Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız.
Sadako Sasaki | |
---|---|
佐々木 禎子 | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (12 yaşında) |
Vəfat səbəbi | şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyi |
Vikianbarda əlaqəli mediafayllar |
6 avqust 1945-ci ildə zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir.
Xəstəliyi və vəfatı
1954-cü ilin noyabrında Sadakoda ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi.
Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır.
25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir. Xirosimadakı Memorial sülh muzeyinin Sadakoya həsr olunmuş guşəsində məlumat verilir ki, o, mindən artıq kağız durna düzəldə bilmişdi.
Abidələr və parklar
Sadako Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmişdir.
Xirosimadakı abidəsi
Onun şücaətindən və iradəsindən ruhlanan dostları və sinif yoldaşları Sadakonun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar.
1958-ci ildə Xirosimadakı Sülh Parkında əlində kağız durna tutmuş Sadakonu təsvir edən heykəl ucaldıldı. Heykəlin postamentində aşağıdakı sözlər yazılıb: "Bu bizim harayımızdır, Bu bizim duamızdır, Dünyada sülh".
Hər il avqustun 6-da, atom bombardmanının ildönümündə bu abidənin qarşısına minlərlə kağız durna düzülür.
Sietldəki abidəsi
Sadakonun şərəfinə ABŞ-də, Sietldəki Sülh Parkında da heykəl qoyulmuşdur. Natural ölçüdə olan bu heykəl də əlində kağız durna tutmuş qız uşağını təsvir edir. Heykəlin postamentində aşağıdakılar yazılıb:
İngiliscə | Azərbaycanca |
---|---|
SADAKO SASAKI PEACE CHILD | Sadako Sasaki Sülhün övladı |
Santa-Barbarada Sadako Sülh Bağı
Sadako Sülh Bağı (ing. Sadako Peace Garden) 6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə açılmış və Sadako Sasakinin şərəfinə adlandırılmışdır. 30 iyun 2002-ci ildə bu park Sülh Bağları şəbəkəsinə daxil oldu.
Bağ ABŞ-nin Kaliforniya ştatında, Santa-Barbara şəhərində, "La Casa Maria Retreat Center"də yerləşir. İzabel Qrin (ing. Isabelle Greene) və İrma Kavat (ing. Irma Cavat) tərəfindən düşüncə və ilhamalma parkı kimi yaradılmışdır. Nuclear Age Peace Foundation və La Casa de Maria layihəsi çərçivəsində yaradılmışdır.
Parkın içərisində üzərində durnalar yonulmuş daşlar qoyulmuşdur.
Sadako incəsənətdə
- Sadako haqqında uşaq kitabları yazılmış, komikslər, filmlər və cizgi filmləri çəkilmiş, musiqilər yazılmışdır.
- Sadako haqqındakı ən məşhur kitab — Eleanor Koerin (ing. Eleanor Coerr) "Sadako və min kağız durna" kitabıdır (ing. "Sadako and the Thousand Paper Cranes"). 1977-ci ildə işıq üzü görən və dünyanın 18 ölkəsində nəşr olunan bu kitab əsasında ABŞ-də film çəkilmişdir.
- 1969-cu ildə avar-sovet şairi Rəsul Həmzətov Yaponiyada olarkən Sadakonun hekayəsindən təsirlənərək özünün ən məşhur poemalarından biri olan "Durnalar"ı yazmışdır.
- Sadako Sasakinin faciəvi taleyi 1962-ci ildə SSRİ-də, Maksim Qorki kinostudiyasında rejissor Mark Donskoy tərəfindən çəkilmiş "Salam, uşaqlar!" (Здравствуйте, дети!) filminin süjetini təşkil edir.
İstinadlar
- A Young Girl's Death from the A-bomb---Sadako Sasaki,12 Years of Age. Hiroshima Peace Memorial Museum.
- "Sadako's 4,675 Days of Life". 2012-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-06.
