Anatomik quruluşuna görə qadın reproduktiv üzvlərini iki hissəyə ayırırlar: qadının xarici və daxili cinsiyyət üzvləri.
Qadının xarici cinsiyyət üzvlərinə vulva (böyük və kiçik cinsi dodaqlar, klitor, uşaqlıq yolu önü vəzilər) və uşaqlıq yolu, daxili qadın cinsiyyət üzvlərinə isə uşaqlıq, uşaqlıq (və ya fallop) boruları və yumurtalıqlar aid edilir.
Qadının xarici cinsiyyət üzvləri (orqanları)
Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq pərdəsi hesab edilir. Qızlıq pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik pərdədən ibarətdir.
Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz. Qızlıq pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, ya da usaqlığın girişini natamam şəkildə örtə bilər. Əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına - deşilməsinə səbəb olmaya bilər. Belə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq pərdəsi dartılsa da cırılma (deşilmə) ilə nəticələnmir.
Bəzi hallarda cinsi inkişaf dövründə, ikincili cinsi əlamətlərin normal inkişaf etməsi fonunda qız uşaqlarında menstruasiyanın (aybaşının) olmaması və hər ay qarının aşağı hissəsində ağrıların olması baş verə bilər. Bu zaman qızlıq pərdəsindəki dəliyin tam şəkildə tutulmasından şübhələnmək olar. Belə hallarda təcili olaraq həkim müdaxiləsi tələb olunur.
Qızlıq pərdəsinin tamlığı, adətən, ilk cinsi akt zamanı pozulur. Bu tamlığın pozulması anında bir qədər ağrı hissiyyatı əmələ gəlir və az miqdarda qan xaric olur. Bəzi hallarda isə cinsi əlaqə zamanı qızlıq pərdəsinin cırılması kişi və qadın tərəfindən özünü heç bir əlamətlə büruzə vermir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda qızlıq pərdəsinin tamlığının pozulmaması halında da qadınlarda hamiləlik baş verə bilər. Belə ki, qadının xarici cinsiyyət üzvlərinə düşmüş kişi cinsi hüceyrələri (spermatozoidlər) qadın cinsi hüceyrələri ilə mayalanmaq üçün qızlıq pərdəsinin tamlığı pozulmadan da onun üzərindəki dəlikdən qadının daxili cinsiyyət üzvlərinə daxil ola bilər. Tibbi praktikada belə hallara heç də az təsadüf edilmir.
Qarının aşağı hissəsindəki üçbucaq formalı hündürlük sahəsi qasıq (zöhrə təpəciyi) nahiyəsi adlanır. Cinsi inkişaf dövrünün başlanması ilə dərialtı piy təbəqəsi yaxşı inkişaf etmiş bu sahə qısa və zərif tüklərlə örtülmüş olur. Tüklü sahənin yuxarı hissəsi, adətən, horizontal xətt üzrə sərhədlənir. Tüklərin bu sərhəddən yuxarı paz şəklində yayılması orqanizmin hormonal balansının pozulması ilə əlaqədar ola bilər. Cinsi hormonların çatışmazlığı zamanı isə bu sahənin tüklənməsi çox zəif olur.
Zöhrə (qasıq) təpəciyi aşağı hissədə dərialtı piy təbəqəsi ilə zəngin, uzunsov formalı dəri qatından ibarət olan böyük cinsiyyət dodaqlarına keçir. Onların xarici hissəsi tük təbəqəsi ilə örtülmüş olur, daxili tərəfləri isə selikli qişanı xatırladır.
Kiçik cinsiyyət dodaqları böyük dodaqlardan içəri tərəfə olmaqla yerləşən dəri qatından ibarətdir. Kiçik cinsiyyət dodaqlarının daxili səthi seliklə örtülmüş olur və xeyli sayda sinir ucları və qan damarları ilə zəngindir.
Böyük cinsiyyət dodaqlarının arasında cinsiyyət yarığı yerləşir. Böyük dodaqların daxili səthində cinsiyyət yarığını isladan möhtəviyyatı, bartolin vəziləri ifraz edir. Cinsiyyət yarığının yuxarı hissəsində, kişi cinsiyyət üzvünə bənzəyən, amma ölçüsi çox kiçik olan bir orqan - klitor, ondan bir qədər aşağıda isə sidik kanalının xarici dəliyi yerləşir.
Qızlıq pərdəsindən sonra başlayan uşaqlıq yolu (uzunluğu 8-12 sm və eni 2-3 sm olan) uzunsov boru şəkilli bir orqandır. Anatomik olaraq kiçik çanaq boşluğunda yer tutmuş olan uşaqlıq yolunun ön tərəfində sidik kisəsi və arxa tərəfində isə düz bağırsaq yerləşmişdir. Uşaqlıq yolunda köndələn şəkilli büküşlər vardır ki, bu da onun 20 sm-dək uzanmasına imkan verir. Uşaqlıq yolunun divarları əzələ və birləşdirici toxumalardan təşkil edilmiş, səthi isə selikli qişa ilə örtülmüşdür. Uşaqlıq yolu yuxarı hissədə uşaqlıq boynunu əhatə edir.
