Şəvkani (ərəb. الشوكاني) və ya Məhəmməd ibn Əli ibn Məhəmməd ibn Abdullah ibn əl-Həsən ibn Məhəmməd ibn Saləh ibn İbrahim ibn Məhəmməd əl-Afif ibn Məhəmməd ibn Razəq əş-Şəvkani (1759, Şəkvan, Yəmən − 1834, Səna, Yəmən) — Çoxyönlü İslam alimi. Müctəhid.
Məhəmməd əş-Şəvkani | |
---|---|
ərəb. الشوكاني | |
![]() | |
Doğum tarixi | 11 iyul 1760 |
Doğum yeri | Şəvkan, Yəmən |
Vəfat tarixi | 30 oktyabr 1834 (74 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | fiqh |
Tanınmış yetirmələri | Məhəmməd Abid əs-Sindi, Həsən ibn Əhməd əl-Akiş |
Bioqrafiyası
Məhəmməd əş-Şəvkani 1759-cu ildə Yəməndə, Səna yaxınlığında, Şəvkan kəndində anadan olmuşdur. "əş-Şəvkani" nisbəsi Şəvkanlı olduğunu göstərir və o, Səhamiyə qəbiləsinə aid bir kənddir. Səhamiyə isə Xavlən qəbilələrindən biri olub, onunla Səna şəhəri arasında bir gündən az bir məsafə vardır.
Şəvkani öz kitabında atasının tərcümeyi-halında deyir:
"Tərcümeyi-halın sahibinin Şəvkana aid edilməsi həqiqi deyildir, çünki onun vətəni və əcdadlarının, qohumlarının vətəni Şəvkanın qərbində yerləşən bir yerdir, bu ikisinin arasında böyük və uzun bir dağ vardır, ona "Hucratu Şəvkan" deyirlər. Bu yerə görə onun ailəsi Şəvkana nisbət edilmişdir."
Şəvkani öz tərcümeyi-halında atasının əlyazmasından nəql edərək deyir:
"Atasının öz xətti ilə yazdığı yazısında görüldüyü kimi hicri 1173-cü ildə Zilqadə ayının iyirmi səkkizi bazar ertəsi günü gündüz vaxtı doğulmuşdur. Doğulduğu yerin adı daha əvvəl atasının tərcümeyi-halında qeyd olunduğu kimi Hucrətu Şəvkandır."
Buradan onun doğum tarixi haqqında söylənilmiş digər tarixlərin xəta olduğunu anlayırıq. əz-Zirikli onun tərcümeyi-halının əvvəlində hicri 1173-cü ildə, miladi 1760-cı ildə doğulduğunu zikr etmişdir, doğru olan da budur. İmam əş-Şəvkani zeydi imamlarının zamanında seçkin və yüksək bir məqama çatmış bir alim və qazı ailəsindəndir, çünki bu ailə türklərə qarşı müharibələrində imamlara həmişə dəstək olmuşdur. Müəllif öz qəbiləsi haqqında deyir:
"İmamların sələfləri yanında onların yüksək məqamı vardır, onların arasından böyük rəhbərlər çıxmışdır və imamlara dəstək olublar. Xüsusilə türklərlə müharibədə onlara həmişə kömək ediblər və bunda xüsusi məqam sahibi olublar. Həmin zamanda onların arasında alimlər, fəzilət sahibləri var idi, onları Xavləniyyə torpağında qazilər olaraq tanıyırdılar. Qəbilələr arasında dağılaraq onları cihada çağırırdılar və onları türklərə qarşı müharibəyə təşviq edirdilər."
Müəllif xəbər verir ki, onun babası yüz iyirmi yaşında olarkən digərləri ilə birlikdə türklərə qarşı vuruşmuşdur.
Risalənin sahibi "əl-Bədr ət-Tali" kitabında (1/478 və sonrakı səhifələr) atasının tərcümeyi-halını yazmışdır. Orada xəbər verir ki, atası təqribən hicri 1130-cu ildə Hucrətu-Şəvkan’da doğulmuş, orada böyümüşdür. Quranı hifz etmişdir, daha sonra isə elm tələb etmək üçün Səna şəhərinə səfər etmişdir. Orada bir qrup alim yanında elm tədris etmiş, fiqh və miras elmində biliklərini təkmilləşdirmişdir. "əl-Əzhar" kitabını və İbn Miftəhin bu kitaba yazdığı şərhini, kitabın Haşiyələrini, "Bəyan İbn Muzaffər", "əl-Bəhr əz-Zəxxar" və digər kitabları təhqiq etmişdir. Hədis, təfsir, nəhv və usul kitablarını öyrənmişdir. Ailəsindən, vətənindən ayrılıqda, onlardan qürbətdə uzun müddət elm təhsil etməyə davam etmişdir.
Həyatının elm tələbi dövrünün sonlarında Səna şəhərində dərs və fətva verməyə başlayır. əl-İmam əl-Mehdi əl-Abbas ibn əl-Hüseyn onu Xavləniyyə tərəfində (Xavlən Səna) qazı təyin edir, lakin bunu rədd edir. Sonra onu Səna şəhərində qazı təyin edir və o, ailəsi ilə birlikdə ora köçür. Hətta qazı vəzifəsinə təyin olunduğu zaman belə elm tələbini tərk etmir, nə də tələbələrə verdiyi dərsləri dayandırmır. Əksinə Salah əd-Din və əl-Əbzər məscidlərində fiqhdən, əl-Cami əl-Kəbir məscidində isə ramazan aylarında miras elmi haqqında dərs deyərdi.
O, xoş xasiyyətli, kibar, azla kifayətlənən, riyadan uzaq, insanların gözlərindən gizli, öz nəfsi ilə məşğul olan, zamanın zərbələri və taleyin hadisələrindən çox əziyyət çəkməsinə baxmayaraq səbir edən, dini görəvini davamlı qoruyan, vaxtını Allaha itaətdə keçirən, günlük ehtiyacından artıq qalanını kasıblara paylayan, sözlərində və geyimində özünü göstərməyən, insanlar qarşısında hansı paltarla görünəcəyinə, onları hansı şəkildə qarşılacağına fikir verməyən, sağlam fikirli, kin, hiqd, qəzəb və həsəddən təmiz, kimliyindən asılı olmayaraq heç kəsi pis sözlərlə anmayan, ailəsinə qarşı xeyirxah, onların ehtiyaclarını qarşılayan, bu yolda özünü yoran, bəzi qazilərin ona etdiklərinə qarşı səbir edən və mükafatını Allahdan uman biri idi.
