Qızılavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.
Qızılavar | |
---|---|
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2382 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ4427 |
Əhalisi
1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman Talışlar yaşayırlar Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir. Bu ərazi dairəsinin sahəsi 837 hektardır. Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir.
Toponimiyası
Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır. Kənddə tez-tez isti küləklər əsdiyi üçün adını “isti yel” kimi mənalandırırlar.
Tarixi
Kəndin dəqiq yaşı bəlli deyil, təqribi kəndin 18 - 19-cu əsrə aid olduğu bildirilir.
Coğrafiyası və infrastrukturu
Qızılavar kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonun Ərkivan-Boradigah-Rüdəkənar şose yolunun üstündə yerləşir. Kənddə 4 əsas məhəllə var - Dəlləkoba, Toyba, Peysə və Lesonoba kimi də tanınan Leysan. Rayon mərkəzindən 5–6 km aralıdır. Şose yolu kəndi iki hissəyə bölür: Şərq hissə "məzə sahəsi" adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissəsi "bandaro (dağ yolu)" adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. Kəndin cənubundan Qodman çay axır. Kənddə cənub zonasına xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Kənd rekrasiya ehtiyatlıdır. Kəndin tarixi abidələri:
- Qızılavar qəbristanlığı - Qoçabəy təpəsi adlanır, kurqandur.
- Qızılavar kəndinin Toyba məhəlləsindəki məscid. XIX əsrə aid tarixi abidə, təmir olunub.
- Qızılavar kəndinin Peysə məhəlləsindəki məscid. Təzə tikilib.
- Piə Seydi Gəb ocağı - Pirani seyidin dəfn olunduğu yer. Ocağın dəqiq tarixi məlum deyildir. Yerli sakinlərin bildirdiklərinə görə buralardan keçən, yaxud bu ətrafda yaşayan qoca seyid burada vəfat etmiş və dəfn olunmuşdur. Qəbirin üstündə daş qoç başı fiquru vardır. Qoca seyidin kəndin ilk sakinlərindən olduğu da söylənilir. Həmin qəbir istilin içində kiçik bir təpədə yerləşirdi, ətrafı su bassa da təpəyə su çıxmazmış. Bu müqəddəs yerə qonşu rayon və kəndlərdən də adamlar ziyarətə gəlirlər. Hal-hazırda ocağın ətrafı abadlaşdırılıb.
- Qızılavar qəbristanlığındakı 1795-ci ilə aid daş kitabə - baş daşı. Nəbati elementlərdən istifadə olunaraq yazılan və gözəl ornamentə oxşayan kitabənin mətni belədir: “Hüvəl-baqi. Molla şüca ad-Din ibn Aşur bək. Vəfatuhu fi şəhri rabi”səni, mutabiq sənə 1210-O (Allah) əbədidir. Aşur bəy oğlu Molla Şücaəddin. Vəfatı 1210-cu il rabi səni ayı (1795, oktyabr).
- Ləm - yay istirahəti üçün ətrafı açıq olan iki mərtəbəli tikili. Kənddə belə tikililər çox olmuşdir. Hazırda Nüsrətin ləmi kimi tanınan bir ləm qalmışdır. Bu ləm 19-cu əsrə aiddir. Məmmədovlar nəslinə aid edilir və hal-hazırda peysə məhəlləsində əsgəroba kimi tanınan ərazidə yerləşir.
- Mədəli Hüseynin evi - iki mərtəbəli ev, 300 ilə qədər tarixi var. “Mədəli Hüseyni evi”nin birinci mərtəbəsi çiy kərpicdən hörülmüşdür, divarın qalınlığı 60 sm-dən çoxdur. Otaqlarda qab-qacaq qoymaq üçün xeyli rəflər düzəldilmişdir. Evin ikinci mərtəbəsi ağacdan,taxta parçalarından tikilmiş, onların araları samanla qarışdırılmış palçıqla doldurulmuşdur. Divarın üstü palçıqla suvanmışdır, ikinci mərtəbənin tavanı da palçıqla suvanıb ki, evə soyuq daxil olmasın. Evin damı kirəmitlə örtülmüşdür. Damın ətrafında taxta üzərində bəzəklər vurulmuşdur. Uzun illərin zəlzələri, tufanları, küləkləri evə zərrə qədər təsir etməmişdir.
