılı olaraq aşağıdakı növlərə bölünürlər:
- Texniki şərtlərin standartları (ümumi texniki şərtlər).
- Parametrlərin (ölçülərin) standartları.
- Ümumi texniki tələblərin (texniki tələblərin) standartları.
- Tiplərin, əsas parametrlərin və ölçülərin standartları.
- Konstruksiyanın standartları.
- Markaların standartları.
- Çeşidlərin standartları.
- Qəbul qaydalarının standartları.
- Nəzarət (sınaq, analiz, ölçmələr) metodlarının standartları.
- Nişanlama, qablaşdırma, saxlanma və nəqletdirmə qaydalarının standartları.
- İstismar və təmir qaydaları.
- Tipli (əşya və avadanlıqlar seçilməsi, iqtisadi və texnoloji cəhətdən əlverişli) texnoloji proseslərin standartları.
- Ölçü cihazlarının yoxlama metodları və vasitələri üçün standartlar.
Konkret məhsula aid olmayan standartlara, o cümlədən ümumitexniki və təşkilatı-metodik standartlara dövlət standartlaşdırma sistemi növlər müəyyən etmir.
Ümumi normaların standartları: sinifləşdirmə və sənədləşdirmə sistemləri standartları; fiziki kəmiyyətlərin vahidlərin standartları; texniki təhlükəsizlik tələbləri standartları.
Ümumi texniki şərtlərin standartları eyni tipli məhsul qrupu üçün ümumi olan istismar xarakteristikalarını, qəbul qaydalarını, nəzarət metodlarını, nişanlama, qablaşdırma, daşınma və saxlanma qaydalarını, saxlanmasını və s. müəyyənləşdirir.
Texniki şərtlərin standartlarının digər standartlardan fərqi odur ki, onlar konkret məhsula (markaya, modelə və s.) hərtərəfli tələbləri təyin edir. Ümumi texniki tələblərin standartları eyni tipli məhsul qrupu üçün ümumi olan və onun optimal keyfiyyət səviyyəsini təmin edən norma və tələbləri müəyyənləşdirir. Texniki tələblərin standartları ümumi texniki tələblərin standartlarından fərqli olaraq konkret məhsul növlərinə tələblər qoyur. Parametrlərin (ölçülərin) standartları məmulatların əsas istehlak xarakteristikalarına görə onların parametrik və ya ölçü sıralarını müəyyənləşdirir. Bu xarakteristikaların bazasında məhsulun konkret tipləri və modelləri layihələndirir.
Tiplərin standartları məmulatların verilmiş növünün inkişaf perspektivini nəzərə almalıdır və ancaq hazırda buraxılan məmulatın deyil , həm də kütləvi istehsal üçün hazırlanmış məmulatların tiplərini və əsas parametrlərini özündə əks etdirməlidir.
Konstruksiyaların standartları konkret tip ölçülərinin və modellərin işlənib hazırlanması zamanı müəyyən qrup məmulatların unifikasiyasını ( məmulatların istismarı zamanı onların qarşılıqlı əvəzolunması) və qarşılıqlı əvəzolunmasını təmin etmək məqsədilə onların əsas parametrlərini müəyyənləşdirir. Markaların standartları xammalın markalarının nomenklaturasını, onların kimyəvi tərkibini, fiziki xassəsini, istehlak xassələrini və nəzarət metodlarını təyin edir.
Çeşidlərin standartları məhsulun həndəsi formalarını və ölçülərini təyin edir. Qəbul qaydalarının standartları müəyyən qrup və ya növ məhsulların qəbul zamanı keyfiyyət və kəmiyyətcə onlara qoyulmuş vahid tələbləri təmin etmək məqsədilə məhsulun qəbul qaydalarını müəyyən edir. Sınaq metodlarının standartları müəyyən məhsul qrupunun sınağı üçün nümunələrin götürülmə qaydalarını müəyyən edir.
