Qız qalası əfsanəsi — rejissor Vladimir Ballyuzek tərəfindən 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində çəkilmiş və 1924-cü ildə buraxılmış səssiz Azərbaycan filmi. Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında bərpa olunmuşdur.
Qız qalası əfsanəsi | |
---|---|
| |
Janr | dram |
Rejissor | Vladimir Ballyuzek |
Ssenari müəllifi | N.Breslav-Lurye |
Baş rollarda | Sofiya Jozeffi Vaqram Papazyan Hənəfi Terequlov İsmayıl Hidayətzadə Yevgeni Muromski İbrahim Azəri Rza Darablı Kazım Ziya Ağasadıq Gəraybəyli |
Operator | Vladimir Lemke |
Rəssam | Vladimir Ballyuzek |
İstehsalçı | AFKİ |
İlk baxış tarixi | 27 may 1924 |
Filmin digər adı | Şərq ekzotikası |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 54,5 dəqiqə |
Ölkələr | SSRİ |
Dillər | səssiz (titrlər azərbaycanca və ruscadır) |
İl | 1923 |
Bölüm sayı | 2 |
Texniki məlumatlar | 8 hissə 1527 metr 2 seriya 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1407280 |
Məzmun
Hadisələr Köhnə Bakıda cərəyan edir. Səməd xan arvadı hamilə olduğu üçün narahatdır. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə ölür. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır və onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında ölmüş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata onu sevdiyini etiraf edir. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü dənizə atıb intihar edir.
Rollarda
- Sofiya Jozeffi — xanın arvadı Cəvahir; xanın qızı Gülnar
- Vaqram Papazyan — Səməd xan
- Hənəfi Terequlov — Şirvan xanı
- İsmayıl Hidayətzadə — Zöhrab
- Yevgeni Muromski — Gülnarın sevgilisi Kərim
- İbrahim Azəri — Səməd xanın vəziri
- Rza Darablı — Səməd xanın vəkili
- Kazım Ziya — molla
- O.Zərifyan — münəccim
- Ağasadıq Gəraybəyli — həkim
- B.Anqarskaya — Cəvahirin qulluqçusu
- Ələkbər Hüseynzadə — əyan
- Möhsün Sənani — döyüşçü
- Georgi Parisaşvili
- N.Breslav-Lurye
- Hacıməmməd Qafqazlı — əyan
- Məcid Şamxalov
- Rüstəm Kazımov
- Xeyri Əmirzadə
İstehsal
Filmin ssenari müəllifi N. Breslav-Lurye, quruluşçu rejissoru Vladimir Ballyuzek, quruluşçu operatoru Vladimir Lemke, quruluşçu rəssamı Vladimir Ballyuzek, qrim rəssamı Georgi Parisaşvili, rejissor köməkçisi Məmməd Əlili olmuşdur.
Film Azərbaycan Foto-Kino İdarəsinin Dövlət Kino Fabrikinin bazasında çəkilmiş ilk sovet Azərbaycan filmidir. Film 1923-cü ilin mayında tamamlansa da, 27 may 1924-cü ildə tamaşaçılara təqdim olunmuşdur. Bu gecikmə texniki çətinliklər səbəbilə baş vermişdir. Filmin rejissoru çəkilişlərin çətin şəraitdə aparıldığını bildirmişdir.
Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi — Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilmişdir. Filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. Çəkilişlərdə 1500 adam iştirak etmişdir. Filmdə aktyorlar Ağasadıq Gəraybəyli, Möhsün Sənani və Rüstəm Kazımovun oynadıqları ilk rollarıdır.
Film 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.
Filmin bərpa heyəti
- Hüseyn Mehdiyev – layihə rəhbəri
- Fərəc Qarayev – bəstəkar
- Ramiz Rövşən – dialoq mətnləri
- Ayaz Salayev – redaktor-ekspert
- Elşad Rəhimov – montaj
- Teymur Kərimov – səs-operatoru
- Rauf Əliyev – musiqi redaktoru
- Aysel Əliyeva – redaktor
- İqrar Əşrəfzadə – təsvir redaktoru
- İsmayıl Qasımov – assistent
- Asiyat Ağayeva – maliyyə
- Şahirə Tacəddin – icraçı prodüser
Qəbul
Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilməməsi səbəbilə mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərməsinə görə tənqid olunmuşdur. Buna baxmayaraq film kassada uğurlu olmuş və tamaşaçıların böyük marağına səbəb olmuşdur.
İstinadlar
- Газ. "Бак. рабочий". 7 октябрь 1923 г.
- ""Qız qalası əfsanəsi" filminin 100 ili tamam olur". Azərtac. 28 may 2024. 28 May 2024 tarixində . İstifadə tarixi: 28 may 2024.
Mənbələr
- Газ. "Бакинский рабочий". 16 января 1924 г.
- "Pravda" qəzeti, 2 aprel 1924-cü il.
- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 35–36.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898–2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 19–20.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Xarici keçidlər
- Filmi izlə: orijinal versiya (az.), (rus.) bərpa edilmiş versiya (az.)
- "Qız qalası" bədii filminin montaj vərəqələri [ölü keçid]. rej. V. Ballyuzek. 1923-cü il (35 mm, səssiz, ağ-qara, 8 hissə) 2000-ci il.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Qiz qalasi deqiqlesdirme Qiz qalasi efsanesi rejissor Vladimir Ballyuzek terefinden 1923 cu ilde Azerbaycan Foto Kino Idaresinde cekilmis ve 1924 cu ilde buraxilmis sessiz Azerbaycan filmi Film 2011 ci ilde kinorejissor Huseyn Mehdiyevin layihesi esasinda berpa olunmusdur Qiz qalasi efsanesiFilmin afisasi Janr dramRejissor Vladimir BallyuzekSsenari muellifi N Breslav LuryeBas rollarda Sofiya Jozeffi Vaqram Papazyan Henefi Terequlov Ismayil Hidayetzade Yevgeni Muromski Ibrahim Azeri Rza Darabli Kazim Ziya Agasadiq GeraybeyliOperator Vladimir LemkeRessam Vladimir BallyuzekIstehsalci AFKIIlk baxis tarixi 27 may 1924Filmin diger adi Serq ekzotikasiFilmin novu tammetrajli bedii filmMuddet 54 5 deqiqeOlkeler SSRIDiller sessiz titrler azerbaycanca ve ruscadir Il 1923Bolum sayi 2Texniki melumatlar 8 hisse 1527 metr 2 seriya 35 mmReng ag qaraIMDb ID1407280MezmunHadiseler Kohne Bakida cereyan edir Semed xan arvadi hamile oldugu ucun narahatdir Xana xeber verirler ki usaq anadan olur ana ise olur Qezeblenmis xan usaga bele baxmayib emr edir ki usagi saraydan uzaqlasdirsinlar Korpe qiz tebietin qoynunda bir qarinin evinde boyuyur gozel bir qiz olur Xan ova cixarken qizi Gulnarla Sofiya Jozeffi rastlasir ve onu taniyir Qizini saraya getirir Gulnarin sevdiyi oglani da Ismayil Hidayetzade saraya cagirirlar Gulnar anasinin libaslarini geyinerken xanda sehvet hissi oyanir O Gulnarin simasinda olmus arvadini gorur Hisslerini cilovlaya bilmeyen ata onu sevdiyini etiraf edir Gulnar bu biabirciliga dozmeyib xanin onun ucun tikdirdiyi Qiz qalasindan ozunu denize atib intihar edir RollardaSofiya Jozeffi xanin arvadi Cevahir xanin qizi Gulnar Vaqram Papazyan Semed xan Henefi Terequlov Sirvan xani Ismayil Hidayetzade Zohrab Yevgeni Muromski Gulnarin sevgilisi Kerim Ibrahim Azeri Semed xanin veziri Rza Darabli Semed xanin vekili Kazim Ziya molla O Zerifyan muneccim Agasadiq Geraybeyli hekim B Anqarskaya Cevahirin qulluqcusu Elekber Huseynzade eyan Mohsun Senani doyuscu Georgi Parisasvili N Breslav Lurye Hacimemmed Qafqazli eyan Mecid Samxalov Rustem Kazimov Xeyri EmirzadeIstehsalFilmin ssenari muellifi N Breslav Lurye