Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur.
Pənah xan Makinski | |
---|---|
Pənah xan Süleyman xan oğlu Makinski | |
Doğum tarixi | XIX əsrin I yarısı |
Doğum yeri | İrəvan şəhəri, Rusiya imperiyası |
Vəfat yeri | Bilinmir |
Dəfn yeri | Bilinmir |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | Azərbaycanlı |
Dini | Şiə İslam |
Fəaliyyəti | Xeyriyyəçilik Maarifçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur.
Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur. İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi. Pənah xan və digər irəvanlı ziyalılar dövlətə müraciət edib, Azərbaycan türkləri üçün məktəb açılmasını istəsələr də müsbət cavab ala bilmirlər. Bundan sonra 1898-ci il martın 29-da Göy Məsciddə toplanan 104 nəfər məktəbi özləri açmaq qərarına gəlirlər və bunun üçün 14 nəfərlik komissiya seçirlər. Əliqulu xan İrəvanskinin rəhbərlik etdiyi komissiyaya Pənah xan da daxil edilir. Komissiya üzvləri məktəbin işlərinə nəzarət etməli və hər biri ən azı həftədə 3 saat məktəbdə olmalı idilər. Məktəbin maliyyələşdirilməsi də bu şəxslərin üstünə düşdüyündən bunun üçün ayrıca cədvəl tutulur. Cədvəldən aydın görünür ki, Abbasqulu xan İrəvanski hər il 50 manat, Pənah xan Makinski də 50 manat, qalan 17 nəfərin hərəsi 25, 31 nəfərin hərəsi 15, 54 nəfərin hər biri 10 manat vermişlər. Pənah xan 1905–1907-ci illər Erməni-Müsəlman qırğınlarında ziyan çəkmiş irəvanlı soydaşlarına yardım etmək üçün aksiyalar təşkil ettmiş, toplanmış pulları ziyan görmüş şəxslərə paylamışdır.
Evi
Pənah xan tərəfindən tikdirilmiş ev və ya imarət İrəvanın Azərbaycan türklərinə sahib olan tarixi memarlıq abidələrindən biri olmuşdur. Bir zamanlar dövlət əhəmiyyətli memarlıq abidəsi olan bu ev 1960–1970-ci illərdə baxımsızlıqdan məhv olmaq həddinə çatmışdır. Hal-hazırkı vəziyyəti bəlli deyil. Bu evdə Çar Rusiyası zamanı İrəvan azərbaycanlılarının mühüm görüşləri keçirilmiş, xeyli sayda teatr tamaşaları təşkil edilmişdir. Pənah xan Makinskinin evinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.
Ailəsi
Atası Süleyman xan Rusiya İmperator Ordusunda xidmət etmişdir. Əli xan adlı oğlu olmuş və o, Taci xanımla evlənmişdir. Bu evlilikdən Süleyman xan, Tamara xanım, Səltənət xanım, Dövlə xanım adlı qızlar dünyaya gəlmişdir. Pənah xanın Əli xandan olma törəmələri Sovet hakimiyyəti dövründə təqiblərə məruz qalmışdır.
Həmçinin bax
İstinadlar
- Çingizoğlu, 2011. səh. 4
- Çingizoğlu, 2011. səh. 5
- Hacı Həsənov. XIX Əsrin Ortaları – XX Əsrin Əvvəllərində İrəvan Quberniyasında İnzibati-Ərazi Bölgüsü və Etnodemoqrafik Proseslərə Dair. Akademik Tarih ve Düşünce Dergisi. 2022. səh. 961.
- Mədəniyyət Nazirliyi. "İrəvan Dövlət Azərbaycan Dram Teatri". azteatr.musigi-dunya.az. 2012. İstifadə tarixi: 27 February 2023.
- İlham Rəhimli. "İrəvan Dövlət Azərbaycan Teatrı: 1882 - 1927-ci illərdə". 525-ci qəzet. 1 March 2017. 27 February 2023 tarixində . İstifadə tarixi: 27 February 2023.
- Mustafa, 2020. səh. 180
- İbrahim Bayramov. "İRƏVANDA PEDAQOJİ TƏHSİL TARİXİNDƏN" (PDF). as-journal.edu.az. 2022. 2022-06-27 tarixində (PDF). İstifadə tarixi: 27 fevral 2023.
- Mustafa, 2020. səh. 8
- "Архитектура Иревана". www.virtualkarabakh.az. 2014. 27 February 2023 tarixində . İstifadə tarixi: 27 February 2023.
- "Предисловие". iravan.preslib.az. 2016. 14 June 2021 tarixində . İstifadə tarixi: 27 February 2023.
- "Светская архитектура средневековой Эривани (27 ФОТО)". azerhistory.com. 2012. 27 February 2023 tarixində . İstifadə tarixi: 27 February 2023.
Mənbə
- Nazim Mustafa. İrəvan şəhəri (PDF). Bakı: Red N Line. 2020. ISBN .
