Məhəmməd Xiyabani üsyanı — Qacarlar dövründə Cənubi Azərbaycanda mərkəzi hakimiyyətə qarşı Şeyx Məhəmməd Xiyabani tərəfindən başladılan liberal və demokratik üsyan. Üsyan 5 aprel 1920-ci ildə başladılmış və 14 sentyabr 1920-ci ildə Xiyabaninin öldürülməsi ilə sonlandırılmışdır.
Şeyx Məhəmməd Xiyabani və ya Azərbaycan üsyanı | |||
---|---|---|---|
İranda etnik və siyasi münaqişə | |||
| |||
Tarix | 1920 aprel - 1920 13 sentyabr | ||
Yeri | Cənubi Azərbaycan | ||
Səbəbi | Qacar İranının repressiv siyasəti, xarici və yerli istismar, konstitutsiyaya riayət edilməməsi | ||
Nəticəsi | Üsyan yatırıldı | ||
Ərazi dəyişikliyi | Bir müddətlik Cənubi Azərbaycan mərkəzi hökumətin nəzarətindən kənarda qaldı | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Üsyanda Azərbaycan əhalisinin mərkəzdən narazılığı, illərdir bitmək bilməyən dağınıqlıq və ölkədə hakim olan xarici təsirlərə qarşı mübarizə istəyi əsas rol oynamışdır.
Zəmin
İran azərbaycanlıları məşrutə hərəkatı zamanı çox mühüm rol oynamışdılar. bu prosesi belə təsvir edir:75
Təbriz və onun ətrafındakı Azərbaycan əyaləti inqilabın inkişaf etmiş əsasını təşkil edirdilər, iqtisadi olaraq daha modernləşmiş, beynəlxalq ticarətlə geniş şəkildə məşğul olan, səyahətlərlə və miqrasiya ilə bənzər şəkildə türkdilli olan İstanbula və Rusiya Transqafqaziya (buraya hər il minlərlə insan ya müvəqqəti, ya da davamlı olaraq miqrasiya edirdi və buradan silahlar ixrac edilirdi) ilə əlaqədə olan Təbriz avanqard rolunu oynamaq üçün yerləşmişdi. Bəzi təbrizlilər və digər azərbaycanlılar hətta Qafqazda öyrəndiklıri sosialist ideyaları təbliğ edir, kiçik Sosial Demokrat Partiyası da qururdular.
İran Məşrutə inqilabı, onun gedişatı, nəticəsinin uğursuzluğu zəlzələ və əsas zəlzələdən sonra da afterşok effekti formalaşdırdı. Zəlzələ inqilabın özü idisə, afterşoklar da Gilandakı Cəngəli, Xorasandakı polkovnik Pesyan və Məhəmməd Xiyabani üsyanarı idi. İranın bu dövrdəki sosio-siyasi vəziyyəti, ölkəyə Rusiya və Böyük Britaniya müdaxilələri, mərkəzi hökumətin zəifliyi, əsasən qısaömürlü və asılı şəxslərin rəhbərliyində müxtəlif lokal hökumətlərin qurulması ölkənin müxtəlif yerlərində üsyanların meydana çıxmasına yol açan faktorlar idi. 1919-cu il Vüsüq əd-Dövlə tərəfindən ratifikasiya edilməsi və Təbrizdə rusların öldürülməsi nəticəsində 1911-ci ildə İrana rus ultimatumunun verilməsi məşrutə hərəkatının əsas hədəflərinə vurulmuş son zərbə oldu. Üsyana təsir edən digər amil Vüsüq əd-Dövlənin Azərbaycan Demokrat Partiyasının buraxıldığını elan etməsi oldu. Məhz onun təxribatına baxmayaraq, partiyanın altı üzvü Milli Məşvərət Məclisinə daxil ola bildi.