İmam Şəvkaninin atası belə bir şəxsiyyət olmuşdur və heç bir şəkk ola bilməz ki, atasının onun üzərində böyük bir təsiri olub və bu, onun elm tələbinə və erkən yaşlarında istedadının üzə çıxmasına kömək etmişdir.
İmam Şəvkani bu barədə deyir:
"Mənə qarşı yaxşılığı, şəfqəti, elm tələbində köməyi və ehtiyacımı ödəməkdəki əməyi o qədər yüksək dərəcəyə çatmışdı ki, elm tələbindən başqa heç bir şeylə məşğul olmağa ehtiyac qalmamışdı. Allah ona qarşılığını xeyirlə versin və onu Cənnətlə mükafatlandırsın!"
Yenə bu barədə deyir:
"Kiçik yaşlarında onun yanında digər tələbələrlə birlikdə "Şərh əl-Əzhar" və "Şərh ən-Naziri" kitablarını oxudum və o, həyatının son günlərində mənimlə "Səhih əl-Buxari"ni oxudu."
Bütün bunlara əsasən görünür ki, o aşkar bir dini mühidə böyümüş, ilk elmini atasından almışdır. Şəvkani Quranı hifz etmiş və onu kamilləşdirmişdir, sonra zeydi fiqhində "əl-Əzhar" kitabını, əl-Usayfirinin "Muxtəsar əl-Fəraid", əl-Haririnin "əl-Mulhə" və İbnul-Hacibin "əl-Kəfiyyə əş-Şəfiyyə" kitablarını və digər mətnləri hifz etmişdir. Yalnız atasından dərs almaqla kifayətlənməmişdir, lakin o, tarix və ədəbiyyat kitablarını mutaliə etməkdə çox vaxt sərf edərdi və bunun yanında Qurani Kərimi hifz etməyə də davam etmişdir. Şeyxləri yanında çox sayda kitabdan elm almışdır və "əl-Bədr ət-Tali" kitabında "(şeyxlərə) oxuduğu kitablar və (onlardan) eşitdikləri" adı altında bu kitabların adlarını, üstəlik əsrinin alimlərindən əldə etdiyi icazələri də nəql etmişdir. O, bu barədə geniş şəkildə yazdıqdan sonra deyir:
"Tərcümeyi-halın sahibinin (red — özü) eşitdikləri və oxuduqlarından nəql edə bildiklərim bunlardır, onun bundan başqa da eşitdikləri və oxuduqları vardır. Lakin ondakı icazələr ilə rəvayət etməsi caiz olan kitablara gəldikdə isə, ondakı bir toplu isnadın göstərdiyi kimi bu kitablar sayla məhdud deyildir."
Rəvayətlərini əldə etdiyi kitabların adlarını isə ayrı bir kitabda toplamışdır və həmin kitabını "İthaful-Əkəbir bi İsnəd əd-Dəfətir" adlandırmışdır. Bu kitabının müqəddiməsində deyir:
"Bu qısa həcmli kitabımda, istər əhli-beyt imamlarının kitabları, istərsə də digər islam tayfalarının kitabları olsun, bütün elm sahələrinə aid olan, müəllifə çatan tam bir isnadla mənə rəvayəti sabit olmuş kitabları topladım. Bu muttəsil (red — tam olan sənəd) sənədlər elm ocaqları üçün elm qolbağısı kimi olmuşdur və bu isnadları böyük alimlər digər böyük alimlərdən rəvayət etmişdir və onları dəftərlərdə deyil, yaddaşlarında hifz etmişlər."
Elm aldığı şeyxlərdən bir qrup ona elm tələbi və təhsilində kömək etmişdir. O, şeyxi əl-Həsən ibn İsmayıl ibn əl-Həsən ibn Məhəmməd əl-Məğribinin tərcümeyi-halında deyir:
"O, mənə artıq bir maraq göstərərdi və mənə kitabları ilə elm tələbində kömək edərdi. "əl-Muntəqa" kitabını şərh etməyi məsləhət görənlərdən də biri o idi və o, həyatda olarkən həmin kitabın şərhinə başladım, hətta onun sağlığında kitabın çoxunu şərh etmişdim və ölümündən sonra həmin şərhi tamamladım. Mənə görə elmdən çəkindirən maneələrlə qarşılaşmağımdan qorxması barədə məndən gizli başqalarının yanında çox söhbət edərdi. Onun etdiyi bu təxmin necə də doğrudur! Necə də uzaqgörən biri idi! Onun vəfatından sonra bir ildən az müddətdə qazılıq vəzifəsi ilə imtihan olundum."
Müəlimləri
Həm də özünü yalnız və yalnız elmə həsr etməsi, atasının kasıb olmasına baxmayaraq işləməməsi, ambisiyası və hətta kiçik yaşında belə təhrik edici səbəbin güclü olması da ona elm tələbində çox kömək etmişdir. Ondan əvvəl yaşamış nəhəng alimlərdən bir çox şəxsiyyət əş-Şəvkaniyə təsir etmişdir. Bunlar arasında öz vətəni Yəməndən bir çox alim vardır və bunların ən məşhurları; Alləmə Məhəmməd ibn İbrahim əl-Vəzir, Alləmə Məhəmməd ibn İsmayıl əl-Əmir, Alləmə əl-Həsən ibn Mehdi əl-Muqbili və əl-Hüseyn Əhməd əl-Cələl kimi alimlərdir. Yenə bu alimlər arasında başqa ölkələrdən olan və eyni əsrdə yaşamamış alimlərdir. Onların başında İbn Teymiyyə və İbn Həzm əl-Əndəlüsi kimi alimlər gəlir. Şeyxlərinə gəldikdə isə, onların sayı çoxdur. Onları dəqiqləşdirmək çətin olsa da onlar bunlardır:
- Alləmə Əhməd ibn Amir əl-Hədəi. Onun yanında "əl-Əzhar" kitabını və onun şərhini iki dəfə və "əl-Fəraid" kitabını iki dəfə oxumuşdur.
- Alləmə Əhməd bin Muhamməd bin Əhməd bin Mutahhar əl-Qabili. Şəvkani onun tərcümeyi-halında deyir:
"əl-Furu elmində onun yanında on üç il tələbəlik etdim, ondan faydalandım, onun əli altında yetişdim, onun yanında "əl-Əzhar", onun şərhi və haşiyələrini üç dəfə oxudum. İlk iki dəfə ehtiyacın tələb etdiyinə əsasən azla kifayətləndik, üçüncü dəfə isə araşdırma və təhqiq ilə birlikdə çox dəqiq və gözəl şəkildə tamamladıq, sonra əl-Usayfirinin "əl-Fəraid" kitabını, ən-Nazirinin ona yazdığı şərhi və üzərinə yazılmış haşiyələri oxudum və yenə onun yanında "Bəyan İbn Muzaffər" və onun haşiyələrini oxudum. Bu qiraət, araşdırma, mükəmməllik, təhrir (red — yaxşılaşdırmaq) və təqrir (red — aydınlaşdırma) qiraəti oldu."
- Alləmə İsmayıl ibn əl-Həsən əl-Mehdi ibn Əhməd əl-İmam əl-Qasim ibn Məhəmməd. Onunla əl-Həririnin "Mulhətul-İrab" kitabını və "Şərh Bəhraq" adı ilə tanınan şərhini, sarf, məani, bəyan və əmval elmində bir çox kitab oxumuşdur.
- Alləmə əl-Həsən ibn İsmayıl əl-Məğribi. Onunla əl-Qutbun "Risalətuş-Şəmsiyyə" kitabının bir hissəsini, əş-Şərifin ona yazdığı haşiyəsini, "əl-Mutavval" və onun haşiyəsini oxumuşdur. Onun yanında "Şərhul-Qayə", Seylanın bu kitaba yazdığı haşiyəsini, "əl-Azd", "Şərh aləl-Muxtəsar", "Haşiyətus-Sad" və ehtiyac duyulan digər haşiyələr üzərindəki dərsini tamamlamışdır. Ondan babasına aid "Şərh Buluğ əl-Məram" kitabını dinləmişdir, bunun əvvəlindən bir hissəsini isə ötürmüşdür. Eləcədə "Səhih Müslim"in bəzi hissələrini, ən-Nəvəvinin şərhini, hədis elmində "Tənqihul-Ənzar" kitabının bəzi hissələrini dinləmişdir. Yenə ondan "Sünəni Əbi Davud"u, Munzirinin təxricini, Xattabinin ona yazdığı "əl-Məalim" adlı şərhinin bir hissəsini və "Şərh İbn Raslan"ın bir hissəsini dinləmişdir.
- Qadi Abdurrahmən ibn Həsən əl-Əkva. Onun yanında Əmir əl-Hüseynin hədis elmində yazdığı "əş-Şifə" kitabının əvvəllərini oxumuşdur.
- Seyyid Abdurrahmən ibn Qasim əl-Mədəni. Onun yanında elm tələb etməyə başladığı dövrdə "Şərh əl-Əzhar" kitabını oxumuş və onu dəqiq elmi fiqhi bir müzakirə ilə müzakirə etmişdir.
- Alləmə Abdullah ibn İsmayıl ən-Nəhmi. Onun yanında "Qavaidul-İrab", Əzhərinin ona yazdığı şərhi, haşiyələrinin hamısını, "Şərhus-Seyyidil-Mufti alə Kəfiyyəti İbnil-Hacib", "Şərh əl-Xubeysi aləl-Kəfiyə", "əl-Kəfil" və onun şərhini, "Şifəul-Əmir Hüseyn" kitabının hamısını, əl-Qadi Zəkəriyyanın "Şərh İysəğuci" kitabının hamısını və əl-Əbhari’nin məntiq elmində yazdığı "əl-İysəğuci" kitabını oxumuşdur.
- Seyyid Abdullah ibn əl-Həsən bin Əli ibn əl-Həsən bin Əli ibn əl-İmam əl-Mutəvəkkil-aləllah İsmayıl ibn Qasim. Ondan elm tələbinə başladığı dövrdə "Şərh əl-Cami" kitabını əvvəlindən axıra qədər öyrənmişdir.
- Seyyid əl-İmam Abdulqadir ibn Əhməd əl-Kəvkəbani. Onun yanında "Cəmul-Cəvami" kitabını, Məhəllinin ona yazdığı şərhini, İbn Əbi Şərifin yazdığı haşiyəni, Nəcrinin "Şərhul-Qaləid" kitabını, "əl-Məvaqif əl-Azdiyyə" kitabının bir hissəsini, Şərifin ona yazdığı şərhini, "əl-Bəhr əz-Zəxxar" kitabının bir hissəsini, onun haşiyəsini, təxricini oxumuşdur və "Daun-Nəhar alə Şərhil-Əzhar" kitabını oxumuş, lakin tamamlamamışlar. Yenə ondan "Səhih Müslim"in hamısını, Munəvinin ona yazdığı şərhin bir hissəsini, "Sünən ət-Tirmizi"nin hamısını, "Muvatta Malik"in bir hissəsini, Qadi İyadın "əş-Şifa" kitabının bir hissəsini, "Sünən ən-Nəsai"nin bir hissəsini, "Sünən İbn Macə"nin bir hissəsini, İbn Teymiyyənin "əl-Muntəqa" kitabının bir hissəsini eşitmişdir. Yenə ondan "Səhih əl-Buxari"nin bir hissəsini, onun "Fəthul-Bari" şərhinin bir hissəsini, "Əlfiyyə əz-Zeyn əl-İraqi"nin bir hissəsini, onun şərhini, "əl-Mənzuma əl-Cəssas"ın hamısını, şərhinin hamısını, Cövhərinin "əs-Sihah" əsərinin bir hissəsini, "əl-Qamus"un bir hissəsi və "Fulkus-Sihah" adlandırdığı əsərini eşitmişdir. Yenə ondan "əl-Əhədis əl-Musəlsələ bi Yəumil-İd", "əl-Musəlsələ bil-Musafəhə", "əl-Musəlsələ bil-Muşəbəkə" və digər kitabları dinləmişdir.
- Seyyid Əli ibn İbrahim ibn Əhməd ibn Amir. Onun yanında "Səhih əl-Buxari"ni əvvəlindən axıra qədər oxumuşdur.