quruluscu rejissoru Vladimir Ballyuzek quruluscu operatoru Vladimir Lemke quruluscu ressami Vladimir Ballyuzek qrim ressami Georgi Parisasvili rejissor komekcisi Memmed Elili olmusdur Film Azerbaycan Foto Kino Idaresinin Dovlet Kino Fabrikinin bazasinda cekilmis ilk sovet Azerbaycan filmidir Film 1923 cu ilin mayinda tamamlansa da 27 may 1924 cu ilde tamasacilara teqdim olunmusdur Bu gecikme texniki cetinlikler sebebile bas vermisdir Filmin rejissoru cekilislerin cetin seraitde aparildigini bildirmisdir Film Bakida Xezer denizinin sahilinde ucalan XII esrin tarixi memarliq abidesi Qiz qalasi ile bagli Azerbaycan xalq efsaneleri motivleri esasinda cekilmisdir Filmde sujetle mohkem bagli olmayan elave mehebbet xetleri usyan epizodlari verilmisdir Cekilislerde 1500 adam istirak etmisdir Filmde aktyorlar Agasadiq Geraybeyli Mohsun Senani ve Rustem Kazimovun oynadiqlari ilk rollaridir Film 2011 ci ilde Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin sifarisi Rusiya Dovlet Kinofilmleri Fondu ve Azerbaycan Dovlet Film Fondunun desteyi ile Azerbaycan Kinorejissorlar Gildiyasinda berpa olunmusdur Filmin berpa heyeti Huseyn Mehdiyev layihe rehberi Ferec Qarayev bestekar Ramiz Rovsen dialoq metnleri Ayaz Salayev redaktor ekspert Elsad Rehimov montaj Teymur Kerimov ses operatoru Rauf Eliyev musiqi redaktoru Aysel Eliyeva redaktor Iqrar Esrefzade tesvir redaktoru Ismayil Qasimov assistent Asiyat Agayeva maliyye Sahire Taceddin icraci produserQebulRejissor Azerbaycan xalqinin tarixini onun medeniyyetini ve meisetini yaxsi bilmemesi sebebile movzunun real traktovkasina ve milli koloritine menfi tesir gostermesine gore tenqid olunmusdur Buna baxmayaraq film kassada ugurlu olmus ve tamasacilarin boyuk maragina sebeb olmusdur IstinadlarGaz Bak rabochij 7 oktyabr 1923 g Qiz qalasi efsanesi filminin 100 ili tamam olur Azertac 28 may 2024 28 May 2024 tarixinde Istifade tarixi 28 may 2024 MenbelerGaz Bakinskij rabochij 16 yanvarya 1924 g Pravda qezeti 2 aprel 1924 cu il Semseddin Abbasov Sovet Azerbaycaninin kinosu Kommunist 1958 29 avqust Azerbaycan SSR Elmler Akademiyasi Memarliq ve Incesenet Institutu Nazim Sadixov Azerbaycan bedii kinosu 1920 1935 ci iller Baki Elm 1970 Azerbajdzhanskoj SSR kinematografiya Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 12 Kino Enciklopedicheskij slovar Gl red S I Yutkevich Redkol Yu S Afanasev V E Baskakov I V Vajsfeld i dr Moskva Sovetskaya enciklopediya 1987 str 35 36 Aydin Kazimzade Azerbaycan kinosu Filmlerin izahli kataloqu 1898 2002 2 cildde 1 ci cild Baki Nagil evi 2003 Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 19 20 Azerbaycan Milli Ensiklopediyasi Azerbaycan Ramiz Memmedov Kino Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 812 Xarici kecidlerFilmi izle orijinal versiya az rus berpa edilmis versiya az Qiz qalasi bedii filminin montaj vereqeleri olu kecid rej V Ballyuzek 1923 cu il 35 mm sessiz ag qara 8 hisse 2000 ci il