Nişanlama, , saxlanma və daşınma qaydalarının standartları məhsulun əsas xarakteristikaları haqqında istehlakçıya informasiya vermək məqsədilə onun nişanlanmasına, qablaşdırılmasına, saxlanmasına və daşınmasına tələbləri müəyyən edir. Ölçü cihazlarının və ölçülərin yoxlama metodları və vasitələri üçün standartlar onların ən səmərəli yoxlama metodlarını təyin edir.
Standartlarının kateqoriyaları
“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 16/IV-1996-cı ildə qəbul olunmuş və 8/X-1996-cı ildə Prezidentin fərmanı ilə qüvvəyə minmiş Qanuna əsasən Respublika standartlaşdırma üzrə aşağıdakı normativ sənədlər hazırlanır və tətbiq edilir:
- Azərbajcan Respublikasının dövlət standartları.
- Texniki-iqtisadi və sosial informasiya təsnifatları
- Sahə standartları (SST)
- Beynəlxalq (regional) və dövlətlərarası standartlar, normalar, qaydalar və tövsiyələr (BDST)
- Texniki şərtlər (TŞ)
- Müəssisə standartları (MST)
- Elmi-texniki və digər ictimai birliklərin standartları(ETST).
Bu qanuna əsasən R .Standartlaşdırma sahəsində fəal göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daxil olan normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu təmin edilir, onların ümumrespublika və sahə fondları yaradılır. Standartların göstərilən kateqoriyalara bölünməsi onların təsir dairəsindən asılı olaraq həyata keçirilir.
Dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tutur. Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların ( işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;
- məhsulların texniki , texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
- məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;
- məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğu;
- məhsulların təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;
- standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.
Dövlət standartlarında nəzərdə tutulan tələblər Respublikanın qanun vericiliyinə zidd olmamalıdır. Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a)qanunvericilik aktlarında nəzərdə tutularsa;
b)məhsulu istehsal edən (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişdirsə.
Standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədilə eyni istehlak təyinatlı müəyyən növ məhsul istehsal edən təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlanır və qəbul edilir.$ Hazırlanan sahə standartları və texniki şərtlər DST-larının məcburi tələblərinə uyğun olmalı və bütün hallarda vətəndaşların və dövlətin mənafelərinə zidd olmamalıdır.
Sahə standartlarının tətbiqi sahədaxili müəssisə və təşkilatlar tərəfindən məcburidir.Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hər müəssisə özü müstəqil olaraq müəssisə standartı hazırlayır və qəbul edir. Son vaxtlar müəssisə standartları geniş tətbiq olunur. Onlar məhsulun keyfiyyətinin kompleks idarə olunmasının əsasını təşkil edir. Bu standartlar müəssisənin fəaliyyətinin bütün sahələrini əhatə edir və dövlət standartlarının tələblərini hər bir işçinin yerinə yetirməyə , hər bir icraçıya çatdırmağa şərait yaradır.
Sahə standartları , texniki şərtlər, müəssisə standartları, elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları təsdiq edildikdən sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi və onun informasiya təminatı məqsədilə standartlaşdırma üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış dövlət informasiya bankına göndərilməlidir.
Azərbaycan Respublikasının dövlət standartları
Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar (işlər, xidmətlər) üçün işlənib hazırlanır. Azərbaycan Respublikasının dövlət standartları məcburi və tövsiyə olunan tələbləri nəzərdə tuturlar.
Məcburi tələblərə aşağıdakılar aiddir:
- məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi;
- məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması;
- məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması,
daşınması, saxlanması, utilləşdirilməsi qaydaları;
- məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu;
- məhsulların (işlərin, xidmətlərin) təhlükəsizlik texnikası və istehsalat sanitariyası tələbləri;*əhsulların istehsalı, istifadəsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı bütün resurslardan səmərəli istifadə, məhsulların (işlərin, xidmətlərin) texniki sənədləşməsi qaydaları;
- standartlaşma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər tələblər.
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların təsiri şamil edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl edilməlidir.
Dövlət standartlarının tövsiyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz yerinə yetirilməlidir:
a)qanunvericilik aktlarında nəzərdə tutularsa;
b)məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə.
