Nişasta — (rus. крахмал) bitki aləmində geniş yayılmış polisaxariddir. Məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidrat. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir.
Quruluşu
Nişasta — tərkibi (C6H10O5)n formulu ilə ifadə olunan təbii polimerdir. nişastanın molekulları bir-birindən C6H10O5 elementar halqaların sayı və həmçinin quruluşu ilə fərqlənir. Nişasta xətti (amiloza) və şaxəli (amilopektin) quruluşlu molekullardan ibarətdir. amiloza bir neçə yüz, amilopektin isə bir neçə min C6H10O5 halqası saxlayır. Ona görə nişastanın molekul kütləsi bir neçə yüz mindən bir neçə milyona çatır.
Yayılması
Nişasta kartofda (22%-dək), buğdada (72%-ə yaxın), düyüdə (86%-ə yaxın) və bitki köklərində yığılır. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.
Kal meyvədə nişasta 4–5% olur və bunun da miqdarı tədricən azalır.
Tərəvəzlərin tərkibində rast gələn nişasta amiloza və amilopektindən ibarətdir.
Müvafiq olaraq bunların faizlə miqdarı kartofda 19–22% və 78–81% təşkil edir. Alma nişastası yalnız amilozadan ibarətdir. Kal almada nişastanın miqdarı 4–5%-ə çatır, lakin yetişmiş almada bu rəqəm 1%-ə enir. Alma, armud və heyvada 1–2 ay saxlandıqdan sonra nişasta tamamilə hidroliz olunur. Nişastanın miqdarı batatda 20%, göy noxudda 6%, sütül qarğıdalıda 10% və başqa tərəvəzlərdə 1%-ə qədər olur. Kal bananda 18%, yetişmişdə isə 2% nişasta olur.
Fiziki xassələri
Nişasta dadsız, ağ tozdur. Soyuq suda həll olmur, lakin isti suda şişərək yapışqan xassəli kolloid məhlul əmələ gətirir.
Kimyəvi xassələri
1. Nişastanın mühüm kimyəvi xassəsi onun hidrolizidir. Bu reaksiya fermentlərin təsirindən və ya turşu ilə qızdırıldıqda baş verir. Hidrolizin son məhsulu qlükozadır və onun sənayedə alınması da buna əsaslanır. Nişasta qlükozdan fərqli olaraq gümüş 1-oksidin amonyakda məhlulunu və mis 2-hidroksidi reduksiya etmir. Bu, onu göstərir ki, nişastanın molekulunda aldehid qrupu yoxdur.
2. Nişastanın digər xarakter xassəsi onun yod (J2) ilə qarşılıqlı təsirdə olub göy rəng əmələ gətirməsidir. Qızdırıldıqda göy rəng itir, soyudulduqda isə yenidən əmələ gəlir.
Alınması
Nişastanı təbii nişastalı maddələrdən — kartofdan, düyüdən və qarğıdalıdan alırlar.
Tətbiqi
Nişasta qida maddəsi kimi insanın karbohidratlara olan tələbatını ödəyir. Orqanizmdə nişastanın hidrolizi nəticəsində qlükoza alınır. Qlükozanın bir hissəsi orqanizm tərəfindən mənimsənilir, artığı isə qlikogenə çevrilib qaraciyərdə ehtiyat şəklində yığılır. Nişasta qənnadı məmulatı istehsalında istifadə edilən dekstrin, patka və qlükozanın, həmçinin etil spirtinin alınmasında, yağışqan kimi, parçaları nişastalamaq üçün, həmçinin kağız və poliqrafiya sənayesində istifadə edilir. Nişasta əsasında antibiotiklər, vitaminlər, tibbi məlhəmlər və s. hazırlanır.
Təyini
Nişastanın təyini onun yod ilə qarşılıqlı təsirdə olub göy rəng əmələ gətirməsinə əsaslanır.
