Qazi Həsən Paşa (1713 – 19 mart 1790, Şumen[d], Silistrə əyaləti) — III Səlim səltənətində ümumilikdə 3 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Qazi Həsən Paşa | |
---|---|
3 dekabr 1789 – 30 mart 1790 (ləqəbi: Palabıyık, Əl-Cəzairli) | |
Əvvəlki | Kəndxuda Həsən Paşa |
Sonrakı | Çələbizadə Həsən Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1713 |
Vəfat tarixi | 19 mart 1790 |
Vəfat yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Rütbəsi | Admiral |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əslən Qafqazlıdır. Kiçik yaşlarında İran sərhəddində əsir alınaraq Təkirdağlı Hacı Osman ağa adlı bir tacirə satıldı və onun uşaqları ilə birlikdə böyüdü. Bir müddət sonra azad edildi və ticarət məqsədilə Təkirdağdan yola çıxdı. Həm Avstriya, həm də Rusiya cəbhəsində müharibələrin davam etdiyi 1738-ci ildə yeniçəri ocağına yazıldı və bəzi müharibələrə qatılaraq Belqradın mühasirəsi əsnasında şücaət göstərdi. Daha sonra Təkirdağa geri dönərək keçmiş ağasının qızıyla evləndi.
Daha sonra Əl-Cəzairə səyahət edən Həsən ağa yolda ikən bir gəmiyə hücum edərək ələ keçirdi və bu gəmiylə birlikdə Əl-Cəzairə çatdı. Cəsarəti səbəbilə Əl-Cəzayir hakimləri tərəfindən təqdir edildi və bir çox hədiyyələrlə yanaşı Tilimsan sancaqbəyi təyin olundu. Ancaq tərəfdarları ilə yanaşı müxalifləri də artdı və burada çox qalmayaraq İstanbula getdi. Əl-Cəzair bəylərbəyinin, Tilimsan xəzinəsini də alaraq qaçdığını İstanbula bildirməsi səbəbilə bir müddət burada həbs edilən Həsən Paşa daha sonra azadlığa buraxıldı.
1761-ci ilin aprelində kaptan rütbəsilə Osmanlı donanmasına daxil olan Həsən Paşa 1762-ci ildə riyalə (üçüncü), 1766-cı ildə patrona (ikinci) və bir il sonra kapudanə (birinci) rütbəsinə qədər yüksəldi. Ertəsi il başlayan 1768-1774 Osmanlı-Rusiya müharibəsi səbəbilə Egey dənizinə qədər irəliləyən rus donanması ilə mübarizə aparmış, ancaq qəti qələbə qazana bilməmişdir. Üstəlik 6 iyul 1770-cı ildə hiyləylə Çeşmə limanındakı Osmanlı donanması ruslar tərəfindən yandırıldı. Bunun ardından Çanaqqala boğazına qədər gələrək paytaxta məlumat verən Həsən Paşa bəylərbəyi rütbəsilə mükafatlandırıldı.
Çeşmə faciəsindən sonra rusların 10 iyul 1770-ci ildə Limni adasını işğal etmə cəhdlərinin ardından Həsən Paşa 3 minlik orduyla qalaya köməyə getməyi qərarlaşdırsa da, lazım olan hərbi qüvvə toplana bilmədi. Buna baxmayaraq azsaylı hərbi qüvvəylə gizlicə adaya gedən Həsən Paşa qalanı xilas etməklə yanaşı, rus ordusuna ağır itkilər verdi. Bu təşəbbüsü səbəbilə 1770-ci ilin noyabrında qazi ünvanıyla vəzirliyə gətirildi və kaptan-ı dərya təyin olundu. Ancaq çox keçmədən kaptan-ı dəryalıqdan uzaqlaşdırıldı və 1773-cü ilin dekabrında Ruscuq sərdarlığına təyin edildi.
