Pera Plaza — İstanbulun Bəyoğlu ilçəsində yerləşən muzey və otel. Otelin tikintisi 1892-ci ildə başlanıb 1895-ci ildə isə bitib.
Pera Plaza | |
---|---|
Pera Palas | |
Ümumi məlumatlar | |
Növü | otel |
Memarlıq üslubu | modern |
Yerləşmə | Bəyoğlu, İstanbul |
Ölkə | Türkiyə |
Koordinatlar | |
Tikintisinin başlaması | 1892 |
Tamamlanıb | 1895 |
Veb-sayt | |
perapalas.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Otel Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır.
Bərpa üçün 2006-cı ildə bağlanıb 1 sentyabr 2010-cu ildə yenidən istifadəyə verilmişdir.
Tarixi
Pera Plazanın tarixi 19-cu əsrin sonunda başlamışdır. 1888-ci ildən etibarən Paris-İstanbul səfərlərinə başladı. Sərnişinlərin İstanbulda qala biləcəyi yüksək səviyyəli otel yox idi. Bu səbəbdən Pera Plazanın tikintisinə başlandı. Otelin tikintisi 1892-ci ildə başlayıb 1895-ci ildə bitdi.
Otel İstanbulda yerləşən ən möhtəşəm binalardan biri idi. Beləki, ilk elektrikli lift və ilk axar isti su burada idi.
1917-ci ildən etibarən otelin qonaqlarından biri Mustafa Kamal Atatürk idi. Atatürk otelin 101 nömrəli otağında qalırdı. O burada döyüşlərin strategiyalarını qurur və vacib qonaqlarını qəbul edirdi. Həmin otaq 1981-ci ildə — Atatürkün 100-cü ildönümündə muzey otağa çevrildi.
Atatürkün ən çox sevdiyi rəng olan, digər bütün evlərində və adını daşıyan muzey-evlərdə istifadə olunan gündoğuşu rəngi, "sübh" çəhrayısı ilə yenilənən 101 nömrəli otaqda otelin bərpasından bəri Atatürkün kitabları, imzalı şəkil və açıqcaları, medalları və dövrün jurnalları yerləşir.
Otelin istifadə haqqları 1 dekabr 2012-ci ildə Demsa Group-a təhvil verilmişdir.
Tikinti və dizayn
Pera Plaza otelinin memarı levantili . Volli İstanbulda yerləşən və Arxeologiya Muzeyinin də memarıdır. Otelin tikintisində modern, neoklassik və memarlıq üslublarından istifadə edilmişdir. Planında və xarici görünüşündə neoklassik üslüb daha qabarıqdır.
Otel 46 x 28 metr sahəli dördbucaqlı formasındadır. İkisi zirzəmi olan ümumilikdə doqquz mərtəbədən ibarətdir. Girişdə böyük salon olaraq qurulmuş yer - Qübbəli salonu binanın əsas mərkəzidir.
Modern üslub əsasən oteldə yerləşən İstanbulun ilk elektrikli liftinin yanındakı nərdivanlarda istifadə edilmişdir. Mərkəzdəki Qübbəli salonu isə oriantal üslubun ən çox istifadə olunduğu hissədir. Digər hissələrdəki neoklassik üslub otelin görünüşünə töhfə verir.
Bərpa
Bu tarixi tikilinin bərpa layihəsi Tarixi Əsərləri Qoruma və Qiymətləndirmə memarlıq firması tərəfindən hazırlandı. Otelin daxili dizaynını Metex Dizayn Qrupu öz üzərinə götürdü. Layihə xüsusi komanda tərəfindən həyata keçirildi.
Otelin bərpası iki formada aparılırdı. Bir tərəfdən binanın memarlıq üslublarına əsasən tarixi dəyişikliklər edilir, digər tərəfdən otelin beynəlxalq standartlara uyğun olması üçün lazımlı infrastruktur hazırlandırdı. Bununla da otelin infrastrukturunda əsaslı dəyişikliklər oldu.
