Bu məqalə Lənkəran (qəzet) ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Sıə Tolış (tal. Сыә Толыш, Sьə Тоlьş; (azərb-kiril.) Кьзьл Тальш), Qızıl Talış — 1931–1939-cu illərdə Azərbaycan SSR-də nəşr olunan talış xalq qəzeti.
Sıə Tolış | |
---|---|
Yaranma tarixi | 21 yanvar 1931 |
Dil | talış dili, Azərbaycan dili |
Nəşrini dayandırıb | 18 fevral 1939 |
Tiraj | 1.500 |
Tarixi
1930-cu illərdə Talış dilinin tədqiqi sahəsində xeyli işlər görülmüşdü. Yerliləşdirmə siyasətinin tərkib hissəsi kimi bədii ədəbiyyatın tərcümələri nəşr edilmiş, talış dili də Azərbaycan dilçiləri tərəfindən tədqiq edilmişdir. Talış dilində qəzet və jurnallar nəşr olunmağa başladı. Bu zaman talış ədəbiyyatında dirçəliş baş verdi.
1931-ci il yanvarın 21-dən Böyükağa Mirsalayevin və məsul katib Müzəffər Nəsirlinin redaktorluğu ilə 1500 nüsxə tirajla "Кьzьl Talьş" (Qızıl Talış) adlı qəzet nəşr olunmağa başladı. Bu qəzet "Talış" adını daşıyan ilk qəzet və talış dilində məqalələr dərc olunan ilk qəzet kimi tanınır.
Qəzet 5 dekabr 1931-ci ildə əsasən talış fəhlələrindən bəhs etdiyi üçün adını dəyişərək "Sьə Tolьş" qoydu.
6 iyun 1937-ci ildə Azərbaycan Kommunist Partiyasının XIII qurultayı ərəfəsində keçirilmiş plenumdan sonra Mərkəzi Komitənin qurultaya gələcək hesabatının məzmunu müzakirə olundu, digərləri arasında Azərbaycan dilinin fars, ərəb və Osmanlı təsirlərindən təmizlənməsi məsələsinə toxunuldu. Müzakirə iştirakçılarından biri "tat dilinin təmizlənməli" olduğunu qeyd edib. Mircəfər Bağırov isə "düşünürəm ki, tat, kürd, talış dillərindən azərbaycan dilinə keçməyin vaxtıdır. Xalq maarif komissarlığı təşəbbüs göstərməlidir, onların hamısı azərbaycanlıdır" deyə bildirib.
Həmin plenumdan sonra başqa dillərdə tədrisin verilməməsi və azərbaycan dilinə keçməsi qərara alındı, talış dilində məktəblər bağlandı, dövri nəşrlər dayandırıldı, Talış alimləri və ictimai xadimləri (Zülfüqar Əhmədzadə, Müzəffər Nəsirli və s.) repressiyalara məruz qaldılar.
1938-ci ilin əvvəlindən etibarən talış dilində məqalələrin sayı getdikcə azalmağa başladı, 22 sentyabr 1938-ci ildən etibarən isə qəzet tam olaraq Azərbaycan dilində nəşr olunmağa başladı.
18 fevral 1939-cu ildə nəşr olunan son nömrədən sonra qəzet "Sosialist subtropikası" adlandırıldı, daha sonra 16 iyun 1957-ci ildə "Leninçi", 22 sentyabr 1990-cı ildə "Lənkəran" olaraq dəyişdirilib və hal-hazırda bu adla nəşr olunur.
Mövzuları
Qəzetdə talış diyarı, dili, ədəbiyyatı, tarixi ilə bağlı materiallar dərc edilirdi. Şeirlərə və folklor əsərlərinə də yer verilirdi. Şeirlər 1938-ci ilə qədər Azərbaycan və talış dillərində, 1938-ci ildən sonra isə Azərbaycan dilində nəşr edilmişdir. Şeir dövrün ənənəvi mövzularından istifadə edirdi: Kommunist Partiyası, komsomol, kolxoz, fəhlə, traktor sürücüsü, Lenin, Stalin və başqaları. Nəticədə, şeirdə ideologiyanın ötürülməsi vəzifəsi ön planda idi. Qəzet Talış folklorunun toplanmasında da mühüm işlər görürdü. Bu əsərlərin əhəmiyyəti folklor nümunələrinin toplanması və dövri olaraq öz səhifələrində dərc edilməsi fəaliyyətlərini dəstəkləmək idi. Müzəffər Nəsirlinin "Talış folkloru haqqında bir neçə kəlmə" adlı məqaləsi isə Talış folklorunun öyrənilməsi üzrə mühüm mənbələrdən birinə çevrilmişdi.
