Behrudi Rüstəm Hidayət oğlu (12 sentyabr 1957, Behrud, Ordubad rayonu) — Azərbaycan şairi.
Rüstəm Behrudi | |
---|---|
Rüstəm Hidayət oğlu Alməmmədov | |
Təxəllüsü | Behrudi |
Doğum tarixi | 12 sentyabr 1957 (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı |
Həyatı
Rüstəm Behrudi 1957-ci il sentyabrın 14-də Naxçıvan Muxtar Sovet Spsialist Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti
Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır
Yaradıcılığı
Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb. O, ilk şeirini orta məktəbdə yazıb. Behrudinin şeirləri "Azərbaycan", "Araz" almanaxlarında mütəmadi olaraq çap olunub. Şair dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir.
Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir.
Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub. 1989-cu ildə yazılmış "Salam, dar ağacı" şeiri müstəqillik ərəfəsi Azərbaycan vətəndaşlıq poeziyasının proloqu kimi qiymətləndirilir.
Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilib. C.Məmmədquluzadəyə həsr elədiyi "Daha gülə-gülə ağlamaq olmur", həbsxana gündəliyindən ibarət "Nəfəs almağı unudan adam" poemaları ədəbiyyatımızın ən gözəl poetik nümunələrindən hesab olunur. "Ölüm, xoş gəldin", "33 yaşımda, yaxud anamın adı Zəhra", "Vətən"(1985), "Söz necə mənə oxşayır", "Gör necə mənə oxşayır", "Ata dili", "Hər şey ayrılıqdan başladı"(1984) və s. şeirlərin müəllifidir.
Rüstəm Behrudinin "Ruhumuzun sərhədləri", "Mən də bir vaxt adam idim", "Paylaşılan yalnızlıq-yalnızlıq deyil" publisistika silsilələri təsirli və mənalı esselərdir. "Səs-tənhalığın rəsmidi" adlı essesində Alim Qasımov haqqında düşüncələri öz əksini tapmışdır. Vaqif Cəbrayılzadədən bəhs edən "Vaqif, sənə deyiləsi sözlərimə yağış yağır" essesi məzmunlu bir poetik-publisistika nümunəsidir. "Son bahardan oğluma məktublar" silsiləsindəki esselər ictimai-məzmunu, mahiyyəti etibarilə Rüstəm Behrudinin yaradıcılığının əsas tezislərini səsləndirir.
Mükafatları
Rüstəm Behrudi türk ədəbiyyatı qarşısında xidmətlərinə görə, Mahmud Kaşqarlı adına beynəlxalq mükafata (M.Kaşqarlı adına medal) layiq görülmüş, Avropada keçirilən Türk Dünyası Uluslararası şeir festivalının qızıl mükafatını qazanmışdır. Bundan başqa, o, çox sayda ədəbi mükafatlara və diplomlara da layiq görülmüşdür.
İstinadlar
- İsa Həbibbəyli. "Bütövlük və genişlik" (Azərbaycan). anl.az. 3-12-2018 tarixində .
- "Rüstəm Behrudi" (PDF) (Azərbaycan). anl.az. 7.3.2021 tarixində (PDF).