- 1941-1945 ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlaın xatirəsinə ucaldılmış abidə. *Qızılavarda 1987-ci ildən bəri mövcud Çingiz bulağı kimi tanınan bulaq, hem öz sərinliyi ilə,həm də öz mineralığı ile tanınır. Qonşu kəndlərdən də bu bulağa gələnlər vardır.
Qızılavar kənd ümumi orta məktəbin hazırkı binası, məktəb bu binaya 1956-cı ildə köçürülüb.
- Həmçinin ərazidə bir tam orta məktəb, iki ümumi orta məktəb, bir tibb mərkəzi, bir həkim məntəqəsi, bir kitabxana, bir mədəniyyət evi, bir ATS və bir kənd poçtu fəaliyyət göstərir.[]
Həmçinin bax
İstinadlar
- Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Qeyd: mənbədə tatarlar
- Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37[ölü keçid]
- Masallı Rayon İcra Hakimiyyəti: Xəbərlər: Qızılavar kənd sakinləri ilə görüş[ölü keçid]---yayınlanma tarixi: 2012-10-24
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qizilavar Azerbaycan Respublikasinin Masalli rayonunun inzibati erazi vahidinde kend Qizilavar38 57 49 sm e 48 40 42 s u Olke AzerbaycanRayon Masalli rayonuTarixi ve cografiyasiSaat qursagi UTC 04 00EhalisiEhalisi 2382 2009 neferReqemsal identifikatorlarPoct indeksi AZ4427Xeriteni goster gizle QizilavarEhalisi1859 1864 cu ile olan melumata esasen Baki quberniyasinin Lenkeran qezasinin Qizilavar kendinde 91 evde 333 neferi kisiler 272 neferi ise qadinlar olmaqla 605 nefer sie teriqetli muselman Talislar yasayirlar Qodman cayi sahilinde yerlesen kend hemin tarixde dovlet xezinesine mexsus idi ve kendde bir mescid var idi 2012 ci ile olan melumata esasen Qizilavar kendi Dellekoba kendi ile birlikde Qizilavar kend izibati erazi dairesini emele getirir Bu erazi dairesinin sahesi 837 hektardir Hazirda kendde ehalinin sayi 2382 neferdir ToponimiyasiOykonim qizil qirmizi menasinda ve var talis dilinde teleffuzu vo sozlerinden a bitisdirici saitdir ibaretdir Edebiyyatda var vo sozunun talis dilinde yer menasi ifade etdiyi bildirilir ve bu cografi ad qizil yer kimi menalandirilir Xalq etimologiyasina gore ise vo talis dilinde yel kulek qizil sozu ise burada isti quru menasindadir Kendde tez tez isti kulekler esdiyi ucun adini isti yel kimi menalandirirlar TarixiKendin deqiq yasi belli deyil teqribi kendin 18 19 cu esre aid oldugu bildirilir Cografiyasi ve infrastrukturuQizilavar kendi Talis daglari ile Xezer denizi arasinda Masalli rayonun Erkivan Boradigah Rudekenar sose yolunun ustunde yerlesir Kendde 4 esas mehelle var Dellekoba Toyba Peyse ve Lesonoba kimi de taninan Leysan Rayon merkezinden 5 6 km aralidir Sose yolu kendi iki hisseye bolur Serq hisse meze sahesi adlanir esasen cokeklik ve duzenlikdir Qerb hissesi bandaro dag yolu adlanir Bu erazi nisbeten hundurdur esasen tepeliklerden ibaretdir Kendin cenubundan Qodman cay axir Kendde cenub zonasina xas olan rutubetli subtropik iqlim hakimdir Sari torpaqlar coxluq teskil edir Torpaqlar cayciliq faras terevezcilik ucun elverislidir Kend rekrasiya ehtiyatlidir Kendin tarixi abideleri Qizilavar qebristanligi Qocabey tepesi adlanir kurqandur Qizilavar kendinin Toyba mehellesindeki mescid XIX esre aid tarixi abide temir olunub Qizilavar kendinin Peyse mehellesindeki mescid Teze tikilib Pie Seydi Geb ocagi Pirani seyidin defn olundugu yer Ocagin deqiq tarixi melum deyildir Yerli sakinlerin bildirdiklerine gore buralardan kecen yaxud bu etrafda yasayan qoca seyid burada vefat etmis ve defn olunmusdur Qebirin ustunde das qoc basi fiquru vardir Qoca seyidin kendin ilk sakinlerinden oldugu da soylenilir Hemin qebir istilin icinde kicik bir tepede yerlesirdi etrafi su bassa da tepeye su cixmazmis Bu muqeddes yere qonsu rayon ve kendlerden de adamlar ziyarete gelirler Hal hazirda ocagin etrafi abadlasdirilib Qizilavar qebristanligindaki 1795 ci ile aid das kitabe bas dasi Nebati elementlerden istifade olunaraq yazilan ve gozel ornamente oxsayan kitabenin metni beledir Huvel baqi Molla suca ad Din ibn Asur bek Vefatuhu fi sehri rabi seni mutabiq sene 1210 O Allah ebedidir Asur bey oglu Molla Sucaeddin Vefati 1210 cu il rabi seni ayi 1795 oktyabr Lem yay istiraheti ucun etrafi aciq olan iki mertebeli tikili Kendde bele tikililer cox olmusdir Hazirda Nusretin lemi kimi taninan bir lem qalmisdir Bu lem 19 cu esre aiddir Memmedovlar nesline aid edilir ve hal hazirda peyse mehellesinde esgeroba kimi taninan erazide yerlesir Medeli Huseynin evi iki mertebeli ev 300 ile qeder tarixi var Medeli Huseyni evi nin birinci mertebesi ciy kerpicden horulmusdur divarin qalinligi 60 sm den coxdur Otaqlarda qab qacaq qoymaq ucun xeyli refler duzeldilmisdir Evin ikinci mertebesi agacdan taxta parcalarindan tikilmis onlarin aralari samanla qarisdirilmis palciqla doldurulmusdur Divarin ustu palciqla suvanmisdir ikinci mertebenin tavani da palciqla suvanib ki eve soyuq daxil olmasin Evin dami kiremitle ortulmusdur Damin etrafinda taxta uzerinde bezekler vurulmusdur Uzun illerin zelzeleri tufanlari kulekleri eve zerre qeder tesir etmemisdir 1941 1945 ci illerde Boyuk Veten Muharibesinde helak olanlain xatiresine ucaldilmis abide Qizilavarda 1987 ci ilden beri movcud Cingiz bulagi kimi taninan bulaq hem oz serinliyi ile hem de oz mineraligi ile taninir Qonsu kendlerden de bu bulaga gelenler vardir Qizilavar kend umumi orta mektebin hazirki binasi mekteb bu binaya 1956 ci ilde kocurulub Hemcinin erazide bir tam orta mekteb iki umumi orta mekteb bir tibb merkezi bir hekim menteqesi bir kitabxana bir medeniyyet evi bir ATS ve bir kend poctu fealiyyet gosterir menbe gosterin Hemcinin baxJindi Kincivo MonidigahIstinadlarAzerpoct Indeksler az www azerpost az 2016 04 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2016 04 19 Azerbaycan Respublikasinin inzibati erazi bolgusu Melumat toplusu Baki 2013 488 seh Qeyd menbede tatarlar Spiski naselennyh mest Rossijskoj Imperii Po Kavkazskomu krayu sostavlennye i izdavaemye Kavkazskim statisticheskim komitetom pri Glavnom upravlenii Namestnika Kavkazskogo LXV Bakinskaya guberniya Spisok naselennyh mest po svedeniyam 1859 po 1864 god Kavkazskim statatisticheskim komitetom pri Glavnom upravlenii namestnika kavkazskogo Sostavlen glavnym redaktorom Komiteta N Zejdlicem Tiflis V Tipografii glavnogo upravleniya namestnika kavkazskogo 26 noyabrya 1870 g Soderzhanie Spiskok naselyonnyh mest Bakinskoj gubernii str 37 olu kecid Masalli Rayon Icra Hakimiyyeti Xeberler Qizilavar kend sakinleri ile gorus olu kecid yayinlanma tarixi 2012 10 24 Azerbaycan Respublikasi ehalisinin siyahiyaalinmasi 2009 cu il I cild Baki 2010 Azerbaycan toponimlerinin ensiklopedik lugeti Iki cildde II cild Baki Serq Qerb 2007 304 seh