Natiq Qasımov (2 yanvar 1971, Kiçik Qaramurad, Gədəbəy rayonu – bilinmir) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Natiq Qasımov | |
---|---|
Natiq Səlim oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 yanvar 1971 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Həyatı
Qasımov Natiq 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.
1992-ci ildə Xocalının Pirlər kəndindəki kilsədən əsir alınmışdır.
Sonrakı taleyi
2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan "ASASmedya", Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10.000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.
Böyük Britaniyanın "Broken Pot Media" şirkəti tərəfindən çəkilmiş "Oğul" sənədli filmində erməni separatçılarının rəhbərlərindən olmuş Vitali Balasanyandan da müsahibə götürülmüşdür.
Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən "general" Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib:
Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur.
Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan isə Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Filmin müəllifi qeyd edir ki, demək, yüksək dövlət mükafatları almış "general" Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edibmiş. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.
Döyüşlərdə iştirakı
Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:
Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.
Haqqında çəkilmiş filmlər
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur. Sənədli film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.
Film 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir. Filmin görüntü rejissoru Simon Stanforddur. 2021-ci ildə lentə alınan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub. Filmin təqdimatı fevralın 28-də Nizami Kino Mərkəzində baş tutmuşdur. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak etmişdir. "Qafqazinfo"nun məlumatına görə, filmi Böyük Britaniyanın "Broken Pot Media" şirkəti çəkib, rejissoru və ssenari müəllifi isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb.
İstinadlar
- "Əsir olduğu deyilən əsgərimiz sağdır: 10 min mükafat..." 2020-08-13 tarixində . İstifadə tarixi: 2019-11-08.
- "1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır – Türkiyə onun üçün pul mükafatı təyin etdi". 2019-10-05 tarixində . İstifadə tarixi: 2019-11-08.
- . 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- 2019-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-08.
- "Nofəl Qasımov: "Natiqin sağ olması xəbəri türk mətbuatında da yayılıb"". 2022-03-20 tarixində . İstifadə tarixi: 2019-11-08.
- "Tapılması üçün 10 min dollar mükafat təyin edilən azərbaycanlı əsirin qardaşı DANIŞDI". 2020-02-03 tarixində . İstifadə tarixi: 2019-11-08.
- "Bayrağı düşmənə verməyən oğul – Natiq Qasımov". 2020-08-12 tarixində . İstifadə tarixi: 2017-01-01.
- . 2017-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-01-01.
- "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
- "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
- "23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film". kulis.az. 24 fevral 2017. 2023-10-09 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
- "Təkbaşına ermənilərə qarşı vuruşduqdan sonra xocalıları xilas etmək üçün təslim olmuş Natiq Qasımov – VİDEO". Oxu.Az. 30 sen 2023. 2023-10-04 tarixində . İstifadə tarixi: 2023-10-05.
- "23 Xocalı sakinini xilas etmək üçün əsir düşən qəhrəman haqqında film". kulis.az. 24 fevral 2017. 2023-10-09 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
- "24 fevral 2017". sitat.news. Natiq Qasımov adlı sənədli film nümayiş olunmuşdur. İstifadə tarixi: 9 oktyabr 2023.[ölü keçid]
- Şahpəri Abbasova. "Karan Sinqh azərbaycanlı hərbi əsir haqda film çəkib". sputnik.az. 23 fevral 2022. 2022-03-04 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
- "Hamı bu filmdən danışır..." qafqazinfo.az. 4 oktyabr 2023. 2023-10-09 tarixində . İstifadə tarixi: 9 oktyabr 2023.
Xarici keçidlər
- İtkin düşmüş bayraqdar Natiq Qasımov
- Natiq Qasımov (sənədli film, 2016)
- Natiq Qasımov — Oğul filmi (Vasif Vesfinur) Xocalı.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Natiq Qasimov Natiq Qasimov 2 yanvar 1971 Kicik Qaramurad Gedebey rayonu bilinmir Birinci Qarabag muharibesi doyuscusu itkin Natiq QasimovNatiq Selim oglu QasimovSexsi melumatlarDogum tarixi 2 yanvar 1971 1971 01 02 Dogum yeri Kicik Qaramurad Gedebey rayonu Azerbaycan SSR SSRIVefat tarixi bilinmirVetendasligi SSRI AzerbaycanHerbi fealiyyetiMensubiyyeti Azerbaycan OrdusuQosun novu Quru QosunlariRutbesi EsgerDoyusler Birinci Qarabag muharibesiHeyatiQasimov Natiq 1971 ci il yanvarin 2 de Gedebey rayonunun Kicik Qaramurad kendinde anadan olub 1975 ci ilden ailelikce Mingecevire kocubler Natiq burada sekkizillik mektebi bitirdikden sonra qaynaqci ixtisasi uzre pese mektebinde tehsil almisdir Rusiyanin Krasnoyarsk vilayetinde Daxili Qosun hisselerinde xidmeti basa vurduqdan sonra 1991 ci ilde Azerbaycana qayitmisdir ele hemin il de konullu olaraq cebheye getmisdir 1992 ci ilde Xocalinin Pirler kendindeki kilseden esir alinmisdir Sonraki taleyi2019 cu ilde Turkiyede azerbaycanlilar terefinden ermeni lobbisine qarsi informasiya mubarizesi aparmaq meqsedile yaradilan ASASmedya Natiq Qasimovun sag olmasi ve Ermenistandaki kimya zavodlarin birinde isledilmesi barede melumat yayib Bununla yanasi Natiq Qasimov barede melumat veren sexse 1000 dollar onu Rusiya Iran Gurcustan ve Turkiyeden tehvil verecek sexse ise 10 000 dollar pul mukafati teqdim edileceyi barede ved verib Esir ve itkin dusmus girov goturulmus vetendaslarla elaqedar Dovlet Komissiyasinin melumatina esasen ermeniler terefinden esir ve girov goturulme fakti danilan sexslerin siyahisinda Natiq Qasimovun da adi vardir Dovlet Komissiyasinin defelerle etdiyi muracietlere baxmayaraq ermeni terefi indiyedek Natiqin sonraki taleyini Azerbaycandan ve beynelxalq teskilatlardan gizletmekdedir Boyuk Britaniyanin Broken Pot Media sirketi terefinden cekilmis Ogul senedli filminde ermeni separatcilarinin rehberlerinden olmus Vitali Balasanyandan da musahibe goturulmusdur Natiq Qasimov ermeni zabitleri terefinden dindirilen zaman italyan muharibe fotoqrafi de orada olub Filmde fotoqrafin musahibesi de yer alir Ekran isinde Birinci Qarabag Muharibesinde istirak eden general Vitali Balasanyanin da musahibesi yer alib O esirin tanis geldiyini lakin Natiq Qasimovu xatirlaya bilmediyini soyleyib Bu ad dogrudan da yadimda deyil Ancaq bizim esirimiz kimi qeydiyyata alinmis kiminse sonradan yoxa cixmasi qeyri mumkundur Mende bele bir melumat yoxdur Vitali Balasanyan senedli filmin rejissoruna verdiyi musahibe zamani Natiq Qasimovu tanimadigini bildirse de istefada olan polkovnik leytenant Romik Mxitaryan ise Natiqi dindiren genc ermeni zabitin Vitali Balasanyan oldugunu deyib Filmin muellifi qeyd edir ki demek yuksek dovlet mukafatlari almis general Vitali Balasanyan Natiqin dindirilmesinde sexsen istirak edibmis 1992 ci ilde Balasanyan Esgeranin isgalina nezaret edirdi Doyuslerde istirakiAgdamda Yaqub Rzayevin basciligi altinda Qarabag sahinleri destesinde ermenilere qarsi doyusmus 1992 ci ilin evvellerinde evlerine qayitmisdir 1992 ci ilde Xocalinin Xramort indiki Pirler kendi yaxinliginda yeddi Azerbaycan esgeri alban kilsesinin yerlesdiyi yukseklik ugrunda doyusler gedib Doyusde alti yoldasi helak olan Natiq son derece elverisli strateji movqede yerlesen alban kilsesinde mubarizeni davam etdirir Tekbasina 5 gun gece gunduz vurusaraq dusmenleri bu posta yaxin buraxmir Xocali kockunu dil edebiyyat muellimi Ceferov Ceferin dedikleri Bizi yeni 22 nefer xocalilini tutub Esgerana getirdiler Bir nece gun orada qaldiqdan sonra bir seher bizi cergeye duzduler Ermeni zabiti mene yaxinlasib dedi ki seni Qriqoryan kilsesine apariram kilsenin icerisinde