- Atası Əli ibn Muhamməd əş-Şəvkani. Ondan oxuduğu və eşitdiyi kitabların adları daha əvvəl qeyd olundu.
- Alləmə əl-Qasim ibn Yəhya əl-Xavləni. Onun yanında "əl-Kəfiyyə", əs-Seyyid əl-Muftinin ona yazdığı şərhini, "Şərhul-Xubeysi aləl-Kəfiyyə", onun haşiyələrini oxumuş, yenə "Şərh ər-Radi aləl-Kafiyyə" kitabını oxumuş və bundan yalnız kiçik bir hissəsi qalmışdır, "əş-Şəfiyyə" və Lutfullah əl-Qayyəsin ona yazdığı şərhini, "əs-Səd" və onun şərhini və "Şərh əl-Cami"ni əvvəlindən sonuna qədər oxumuşdur.
- Alləmə Yusuf ibn Məhəmməd ibn Alə əl-Məzcəci. Ondan eşitmiş, rəvayət edilməsi özünə caiz olan hər bir şey üçün ona da şifahi icazə vermişdir və vətəninə çatdıqda isə ona yazılı icazə vermişdir. Ondan rəvayət etdikləri arasında şeyx Hafiz İbrahim əl-Kurdinin isnadları da mövcuddur və bunları atasından, o da babasından eşitmə yolu ilə rəvayət etmişdir.
Tələbələrinin onun haqqındakı fikirləri
Onun şagirdi Alləmə Hüseyn ibn Muhsin əs-Səbi əl-Ənsari onu belə vəsf etmişdir:
"(O, həqiqətən də) İmamların imamıdır, ümmətin muftisi, elmləri özündə daşıyan bir dəniz, fəhmlərin günəşi, hafiz müctəhidlərin dayağı, mənaların, ləfzlərin cəngavəri, əsrinin tək nümunəsi, zamanın nadir şəxsiyyəti, şeyxul-islam, insanlar üçün nümunə, zamanının əlaməti, Quranın və hədislərin tərcümanı, zahidlərin bayrağı, qullar içində yeganə biri, bidət əhlinin qənimi, müctəhidlərin sonuncusu, müvahhidlərin rəhbəri, müttəbilərin davamı, bənzərsiz əsərlərin sahibi, Əhlis-Sünnə vəl-Cəmaatın qazılər qazısı, rəvayət və səmaət şetxi, isnadı ali, ictihad meydanında öndər, şəriətin həqiqətlərini və mənbələrini bilən, onun qaranlıq məqamlarını və məqsədlərini bilən biridir."
Alləmə Həsən ibn Əhməd əl-Bəhkəli "əl-Xusravani fi Əxbar Əayan əl-Məxləf əs-Suleymani" adlı kitabında onun haqqında deyir:
"O, qazi, şeyxul-islam, əl-muhaqqiq əl-alləmə əl-imam, alimlərin sultanı, dünyanın imamı, bənzəri olmayan hafizlərin xətmi, kritiklərin höccəti, ali əl-isnad, ictihad meydanında öndər biridir."
Daha sonra deyir:
"Xülasə; o, elmdə, təqvada və qəlbinin qüvvəsi, dilinin itiliyi ilə haqqa dəstək olmaqda özü kimi birini görməmişdir, nə də özünün bənzərini görmüş biri ilə qarşılaşmamışdır."
Tələbəsi Siddiq Həsən Xan onun haqqında deyir:
"Bütün elmləri əldə etmişdir. Onunla razılaşmayanlar və razılaşanların hamısı onun təhqiqində ittifaq etmişlər. İctihadi elmlərdə barmaqla göstərilən biri olmuşdur, mübahisə edildikdə şəriətin qaranlıq məqamlarını anlamaq üçün ona müraciət edərdilər. Onun əksər elmlərdə mühüm, faydalı və maraqlı kitabları vardır."
Yenə demişdir:
"Zamanın gözləri təhqiqdə onun kimi biri ilə sevinməmişdir, tədqiqdə isə dəhr onun kimi birinə izin verməmişdir. Hər bir araşdırmasında insaf yolu ilə, nə xələflərin, nə də sələflərin məzhəbini təqlid etmədən məsələlərin haqqını vermişdir. Hörmət sahibi şeyxləri və başqa alimlər onun görüşlərini nəql edərdilər, həyatda olarkən artıq üfüqlərə yüksəlmişdi. Alimlər onun yanında dəfələrlə mətnlər öyrənmiş və ondan faydalanmışlar."
Əsərləri
İmam Şəvkani özündən sonra kitablardan ibarət böyük bir sərvət tərk etmişdir. Onların sayı iki yüzdən çoxdur və çoxu əlyazma şəklində çəkməcələr və rəflərin əsiri olaraq qalmaqdadır və bu günə qədər nəşr işığı onlara nəsib olmamışdır. Bu kitabların hamısını saymağa başlasam, sözümüz uzanar. Ona görə də çap olunmuş kitabları arasından ən mühüm kitabları qeyd etməklə kifayətlənəcəm. Bu kitablar oxuyucuya imamın elmlərdəki mütəxəssisliyini və onun müxtəlif şəriət elmlərindəki təcrübəsini göstərməkdədir:
- Fəthul-Qadir əl-Cami beynə Fənnir-Rivayə vad-Dirayə fit-Təfsir. Bu kitab özündə imamın təfsir elmində bir dərya olduğuna dəlalət edən möhtəşəm inciləri toplamışdır.
- "əl-Fəvaid əl-Məcmua fil-Əhədis əl-Məvdua".
- əd-Durar əl-Bəhiyyə. Fiqh barəsində bir mətndir və bu kitabın şərhi "əd-Dərari əl-Mədiyyə fi Şərhid-Duraril-Bəhiyyə"dir.
- əs-Seyl əl-Cərrar əl-Mutədəffiq alə Hədaiq əl-Əzhar. Bu kitab müqayisəli fiqh sahəsində yazılmış kitablar içərisində zamanımızda bənzəri çox az olan bir kitabdır.
- Neylul-Əvtar Şərh Muntəqa əl-Əxbar. Bu kitabın adı-sanı çox ucalmışdır və hər bir elm tələbəsinin ehtiyac duyduğu bir referans kitab olmuşdur.
- İrşad əl-Fuhul ilə Təhqiq əl-Haqq min İlmil-Usul. Bu kitab, üsuli fiqh sahəsində yazılmış nadir kitablardan biridir.
- əl-Bədr ət-Tali bi Məhəsin mən bədə əl-Qarn əs-Səbi. Bu kitab yeddinci əsrdən sonra yaşamış şəxsiyyətlər haqqında əsas qaynaq kitabdır.
Müəllifin yuxardakılardan başqa əsərləri də vardır.
Ölümü
İmam Şəvkani 1834-cü ildə Cəmazil-axir ayının sonuna üç gün qalmış çərşənbə günü gecə vaxtı vəfat etmişdir. O, 76 il yeddi ay ömür yaşamışdır. Cənazə namazı Səna şəhərindəki əl-Cami əl-Kəbirdə qılınmış və Səna şəhərindəki məşhur Xəzimə məqbərəsində dəfn olunmuşdur. Ölümündən əvvəl təxminən iki il ərzində qazılıqla əlaqədar bütün işləri tərk edir və vaxtını yalnız Allaha itaət etməyə, cümələrə və camaata sərf edir, Axirət əməllərindən başqa heç bir şeyə iltifat göstərmir.
İstinadlar
- əl-Bədr ət-Tali, cild I (ərəb). 481.
- əl-Bədr ət-Tali, cild I (ərəb). 482.
- əl-Bədr ət-Tali, cild I (ərəb). 484.
- əl-Bədr ət-Tali, cild II (ərəb). 215–218.
- əl-Bədr ət-Tali, cild I (ərəb). 218.
- əl-Bədr ət-Tali, cild I (ərəb). 197.
- əl-Bədr ət-Tali, cild I (ərəb). 97.
- Neylul-Əvtar” kitabının müqəddiməsi (1/3).
- ət-Tac əl-Mukəlləl (ərəb). 450.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sevkani ereb الشوكاني ve ya Mehemmed ibn Eli ibn Mehemmed ibn Abdullah ibn el Hesen ibn Mehemmed ibn Saleh ibn Ibrahim ibn Mehemmed el Afif ibn Mehemmed ibn Razeq es Sevkani 1759 Sekvan Yemen 1834 Sena Yemen Coxyonlu Islam alimi Muctehid Mehemmed es Sevkaniereb الشوكاني Dogum tarixi 11 iyul 1760 1760 07 11 Dogum yeri Sevkan Yemen Vefat tarixi 30 oktyabr 1834 1834 10 30 74 yasinda Vefat yeri Sena Yemen Elm sahesi fiqh Taninmis yetirmeleri Mehemmed Abid es Sindi Hesen ibn Ehmed el Akis Mundericat 1 Bioqrafiyasi 2 Muelimleri 3 Telebelerinin onun haqqindaki fikirleri 4 Eserleri 5 Olumu 6 IstinadlarBioqrafiyasiredakteMehemmed es Sevkani 1759 cu ilde Yemende Sena yaxinliginda Sevkan kendinde anadan olmusdur es Sevkani nisbesi Sevkanli oldugunu gosterir ve o Sehamiye qebilesine aid bir kenddir Sehamiye ise Xavlen qebilelerinden biri olub onunla Sena seheri arasinda bir gunden az bir mesafe vardir Sevkani oz kitabinda atasinin tercumeyi halinda deyir Tercumeyi halin sahibinin Sevkana aid edilmesi heqiqi deyildir cunki onun veteni ve ecdadlarinin qohumlarinin veteni Sevkanin qerbinde yerlesen bir yerdir bu ikisinin arasinda boyuk ve uzun bir dag vardir ona Hucratu Sevkan deyirler Bu yere gore onun ailesi Sevkana nisbet edilmisdir 1 Sevkani oz tercumeyi halinda atasinin elyazmasindan neql ederek deyir Atasinin oz xetti ile yazdigi yazisinda gorulduyu kimi hicri 1173 cu ilde Zilqade ayinin iyirmi sekkizi bazar ertesi gunu gunduz vaxti dogulmusdur Doguldugu yerin adi daha evvel atasinin tercumeyi halinda qeyd olundugu kimi Hucretu Sevkandir Buradan onun dogum tarixi haqqinda soylenilmis diger tarixlerin xeta oldugunu anlayiriq ez Zirikli onun tercumeyi halinin evvelinde hicri 1173 cu ilde miladi 1760 ci ilde doguldugunu zikr etmisdir dogru olan da budur Imam es Sevkani zeydi imamlarinin zamaninda seckin ve yuksek bir meqama catmis bir alim ve qazi ailesindendir cunki bu aile turklere qarsi muharibelerinde imamlara hemise destek olmusdur Muellif oz qebilesi haqqinda deyir Imamlarin selefleri yaninda onlarin yuksek meqami vardir onlarin arasindan boyuk rehberler cixmisdir ve imamlara destek olublar Xususile turklerle muharibede onlara hemise komek edibler ve bunda xususi meqam sahibi olublar Hemin zamanda onlarin arasinda alimler fezilet sahibleri var idi onlari Xavleniyye torpaginda qaziler olaraq taniyirdilar Qebileler arasinda dagilaraq onlari cihada cagirirdilar ve onlari turklere qarsi muharibeye tesviq edirdiler 1 Muellif xeber verir ki onun babasi yuz iyirmi yasinda olarken digerleri ile birlikde turklere qarsi vurusmusdur 2 Risalenin sahibi el Bedr et Tali kitabinda 1 478 ve sonraki sehifeler atasinin tercumeyi halini yazmisdir Orada xeber verir ki atasi teqriben hicri 1130 cu ilde Hucretu Sevkan da dogulmus orada boyumusdur Qurani hifz etmisdir daha sonra ise elm teleb etmek ucun Sena seherine sefer etmisdir Orada bir qrup alim yaninda elm tedris etmis fiqh ve miras elminde biliklerini tekmillesdirmisdir el Ezhar kitabini ve Ibn Miftehin bu kitaba yazdigi serhini kitabin Hasiyelerini Beyan Ibn Muzaffer el Behr ez Zexxar ve diger kitablari tehqiq etmisdir Hedis tefsir nehv ve usul kitablarini oyrenmisdir Ailesinden veteninden ayriliqda onlardan qurbetde uzun muddet elm tehsil etmeye davam etmisdir Heyatinin elm telebi dovrunun sonlarinda Sena seherinde ders ve fetva vermeye baslayir el Imam el Mehdi el Abbas ibn el Huseyn onu Xavleniyye terefinde Xavlen Sena qazi teyin edir lakin bunu redd edir Sonra onu Sena seherinde qazi