Konfrans
Məşrutə inqilabının başlamasından etibarən İranda qarışıqlıq hökm sürməkdə idi. Demək olar ki, ölkənin şimalı Parisdə təhsil almış Ehsanulla xanın da rəhbərlərdən biri olduğu heyət tərəfindən idarə edilməkdə idi. Bu zaman Təbrizdə məşhur şəxslərdən və bölgədəki aparıcı demokrat nümayəndəsi olan Şeyx Məhəmməd Xiyabani öz şəhərində konfrans çağırdı. Konfrans Demokrat Partiyasının əyalət şurasının konfransı kimi təşkil edilmişdi. Xiyabani Şimali Azərbaycanda təhsil alarkən radikal ideyalarla tanış olmuş, məşrutə inqilabı zamanı konstitutsiya uğrunda döyüşlərə qatılmışdır. Büyün bu etdikləri və İranın İkinci Milli Məclisindəki aparıcı Demokrat Partiyası üzvü olmağı onu məşhur etmişdi. Konfransa toplanan 450 nəfər şəxs Azərbaycan bölgəsinin əksər hissələrindən toplanmışdı. Nümayəndələrin qərarı ilə iki dildə çıxarılan Təcəddüd qəzetinin əsası qoyuldu. Demokrat Partiyasının Azərbaycandakı qolunun adı dəyişdirilərək Azərbaycan Demokrat Partiyası adlandırıldı. Bundan sonra mərkəzi hökumətə özlərinin 4 əsas tələblərini göndərdilər. Buraya torpaqların paylanması, Azərbaycan göndəriləcək hakimin Azərbaycan xalqının güvənini qazanmalı olduğunun qəbul edilməsi, Tehranda Milli Məclisin, Təbrizdə isə Əyalət Məclisinin dərhal toplanması daxil idi. Əyalət Məclislərinin toplanması konstitutsiyada nəzərdə tutulsa da, hələ həyata keçirilməmişdi. Son çıxışlarından birində Xiyabani şikayətlənirdi ki, Azərbaycan xalqının inqilabdakı qurbanlarına baxmayaraq, nə parlamentdə ədalətli təmsil hüququ, nə də mərkəzi hökumətin xəzinəsindən uyğun yardım ala bilməmişdir. Konfransdan bir neçə gün sonra məşhur tarixçi Əhməd Kəsrəvi partiyadan azlıq fraksiyası kimi qovuldular. Onların qovulmasının səbəbi ad dəyişikliyi və əyalət tələblərinə etiraz etmələri idi. Tarixçi Ervand Abrahamyan bu əyalət tələbrini tarixdə ilk dəfə açıq şəkildə radikal bir hərəkatın planı olaraq elan edildiyini yazmaqdadır. O, əlavə edir ki, bu vaxta qədər tayfa rəhbərləri və mühazifəkarlar yerli muxtariyyətin qorunmasını müdafiə edərkən, islahatçılar güclü mərkəzi hakimiyyətin saxlanılmasını müdafiə etməkdə idilər.
Sovet ilə əlaqələr
Tarixçi Jody Ememi-Yeganeh iddia edir ki, Gilan və Xiyabani üsyanları Bolşevik inqilabının yayılması nəticəsində formalaşmışdır. O, Xiyabaninin sol cərəyanlardan təsirləndiyini, lakin Sovet kommunizmindən uzaq qalmaq istədiyini yazmaqdadır. Belə ki, 1905-1911-ci illər inqilabının Təbrizdəki liderlərindən olan Xiyabani 1914-cü ildə Qafqazdan Cənubi Azərbaycana geri dönmüş və öz məqsədinin İranı xarici təsirlərdən xilas etmək olduğunu bildirmişdir. Sovetlərlə yaxınlığı ilə bilinən Gilan hərəkatından özünü fərqləndirmək üçün Xiyabani Təbrizdə kommunistlərlə əməkdaşlılıq etmədiyini elan etmiş, Ənzəlidə rus ordusunun olmasını isə qınamışdır.
Keddie Xiyabani üsyanını belə ümumiləşdirir:
Hərəkat islahatçı idi və həmçinin bəziləri Fars mərkəzi hökuməti tərəfindən sıxışdırılan türkdilli azərbaycanlıların yenicə oyanmış milli hisslərini ifadə edirdi...Qiymətlərə nəzarət edilməsi kimi islahatlar davam edən infilyasiyaya qarşı tədbir görmək üçün həyata keçirilmişdi. Azərbaycan hərəkatının uğuru başqa yerlərdəki digər gücləri də təşviq edirdi.
Hədəflər
Məhəmməd Xiyabaninin üsyan qaldırmaq əsl məqsədinin nə olması mübahisəlidir. Bəziləri onun İranı demokratikləşdirilməsi üçün çalışdığını iddia edərkən, Əhməd Kəsrəvi kimi onun yanında iştirak etmiş şəxslər onun əsl hədəfinin tamamilə İrandan ayrılma olmasından şübhələnirdilər. Hətta Kəsrəvi buna görə ondan və hərəkatdan ayrılmışdı.
Demokratişlə mübarizəsi kimi dəyərləndirənlər
Məhəmməd Xiyabani təbriz üsyanını məşrutə inqilabının davamı və xilası hesab edirdi, buna görə də o, məşrutə inqilabının hədəflərinə çatmaqda uğursuz olmasına vurğu edərək, yeni hərəkatın yaradılmasına ehtiyyac olduğunu bildirirdi. Məhəmməd Xiyabaninin üsyanı bir inanc sistemi və ideoloji hərəkat üzərində qurulmuşdu ki, onun hədəfi ölkənin demokratiya prinsipləri əsasında yüksəldilməsidir və bu üsyanla Gilan Cəngəllik Hərəkatı kimi silahlı üsyanlar arasında əsaslı fərqlər var idi. Xiyabani bir şəxsiyyət kimi sosiologiyanı yaxşı bilən biridi. Ona məlum idi ki, qələbəyə yalnız şüurun və intelektual dəyişimin inkişafı ilə nail oluna bilər.
Məhəmməd Xiyabaninin üsyanı əsasən qərbli imperialistlərə və onların yerli əməkdaşlarına qarşı təşkil edilmişdi. Bu zaman Şimali Azərbaycanda formalaşan AzərbaycanXalq Cümhuriyyəti bolşeviklərə qarşı ingilislərin dəstəyini qazana bilmək üçün onlarla əməkdaşlıq etməyə məcbur idi. Buna görə də, Məhəmməd Xiyabani üsyanının məqsədinin AXC ilə birləşmək olmadığını elan etmişdi. Bildirilir ki, məşhur azərbaycanlı inqilabçı İsmayıl Əmirxizi Cənubi Azərbaycanın adını Azadıstana dəyişdirməyi təklif etmiş və bu ad dəyişiklikliyi ilə şimaldakı proseslərə etiraz etmişdirlər. Məhəmməd Xiyabani öz nitqlərindən birində belə deyirdi:
Biz azadlıqpərəstlərin bir arzuzu və inancı var, bizim hamımız deyirik ki, əsl məşrutəçilik ölkədə höm sürsün, şəxsi təsirlər və imtiyazlar ləğv edilməli və istifadə edilməməlidir, xalqın suverenliyi real olmalıdır - Yəni, millətin suverenliyinə söykənmək və ona istinad etmək - Biz deyirik ki, ədalət, bərabərlik, azadlıq olmalıdır.
Cənubi Azərbaycanı İrandan qoparmaq istəməsini iddia edənlər
Digər tərəfdən, Əhməd Kəsrəvi və Moctahedi kimi bəzi qaynaqlarda Xiyabaninin məqsədləri funtamentalist və şübhəli təqdim edilir və deyilir ki, o, ayrıca hökumət qurmaq istəməkdə idi. Lakin bu iddia edilən hərəkətlər doğruluğunu dəqiqləşdirmək çətindir, çünki Xiyabani məqsədlərini açıqlayan rəsmi sənədlərdə bunu dilə gətirmir. Xiyabani mərkəzi hökumətə göndərdiyi teleqramlarda bildirir ki, o, Tehrandan göndəriləcək heç bir kəsi hakim olaraq tanımayacağını açıq şəkildə bildirməklə birlikdə, mərkəzi büdcədən maliyyə ayrılmasını da tələb edirdilər. Tehran Müxbir-ül Səltənə Hidayət Tehrandan hakim kimi Təbrizə göndərildiyi zaman Xiyabani onu hakim olaraq tanımadı və ona ultimatum verdi. Bunun nəticəsində də, Müxbir-ül Səltənə hərbi yollara əl atdı. Tarixçi Ervand Abrahamyan isə onun qurumu Azadıstan adlandırmaqla İrandan ayrılağa doğru bir addım atdığını yazmaqdadır. Bundan başqa, o, Xiyabaninin geniş muxtariyyət istədiyini də qeyd edir.
İranşünas Rasmus Kristian Elling də öz kitabında Şeyx Məhəmməd Xiyabaninin konstitutsiyada göstərildiyi kimi Azərbaycan üçün muxtariyyət istədiyini, eyni zamanda da, Azərbaycan dilində təhsilin həyata keçirilməsini əmr etdiyini yazmaqdadır.
Üsyanın başlaması
Bolşeviklər Gilana hərbi qüvvələr çıxaran zaman Xiyabaninin rəhbərlik etdiyi demokratlar da mərkəzi hökuməti ittiham edən bəyanatlar verdilər və həm parlamentin, həm də əyalət məclislərinin təcili topladılmasını istədilər. Abrahamyan yazır ki, bundan sonra Xiyabani və dəstəkçiləri İrandan tamamilə ayrılmaq üçün irəli doğru daha bir addım ataraq respublikanın yaradılmasına çağırış etdilər, Azərbaycan əyaləti adı Azadıstan. ölkəsi adı ilə dəyişdirildi.
