Bu məqaləni lazımdır. |
Qaflan bəy Muradov (d. 1890, Muradbəyli, Ağdam, Şuşa, Yelizavetpol, Rusiya İmperiyası – ö. 1970, Ağdam, Azərbaycan SSR, SSRİ) — Azərbaycan-sovet aktyoru, Azərbaycan SSR Əməkdar Artisti.
Qaflan bəy Muradov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Muradbəyli, Ağdam, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası→ Azərbaycan→ SSRİ |
Fəaliyyəti | aktyor |
Mükafatları | Azərbaycan SSR Əməkdar Artisti |
Bioqrafiya
Qaflan bəy Məmmədrza bəy oğlu Muradov 1890-cı ildə Ağdamın Muradbəyli kəndində anadan olub. Azərbaycan SSR əməkdar artisti Qaflan bəy Muradov 1970-ci ildə Ağdam şəhərində vəfat etmişdir. Bəzi araşdırmalarda göstərilir ki, o, 1908-ci ildə Ağdamda ikisinifli rus-tatar məktəbində oxuyub.
Yaradıcılıq
Qaflan Muradov Azərbaycan teatr sənətində yaddaqalan obrazlar yaradıb. Məktəb illərində direktor Əhməd bəy Abbasovun rəhbərliyi ilə məktəbdə ilk dəfə olaraq Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası əsasında tamaşa hazırlanır. Yetər rolu məktəbin şagirdi Qaflan Muradova həvalə olunur. İlk tamaşa böyük səs-küyə səbəb olur: Əhməd bəy Abbasov, həmçinin tamaşanın yaradıcı heyəti cahillər tərəfindən təhqir hədəfinə çevrilir. Qaflan Muradov küçədə ələ salınır, "Qız Qaflan", — deyə lağa qoyulur, lakin heç bir təhqir, hədə-qorxu və başqa maneələr bu həvəskarların teatra, səhnəyə marağını, məhəbbətini azalda bilmir.
1910-cu ildə Əbdürrəhim bəy Haqverdiyev Ağdamda yeni dram kollektivi yaradır. "Ac həriflər", "Dağılan tifaq", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" və digər səhnə əsərləri əsasında tamaşalar hazırlayır. Bu tamaşalarda Qaflan Muradov kimi səhnə həvəskarlarının gücündən bacarıqla istifadə edir. Həmin tamaşalarda Sona və Şəhrəbanu rolları Qaflan Muradova tapşırılır. Gənc aktyor Sonanı ifa edəndə anasının, Şəhrəbanu obrazında isə böyük bacısının bir dəst paltarını gizlincə gətirib səhnədə geyinir. O, daha sonra "Məşədi İbad"da Sənəmi, "Evliykən subay"da Pərzadı, "Leyli və Məcnun"da Məcnunun anasını və başqa obrazları da peşəkarlıqla ifa edib. Ə. Haqverdiyev sonra Şuşada Əhməd Ağdamski, Xosrov Mamayev, Hüseynqulu Sarabski, Qaragöz Zülfüqarov və İsa Şuşinski kimi istedadlı səhnə həvəskarlarının qüvvəsi ilə maraqlı teatr kollektivi yaradır. Həmin vaxtlar Qaflan Muradov da bir neçə ağdamlı sənət dostu ilə Şuşaya gəlir və onlara qoşulur. Sonralar teatrın bacarıqlı aktyoru kimi tanınır.
Qardaşı Murad Muradov həmişə Qaflana və onun sənət dostlarına teatr sənəti ilə bağlı dəyərli məsləhətlər verir. İmkan olduqca Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirzəağa Əliyev, Əbülhəsən Anaplı, Əli Qurbanov və başqa görkəmli sənətkarlarla tanış edir. Bütün bunlar gənc səhnə aşiqinin gələcək həyat yolunun müəyyənləşməsində böyük rol oynayır.
Azərbaycanın sovetləşməsindən (1920) sonra Qaflan Muradov yaxın dostu Əhməd Ağdamski ilə Ağdama qayıdır. Fəhlə-kəndli klubunun nəzdində Cəmil Muradov, Xosrov Mamayev, Heydər Şəmsizadə, Baxış Kələntərli, Ayaz Köçərli, Ələsgər Məmmədov kimi istedadlı səhnə həvəskarlarından ibarət teatr kollektivi yaratmağa müvəffəq olur. Bu sənət aşiqləri klubun səhnəsində F. Şiller, M. F. Axundzadə, N. Vəzirov və Ü. Hacıbəylinin əsərlərini böyük həvəslə tamaşaya hazırlayır. Qarabağın ən ucqar yaşayış məntəqələrində belə tamaşa göstərirlər. 1937-ci ildə Ağdamda Dövlət Dram Teatrı açılanda Qaflan Muradov artıq xalq arasında tanınan bir sənətkar idi. Təsadüfi deyil ki, o, teatrda cəmi üç il işlədikdən sonra, 1940-cı ildə "Əməkdar artist" fəxri adına layiq görülür.
Araşdırmalarda göstərilir ki, Qaflan Muradov teatra-səhnəyə çox möhkəm tellərlə bağlı olub. Bu fikri ifadə edəcək bir hadisə də xatırlanır. Qeyd olunur ki, 1941-ci ilin qanlı-qadalı günlərinin birində sənətkarın ailəsində bir faciə baş verir. On doqquz yaşlı oğlu Tofiq qəflətən dünyasını dəyişir. Bu hüzrün üçüncü günü "Leyli və Məcnun" tamaşası oynanılan vaxta təsadüf edir. Məcnunun atasının ifaçısı Qaflan Muradov çoxlarının təəccüb və etirazını eşitmir. Tamaşanın təxirə salınmasına razı olmayaraq səhnəyə çıxır. O, səhnədə tək Məcnunun deyil, əzizi Tofiqin də faciəsinə göz yaşı tökür. Hər iki faciəni birgə yaşayır və ürəyini boşaldır.
Qaflan Muradovun obraza girmək, onu yaşamaq istedadı çox güclü idi. İstər ciddi, istərsə də gülüş boyaları ilə ifa etdiyi Kərəmov, Məşədi İbad, Soltan bəy, Hacı Qara, dramatik cizgilərlə canlandırdığı Məcnunun atası, Göyüş kişi, Veysəl Mirzə və digər rolları uzun müddət tamaşaçı yaddaşından silinməyib.
Qaflan Muradov, sözün həqiqi mənasında, teatr üçün doğulan, səhnədə nəfəs alan alovlu sənət carçısı olub. Ağdamda Dövlət Dram Teatrının açılması onu çox sevindirir. Artıq yaşlansa da, tez-tez teatra baş çəkər, məşqlərə tamaşa edər, gənc aktyorlara Azərbaycan teatrının görkəmli sənətkarlarından və özünün səhnə həyatından maraqlı xatirələr danışarmış. O, 80 illik ömrünün 60 ildən çoxunu səhnəyə həsr etmişdi.
Mənbə
- Ənvər Çingizoğlu, Qatırçı Muradın törəmələri (Nuribəyovlar, Vəlibəyovlar, Muradovlar, İsmayılbəyovlar), "Soy" elmi-kütləvi dərgi, 2011, № 10, səh.3–25.
- Savalan Fərəcov — Mədəniyyət tariximizdə iz qoyanlar, Mədəniyyət qəzeti, 14 noyabr 2012.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Qaflan bey Muradov d 1890 Muradbeyli Agdam Susa Yelizavetpol Rusiya Imperiyasi o 1970 Agdam Azerbaycan SSR SSRI Azerbaycan sovet aktyoru Azerbaycan SSR Emekdar Artisti Qaflan bey MuradovFilmden bir kadr Dogum tarixi 1890Dogum yeri Muradbeyli Agdam Susa qezasi Yelizavetpol quberniyasi Rusiya ImperiyasiVefat tarixi 1970Vefat yeri Agdam Azerbaycan SSR SSRIVetendasligi Rusiya Imperiyasi Azerbaycan SSRIFealiyyeti aktyorMukafatlari Azerbaycan SSR Emekdar ArtistiBioqrafiyaQaflan bey Memmedrza bey oglu Muradov 1890 ci ilde Agdamin Muradbeyli kendinde anadan olub Azerbaycan SSR emekdar artisti Qaflan bey Muradov 1970 ci ilde Agdam seherinde vefat etmisdir Bezi arasdirmalarda gosterilir ki o 1908 ci ilde Agdamda ikisinifli rus tatar mektebinde oxuyub YaradiciliqQaflan Muradov Azerbaycan teatr senetinde yaddaqalan obrazlar yaradib Mekteb illerinde direktor Ehmed bey Abbasovun rehberliyi ile mektebde ilk defe olaraq Necef bey Vezirovun Yagisdan cixdiq yagmura dusduk komediyasi esasinda tamasa hazirlanir Yeter rolu mektebin sagirdi Qaflan Muradova hevale olunur Ilk tamasa boyuk ses kuye sebeb olur Ehmed bey Abbasov hemcinin tamasanin yaradici heyeti cahiller terefinden tehqir hedefine cevrilir Qaflan Muradov kucede ele salinir Qiz Qaflan deye laga qoyulur lakin hec bir tehqir hede qorxu ve basqa maneeler bu heveskarlarin teatra sehneye maragini mehebbetini azalda bilmir 1910 cu ilde Ebdurrehim bey Haqverdiyev Agdamda yeni dram kollektivi yaradir Ac herifler Dagilan tifaq Mirze Feteli Axundzadenin Musyo Jordan ve dervis Mesteli sah ve diger sehne eserleri esasinda tamasalar hazirlayir Bu tamasalarda Qaflan Muradov kimi sehne heveskarlarinin gucunden bacariqla istifade edir Hemin tamasalarda Sona ve Sehrebanu rollari Qaflan Muradova tapsirilir Genc aktyor Sonani ifa edende anasinin Sehrebanu obrazinda ise boyuk bacisinin bir dest paltarini gizlince getirib sehnede geyinir O daha sonra Mesedi Ibad da Senemi Evliyken subay da Perzadi Leyli ve Mecnun da Mecnunun anasini ve basqa obrazlari da pesekarliqla ifa edib E Haqverdiyev sonra Susada Ehmed Agdamski Xosrov Mamayev Huseynqulu Sarabski Qaragoz Zulfuqarov ve Isa Susinski kimi istedadli sehne heveskarlarinin quvvesi ile maraqli teatr kollektivi yaradir Hemin vaxtlar Qaflan Muradov da bir nece agdamli senet dostu ile Susaya gelir ve onlara qosulur Sonralar teatrin bacariqli aktyoru kimi taninir Qardasi Murad Muradov hemise Qaflana ve onun senet dostlarina teatr seneti ile bagli deyerli meslehetler verir Imkan olduqca Abbas Mirze Serifzade Ulvi Receb Mirzeaga Eliyev Ebulhesen Anapli Eli Qurbanov ve basqa gorkemli senetkarlarla tanis edir Butun bunlar genc sehne asiqinin gelecek heyat yolunun mueyyenlesmesinde boyuk rol oynayir Azerbaycanin sovetlesmesinden 1920 sonra Qaflan Muradov yaxin dostu Ehmed Agdamski ile Agdama qayidir Fehle kendli klubunun nezdinde Cemil Muradov Xosrov Mamayev Heyder Semsizade Baxis Kelenterli Ayaz Kocerli Elesger Memmedov kimi istedadli sehne heveskarlarindan ibaret teatr kollektivi yaratmaga muveffeq olur Bu senet asiqleri klubun sehnesinde F Siller M F Axundzade N Vezirov ve U Hacibeylinin eserlerini boyuk hevesle tamasaya hazirlayir Qarabagin en ucqar yasayis menteqelerinde bele tamasa gosterirler 1937 ci ilde Agdamda Dovlet Dram Teatri acilanda Qaflan Muradov artiq xalq arasinda taninan bir senetkar idi Tesadufi deyil ki o teatrda cemi uc il isledikden sonra 1940 ci ilde Emekdar artist fexri adina layiq gorulur Arasdirmalarda gosterilir ki Qaflan Muradov teatra sehneye cox mohkem tellerle bagli olub Bu fikri ifade edecek bir hadise de xatirlanir Qeyd olunur ki 1941 ci ilin qanli qadali gunlerinin birinde senetkarin ailesinde bir facie bas verir On doqquz yasli oglu Tofiq qefleten dunyasini deyisir Bu huzrun ucuncu gunu Leyli ve Mecnun tamasasi oynanilan vaxta tesaduf edir Mecnunun atasinin ifacisi Qaflan Muradov coxlarinin teeccub ve etirazini esitmir Tamasanin texire salinmasina razi olmayaraq sehneye cixir O sehnede tek Mecnunun deyil ezizi Tofiqin de faciesine goz yasi tokur Her iki facieni birge yasayir ve ureyini bosaldir Qaflan Muradovun obraza girmek onu yasamaq istedadi cox guclu idi Ister ciddi isterse de gulus boyalari ile ifa etdiyi Keremov Mesedi Ibad Soltan bey Haci Qara dramatik cizgilerle canlandirdigi Mecnunun atasi Goyus kisi Veysel Mirze ve diger rollari uzun muddet tamasaci yaddasindan silinmeyib Qaflan Muradov sozun heqiqi menasinda teatr ucun dogulan sehnede nefes alan alovlu senet carcisi olub Agdamda Dovlet Dram Teatrinin acilmasi onu cox sevindirir Artiq yaslansa da tez tez teatra bas ceker mesqlere tamasa eder genc aktyorlara Azerbaycan teatrinin gorkemli senetkarlarindan ve ozunun sehne heyatindan maraqli xatireler danisarmis O 80 illik omrunun 60 ilden coxunu sehneye hesr etmisdi MenbeEnver Cingizoglu Qatirci Muradin toremeleri Nuribeyovlar Velibeyovlar Muradovlar Ismayilbeyovlar Soy elmi kutlevi dergi 2011 10 seh 3 25 Savalan Ferecov Medeniyyet tariximizde iz qoyanlar Medeniyyet qezeti 14 noyabr 2012