Natiq Məmmədov (11 may 1975, Dağlı, Zaqatala rayonu – 4 oktyabr 1994, Gəncə) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı.
Natiq Məmmədov | |
---|---|
Natiq Bəşir oğlu Məmmədov | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Əli Bayramlı, Zaqatala rayonu, Azərbaycan |
Vətəndaşlığı | |
Milliyyəti | saxur |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Həyatı
11 may 1975-ci ild Zaqatala rayonunun Dağlı kəndində anadan olmuşdur. 1990-cı ildə burada kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra, təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət "Dağıstan" kolxozunda çalışmışdır. Natiq Məmmədov subay idi.
Döyüşlərdə iştirakı
Natiq Məmmədov 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində döyüşlərdə iştirak etmişdir.
1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı Natiq Məmmədov şücaət göstərərək şəhid olmuşdur.
Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib.
Təltifləri
Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
İrsi
- Zaqatala rayonuda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır.
- 2024-cü il mayın 2-sində İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Natiq Məmmədova həsr edilmişdir.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 202.
İstinadlar
- "MƏMMƏDOV Natiq Bəşir oğlu". 2021-11-09 tarixində . İstifadə tarixi: 2020-12-06.
- İctimai TV. "Saxurlar Azərbaycan Ordusuna dəstəkdir" (az.). Youtube.com. 20.10.2020. 2021-11-08 tarixində . İstifadə tarixi: 2020-10-24.
- Qiyamçı dəstənin zərərsizləşdirilməsində şücaət göstərərək şəhid olan Milli Qəhrəman Natiq Məmmədov
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer