Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə.
Ümumi məlumat
Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi.
Mahalın tarixindən
1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir". (səh. 471).
Tarixçi A. Çələbizadənin yazdığına görə, 1727-ci ilin avqustunda osmanlıların işğalı altında olan Təbrizin sərəsgəri Qarabağın Dizaq və Vərəndə nahiyələrinə Qaraçorlu tayfalarına və Muğan düzündəki şahsevənlərə qarşı 15 min nəfərlik süvari qoşun göndərmişdi. İş o yerə çatmışdı ki, Osmanlı komandanlığı qaraçorlu tayfası ilə ayrıca saziş bağlamağa məcbur olmuşdu və bu sazişə görə qaraçorlular o şərtlə osmanlılara tabe olmağa razı olmuşdular ki, toplanan verginin yarısı Gəncə xəzinəsinə daxil olacaq, qalan yarısı isə qaraçorluların sərəncamında qalacaqdı.
Qaraçorlu eli Nadir şah Əfşarın hakimiyyətinə qədər yarımmüstəqil həyat tərzi sürmüş, Nadir şah Qarabağı osmanlılardan geri almaq üçün gələndə yerli tayfaları öz qoşununa dəvət edərkən, qaraçorlular həvəslə onun təklifini qəbul etmişlər.
Nadir şahın qoşununda vəzifə alan Qaraçorlu elinin başçısı Rüstəm bəy Osmanlı Sədrəzəmi Abdulla paşanı döyüşdə öldürmüşdür. "Qarabağnamə" müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: "Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi".
Nadir şahın ordusunda Məhəmməd xan, Məhəmmədrza xan və Nəcəf Sultan adlı Qaraçorlu əmirləri vardı. Nəcəf Sultan Dərbəndin hakimi olmuşdu. Qaraçorlular Nadir Şahın sui-qəsd nəticəsində öldürülməsindən sonra Qarabağ xanlığını ayrıca dövlət kimi elan edən Pənahəli xana əvvəlcə tabe olmaqdan imtina edib əvvəlki kimi itaətsizlik vəziyyətində yaşamağa cəhd etsələr də, Pənahəli xan onların üzərinə qoşun göndərib itaətə məcbur etmiş, lakin qaraçorluların Qarabağdan köçü başlamış, onların bir qismi Qaradağ mahalına, bir qismi isə Dərələyəz mahalına köçmüşdür. Pənahəli xan Qarabağda qalıb şaşayan Qaraçorlu elinə Həmzə Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdur.
Qaradağa köçən Qaraçorlu eli kiçikli, gorussəng, bəstamlı, qorçulu, şənbələr, kiçilanlı, bayramqanlı, şıxəlili, əmələ və kolanlı oymaqlarına bölünürdü. Qaradağda yaşayan qaraçorluların başçısı Məhəmmədrza bəy idi. Onun ölümündən sonra yerinə oğlu Şir xan keçdi. Şir xanı da oğlu Bədr xan əvəz etdi. Bədr xan Rusiya-İran müharibəsi zamanı Gəncə yaxınlığında aldığı yaradan öldü. Qəbri Əhər şəhərində Şeyx Şihabəddinin məqbərəsinin yanındadır. Bədr xandan sonra Qaradağ qaraçorlularına onun oğlu Bəşir xan başçılıq edir, lakin o da çox yaşamır. 1834-cü ildə Herat döyüşlərində əfqanlar tərəfindən öldürülərək başı nizəyə taxıldı. Bu döyüşdə Bədr xanın başqa bir oğlu Şeyxəli xan da öldürülmüşdür. Qaradağ qaraçorlularının başçılarından biri də Hacı Rza xan Şir xan oğlu idi. Onun oğlu Cəfərqulu xan Herat döyüşlərində böyük şücaət göstərdiyinə görə Məhəmməd şah Qacar tərəfindən mükafatlandırılmışdır. Cəfərqulu xan Qacar ordusunda yüksək bir ünvan-əmir tümən rütbəsi almışdı. Bu məşhur qaraçorlu sonralar qacarların siyasi həyatında mühüm rol oynamışdır.