Layihədə həm otelin tarixiliyinin qorunması, həm də müasirliyinin artırılması nəzərdə tutulurdu. Bərpa zamanı oteldəki liftin texniki infrastrukturu qorundu. Lakin bəzi yeniliklər də əlavə edildi. Otelin orijinal olmayan bəzi rəngləri təmizləndi və tikilinin ilk formasına uyğun vəziyyətə gətirildi. Bərada edilən dəyişikliklərdən biri də, 380 m² sahəsində Spa qurulması idi. Otelin ən böyük salonu olan Qalata da yeniləndi.
Ümumi məlumat
Türkiyənin Avropa standartlarında tikilmiş ilk oteli Pera Plazanın 16 suiti, 115 otağı mövcuddur. Gecələmə otaqlarından başqa oteldə fitnes zalı, qapalı hovuz, sauna və buxar otağı kimi digər xidmətlər də mövcuddur. Otelin gün işığı düşən, yuxarı tavanlı tarixi salonları isə tədbir, toy mərasimləri və iclaslar üçün istifadə olunur.
Yerləşməsi
Pera Plaza oteli bir vaxtlar İstanbulun kiçik Avropası olaraq tanınan Taksim-Bəyoğlunun Pera ərazisində yerləşir. Otel Taksim meydanından piyada məsafədə, 5 km və Atatürk Beynəlxalq Hava Limanından 20 km uzaqlıqdadır.
Tarixi qonaqların otaqları
Atatürkün otağı
Türkiyə Respublikasının qurucusu, Pera Plazanın ən dəyərli qonağı Mustafa Kamal Atatürk oteldə ilk dəfə 1917-ci ildə qalmışdır. Atatürk bu ildən sonra müharibə və sülh vaxtlarında dəfələrlə oteldə qaldı. Müharibə vaxtı evi kimi çox qaldığı, ölkə barədə vacib qərarlar aldığı və qonaqlarını qarşıladığı 101 nömrəli otaq 100 illiyində — 1981-ci ildə Atatürkün şəxsi əşyalarının da sərgiləndiyi muzey otağa çevrildi.
Atatürkün papaq, ayaqqabı və eynək kimi şəxsi əşyaları olan bu otaq qonaqların üzünə açıqdır. Muzey otağı hər gün 11:00-12:00 və 15:00-16:00 saatları aralığında ziyarət edilə bilər.
Aqata Kristinin otağı
Dünyanın ən məşhur roman yazıçılarından olan Aqata Kristi 1926-1932-ci illər aralığında bir neçə dəfə Pera Plazada qalmışdır. Ən məşhur romanlarından olan "Şərq ekspresində qətl"i 411 nömrəli otaqda yazdığı deyilir. Oteldə itirdiyi gündəliyi indiyədək tapılmamışdır. Antik mebellərlə qara və tünd qırmızı rəngdə döşənən otaqda Aqata Kristinin müxtəlif dillərdəki kitabları yerləşir.
Xüsusi yerlər
- Tarixi lift — Məşhur ingilis yazıçı Türkiyənin ilk elektrikli lifti haqda yazırdı: "Çuqun və ağacdan hazırlanmış dünyanın ən gözəl liftidir. Bu lift cılız bir qadın kimi qalxır. Turistlər gözlərini bu heyrətamiz dərəcədə gözəl və aristokratik liftdən çəkə bilmirlər." 124 illik tarixi olan lift hal-hazırda da istifadə olunur.
- Aqata restoranı — Adını otelin məşhur qonağı Aqata Kristidən götürən restoran otelin əsas restoranıdır. Restoranda fransız, italyan və türk mətbəxi nümunələri var.
- Şərq barı — Bu bar illərlə İstanbul ziyalılarının məkanı olmuşdur. Zəngin şərab və içkiləri olan bar hal-hazırda da fəaliyyət göstərir.
- Pera şirniyyatı — Keçmişdən bəri İstanbul klassiki olan bu mağazada fransız tortları, əl işi şokoladları və bir çox şirniyyat növləri var.
- Qübbəli salonu — Otelin əsasını təşkil edən və mərkəzi olan Qübbəli salonu indi də fəaliyyət göstərir.
İstinadlar
- "Jumeirah to Operate Pera Palace Hotel in Istanbul". hauteliving.com. 29 aprel 2012. 2021-07-19 tarixində . İstifadə tarixi: 2022-03-25.
- Architectural guide to Istanbul. 2022-05-05 tarixində . İstifadə tarixi: 2022-03-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Pera Plaza Istanbulun Beyoglu ilcesinde yerlesen muzey ve otel Otelin tikintisi 1892 ci ilde baslanib 1895 ci ilde ise bitib Pera PlazaPera PalasUmumi melumatlarNovu otelMemarliq uslubu modernYerlesme Beyoglu IstanbulOlke TurkiyeKoordinatlar 41 01 51 sm e 28 58 24 s u Tikintisinin baslamasi 1892Tamamlanib 1895Veb saytperapalas com Vikianbarda elaqeli mediafayllar Otel Taksim Beyoglunun Pera erazisinde yerlesir Ataturk Beynelxalq Hava Limanindan 20 km uzaqliqdadir Berpa ucun 2006 ci ilde baglanib 1 sentyabr 2010 cu ilde yeniden istifadeye verilmisdir TarixiOtelin Osmanli dovrunde cekilmis sekili Pera Plazanin tarixi 19 cu esrin sonunda baslamisdir 1888 ci ilden etibaren Paris Istanbul seferlerine basladi Sernisinlerin Istanbulda qala bileceyi yuksek seviyyeli otel yox idi Bu sebebden Pera Plazanin tikintisine baslandi Otelin tikintisi 1892 ci ilde baslayib 1895 ci ilde bitdi Otel Istanbulda yerlesen en mohtesem binalardan biri idi Beleki ilk elektrikli lift ve ilk axar isti su burada idi 1917 ci ilden etibaren otelin qonaqlarindan biri Mustafa Kamal Ataturk idi Ataturk otelin 101 nomreli otaginda qalirdi O burada doyuslerin strategiyalarini qurur ve vacib qonaqlarini qebul edirdi Hemin otaq 1981 ci ilde Ataturkun 100 cu ildonumunde muzey otaga cevrildi Ataturkun en cox sevdiyi reng olan diger butun evlerinde ve adini dasiyan muzey evlerde istifade olunan gundogusu rengi subh cehrayisi ile yenilenen 101 nomreli otaqda otelin berpasindan beri Ataturkun kitablari imzali sekil ve aciqcalari medallari ve dovrun jurnallari yerlesir Otelin istifade haqqlari 1 dekabr 2012 ci ilde Demsa Group a tehvil verilmisdir Tikinti ve dizaynQubbeli salonu Pera Plaza otelinin memari levantili Volli Istanbulda yerlesen ve Arxeologiya Muzeyinin de memaridir Otelin tikintisinde modern neoklassik ve memarliq uslublarindan istifade edilmisdir Planinda ve xarici gorunusunde neoklassik uslub daha qabariqdir Otel 46 x 28 metr saheli dordbucaqli formasindadir Ikisi zirzemi olan umumilikde doqquz mertebeden ibaretdir Girisde boyuk salon olaraq qurulmus yer Qubbeli salonu binanin esas merkezidir Modern uslub esasen otelde yerlesen Istanbulun ilk elektrikli liftinin yanindaki nerdivanlarda istifade edilmisdir Merkezdeki Qubbeli salonu ise oriantal uslubun en cox istifade olundugu hissedir Diger hisselerdeki neoklassik uslub otelin gorunusune tohfe verir BerpaOteldeki elektrikli lift Bu tarixi tikilinin berpa layihesi Tarixi Eserleri Qoruma ve Qiymetlendirme memarliq firmasi terefinden hazirlandi Otelin daxili dizaynini Metex Dizayn Qrupu oz uzerine goturdu Layihe xususi komanda terefinden heyata kecirildi Otelin berpasi iki formada aparilirdi Bir terefden binanin memarliq uslublarina esasen tarixi deyisiklikler edilir diger terefden otelin beynelxalq standartlara uygun olmasi ucun lazimli infrastruktur hazirlandirdi Bununla da otelin