Daxili cinsiyyət üzvləri
Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik olaraq - önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə cavan qadınlarda 50 qrama yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfdən uşaqlıq qalın qatla, daxili tətəfdən isə zərif selikli qişa (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə (fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq, uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobların daxil olmasının qarşısını alır.
Yumurtalıqlar - iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər. Uzunluğu 2,5-4 sm, eni 1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda yumurta hüceyrələrinin yetişməsi və “saxlanması” baş verir. Yumurtalıqlar yumurta hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən 12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından klimaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.
Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir. Belə ki, onlar əsas qadın cinsi hormonlarını - esterogenləri də hazırlayırlar. Bu hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf etmiş olur.
Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq (Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar. Yumurtalıqda inkişaf etmiş yumurta hüceyrəsi qarın boşluğuna düşdükdən sonra Fallopi borusunun saçaq şəkilli çixintıları öz həkətləri ilə onu borunun ucundakı qıf hissəyə, oradan isə borunun içərisi ilə uşaqlıq boşluğuna ötürürlər.
Qadınların reproduktiv sisteminin idarə edilməsi
Tibb elmində qəbul olunmuş nəzəriyyələrə görə həm qadınların, həm də kişilərin reproduktiv (dölyaratma) sistemi baş beyin tərəfindən idarə olunur. Bu bir neçə mərhələdə (etapda) baş verir:
Beyin qabığı, hipotalamus və hipofizin fəaliyyətinə bilavasitə təsir edən maddə olan neyromediatorlar istehsal edir;
Hipotalamus – baş beyinin bir hissəsidir. Burada relizinq-hormonlar adlanan xüsusi maddə ifraz edilir ki, onlar da hipofiz vəzisi tərəfindən digər hormonların hazırlanmasını tənzimləyir;
Hipofiz – baş beyində yerləşən bir vəzidir. Bu vəzidə daxili sekresiya vəzilərinin və bütünlükdə bütün orqanizmin fəaliyyətini tənzimləyən xüsusi hormonlar hazırlanır. Məhz bu vəzidə bilavasitə yumurtalıqların fəaliyyətinə təsir edən qonadotrop hormonlar (lyüteyinləşdirici hormon – LH, follikulstimullaşdırıcı hormon – FSH və prolaktin) hazırlanır;
Qonadotrop hormonların təsiri altında qadın yumurtalıqlarında esterogenlər (qadın cinsi hormonları), androgenlər (kişi cinsi hormonları) və progesteron hormonlarının hazırlanması və ifraz edilməsi baş verir. Digər hormonlara nisbətən androgen hormonlar qadın orqanizmi tərəfindən daha az miqdarda hazırlanır.
İstinadlar
- "Arxivlənmiş surət". 2019-08-28 tarixində . İstifadə tarixi: 2019-08-28.
- "Arxivlənmiş surət". 2019-08-28 tarixində . İstifadə tarixi: 2019-08-28.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Anatomik qurulusuna gore qadin reproduktiv uzvlerini iki hisseye ayirirlar qadinin xarici ve daxili cinsiyyet uzvleri Qadin reproduktiv sistemleriQadin reproduktiv sistemlerini numayis etdiren sxem Qadinin xarici cinsiyyet uzvlerine vulva boyuk ve kicik cinsi dodaqlar klitor usaqliq yolu onu veziler ve usaqliq yolu daxili qadin cinsiyyet uzvlerine ise usaqliq usaqliq ve ya fallop borulari ve yumurtaliqlar aid edilir Qadinin xarici cinsiyyet uzvleri orqanlari Qizlarda xarici ve daxili cinsiyyet uzvlerinin serhedi qizliq perdesi hesab edilir Qizliq perdesi aybasi menstruasiya zamani usaqliq sethinden ifraz olunan qan kutlesinin axib xaric olmasi ucun sethinde bir iki ve ya daha artiq sayda delikleri olan elastik perdeden ibaretdir Ekser qadinlarin fikirlerinin eleyhine olaraq hekim terefinden ginekoloji muayine aparildiqdan sonra hec de her zaman onun qiz ve ya qadin olmasini qeti sekilde soylemek