Məlik bəy Avcı (?-?)—XVII əsr Azərbaycan şairi.
Həyatı
Məlik bəy Avcının dövrü, şəxsiyyəti, yaradıcılığı haqqında məlumat toplamaq məqsədilə külli miqdarda mənbələrə müraciət edən Əhməd Cəfəroğlu nəhayət Darülüssəltənə katibi Mövlanə İbrahim Qəzvininin Berlin kitabxanasında saxlanılan «Sühufi – İbrahim» təzkirəsində şairlə bağlı ikicə sətirdən öyrənir ki, o, Süleyman Səfəvinin dövründə yaşamış, onun sarayında katiblik etmiş və türkcə şeirlər yazmışdır. Ə.Cəfəroğlu «Gəncinə» adlandırdığı təzkirədə Şah Süleyman Səfəvinin taxta çıxması münasibətilə Məlik bəyin qəzəlinə rast gəlir və bu fakta əsasən onun XVII əsrin ortalarında yaşadığını müəyyənləşdirir. Şairin təvəllüd və vəfat tarixlərini isə müəyyənləşdirmək mümkün olmur.
Mənbələr üzərində işləyərkən Məlik bəy adlı ikinci şairin də mövcud olduğunu öyrənən alim yazır ki, «Sühufi-İbrahim» təzkirəsi üzərinə Məlik bəy Avcını bəzi qənaətlərdə XVII əsr İran Azərbaycanı şairi olaraq qəbul etməklə bərabər, 1020 hicridən türkcə və farsca yazan digər ikinci bir Məlik bəydən bəhs edilməsi, şübhəsiz, şairin dövrünün təyinini müşkülata çevirməkdədir.
Məxəzlərimizin ikisi də, maatəəssüf «Avcı» təxəllüsünü tamamilə məskut keçmişlərdir. Bundan dolayı da, bu iki Məlik bəyin hansının Avcı olduğu məlum deyildir» Bu qaranlıq məsələyə aydınlıq gətirəcək təfsilatlı məlumatlar əldə edilincəyə qədər Ə.Cəfəroğlu hələlik Məlik bəy adlı iki: birisi XVI, digəri isə XVII əsr azəri şairinin mövcud olduğu fikrində qərarlaşır.
Ə.Cəfəroğlunun nəşr etdirdiyi «Divani-Məlik bəy Avcı» 377 beytdən ibarətdir. Əslində burada «divan» sözü şərti xarakter daşıyır. Alimin özünün də qeyd etdiyi kimi,İran təzkirəçiləri bəzən klassiklərin şerlərini janrlar üzrə təsnif edərək hər bir janrın nümunələrindən ibarət külliyyatı divan adlandırmışlar (məsələn, divaniqəzəliyyat, divani-məsnəviyyat, divani-qəsoid və s.).
Məlik bəy Avcı divanı da belə toplulardandır. Burada toplanmış qəzəllər əsasən sevgi motivlidir; bəzi qəzəllərində müəllif şiə müqəddəslərini vəsf etmişdir.
Məlik bəy Avcının əldə olan poetik irsini hərtərəfli araşdıran Ə.Cəfəroğluda belə bir qənaət hasil olur ki, o, incə zövqlü, klassik Şərq poetikasına ustalıqla yiyələnmiş, Azərbaycan türkcəsini mükəmməl bilən şair olmuşdur. Alimin fikrincə, Məlik bəy bəlkə dövrünün yeganə şairidir ki, Səfəvilər dövlətində farsçılığın qüvvətləndiyi bir zamanda yaşamasına baxmayaraq, əsərlərində fars dili təsirinə yol verməmiş, daha irəli gedərək klassik Azərbaycan ədəbiyyatına xalq dilinin incəliklərini gətirməyə çalışmışdır.