infrastrukturunda esasli deyisiklikler oldu Layihede hem otelin tarixiliyinin qorunmasi hem de muasirliyinin artirilmasi nezerde tutulurdu Berpa zamani oteldeki liftin texniki infrastrukturu qorundu Lakin bezi yenilikler de elave edildi Otelin orijinal olmayan bezi rengleri temizlendi ve tikilinin ilk formasina uygun veziyyete getirildi Berada edilen deyisikliklerden biri de 380 m sahesinde Spa qurulmasi idi Otelin en boyuk salonu olan Qalata da yenilendi Umumi melumatTurkiyenin Avropa standartlarinda tikilmis ilk oteli Pera Plazanin 16 suiti 115 otagi movcuddur Geceleme otaqlarindan basqa otelde fitnes zali qapali hovuz sauna ve buxar otagi kimi diger xidmetler de movcuddur Otelin gun isigi dusen yuxari tavanli tarixi salonlari ise tedbir toy merasimleri ve iclaslar ucun istifade olunur YerlesmesiPera Plaza oteli bir vaxtlar Istanbulun kicik Avropasi olaraq taninan Taksim Beyoglunun Pera erazisinde yerlesir Otel Taksim meydanindan piyada mesafede 5 km ve Ataturk Beynelxalq Hava Limanindan 20 km uzaqliqdadir Tarixi qonaqlarin otaqlariAtaturkun otagi Turkiye Respublikasinin qurucusu Pera Plazanin en deyerli qonagi Mustafa Kamal Ataturk otelde ilk defe 1917 ci ilde qalmisdir Ataturk bu ilden sonra muharibe ve sulh vaxtlarinda defelerle otelde qaldi Muharibe vaxti evi kimi cox qaldigi olke barede vacib qerarlar aldigi ve qonaqlarini qarsiladigi 101 nomreli otaq 100 illiyinde 1981 ci ilde Ataturkun sexsi esyalarinin da sergilendiyi muzey otaga cevrildi Ataturkun papaq ayaqqabi ve eynek kimi sexsi esyalari olan bu otaq qonaqlarin uzune aciqdir Muzey otagi her gun 11 00 12 00 ve 15 00 16 00 saatlari araliginda ziyaret edile biler Aqata Kristinin otagi Dunyanin en meshur roman yazicilarindan olan Aqata Kristi 1926 1932 ci iller araliginda bir nece defe Pera Plazada qalmisdir En meshur romanlarindan olan Serq ekspresinde qetl i 411 nomreli otaqda yazdigi deyilir Otelde itirdiyi gundeliyi indiyedek tapilmamisdir Antik mebellerle qara ve tund qirmizi rengde dosenen otaqda Aqata Kristinin muxtelif dillerdeki kitablari yerlesir Xususi yerlerOtelin gece goruntusu 2010 Tarixi lift Meshur ingilis yazici Turkiyenin ilk elektrikli lifti haqda yazirdi Cuqun ve agacdan hazirlanmis dunyanin en gozel liftidir Bu lift ciliz bir qadin kimi qalxir Turistler gozlerini bu heyretamiz derecede gozel ve aristokratik liftden ceke bilmirler 124 illik tarixi olan lift hal hazirda da istifade olunur Aqata restorani Adini otelin meshur qonagi Aqata Kristiden goturen restoran otelin esas restoranidir Restoranda fransiz italyan ve turk metbexi numuneleri var Serq bari Bu bar illerle Istanbul ziyalilarinin mekani olmusdur Zengin serab ve ickileri olan bar hal hazirda da fealiyyet gosterir Pera sirniyyati Kecmisden beri Istanbul klassiki olan bu magazada fransiz tortlari el isi sokoladlari ve bir cox sirniyyat novleri var Qubbeli salonu Otelin esasini teskil eden ve merkezi olan Qubbeli salonu indi de fealiyyet gosterir Istinadlar Jumeirah to Operate Pera Palace Hotel in Istanbul hauteliving com 29 aprel 2012 2021 07 19 tarixinde Istifade tarixi 2022 03 25 Architectural guide to Istanbul 2022 05 05 tarixinde Istifade tarixi 2022 03 25