teyin edir ve o ailesi ile birlikde ora kocur Hetta qazi vezifesine teyin olundugu zaman bele elm telebini terk etmir ne de telebelere verdiyi dersleri dayandirmir Eksine Salah ed Din ve el Ebzer mescidlerinde fiqhden el Cami el Kebir mescidinde ise ramazan aylarinda miras elmi haqqinda ders deyerdi O xos xasiyyetli kibar azla kifayetlenen riyadan uzaq insanlarin gozlerinden gizli oz nefsi ile mesgul olan zamanin zerbeleri ve taleyin hadiselerinden cox eziyyet cekmesine baxmayaraq sebir eden dini gorevini davamli qoruyan vaxtini Allaha itaetde keciren gunluk ehtiyacindan artiq qalanini kasiblara paylayan sozlerinde ve geyiminde ozunu gostermeyen insanlar qarsisinda hansi paltarla goruneceyine onlari hansi sekilde qarsilacagina fikir vermeyen saglam fikirli kin hiqd qezeb ve hesedden temiz kimliyinden asili olmayaraq hec kesi pis sozlerle anmayan ailesine qarsi xeyirxah onlarin ehtiyaclarini qarsilayan bu yolda ozunu yoran bezi qazilerin ona etdiklerine qarsi sebir eden ve mukafatini Allahdan uman biri idi Imam Sevkaninin atasi bele bir sexsiyyet olmusdur ve hec bir sekk ola bilmez ki atasinin onun uzerinde boyuk bir tesiri olub ve bu onun elm telebine ve erken yaslarinda istedadinin uze cixmasina komek etmisdir Imam Sevkani bu barede deyir Mene qarsi yaxsiligi sefqeti elm telebinde komeyi ve ehtiyacimi odemekdeki emeyi o qeder yuksek dereceye catmisdi ki elm telebinden basqa hec bir seyle mesgul olmaga ehtiyac qalmamisdi Allah ona qarsiligini xeyirle versin ve onu Cennetle mukafatlandirsin 3 Yene bu barede deyir Kicik yaslarinda onun yaninda diger telebelerle birlikde Serh el Ezhar ve Serh en Naziri kitablarini oxudum ve o heyatinin son gunlerinde menimle Sehih el Buxari ni oxudu 3 Butun bunlara esasen gorunur ki o askar bir dini muhide boyumus ilk elmini atasindan almisdir Sevkani Qurani hifz etmis ve onu kamillesdirmisdir sonra zeydi fiqhinde el Ezhar kitabini el Usayfirinin Muxtesar el Feraid el Haririnin el Mulhe ve Ibnul Hacibin el Kefiyye es Sefiyye kitablarini ve diger metnleri hifz etmisdir Yalniz atasindan ders almaqla kifayetlenmemisdir lakin o tarix ve edebiyyat kitablarini mutalie etmekde cox vaxt serf ederdi ve bunun yaninda Qurani Kerimi hifz etmeye de davam etmisdir Seyxleri yaninda cox sayda kitabdan elm almisdir ve el Bedr et Tali kitabinda 4 seyxlere oxudugu kitablar ve onlardan esitdikleri adi altinda bu kitablarin adlarini ustelik esrinin alimlerinden elde etdiyi icazeleri de neql etmisdir O bu barede genis sekilde yazdiqdan sonra deyir Tercumeyi halin sahibinin red ozu esitdikleri ve oxuduqlarindan neql ede bildiklerim bunlardir onun bundan basqa da esitdikleri ve oxuduqlari vardir Lakin ondaki icazeler ile revayet etmesi caiz olan kitablara geldikde ise ondaki bir toplu isnadin gosterdiyi kimi bu kitablar sayla mehdud deyildir 5 Revayetlerini elde etdiyi kitablarin adlarini ise ayri bir kitabda toplamisdir ve hemin kitabini Ithaful Ekebir bi Isned ed Defetir adlandirmisdir Bu kitabinin muqeddimesinde deyir Bu qisa hecmli kitabimda ister ehli beyt imamlarinin kitablari isterse de diger islam tayfalarinin kitablari olsun butun elm sahelerine aid olan muellife catan tam bir isnadla mene revayeti sabit olmus kitablari topladim Bu muttesil red tam olan sened senedler elm ocaqlari ucun elm qolbagisi kimi olmusdur ve bu isnadlari boyuk alimler diger boyuk alimlerden revayet etmisdir ve onlari defterlerde deyil yaddaslarinda hifz etmisler Elm aldigi seyxlerden bir qrup ona elm telebi ve tehsilinde komek etmisdir O seyxi el Hesen ibn Ismayil ibn el Hesen ibn Mehemmed el Megribinin tercumeyi halinda deyir O mene artiq bir maraq gostererdi ve mene kitablari ile elm telebinde komek ederdi el Munteqa kitabini serh etmeyi meslehet gorenlerden de biri o idi ve o heyatda olarken hemin kitabin serhine basladim hetta onun sagliginda kitabin coxunu serh etmisdim ve olumunden sonra hemin serhi tamamladim Mene gore elmden cekindiren maneelerle qarsilasmagimdan qorxmasi barede menden gizli basqalarinin yaninda cox sohbet ederdi Onun etdiyi bu texmin nece de dogrudur Nece de uzaqgoren biri idi Onun vefatindan sonra bir ilden az muddetde qaziliq vezifesi ile imtihan olundum 6 MuelimleriredakteHem de ozunu yalniz ve yalniz elme hesr etmesi atasinin kasib olmasina baxmayaraq islememesi ambisiyasi ve hetta kicik yasinda bele tehrik edici sebebin guclu olmasi da ona elm telebinde cox komek etmisdir Ondan evvel yasamis neheng alimlerden bir cox sexsiyyet es Sevkaniye tesir etmisdir Bunlar arasinda oz veteni Yemenden bir cox alim vardir ve bunlarin en meshurlari Alleme Mehemmed ibn Ibrahim el Vezir Alleme Mehemmed ibn Ismayil el Emir Alleme el Hesen ibn Mehdi el Muqbili ve el Huseyn Ehmed el Celel kimi