Qlobal cəmiyyət —
Haqqında
"Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur.
Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır.
XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar:
- Cəmiyyətin geniş və ya geniş toplu kimi başa düşüldüyü təriflər. Bəziləri cəmiyyətin yer üzündə yaşayan bütün adamları əhatə etdiyini hesab edərək, bu anlayışın tutumu ilə "bəşəriyyət" anlayışının tutumunu eyniləşdirirlər. Digərləri onun tutumunu ərazi birliklərinə qədər daraldır, məsələn, Azərbaycan cəmiyyəti Azərbaycan Dövləti sərhədləri daxilində yaşayan bütün adamları və mövcud olan bütün ictimai həyat formalarını əhatə edir. Polşa sosioloqu F.Znanieski cəmiyyəti birgə mövcud olan və çarpazlaşan, dövlət, millət, din kimi vahid hakim qrupa tabe olan qruplar sırası kimi müəyyən edir və bu mənada milli, katolik və s. cəmiyyətlər haqqında danışmaq olar.
- Cəmiyyətin daxilində spesifik münasibətlər sistemi olan toplu kimi müəyyən edən təriflər. Onlara hər şeydən əvvəl cəmiyyəti ictimai-iqtisadi formasiya ilə eyniləşdirən marksist tərif aiddir (məsələn, kapitalizm cəmiyyəti və ya sosializm cəmiyyəti). Bəzi sosioloqlar cəmiyyəti yalnız adamlar arasında mövcud olan münasibətlər şəbəkəsi və ya sistemi kimi müəyyən edir. Şəxslərin özləri birləşərək cəmiyyət olmurlar, cəmiyyəti təşkil edən onları bir-biri ilə bağlayan və onların arasında baş verən şeylərdir.
- Cəmiyyəti insanların tələbatlarının mütəşəkkil surətdə ödənilməsini, münaqişələrin qaydaya salınmasını, mədəniyyət və tərəqqiyə kömək göstərilməsini təmin edən təsisatlar və müəssisələr toplusu kimi müəyyənləşdirən təriflər. Bir sözlə, bu tərifləri "təşkilati" təriflər adlandırmaq olar, çünki onlar cəmiyyətin mahiyyətini ictimai təşkil edilmənin (təşkilatın) mövcud olması faktında görürlər.
- Bəzi təriflərdə cəmiyyət insanın müəyyən yaşayış tipinə, yəni onun başqa adamlarla, onun fərdi varlığına zidd olan və ya onu tamamlayan adamlarla birgə mövcudluğuna deyilir. Bu nəzəriyyəyə görə hər bir adam sanki iki ölçüdə yaşayır: "mən" kimi (fərdi "mən") və "biz" kimi (cəmiyyət).
- Qruplardan və dövlət təşkilatına tabeçilikdə olmayan digər toplulardan ibarət komplekslərin cəmiyyət adlandırıldığı təriflər. Bu mənada dövlət cəmiyyətə qarşı qoyulur: dövlət təsisatları və ictimai təsisatlar, ictimai təşkilatlar, ictimai təşəbbüs mövcuddur, deməli, cəmiyyət dövlət təsisatları ilə yanaşı və ya onlardan kənar yaranan bütün birgə yaşayış formalarıdır.
Bu nəzəriyyələr və görüşlər çoxluğu müəyyən dərəcədə "cəmiyyət" termininin sosiologiyadan kənar edilməsinə səbəb olmuşdur. Lakin müəyyən qədər vaxt keçdikdən sonra həmin anlayış təkrarən "qlobal cəmiyyət" istilahı şəklində yenidən meydana çıxmışdır.
Biz burada həmin istilahdan ona görə istifadə edirik ki, bizim fikrimizcə, ictimai insanın həyat formalarını bir-biri ilə bağlı olmayan, bir-birinə zidd olan topluların, qrupların və sahələrin birləşməmiş çoxluğu kimi nəzərdən keçirmək mümkün deyil.
Bizim qəbul etdiyimiz mədəniyyət nəzəriyyəsinə və burada şərh edilmiş şəxsiyyət nəzəriyyəsinə əsaslanaraq demək olar ki, əgər vəziyyət belə olardısa nə mədəniyyət mövcud ola bilərdi, nə də normal fəaliyyət göstərən şəxslər.
Bundan başqa hətta gündəlik həyat təcrübəsi göstərir ki, bütün bu, bizə məlum olan, bizim iştirak etdiyimiz ictimai həyat formaları müəyyən bir "birləşdirici çərçivə" ilə əhatə olunmuş və aralarındakı fərqlərə, xüsusiyyətlərə, antaqonizmlərə baxmayaraq bir sıra ümumi əlaqələrlə bağlanmışlar, müəyyən ümumi normaya malikdirlər.
Qrupların əksəriyyəti üçün dil, din, ənənələr, ideologiya, dünyagörüşü, elm, hüquq və əxlaq normaları kimi mədəni dəyərlər sistemi ümumidir. Bir sıra müxtəlif məqsədli qruplar, ictimai siniflər və digər toplular üçün ümumi olan bu dəyərlər sistemləri hansısa bir daha geniş formaya malik olmalıdır ki, onun daxilində əmələ gəlsinlər və bu forma onların gözlənilməsinin "qeydinə qalsın" və dayağı olsun.
Mədəni dəyərləri, qeyri-formal təsisatları, davranış etalonlarını və fəaliyyət normalarını yaradan, ayrı-ayrı qrupların mədəni inteqrasiyasını (birləşməsini) təmin edən, müxtəlif, bəzən isə zidd dəyərlər sisteminə malik olan bir çox qruplarda iştirak edən şəxslərim birləşməsinə təminat verən bu cür həqiqətən geniş formanı biz qlobal cəmiyyət adlandırırıq.
Qlobal cəmiyyət mədəniyyətin bəzi əsas elementləri və kompleksləri əsasında yaradılmış ictimai həyat formalarının bir növ sintezidir.
O, özünün mədəni üstqurumunu yaradan istehsal münasibətləri sistemi əsasında əmələ gələ bilər; o, müəyyən sivilizasiya tipi (məsələn, çox geniş və kifayət qədər sərbəst qlobal cəmiyyət tipi yaratmış texniki sivilizasiya) əsasında əmələ gələ bilər; o, din və onun təsisatları əsasında yarana bilər və s. (məsələn, İrandakı müasir islam cəmiyyəti).
Qlobal cəmiyyətin strukturu, adətən, kifayət qədər sərbəst olur, çünki burada vahid milli mədəniyyət, vahid dil və ümumi adət-ənənələr, həmçinin etik normalar hüdudlarında antaqonist siniflər birgə mövcud ola bilər.
Qlobal cəmiyyət qrupları, dairələri, fərdləri, ailələri bir-biri ilə bağlayan, onların arasındakı münasibətləri nizamlayan, ən ümumi sosial əlaqə yaradan, onların zidd və ya eqoistik səylərini birləşdirən qüvvələr kompleksidir. Sosiologiyanın vəzifəsi — həmin cəmiyyətin strukturunu, təşkilini, onda baş verən birləşdirici prosesləri öyrənməkdən, onun hüdudlarında mövcud olan bir çox qruplar arasındakı qarşılıqlı asılılıqları üzə çıxarmaqdan ibarətdir.
Mənbə
- Толковый словарь обществоведческих терминов, автор — Яценко Н.Е., СПб., 1999
- И.Дайнес. «История России и мирового сообщества. Хроника событий», М., Олма, 2004
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qlobal cemiyyet Haqqinda Cemiyyet istilahi gundelik elmi dilde muxtelif menalarda istifade edilir Sosiologiya cemiyyet haqqinda elm kimi meydana gelmisdir yeni ictimai fikrin uzun muddet davam eden inkisafi gedisinde ictimai heyatin dovlet din ve onlarin dogurdugu tesisat ve meqsedli qruplar kimi teskil olunmus formalari ile yanasi hem de spontan proseslerin de bas verdiyi askar edildikde yaranmisdir Onlar hem birge yasayis formalarini yaradir hem de onlari deyisdirir ve insanin iradesinden asili olmayaraq ozlerinin tebii qanunlari ile idare olunur Bu spontan yaranan ve meydana cixan proses ve formalar mueyyen butovluk adamlarin ictimai heyatinin hem meqsedeuygun sekilde teskil edilmis hem de spontan suretde bas veren butun hadiselerine tesir gosteren tamliq yaradir XVIII esrde cemiyyet anlayisi meydana cixan zaman o muxtelif serhlere yol veren genis mena dasiyirdi Bunun neticesinde edebiyyatda cemiyyet istilahinin hem de muxtelif istifade edilme usullari emele gelir Bu istilaha asagidaki muxtelif menalari gostermek olar Cemiyyetin genis ve ya genis toplu kimi basa dusulduyu terifler Bezileri cemiyyetin yer uzunde yasayan butun adamlari ehate etdiyini hesab ederek bu anlayisin tutumu ile beseriyyet anlayisinin tutumunu eynilesdirirler Digerleri onun tutumunu erazi birliklerine qeder daraldir meselen Azerbaycan cemiyyeti Azerbaycan Dovleti serhedleri daxilinde yasayan butun adamlari ve movcud olan butun ictimai heyat formalarini ehate edir Polsa sosioloqu F Znanieski cemiyyeti birge movcud olan ve carpazlasan dovlet millet din kimi vahid hakim qrupa tabe olan qruplar sirasi kimi mueyyen edir ve bu menada milli katolik ve s cemiyyetler haqqinda danismaq olar Cemiyyetin daxilinde spesifik munasibetler sistemi olan toplu kimi mueyyen eden terifler Onlara her seyden evvel cemiyyeti ictimai iqtisadi formasiya ile eynilesdiren marksist terif aiddir meselen kapitalizm cemiyyeti ve ya sosializm cemiyyeti Bezi sosioloqlar cemiyyeti yalniz adamlar arasinda movcud olan munasibetler sebekesi ve ya sistemi kimi mueyyen edir Sexslerin ozleri birleserek cemiyyet olmurlar cemiyyeti teskil eden onlari bir biri ile baglayan ve onlarin arasinda bas veren seylerdir Cemiyyeti insanlarin telebatlarinin mutesekkil suretde odenilmesini munaqiselerin qaydaya salinmasini medeniyyet ve tereqqiye komek gosterilmesini temin eden tesisatlar ve muessiseler toplusu kimi mueyyenlesdiren terifler Bir sozle bu terifleri teskilati terifler adlandirmaq olar cunki onlar cemiyyetin mahiyyetini ictimai teskil edilmenin teskilatin movcud olmasi faktinda gorurler Bezi teriflerde cemiyyet insanin mueyyen yasayis tipine yeni onun basqa adamlarla onun ferdi varligina zidd olan ve ya onu tamamlayan adamlarla birge movcudluguna deyilir Bu nezeriyyeye gore her bir adam sanki iki olcude yasayir men kimi ferdi men ve biz kimi cemiyyet Qruplardan ve dovlet teskilatina tabecilikde olmayan diger toplulardan ibaret komplekslerin cemiyyet adlandirildigi terifler Bu menada dovlet cemiyyete qarsi qoyulur dovlet tesisatlari ve ictimai tesisatlar ictimai teskilatlar ictimai tesebbus movcuddur demeli cemiyyet dovlet tesisatlari ile yanasi ve ya onlardan kenar yaranan butun birge yasayis formalaridir Bu nezeriyyeler ve gorusler coxlugu mueyyen derecede cemiyyet termininin sosiologiyadan kenar edilmesine sebeb olmusdur Lakin mueyyen qeder vaxt kecdikden sonra hemin anlayis tekraren qlobal cemiyyet istilahi seklinde yeniden meydana cixmisdir Biz burada hemin istilahdan ona gore istifade edirik ki bizim fikrimizce ictimai insanin heyat formalarini bir biri ile bagli olmayan bir birine zidd olan toplularin qruplarin ve sahelerin birlesmemis coxlugu kimi nezerden kecirmek mumkun deyil Bizim qebul etdiyimiz medeniyyet nezeriyyesine ve burada serh edilmis sexsiyyet nezeriyyesine esaslanaraq demek olar ki eger veziyyet bele olardisa ne medeniyyet movcud ola bilerdi ne de normal fealiyyet gosteren sexsler Bundan basqa hetta gundelik heyat tecrubesi gosterir ki butun bu bize melum olan bizim istirak etdiyimiz ictimai heyat formalari mueyyen bir birlesdirici cercive ile ehate olunmus ve aralarindaki ferqlere xususiyyetlere antaqonizmlere baxmayaraq bir sira umumi elaqelerle baglanmislar mueyyen umumi normaya malikdirler Qruplarin ekseriyyeti ucun dil din eneneler ideologiya dunyagorusu elm huquq ve exlaq normalari kimi medeni deyerler sistemi umumidir Bir sira muxtelif meqsedli qruplar ictimai sinifler ve diger toplular ucun umumi olan bu deyerler sistemleri hansisa bir daha genis formaya malik olmalidir ki onun daxilinde emele gelsinler ve bu forma onlarin gozlenilmesinin qeydine qalsin ve dayagi olsun Medeni deyerleri qeyri formal tesisatlari davranis etalonlarini ve fealiyyet normalarini yaradan ayri ayri qruplarin medeni inteqrasiyasini birlesmesini temin eden muxtelif bezen ise zidd deyerler sistemine malik olan bir cox qruplarda istirak eden sexslerim birlesmesine teminat veren bu cur heqiqeten genis formani biz qlobal cemiyyet adlandiririq Qlobal cemiyyet medeniyyetin bezi esas elementleri ve kompleksleri esasinda yaradilmis ictimai heyat formalarinin bir nov sintezidir O ozunun medeni ustqurumunu yaradan istehsal munasibetleri sistemi esasinda emele gele biler o mueyyen sivilizasiya tipi meselen cox genis ve kifayet qeder serbest qlobal cemiyyet tipi yaratmis texniki sivilizasiya esasinda emele gele biler o din ve onun tesisatlari esasinda yarana biler ve s meselen Irandaki muasir islam cemiyyeti Qlobal cemiyyetin strukturu adeten kifayet qeder serbest olur cunki burada vahid milli medeniyyet vahid dil ve umumi adet eneneler hemcinin etik normalar hududlarinda antaqonist sinifler birge movcud ola biler Qlobal cemiyyet qruplari daireleri ferdleri aileleri bir biri ile baglayan onlarin arasindaki munasibetleri nizamlayan en umumi sosial elaqe yaradan onlarin zidd ve ya eqoistik seylerini birlesdiren quvveler kompleksidir Sosiologiyanin vezifesi hemin cemiyyetin strukturunu teskilini onda bas veren birlesdirici prosesleri oyrenmekden onun hududlarinda movcud olan bir cox qruplar arasindaki qarsiliqli asililiqlari uze cixarmaqdan ibaretdir MenbeTolkovyj slovar obshestvovedcheskih terminov avtor Yacenko N E SPb 1999 I Dajnes Istoriya Rossii i mirovogo soobshestva Hronika sobytij M Olma 2004