Kiçik Qaynarca sülhünün imzalanmasının ardından ikinci dəfə kaptan-ı dəryalığa gətirilən Həsən Paşa, 15 il davam edən bu vəzifədəki ikinci xidmət müddətində Sultan Əbdülhəmid üzərindəki təsiri səbəbilə dövlət idarəsində nüfuz sahibi oldu. Bu vəzifədə ikən 1776-cı ildə Suriyadakı üsyanı, 1779-cu ildə Moreyadakı alban üsyanını yatıraraq dövlət nizamını bölgədə bərpa etdi. Ardından fransızların təhriki ilə Misirdə ayaqlanan yerli bəylərlə mübarizəyə başladı. Ancaq Rusiya və Avstriya ilə yeni müharibənin başlaması səbəbilə dərhal İstanbula çağırıldı.
1787-ci ildə başlayan müharibələrdə rus cəbhəsinə təyin olunan Həsən Paşa mühasirə altındakı Özi qalasına yardım məqsədilə göndərilsə də, müvəffəq ola bilmədi. 1788-ci ilin avqustunda baş tutan İlan adası müharibəsində rus donanmasını məğlub etsə də, Özi qalasının işğalına mane ola bilmədi. Bu hadisə Həsən Paşanın nüfuzunu sarsıtdı və paytaxtdakı müxaliflərinin fəaliyyətinə zəmin yaratdı. Ancaq vaxtilə xidmətçisi olan və onun sayəsində sədarətə yüksələn sədrəzəm Qoca Yusif Paşanın yardımıyla vəzifədə qala bildi. Özi qalasının itirilməsinin ardından Sultan Əbdülhəmid keçirdiyi sarsıntıdan vəfat etdi və yerinə gələn Sultan Səlim Həsən Paşanı Anadolu bəylərbəyi və İsmayıl qalası sərdarlığı ilə 20 aprel 1789-cu ildə kaptan-ı dəryalıqdan uzaqlaşdırdı. Bir çox mənbəyə görə, 1785-ci ildə sədrəzəm Xəlil Həmid Paşanın Şahzadə Səlimi taxta çıxarmaq üçün tərtiblədiyi saray çevrilişini Sultan Əbdülhəmidə məhz Həsən Paşa xəbər vermiş, bu səbəblə Sultan Səlim taxta çıxar-çıxmaz onu vəzifədən uzaqlaşdırmışdır. Ancaq qısa zaman sonra onun sədarətə gətirilməsi bu fikri təkzib edir.
İsmayıl qalası sərdarı olaraq rusları qala önündə məğlub edən Həsən Paşa 1 avqust və 22 sentyabr 1789-cu ildə baş tutan basqınların ardından vəzifədən alınan Kəndxuda Həsən Paşanın yerinə 3 dekabr 1789-cu ildə sədarətə gətirildi. İlk öncə ordu mərkəzi olan Şumnuya gələn Qazi Həsən Paşa Akkirman qalasını ruslara təslim edən Tayfur Paşanı edam etdirdi və müharibədə xətaları olanları cəzalandırdı. Çox qısa davam edən sədarəti dönəmində quruda və dənizdə bir çox qələbələr qazanan Qazi Həsən Paşa 30 mart 1790-cı ildə Şumnuda vəfat etdi və eyni yerdə inşa etdirdiyi Bektaşı təkkəsinə dəfn edildi.
Mənbə
- Çâkerî, Gazavât-ı Gazi Hasan Paşa, Süleymaniye Ktp., Esad Efendi, nr. 2419/1.
- Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1285, s. 104.
- Fevzi Kurtoğlu, 1768-1774 Türk-Rus Harbinde Akdeniz Harekâtı ve Cezayirli Gazi Hasan Paşa, İstanbul 1942.
- Kemal Beydilli, 1790 Osmanlı-Prusya İttifâkı: Meydana Gelişi-Tahlili-Tatbiki, İstanbul 1984, s. 29, 53, 55, 59, 60, 150.
- İ. Hakkı Uzunçarşılı, “Cezayirli Gazi Hasan Paşa’ya Dair”, TM, VII-VIII/1 (1942), s. 17-40.
- a.mlf., “Hasan Paşa”, İA, V/1, s. 319-323.
- Manfred Korfmann, “Troy: Topography and Navigation”, Troy and The Trojan War (ed. Machteld J. Mellink), Bryn Mawr 1986, s. 3-4.