olmaz Qizliq perdesinin tam olmasi ve ya onun tamliginin pozulmasi hec de butun hallarda qadinin kecmis seksual heyati barede qeti sekilde fikir soylemeye imkan vermir Qizliq perdesi erken usaq yaslarinda alinan travma yixilma bacariqsiz yuyunma ve saire neticesinde keskin sekilde dartila ve ya desile biler Bezi hallarda ise qiz usaqlarinda anadangelme olaraq qizliq perdesi ya olmaya biler ya da usaqligin girisini natamam sekilde orte biler Eksine cinsi akt hec de her zaman qizliq perdesinin cirilmasina desilmesine sebeb olmaya biler Bele ki bezi hallarda daha elastik olmasi neticesinde qizliq perdesi dartilsa da cirilma desilme ile neticelenmir Bezi hallarda cinsi inkisaf dovrunde ikincili cinsi elametlerin normal inkisaf etmesi fonunda qiz usaqlarinda menstruasiyanin aybasinin olmamasi ve her ay qarinin asagi hissesinde agrilarin olmasi bas vere biler Bu zaman qizliq perdesindeki deliyin tam sekilde tutulmasindan subhelenmek olar Bele hallarda tecili olaraq hekim mudaxilesi teleb olunur Qizliq perdesinin tamligi adeten ilk cinsi akt zamani pozulur Bu tamligin pozulmasi aninda bir qeder agri hissiyyati emele gelir ve az miqdarda qan xaric olur Bezi hallarda ise cinsi elaqe zamani qizliq perdesinin cirilmasi kisi ve qadin terefinden ozunu hec bir elametle buruze vermir Yadda saxlamaq lazimdir ki bezi hallarda qizliq perdesinin tamliginin pozulmamasi halinda da qadinlarda hamilelik bas vere biler Bele ki qadinin xarici cinsiyyet uzvlerine dusmus kisi cinsi huceyreleri spermatozoidler qadin cinsi huceyreleri ile mayalanmaq ucun qizliq perdesinin tamligi pozulmadan da onun uzerindeki delikden qadinin daxili cinsiyyet uzvlerine daxil ola biler Tibbi praktikada bele hallara hec de az tesaduf edilmir Qarinin asagi hissesindeki ucbucaq formali hundurluk sahesi qasiq zohre tepeciyi nahiyesi adlanir Cinsi inkisaf dovrunun baslanmasi ile derialti piy tebeqesi yaxsi inkisaf etmis bu sahe qisa ve zerif tuklerle ortulmus olur Tuklu sahenin yuxari hissesi adeten horizontal xett uzre serhedlenir Tuklerin bu serhedden yuxari paz seklinde yayilmasi orqanizmin hormonal balansinin pozulmasi ile elaqedar ola biler Cinsi hormonlarin catismazligi zamani ise bu sahenin tuklenmesi cox zeif olur Zohre qasiq tepeciyi asagi hissede derialti piy tebeqesi ile zengin uzunsov formali deri qatindan ibaret olan boyuk cinsiyyet dodaqlarina kecir Onlarin xarici hissesi tuk tebeqesi ile ortulmus olur daxili terefleri ise selikli qisani xatirladir Kicik cinsiyyet dodaqlari boyuk dodaqlardan iceri terefe olmaqla yerlesen deri qatindan ibaretdir Kicik cinsiyyet dodaqlarinin daxili sethi selikle ortulmus olur ve xeyli sayda sinir uclari ve qan damarlari ile zengindir Boyuk cinsiyyet dodaqlarinin arasinda cinsiyyet yarigi yerlesir Boyuk dodaqlarin daxili sethinde cinsiyyet yarigini isladan mohteviyyati bartolin vezileri ifraz edir Cinsiyyet yariginin yuxari hissesinde kisi cinsiyyet uzvune benzeyen amma olcusi cox kicik olan bir orqan klitor ondan bir qeder asagida ise sidik kanalinin xarici deliyi yerlesir Qizliq perdesinden sonra baslayan usaqliq yolu uzunlugu 8 12 sm ve eni 2 3 sm olan uzunsov boru sekilli bir orqandir Anatomik olaraq kicik canaq boslugunda yer tutmus olan usaqliq yolunun on terefinde sidik kisesi ve arxa terefinde ise duz bagirsaq yerlesmisdir Usaqliq yolunda kondelen sekilli bukusler vardir ki bu da onun 20 sm dek uzanmasina imkan verir Usaqliq yolunun divarlari ezele ve birlesdirici toxumalardan teskil edilmis sethi ise selikli qisa ile ortulmusdur Usaqliq yolu yuxari hissede usaqliq boynunu ehate edir Daxili cinsiyyet uzvleriUsaqliq armudvari formada olub genis hissesi yuxari terefe yonelmekle anatomik olaraq onunde sidik kisesi arxasinda ise duz bagirsaq olmaqla kicik canaq boslugunun merkezinde yerlesir Usaqligin olcusu toyuq yumurtasi boyda cekisi ise cavan qadinlarda 50 qrama yaxindir Yuxari genis hissesi usaqliq cismi asagi hissesi ise usaqliq boynu adlanir Xarici terefden usaqliq qalin qatla daxili tetefden ise zerif selikli qisa endometrium ile ortulmusdur Endometrium qisasinda mutemadi periodik olaraq menstruasiya dovrunun tsiklinin muxtelif merhelelerine fazalarina uygun deyisiklikler bas verir Usaqliq boynu vezileri terefinden ifraz olunan xususi madde usaqliq boynu kanalinda selikli tixac seklinde yigilaraq usaqliq bosluguna xaricden xesteliktoredici mikroblarin daxil olmasinin qarsisini alir Yumurtaliqlar iki sayda olmaqla usaqligin sag ve sol tereflerinde yerlesirler Uzunlugu 2 5 4 sm eni 1 5 2 sm olcusunde uzunsov formada olan yumurtaliqlarda yumurta huceyrelerinin yetismesi ve saxlanmasi bas verir Yumurtaliqlar yumurta huceyrelerini qiz usaginin betndaxili inkisaf dovrunden baslayaraq toplamaga baslayirlar Bele ki yeni dogulmus qiz usaqlarinin iki yumurtaliginda yuz minlerle yumurta huceyresi olur Butun bu huceyreler cinsi yetkinlik dovrune qeder texminen 12 yasadek fealiyyetsiz olaraq qalirlar Cinsi yetkinlik dovrunun baslamasindan klimaks aybasinin kesilmesi dovrune qeder olan muddet erzinde qadinlarda 300 400 sayda menstrual tsikl olur Bunun da neticesinde o qeder sayda da mayalanma qabiliyyeti olan yumurta huceyreleri qadin cinsi huceyreleri yetisdirilmis olur Bundan basqa yumurtaliqlar hemcinin vacib daxili sekresiya uzvlerine de aid edilir Bele ki onlar esas qadin cinsi hormonlarini esterogenleri de hazirlayirlar Bu hormonlarin tesiri altinda qadin cinsiyyet uzvleri inkisaf edir qadinlara mexsus xarakterik xarici elametler formalasir qadinin muvafiq beden formasi bezi sahelerin tuklenmesi ve s hemcinin qadinlara mexsus cinsi hessasliq temperament inkisaf etmis olur Usaqliq cisminin yuxari hissesinin sol ve sag tereflerinden ayrilan usaqliq Fallopi borulari yerlesir Usaqliq boslugundan baslayan bu borularin sacaq sekilli cixintilarla qurtaran qif formali diger ucu ise yumurtaliqlara yaxin olmaqla qarin bosluguna acilir Borunun uzunlugu 10 12 sm boslugunun diametri ise bir nece mm olur Borularin daxili selikli qisasi xovlarla zengindir Usaqliq borularinin qurulusu kifayet qeder murekkeb olur Bu borular bir nece funksiya dasiyirlar Yumurtaliqda inkisaf etmis yumurta huceyresi qarin bosluguna dusdukden sonra Fallopi borusunun sacaq sekilli cixintilari oz heketleri ile onu borunun ucundaki qif hisseye oradan ise borunun icerisi ile usaqliq bosluguna otururler Qadinlarin reproduktiv sisteminin idare edilmesiTibb elminde qebul olunmus nezeriyyelere gore hem qadinlarin hem de kisilerin reproduktiv dolyaratma sistemi bas beyin terefinden idare olunur Bu bir nece merhelede etapda bas verir Beyin qabigi hipotalamus ve hipofizin fealiyyetine bilavasite tesir eden madde olan neyromediatorlar istehsal edir Hipotalamus bas beyinin bir hissesidir Burada relizinq hormonlar adlanan xususi madde ifraz edilir ki onlar da hipofiz vezisi terefinden diger hormonlarin hazirlanmasini tenzimleyir Hipofiz bas beyinde yerlesen bir vezidir Bu vezide daxili sekresiya vezilerinin ve butunlukde butun orqanizmin fealiyyetini tenzimleyen xususi hormonlar hazirlanir Mehz bu vezide bilavasite yumurtaliqlarin fealiyyetine tesir eden qonadotrop hormonlar lyuteyinlesdirici hormon LH follikulstimullasdirici hormon FSH ve prolaktin hazirlanir Qonadotrop hormonlarin tesiri altinda qadin yumurtaliqlarinda esterogenler qadin cinsi hormonlari androgenler kisi cinsi hormonlari ve progesteron hormonlarinin hazirlanmasi ve ifraz edilmesi bas verir Diger hormonlara nisbeten androgen hormonlar qadin orqanizmi terefinden daha az miqdarda hazirlanir Istinadlar Arxivlenmis suret 2019 08 28 tarixinde Istifade tarixi 2019 08 28 Arxivlenmis suret 2019 08 28 tarixinde Istifade tarixi 2019 08 28