Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid.
Sirac Abışov | |
---|---|
Sirac Abış oğlu Abışov | |
![]() | |
Doğum tarixi | 29 avqust 1989-cu il |
Doğum yeri | Azərbaycan SSR, Qubadlı şəhəri |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan |
Vəfat səbəbi | Mina partlaması |
Dəfn yeri | Sumqayıt şəhər Şəhidlər xiyabanı |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Jurnalistika |
Fəaliyyəti | Jurnalist |
Mükafatları |
Həyatı
29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. .
Vəfatı
4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb.
Təltifləri
- Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.
Xatirəsinin əbədiləşdirilməsi
- Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
- Sirac Abışovun və Məhərrəm İbrahimovun adları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində Azərbaycan mətbuatının şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunub.
- 25 avqust 2022-ci ildə AzTV sədri Rövşən Məmmədovun təşəbbüsü ilə xatirəsini əbədiləşdirmək üçün Sirac Abışov adına mükafat təsis edilib.
İstinadlar
- "Şəhid jurnalist Sirac Abışovun doğum günüdür". 2022-01-01 tarixində . İstifadə tarixi: 2022-01-01.
- Real TV. "Bu gün şəhid Sirac Abışovun doğum günüdür" (az.). Youtube.com. 29.08.2022. 2022-08-29 tarixində . İstifadə tarixi: 2022-08-29.
- "Sirac Abışov dəfn olundu". 2022-01-01 tarixində . İstifadə tarixi: 2022-01-01.
- "Məhərrəm İbrahimov və Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib". 2022-08-26 tarixində . İstifadə tarixi: 2022-01-01.
- "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində . İstifadə tarixi: 2022-01-01.
- "Şəhid jurnalist Sirac Abışov və Məhərrəm İbrahimov medalla təltif olunub". 2022-01-01 tarixində . İstifadə tarixi: 2022-01-01.
- "Türkiyədə şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub". 2022-08-27 tarixində . İstifadə tarixi: 2022-01-01.
- "Şəhid jurnalistlərin xatirəsi əbədiləşdirildi". 2022-01-22 tarixində . İstifadə tarixi: 2022-01-22.
- "AzTV-də Şəhid Sirac Abışov adına mükafatlandırma mərasimi keçirilib –FOTO". 2022-08-26 tarixində . İstifadə tarixi: 2022-08-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer