Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü.
Nəsir Əhmədli | |
---|---|
Doğum tarixi | 1 iyul 1942 |
Doğum yeri | |
Vəfat tarixi | 7 iyun 2022(79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, universitet müəllimi[d] |
Üzvlüyü | |
Mükafatları | |
Həyatı
Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir. 8 iyun 2022-ci ildə anadan olduğu Tovuz rayonunun Alakol kəndində dəfn olunmuşdur.
Əmək fəaliyyəti
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışır. Tədris etdiyi fənlər: "Jurnalistin nitq mədəniyyəti", "Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə", "Xüsusi kurs", "KİV xaricə siyasi informasiya yayımı sistemində". 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. 10 elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlamış, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlamışdır.
"Media açarı-2006"-ya, Ali Media Mükafatına, müxtəlif diplom və Fəxri Fərmanlara layiq görülmüşdür.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin , Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvüdür.
Tədqiqat sahəsi
- Jurnalistin nitq mədəniyyəti
- KİV xaricə siyasi informasiya yayımı sistemində
- Beynəlxalq radio yayımı
- Televiziya jurnalistikası
- Beynəlxalq jurnalistika və s.
Mükafatları
- 2006 – "Media açarı"
- 2009 – Təhsil Nazirliyinin Fəxri fərmanı
- 2010 – "Cəsarətli qələm"
- 2010 – Əməkdar jurnalist
- 2011 – BDU-nun Fəxri fərmanı
- 2012 — BDU-nun Fəxri fərmanı
- 2012 – I dərəcəli Ali Media Mükafatı
- 2014 — Mətbuat Şurasının diplomu
- 2016 – Mirzə Cəlil Ali Media Mükafatı
- 2017 – BDU-nun Fəxri fərmanı
- 2019 — III dərəcəli "Əmək" ordeni
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı
Kitablar
- Səsimiz, sorağımız (Xarici publisitikada Azərbaycan mövzusu). Bakı: Azərnəşr, 1988, 135 s.
- Səslər içində (Azərbaycan radiosu ellərarası efirdə). Bakı: "İşıq", 1990, 112 s.
- Jurnalistin vizual nitq mədəniyyəti.Bakı: "Yeni nəsil", 2002, 120 s.
- Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə (rusca). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2003, 220 s.
- Kütləvi informasiya vasitələri xaricə siyasi təbliğat sistemində. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2004, s.
- Средства массовой информации в системе внешнеполитической информации. Баку: изд-во "Bakı Universiteti", 2004, с.
- Jurnalistin nitq mədəniyyəti. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2005.
- Korifeylərin portretləri. Bakı: "Nurlan", 2008, 280 s.
- Ürəkdə bəslənən sevdaya şükür (şeirlər). Bakı, MBM, 2008,176 s.
- "Jurnalistika" ixtisası üzrə buraxılış işinin yazılması, tərtibi və müdafiəsi. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 24 s.
- Con Milton və onun "Areopagitika" əsəri.Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2011, 120 s.
- Jurnalistin nitq mədəniyyətinin əsasları. Bakı: "Elm və təhsil", 2014, 280 s.
- M.Y.Lermontov 200. 26 yaşlı şairdən 26 şeir / Nəsir Əhmədlinin tərcüməsində. Bakı: Mütərcim, 2014, 100 s.
- Azərbaycan Beynəlxalq Radiosu: tarix və müasirlik. Bakı: "Nural-nəşr", 2020, 45 s.
- Sən oldun (Seçilmiş şeirlər və tərümələr). Bakı: ADNSU-nun mətbəəsi, 2021, 100 s.
İstinadlar
- Əməkdar jurnalist Nəsir Əhmədli vəfat etdi. Oxu.az, 2022.
- Əsgər İsmayılov. Nəzmin, nəsrin "itirdiyi" Nəsir Əhməd // Bütöv Azərbaycan (qəzet). № 21 (448). 10.06.2022. S. 4.
- APA TV. "Nəsir Əhmədli doğma kəndində torpağa tapşırıldı" (az.). Youtube.com. 08.06.2022. 2022-06-08 tarixində . İstifadə tarixi: 2022-06-08.
- "Azərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-08-21 tarixində . İstifadə tarixi: 2021-08-21.
- Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı[ölü keçid]
Xarici keçidlər
- "Parça yaxşı olmalıdır ki, dərzi yaxşı paltar tiksin" 2016-03-04 at the Wayback Machine
- [1][ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Nesir Ehmedli 1 iyul 1942 Alakol Tovuz rayonu 7 iyun 2022 Baki Baki Dovlet Universitetinin Beynelxalq jurnalistika kafedrasinin professoru filologiya elmleri doktoru Azerbaycan Respublikasinin emekdar jurnalisti Azerbaycan Yazicilar Birliyi Azerbaycan Jurnalistler Birliyi ve Azerbaycan Metbuat Surasinin uzvu Nesir EhmedliDogum tarixi 1 iyul 1942 1942 07 01 Dogum yeri Alakol Tovuz rayonu Azerbaycan SSR SSRIVefat tarixi 7 iyun 2022 2022 06 07 79 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri AlakolTehsili Baki Dovlet Universitetinin Jurnalistika fakultesiFealiyyeti jurnalist universitet muellimi d Uzvluyu Azerbaycan Yazicilar Birliyi Azerbaycan Jurnalistler Birliyi Azerbaycan Metbuat SurasiMukafatlari 2010 2018 2019HeyatiNesir Ehmedli 1942 ci ilde Tovuz rayonunun Alakol kendinde anadan olub 1959 cu ilde hemin kendde orta mektebi bitirib 1962 1965 ci illerde herbi xidmetde olub 1971 ci ilde ADU nun Jurnalistika fakultesini bitirib 1981 ci ilde Sovet gercekliyi ve xarici publisistikada onun inikasi Sovet Azerbaycani haqqinda 1966 1975 ci illerde derc olunmus materiallar esasinda movzusunda namizedlik dissertasiyasi mudafie edib 2007 ci ilde Azerbaycan Beynelxalq Radiosunun Yaxin ve Orta Serq olkelerine yayimi tarix tecrube nezeriyye movzusunda doktorluq dissertasiyasi mudafie edib 7 iyun 2022 ci ilde uzun suren xestelikden sonra Bakida vefat etmisdir 8 iyun 2022 ci ilde anadan oldugu Tovuz rayonunun Alakol kendinde defn olunmusdur Emek fealiyyetiMuxtelif illerde V Sturua adina Baki Gemi Temiri Zavodunda Azerbaycan Dovlet Televiziyasinda calisib 2004 cu ilden Beynelxalq jurnalistika kafedrasinda calisir Tedris etdiyi fenler Jurnalistin nitq medeniyyeti Azerbaycan Beynelxalq Radiosu tarix ve enene Xususi kurs KIV xarice siyasi informasiya yayimi sisteminde 100 den artiq elmi meqalenin 3 monoqrafiyanin 1 dersliyin 5 ders vesaitinin butovlukde 15 kitabin muellifidir 10 elmler namizedine rehberlik edib 1 elmler doktorunun 11 elmler namizedinin resmi opponenti olub Beynelxalq radio yayiminin jurnalistikanin butun sahelerine tetbiq edile bilecek model sxemini hazirlamis bu sahede fealiyyet gosteren 6 qanun askarlamisdir Media acari 2006 ya Ali Media Mukafatina muxtelif diplom ve Fexri Fermanlara layiq gorulmusdur Moskvada Bakida Almatida Tbiliside Ufada Sankt Peterburqda Lublinde konfranslarda istirak edib Meruzeleri nufuzlu elmi jurnallarda derc olunub Azerbaycan Yazicilar ve Jurnalistler Birliyinin Azerbaycan Metbuat Surasi Idare heyetinin uzvudur Tedqiqat sahesiJurnalistin nitq medeniyyeti KIV xarice siyasi informasiya yayimi sisteminde Beynelxalq radio yayimi Televiziya jurnalistikasi Beynelxalq jurnalistika ve s Mukafatlari2006 Media acari 2009 Tehsil Nazirliyinin Fexri fermani 2010 Cesaretli qelem 2010 Emekdar jurnalist 2011 BDU nun Fexri fermani 2012 BDU nun Fexri fermani 2012 I dereceli Ali Media Mukafati 2014 Metbuat Surasinin diplomu 2016 Mirze Celil Ali Media Mukafati 2017 BDU nun Fexri fermani 2019 III dereceli Emek ordeni Baki Dovlet Universitetinin 100 illiyi 1919 2019 Azerbaycan Respublikasinin yubiley medaliKitablarSesimiz soragimiz Xarici publisitikada Azerbaycan movzusu Baki Azernesr 1988 135 s Sesler icinde Azerbaycan radiosu ellerarasi efirde Baki Isiq 1990 112 s Jurnalistin vizual nitq medeniyyeti Baki Yeni nesil 2002 120 s Azerbaycan Beynelxalq Radiosunun Yaxin ve Orta Serq olkelerine yayimi tarix tecrube nezeriyye rusca Baki Baki Universiteti nesriyyati 2003 220 s Kutlevi informasiya vasiteleri xarice siyasi tebligat sisteminde Baki Baki Universiteti nesriyyati 2004 s Sredstva massovoj informacii v sisteme vneshnepoliticheskoj informacii Baku izd vo Baki Universiteti 2004 s Jurnalistin nitq medeniyyeti Baki Baki Universiteti nesriyyati 2005 Korifeylerin portretleri Baki Nurlan 2008 280 s Urekde beslenen sevdaya sukur seirler Baki MBM 2008 176 s Jurnalistika ixtisasi uzre buraxilis isinin yazilmasi tertibi ve mudafiesi Baki Baki Universiteti nesriyyati 2010 24 s Con Milton ve onun Areopagitika eseri Baki Baki Universiteti nesriyyati 2011 120 s Jurnalistin nitq medeniyyetinin esaslari Baki Elm ve tehsil 2014 280 s M Y Lermontov 200 26 yasli sairden 26 seir Nesir Ehmedlinin tercumesinde Baki Mutercim 2014 100 s Azerbaycan Beynelxalq Radiosu tarix ve muasirlik Baki Nural nesr 2020 45 s Sen oldun Secilmis seirler ve terumeler Baki ADNSU nun metbeesi 2021 100 s IstinadlarEmekdar jurnalist Nesir Ehmedli vefat etdi Oxu az 2022 Esger Ismayilov Nezmin nesrin itirdiyi Nesir Ehmed Butov Azerbaycan qezet 21 448 10 06 2022 S 4 APA TV Nesir Ehmedli dogma kendinde torpaga tapsirildi az Youtube com 08 06 2022 2022 06 08 tarixinde Istifade tarixi 2022 06 08 Azerbaycan Respublikasinin metbuat iscilerine fexri adlarin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2021 08 21 tarixinde Istifade tarixi 2021 08 21 Baki Dovlet Universitetinin emekdaslarinin teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami olu kecid Xarici kecidler Parca yaxsi olmalidir ki derzi yaxsi paltar tiksin 2016 03 04 at the Wayback Machine 1 olu kecid