Məhəmməd ibn Sirin (ərəb. محمد بن سيرين) və ya Əbu Bəkr Məhəmməd ibn Sirin əl-Bəsri — tabiin nəslinə mənsub mühəddis və fəqih. Yuxu yozması ilə məşhurdur.
Məhəmməd ibn Sirin | |
---|---|
ərəb. مُحمَّد بن سيرين البصري | |
Doğum tarixi | 653 |
Doğum yeri | |
Vəfat tarixi | 14 yanvar 729 |
Vəfat yeri | |
Elm sahələri | fiqh, təfsir, Yoru[d] |
Tanınmış yetirmələri | Qətadə |
Bioqrafiyası
Mənbələrdə hicri 31, 33 və ya 34-cü illərdə anadan olduğu deyilir. Bəsrədə dünyaya gələn İbn Sirin, 30 səhabə ilə görüşmüşdür.Hüzeyfə ibn əl-Yəman, Zeyd ibn Sabit, Həsən ibn Əli, İmran ibn Hüseyn, Əbu Hüreyrə kimi səhabələrdən elm alıb. Müəllimləri arasında tabiindən olan Abidə əs-Salmani və Qazı Şüreyh də var. Ondan isə Şəbi, Qətadə, Eyyub əs-Səxtiyani, Asim əl-Əhvəl, Abdullah ibn Əvn, İbn Əbu Arubə, Xalid əl-Həzzə və Əvzai başda olmaqla bir çox alim faydalanmışdır. Ticarətlə məşğul olaraq dolanıb. Satdığı zeytun yağına gəmiricinin düşdüyü görüb və yağı yerə boşaldıb. Sərmayəsi əlindən çıxdığı üçün borclarını ödəyə bilməyib və həbs edilib. Abdullah ibn Zübeyr dövründə həccə gedib. Hicri 110-cu ildə Şəvval ayının 9-da 78 yaşında vəfat edib. Ölümündən sonra miras qalan 40 min dirhəmlik borcunu oğlu Abdullah ödəyib. O, xoşxasiyyət, təvazökar, əliaçıq və təqva sahibi bir şəxs olub. Qardaşları Yəhya, Məbəd, Ənəs və bacısı Həfsə də etibarlı ravilərdəndir.
Hədis və fiqh elmindəki yeri
"İmam", "hafiz" kimi ləqəblərlə tanınan İbn Sirin, təfsir, şeir və riyaziyyat sahəsindəki bilikləri ilə də məşhur olmaqla yanaşı, elmi şəxsiyyətində hədisçilik və fiqh sahələri üstünlük təşkil edir. Hədislərin etibarlı ravilərdən alınması məsələsində son dərəcə diqqətli olub. Alimlər tərəfindən onun etibarlı bir mühəddis olduğu barədə ittifaq edilmiş və onun rəvayətlərinə "Kütübi-sittə"də yer verilmişdir. Onun fiqhi məsələlərlə bağlı fikirləri "Fiqhul-İmam Muhəmməd ibn Sirin fil-muaməlat" adlı doktorluq dissertasiyasında toplamışdır.
Əsərləri
İlk dövrlərdə daha çox mühəddis və fəqih kimi tanınan İbn Sirinin sonrakı əsrlərdə ilk yuxu yozucularından biri kimi xatırlanması diqqəti cəlb edir. İbn Səad, Xəlifə ibn Xəyyad, Əhməd ibn Hənbəl və Xətib əl-Bağdadi onun yuxu yozuculuğundan heç bəhs etmədikləri halda, Buxari, Müslim, Cahiz və Əbu Nueym bu mövzuda rəvayətlərə yer vermişlər. İbn Hellikan onun yuxu yozuculuğu sahəsində geniş biliyə malik olduğunu bildirmiş, bəzi yuxu yozumu nümunələrinə yer verən Zəhəbi də bu sahədəki qabiliyyətinə işarə etmişdir. İbn Xəldun, İbn Sirinin bu sahədə ən məşhur alimlərdən biri olduğunu və onun yozumla bağlı qaydalarının nəsildən-nəsilə ötürüldüyünü qeyd etmişdir. İlk mənbələr İbn Sirinin yuxu yozumu ilə bağlı əsər yazıb-yazmadığı barədə məlumat verməsələr də, İbn ən-Nədim onun "Təbirur-ruyə", Rudani isə "İbarətur-ruyə" adlı bir əsəri olduğunu qeyd edir. Bu mövzuda ondan bəzi rəvayətlər nəql edilsə də, hədislərin yazılmasına belə qarşı çıxan İbn Sirinin yuxu yozumu haqqında kitab yazdığı düşünülə bilməz. Sonrakı dövrlərdə tərtib edilmiş və müxtəlif adlarla tanınan bəzi yuxu yozumu məcmuələrinin ona nisbət edilməsi, bir tabiin aliminin elmi nüfuzundan faydalanmaq məqsədindən qaynaqlanmış ola bilər. Belə ki, bu məcmuələrin bir hissəsində İbn Sirindən sonra yaşamış şəxslərin adlarına da yer verilmişdir. Bu əsərlərin ən mühümləri bunlardır:
- Təbirur-ruyə (Qahirə 1961).
- Təfsirul-əhləmil-kəbir (Qahirə 1963; Beyrut 1982).
- Muntəxabul-kəlam fi təfsiril-əhləm (Qahirə 1953; Mumbay 1296; Tunis 1984).
- Kitabul-Kəlam fi təfsiril-əhləm (Beyrut 1963).
- Təfsiru əhləmit-təfaul (Beyrut 1990).
- Təfsirul-əhləmt-təşəum (Beyrut 1990).
- Qamudul-əhləm: Təfsirun-əbcədi lir-ruyəl-mənamiyyə (Tunis 1988).
- Təfsirul-əhləm vər-ruyə (Qahirə 1976).
- Təfsirul-əhləm (Qahirə 1994).
- Kulliyyati-Təbiri-Xəb (Tehran 1985).
İbn Sirinə nisbət olunan yuxu yozumları İ. Z. Qrandi tərəfində italyancaya, Məhəmməd M. əl-Aqili və Aişə Beuli tərəfindən isə ingilicəyə tərcümə edilmişdir. Məhəmməd Baqir Kindil, İbn Sirinin yozumlarında yuxu, dil və şüuraltı əlaqəsini təhlil etmişdir.
İstinadlar
- "محمد بن سيرين". 03.04.2025 tarixində arxivləşdirilib.
- "ابن سيرين". 03.04.2025 tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed ibn Sirin ereb محمد بن سيرين ve ya Ebu Bekr Mehemmed ibn Sirin el Besri tabiin nesline mensub muheddis ve feqih Yuxu yozmasi ile meshurdur Mehemmed ibn Sirinereb م حم د بن سيرين البصري Dogum tarixi 653Dogum yeri Besre Besre muhafezesi IraqVefat tarixi 14 yanvar 729Vefat yeri Besre Besre muhafezesi IraqElm saheleri fiqh tefsir Yoru d Taninmis yetirmeleri QetadeBioqrafiyasiMenbelerde hicri 31 33 ve ya 34 cu illerde anadan oldugu deyilir Besrede dunyaya gelen Ibn Sirin 30 sehabe ile gorusmusdur Huzeyfe ibn el Yeman Zeyd ibn Sabit Hesen ibn Eli Imran ibn Huseyn Ebu Hureyre kimi sehabelerden elm alib Muellimleri arasinda tabiinden olan Abide es Salmani ve Qazi Sureyh de var Ondan ise Sebi Qetade Eyyub es Sextiyani Asim el Ehvel Abdullah ibn Evn Ibn Ebu Arube Xalid el Hezze ve Evzai basda olmaqla bir cox alim faydalanmisdir Ticaretle mesgul olaraq dolanib Satdigi