Azərbaycan Dövlət Tarix Arxivində saxlanan (F.24, siyahı 1, saxlama vahidi 142) 1823-cü ilə aid "Qarabağ əyalətinin kameral təsviri" adlı sənəddə Qarabağda həmin dövrdə mövcud olan Qaraçorlu mahalı haqqında da məlumat vardır. Bu sənədə görə 7 kənddən ibarət olan Qaraçor mahalında qaraçorluların şeylanlı, gəloxçu, təhməzli, şadmanlı, yurdaxlı tayfalarının yaşadığı qeyd olunur (cəmi 538 ailə).
Qaraçorlu mahalında bir neçə tayfa icması və kənd camaatı cəmlənmişdi. Ən böyük icmalardan biri Hacısamlı camaatı idi.
Qaraçorlu mahalının naibləri
Pənahəli xan Qarabağda qalıb şaşayan Qaraçorlu elinə Həmzə Sultan Hacısamlını başçı təyin etmişdir. Həmzə Sultan həm elin minbaşısı, həm də mahalın naibi olmuşdur.
İstinadlar
- Qarabağnamələr. 2-ci kitab. Bakı: Şərq-Qərb, 2006, səh. 123–124.
- Ə. Çingizoğlu, F. Baxşəliyev. Qarabağın el və obaları. Bakı: 2007, səh. 170.
Mənbə
- Dərələyəz mahalının kameral təsviri (1831-ci və 1842-ci illər) "Elm və təhsil". Bakı: 2017
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qaracorlu mahali Qarabagda tarixi cografi bolge Umumi melumatQaracorlu mahali cenubdan Kolani mahali ile qerbden Tatev mahali ile serhed idi Mahalin tarixinden1727 ci ile aid olan ve tarix elmleri namizedi H Memmedov Qararamanli terefinden 2000 ci ilde capa hazirlanaraq nesr edilen Gence Qarabag eyaletinin mufessel defteri nde bu sened de osmanli arxivlerinde saxlanilir qaracorlular haqqinda qiymetli melumat vardir Qaracorlu camaati Bu camaatin texminen 400 evi xane olmusdur Ecem Sefevi dovrunde itaetsizliyinden dolayi xezineye vergi odemirdi Vergiler oz kendxudalari terefinden menimsenilmisdir Reayanin malini qaret etmelerinden dolayi yasadiqlari Kestasf ve Zaris adli iki nahiyeni xaraba qoymus ve bosluga cevirmis bir qisim ermenini hem xosluqla hem de mecburi sekilde ozlerinin reayasi etmisdir Zaris Kestasf Megavuz ve Hekeri tereflerde ekincilikle mesgul olur lakin usr ve behreni vermirler Uzerlerine esger gonderilse de sigincaq yaxinliginda yasadiqlarina gore sigincaqlara cekilib gizlenir ve indiye qeder onlar uzerinde qelebe calmaq esgerlere muyesser olmamisdir Bu veziyyet indi de beledir seh 471 Tarixci A Celebizadenin yazdigina gore 1727 ci ilin avqustunda osmanlilarin isgali altinda olan Tebrizin seresgeri Qarabagin Dizaq ve Verende nahiyelerine Qaracorlu tayfalarina ve Mugan duzundeki sahsevenlere qarsi 15 min neferlik suvari qosun gondermisdi Is o yere catmisdi ki Osmanli komandanligi qaracorlu tayfasi ile ayrica sazis baglamaga mecbur olmusdu ve bu sazise gore qaracorlular o sertle osmanlilara tabe olmaga razi olmusdular ki toplanan verginin yarisi Gence xezinesine daxil olacaq qalan yarisi ise qaracorlularin serencaminda qalacaqdi Qaracorlu eli Nadir sah Efsarin hakimiyyetine qeder yarimmusteqil heyat terzi surmus Nadir sah Qarabagi osmanlilardan geri almaq ucun gelende yerli tayfalari oz qosununa devet ederken qaracorlular hevesle onun teklifini qebul etmisler Nadir sahin qosununda vezife alan Qaracorlu elinin bascisi Rustem bey Osmanli Sedrezemi Abdulla pasani doyusde oldurmusdur Qarabagname muellifi olan tarixci Mir Mehdi Xezani bu barede bele yazir Sul vaxtda ki Nadir sah Gence ve Tiflis ve Irevan ve Naxcivan ve Sirvanat vilayetlerini osmanli sultaninin