doyusculer var Onlar bize muqavimet gosterirler Sen kilsenin icerisine daxil ol ve onlara teslim olmalarini de Eger onlar teslim olmasalar sizi ve 22 nefer Xocali sakinini gulleleyeceyik Teslim olsalar sizi azad edeceyik Meni Qriqoryan kilsesine apardilar Kilseden arali masini saxlayib dusurduler ve kilseye girmeyimi emr etdiler Men kilseye daxil olanda kilseden ses geldi Men tez azerbaycanli olmagimi dedim ve onu da dedim ki eger o teslim olmasa 22 nefer Xocalilini oldurecekler O bir nefer oldugunu ve bes gundur ki ac susuz tek doyusduyunu bildirdi Onun rengi hissden qapqara olmusdu Men ermenilerin fikrini ona bildirdim O bir an fikre getdi Sonra Azerbaycan bayragini kilsenin ustunden cixardi Iki gullesi qalmisdi onu da havaya atdi ve kilseden cixdi O razi olmadi ki Xocalilari gullelesinler Azerbaycan bayragini sinesine sixib ermenilerin uzerine getdi Haqqinda cekilmis filmlerNatiq Qasimov Film Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyinin desteyi ile lente alinib Filmin rejissoru ve ssenari muellifi Elcin Musaoglu operatoru Rauf Qurbaneliyev icraci produseri Emil Ibrahimov produseri Musfiq Hetemovdur Senedli film Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasinda cekilib Ogul Film 1992 ci ilde Dagliq Qarabag munaqisesi zamani itkin dusen herbi esir Natiq Qasimovun axtarisindan behs edir Filmin goruntu rejissoru Simon Stanforddur 2021 ci ilde lente alinan 46 deqiqelik filmde faktin berpasi ucun azerbaycanli aktyorlarin ifasindan da istifade olunub Filmin teqdimati fevralin 28 de Nizami Kino Merkezinde bas tutmusdur Teqdimatda yaradici heyetle birlikde Natiq Qasimovun ailesi de istirak etmisdir Qafqazinfo nun melumatina gore filmi Boyuk Britaniyanin Broken Pot Media sirketi cekib rejissoru ve ssenari muellifi ise uc il erzinde Ermenistan Azerbaycan Italiya Boyuk Britaniya ve Rusiyada sahidlerle danisib Istinadlar Esir oldugu deyilen esgerimiz sagdir 10 min mukafat 2020 08 13 tarixinde Istifade tarixi 2019 11 08 1992 de esir goturulduyu deyilen efsanevi esgerimiz sagdir Turkiye onun ucun pul mukafati teyin etdi 2019 10 05 tarixinde Istifade tarixi 2019 11 08 2019 11 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 11 08 2019 11 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 11 08 Nofel Qasimov Natiqin sag olmasi xeberi turk metbuatinda da yayilib 2022 03 20 tarixinde Istifade tarixi 2019 11 08 Tapilmasi ucun 10 min dollar mukafat teyin edilen azerbaycanli esirin qardasi DANISDI 2020 02 03 tarixinde Istifade tarixi 2019 11 08 Bayragi dusmene vermeyen ogul Natiq Qasimov 2020 08 12 tarixinde Istifade tarixi 2017 01 01 2017 05 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2017 01 01 Hami bu filmden danisir qafqazinfo az 4 oktyabr 2023 2023 10 09 tarixinde Istifade tarixi 9 oktyabr 2023 Hami bu filmden danisir qafqazinfo az 4 oktyabr 2023 2023 10 09 tarixinde Istifade tarixi 9 oktyabr 2023 23 Xocali sakinini xilas etmek ucun esir dusen qehreman haqqinda film kulis az 24 fevral 2017 2023 10 09 tarixinde Istifade tarixi 9 oktyabr 2023 Tekbasina ermenilere qarsi vurusduqdan sonra xocalilari xilas etmek ucun teslim olmus Natiq Qasimov VIDEO Oxu Az 30 sen 2023 2023 10 04 tarixinde Istifade tarixi 2023 10 05 23 Xocali sakinini xilas etmek ucun esir dusen qehreman haqqinda film kulis az 24 fevral 2017 2023 10 09 tarixinde Istifade tarixi 9 oktyabr 2023 24 fevral 2017 sitat news Natiq Qasimov adli senedli film numayis olunmusdur Istifade tarixi 9 oktyabr 2023 olu kecid Sahperi Abbasova Karan Sinqh azerbaycanli herbi esir haqda film cekib sputnik az 23 fevral 2022 2022 03 04 tarixinde Istifade tarixi 9 oktyabr 2023 Hami bu filmden danisir qafqazinfo az 4 oktyabr 2023 2023 10 09 tarixinde Istifade tarixi 9 oktyabr 2023 Xarici kecidlerItkin dusmus bayraqdar Natiq Qasimov Natiq Qasimov senedli film 2016 Natiq Qasimov Ogul filmi Vasif Vesfinur Xocali