Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir.
Pulcuqluqanadlılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Pulcuqluqanadlılar | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici quruluşu
Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur. Hər bir faset ayrılıqda əşyanın, ancaq bir hissəsini görür. Ümumilikdə isə mürəkkəb mozaik təsvir alınır. Kəpənəklərin ağız aparatı- çiçəklərdən nektar, su, ağaclardan axan şirəni və b. mayeni sormağa uyğunlaşmış uzun xortumcuqdan ibarətdir. O, güclü şəkildə uzanaraq boruya çevrilmiş alt dodaqlardan əmələ gəlmişdir. Sakit vəziyyətdə spiralvari yığılır. Bəzi fəsilələrin nümayəndələrində (Lasiocampidae, Lymantriidae, Saturniidae və b.) xortumcuq reduksiyaya uğramışdır. İbtidai kəpənəklərin çox az növlü yalnız bir fəsiləsində (Micropterygidae-dişli ilkin güvələr) kəpənəklərin ağız aparatı-tırtıllarda olduğu kimi, gəmirici tipdədir. Ümumilikdə kəpənəklərin başı xırda olub, gövdədən xeyli kiçikdir. Bədənin növbəti şöbəsi-üzərində 2 cüt qanad və 3 cüt ayaq olan döşdür. Qanadlar uçmağa, ayaqlar isə substrat üzərində hərəkətə xidmət edir. Bədənə nisbətən qanadları çox böyükdür, pərdəlidir, qanad lövhəsinə sərtlik verən damarları vardır. Hər bir fəsilənin öz damarlanma tipi vardır ki, bu da sistematikada böyük əhəmiyyət kəsb edir. Qanadların və bədənin bütün səthi, şəffaf xitindən müxtəlif formalı sıxlaşmış tükcüklərdən ibarət olan və içərisində rəngi müəyyənləşdirən müxtəlif rəngli piqment dənəcikləri olan pulcuqlarla örtülmüşdür. Elə növlər vardır ki, pulcuqlu örtük zəif ifadə olunmuşdur; bunun nəticəsində qanadlar şəffaf və ya yarımşəffaf olur. Qanadların forması da çox rəngarəngdir. Bir qayda olaraq, qabaq qanadlar arxa qanadlardan böyük olur və onların arasındakı müxtəlif konstruksiyalı qarmaqlar uçuş zamanı sol və sağ cütü vahid səth şəklinə salır. Ayaqların hər 3 cütü bir sıra buğumlardan ibarətdir və yeriş tiplidir. Onlar 5 buğumlu çanaq, burma, bud, baldır və pəncədən ibarətdir. Bəzən ayaqların qabaq cütü tam inkişaf etmir, o zaman ayaqların müxtəlif cütlərində buğumların sayı eyni olmur. Bir qayda olaraq, baldırda bir-iki cüt mahmız və tikan olur. Döş üç seqmentə bölünür, hər seqmentin üzərində bir cüt ayaq olur. Qanadlar isə ikinci və üçüncü seqmentlərə birləşir. Bel tərəfdən ikinci seqmentə tequllar da birləşir. Bunlar qabaq qanadların əsasını örtən, pulcuq və tükcüklərlə sıx örtülmüş cüt törəmələrdir.