alimlerdir Yene bu alimler arasinda basqa olkelerden olan ve eyni esrde yasamamis alimlerdir Onlarin basinda Ibn Teymiyye ve Ibn Hezm el Endelusi kimi alimler gelir Seyxlerine geldikde ise onlarin sayi coxdur Onlari deqiqlesdirmek cetin olsa da onlar bunlardir Alleme Ehmed ibn Amir el Hedei Onun yaninda el Ezhar kitabini ve onun serhini iki defe ve el Feraid kitabini iki defe oxumusdur Alleme Ehmed bin Muhammed bin Ehmed bin Mutahhar el Qabili Sevkani onun tercumeyi halinda deyir el Furu elminde onun yaninda on uc il telebelik etdim ondan faydalandim onun eli altinda yetisdim onun yaninda el Ezhar onun serhi ve hasiyelerini uc defe oxudum Ilk iki defe ehtiyacin teleb etdiyine esasen azla kifayetlendik ucuncu defe ise arasdirma ve tehqiq ile birlikde cox deqiq ve gozel sekilde tamamladiq sonra el Usayfirinin el Feraid kitabini en Nazirinin ona yazdigi serhi ve uzerine yazilmis hasiyeleri oxudum ve yene onun yaninda Beyan Ibn Muzaffer ve onun hasiyelerini oxudum Bu qiraet arasdirma mukemmellik tehrir red yaxsilasdirmaq ve teqrir red aydinlasdirma qiraeti oldu 7 Alleme Ismayil ibn el Hesen el Mehdi ibn Ehmed el Imam el Qasim ibn Mehemmed Onunla el Heririnin Mulhetul Irab kitabini ve Serh Behraq adi ile taninan serhini sarf meani beyan ve emval elminde bir cox kitab oxumusdur Alleme el Hesen ibn Ismayil el Megribi Onunla el Qutbun Risaletus Semsiyye kitabinin bir hissesini es Serifin ona yazdigi hasiyesini el Mutavval ve onun hasiyesini oxumusdur Onun yaninda Serhul Qaye Seylanin bu kitaba yazdigi hasiyesini el Azd Serh alel Muxtesar Hasiyetus Sad ve ehtiyac duyulan diger hasiyeler uzerindeki dersini tamamlamisdir Ondan babasina aid Serh Bulug el Meram kitabini dinlemisdir bunun evvelinden bir hissesini ise oturmusdur Elecede Sehih Muslim in bezi hisselerini en Nevevinin serhini hedis elminde Tenqihul Enzar kitabinin bezi hisselerini dinlemisdir Yene ondan Suneni Ebi Davud u Munzirinin texricini Xattabinin ona yazdigi el Mealim adli serhinin bir hissesini ve Serh Ibn Raslan in bir hissesini dinlemisdir Qadi Abdurrahmen ibn Hesen el Ekva Onun yaninda Emir el Huseynin hedis elminde yazdigi es Sife kitabinin evvellerini oxumusdur Seyyid Abdurrahmen ibn Qasim el Medeni Onun yaninda elm teleb etmeye basladigi dovrde Serh el Ezhar kitabini oxumus ve onu deqiq elmi fiqhi bir muzakire ile muzakire etmisdir Alleme Abdullah ibn Ismayil en Nehmi Onun yaninda Qavaidul Irab Ezherinin ona yazdigi serhi hasiyelerinin hamisini Serhus Seyyidil Mufti ale Kefiyyeti Ibnil Hacib Serh el Xubeysi alel Kefiye el Kefil ve onun serhini Sifeul Emir Huseyn kitabinin hamisini el Qadi Zekeriyyanin Serh Iyseguci kitabinin hamisini ve el Ebhari nin mentiq elminde yazdigi el Iyseguci kitabini oxumusdur Seyyid Abdullah ibn el Hesen bin Eli ibn el Hesen bin Eli ibn el Imam el Mutevekkil alellah Ismayil ibn Qasim Ondan elm telebine basladigi dovrde Serh el Cami kitabini evvelinden axira qeder oyrenmisdir Seyyid el Imam Abdulqadir ibn Ehmed el Kevkebani Onun yaninda Cemul Cevami kitabini Mehellinin ona yazdigi serhini Ibn Ebi Serifin yazdigi hasiyeni Necrinin Serhul Qaleid kitabini el Mevaqif el Azdiyye kitabinin bir hissesini Serifin ona yazdigi serhini el Behr ez Zexxar kitabinin bir hissesini onun hasiyesini texricini oxumusdur ve Daun Nehar ale Serhil Ezhar kitabini oxumus lakin tamamlamamislar Yene ondan Sehih Muslim in hamisini Munevinin ona yazdigi serhin bir hissesini Sunen et Tirmizi nin hamisini Muvatta Malik in bir hissesini Qadi Iyadin es Sifa kitabinin bir hissesini Sunen en Nesai nin bir hissesini Sunen Ibn Mace nin bir hissesini Ibn Teymiyyenin el Munteqa kitabinin bir hissesini esitmisdir Yene ondan Sehih el Buxari nin bir hissesini onun Fethul Bari serhinin bir hissesini Elfiyye ez Zeyn el Iraqi nin bir hissesini onun serhini el Menzuma el Cessas in hamisini serhinin hamisini Covherinin es Sihah eserinin bir hissesini el Qamus un bir hissesi ve Fulkus Sihah adlandirdigi eserini esitmisdir Yene ondan el Ehedis el Muselsele bi Yeumil Id el Muselsele bil Musafehe el Muselsele bil Musebeke ve diger kitablari dinlemisdir Seyyid Eli ibn Ibrahim ibn Ehmed ibn Amir Onun yaninda Sehih el Buxari ni evvelinden axira qeder oxumusdur Atasi Eli ibn Muhammed es Sevkani Ondan oxudugu ve esitdiyi kitablarin adlari daha evvel qeyd olundu Alleme el Qasim ibn Yehya el Xavleni Onun yaninda el Kefiyye es Seyyid el Muftinin ona yazdigi serhini Serhul Xubeysi alel Kefiyye onun hasiyelerini oxumus yene Serh er Radi alel Kafiyye kitabini oxumus ve bundan yalniz kicik bir hissesi qalmisdir es Sefiyye ve Lutfullah el Qayyesin ona yazdigi serhini es Sed ve onun serhini ve Serh el Cami ni evvelinden sonuna qeder oxumusdur Alleme Yusuf ibn Mehemmed ibn Ale el