Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri.
Haqqında
Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb. Qədim ritual formalarının hələ də qalmasına baxmayaraq, dəyişən siyasi və mədəni mühit fonunda Bali kral ailələrinin estetik zövqünü oxşamaq məqsədi ilə incəsənət yeni formalar təklif etməyə başlayır. Bu yeni yaranan formalardan biri də Qəmbuh (qədim Bali sözü olub, “qarışıq”, “birləşdirmək” kimi tərcümə olunur) adlanan rəqs-dramlar oldu ki, Balidə sonradan yaranacaq bütün tamaşaların əsasını məhz onun təşkil etdiyini demək olar. Balidə Qəmbuh tamaşalarının populyarlaşması Macapahit sülaləsinin zəiflədiyi dövrə təsadüf edir. Bu tamaşalar süqut etməkdə olan dövlətin ənənələrinin qorunmasını hədəfləyirdi. Həmçinin Qəmbuh Bali teatr mədəniyyətinə yeni tamaşa dili gətirdi ki, Topenq maska və Arca opera tamaşalarında onun elementləri görünməkdədir. Bali zadəganlarının himayədarlığı ilə Qəmbuh öz inkişafının ən yüksək səviyyəsinə çatır. Sonrakı dövrlərdə Holland qəsbkarları ilə mübarizə hakim dairələrin bütövlükdə incəsənətə, o cümlədən də, Qəmbuha marağını zəiflədir. Saray tamaşaları kimi meydana gəlmiş bir sıra başqa formaların getdiyi yolu təkrarlayan Qəmbuh da tamamilə yox olmamaq üçün məbədlərdə sığınacaq tapır. Qəmbuh tamaşalarında göstərilən əhvalatlar dörd əsas mənbədən qaynaqlanır:
- Öz itmiş sevgilisi Çandra Kirananı axtaran Şərqi-Yava şahzadəsi haqqında hekayələri əhatə edən Pənc silsiləsi (Yavada Pənc Vişnunun təzahürlərindən biri sayılır);
- Pənc silsiləsinin Bali versiyası Malat (burada qəhrəman Bali sahillərində gəmi qəzasına uğradıqdan sonra Bali kralının qızı ilə evlənir);
- Ranqqa Lave - Lave Ranqqanın Xəyyam Vuruk (1350-1389-cu illərdə Macapahit dövlətinin racasanaqara titullu başçısı) əley-hinə mübarizəsindən bəhs edən tarixi oçerk;
- Amad Mohammad, artıq islamlaşmış Yavada Məhəmmədin həyatından bəhs edən hekayələr.
Sonuncu adı çəkilən süjetə bu gün çox nadir hallarda müraciət olunur. Bununla belə, bu əhvalatlar Bali teatr sənətində islam təsirinin göstəriciləri kimi çıxış edir. Bu üç tamaşa nümunəsi - Qəmbuh, Vayanq Vonq və Çalonaranq - bir növ, bugünün müasir ənənələrini formalaşdırmaqda olan klassik Bali teatr sənətinin inkişaf mexanizmini sərgiləyir. Qəmbuhu da qəmelanqsız təsəvvür etmək mümkün deyil. Qəmbuh qəmelanq (Bu sözün ən düzgün transkripsiyası rus şairi K.D.Balmontun şeirindədir) tamaşanı müşayiət edən 17 musiqiçidən ibarət olur. Bura digər alətlərlə yanaşı yalnız Qəmbuh tamaşalarında istifadə olunan kenyir, kaqsi və qumanah da daxildir. Bəzi mütəxəssislər bu gün ənənə qoruyucusu kimi çıxış edən Qəmbuhun digər formalardan daha az maraq doğurmasının səbəbi kimi bu tamaşalarda rəqs və musiqinin kifayət qədər mürəkkəb olmasını göstərir. Digər səbəb dialoqların kavi (sanskritcədən tərcümədə “şair” mənasını verir; Yava, Bali və Lombok adalarının ədəbi dili olub, çoxsaylı sanskrit sözləri ilə zənginləşdirilmiş qədim yava dilinin əsasında formalaşıb) dilində aparılmasıdır. Tamaşanın manis (hərfi tərcüməsi: şirin) və keras (hərfi tərcüməsi: kobud) qruplarına ayrılan alicənab personajları kavi dilində danışır və onların dedikləri tamaşaçılar üçün müasir Bali dilinə tərcümə olunur. Həm də Qəmbuhda, Vayanq tipli tamaşalardan fərqli, komik elementlər yoxdur və o, tamaşaçılara münasibətdə daha tələbkardır. Bütün bunlarla birgə Qəmbuh miks tamaşa-rəqsdir. Onu haradasa Kathalali teatrının Bali modifikasiyası kimi də görmək və Qəmbuhu daha bəsit variant saymaq mümkündür. Burada hətta yapon teatr mədəniyyətinin təsirindən də söz salmaq olar. Bütün bunlarla birlikdə Qəmbuh məhz Balinin mədəni mühitinin yüksək cilaya məruz qoyduğu özünəxas ənənəvi teatr formasıdır.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Oxford Encyclopedia of Theatre and Performance (2003). "Gambuh". Oxford University Press. Retrieved 2011-04-26.