Qəzetin birinci nömrəsində yazılır ki, qəzet sovet hökumətinin talış xalqına hədiyyəsidir və talış xalqı talış əlifbasının, dilinin, ədəbiyyatının inkişafına layiqdir. Qəzet Talış poeziyasının inkişafına böyük təkan vermişdi. O dövrün ən çox nəşr olunan talış şairləri Zülfüqar əhmədzadə, Müzəffər Nəsirli, Q. Kazımov, X. Quliyev, A. Quliyev, S. Əliyeva idi.
İstinadlar
- А. А. Умняшкин. ИРАНСКИЕ ЯЗЫКИ КАВКАЗА: ИСТОРИЯ ИЗУЧЕНИЯ ТАЛЫШСКОГО ЯЗЫКА (рус.) // Политические науки. Востоковедение. Вып. 10.. — 2011. — С. С. 135–142.
- Г. Асатрян, "Введение в историю и культуру талышского народа", с. 107
- Агаев Э. Работы по литературе/фольклору в газете "Сыа Толыш" // Вестник Национальной Талышской Академии. № 1. 2011. 130–150.
- А. Байрами. Справка об истории талышского печатного издания (талышский) // Толышон Садо. — 2012. — 25 февраль (№ 6 (018)). — С. 8.
- Мирхашим Талышлы, Ахадов Этибар. Ленкорань: Энкциклопедическая информация = Lənkərən: Ensikloprdik məlumat. — 2. — Баку: ASC, 2017. — С. 274. — 584 с. — .
- Эльнур Агаев. Место Музаффара Насирли в талышской прессе = TOLIŞİ MƏTBUATİ TARIXƏDƏ MЬZƏFFƏR NƏSİRLİ VIRƏ // ALƏM. — 2016. — № 3 (3). — С. 2–7.
- Исмаилов Эльдар. История "большого террора" в Азербайджане. — Политическая энциклопедия. — Москва, 2015. — С. С. 155–156. — 239 с. — .
- Абилов И. "Репрессированное талышеведение". ИА REGNUM (rus). 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-04.
- Аллахверди Байрами «Azərboyconi tolışon ədəbiyot”/ “Литература талышей Азербайджана”, 1 часть, Баку, изд-во “МБМ”, - 2013. С. 59-60, - 283 с.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Lenkeran qezet ile demek olar ki eyni movzudan behs edir ve her ikisinin eyni basliq altinda birlesdirilmesi mumkundur Sie Tolis tal Syә Tolysh Se Tols azerb kiril Kzl Talsh Qizil Talis 1931 1939 cu illerde Azerbaycan SSR de nesr olunan talis xalq qezeti Sie TolisYaranma tarixi 21 yanvar 1931Dil talis dili Azerbaycan diliNesrini dayandirib 18 fevral 1939Tiraj 1 500Tarixi1930 cu illerde Talis dilinin tedqiqi sahesinde xeyli isler gorulmusdu Yerlilesdirme siyasetinin terkib hissesi kimi bedii edebiyyatin tercumeleri nesr edilmis talis dili de Azerbaycan dilcileri terefinden tedqiq edilmisdir Talis dilinde qezet ve jurnallar nesr olunmaga basladi Bu zaman talis edebiyyatinda dircelis bas verdi 1931 ci il yanvarin 21 den Boyukaga Mirsalayevin ve mesul katib Muzeffer Nesirlinin redaktorlugu ile 1500 nusxe tirajla Kzl Tals Qizil Talis adli qezet nesr olunmaga basladi Bu qezet Talis adini dasiyan ilk qezet ve talis dilinde meqaleler derc olunan ilk qezet kimi taninir Qezet 5 dekabr 1931 ci ilde esasen talis fehlelerinden behs etdiyi ucun adini deyiserek Se Tols qoydu 6 iyun 1937 ci ilde Azerbaycan Kommunist Partiyasinin XIII qurultayi erefesinde kecirilmis plenumdan sonra Merkezi Komitenin qurultaya gelecek hesabatinin mezmunu muzakire olundu digerleri arasinda Azerbaycan dilinin fars ereb ve Osmanli tesirlerinden temizlenmesi meselesine toxunuldu Muzakire istirakcilarindan biri tat dilinin temizlenmeli oldugunu qeyd edib Mircefer Bagirov ise dusunurem ki tat kurd talis dillerinden azerbaycan diline kecmeyin vaxtidir Xalq maarif komissarligi tesebbus gostermelidir onlarin hamisi azerbaycanlidir deye bildirib Hemin plenumdan sonra basqa dillerde tedrisin verilmemesi ve azerbaycan diline kecmesi qerara alindi talis dilinde mektebler baglandi dovri nesrler dayandirildi Talis alimleri ve ictimai xadimleri Zulfuqar Ehmedzade Muzeffer Nesirli ve s repressiyalara meruz qaldilar 1938 ci ilin evvelinden etibaren talis dilinde meqalelerin sayi getdikce azalmaga basladi 22 sentyabr 1938 ci ilden etibaren ise qezet tam olaraq Azerbaycan dilinde nesr olunmaga basladi 18 fevral 1939 cu ilde nesr olunan son nomreden sonra qezet Sosialist subtropikasi adlandirildi daha sonra 16 iyun 1957 ci ilde Leninci 22 sentyabr 1990 ci ilde Lenkeran olaraq deyisdirilib ve hal hazirda bu adla nesr olunur MovzulariQezetde talis diyari dili edebiyyati tarixi ile bagli materiallar derc edilirdi Seirlere ve folklor eserlerine de yer verilirdi Seirler 1938 ci ile qeder Azerbaycan ve talis dillerinde 1938 ci ilden sonra ise Azerbaycan dilinde nesr edilmisdir Seir dovrun enenevi movzularindan istifade edirdi Kommunist Partiyasi komsomol kolxoz fehle traktor surucusu Lenin Stalin ve basqalari Neticede seirde ideologiyanin oturulmesi vezifesi on planda idi Qezet Talis folklorunun toplanmasinda da muhum isler gorurdu Bu eserlerin ehemiyyeti folklor numunelerinin toplanmasi ve dovri olaraq oz sehifelerinde derc edilmesi fealiyyetlerini desteklemek idi Muzeffer Nesirlinin Talis folkloru haqqinda bir nece kelme adli meqalesi ise Talis folklorunun oyrenilmesi uzre muhum menbelerden birine cevrilmisdi Qezetin birinci nomresinde yazilir ki qezet sovet hokumetinin talis xalqina hediyyesidir ve talis xalqi talis elifbasinin dilinin edebiyyatinin inkisafina layiqdir Qezet Talis poeziyasinin inkisafina boyuk tekan vermisdi O dovrun en cox nesr olunan talis sairleri Zulfuqar ehmedzade Muzeffer Nesirli Q Kazimov X Quliyev A Quliyev S Eliyeva idi IstinadlarA A Umnyashkin IRANSKIE YaZYKI KAVKAZA ISTORIYa IZUChENIYa TALYShSKOGO YaZYKA rus Politicheskie nauki Vostokovedenie Vyp 10 2011 S S 135 142 G Asatryan Vvedenie v istoriyu i kulturu talyshskogo naroda s 107 Agaev E Raboty po literature folkloru v gazete Sya Tolysh Vestnik Nacionalnoj Talyshskoj Akademii 1 2011 130 150 A Bajrami Spravka ob istorii talyshskogo pechatnogo izdaniya talyshskij Tolyshon Sado 2012 25 fevral 6 018 S 8 Mirhashim Talyshly Ahadov Etibar Lenkoran Enkciklopedicheskaya informaciya Lenkeren Ensikloprdik melumat 2 Baku ASC 2017 S 274 584 s ISBN 5 89968 099 7 Elnur Agaev Mesto Muzaffara Nasirli v talyshskoj presse TOLISI METBUATI TARIXEDE MZEFFER NESIRLI VIRE ALEM 2016 3 3 S 2 7 Ismailov Eldar Istoriya bolshogo terrora v Azerbajdzhane Politicheskaya enciklopediya Moskva 2015 S S 155 156 239 s ISBN 978 5 8243 1943 9 Abilov I Repressirovannoe talyshevedenie IA REGNUM rus 2020 11 27 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 06 04 Allahverdi Bajrami Azerboyconi tolison edebiyot Literatura talyshej Azerbajdzhana 1 chast Baku izd vo MBM 2013 S 59 60 283 s ISBN 978 9952 29 046 9