Xarici keçidlər
- Rüstəm Behrudinin şeirləri
- Cənnət-cəhənnəm nağıllarına inanmıram – Rüstəm Behrudi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Behrudi Rustem Hidayet oglu 12 sentyabr 1957 Behrud Ordubad rayonu Azerbaycan sairi Rustem BehrudiRustem Hidayet oglu AlmemmedovTexellusu BehrudiDogum tarixi 12 sentyabr 1957 1957 09 12 66 yas Dogum yeri Behrud Ordubad rayonu Naxcivan MSSR Azerbaycan SSR SSRIFealiyyeti yaziciHeyatiRustem Behrudi 1957 ci il sentyabrin 14 de Naxcivan Muxtar Sovet Spsialist Respublikasinin Ordubad rayonunun Behrud kendinde anadan olmusdur O 1964 cu ilde sekkizillik mektebi bitirdikden sonra orta tehsilini C Cabbarli adina Bilev kend orta mektebinde almisdir 1974 1975 ci illerde Behruddaki kolxozda islemis ele hemin il Naxcivan Dovlet Pedaqoji Institutunun Tarix edebiyyat fakultesine qebul olmusdur 1979 cu ilde institutu ferqlenme diplomu ile bitirmisdir FealiyyetiEmek fealiyyeti Rustem Behrudi 1979 1984 cu illerde Ordubad rayonundaki Unus kend orta mektebinde Azerbaycan dili ve edebiyyati muellimi kimi fealiyyete baslamisdir Keleki ve Unus kendlerinde isledikden sonra Ordubadda muzeyde elmi suranin uzvu kimi calismisdir Rustem Behrudi 1984 cu ilde Bakiya gelmis 1986 1990 ci illerde Yazici bedii edebiyyat nesriyyatinda fehle korrektor kicik redaktor poeziya redaksiyasinin redaktoru vezifelerinde calismisdir Hemcinin sair bir muddet Sabir Rustemxanlinin rehberliyi ile nesr edilen Azerbaycan qezetinde redaksiya mudiri kimi fealiyyet gostermisdir Fikir ve dusuncelerine gore sovetler doneminde teqib olunmus habele hebsde yatmisdirYaradiciligiButun omrunu edebiyyata hesr elemis Rustem Behrudi edebi fealiyyete 70 ci illerde baslayib O ilk seirini orta mektebde yazib Behrudinin seirleri Azerbaycan Araz almanaxlarinda mutemadi olaraq cap olunub Sair dovri metbuatda seir ve publisistik yazilari ile feal cixis edir Rustem Behrudi yaradiciliginda turkculuk ve dervis felsefesi ustunluk verir Sair Yaddaslara yazin Salam dar agaci Saman duasi Yer uzu gorus yeridi Iblis melekden gozeldi Tenhaliqda olum qorxusu yoxdu Din sevdim din ustune Bir deli ayriliq kimi ve sair seir kitablarinin Goz yaslarindan baxan Allah adli felsefi publisistik kitabinin muellifidir Onun Saman duasi kitabi turkdilli dovletlerde diller ezberidir kitabdan secmeler Turkiyede Iranda Avstriyada Almaniyada Belcikada ve s olkelerde nesr olunub 1989 cu ilde yazilmis Salam dar agaci seiri musteqillik erefesi Azerbaycan vetendasliq poeziyasinin proloqu kimi qiymetlendirilir Yaradiciligindan secmeler polyak fransiz rus ve cex dillerine tercume edilib C Memmedquluzadeye hesr elediyi Daha gule gule aglamaq olmur hebsxana gundeliyinden ibaret Nefes almagi unudan adam poemalari edebiyyatimizin en gozel poetik numunelerinden hesab olunur Olum xos geldin 33 yasimda yaxud anamin adi Zehra Veten 1985 Soz nece mene oxsayir Gor nece mene oxsayir Ata dili Her sey ayriliqdan basladi 1984 ve s seirlerin muellifidir Rustem Behrudinin Ruhumuzun serhedleri Men de bir vaxt adam idim Paylasilan yalnizliq yalnizliq deyil publisistika silsileleri tesirli ve menali esselerdir Ses tenhaligin resmidi adli essesinde Alim Qasimov haqqinda dusunceleri oz eksini tapmisdir Vaqif Cebrayilzadeden behs eden Vaqif sene deyilesi sozlerime yagis yagir essesi mezmunlu bir poetik publisistika numunesidir Son bahardan ogluma mektublar silsilesindeki esseler ictimai mezmunu mahiyyeti etibarile Rustem Behrudinin yaradiciliginin esas tezislerini seslendirir MukafatlariRustem Behrudi turk edebiyyati qarsisinda xidmetlerine gore Mahmud Kasqarli adina beynelxalq mukafata M Kasqarli adina medal layiq gorulmus Avropada kecirilen Turk Dunyasi Uluslararasi seir festivalinin qizil mukafatini qazanmisdir Bundan basqa o cox sayda edebi mukafatlara ve diplomlara da layiq gorulmusdur IstinadlarIsa Hebibbeyli Butovluk ve genislik Azerbaycan anl az 3 12 2018 tarixinde Rustem Behrudi PDF Azerbaycan anl az 7 3 2021 tarixinde PDF Xarici kecidlerRustem Behrudinin seirleri Cennet cehennem nagillarina inanmiram Rustem Behrudi