Mənbə
- Sadako və atom bombardmanı – Xirosimadakı Memorial Sülh Muzeyinin uşaq bölməsi (ing.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sadako Sasaki 佐々木 禎子 7 yanvar 1943 25 oktyabr 1955 Xirosima seherinde yasamis yaponiyali qiz Sadako Sasaki佐々木 禎子Sadako SasakiDogum tarixi 7 yanvar 1943Dogum yeri Hirosima Hirosima prefekturasi YaponiyaVefat tarixi 25 oktyabr 1955 12 yasinda Vefat sebebi sualanmanin tesirinden yaranan leykemiya xesteliyi Vikianbarda elaqeli mediafayllar 6 avqust 1945 ci ilde zamani evinde partlayisin episentrinden 1 5 kilometr uzaqliqda olan Sadako 10 ilden sonra sualanmanin tesirinden yaranan leykemiya xesteliyinden vefat etmisdir Xesteliyi ve vefatiEnenevi kagiz durna ve oriqami ucun xususi dekorativ kagiz 1954 cu ilin noyabrinda Sadakoda ilk elametleri ozunu gostermeye basladi 21 fevral 1955 ci ilde o leykoz diaqnozu ile xestexanaya yerlesdirildi Xestexanada o oz yaxin dostlarindan birinden bir yapon efsanesini esidir Hemin efsaneye gore oriqami seneti esasinda min kagiz durna duzelden sexsin tutdugu bir arzu mutleq yerine yetmelidir Bu efsane Sadakoya tesir edir ve o xestexanadaki bezi diger usaqlar kimi eline kecen kagiz parcalarindan durna duzeltmeye baslayir 25 oktyabr 1955 ci ilde Sadako vefat etdi Sadako ve min kagiz durna kitabindaki fikre gore o yalniz 644 durna duzelde bilmisdi Dostlari onun yerine lazim olan sayda durna duzeldir ve Sadako min kagiz durna ile birlikde defn edilir Xirosimadaki Memorial sulh muzeyinin Sadakoya hesr olunmus gusesinde melumat verilir ki o minden artiq kagiz durna duzelde bilmisdi Abideler ve parklarSadako Yaponiyada atom muharibesi eleyhdarlarinin simvoluna cevrilmisdir Xirosimadaki abidesi Onun sucaetinden ve iradesinden ruhlanan dostlari ve sinif yoldaslari Sadakonun mektublarini yayimladilar ve Sadakonun habele atom bombardmanindan helak olmus butun usaqlarin serefine abide ucaldilmasi ucun fealiyyete basladilar Yaponiyanin her yerinden gencler bu layihenin heyata kecmesi ucun vesait toplamaga basladilar 1958 ci ilde Xirosimadaki Sulh Parkinda elinde kagiz durna tutmus Sadakonu tesvir eden heykel ucaldildi Heykelin postamentinde asagidaki sozler yazilib Bu bizim harayimizdir Bu bizim duamizdir Dunyada sulh Her il avqustun 6 da atom bombardmaninin ildonumunde bu abidenin qarsisina minlerle kagiz durna duzulur Sietldeki abidesi ABS de Sietldeki Sulh Parkinda Sadakonun heykeli Sadakonun serefine ABS de Sietldeki Sulh Parkinda da heykel qoyulmusdur Natural olcude olan bu heykel de elinde kagiz durna tutmus qiz usagini tesvir edir Heykelin postamentinde asagidakilar yazilib Ingilisce AzerbaycancaSADAKO SASAKI PEACE CHILD SHE GAVE US THE PAPER CRANE TO SYMBOLIZE OUR YEARNING FOR PEACE IN THE WORLD Sadako Sasaki Sulhun ovladi O bize bizim dunyada sulh ugrunda cehdlerimizi simvolize eden kagiz durna hediyye etdi Santa Barbarada Sadako Sulh Bagi Sadako Sulh Bagi ing Sadako Peace Garden 6 avqust 1995 ci ilde Xirosimanin atom bombardmaninin 50 illiyi munasibetile acilmis ve Sadako Sasakinin serefine adlandirilmisdir 30 iyun 2002 ci ilde bu park Sulh Baglari sebekesine daxil oldu Bag ABS nin Kaliforniya statinda Santa Barbara seherinde La Casa Maria Retreat Center de yerlesir Izabel Qrin ing Isabelle Greene ve Irma Kavat ing Irma Cavat terefinden dusunce ve ilhamalma parki kimi yaradilmisdir Nuclear Age Peace Foundation ve La Casa de Maria layihesi cercivesinde yaradilmisdir Parkin icerisinde uzerinde durnalar yonulmus daslar qoyulmusdur Sadako incesenetdeEleanor Koerin Sadako ve min kagiz durna kitabinin uz qabigiSadako haqqinda usaq kitablari yazilmis komiksler filmler ve cizgi filmleri cekilmis musiqiler yazilmisdir Sadako haqqindaki en meshur kitab Eleanor Koerin ing Eleanor Coerr Sadako ve min kagiz durna kitabidir ing Sadako and the Thousand Paper Cranes 1977 ci ilde isiq uzu goren ve dunyanin 18 olkesinde nesr olunan bu kitab esasinda ABS de film cekilmisdir 1969 cu ilde avar sovet sairi Resul Hemzetov Yaponiyada olarken Sadakonun hekayesinden tesirlenerek ozunun en meshur poemalarindan biri olan Durnalar i yazmisdir Sadako Sasakinin facievi taleyi 1962 ci ilde SSRI de Maksim Qorki kinostudiyasinda rejissor Mark Donskoy terefinden cekilmis Salam usaqlar Zdravstvujte deti filminin sujetini teskil edir IstinadlarA Young Girl s Death from the A bomb Sadako Sasaki 12 Years of Age Hiroshima Peace Memorial Museum Sadako s 4 675 Days of Life 2012 09 10 tarixinde arxivlesdirilib Istifade tarixi 2010 08 06 MenbeSadako ve atom bombardmani Xirosimadaki Memorial Sulh Muzeyinin usaq bolmesi ing