- Talıbzadə Aydın. Şərq teatrı tarixi. Bakı: ADMİU, 2016, s. 219-222
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qembuh X esrde Serqi Yava krallarinin saray eylencesi kimi tesekkul tapmis Bali tamasalarinin qedim formalarindan biri Qembuh tamasasindan goruntuHaqqindaQembuhun X esrde Serqi Yava krallarinin saray eylencesi kimi tesekkul tapdigi soylenilir Bali krali Udayananin Kedirili Serqi Yavada dovlet sahzade xanim Sri Qunapriya Dharmaputra ile izdivaci Bali ile Serqi Yavanin vahid dovlet seklinde birlesmesile neticelendi Bali tarixini eks etdiren lontarlardan qedimde Cenubi Asiyanin bir sira bolgelerinde kagizi evez eden material palma yarpaginda yazilmis manuskript kimi taninan lontarlar muqeddes metnlerin kocurulmesi ucun bu gun de Indoneziya erazisinde istifade olunmaqdadir biri Candra Senqkala 1007 kral Udayanin sarayinda Qembuh tamasalarinin gosterilmesi ucun bale adlanan xususi ustuortulu sehne qurasdirildigi barede melumat verir Bu gun Balide movcud olan butun saray komplekslerinde bale pa Qembuhan adlanan sehneler mocuddur Qembuh qisa sekilde basqa iki lontarda da xatirlanir Babad Dalem 1455 lontarinda Amad Mohammad haqqinda hekayenin tamasasindan danisilir Bu tamasa Macapahit imperiyasi Balini isgal etdikden sonra Bali krali teyin olunan Yava sahzadesi Sri Dalem Smara Kepakisanin maliyye desteyi ile hazirlanmisdi Panitetalaninq Qembuh 1812 lontari ise gianyarli muellimler Sabda ve Qoya hemcinin blahbatuhlu Vayan Batubulanin adlarini XIX yuzillikde Qembuhun qizil esri nin boyuk senetkarlari qisminde hallandirir Istenilen halda Qembuhun qedim reqs dram olmasi haqqinda yazili menbeler danissa da bugunku tamasalarin X esrdeki tamasalarla ne derecede eynilik teskil etmesi meselesi hellini tapmayib Qedim ritual formalarinin hele de qalmasina baxmayaraq deyisen siyasi ve medeni muhit fonunda Bali kral ailelerinin estetik zovqunu oxsamaq meqsedi ile incesenet yeni formalar teklif etmeye baslayir Bu yeni yaranan formalardan biri de Qembuh qedim Bali sozu olub qarisiq birlesdirmek kimi tercume olunur adlanan reqs dramlar oldu ki Balide sonradan yaranacaq butun tamasalarin esasini mehz onun teskil etdiyini demek olar Balide Qembuh tamasalarinin populyarlasmasi Macapahit sulalesinin zeiflediyi dovre tesaduf edir Bu tamasalar suqut etmekde olan dovletin enenelerinin qorunmasini hedefleyirdi Hemcinin Qembuh Bali teatr medeniyyetine yeni tamasa dili getirdi ki Topenq maska ve Arca opera tamasalarinda onun elementleri gorunmekdedir Bali zadeganlarinin himayedarligi ile Qembuh oz inkisafinin en yuksek seviyyesine catir Sonraki dovrlerde Holland qesbkarlari ile mubarize hakim dairelerin butovlukde incesenete o cumleden de Qembuha maragini zeifledir Saray tamasalari kimi meydana gelmis bir sira basqa formalarin getdiyi yolu tekrarlayan Qembuh da tamamile yox olmamaq ucun mebedlerde siginacaq tapir Qembuh tamasalarinda gosterilen ehvalatlar dord esas menbeden qaynaqlanir Oz itmis sevgilisi Candra Kiranani axtaran Serqi Yava sahzadesi haqqinda hekayeleri ehate eden Penc silsilesi Yavada Penc Visnunun tezahurlerinden biri sayilir Penc silsilesinin Bali versiyasi Malat burada qehreman Bali sahillerinde gemi qezasina ugradiqdan sonra Bali kralinin qizi ile evlenir Ranqqa Lave Lave Ranqqanin Xeyyam Vuruk 1350 1389 cu illerde Macapahit dovletinin racasanaqara titullu bascisi eley hine mubarizesinden behs eden tarixi ocerk Amad Mohammad artiq islamlasmis Yavada Mehemmedin heyatindan behs eden hekayeler Sonuncu adi cekilen sujete bu gun cox nadir hallarda muraciet olunur Bununla bele bu ehvalatlar Bali teatr senetinde islam tesirinin gostericileri kimi cixis edir Bu uc tamasa numunesi Qembuh Vayanq Vonq ve Calonaranq bir nov bugunun muasir enenelerini formalasdirmaqda olan klassik Bali teatr senetinin inkisaf mexanizmini sergileyir Qembuhu da qemelanqsiz tesevvur etmek mumkun deyil Qembuh qemelanq Bu sozun en duzgun transkripsiyasi rus sairi K D Balmontun seirindedir tamasani musayiet eden 17 musiqiciden ibaret olur Bura diger aletlerle yanasi yalniz Qembuh tamasalarinda istifade olunan kenyir kaqsi ve qumanah da daxildir Bezi mutexessisler bu gun enene qoruyucusu kimi cixis eden Qembuhun diger formalardan daha az maraq dogurmasinin sebebi kimi bu tamasalarda reqs ve musiqinin kifayet qeder murekkeb olmasini gosterir Diger sebeb dialoqlarin kavi sanskritceden tercumede sair menasini verir Yava Bali ve Lombok adalarinin edebi dili olub coxsayli sanskrit sozleri ile zenginlesdirilmis qedim yava dilinin esasinda formalasib dilinde aparilmasidir Tamasanin manis herfi tercumesi sirin ve keras herfi tercumesi kobud qruplarina ayrilan alicenab personajlari kavi dilinde danisir ve onlarin dedikleri tamasacilar ucun muasir Bali diline tercume olunur Hem de Qembuhda Vayanq tipli tamasalardan ferqli komik elementler yoxdur ve o tamasacilara munasibetde daha telebkardir Butun bunlarla birge Qembuh miks tamasa reqsdir Onu haradasa Kathalali teatrinin Bali modifikasiyasi kimi de gormek ve Qembuhu daha besit variant saymaq mumkundur Burada hetta yapon teatr medeniyyetinin tesirinden de soz salmaq olar Butun bunlarla birlikde Qembuh mehz Balinin medeni muhitinin yuksek cilaya meruz qoydugu ozunexas enenevi teatr formasidir Hemcinin baxCalon AranqXarici kecidlerIstinadlarOxford Encyclopedia of Theatre and Performance 2003 Gambuh Oxford University Press Retrieved 2011 04 26 Talibzade Aydin Serq teatri tarixi Baki ADMIU 2016 s 219 222