Mənbə
- Ə-C. İ. Əhmədov, N. T. Əliyev, MEYVƏ VƏ TƏRƏVƏZİN ƏMTƏƏŞÜNASLIĞI, Dərslik // Bakı, 2009.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nisasta rus krahmal bitki aleminde genis yayilmis polisaxariddir Meisetde ve texnikada istifade olunan boyuk miqdarda qlukozanin birlesmesinden emele gelen karbohidrat Kartof duyu bugda kimi qidanin esasini teskil edir Qida ucun istifade edilen nisastaQurulusuNisasta terkibi C6H10O5 n formulu ile ifade olunan tebii polimerdir nisastanin molekullari bir birinden C6H10O5 elementar halqalarin sayi ve hemcinin qurulusu ile ferqlenir Nisasta xetti amiloza ve saxeli amilopektin quruluslu molekullardan ibaretdir amiloza bir nece yuz amilopektin ise bir nece min C6H10O5 halqasi saxlayir Ona gore nisastanin molekul kutlesi bir nece yuz minden bir nece milyona catir YayilmasiNisasta kartofda 22 dek bugdada 72 e yaxin duyude 86 e yaxin ve bitki koklerinde yigilir Meyvelerde nisastanin miqdari daha azdir Meyvelerin yetisme derecesi de nisastanin faizle miqdarinin deyismesine sebeb olur Yetismis meyvelerde nisastanin miqdari nezere alinmayacaq derecede az olur Kal meyvede nisasta 4 5 olur ve bunun da miqdari tedricen azalir Terevezlerin terkibinde rast gelen nisasta amiloza ve amilopektinden ibaretdir Muvafiq olaraq bunlarin faizle miqdari kartofda 19 22 ve 78 81 teskil edir Alma nisastasi yalniz amilozadan ibaretdir Kal almada nisastanin miqdari 4 5 e catir lakin yetismis almada bu reqem 1 e enir Alma armud ve heyvada 1 2 ay saxlandiqdan sonra nisasta tamamile hidroliz olunur Nisastanin miqdari batatda 20 goy noxudda 6 sutul qargidalida 10 ve basqa terevezlerde 1 e qeder olur Kal bananda 18 yetismisde ise 2 nisasta olur Fiziki xasseleriNisasta dadsiz ag tozdur Soyuq suda hell olmur lakin isti suda siserek yapisqan xasseli kolloid mehlul emele getirir Kimyevi xasseleri1 Nisastanin muhum kimyevi xassesi onun hidrolizidir Bu reaksiya fermentlerin tesirinden ve ya tursu ile qizdirildiqda bas verir Hidrolizin son mehsulu qlukozadir ve onun senayede alinmasi da buna esaslanir Nisasta qlukozdan ferqli olaraq gumus 1 oksidin amonyakda mehlulunu ve mis 2 hidroksidi reduksiya etmir Bu onu gosterir ki nisastanin molekulunda aldehid qrupu yoxdur 2 Nisastanin diger xarakter xassesi onun yod J2 ile qarsiliqli tesirde olub goy reng emele getirmesidir Qizdirildiqda goy reng itir soyudulduqda ise yeniden emele gelir AlinmasiNisastani tebii nisastali maddelerden kartofdan duyuden ve qargidalidan alirlar TetbiqiNisasta qida maddesi kimi insanin karbohidratlara olan telebatini odeyir Orqanizmde nisastanin hidrolizi neticesinde qlukoza alinir Qlukozanin bir hissesi orqanizm terefinden menimsenilir artigi ise qlikogene cevrilib qaraciyerde ehtiyat seklinde yigilir Nisasta qennadi memulati istehsalinda istifade edilen dekstrin patka ve qlukozanin hemcinin etil spirtinin alinmasinda yagisqan kimi parcalari nisastalamaq ucun hemcinin kagiz ve poliqrafiya senayesinde istifade edilir Nisasta esasinda antibiotikler vitaminler tibbi melhemler ve s hazirlanir TeyiniNisastanin teyini onun yod ile qarsiliqli tesirde olub goy reng emele getirmesine esaslanir MenbeE C I Ehmedov N T Eliyev MEYVE VE TEREVEZIN EMTEESUNASLIGI Derslik Baki 2009