Ə.Cəfəroğlunun ədəbiyyatşünaslıq elmimizə uzun müddət naməlum qalan Məlik bəy Avcının poetik irsini aşkara çıxarıb nəşr etdirməsi, onun dövrü, mühiti, şəxsiyyəti, yaradıcılığı haqqında ilk dəfə olaraq fikir söyləməsi sözün əsl mənasında elmi hünər idi. Təəssüf ki, mühacir alimin həmin araşdırmasının nəşrindən 65 illik uzun bir zaman ötsə də, Məlik bəy Avcının adı indiyə qədər yazılmış ədəbiyyat tarixlərində, dərslik və monoqrafiyalarda yerini tutmamışdır. Sözsüz ki, Azərbaycan ədəbiyyatı tarixi yenidən yazılarkən mühacirət elmi irsinin digər nümunələri ilə yanaşı, Ə.Cəfəroğlunun həmin araşdırmasından da faydalanmaq zəruridir.
İskəndər bəy Münşi Türkmanın «Tarix-i aləm arayi Abbasi» əsərində Ərəbgirli əsilzadələrinin fasilələrlə bu vəzifədə olmaları ilə yanaşı, Həmədan əsilzadələrindən Məlik bəyin də qorçu vəziri olması haqqında məlumat vardır. Türk və fars dillərində şeirlər yazan Məlik bəy Həmədanın Əsədabad kəndində anadan olmuş, gənc yaşlarında Xorasanda Abbas mirzənin sarayında qulluq etmiş və Abbas mirzə Şah olduqda onu da qorçu mustoufisi təyin etmişdir. Bir qədər sonra Məlik bəy qorçu vəziri olmuşdu. O, 1611-ci ildə vəfat etmişdir.
Yaradıcılığı
XVII əsrin Azərbaycan şairi Məlik bəy Avcı qəzəllərindən birində sadə bir şair olduğunu, dövründə ən çox sayğı göstərilən sənətkarlardan olmadığını təvazökar bir şəkildə belə bildirir:
Nə Nəvai, nə Füzuli, nə Məlik, nə Adəməm,
Bəndə şahəm Məlik adlu, nə kənitü nə ləqəb.
Məlik bəy Avcının bu beyti XVII əsrdə türkdilli Azərbaycan şeirinin inkişaf istiqamətini, bu dövrdə ədəbi zövqləri çox aydın ifadə edir.
İstinadlar
- L. Johanson, «Isfahan – Moscow – Uppsala. On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala», p. 169
- Caferoğlu A. XVII-inci asırda Azeri şairi Melik bey Avcı. İstanbul, 1933.səh.32.
- Caferoğlu A. XVII-inci asırda Azeri şairi Melik bey Avcı. İstanbul, 1933.səh.9.
- İskəndər bəy Münşi, Tarixe-Aləm arayi-Abbasi, c. 1, 2,3., təshih Rizvani İsmayıl, Dünyaye-kitab nəşriyyatı, 1377 h.ş.Tehran, s.851.
Həmçinin bax
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Melik bey Avci XVII esr Azerbaycan sairi HeyatiMelik bey Avcinin dovru sexsiyyeti yaradiciligi haqqinda melumat toplamaq meqsedile kulli miqdarda menbelere muraciet eden Ehmed Ceferoglu nehayet Darulusseltene katibi Movlane Ibrahim Qezvininin Berlin kitabxanasinda saxlanilan Suhufi Ibrahim tezkiresinde sairle bagli ikice setirden oyrenir ki o Suleyman Sefevinin dovrunde yasamis onun sarayinda katiblik etmis ve turkce seirler yazmisdir E Ceferoglu Gencine adlandirdigi tezkirede Sah Suleyman Sefevinin taxta cixmasi munasibetile Melik beyin qezeline rast gelir ve bu fakta esasen onun XVII esrin ortalarinda yasadigini mueyyenlesdirir Sairin tevellud ve vefat tarixlerini ise mueyyenlesdirmek mumkun olmur Menbeler uzerinde isleyerken Melik bey adli ikinci sairin de movcud oldugunu oyrenen alim yazir ki Suhufi Ibrahim tezkiresi uzerine Melik bey Avcini bezi qenaetlerde XVII esr Iran Azerbaycani sairi olaraq qebul etmekle beraber 1020 hicriden turkce ve farsca yazan diger ikinci bir Melik beyden behs edilmesi subhesiz sairin dovrunun teyinini muskulata cevirmekdedir Mexezlerimizin ikisi de maateessuf Avci texellusunu tamamile meskut kecmislerdir Bundan dolayi da bu iki Melik beyin hansinin Avci oldugu melum deyildir Bu qaranliq meseleye