- Ənvər Çingizoğlu. Makinskilər (PDF). Bakı: Soy. 2011.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Penah xan Makinski meshur Makinskiler ailesinin uzvu Maku xanlari nesline mensub Irevan seherinin meshur beylerinden biri O Irevan seher Dumasinin deputati kollej musaviri kimi vezifelerde calismis ve seherde xeyriyyecilikle mesgul olmusdur Penah xan MakinskiPenah xan Suleyman xan oglu MakinskiDogum tarixi XIX esrin I yarisiDogum yeri Irevan seheri Rusiya imperiyasiVefat yeri BilinmirDefn yeri BilinmirVetendasligi Rusiya ImperiyasiMilliyyeti AzerbaycanliDini Sie IslamFealiyyeti Xeyriyyecilik Maarifcilik Vikianbarda elaqeli mediafayllarHeyatiMaku xani Ehmed xan oglu Huseyn xandan olma nevesi olan Ehmed xan Qacar imperiyasindan Rusiya imperiyasina koc etmis ve Irevan seherinde meskunlasmisdir Bundan sonra aile hem de Makinskiler adlandirilmaga baslamisdir Ehmed xanin oglu Suleyman xan 1819 1862 Penah xanin atasidir Belelikle Penah xan mensece Oguzlarin Bayat tayfasina mensub olmaqla birlikde Maku xanlari ailesine mensubdur Penah xan ibtidai tehsilini molla yaninda almis daha sonra seher mekttebini ve gimnaziyani bitirmisdir Bir qeder sonra Irevan seher dumasindaki azsayli muselman deputatlardan biri olmusdur Irevan seherinin sosial heyatinda aktiv rol oynamis xeyriyyecilikle ve maarifcilikle mesgul olmusdur XX esrin evvellerinden baslayaraq azerbaycanli teatr heveskarlarinin Irevan seherinde tamasalar ucun toplandiqlari mekanlardan biri de Penah xan Makinskinin evi olmusdur Hemin tamasalarin arasinda Mirze Feteli Axundzadenin Musyo Jordan ve dervis Mesteli sah 1901 1903 1904 1905 1906 Qirt qirt 1900 1903 Tamahkarilq dusmen qazanir 1903 1905 1906 Necef bey Vezirovun Haci Qenber 1904 1908 Ev terbiyesinin bir sekli 1905 1906 1908 Rustem xanin Eqdi bimehebbet 1906 Namiq Kamalin Veten 1908 Ebdurrehim bey Haqverdiyevin Bextsiz cavan 1909 1910 pyesleri var idi Penah xan ve diger irevanli ziyalilar dovlete muraciet edib Azerbaycan turkleri ucun mekteb acilmasini isteseler de musbet cavab ala bilmirler Bundan sonra 1898 ci il martin 29 da Goy Mescidde toplanan 104 nefer mektebi ozleri acmaq qerarina gelirler ve bunun ucun 14 neferlik komissiya secirler Eliqulu xan Irevanskinin rehberlik etdiyi komissiyaya Penah xan da daxil edilir Komissiya uzvleri mektebin islerine nezaret etmeli ve her biri en azi heftede 3 saat mektebde olmali idiler Mektebin maliyyelesdirilmesi de bu sexslerin ustune dusduyunden bunun ucun ayrica cedvel tutulur Cedvelden aydin gorunur ki Abbasqulu xan Irevanski her il 50 manat Penah xan Makinski de 50 manat qalan 17 neferin heresi 25 31 neferin heresi 15 54 neferin her biri 10 manat vermisler Penah xan 1905 1907 ci iller Ermeni Muselman qirginlarinda ziyan cekmis irevanli soydaslarina yardim etmek ucun aksiyalar teskil ettmis toplanmis pullari ziyan gormus sexslere paylamisdir EviPenah xan terefinden tikdirilmis ev ve ya imaret Irevanin Azerbaycan turklerine sahib olan tarixi memarliq abidelerinden biri olmusdur Bir zamanlar dovlet ehemiyyetli memarliq abidesi olan bu ev 1960 1970 ci illerde baximsizliqdan mehv olmaq heddine catmisdir Hal hazirki veziyyeti belli deyil Bu evde Car Rusiyasi zamani Irevan azerbaycanlilarinin muhum gorusleri kecirilmis xeyli sayda teatr tamasalari teskil edilmisdir Penah xan Makinskinin evinin yerlesdiyi erazi ise son vaxtlaradek Penah xan meydani ve yaxud Penah xan bulvari adlanirdi AilesiAtasi Suleyman xan Rusiya Imperator Ordusunda xidmet etmisdir Eli xan adli oglu olmus ve o Taci xanimla evlenmisdir Bu evlilikden Suleyman xan Tamara xanim Seltenet xanim Dovle xanim adli qizlar dunyaya gelmisdir Penah xanin Eli xandan olma toremeleri Sovet hakimiyyeti dovrunde teqiblere meruz qalmisdir Hemcinin baxMakinskilerIstinadlarCingizoglu 2011 seh 4 Cingizoglu 2011 seh 5 Haci Hesenov XIX Esrin Ortalari XX Esrin Evvellerinde Irevan Quberniyasinda Inzibati Erazi Bolgusu ve Etnodemoqrafik Proseslere Dair Akademik Tarih ve Dusunce Dergisi 2022 seh 961 Medeniyyet Nazirliyi Irevan Dovlet Azerbaycan Dram Teatri azteatr musigi dunya az 2012 Istifade tarixi 27 February 2023 Ilham Rehimli Irevan Dovlet Azerbaycan Teatri 1882 1927 ci illerde 525 ci qezet 1 March 2017 27 February 2023 tarixinde Istifade tarixi 27 February 2023 Mustafa 2020 seh 180 Ibrahim Bayramov IREVANDA PEDAQOJI TEHSIL TARIXINDEN PDF as journal edu az 2022 2022 06 27 tarixinde PDF Istifade tarixi 27 fevral 2023 Mustafa 2020 seh 8 Arhitektura Irevana www virtualkarabakh az 2014 27 February 2023 tarixinde Istifade tarixi 27 February 2023 Predislovie iravan preslib az 2016 14 June 2021 tarixinde Istifade tarixi 27 February 2023 Svetskaya arhitektura srednevekovoj Erivani 27 FOTO azerhistory com 2012 27 February 2023 tarixinde Istifade tarixi 27 February 2023 MenbeNazim Mustafa Irevan seheri PDF Baki Red N Line 2020 ISBN 978 9952 37 473 5 Enver Cingizoglu Makinskiler PDF Baki Soy 2011