Qaraçuxa — insanların bəxt hamisidir. İnsanın maddi durumu, onun işlərinin yaxşı gedib-getməməsi Qaraçuxanın fəaliyyəti ilə əlaqələndirilir. İnanca görə, Qaraçuxası oyaq olan insanın işləri yaxşı gedir. İşləri yavər gedən insan haqqında “qaraçuxan oyaqdır” deyilməsi də həmin təsəvvürdən irəli gəlir. Qaraçuxanın oyaq olması üçün gərək onun adı çəkilə, o yad edilə. Ona görə Azərbaycanın bir çox bölgələrində Qaraçuxaya Yasin oxutdurulur, yemək bişirilərkən Qaraçuxanın adına yeməyin içinə duz atılır. Qaraçuxanın adına bişirilmiş xörəkdən qapıya gələn fağır-füqəraya və ya kasıb ailələrə pay verilir. Bundan əlavə, Qaraçuxanı adı çəkilərkən salavat çevirməmək günah sayılır.
Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur. Qaraçuxanın evi tərk etməsi isə o ailənin bəxtinin bağlanması kimi yozulur.
Qaraçuxa adı Azərbaycanın Qarabağ, Salyan-Neftçala, Lənkəran-Masallı, Muğan bölgələrində işlənir, Şirvan, Şəki-Zaqatala bölgəsində bu personaj Naxış adı ilə tanınır. Funksional baxımdan bu personajlar bir-birinə bənzəyirlər, yalnız zahiri əlamətlərinə görə fərqlənirlər. Belə ki, Qaraçuxa bir qayda olaraq insanın özünə bənzəyən, çiynində qara çuxası olan bir varlıq kimi təsvir olunur. Personajın Qaraçuxa adlanması da, çox güman, buradan irəli gəlir. Qaraçuxa itən sürünün keşiyini çəkərək onun qurda-quşa yem olmasına qoymur, yiyəsiz sürüyə keşik çəkərək oğruların sürüdən qoyun oğurlamasına imkan vermir, axşamdan qalanan ocaq gecə alışdıqda ev yiyəsini səsləyib oyadaraq yanğının yayılmasının qarşısını alır və s. Naxışın zahiri əlamətləri haqqında isə dəqiq təsvir yoxdur. Qaraçuxa bir qayda olaraq insandan kənarda mövcuddur, naxışın isə bəzi mətnlərdə insanın daxilində, digərlərində ondan kənarda olduğu qeyd olunur. Məsələn, Bəxtlə Naxışın mübahisəsindən bəhs edən nağılda Naxış insanın daxilində təsvir olunur. Naxış insanın bədəninə daxil olduqda onun işləri yaxşı gedir, bədəni tərk etdikdə isə uğursuzluqlar başlayır. Hami ruhun insan bədənində olması arxaik mifoloji təsəvvürlərdə də mövcuddur. Şaman inanclarında altı növ ruh olduğu, bunlardan birinin də insanın bəxt ruhu olduğu qeyd olunur.
Tədqiqatçıların fikrincə, Qaraçuxa, Naxış mifonimləri Azərbaycan mühitində meydana çıxmışlar, bu personajların daha arxaik adı Cənubi Sibirin türk xalqları arasında qorunub saxlanmışdır. Sur, sülə, yula adı ilə tanınan həmin mifoloji personaj insanın bir neçə ruhundan biridir. O, inanın özünə bənzəyir və bədəndən çıxaraq gəzə bilir. Göyçə, Borçalı, Qazax bölgələri üçün xarakterik olan “sürün yerisin” və ya “sürün yeriməsin”, “Allah sur versin” alqış və qarğışlarında bu mifoloji personajın əski adı yaşamaqdadır (Ə.Əsgər).
Qaraçuxa haqqında təsəvvürlərə fərqli poetik formalar daxilində rast gəlinir. Bu tip mətnlərin böyük əksəriyyəti mifoloji rəvayətlərdir. Mifin təhrif olunmuş şəkli sayılan belə rəvayətlərdə hadisələr yaxın keçmişdə baş verir, hadisə şahidlərinin dilindən və yaxud onların tanıdığı hansısa bir şəxsin başına gələn hadisə kimi nağıl edilir. Nağıllarda da Qaraçuxa süjet yaradan bir personaj kimi çıxış edir. “Bəxtin axtarılması”, “Bəxtlə Naxışın mübahisəsi”, “Bəxtini yatıran insan”, “Yalançı falçı” kimi bir çox süjetlər məhz Qaraçuxa haqqında təsəvvürlər üzərində qurulmuşdur. Bundan əlavə, inamlarda, bayatılarda, digər janrlarda da Qaraçuxa haqqında təsəvvürlərə rast gəlmək mümkündür.
İstinadlar
- . 2020-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-24.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qaracuxa insanlarin bext hamisidir Insanin maddi durumu onun islerinin yaxsi gedib getmemesi Qaracuxanin fealiyyeti ile elaqelendirilir Inanca gore Qaracuxasi oyaq olan insanin isleri yaxsi gedir Isleri yaver geden insan haqqinda qaracuxan oyaqdir deyilmesi de hemin tesevvurden ireli gelir Qaracuxanin oyaq olmasi ucun gerek onun adi cekile o yad edile Ona gore Azerbaycanin bir cox bolgelerinde Qaracuxaya Yasin oxutdurulur yemek bisirilerken Qaracuxanin adina yemeyin icine duz atilir Qaracuxanin adina bisirilmis xorekden qapiya gelen fagir fuqeraya ve ya kasib ailelere pay verilir Bundan elave Qaracuxani adi cekilerken salavat cevirmemek gunah sayilir Metnlerde Qaracuxa daim evle bagli olur Onun damin ustunde yatdigi eve giren zaman Qaracuxaya salam vermek lazim oldugu qeyd olunur Qaracuxanin evi terk etmesi ise o ailenin bextinin baglanmasi kimi yozulur Qaracuxa adi Azerbaycanin Qarabag Salyan Neftcala Lenkeran Masalli Mugan bolgelerinde islenir Sirvan Seki Zaqatala bolgesinde bu personaj Naxis adi ile taninir Funksional baximdan bu personajlar bir birine benzeyirler yalniz zahiri elametlerine gore ferqlenirler Bele ki Qaracuxa bir qayda olaraq insanin ozune benzeyen ciyninde qara cuxasi olan bir varliq kimi tesvir olunur Personajin Qaracuxa adlanmasi da cox guman buradan ireli gelir Qaracuxa iten surunun kesiyini cekerek onun qurda qusa yem olmasina qoymur yiyesiz suruye kesik cekerek ogrularin suruden qoyun ogurlamasina imkan vermir axsamdan qalanan ocaq gece alisdiqda ev yiyesini sesleyib oyadaraq yanginin yayilmasinin qarsisini alir ve s Naxisin zahiri elametleri haqqinda ise deqiq tesvir yoxdur Qaracuxa bir qayda olaraq insandan kenarda movcuddur naxisin ise bezi metnlerde insanin daxilinde digerlerinde ondan kenarda oldugu qeyd olunur Meselen Bextle Naxisin mubahisesinden behs eden nagilda Naxis insanin daxilinde tesvir olunur Naxis insanin bedenine daxil olduqda onun isleri yaxsi gedir bedeni terk etdikde ise ugursuzluqlar baslayir Hami ruhun insan bedeninde olmasi arxaik mifoloji tesevvurlerde de movcuddur Saman inanclarinda alti nov ruh oldugu bunlardan birinin de insanin bext ruhu oldugu qeyd olunur Tedqiqatcilarin fikrince Qaracuxa Naxis mifonimleri Azerbaycan muhitinde meydana cixmislar bu personajlarin daha arxaik adi Cenubi Sibirin turk xalqlari arasinda qorunub saxlanmisdir Sur sule yula adi ile taninan hemin mifoloji personaj insanin bir nece ruhundan biridir O inanin ozune benzeyir ve bedenden cixaraq geze bilir Goyce Borcali Qazax bolgeleri ucun xarakterik olan surun yerisin ve ya surun yerimesin Allah sur versin alqis ve qargislarinda bu mifoloji personajin eski adi yasamaqdadir E Esger Qaracuxa haqqinda tesevvurlere ferqli poetik formalar daxilinde rast gelinir Bu tip metnlerin boyuk ekseriyyeti mifoloji revayetlerdir Mifin tehrif olunmus sekli sayilan bele revayetlerde hadiseler yaxin kecmisde bas verir hadise sahidlerinin dilinden ve yaxud onlarin tanidigi hansisa bir sexsin basina gelen hadise kimi nagil edilir Nagillarda da Qaracuxa sujet yaradan bir personaj kimi cixis edir Bextin axtarilmasi Bextle Naxisin mubahisesi Bextini yatiran insan Yalanci falci kimi bir cox sujetler mehz Qaracuxa haqqinda tesevvurler uzerinde qurulmusdur Bundan elave inamlarda bayatilarda diger janrlarda da Qaracuxa haqqinda tesevvurlere rast gelmek mumkundur Istinadlar 2020 02 21 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 04 24 Hemcinin bax