Sahə standartları və texniki şərtlər
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən standartlaşdırma üzrə tələbləri təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində təşkilati-hüquqi forma və mülkiyyət formasından asılı olmayaraq eyni istehlak və funksional təyinatlı müəyyən növ məhsul istehsal edən (iş görən, xidmət göstərən) təsərrüfat subyektləri üçün sahə standartları və texniki şərtlər hazırlana və qəbul edilə bilər. Belə normativ sənədlər müvafiq dövlət standartları müəyyən edilməmiş məhsullar (işlər, xidmətlər) üçün, habelə mövcud dövlət standartlarının tələblərini sərtləşdirmə, yaxud artırmaq zərurəti yarandıqda hazırlanır.
Müəssisə standartları
Dövlət standartlarının tələblərinin təmin edilməsi, eləcə də istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi məqsədi ilə, hər bir müəssisə müstəqil olaraq müvafiq standartlar hazırlaya və təsdiq edə bilər.Bu standart dövlət standartının məcburi tələblərinə uyğun olmalıdır.
Elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ictimai birliklərin standartları
Müxtəlif bilik və ictimai-kütləvi fəaliyyət sahəsində aparılan tədqiqatların, təcrübələrin, sınaq və işləmələrin nəticələrindən istifadə etmək və onları yaymaq üçün müvafiq elmi-texniki və mühəndis cəmiyyətləri, digər ictimai birliklər öz standartlarını qəbul edə bilərlər.Bu standart dövlət standartının məcburi tələblərinə uyğun olmalıdır.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Standart ing standard norma numune sozun genis menasinda islenen numune etalon model olub basqalari ile muqayisede ilkin goturulur Standart kutlevi istifade ucun nezerde tutulmus mehsullarin islerin xidmetlerin keyfiyyetine ve tehlukesizliyine dair telebleri mueyyenlesdiren normativ seneddir Umumi melumatInsanlarin heyat ve saglamligi emlaki etraf muhit ucun tehluke yarada bilen mehsul is xidmet ucun dovlet terefinden muvafiq standart mueyyen edilir Bunu dovlet istehlakci ve istehsalci arasinda baglanmis ucterefli ictimai muqavile de adlandirmaq olar Istehsalci hami ucun seffaf olan bu standartlara ciddi suretde emel etmeye mecburdur Cunki onun mehsulunun keyfiyyetinin standarta uygunluguna hem dovlet orqanlari hem de istehlakcilar asanliqla nezaret ede bilirler Mehsulun isin xidmetin standarta uygunlugu istehlakcida mehsulun isin xidmetin tehlukesiziliyine inam yaradir Standartlasdirma mehsullar isler xidmetler ucun norma qayda ve xarakteristikalari mueyyenlesdiren fealiyyet olub asagidakilari temin etmek meqsedi dasiyir mehsullarin islerin xidmetlerin insanin heyati saglamligi emlaki ve etraf muhit ucun tehlukesizliyini mehsullarin islerin xidmetlerin texniki texnoloji ve informasiya uygunlugunu elece de qarsiliqli evez olunmasini mehsullarin islerin xidmetlerin elm texnika ve texnologiyanin inkisafina uygunlugunu ve onlarin reqabet qabiliyyetinin yukseldilmesini olcmelerin deqiqliyini ve vehdetini butun nov resurslarin qenaetini tebii ve texnogen qezalarin ve habele diger fovqelade veziyyetlerin yaranmasi ehtimallari nezere alinmaqla teserrufat obyektlerinin tehlukesizliyini olkenin mudafie qabiliyyetini ve seferberliye hazirligini istehlakcilarin mehsullarin islerin xidmetlerin nomenklaturasi ve keyfiyyeti haqqinda tam ve sehih informasiyaya malik olmalarini Standart novleriAsagidaki standart novleri vardir Beynelxalq standartlar dunya dovletlerinin ekseriyyetinin qebul ve istifade etdiyi standartlar norma qayda ve tovsiyelerdir Regional hovze standartlar texniki iqtisadi emekdasliq eden bir qrup regional hovze dovletlerinin qebul ve istifade etdikleri standartlar norma qayda ve tovsiyelerdir Dovletlerarasi standartlar iki dovletin qarsiliqli raziliq esasinda qebul ve bir biri ile muvafiq munasibetlerde istifade etdiyi standartlar norma qayda ve tovsiyelerdir Milli standartlar ayri ayri musteqil dovletin erazisinde muvafiq qaydada hazirlanib istifade edilen standartlar norma qayda ve tovsiyelerdir Standartlar mezmun ve teyinatlarindan asili olaraq asagidaki novlere bolunurler Texniki sertlerin standartlari umumi texniki sertler Parametrlerin olculerin standartlari Umumi texniki teleblerin texniki teleblerin standartlari Tiplerin esas parametrlerin ve olculerin standartlari Konstruksiyanin standartlari Markalarin standartlari Cesidlerin standartlari Qebul qaydalarinin standartlari Nezaret sinaq analiz olcmeler metodlarinin standartlari Nisanlama qablasdirma saxlanma ve neqletdirme qaydalarinin standartlari Istismar ve temir qaydalari Tipli esya ve avadanliqlar secilmesi iqtisadi ve texnoloji cehetden elverisli texnoloji proseslerin standartlari Olcu cihazlarinin yoxlama metodlari ve vasiteleri ucun standartlar Konkret mehsula aid olmayan standartlara o cumleden umumitexniki ve teskilati metodik standartlara dovlet standartlasdirma sistemi novler mueyyen etmir Umumi normalarin standartlari siniflesdirme ve senedlesdirme sistemleri standartlari fiziki kemiyyetlerin vahidlerin standartlari texniki tehlukesizlik telebleri standartlari Umumi texniki sertlerin standartlari eyni tipli mehsul qrupu ucun umumi olan istismar xarakteristikalarini qebul qaydalarini nezaret metodlarini nisanlama qablasdirma dasinma ve saxlanma qaydalarini saxlanmasini ve s mueyyenlesdirir Texniki sertlerin standartlarinin diger standartlardan ferqi odur ki onlar konkret mehsula markaya modele ve s herterefli telebleri teyin edir Umumi texniki teleblerin standartlari eyni tipli mehsul qrupu ucun umumi olan ve onun optimal keyfiyyet seviyyesini temin eden norma ve telebleri mueyyenlesdirir Texniki teleblerin standartlari umumi texniki teleblerin standartlarindan ferqli olaraq konkret mehsul novlerine telebler qoyur Parametrlerin olculerin standartlari memulatlarin esas istehlak xarakteristikalarina gore onlarin parametrik ve ya olcu siralarini mueyyenlesdirir Bu xarakteristikalarin bazasinda mehsulun konkret tipleri ve modelleri layihelendirir Tiplerin standartlari memulatlarin verilmis novunun inkisaf perspektivini nezere almalidir ve ancaq hazirda buraxilan memulatin deyil hem de kutlevi istehsal ucun hazirlanmis memulatlarin tiplerini ve esas parametrlerini ozunde eks etdirmelidir Konstruksiyalarin standartlari konkret tip olculerinin ve modellerin islenib hazirlanmasi zamani mueyyen qrup memulatlarin unifikasiyasini memulatlarin istismari zamani onlarin qarsiliqli evezolunmasi ve qarsiliqli evezolunmasini temin etmek meqsedile onlarin esas parametrlerini mueyyenlesdirir Markalarin standartlari xammalin markalarinin nomenklaturasini onlarin kimyevi terkibini fiziki xassesini istehlak xasselerini ve nezaret metodlarini teyin edir Cesidlerin standartlari mehsulun hendesi formalarini ve olculerini teyin edir Qebul qaydalarinin standartlari mueyyen qrup ve ya nov mehsullarin qebul zamani keyfiyyet ve kemiyyetce onlara qoyulmus vahid telebleri temin etmek meqsedile mehsulun qebul qaydalarini mueyyen edir Sinaq metodlarinin standartlari mueyyen mehsul qrupunun sinagi ucun numunelerin goturulme qaydalarini mueyyen edir Nisanlama saxlanma ve dasinma qaydalarinin standartlari mehsulun esas xarakteristikalari haqqinda istehlakciya informasiya vermek meqsedile onun nisanlanmasina qablasdirilmasina saxlanmasina ve dasinmasina telebleri mueyyen edir Olcu cihazlarinin ve olculerin yoxlama metodlari ve vasiteleri ucun standartlar onlarin en semereli yoxlama metodlarini teyin edir Standartlarinin kateqoriyalari Standartlasdirma haqqinda Azerbaycan Respublikasinin 16 IV 1996 ci ilde qebul olunmus ve 8 X 1996 ci ilde Prezidentin fermani ile quvveye minmis Qanuna esasen Respublika standartlasdirma uzre asagidaki normativ senedler hazirlanir ve tetbiq edilir Azerbajcan Respublikasinin dovlet standartlari Texniki iqtisadi ve sosial informasiya tesnifatlari Sahe standartlari SST Beynelxalq regional ve dovletlerarasi standartlar normalar qaydalar ve tovsiyeler BDST Texniki sertler TS Muessise standartlari MST Elmi texniki ve diger ictimai birliklerin standartlari ETST Bu qanuna esasen R Standartlasdirma sahesinde feal gosteren icra hakimiyyeti orqani terefinden standartlasdirma sistemine daxil olan normativ senedlerin vahid dovlet qeydiyyati ve ucotu temin edilir onlarin umumrespublika ve sahe fondlari yaradilir Standartlarin gosterilen kateqoriyalara bolunmesi onlarin tesir dairesinden asili olaraq heyata kecirilir Dovlet standartlari mecburi ve tovsiye olunan telebleri nezerde tutur Mecburi teleblere asagidakilar aiddir mehsullarin islerin xidmetlerin insanin heyati saglamligi emlaki ve etraf muhit ucun tehlukesizliyi mehsullarin texniki texnoloji ve informasiya uygunlugu ve onlarin qarsiliqli evez olunmasi mehsullarin esas istehlak xususiyyetleri onlara nezaret metodlari mehsullarin qablasdirilmasi nisanlanmasi dasinmasi saxlanmasi utillesdirilmesi qaydalari mehsullarin elm texnika ve texnologiyanin inkisafina uygunlugu mehsullarin tehlukesizlik texnikasi ve istehsalat sanitariyasi telebleri standartlasdirma sisteminin dovlet standartlari ile mueyyenlesdirilen diger telebler Dovlet standartlarinda nezerde tutulan telebler Respublikanin qanun vericiliyine zidd olmamalidir Dovlet standartlarinin tovsiye olunan telebleri asagidaki hallarda sertsiz yerine yetirilmelidir a qanunvericilik aktlarinda nezerde tutularsa b mehsulu istehsal eden tedarukcu terefinden mehsulun hemin teleblere uygunlugu beyan edilmisdirse Standartlasdirma uzre telebleri temin etmek meqsedile eyni istehlak teyinatli mueyyen nov mehsul istehsal eden teserrufat subyektleri ucun sahe standartlari ve texniki sertler hazirlanir ve qebul edilir Hazirlanan sahe standartlari ve texniki sertler DST larinin mecburi teleblerine uygun olmali ve butun hallarda vetendaslarin ve dovletin menafelerine zidd olmamalidir Sahe standartlarinin tetbiqi sahedaxili muessise ve teskilatlar terefinden mecburidir Dovlet standartlarinin teleblerinin temin edilmesi elece de istehsalin teskili ve idare edilmesinin tekmillesdirilmesi meqsedile her muessise ozu musteqil olaraq muessise standarti hazirlayir ve qebul edir Son vaxtlar muessise standartlari genis tetbiq olunur Onlar mehsulun keyfiyyetinin kompleks idare olunmasinin esasini teskil edir Bu standartlar muessisenin fealiyyetinin butun sahelerini ehate edir ve dovlet standartlarinin teleblerini her bir iscinin yerine yetirmeye her bir icraciya catdirmaga serait yaradir Sahe standartlari texniki sertler muessise standartlari elmi texniki ve muhendis cemiyyetlerinin ve diger ictimai birliklerin standartlari tesdiq edildikden sonra en azi bir ay muddetinde standartlasdirma sisteminin operativ idare edilmesi ve onun informasiya teminati meqsedile standartlasdirma uzre muvafiq icra hakimiyyeti orqani terefinden yaradilmis dovlet informasiya bankina gonderilmelidir Azerbaycan Respublikasinin dovlet standartlariDovlet standartlari kutlevi tekrar istehsal ve istifade perspektivine malik olan mehsullar isler xidmetler ucun islenib hazirlanir Azerbaycan Respublikasinin dovlet standartlari mecburi ve tovsiye olunan telebleri nezerde tuturlar Mecburi teleblere asagidakilar aiddir mehsullarin islerin xidmetlerin insanin heyati saglamligi emlaki ve etraf muhit ucun tehlukesizliyi mehsullarin islerin xidmetlerin texniki texnoloji ve informasiya uygunlugu ve onlarin qarsiliqli evez olunmasi mehsullarin islerin xidmetlerin esas istehlak xususiyyetleri onlara nezaret metodlari mehsullarin qablasdirilmasi nisanlanmasi dasinmasi saxlanmasi utillesdirilmesi qaydalari mehsullarin islerin xidmetlerin elm texnika ve texnologiyanin inkisafina uygunlugunu mehsullarin islerin xidmetlerin tehlukesizlik texnikasi ve istehsalat sanitariyasi telebleri ehsullarin istehsali istifadesi islerin gorulmesi ve xidmetlerin gosterilmesi zamani butun resurslardan semereli istifade mehsullarin islerin xidmetlerin texniki senedlesmesi qaydalari standartlasma sisteminin dovlet standartlari ile mueyyenlesdirilen diger telebler Dovlet standartlarinin mecburi teleblerine muvafiq standartlarin tesiri samil edilen butun icra hakimiyyeti orqanlari ve teserrufat subyektleri terefinden emel edilmelidir Dovlet standartlarinin tovsiye olunan telebleri asagidaki hallarda sertsiz yerine yetirilmelidir a qanunvericilik aktlarinda nezerde tutularsa b mehsulu hazirlayan tedarukcu terefinden mehsulun hemin teleblere uygunlugu beyan edilmisse Sahe standartlari ve texniki sertlerMuvafiq icra hakimiyyeti orqanlari terefinden standartlasdirma uzre telebleri temin etmek meqsedile oz selahiyyetleri daxilinde teskilati huquqi forma ve mulkiyyet formasindan asili olmayaraq eyni istehlak ve funksional teyinatli mueyyen nov mehsul istehsal eden is goren xidmet gosteren teserrufat subyektleri ucun sahe standartlari ve texniki sertler hazirlana ve qebul edile biler Bele normativ senedler muvafiq dovlet standartlari mueyyen edilmemis mehsullar isler xidmetler ucun habele movcud dovlet standartlarinin teleblerini sertlesdirme yaxud artirmaq zerureti yarandiqda hazirlanir Muessise standartlariDovlet standartlarinin teleblerinin temin edilmesi elece de istehsalin teskili ve idare edilmesinin tekmillesdirilmesi meqsedi ile her bir muessise musteqil olaraq muvafiq standartlar hazirlaya ve tesdiq ede biler Bu standart dovlet standartinin mecburi teleblerine uygun olmalidir Elmi texniki ve muhendis cemiyyetlerinin ve diger ictimai birliklerin standartlariMuxtelif bilik ve ictimai kutlevi fealiyyet sahesinde aparilan tedqiqatlarin tecrubelerin sinaq ve islemelerin neticelerinden istifade etmek ve onlari yaymaq ucun muvafiq elmi texniki ve muhendis cemiyyetleri diger ictimai birlikler oz standartlarini qebul ede bilerler Bu standart dovlet standartinin mecburi teleblerine uygun olmalidir Hemcinin baxAzerbaycan Respublikasi Standartlasdirma Metrologiya ve Patent uzre Dovlet Komitesi