Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur.
Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır. E.ə. 72-ci ildə də Pontus kralı IV Mithridates Sinopda məbəd, teatr, gimnasium və saray tikdirib, şəhərin ətrafını də qala divarları ilə əhatəyə almışdır. Qala müxtəlif dövrlərdə Səlcuqlular (1215–1218), İsfəndiyaroğulları (1434) və Osmanlılar tərəfindən də 1451-ci ildə bərpa olunmuş və əlavələrlə zənginləşdirilmişdir. Bu dövrə aid 1215, 1218, 1434 və 1451-ci illərdə təmir olunması haqqında məlumatlar qala kitabələrində var. Bu kitabələrdə qala divarları inşa etdirən sərkərdələrin adları yazılmışdır. Səlcuqlular limana nəzarət məqsədilə qalaya bir iç qala əlavə ediblər, bürc və qüllələrlə də daha gücləndirmişlər.
Çınqıl daş, kəsmə daş və kərpic daşlarla xərc gücləndirilmiş və sur divarları ilə iç qala tikilmişdir. Qalanın bürclərini Səlcuqlu sultanı . I İzzəddin Keykavus 1215–1218-ci illərdə tikdirmişdir.
Sinopun cənubunda daxili limana baxan qala dəniz sahilində bir-birinin içərisinə keçmiş olaraq iki hissədən meydana gəlmişdir. Mənbələrdən qalanın dörd qapısı olduğu bildirilir. Ancaq Övliya Çələbi bu qapıların adlarını bildirmiş və onlara iki qapı daha əlavə etmişdir. Bunlar Qum qapısı, Meydan qapısı, Tərsanə qapısı, Yeniçəri qapısı, Dabağxanə qapısı və Loja qapısıdır. Həmçinin xarici qalada bir də dəniz qapısı yerləşirdi. Bu qapıların hər biri iki cüt qanadlı dəmir qapılardır
Sinop qalasının bugünkü vəziyyətinə görə, xarici qalanın uzunluğu şimalda 800 mt, şərqdə 500 mt, cənubda 400 mt, qərbdə 270 metrdir. Qala divarlarının qalınlığı 3 mt-ə qədərdir. Cənubdakı iç qala isə 9.500 m² bir sahədə tikilmişdir. Şimaldakı iç qala isə 16.875 kvadrat metr ərazidə inşa edilibdir.
Xarici keçidlər
- Sinop Valiliği (2003), Sinop İl Yıllığı, Ankara, Sinop Valiliği Yayınları
- SİNOP KALESİ 2016-07-06 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sinop qalasi Sinop seherinin yerlesdiyi yarimadada tarixi bir qaladir Qala e e VII esrde seheri qorumaq meqsedile yaradilib Roma Bizans ve Anadolu Selcuqlulari dovrunde bir nece defe berpa olunubdur Gunumuzde hele de tarixi xususiyyetini qoruyan qalanin divarlari 2 050 metr uzunlugu 25 metr hundurluyu 3 metr enindedir Iki esas giris qapisi vardir Qala divari butun seheri ehate edir Bu qala seherin tarixi eserleri arasinda en onemli eserlerinden hesab olunur Sinop hebsxanasi Sinopun Yali ve Kefevi mehellelrini ehate eden xarici ve daxili limanlari arasinda yerlesen qalanin ne vaxt insa edildiyi melum deyil Bezi menbeler qalanin tikintisini Hetlere qeder getdiyini bildirirlerse de bu oz tesdiqini tapmamisdir E e 72 ci ilde de Pontus krali IV Mithridates Sinopda mebed teatr gimnasium ve saray tikdirib seherin etrafini de qala divarlari ile ehateye almisdir Qala muxtelif dovrlerde Selcuqlular 1215 1218 Isfendiyarogullari 1434 ve Osmanlilar terefinden de 1451 ci ilde berpa olunmus ve elavelerle zenginlesdirilmisdir Bu dovre aid 1215 1218 1434 ve 1451 ci illerde temir olunmasi haqqinda melumatlar qala kitabelerinde var Bu kitabelerde qala divarlari insa etdiren serkerdelerin adlari yazilmisdir Selcuqlular limana nezaret meqsedile qalaya bir ic qala elave edibler burc ve qullelerle de daha guclendirmisler Cinqil das kesme das ve kerpic daslarla xerc guclendirilmis ve sur divarlari ile ic qala tikilmisdir Qalanin burclerini Selcuqlu sultani I Izzeddin Keykavus 1215 1218 ci illerde tikdirmisdir Sinopun cenubunda daxili limana baxan qala deniz sahilinde bir birinin icerisine kecmis olaraq iki hisseden meydana gelmisdir Menbelerden qalanin dord qapisi oldugu bildirilir Ancaq Ovliya Celebi bu qapilarin adlarini bildirmis ve onlara iki qapi daha elave etmisdir Bunlar Qum qapisi Meydan qapisi Tersane qapisi Yeniceri qapisi Dabagxane qapisi ve Loja qapisidir Hemcinin xarici qalada bir de deniz qapisi yerlesirdi Bu qapilarin her biri iki cut qanadli demir qapilardir Sinop qalasinin bugunku veziyyetine gore xarici qalanin uzunlugu simalda 800 mt serqde 500 mt cenubda 400 mt qerbde 270 metrdir Qala divarlarinin qalinligi 3 mt e qederdir Cenubdaki ic qala ise 9 500 m bir sahede tikilmisdir Simaldaki ic qala ise 16 875 kvadrat metr erazide insa edilibdir Xarici kecidlerVikianbarda Sinop qalasi ile elaqeli mediafayllar var Sinop Valiligi 2003 Sinop Il Yilligi Ankara Sinop Valiligi Yayinlari SINOP KALESI 2016 07 06 at the Wayback Machine