aydinliq getirecek tefsilatli melumatlar elde edilinceye qeder E Ceferoglu helelik Melik bey adli iki birisi XVI digeri ise XVII esr azeri sairinin movcud oldugu fikrinde qerarlasir E Ceferoglunun nesr etdirdiyi Divani Melik bey Avci 377 beytden ibaretdir Eslinde burada divan sozu serti xarakter dasiyir Alimin ozunun de qeyd etdiyi kimi Iran tezkirecileri bezen klassiklerin serlerini janrlar uzre tesnif ederek her bir janrin numunelerinden ibaret kulliyyati divan adlandirmislar meselen divaniqezeliyyat divani mesneviyyat divani qesoid ve s Melik bey Avci divani da bele toplulardandir Burada toplanmis qezeller esasen sevgi motivlidir bezi qezellerinde muellif sie muqeddeslerini vesf etmisdir Melik bey Avcinin elde olan poetik irsini herterefli arasdiran E Ceferogluda bele bir qenaet hasil olur ki o ince zovqlu klassik Serq poetikasina ustaliqla yiyelenmis Azerbaycan turkcesini mukemmel bilen sair olmusdur Alimin fikrince Melik bey belke dovrunun yegane sairidir ki Sefeviler dovletinde farsciligin quvvetlendiyi bir zamanda yasamasina baxmayaraq eserlerinde fars dili tesirine yol vermemis daha ireli gederek klassik Azerbaycan edebiyyatina xalq dilinin inceliklerini getirmeye calismisdir E Ceferoglunun edebiyyatsunasliq elmimize uzun muddet namelum qalan Melik bey Avcinin poetik irsini askara cixarib nesr etdirmesi onun dovru muhiti sexsiyyeti yaradiciligi haqqinda ilk defe olaraq fikir soylemesi sozun esl menasinda elmi huner idi Teessuf ki muhacir alimin hemin arasdirmasinin nesrinden 65 illik uzun bir zaman otse de Melik bey Avcinin adi indiye qeder yazilmis edebiyyat tarixlerinde derslik ve monoqrafiyalarda yerini tutmamisdir Sozsuz ki Azerbaycan edebiyyati tarixi yeniden yazilarken muhaciret elmi irsinin diger numuneleri ile yanasi E Ceferoglunun hemin arasdirmasindan da faydalanmaq zeruridir Iskender bey Munsi Turkmanin Tarix i alem arayi Abbasi eserinde Erebgirli esilzadelerinin fasilelerle bu vezifede olmalari ile yanasi Hemedan esilzadelerinden Melik beyin de qorcu veziri olmasi haqqinda melumat vardir Turk ve fars dillerinde seirler yazan Melik bey Hemedanin Esedabad kendinde anadan olmus genc yaslarinda Xorasanda Abbas mirzenin sarayinda qulluq etmis ve Abbas mirze Sah olduqda onu da qorcu mustoufisi teyin etmisdir Bir qeder sonra Melik bey qorcu veziri olmusdu O 1611 ci ilde vefat etmisdir YaradiciligiXVII es rin Azer bay can sai ri Me lik bey Av ci qe zel le rin den bi rin de sa de bir sa ir ol du gu nu dov run de en cox say gi gos te ri len se net kar lar dan ol ma di gi ni te va zo kar bir se kil de be le bil di rir Ne Ne vai ne Fu zu li ne Me lik ne Ade mem Ben de sa hem Me lik ad lu ne ke ni tu ne le qeb Me lik bey Av ci nin bu bey ti XVII esrde turk dil li Azer bay can sei ri nin in ki saf is ti qa me ti ni bu dovr de ede bi zovq le ri cox ay din ifa de edir IstinadlarL Johanson Isfahan Moscow Uppsala On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala p 169 Caferoglu A XVII inci asirda Azeri sairi Melik bey Avci Istanbul 1933 seh 32 Caferoglu A XVII inci asirda Azeri sairi Melik bey Avci Istanbul 1933 seh 9 Iskender bey Munsi Tarixe Alem arayi Abbasi c 1 2 3 teshih Rizvani Ismayil Dunyaye kitab nesriyyati 1377 h s Tehran s 851 Hemcinin baxAzerbaycan edebiyyatiXarici kecidler Sair ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin