Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah.
Məhəmmədtağı Behcət | |
---|---|
Həzrəti Ayətullah Məhəmmədtağı Behcət | |
Doğum tarixi | |
Doğum yeri | Gilan |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | axund, ilahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır.
Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir.
Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü.
Təhsili
İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön altı yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür. Təxminən dörd il müqəddəs Kərbəla şəhərində qalır və bu dörd ildə Hacı Əbdülqasim Xoyi (məşhur Ayətullah Xoyi ilə səhv salınmamalıdır) kimi tanınmış müəllimlərdən dərs almışdır.
Beləliklə Ayətullah Behcət təxminən dörd il Kərbəlada qalaraq İmam Hüseynin (ə) feyzlərindən istifadə edərək nəfsinin paklanması ilə məşğul olur, fiqh və kitablarının böyük hissəsini ustadların yanında öyrənir. 1933-cü ildə təhsilini davam etdirmək üçün Nəcəfül-Əşrəf şəhərinə yola düşür və dini təhsilin ali dərəcəsini Şeyx Mürtəza Taleqaninin yanında bitirir. Ayətullah Ziyayi İraqi, Mirzə Nayinin dərslərini bitirdikdən sonra Ayətullah Şeyx Məhəmməd Hüseyn Qərəvi İsfəhaninin dərslərində iştirak etməyə başlayır. O, həmçinin Ayətullah Hacı Seyid Əbülhəsən İsfəhani və Hacı Şeyx Məhəmməd Kazım Şirazinin yanında dərs almış və Seyyid Hüseyn Badkubeyinin yanında “İşarat və Tənbihat” və “Əsfar” kitablarını mənimsəmişdir. Dərs oxuduğu müddətdə ali səviyyədə dərs deməyə başlamış və "Səfinətul Bəhar" kitabının yazılmasında böyük təfsir alimi Şeyx Abbas Qummiyə kömək etmişdir.
Bununla belə təkcə dini elmlərlə kifayətlənmədi, yüksək insani kamilliklərə olan eşqi onu ilahi insanlar və övliyalara tərəf çəkirdi. O, nəfsin islah olunmasında anadan olduğu (Fumən) yerdə uşaqlıqdan böyük alim Səididən, Kərbəlada digər müəllimlərdən dərs alır və Nəcəfi Əşrəfdə təxminən 18 yaşında Ayətullah Seyid Əli Qazi (r.ə) ilə tanış olur və öz itirdiyini onun yanında tapır. Həmin zamandan sonra onun əxlaq – irfan tələbələrindən birinə çevrilir.
Hicrət
1945-ci ildə mənəviyyatla cilalanmış qəlbi, Haqqa eşq dolu sinəsi və elm yükü ilə öz vətəninə dönür. Doğulduğu yerdə ailə qurur. Nəcəfi-Əşrəfə qayıtmaq istədikdə Qum şəhərindən keçdiyi zaman, Ayətullah Brucerdinin Quma mühacirət etməsindən bir neçə ay ötürdü, müvəqqəti orda dayanır, bir – birinin ardınca Nəcəfi-Əşrəfdə olan ustadlarının ölüm xəbərini eşidir. Buna görə də Qum şəhərində qalır. Həzrəti Ayətullah Behcət Quma gəldikdən sonra Ayətullah Kuhkəmərinin dərslərinə qatılır və sonra Ayətullah İmam Xomeyni (r.ə) və Ayətullah Gülpayqani (r.ə) kimi tanınmış şagirdlər ilə birlikdə Həzrəti Ayətullah Brucerdinin (r.ə) dərslərində iştirak edir.
Fiqh və üsulda tanınmış ustadları
Ayətullah Behcət Ayətullah Seyid Əbülhəsən İsfahani, Ağa Ziyayi İraqi, Mirzə Nayininin dərslərində iştirakdan əlavə Haqq Ayəti olan və Kompani adı ilə tanınan Hacı Şeyx Məhəmməd Hüseyn Qərəvinin dərslərində öz üsul və fiqh nəzəriyyələrini təkmilləşdirmişdir. Görkəmli ustadların köməyi və ilahi təsdiqlə Ayətullah Kompaninin dəqiq, zərif, uzaq görən və dərin təfəkküründən istifadə etmişdir.
İrfan və mənəvi məqamlar
Ayətullah Behcət təhsillə yanaşı həddi-buluğa çatmamışdan öncə mənəvi kamala çatmağa məşğul olmuş, Kərbəlada əxlaq ustadı soraqlaşır və Ağa Qazinin Nəcəfdə yaşadığını bilir. Nəcəfi Əşrəfə getdikdən sonra öz tanınmış ustadı Ayətullah Şeyx Məhəmməd Hüseyn İsfahani Kompanidən əxlaq dərsləri öyrənir. Nəcəfdə Ayətullah Seyid Əli Qazinin şagirdi olmazdan öncə Seyid Əbdülqəffarın əxlaq dərslərində iştirak etmişdir. On səkkiz yaşında Ayətullah Seyid Əli Qazinin tələbəsi olaraq o, böyük ustadın xüsusi lütfünə layiq görülmüşdür. O, cavanlıqda irfan mərhələlərini elə arxada qoyur ki, başqaları ona qibtə edirlər. Həzrəti Ayətullah Behcət İbn Sinanın “İşarat” və Molla Sədranın “Əsfar” kitabını mərhum Ayətullah Seyid Hüseyn Badkubeyinin yanında öyrənir.
Tədris
Ayətullah Behcət Ayətullah İsfahani, Kompani və Şirazinin dərslərində iştirak etdiyi zaman nəfsini ram etməklə yanaşı tədrislə də məşğul olmuş və Nəcəfi-Əşrəfdə yüksək səviyyədə dərs demişdir. Quma hicrət etdikdən sonra da tədrisə davam etdi. Onun xaric fiqh dərsi barəsində demək lazımdır ki, qırx ildən çox fiqh və üsul dərsləri demişdir. Şöhrətdən qaçdığına görə öz mənzilində tədris etmişdir. Bir çox fazil insanlar uzun illər onun dərslərindən istifadə etmişlər.
Moizə və dərs
Uzun illər onun dərslərində iştirak etmiş Kalaçayın imam cüməsi hüccətül islam vəl-müslimin Qüds belə deyir: "Ayətullah Behcətin metodu belə idi ki, dərsdən öncə 10 dəqiqə moizə edərdi. Adi moizə yox, bəlkə keçmiş böyük insanların hallarını bildirməklə və həmçinin uzun illər (15 il) bu dərslərdə iştirak etmiş Ayətullah Misbah Yəzdinin elmindən başqa bu şəxsiyyətin ilahi ruhiyyəsindən də istifadə etmişdir."
Elmi məqamı
Müəllim, tələbə yoldaşı və şagirdlərinin söylədikləri onun qeyri-adi elmi bacarığının göstəricisidir. Onların dediklərindən: Mərhum Ayətullah Hacı Şeyx Mürtəza Hairi deyir: O, dəqiq nəzər və düzgün iradlarla müəllimlərin nəzərini özünə elə cəlb etmişdi ki, bir neçə gün məclis dərs formasından çıxmışdı və bu iradlar bizim üçün də faydalı idi. Ancaq Cənab Behcət şöhrətdən qaçmaq üçün daha irad tutmadı və davam etsəydi məlum olacaqdı ki, başqalarından artıq olmasa da əskik də deyil."
Mərhum Əllamə Məhəmməd Təqi Cəfəri deyir: Mən Şeyx Kazım Şirazinin yanında Məkasib oxuduqda Ayətullah Behcət də Qumda qalırdı və onun dərsində iştirak edirdi. Yaxşı yadımdadır, o, suallarını verdikdə Şeyx Kazım tamam gücü ilə yəni dəqiq və dərindən Behcəti başa düşürdü və bu zaman Nəcəfdə arif və fəzilətli insan kimi tanınmışdı." Ayətullah Meşkini deyir: O, elm baxımından (istər fiqh olsun istər üsul) şiə fəqihləri içində hamıdan bir mərtəbə yüksəkdə durur."
Tanınmış alimlərin onun dərsində iştiraka təşviqi Ustad Şəhid Mütəhhəri onun dərslərinə xüsusi önəm verirdi. Ayətullah Məhəmməd Hüseyn Əhmədi Yəzdi bu barədə deyir: “Ayətullah Şəhid Mütəhhəri Ayətullah Behcətin dərslərində iştirak etməyi bizə çox tapşırar və deyərdi: Mütləq onun dərsində iştirak edin, xüsusilə də üsul dərslərində. Çünki Ayətullah Behcət Şeyx Məhəmməd Hüseyn İsfahanini görmüşdür, mütləq onun dərslərində iştirak edin".
Ustad Xosrov Şahi: “Mən Ayətullah Mürtəza Hairinin xaric fiqh dərslərində iştirak edirdim. O, ömrünün sonlarında xəstələndi və dərsləri tətil oldu. Bir gün Ayətullah Hairi hərəmdən çıxanda yaxınlaşıb salam verdikdən sonra soruşdum: İnşallah dərsləri başlayacaqsınız? Dedi: yox. Sonra dedi: Cavan olduğunuz üçün sizə bir yol göstərim, sonra dedi: Siz elə adamların dərslərində iştirak edin ki, təkcə nəzərləri demir, bəlkə nəzərləri təhqiq də edirlər. Bu sizin üçün faydalıdır ki, ictihad qaydasını əmələ keçirə biləsiniz və təkcə nəzərləri söyləməyəsiniz". Mən elə orada ondan soruşdum: Alicənab, olarmı adla kimisə mənə tanıtdırasınız? Buyurdu: Mən ad çəkə bilməyəcəyəm. Dedim: Mən Ayətullah Behcətin dərsində iştirak edirəm. Razılıq edərək gülümsədi və dedi: Onun dərsində mən deyən qaydalar vardır. Yaxşıdır ki, onun dərsində iştirak edirsiniz.
Onun dərsi hər cəhətdən kömək edər, həm elmi və həm əxlaqi cəhətdən dərslərə davam edin."
Mərcəiyyət
Otuz ilə yaxın müddətdə xaric fiqh dərsi tədris etməsinə və fəqih kimi tanınmasına baxmayaraq mərcəiyyəti qəbul etməkdən boyun qaçırırdı. Ayətullah Misbah onun mərcəiyyəti qəbul etməsinin səbəbini və mərcəiyyətdən sonra Ayətullah Behcətin vəziyyətinin dəyişməməsi haqqında deyir :"Ayətullah Behcətin mənzilində dəyişiklik olmadı, mənzildə yanına gələnlərlə görüşmək və qəbul etmək imkanı yoxdur. Buna görə də görüşə gələnlər bayram və matəm günlərində Fatimiyyə məscidində qəbul olunurlar. Mənim nəzərimə görə, mərcəiyyəti qəbul etməsi onun kəramətlərindən biridir. Yəni onun səksən yaşındakı həyatı imkan vermirdi ki, belə bir yükün altına girsin və onunla tanış olan şəxslər heç vaxt inanmazdılar ki, mərcəiyyət bayrağını çiyninə alsın və məsuliyyəti qəbul etsin. Burda yalnız vəzifəyə əməl etmək hissi onun məsuliyyəti qəbul etməsinə bais oldu. Demək lazımdır ki, onun rəftarı, təvazökarlıq və imanı başqalarına dəlildir ki, mərcə olduğu halda belə sadəliklə yaşadı və yeməyində, mənzilində, paltarında və yaşayış şəraitində heç bir dəyişiklik baş vermədi."
Mərhum Seyid Əhməd Xansarınin ölümündən sonra onun iki cildlik "Zəxirətül-ibad" kitabını çapa hazırladı. Ayətullah Əraki rəhmətə gedənə qədər öz risaləsinin çapına icazə vermədi. Nəticədə ali dini mədrəsənin müəllimləri tərəfindən yeddi nəfərin, o cümlədən də Ayətullah Behcətin mərcə olması elan olunanda bir çox alimlər, o cümlədən Ayətullah Mişgini, Ayətullah Cavadi Amuli də onun mərcə olmasını elan etdilər. Çoxlu təkidlərdən sonra öz risaləsinin çap olunmasına razılıq verdi. Onun risaləsi böyük tirajla çap olundu. Bununla belə kitabın üstündə adını yazmaqdan da çəkinirdi.
Əsərləri
Ayətullah Behcətin fiqh və üsulda çoxlu əsərləri vardır ki, çoxunu çap etdirməyib və başqaları onları çap etdirmək istədikdə “icazə verməyərək” demişdir: “Hələ bir çox böyük alimlərin kitabları illərlədir çap olunmayıb, onları çap edin, bunların növbəsi gecikməyib”. Onun əsərlərindən kamil üsul kitabı, Şeyx Ənsarinin “Məkasib” kitabına haşiyə və onun axıra qədər təkmili, mərhum Şeyx Məhəmməd Hüseyn Qərəvinin “Zəxirətül-ibad” əsərinə haşiyə, fars dilində kamil fiqh kitabları, Şeyx Ənsarinin “Mənasek” kitabına haşiyə və s. misal göstərmək olar.
Məsləhətləri
Cavanlar və yeniyetmələr gərək diqqət etsinlər ki, yaşları günbəgün artdıqca imanları da belə çoxalsın. Həmçinin məlumatları da dini elmlərin ibtidai sinfindən yuxarıya getsin və imanları da elmləri ilə yanaşı olsun. Bilməlisiniz ki, biz müsəlmanların başqalarından Quran və Əhli-Beytdən başqa üstünlüyümüz yoxdur. Yoxsa, biz də qeyri-müsəlmanlar kimi yaşayardıq. Əgər bizim Əhli-Beytimiz olmasaydı, biz də digər imansız müsəlmanlar kimi olardıq.
Gərək diqqət edəsiniz ki, günbəgün bu iki şey tərəqqi etsin, necə ki bizim yaşımız artır, bu iki şey barədə də məlumatımız artmalıdır. O tərəfə bu tərəfə getməsin yoxsa itər, onları itirməsələr, azmasalar bu iki əsası kimsə onlardan ala bilməz.
Həmçinin bax
- Freebase Data Dumps. Google.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmedtagi Behcet 1913 17 may 2009 Islam alimi din xadimi muctehid boyuk ayetullah Mehemmedtagi BehcetHezreti Ayetullah Mehemmedtagi BehcetDogum tarixi 1913Dogum yeri GilanVefat tarixi 17 may 2009Vefat yeri Qum Merkez bexsi d Qum sehristani Qum ostani IranFealiyyeti axund ilahiyyatci Vikianbarda elaqeli mediafayllarHeyatiHezreti Ayetullah Mehemmedtagi Behcet 1913 cu ilin sonlarinda Gilan eyaletinin dindar Fumen seherinde dunyaya gelmisdir Omrunden 16 ay kecdikde anasi vefat edir ve o usaqliqda yetimliyin aciligini dadir Ayetullah Mehemmed Teqi Behcetin atasi Kerbelayi Mahmud Behcet Fumen seherinin etimadli insanlarindan idi ve oz islerinden elave xalqin problemlerini de hell edirdi Muhum senedler onun sahidliyi ve tesdiqi ile heyata kecirdi O edeb ve zovq ehli idi ve boyuk hevesle Ehli Beyt baresinde xususile Imam Huseyn e haqqinda seir yazirdi Aradan yarim esr kecmesine baxmayaraq bu seirler hele de o diyarin meddahlarinin diller ezberidir Ayetullah Behcet usaqliqda bele Ehli Beyte xususile Imam Huseyne e bagli olan bir ata terefinden terbiye olunmus ve hemin meclislerde istirak etmekle bu yigincaqlarin nuraniliyinden istifade ederek boyumusdur Usaqliqdan oynamaqdan cekinermis istedad ve iman nuru uzunde secilerdi ve elm oyrenmeye olan boyuk esqi reftarinda aciqca gorunurdu Tehsili Ibtidai dini tehsilini Fumen medresesinde basa vurduqdan ve ereb edebiyyatina yiyelendikden sonra 1929 cu ilde on alti yasinda dini tehsilini tekmillesdirmekden otru Iraqa yola dusur Texminen dord il muqeddes Kerbela seherinde qalir ve bu dord ilde Haci Ebdulqasim Xoyi meshur Ayetullah Xoyi ile sehv salinmamalidir kimi taninmis muellimlerden ders almisdir Belelikle Ayetullah Behcet texminen dord il Kerbelada qalaraq Imam Huseynin e feyzlerinden istifade ederek nefsinin paklanmasi ile mesgul olur fiqh ve kitablarinin boyuk hissesini ustadlarin yaninda oyrenir 1933 cu ilde tehsilini davam etdirmek ucun Neceful Esref seherine yola dusur ve dini tehsilin ali derecesini Seyx Murteza Taleqaninin yaninda bitirir Ayetullah Ziyayi Iraqi Mirze Nayinin derslerini bitirdikden sonra Ayetullah Seyx Mehemmed Huseyn Qerevi Isfehaninin derslerinde istirak etmeye baslayir O hemcinin Ayetullah Haci Seyid Ebulhesen Isfehani ve Haci Seyx Mehemmed Kazim Sirazinin yaninda ders almis ve Seyyid Huseyn Badkubeyinin yaninda Isarat ve Tenbihat ve Esfar kitablarini menimsemisdir Ders oxudugu muddetde ali seviyyede ders demeye baslamis ve Sefinetul Behar kitabinin yazilmasinda boyuk tefsir alimi Seyx Abbas Qummiye komek etmisdir Bununla bele tekce dini elmlerle kifayetlenmedi yuksek insani kamilliklere olan esqi onu ilahi insanlar ve ovliyalara teref cekirdi O nefsin islah olunmasinda anadan oldugu Fumen yerde usaqliqdan boyuk alim Seididen Kerbelada diger muellimlerden ders alir ve Necefi Esrefde texminen 18 yasinda Ayetullah Seyid Eli Qazi r e ile tanis olur ve oz itirdiyini onun yaninda tapir Hemin zamandan sonra onun exlaq irfan telebelerinden birine cevrilir Hicret 1945 ci ilde meneviyyatla cilalanmis qelbi Haqqa esq dolu sinesi ve elm yuku ile oz vetenine donur Doguldugu yerde aile qurur Necefi Esrefe qayitmaq istedikde Qum seherinden kecdiyi zaman Ayetullah Brucerdinin Quma muhaciret etmesinden bir nece ay oturdu muveqqeti orda dayanir bir birinin ardinca Necefi Esrefde olan ustadlarinin olum xeberini esidir Buna gore de Qum seherinde qalir Hezreti Ayetullah Behcet Quma geldikden sonra Ayetullah Kuhkemerinin derslerine qatilir ve sonra Ayetullah Imam Xomeyni r e ve Ayetullah Gulpayqani r e kimi taninmis sagirdler ile birlikde Hezreti Ayetullah Brucerdinin r e derslerinde istirak edir Fiqh ve usulda taninmis ustadlari Ayetullah Behcet Ayetullah Seyid Ebulhesen Isfahani Aga Ziyayi Iraqi Mirze Nayininin derslerinde istirakdan elave Haqq Ayeti olan ve Kompani adi ile taninan Haci Seyx Mehemmed Huseyn Qerevinin derslerinde oz usul ve fiqh nezeriyyelerini tekmillesdirmisdir Gorkemli ustadlarin komeyi ve ilahi tesdiqle Ayetullah Kompaninin deqiq zerif uzaq goren ve derin tefekkurunden istifade etmisdir Irfan ve menevi meqamlar Ayetullah Behcet tehsille yanasi heddi buluga catmamisdan once menevi kamala catmaga mesgul olmus Kerbelada exlaq ustadi soraqlasir ve Aga Qazinin Necefde yasadigini bilir Necefi Esrefe getdikden sonra oz taninmis ustadi Ayetullah Seyx Mehemmed Huseyn Isfahani Kompaniden exlaq dersleri oyrenir Necefde Ayetullah Seyid Eli Qazinin sagirdi olmazdan once Seyid Ebdulqeffarin exlaq derslerinde istirak etmisdir On sekkiz yasinda Ayetullah Seyid Eli Qazinin telebesi olaraq o boyuk ustadin xususi lutfune layiq gorulmusdur O cavanliqda irfan merhelelerini ele arxada qoyur ki basqalari ona qibte edirler Hezreti Ayetullah Behcet Ibn Sinanin Isarat ve Molla Sedranin Esfar kitabini merhum Ayetullah Seyid Huseyn Badkubeyinin yaninda oyrenir Tedris Ayetullah Behcet Ayetullah Isfahani Kompani ve Sirazinin derslerinde istirak etdiyi zaman nefsini ram etmekle yanasi tedrisle de mesgul olmus ve Necefi Esrefde yuksek seviyyede ders demisdir Quma hicret etdikden sonra da tedrise davam etdi Onun xaric fiqh dersi baresinde demek lazimdir ki qirx ilden cox fiqh ve usul dersleri demisdir Sohretden qacdigina gore oz menzilinde tedris etmisdir Bir cox fazil insanlar uzun iller onun derslerinden istifade etmisler Moize ve ders Uzun iller onun derslerinde istirak etmis Kalacayin imam cumesi huccetul islam vel muslimin Quds bele deyir Ayetullah Behcetin metodu bele idi ki dersden once 10 deqiqe moize ederdi Adi moize yox belke kecmis boyuk insanlarin hallarini bildirmekle ve hemcinin uzun iller 15 il bu derslerde istirak etmis Ayetullah Misbah Yezdinin elminden basqa bu sexsiyyetin ilahi ruhiyyesinden de istifade etmisdir Elmi meqami Muellim telebe yoldasi ve sagirdlerinin soyledikleri onun qeyri adi elmi bacariginin gostericisidir Onlarin dediklerinden Merhum Ayetullah Haci Seyx Murteza Hairi deyir O deqiq nezer ve duzgun iradlarla muellimlerin nezerini ozune ele celb etmisdi ki bir nece gun meclis ders formasindan cixmisdi ve bu iradlar bizim ucun de faydali idi Ancaq Cenab Behcet sohretden qacmaq ucun daha irad tutmadi ve davam etseydi melum olacaqdi ki basqalarindan artiq olmasa da eskik de deyil Merhum Ellame Mehemmed Teqi Ceferi deyir Men Seyx Kazim Sirazinin yaninda Mekasib oxuduqda Ayetullah Behcet de Qumda qalirdi ve onun dersinde istirak edirdi Yaxsi yadimdadir o suallarini verdikde Seyx Kazim tamam gucu ile yeni deqiq ve derinden Behceti basa dusurdu ve bu zaman Necefde arif ve feziletli insan kimi taninmisdi Ayetullah Meskini deyir O elm baximindan ister fiqh olsun ister usul sie feqihleri icinde hamidan bir mertebe yuksekde durur Taninmis alimlerin onun dersinde istiraka tesviqi Ustad Sehid Mutehheri onun derslerine xususi onem verirdi Ayetullah Mehemmed Huseyn Ehmedi Yezdi bu barede deyir Ayetullah Sehid Mutehheri Ayetullah Behcetin derslerinde istirak etmeyi bize cox tapsirar ve deyerdi Mutleq onun dersinde istirak edin xususile de usul derslerinde Cunki Ayetullah Behcet Seyx Mehemmed Huseyn Isfahanini gormusdur mutleq onun derslerinde istirak edin Ustad Xosrov Sahi Men Ayetullah Murteza Hairinin xaric fiqh derslerinde istirak edirdim O omrunun sonlarinda xestelendi ve dersleri tetil oldu Bir gun Ayetullah Hairi heremden cixanda yaxinlasib salam verdikden sonra sorusdum Insallah dersleri baslayacaqsiniz Dedi yox Sonra dedi Cavan oldugunuz ucun size bir yol gosterim sonra dedi Siz ele adamlarin derslerinde istirak edin ki tekce nezerleri demir belke nezerleri tehqiq de edirler Bu sizin ucun faydalidir ki ictihad qaydasini emele kecire bilesiniz ve tekce nezerleri soylemeyesiniz Men ele orada ondan sorusdum Alicenab olarmi adla kimise mene tanitdirasiniz Buyurdu Men ad ceke bilmeyeceyem Dedim Men Ayetullah Behcetin dersinde istirak edirem Raziliq ederek gulumsedi ve dedi Onun dersinde men deyen qaydalar vardir Yaxsidir ki onun dersinde istirak edirsiniz Onun dersi her cehetden komek eder hem elmi ve hem exlaqi cehetden derslere davam edin Merceiyyet Otuz ile yaxin muddetde xaric fiqh dersi tedris etmesine ve feqih kimi taninmasina baxmayaraq merceiyyeti qebul etmekden boyun qacirirdi Ayetullah Misbah onun merceiyyeti qebul etmesinin sebebini ve merceiyyetden sonra Ayetullah Behcetin veziyyetinin deyismemesi haqqinda deyir Ayetullah Behcetin menzilinde deyisiklik olmadi menzilde yanina gelenlerle gorusmek ve qebul etmek imkani yoxdur Buna gore de goruse gelenler bayram ve matem gunlerinde Fatimiyye mescidinde qebul olunurlar Menim nezerime gore merceiyyeti qebul etmesi onun kerametlerinden biridir Yeni onun seksen yasindaki heyati imkan vermirdi ki bele bir yukun altina girsin ve onunla tanis olan sexsler hec vaxt inanmazdilar ki merceiyyet bayragini ciynine alsin ve mesuliyyeti qebul etsin Burda yalniz vezifeye emel etmek hissi onun mesuliyyeti qebul etmesine bais oldu Demek lazimdir ki onun reftari tevazokarliq ve imani basqalarina delildir ki merce oldugu halda bele sadelikle yasadi ve yemeyinde menzilinde paltarinda ve yasayis seraitinde hec bir deyisiklik bas vermedi Merhum Seyid Ehmed Xansarinin olumunden sonra onun iki cildlik Zexiretul ibad kitabini capa hazirladi Ayetullah Eraki rehmete gedene qeder oz risalesinin capina icaze vermedi Neticede ali dini medresenin muellimleri terefinden yeddi neferin o cumleden de Ayetullah Behcetin merce olmasi elan olunanda bir cox alimler o cumleden Ayetullah Misgini Ayetullah Cavadi Amuli de onun merce olmasini elan etdiler Coxlu tekidlerden sonra oz risalesinin cap olunmasina raziliq verdi Onun risalesi boyuk tirajla cap olundu Bununla bele kitabin ustunde adini yazmaqdan da cekinirdi Eserleri Ayetullah Behcetin fiqh ve usulda coxlu eserleri vardir ki coxunu cap etdirmeyib ve basqalari onlari cap etdirmek istedikde icaze vermeyerek demisdir Hele bir cox boyuk alimlerin kitablari illerledir cap olunmayib onlari cap edin bunlarin novbesi gecikmeyib Onun eserlerinden kamil usul kitabi Seyx Ensarinin Mekasib kitabina hasiye ve onun axira qeder tekmili merhum Seyx Mehemmed Huseyn Qerevinin Zexiretul ibad eserine hasiye fars dilinde kamil fiqh kitablari Seyx Ensarinin Menasek kitabina hasiye ve s misal gostermek olar Meslehetleri Cavanlar ve yeniyetmeler gerek diqqet etsinler ki yaslari gunbegun artdiqca imanlari da bele coxalsin Hemcinin melumatlari da dini elmlerin ibtidai sinfinden yuxariya getsin ve imanlari da elmleri ile yanasi olsun Bilmelisiniz ki biz muselmanlarin basqalarindan Quran ve Ehli Beytden basqa ustunluyumuz yoxdur Yoxsa biz de qeyri muselmanlar kimi yasayardiq Eger bizim Ehli Beytimiz olmasaydi biz de diger imansiz muselmanlar kimi olardiq Gerek diqqet edesiniz ki gunbegun bu iki sey tereqqi etsin nece ki bizim yasimiz artir bu iki sey barede de melumatimiz artmalidir O terefe bu terefe getmesin yoxsa iter onlari itirmeseler azmasalar bu iki esasi kimse onlardan ala bilmez Hemcinin baxMuctehidlerin siyahisiFreebase Data Dumps Google