- J. H. Mordtmann – [E. Kuran], “D̲j̲ezāʾirli G̲h̲azī Ḥasan Pas̲h̲a”, EI2 (İng.), II, 533-534.
İstinadlar
- Sicill-i Osmânî, II, 159-160.
- Danişmend, Kronoloji, IV, 48-51, 67-70, 486-488, 582-583, 600.
- Cevdet, Târih, IV, 47-51, 253-254, 274-279.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qazi Hesen Pasa 1713 19 mart 1790 Sumen d Silistre eyaleti III Selim seltenetinde umumilikde 3 ay 27 gun sedrezem olmus Osmanli dovlet adami Qazi Hesen PasaOsmanli sedrezemi3 dekabr 1789 30 mart 1790 leqebi Palabiyik El Cezairli EvvelkiKendxuda Hesen PasaSonrakiCelebizade Hesen PasaSexsi melumatlarDogum tarixi 1713Vefat tarixi 19 mart 1790 1790 03 19 Vefat yeri Sumen d Silistre eyaleti Osmanli imperiyasiFealiyyeti herbi qulluqcuRutbesi Admiral Vikianbarda elaqeli mediafayllarHeyatiEslen Qafqazlidir Kicik yaslarinda Iran serheddinde esir alinaraq Tekirdagli Haci Osman aga adli bir tacire satildi ve onun usaqlari ile birlikde boyudu Bir muddet sonra azad edildi ve ticaret meqsedile Tekirdagdan yola cixdi Hem Avstriya hem de Rusiya cebhesinde muharibelerin davam etdiyi 1738 ci ilde yeniceri ocagina yazildi ve bezi muharibelere qatilaraq Belqradin muhasiresi esnasinda sucaet gosterdi Daha sonra Tekirdaga geri donerek kecmis agasinin qiziyla evlendi Daha sonra El Cezaire seyahet eden Hesen aga yolda iken bir gemiye hucum ederek ele kecirdi ve bu gemiyle birlikde El Cezaire catdi Cesareti sebebile El Cezayir hakimleri terefinden teqdir edildi ve bir cox hediyyelerle yanasi Tilimsan sancaqbeyi teyin olundu Ancaq terefdarlari ile yanasi muxalifleri de artdi ve burada cox qalmayaraq Istanbula getdi El Cezair beylerbeyinin Tilimsan xezinesini de alaraq qacdigini Istanbula bildirmesi sebebile bir muddet burada hebs edilen Hesen Pasa daha sonra azadliga buraxildi 1761 ci ilin aprelinde kaptan rutbesile Osmanli donanmasina daxil olan Hesen Pasa 1762 ci ilde riyale ucuncu 1766 ci ilde patrona ikinci ve bir il sonra kapudane birinci rutbesine qeder yukseldi Ertesi il baslayan 1768 1774 Osmanli Rusiya muharibesi sebebile Egey denizine qeder irelileyen rus donanmasi ile mubarize aparmis ancaq qeti qelebe qazana bilmemisdir Ustelik 6 iyul 1770 ci ilde hiyleyle Cesme limanindaki Osmanli donanmasi ruslar terefinden yandirildi Bunun ardindan Canaqqala bogazina qeder gelerek paytaxta melumat veren Hesen Pasa beylerbeyi rutbesile mukafatlandirildi Cesme faciesinden sonra ruslarin 10 iyul 1770 ci ilde Limni adasini isgal etme cehdlerinin ardindan Hesen Pasa 3 minlik orduyla qalaya komeye getmeyi qerarlasdirsa da lazim olan herbi quvve toplana bilmedi Buna baxmayaraq azsayli herbi quvveyle gizlice adaya geden Hesen Pasa qalani xilas etmekle yanasi rus ordusuna agir itkiler verdi Bu tesebbusu sebebile 1770 ci ilin noyabrinda qazi unvaniyla vezirliye getirildi ve kaptan i derya teyin olundu Ancaq cox kecmeden kaptan i deryaliqdan uzaqlasdirildi ve 1773 cu ilin dekabrinda Ruscuq serdarligina teyin edildi Kicik Qaynarca sulhunun imzalanmasinin ardindan ikinci defe kaptan i deryaliga getirilen Hesen Pasa 15 il davam eden bu vezifedeki ikinci xidmet muddetinde Sultan Ebdulhemid uzerindeki tesiri sebebile dovlet idaresinde nufuz sahibi oldu Bu vezifede iken 1776 ci ilde Suriyadaki usyani 1779 cu ilde Moreyadaki alban usyanini yatiraraq dovlet nizamini bolgede berpa etdi Ardindan fransizlarin tehriki ile Misirde ayaqlanan yerli beylerle mubarizeye basladi Ancaq Rusiya ve Avstriya ile yeni muharibenin baslamasi sebebile derhal Istanbula cagirildi 1787 ci ilde baslayan muharibelerde rus cebhesine teyin olunan Hesen Pasa muhasire altindaki Ozi qalasina yardim meqsedile gonderilse de muveffeq ola bilmedi 1788 ci ilin avqustunda bas tutan Ilan adasi muharibesinde rus donanmasini meglub etse de Ozi qalasinin isgalina mane ola bilmedi Bu hadise Hesen Pasanin nufuzunu sarsitdi ve paytaxtdaki muxaliflerinin fealiyyetine zemin yaratdi Ancaq vaxtile xidmetcisi olan ve onun sayesinde sedarete yukselen sedrezem Qoca Yusif Pasanin yardimiyla vezifede qala bildi Ozi qalasinin itirilmesinin ardindan Sultan Ebdulhemid kecirdiyi sarsintidan vefat etdi ve yerine gelen Sultan Selim Hesen Pasani Anadolu beylerbeyi ve Ismayil qalasi serdarligi ile 20 aprel 1789 cu ilde kaptan i deryaliqdan uzaqlasdirdi Bir cox menbeye gore 1785 ci ilde sedrezem Xelil Hemid Pasanin Sahzade Selimi taxta cixarmaq ucun tertiblediyi saray cevrilisini Sultan Ebdulhemide mehz Hesen Pasa xeber vermis bu sebeble Sultan Selim taxta cixar cixmaz onu vezifeden uzaqlasdirmisdir Ancaq qisa zaman sonra onun sedarete getirilmesi bu fikri tekzib edir Ismayil qalasi serdari olaraq ruslari qala onunde meglub eden Hesen Pasa 1 avqust ve 22 sentyabr 1789 cu ilde bas tutan basqinlarin ardindan vezifeden alinan Kendxuda Hesen Pasanin yerine 3 dekabr 1789 cu ilde sedarete getirildi Ilk once ordu merkezi olan Sumnuya gelen Qazi Hesen Pasa Akkirman qalasini ruslara teslim eden Tayfur Pasani edam etdirdi ve muharibede xetalari olanlari cezalandirdi Cox qisa davam eden sedareti doneminde quruda ve denizde bir cox qelebeler qazanan Qazi Hesen Pasa 30 mart 1790 ci ilde Sumnuda vefat etdi ve eyni yerde insa etdirdiyi Bektasi tekkesine defn edildi MenbeCakeri Gazavat i Gazi Hasan Pasa Suleymaniye Ktp Esad Efendi nr 2419 1 Ramizpasazade Mehmed Izzet Harita i Kapudanan i Derya Istanbul 1285 s 104 Fevzi Kurtoglu 1768 1774 Turk Rus Harbinde Akdeniz Harekati ve Cezayirli Gazi Hasan Pasa Istanbul 1942 Kemal Beydilli 1790 Osmanli Prusya Ittifaki Meydana Gelisi Tahlili Tatbiki Istanbul 1984 s 29 53 55 59 60 150 I Hakki Uzuncarsili Cezayirli Gazi Hasan Pasa ya Dair TM VII VIII 1 1942 s 17 40 a mlf Hasan Pasa IA V 1 s 319 323 Manfred Korfmann Troy Topography and Navigation Troy and The Trojan War ed Machteld J Mellink Bryn Mawr 1986 s 3 4 J H Mordtmann E Kuran D j ezaʾirli G h azi Ḥasan Pas h a EI2 Ing II 533 534 IstinadlarSicill i Osmani II 159 160 Danismend Kronoloji IV 48 51 67 70 486 488 582 583 600 Cevdet Tarih IV 47 51 253 254 274 279