Çoxalması və inkişafı
Bütün kəpənəklər ayrıcinsli olub, cinsi yolla çoxalıllar. Partenogenez çox nadir hallarda müşahidə edilir. fərdlərə isə nadir halda rast gəlinir. Kəpənəklərin çoxalması yumurta vasitəsilə baş verir. Cütləşmədən tezliklə sonra (bir neçə saat və ya bir neçə gün) və ya bir neçə ay keçdikdən sonra yumurtaqoyma baş verir; özü də bütün hallarda yumurta tırtılın yem substratına, ya da onun bilavasitə yaxınlığında torpağa qoyulur. Bəzi növləri bütün yumurtaları birdən, topa halında qoyur, başqaları bir neçə ədəd halında bitkiyə və ya torpağa səpələyir. Yumurtalar formaca müxtəlifdir (dairəvi, oval, uzunsov, çəlləkvari, yarımkürəvi və s.) bərk qabıqla (xorionom) örtülmüşdür. Qabıq müxtəlif rənglərdə, səthi isə müxtəlif quruluşda olur. BU əlamətlərə görə ayrı-ayrı növləri fərqləndirmək olar. İldə bir neçə nəsil verən növlərdə yumurta fazası qısadır (bir neçə gün), başqalarında isə daha uzunmüddətlidir. İnkişafı tam çevrilmə ilə gedən böcəklər Holometabola qrupuna aiddirlər. Holometamorfozun fazaları-yumurta, sürfə (və ya tırtıl), pup və yetkin fərddir. Kəpənəklər kimi, sürfələrin də bədən forması və rəngi çox müxtəlifdir. Onların rəngi qoruyucu və ya qorxuducu olur. Bədənin səthi çılpaq, hamardır, ya da az və ya çox dərəcədə sıx, uzun və ya gödək tükcüklərlə, qıllarla, tikanlarla, bəzən isə iri, sərt, qılıncşəkilli şişginliklə örtülmüşdür. Tırtıllarda 3 cüt buğumlu döş ayaqları və 5 cüt yalançı qarın ayaqları vardır. Döş ayaqlarının sayı daimdir, ancaq qarın ayaqları 2 cütə qədər azala bilər; 5 cütdən çox isə heç vaxt olmur. Ağız aparatı gəmirici tiplidir, bəzən o gədər güclü olur ki, möhkəm palıd, qoz və ya cökə oduncağını gəmirir (ağacyonanlar fəsiləsi). Əksər hallarda tırtıllar açıq yaşayır, ancaq gecə qidalanaraq, gündüz müxtəlif sığınacaqlarda gizlənən növlər də vardır (bir çox haflar, sovkalar, satirlər və ipəksarıyanlar). Bəziləri müxtəlif materiallardan-quru yarpaq, budaq gəmirtiləri, qum dənələri, xırda daşlar, tük lifləri və s.-dən istifadə edərək içəridən ipək liflərlə bərkidilmiş evciklər və ya örtüklər tikib, bunun içində yaşayırlar. Özu də evciyin materialı və "arxitekturası" hər bir növdə özunəməxsus olub, növün müəyyənləşdirilməsi üçün mühüm əlamətlərdən sayılır. Böyük əksəriyyətində 20–45 gündən 2–3 ilədək çəkən inkişafını bitirdikdən və 4–6 dəfə qabıq qoyduqdan sonra tırtıllar qısamüddətli (2–3 gündən artıq olmayaraq) pupqabağı mərhələyə düşürlər. Bu müddətdə onlar qidalanmır, ölçüləri kiçilir, bağırsaqları ekskrementlərdən tamamilə təmizlənir və tırtıl qabığını ataraq pupa çevrilir. Pupların bədən forması da rəngarəngdir-çəlləkvarı, iyvarı, bucaqlı, silindrik və s. Bir qayda olaraq, onlar qəhvəyi və ya tünd qəhvəyi, bəzən boz və ya yaşıl, xallı olur. Bəzən onların bədəni tük dəstələri və ya parlaq metallik xallarla örtülü olur. Pupun arxa hissəsinin, yəni kəpənəyin qarıncığına uyğun olan hissənin ucunda itiləşmə-kremaster yerləşir. Onun forması və üzərindəki qarmaqlarla tikanların vəziyyəti sistematik əhəmiyyət daşıyır. Pup qidalanmır, hərəkətsiz uzanır, yalnız hərdənbir qarın hissəsini o tərəf-bu tərəfə əyə bilir. İldə bir neçə nəsil verən növlərdə pup fazası qısa olub, 10–15 gün çəkir (çəmən pərvanəsi, pambıq sovkası), ancaq elə növlər də vardır ki, onların pup fazası bir neçə aydan bir ilə qədər və daha çox davam edir. Pupdan yenicə çıxmış kəpənəyin qanadları yumşaq, gövdəsi isə böyük olur. Qanad damarları boş borucuqlardan ibarətdir. Budağa, ot üzərinə və s. çıxan kəpənək qanadlarını çalmağa başlayır və onlar sanki göz önündə "böyüyür". Bu, onun hesabına baş verir ki, gövdədən damarlara hemolimfa (qan) vurulur, çətir milləri çətirin parçasını açdığı kimi, damarlar da qanadları dartıb açır. Bu proses bir saata yaxın (bəzən daha tez) davam edir. Qanadlar adi ölçüsünü alır, quruyur, bərkiyir, istifadə olunmamış maye bədəndən xaric edilir, gövdə kiçilir və kəpənək uçmağa hazır olur. Kəpənəyin pupdan uçması ilə bu həşərat dəstəsinin metamorfozu başa çatır.