zeytun yagina gemiricinin dusduyu gorub ve yagi yere bosaldib Sermayesi elinden cixdigi ucun borclarini odeye bilmeyib ve hebs edilib Abdullah ibn Zubeyr dovrunde hecce gedib Hicri 110 cu ilde Sevval ayinin 9 da 78 yasinda vefat edib Olumunden sonra miras qalan 40 min dirhemlik borcunu oglu Abdullah odeyib O xosxasiyyet tevazokar eliaciq ve teqva sahibi bir sexs olub Qardaslari Yehya Mebed Enes ve bacisi Hefse de etibarli ravilerdendir Hedis ve fiqh elmindeki yeri Imam hafiz kimi leqeblerle taninan Ibn Sirin tefsir seir ve riyaziyyat sahesindeki bilikleri ile de meshur olmaqla yanasi elmi sexsiyyetinde hediscilik ve fiqh saheleri ustunluk teskil edir Hedislerin etibarli ravilerden alinmasi meselesinde son derece diqqetli olub Alimler terefinden onun etibarli bir muheddis oldugu barede ittifaq edilmis ve onun revayetlerine Kutubi sitte de yer verilmisdir Onun fiqhi meselelerle bagli fikirleri Fiqhul Imam Muhemmed ibn Sirin fil muamelat adli doktorluq dissertasiyasinda toplamisdir EserleriIlk dovrlerde daha cox muheddis ve feqih kimi taninan Ibn Sirinin sonraki esrlerde ilk yuxu yozucularindan biri kimi xatirlanmasi diqqeti celb edir Ibn Sead Xelife ibn Xeyyad Ehmed ibn Henbel ve Xetib el Bagdadi onun yuxu yozuculugundan hec behs etmedikleri halda Buxari Muslim Cahiz ve Ebu Nueym bu movzuda revayetlere yer vermisler Ibn Hellikan onun yuxu yozuculugu sahesinde genis biliye malik oldugunu bildirmis bezi yuxu yozumu numunelerine yer veren Zehebi de bu sahedeki qabiliyyetine isare etmisdir Ibn Xeldun Ibn Sirinin bu sahede en meshur alimlerden biri oldugunu ve onun yozumla bagli qaydalarinin nesilden nesile oturulduyunu qeyd etmisdir Ilk menbeler Ibn Sirinin yuxu yozumu ile bagli eser yazib yazmadigi barede melumat vermeseler de Ibn en Nedim onun Tebirur ruye Rudani ise Ibaretur ruye adli bir eseri oldugunu qeyd edir Bu movzuda ondan bezi revayetler neql edilse de hedislerin yazilmasina bele qarsi cixan Ibn Sirinin yuxu yozumu haqqinda kitab yazdigi dusunule bilmez Sonraki dovrlerde tertib edilmis ve muxtelif adlarla taninan bezi yuxu yozumu mecmuelerinin ona nisbet edilmesi bir tabiin aliminin elmi nufuzundan faydalanmaq meqsedinden qaynaqlanmis ola biler Bele ki bu mecmuelerin bir hissesinde Ibn Sirinden sonra yasamis sexslerin adlarina da yer verilmisdir Bu eserlerin en muhumleri bunlardir Tebirur ruye Qahire 1961 Tefsirul ehlemil kebir Qahire 1963 Beyrut 1982 Muntexabul kelam fi tefsiril ehlem Qahire 1953 Mumbay 1296 Tunis 1984 Kitabul Kelam fi tefsiril ehlem Beyrut 1963 Tefsiru ehlemit tefaul Beyrut 1990 Tefsirul ehlemt teseum Beyrut 1990 Qamudul ehlem Tefsirun ebcedi lir ruyel menamiyye Tunis 1988 Tefsirul ehlem ver ruye Qahire 1976 Tefsirul ehlem Qahire 1994 Kulliyyati Tebiri Xeb Tehran 1985 Ibn Sirine nisbet olunan yuxu yozumlari I Z Qrandi terefinde italyancaya Mehemmed M el Aqili ve Aise Beuli terefinden ise ingiliceye tercume edilmisdir Mehemmed Baqir Kindil Ibn Sirinin yozumlarinda yuxu dil ve suuralti elaqesini tehlil etmisdir Istinadlar محمد بن سيرين 03 04 2025 tarixinde arxivlesdirilib ابن سيرين 03 04 2025 tarixinde arxivlesdirilib