Mezceci Ondan esitmis revayet edilmesi ozune caiz olan her bir sey ucun ona da sifahi icaze vermisdir ve vetenine catdiqda ise ona yazili icaze vermisdir Ondan revayet etdikleri arasinda seyx Hafiz Ibrahim el Kurdinin isnadlari da movcuddur ve bunlari atasindan o da babasindan esitme yolu ile revayet etmisdir Telebelerinin onun haqqindaki fikirleriredakteOnun sagirdi Alleme Huseyn ibn Muhsin es Sebi el Ensari onu bele vesf etmisdir O heqiqeten de Imamlarin imamidir ummetin muftisi elmleri ozunde dasiyan bir deniz fehmlerin gunesi hafiz muctehidlerin dayagi menalarin lefzlerin cengaveri esrinin tek numunesi zamanin nadir sexsiyyeti seyxul islam insanlar ucun numune zamaninin elameti Quranin ve hedislerin tercumani zahidlerin bayragi qullar icinde yegane biri bidet ehlinin qenimi muctehidlerin sonuncusu muvahhidlerin rehberi muttebilerin davami benzersiz eserlerin sahibi Ehlis Sunne vel Cemaatin qaziler qazisi revayet ve semaet setxi isnadi ali ictihad meydaninda onder serietin heqiqetlerini ve menbelerini bilen onun qaranliq meqamlarini ve meqsedlerini bilen biridir 8 Alleme Hesen ibn Ehmed el Behkeli el Xusravani fi Exbar Eayan el Mexlef es Suleymani adli kitabinda onun haqqinda deyir O qazi seyxul islam el muhaqqiq el alleme el imam alimlerin sultani dunyanin imami benzeri olmayan hafizlerin xetmi kritiklerin hocceti ali el isnad ictihad meydaninda onder biridir 9 Daha sonra deyir Xulase o elmde teqvada ve qelbinin quvvesi dilinin itiliyi ile haqqa destek olmaqda ozu kimi birini gormemisdir ne de ozunun benzerini gormus biri ile qarsilasmamisdir 9 Telebesi Siddiq Hesen Xan onun haqqinda deyir Butun elmleri elde etmisdir Onunla razilasmayanlar ve razilasanlarin hamisi onun tehqiqinde ittifaq etmisler Ictihadi elmlerde barmaqla gosterilen biri olmusdur mubahise edildikde serietin qaranliq meqamlarini anlamaq ucun ona muraciet ederdiler Onun ekser elmlerde muhum faydali ve maraqli kitablari vardir Yene demisdir Zamanin gozleri tehqiqde onun kimi biri ile sevinmemisdir tedqiqde ise dehr onun kimi birine izin vermemisdir Her bir arasdirmasinda insaf yolu ile ne xeleflerin ne de seleflerin mezhebini teqlid etmeden meselelerin haqqini vermisdir Hormet sahibi seyxleri ve basqa alimler onun goruslerini neql ederdiler heyatda olarken artiq ufuqlere yukselmisdi Alimler onun yaninda defelerle metnler oyrenmis ve ondan faydalanmislar EserleriredakteImam Sevkani ozunden sonra kitablardan ibaret boyuk bir servet terk etmisdir Onlarin sayi iki yuzden coxdur ve coxu elyazma seklinde cekmeceler ve reflerin esiri olaraq qalmaqdadir ve bu gune qeder nesr isigi onlara nesib olmamisdir Bu kitablarin hamisini saymaga baslasam sozumuz uzanar Ona gore de cap olunmus kitablari arasindan en muhum kitablari qeyd etmekle kifayetlenecem Bu kitablar oxuyucuya imamin elmlerdeki mutexessisliyini ve onun muxtelif seriet elmlerindeki tecrubesini gostermekdedir Fethul Qadir el Cami beyne Fennir Rivaye vad Diraye fit Tefsir Bu kitab ozunde imamin tefsir elminde bir derya olduguna delalet eden mohtesem incileri toplamisdir el Fevaid el Mecmua fil Ehedis el Mevdua ed Durar el Behiyye Fiqh baresinde bir metndir ve bu kitabin serhi ed Derari el Mediyye fi Serhid Duraril Behiyye dir es Seyl el Cerrar el Mutedeffiq ale Hedaiq el Ezhar Bu kitab muqayiseli fiqh sahesinde yazilmis kitablar icerisinde zamanimizda benzeri cox az olan bir kitabdir Neylul Evtar Serh Munteqa el Exbar Bu kitabin adi sani cox ucalmisdir ve her bir elm telebesinin ehtiyac duydugu bir referans kitab olmusdur Irsad el Fuhul ile Tehqiq el Haqq min Ilmil Usul Bu kitab usuli fiqh sahesinde yazilmis nadir kitablardan biridir el Bedr et Tali bi Mehesin men bede el Qarn es Sebi Bu kitab yeddinci esrden sonra yasamis sexsiyyetler haqqinda esas qaynaq kitabdir Muellifin yuxardakilardan basqa eserleri de vardir OlumuredakteImam Sevkani 1834 cu ilde Cemazil axir ayinin sonuna uc gun qalmis cersenbe gunu gece vaxti vefat etmisdir O 76 il yeddi ay omur yasamisdir Cenaze namazi Sena seherindeki el Cami el Kebirde qilinmis ve Sena seherindeki meshur Xezime meqberesinde defn olunmusdur Olumunden evvel texminen iki il erzinde qaziliqla elaqedar butun isleri terk edir ve vaxtini yalniz Allaha itaet etmeye cumelere ve camaata serf edir Axiret emellerinden basqa hec bir seye iltifat gostermir Istinadlarredakte 1 2 el Bedr et Tali cild I ereb 481 el Bedr et Tali cild I ereb 482 1 2 el Bedr et Tali cild I ereb 484 el Bedr et Tali cild II ereb 215 218 el Bedr et Tali cild I ereb 218 el Bedr et Tali cild I ereb 197 el Bedr et Tali cild I ereb 97 Neylul Evtar kitabinin muqeddimesi 1 3 1 2 et Tac el Mukellel ereb 450 Menbe https az wikipedia org w index php title Mehemmed es Sevkani amp oldid 8085127