Gerb zalı (rus. Гербовый зал) — Sankt-Peterburqdakı Qış sarayında rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş zaldır. Zal Hərbi qalereya ilə saray bağının arasında yerləşir.
Tarixi
XVIII əsrin sonlarında indiki Gerb zalının yerində, memar Yuri Feltenin layihəsi əsasında inşa edilmiş Ağ qalereya mövcud idi. İmperatriçə II Yekaterinanın hakimiyyəti dövründə bu qalereyada dəbdəbəli saray balları keçirilərdi. 1796-cı ildə imperator I Pavelin göstərişi ilə, hələ 1762-ci ildə çevriliş nəticəsində öldürülmüş III Pyotrla vida mərasiminin keçirildiyi "Matəm zalı"nda, II Yekaterina üçün xüsusi matəm mərasimi təşkil edilmişdi. XIX əsrin əvvəllərindən başlayaraq, "Ağ qalereya" yenidən təyinatı üzrə istifadə olunmağa başlamışdı. Bu zaldan yenidən saray maskaradları, təntənəli qəbullar və balların sasləri gəlirdi. Lakin, 1830-cu ildə Çar I Nikolay bu zala fərqli bir məna vermək qərarına gəldi. Yeni layihənin əsas məqsədi güclü Rusiya imperiyasının qüdrətinin öyülməsi idi.
sonra zal, Mariff komissarı Anatoli Lunaçarskinin göstərişi ilə 2000 nəfərlik tutumu olan konsert zalı kimi istifadə olunmuşdur. Hazırda Ermitaj muzeyinin tərkibində olan zal əvvəlki görünüşündə bərpa edilmişdir.
Memarlıq xüsusiyyətləri
Hazırkı görünüşündə zal, 1837-ci ildə sarayda baş vermiş yanğından sonra, memar layihəsi əsasında rus klassisizmi stilində bərpa edilmişdir. Zalın giriş qapısının iki tərəfində qədim rus döyüşçülərini təsvir edən heykəllər qoyulmuşdur ki, heykəllərdə təsvir edilmiş döyüşçülərin qalxanlarında da Rusiya quberniyalarının gerbləri vardır. Bundan başqa, quberniyaların gerbləri qızıl suyuna çəkilmiş nəhəng tunc çilçıraqlarda da vardır.
Ümumilikdə zal kolonnada (sütunlar sırası) ilə əhatə olunmuşdur ki, bu da zalı eyvan xarakterli hissəyə bölür. Zalın mərkəzində XIX əsr Yekaterinburq daş ustalarının əl işi olan iri daş kuzə vardır. Gerb zalının dəbdəbəli görünüşü, qızılı sütunlar arasında düzülmüş fransız stilli pəncərələrlə xüsusi vurğulanmışdır.
İstinadlar
- . 2013-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-13.
Ədəbiyyat
- (ing.) Hermitage Museum Website 2008-11-19 at the Wayback Machine Published by the Russian state Hermitage Museum. Retrieved 13 October 2008.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Gerb zali rus Gerbovyj zal Sankt Peterburqdaki Qis sarayinda resmi tedbirlerin kecirilmesi ucun nezerde tutulmus genis zaldir Zal Herbi qalereya ile saray baginin arasinda yerlesir Gerb zaliE P Hau 1863Zalin sarayin planinda yeriTarixiXVIII esrin sonlarinda indiki Gerb zalinin yerinde memar Yuri Feltenin layihesi esasinda insa edilmis Ag qalereya movcud idi Imperatrice II Yekaterinanin hakimiyyeti dovrunde bu qalereyada debdebeli saray ballari kecirilerdi 1796 ci ilde imperator I Pavelin gosterisi ile hele 1762 ci ilde cevrilis neticesinde oldurulmus III Pyotrla vida merasiminin kecirildiyi Matem zali nda II Yekaterina ucun xususi matem merasimi teskil edilmisdi XIX esrin evvellerinden baslayaraq Ag qalereya yeniden teyinati uzre istifade olunmaga baslamisdi Bu zaldan yeniden saray maskaradlari tenteneli qebullar ve ballarin sasleri gelirdi Lakin 1830 cu ilde Car I Nikolay bu zala ferqli bir mena vermek qerarina geldi Yeni layihenin esas meqsedi guclu Rusiya imperiyasinin qudretinin oyulmesi idi sonra zal Mariff komissari Anatoli Lunacarskinin gosterisi ile 2000 neferlik tutumu olan konsert zali kimi istifade olunmusdur Hazirda Ermitaj muzeyinin terkibinde olan zal evvelki gorunusunde berpa edilmisdir Memarliq xususiyyetleriHazirki gorunusunde zal 1837 ci ilde sarayda bas vermis yangindan sonra memar layihesi esasinda rus klassisizmi stilinde berpa edilmisdir Zalin giris qapisinin iki terefinde qedim rus doyusculerini tesvir eden heykeller qoyulmusdur ki heykellerde tesvir edilmis doyusculerin qalxanlarinda da Rusiya quberniyalarinin gerbleri vardir Bundan basqa quberniyalarin gerbleri qizil suyuna cekilmis neheng tunc cilciraqlarda da vardir Umumilikde zal kolonnada sutunlar sirasi ile ehate olunmusdur ki bu da zali eyvan xarakterli hisseye bolur Zalin merkezinde XIX esr Yekaterinburq das ustalarinin el isi olan iri das kuze vardir Gerb zalinin debdebeli gorunusu qizili sutunlar arasinda duzulmus fransiz stilli pencerelerle xususi vurgulanmisdir Istinadlar 2013 01 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 04 13 Edebiyyat ing Hermitage Museum Website 2008 11 19 at the Wayback Machine Published by the Russian state Hermitage Museum Retrieved 13 October 2008 Norman Geraldine The Hermitage The Biography of a Great Museum New York Fromm International Publishing 1998 ISBN 0 88064 190 8