Bu məqaləni lazımdır. |
Mərahim Fərzəli oğlu Fərzəlibəyov (26 iyun 1949, Bakı) — Azərbaycan teatr rejissoru, Bakı Bələdiyyə Teatrının baş rejissoru.
Mərahim Fərzəlibəyov | |
---|---|
Fərzəlibəyov Mərahim Fərzəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr rejissoru |
Mükafatları |
Həyatı
Mərahim Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitirəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-lobarant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib. Ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüartın Bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasını tamaşaya hazırlayıb. Bundan sonra isə bütün yaradıcılığı boyu bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar hazırlayıb. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 - 18 avqust 1977). Bu təcrübəli kollektivdə Tennessi Uilyamsın "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları verib.
Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977-9 mart 1981) işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Burada əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.
Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Tofiq Kazımovun tərcüməsində Qarsiya Lorkanın "Qanlı toy", Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarını oynayıb.
12 yanvar 2006-cı ildə, Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib. 2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorudur.
Mükafatları
Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.10 İyul 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. 2024-cü ildə ilə təltif olunmuşdur.
Filmoqrafiya
- Bizim qəribə taleyimiz (film, 2005)
- Canavar balası
- Qəm pəncərəsi (film, 1986)
- Qırmızı qar (film, 1998)
- Mənim ağ şəhərim (film, 1993)
- O dünyadan salam (film, 1991)
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277.
- "M.F.Fərzəlibəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-17 tarixində . İstifadə tarixi: 2019-07-10.
- AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
Xarici keçidlər
- Səda - “Qürbətdən gələn məktublar” tamaşası təqdim edilib (23.06.2016)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Merahim Ferzeli oglu Ferzelibeyov 26 iyun 1949 Baki Azerbaycan teatr rejissoru Baki Belediyye Teatrinin bas rejissoru Merahim FerzelibeyovFerzelibeyov Merahim Ferzeli ogluDogum tarixi 26 iyun 1949 74 yas Dogum yeri Baki Azerbaycan SSR SSRIMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanFealiyyeti teatr rejissoruMukafatlari 2000HeyatiMerahim Ferzelibeyov 26 iyun 1949 cu ilde Bakida anadan olub 56 sayli orta mektebi bitirib Sehneye orta mektebden maraq gosterib Ele o zamanlardan 26 lar adina Medeniyyet sarayinin xalq teatrinda hazirlanan tamasalarda epizod rollar oynayib Ancaq esasen rejissor senetine maraq gosterib Orta mektebi bitirenden sonra Azerbaycan Respublikasi Jurnalistler Ittifaqinin yaradiciliq fotostudiyasinda sagird lobarant Suraxani rayon medeniyyet evinde kinomexanik komekcisi 26 lar Medeniyyet sarayinda pioner Sefeq dram derneyinin rehberi isleyib Ali tehsil almaq ucun Leninqrada indiki Sankt Peterburq seheri gedib Burada Dovlet Teatr Musiqi Kinematoqrafiya Institutunun rejissorluq fakultesine daxil olub Ixtisas muellimi dunya sohretli rejissor SSRI xalq artisti professor Georgi Tovstonoqovdan bes il 1970 1975 secdiyi ixtisasin inceliklerini oyrenib Diplom isi kimi Azerbaycan Dovlet Musiqili Komediya Teatrinin rus bolmesinde dramaturq Maykl Stuartin Bestekar Cerri Germanin Hello Doli muzikl operettasini tamasaya hazirlayib Bundan sonra ise butun yaradiciligi boyu bir daha operetta janrina muraciet etmeyib yalniz dram teatrinda tamasalar hazirlayib Institutda tehsilini basa vurandan sonra teyinati Cecenistan Muxtar Respublikasinin paytaxti Qrozni seherindeki Mixail Lermontov adina Dovlet Rus Dram Teatrina verilib Movcud teyinat qaydasina esasen iki il bu teatrda quruluscu rejissor isleyib 16 noyabr 1975 18 avqust 1977 Bu tecrubeli kollektivde Tennessi Uilyamsin Arzu tramvayi dramina Jan Batist Molyerin Tartuf komediyasina Boris Vasilyevin Qis gecesinin nagili pyesine Alla Sokolovanin Faryatevin fantaziyasi psixoloji tragikomediyasina Yevgeni Sefip ve Nikolay Novitskinin Yegelyanin seadeti usaqlar ucun Sergey Mixalkovun Lovga dovsan nagilina maraqli sehne quruluslari verib Sonra Sumqayit Dovlet Dram Teatrinda bas rejissor 1 noyabr 1977 9 mart 1981 isleyib Azerbaycan Medeniyyet Nazirliyinin emri ile Akademik Milli Dram Teatrina rejissor teyin olunub 9 mart 1981 Burada esasen cagdas Azerbaycan dramaturqlarinin hemcinin dunya klassiklerinin eserlerine muxtelif janrlarda sehne quruluslari verib Devetle Naxcivan Dovlet Musiqili Dram Teatrinda Neriman Hesenzadenin Pompeyin Qafqaza yurusu ve Atabeyler Azerbaycan Dovlet Genc Tamasacilar Teatrinda Marat Haqverdiyevin Mehebbet seytan ve lambada 8 iyun 1991 ve Leyaqet 19 mart 1982 pyeslerini tamasaya hazirlayib 1980 ci illerin evvellerinde Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasinin nezdinde fealiyyet gosteren Kino Aktyor Teatri truppasi ile birlikde Memmed Muradin Tekan Koksuz budaqlar Tofiq Kazimovun tercumesinde Qarsiya Lorkanin Qanli toy Qeybulla Resulovun cevirmesinde Aleksandr Nikitinin Abseronda bir gece pyeslerinin tamasalarini oynayib 12 yanvar 2006 ci ilde Respublika Medeniyyet Nazirliyinin emri ile Akademik Milli Dram Teatrina bas rejissor teyin olunub 12 may 2010 cu ilde oz xahisi ile teatrin bas rejissoru vezifesinden azad edilib 2018 ci ilden Baki Belediyye Teatrinin bas rejissorudur MukafatlariTeatr senetinin inkisafinda gosterdiyi xidmetlere rejissorluqda qazandigi nailiyyetlere gore 1 dekabr 1982 ci ilde Azerbaycan Respublikasinin emekdar artisti 28 oktyabr 2000 ci ilde ise xalq artisti fexri adlari ile teltif olunub 10 Iyul 2019 cu ilde Azerbaycan teatr senetinin inkisafinda xidmetlerine gore Sohret ordeni ile teltif edilib 2024 cu ilde Heyder Eliyevin 100 illiyi 1923 2023 yubiley medali ile teltif olunmusdur FilmoqrafiyaBizim qeribe taleyimiz film 2005 Canavar balasi Qem penceresi film 1986 Qirmizi qar film 1998 Menim ag seherim film 1993 O dunyadan salam film 1991 IstinadlarAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 276 277 M F Ferzelibeyovun Sohret ordeni ile teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2021 09 17 tarixinde Istifade tarixi 2019 07 10 AzerTAc Deyatelyam kultury i iskusstva vruchena yubilejnaya medal 100 letie Gejdara Alieva 1923 2023 Turoyo AzerTAc 07 05 2024 Istifade tarixi 2024 05 08 Xarici kecidlerSeda Qurbetden gelen mektublar tamasasi teqdim edilib 23 06 2016