Təsnifatı
Müasir təsnifata görə Kəpənəklər dəstəsi (Lepidoptera) üç yarımdəstəyə bölünür: Çənəlilər (Laciniata), Bərabərqanadlılar (Jugata), Müxtəlifqanadlılar (Frenata). Gün ərzində fəallıq zamanına görə gündüz və gecə kəpənəkləri ayırd edilir. Bundan başqa, əvvəllər onları iki qrupa-Macrolepidoptera və Microlepidoptera (iri və kiçik) da ayırırdılar, Ancaq bu bölgü süni olub sistematikada heç bir əhəmiyyət daşımır. Azərbaycanda, öyrənilmə dərəcəsi heç də eyni olmayan 82 pulcuqqanad fəsiləsinə rast gəlinir. Bu gün üçün haqqında daha tam məlumat olan fəsilələr-sancaqbığlılar (8 fəsilə, 220-dən artıq növ), sovkalar (1 fəsilə, 716 növ) və bir sıra gecə kəpənəkləridir.
Təbiətdə rolu
Bilavasitə ziyan, ancaq tırtıllar tərəfindən vurulur, kəpənəklərin özləri zərər vermir. Əksinə, çiçəkləri, bitkiləri tozlandırmaqla, onlar fayda verirlər, Ancaq elələri də vardır ki, ümumiyyətlə qidalanmır və tozlanmada iştirak etmir, əvəzində onların tırtılları kütləvi şəkildə çoxalaraq bütöv meşə massivlərini və meyvə bağlarını çılpaq qoyur. Kəpənəklər arasında şübhəsiz, faydalı növlər də vardır. Bunlardan, heç nə ilə əvəz edilməyən təbii ipək verən tut ipəkqurdudu, eləcə də tırtılları yazda tək ipəksarıyanın yumurtalarını yeyən, geniş yayılmış yalançı əlvanqanadı (Syntomis phegea L.) göstərmək olar.
Şəkillər
Həmçinin bax
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- "Arxivlənmiş surət". 2022-08-26 tarixində . İstifadə tarixi: 2018-10-25.
- "Arxivlənmiş surət" (PDF). 2021-05-08 tarixində (PDF). İstifadə tarixi: 2018-10-25.
- "Arxivlənmiş surət". 2022-05-03 tarixində . İstifadə tarixi: 2018-10-25.
- . 2018-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-25.
- "Arxivlənmiş surət". 2022-03-07 tarixində . İstifadə tarixi: 2018-10-25.
- "Arxivlənmiş surət". 2022-07-26 tarixində . İstifadə tarixi: 2018-10-25.
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. II cild. Bakı: "Elm",2004; səh. 199–261
Xarici keçidlər
- kəpənəklər
- Sevimli canlılar — Colias kəpənəyi haqqında bilmədiklərimiz
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pulcuqluqanadlilar lat Lepidoptera heyvanlar aleminin bugumayaqlilar tipinin heseratlar sinfine aid heyvan destesi Melum novlerin sayina gore kepenekler boceklerden sonra ikinci yeri tutur Kepenekler olcusune rengine ve heyat terzine gore hedden artiq muxtelifdir PulcuqluqanadlilarElmi tesnifatDomen EukariotlarRanqsiz AmorpheaRanqsiz Ranqsiz Ranqsiz Ranqsiz FilozoaAlem HeyvanlarYarimalem EumetazoylarKlad Klad IkitereflisimmetriyalilarKlad Ranqsiz IlkagizlilarTipustu TuleyenlerRanqsiz PanarthropodaRanqsiz Tip BugumayaqlilarKlad Yarimtip AltiayaqlilarSinif HeseratlarRanqsiz Yarimsinif QanadlilarBudaq Infrasinif YeniqanadlilarRanqsiz Ranqsiz Tam cevrilme ile inkisaf eden heseratlarDesteustu Ranqsiz Deste PulcuqluqanadlilarBeynelxalq elmi adiLepidoptera L 1758Sekil axtarisiITIS 117232NCBI 7088EOL 747FW 71428Xarici qurulusuKepeneklerin bedeni butun diger heseratlar kimi uc esas hisseden ibaretdir bas dos ve qarinciq Bigciqlari ve ya antenalari qilsekilli sapsekilli daraqsekilli iynesekilli leleksekilli ve s formada olub duygu orqanlari rolunu oynayir Erkeklerin bigciqlari disilere nisbeten daha cox inkisaf etmisdir coxbugumludur ve basda gozlerin ustunde yerlesmisdir Kepeneklerin gozleri iki tipdedir basin yanlarinda bir cut iri faset goz ve tepede sade gozcukler Faset gozler coxlu fasetlerden her biri kicik ayrica goze ommatidiye uygun gelen ve buynuz qisadan bullur konusdan bir deste gorme cubugundan ibaret olan altibucaqli sahelerden teskil olunmusdur Her bir faset ayriliqda esyanin ancaq bir hissesini gorur Umumilikde ise murekkeb mozaik tesvir alinir Kepeneklerin agiz aparati ciceklerden nektar su agaclardan axan sireni ve b mayeni sormaga uygunlasmis uzun xortumcuqdan ibaretdir O guclu sekilde uzanaraq boruya cevrilmis alt dodaqlardan emele gelmisdir Sakit veziyyetde spiralvari yigilir Bezi fesilelerin numayendelerinde Lasiocampidae Lymantriidae Saturniidae ve b xortumcuq reduksiyaya ugramisdir Ibtidai kepeneklerin cox az novlu yalniz bir fesilesinde Micropterygidae disli ilkin guveler kepeneklerin agiz aparati tirtillarda oldugu kimi gemirici tipdedir Umumilikde kepeneklerin basi xirda olub govdeden xeyli kicikdir Bedenin novbeti sobesi uzerinde 2 cut qanad ve 3 cut ayaq olan dosdur Qanadlar ucmaga ayaqlar ise substrat uzerinde herekete xidmet edir Bedene nisbeten qanadlari cox boyukdur perdelidir qanad lovhesine sertlik veren damarlari vardir Her bir fesilenin oz damarlanma tipi vardir ki bu da sistematikada boyuk ehemiyyet kesb edir Qanadlarin ve bedenin butun sethi seffaf xitinden muxtelif formali sixlasmis tukcuklerden ibaret olan ve icerisinde rengi mueyyenlesdiren muxtelif rengli piqment denecikleri olan pulcuqlarla ortulmusdur Ele novler vardir ki pulcuqlu ortuk zeif ifade olunmusdur bunun neticesinde qanadlar seffaf ve ya yarimseffaf olur Qanadlarin formasi da cox rengarengdir Bir qayda olaraq qabaq qanadlar arxa qanadlardan boyuk olur ve onlarin arasindaki muxtelif konstruksiyali qarmaqlar ucus zamani sol ve sag cutu vahid seth sekline salir Ayaqlarin her 3 cutu bir sira bugumlardan ibaretdir ve yeris tiplidir Onlar 5 bugumlu canaq burma bud baldir ve penceden ibaretdir Bezen ayaqlarin qabaq cutu tam inkisaf etmir o zaman ayaqlarin muxtelif cutlerinde bugumlarin sayi eyni olmur Bir qayda olaraq baldirda bir iki cut mahmiz ve tikan olur Dos uc seqmente bolunur her seqmentin uzerinde bir cut ayaq olur Qanadlar ise ikinci ve ucuncu seqmentlere birlesir Bel terefden ikinci seqmente tequllar da birlesir Bunlar qabaq qanadlarin esasini orten pulcuq ve tukcuklerle six ortulmus cut toremelerdir Coxalmasi ve inkisafiButun kepenekler ayricinsli olub cinsi yolla coxalillar Partenogenez cox nadir hallarda musahide edilir ferdlere ise nadir halda rast gelinir Kepeneklerin coxalmasi yumurta vasitesile bas verir Cutlesmeden tezlikle sonra bir nece saat ve ya bir nece gun ve ya bir nece ay kecdikden sonra yumurtaqoyma bas verir ozu de butun hallarda yumurta tirtilin yem substratina ya da onun bilavasite yaxinliginda torpaga qoyulur Bezi novleri butun yumurtalari birden topa halinda qoyur basqalari bir nece eded halinda bitkiye ve ya torpaga sepeleyir Yumurtalar formaca muxtelifdir dairevi oval uzunsov cellekvari yarimkurevi ve s berk qabiqla xorionom ortulmusdur Qabiq muxtelif renglerde sethi ise muxtelif qurulusda olur BU elametlere gore ayri ayri novleri ferqlendirmek olar Ilde bir nece nesil veren novlerde yumurta fazasi qisadir bir nece gun basqalarinda ise daha uzunmuddetlidir Inkisafi tam cevrilme ile geden bocekler Holometabola qrupuna aiddirler Holometamorfozun fazalari yumurta surfe ve ya tirtil pup ve yetkin ferddir Kepenekler kimi surfelerin de beden formasi ve rengi cox muxtelifdir Onlarin rengi qoruyucu ve ya qorxuducu olur Bedenin sethi cilpaq hamardir ya da az ve ya cox derecede six uzun ve ya godek tukcuklerle qillarla tikanlarla bezen ise iri sert qilincsekilli sisginlikle ortulmusdur Tirtillarda 3 cut bugumlu dos ayaqlari ve 5 cut yalanci qarin ayaqlari vardir Dos ayaqlarinin sayi daimdir ancaq qarin ayaqlari 2 cute qeder azala biler 5 cutden cox ise hec vaxt olmur Agiz aparati gemirici tiplidir bezen o geder guclu olur ki mohkem palid qoz ve ya coke oduncagini gemirir agacyonanlar fesilesi Ekser hallarda tirtillar aciq yasayir ancaq gece qidalanaraq gunduz muxtelif siginacaqlarda gizlenen novler de vardir bir cox haflar sovkalar satirler ve ipeksariyanlar Bezileri muxtelif materiallardan quru yarpaq budaq gemirtileri qum deneleri xirda daslar tuk lifleri ve s den istifade ederek iceriden ipek liflerle berkidilmis evcikler ve ya ortukler tikib bunun icinde yasayirlar Ozu de evciyin materiali ve arxitekturasi her bir novde ozunemexsus olub novun mueyyenlesdirilmesi ucun muhum elametlerden sayilir Boyuk ekseriyyetinde 20 45 gunden 2 3 iledek ceken inkisafini bitirdikden ve 4 6 defe qabiq qoyduqdan sonra tirtillar qisamuddetli 2 3 gunden artiq olmayaraq pupqabagi merheleye dusurler Bu muddetde onlar qidalanmir olculeri kicilir bagirsaqlari ekskrementlerden tamamile temizlenir ve tirtil qabigini ataraq pupa cevrilir Puplarin beden formasi da rengarengdir cellekvari iyvari bucaqli silindrik ve s Bir