qosunlarinin tesellutlerinden cixardib Abdulla pasa Koprulu oglu veziri ezemi Rum yuz min qosun ve cox top ve tedarukat ile sultani Rum terefinden memur olub gelmisdi ki Nadir sah ile ceng ede Nadir sah Gence muhasiresine mesgul iken Abdulla pasanin sul ezim esagirleri ile Irevana gelmeyini esidib Gence uste qosun qoyub ozu elli min qosun ile Abdulla pasaya muqabil gedib Naxcivan ve Irevanin Arpa cayinda davalari vaqe olub Rum qosununu basib ve Abdulla pasa veziri ezemi Rustem bey Qaracorlu oldurub basini Nadir sah huzuruna getirmisdi Nadir sahin ordusunda Mehemmed xan Mehemmedrza xan ve Necef Sultan adli Qaracorlu emirleri vardi Necef Sultan Derbendin hakimi olmusdu Qaracorlular Nadir Sahin sui qesd neticesinde oldurulmesinden sonra Qarabag xanligini ayrica dovlet kimi elan eden Penaheli xana evvelce tabe olmaqdan imtina edib evvelki kimi itaetsizlik veziyyetinde yasamaga cehd etseler de Penaheli xan onlarin uzerine qosun gonderib itaete mecbur etmis lakin qaracorlularin Qarabagdan kocu baslamis onlarin bir qismi Qaradag mahalina bir qismi ise Dereleyez mahalina kocmusdur Penaheli xan Qarabagda qalib sasayan Qaracorlu eline Hemze Sultan Hacisamlini basci teyin etmisdir Hemze Sultan hem elin minbasisi hem de mahalin naibi olmusdur Qaradaga kocen Qaracorlu eli kicikli gorusseng bestamli qorculu senbeler kicilanli bayramqanli sixelili emele ve kolanli oymaqlarina bolunurdu Qaradagda yasayan qaracorlularin bascisi Mehemmedrza bey idi Onun olumunden sonra yerine oglu Sir xan kecdi Sir xani da oglu Bedr xan evez etdi Bedr xan Rusiya Iran muharibesi zamani Gence yaxinliginda aldigi yaradan oldu Qebri Eher seherinde Seyx Sihabeddinin meqberesinin yanindadir Bedr xandan sonra Qaradag qaracorlularina onun oglu Besir xan basciliq edir lakin o da cox yasamir 1834 cu ilde Herat doyuslerinde efqanlar terefinden oldurulerek basi nizeye taxildi Bu doyusde Bedr xanin basqa bir oglu Seyxeli xan da oldurulmusdur Qaradag qaracorlularinin bascilarindan biri de Haci Rza xan Sir xan oglu idi Onun oglu Ceferqulu xan Herat doyuslerinde boyuk sucaet gosterdiyine gore Mehemmed sah Qacar terefinden mukafatlandirilmisdir Ceferqulu xan Qacar ordusunda yuksek bir unvan emir tumen rutbesi almisdi Bu meshur qaracorlu sonralar qacarlarin siyasi heyatinda muhum rol oynamisdir Azerbaycan Dovlet Tarix Arxivinde saxlanan F 24 siyahi 1 saxlama vahidi 142 1823 cu ile aid Qarabag eyaletinin kameral tesviri adli senedde Qarabagda hemin dovrde movcud olan Qaracorlu mahali haqqinda da melumat vardir Bu senede gore 7 kendden ibaret olan Qaracor mahalinda qaracorlularin seylanli geloxcu tehmezli sadmanli yurdaxli tayfalarinin yasadigi qeyd olunur cemi 538 aile Qaracorlu mahalinda bir nece tayfa icmasi ve kend camaati cemlenmisdi En boyuk icmalardan biri Hacisamli camaati idi Qaracorlu mahalinin naibleriPenaheli xan Qarabagda qalib sasayan Qaracorlu eline Hemze Sultan Hacisamlini basci teyin etmisdir Hemze Sultan hem elin minbasisi hem de mahalin naibi olmusdur IstinadlarQarabagnameler 2 ci kitab Baki Serq Qerb 2006 seh 123 124 E Cingizoglu F Baxseliyev Qarabagin el ve obalari Baki 2007 seh 170 MenbeDereleyez mahalinin kameral tesviri 1831 ci ve 1842 ci iller Elm ve tehsil Baki 2017Hemcinin baxBergusadXarici kecidler