qayda olaraq onlar qehveyi ve ya tund qehveyi bezen boz ve ya yasil xalli olur Bezen onlarin bedeni tuk desteleri ve ya parlaq metallik xallarla ortulu olur Pupun arxa hissesinin yeni kepeneyin qarincigina uygun olan hissenin ucunda itilesme kremaster yerlesir Onun formasi ve uzerindeki qarmaqlarla tikanlarin veziyyeti sistematik ehemiyyet dasiyir Pup qidalanmir hereketsiz uzanir yalniz herdenbir qarin hissesini o teref bu terefe eye bilir Ilde bir nece nesil veren novlerde pup fazasi qisa olub 10 15 gun cekir cemen pervanesi pambiq sovkasi ancaq ele novler de vardir ki onlarin pup fazasi bir nece aydan bir ile qeder ve daha cox davam edir Pupdan yenice cixmis kepeneyin qanadlari yumsaq govdesi ise boyuk olur Qanad damarlari bos borucuqlardan ibaretdir Budaga ot uzerine ve s cixan kepenek qanadlarini calmaga baslayir ve onlar sanki goz onunde boyuyur Bu onun hesabina bas verir ki govdeden damarlara hemolimfa qan vurulur cetir milleri cetirin parcasini acdigi kimi damarlar da qanadlari dartib acir Bu proses bir saata yaxin bezen daha tez davam edir Qanadlar adi olcusunu alir quruyur berkiyir istifade olunmamis maye bedenden xaric edilir govde kicilir ve kepenek ucmaga hazir olur Kepeneyin pupdan ucmasi ile bu heserat destesinin metamorfozu basa catir TesnifatiMuasir tesnifata gore Kepenekler destesi Lepidoptera uc yarimdesteye bolunur Ceneliler Laciniata Beraberqanadlilar Jugata Muxtelifqanadlilar Frenata Gun erzinde fealliq zamanina gore gunduz ve gece kepenekleri ayird edilir Bundan basqa evveller onlari iki qrupa Macrolepidoptera ve Microlepidoptera iri ve kicik da ayirirdilar Ancaq bu bolgu suni olub sistematikada hec bir ehemiyyet dasimir Azerbaycanda oyrenilme derecesi hec de eyni olmayan 82 pulcuqqanad fesilesine rast gelinir Bu gun ucun haqqinda daha tam melumat olan fesileler sancaqbiglilar 8 fesile 220 den artiq nov sovkalar 1 fesile 716 nov ve bir sira gece kepenekleridir Tebietde roluBilavasite ziyan ancaq tirtillar terefinden vurulur kepeneklerin ozleri zerer vermir Eksine cicekleri bitkileri tozlandirmaqla onlar fayda verirler Ancaq eleleri de vardir ki umumiyyetle qidalanmir ve tozlanmada istirak etmir evezinde onlarin tirtillari kutlevi sekilde coxalaraq butov mese massivlerini ve meyve baglarini cilpaq qoyur Kepenekler arasinda subhesiz faydali novler de vardir Bunlardan hec ne ile evez edilmeyen tebii ipek veren tut ipekqurdudu elece de tirtillari yazda tek ipeksariyanin yumurtalarini yeyen genis yayilmis yalanci elvanqanadi Syntomis phegea L gostermek olar SekillerHemcinin baxAlaca cins IstinadlarIntegrated Taxonomic Information System ing 2005 Arxivlenmis suret 2022 08 26 tarixinde Istifade tarixi 2018 10 25 Arxivlenmis suret PDF 2021 05 08 tarixinde PDF Istifade tarixi 2018 10 25 Arxivlenmis suret 2022 05 03 tarixinde Istifade tarixi 2018 10 25 2018 11 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 10 25 Arxivlenmis suret 2022 03 07 tarixinde Istifade tarixi 2018 10 25 Arxivlenmis suret 2022 07 26 tarixinde Istifade tarixi 2018 10 25 EdebiyyatAzerbaycanin heyvanlar alemi II cild Baki Elm 2004 seh 199 261Xarici kecidlerkepenekler Sevimli canlilar Colias kepeneyi haqqinda bilmediklerimizHemcinin bax