5 aprel 1920-ci ildə üsyan başladı. Üsyanın başlanması Azərbaycan Demokrat Partiyasının Təbriz Komitəsindən olan şəxslərin etirazları ilə müşahidə edildi. Onların əsas tənqid hədəfində Tehranın siyasəti və 1919-cu ildə İngiltərə ilə imzalanmış müqavilə idi. Xiyabaninin Təcəddüd binasındakı mühazirəsindən və onun bitməsindən sonra bir neçə aktivist hüquq-mühafizə qüvvələri tərəfindən həbs edildilər. Şəhərdəki hüquq-mühafizə orqanlarının rəhbəri Müzəffər Ələmin vasitəçilik etmə cəhdlərinə baxmayaraq, güc orqanlarının üzvləri təcəddüd binasını mühasirəyə aldılar. Lakin vaxt keçdikcə bina ətrafına daha çox adam toplaşmağa başladı və 6 aprel tarixində etirazlar daha çox böyüdü, danışıqlarda uzlaşma mümkün olmadı. Xiyabaninin güc orqanlarını təhdid etməsindən sonra onlar geri çəkilməyə məcbur oldular və onların rəhbərliyi Azərbaycan Demokratik Partiyasına həvalə edildi. Şəhərdəki yüksək məmurlar növbəti gün şəhəri tərk etməyə məcbur edildilər və Tehrana yollandılar.
7 apreldə partiya tərəfindən bu bəyanat verildi:
Təbriz azadlıqsevərləri yerli hökumətlərin bir sıra anti-konstitusiya aksiyalarında təzahür edən mürtəce meyillərdən həyəcanlanır və kəskin və sakit şəkildə etiraz etmək niyyəti ilə ayağa qalxırlar. Təbrizin azadlıqsevərləri bəyan edirlər ki, onların proqramının bütün mahiyyəti dövlət məmurlarının ölkənin azad rejiminə hörmət etdiklərinə və konstitusiyalara səmimi şəkildə əməl etdiklərinə tam və tam əminlik əldə etməkdir. Azadlıqsevərlər nizam-intizamı və rahatlığı hər vasitə ilə qorumağa qərarlıdırlar. Azadlıqsevərlərin proqramı iki maddədən ibarətdir: birincisi, ictimai rifahı bərqərar etmək, ikincisi, konstitusiya rejimini hakimiyyətə gətirmək.
Təşkilat
Üsyanın möhkəm təşkilatı sxemi və planı yox idi, onun rəhbərləri arasında sabit vəzifə bölgüsü də əskik idi. Əsasən təşkilati işlər Təbrizdəki Demokrat Partiyası üzvlərinin köməkliyi ilə həyata keçirilirdi. Təşkilatı işlərdə İsmayıl Nobari və Məhəmməd Ağa Həriri kimi şəxslər xüsusilə seçilirdi. Üsyanın başlamasından sonra Məclis Direktorlarının İdarə heyəti yaradıldı və hökumətin təşkili, hüquq-mühafizə orqanlarına rəhbərin təyinatı işi ona tapşırıldı. Hüquq-mühafizə və jandarmanın tabe etdirilməsinə baxmayaraq, Kazak Briqadası hələ də Azərbaycan əyalətinin hakimi Əbdül Məcid Mirzənin və Tehranın tabeliyində idi. Əbdül Məcid Mirzənin uğursuzluğundan və onun yerinə Mehdiqulu Hidayətin təyin edilməsindən sonra şəhərdəki vəziyyət nisbətən sakitləşdi. Məhəmməd Xiyabani Mehdiqulu Hidayət barədə daha optimist düşüncədə idi. Bu düşüncə də onu yenicə formalaşmış olan xalq hərəkatını Hidayətə qarşı səfərbər etməməyə sövq etdi.
Eyni zamanda da, Məclis Direktorlarının İdarə heyəti Təbrizdən toplanmış 480 nəfərdən ibarət ümumi iclasını həyata keçirdi və dövlət komitəsini seçdi. Heyyər mühafizə işlərinin təşkili üçün Seyid Həsən Yavərin rəhbərliyi altında 500 nəfərlik jandarma qüvvələrinin yaradılması barədə qərar qəbul etdi. Həmçinin hərbi qüvvələrin genişləndirilməsinə çalışıldı, lakin Osmanlı qüvvələrinin Azərbaycana daxil olması bu planın həyata keçirilməsinə əngəl oldu və jandarma da qapadıldı.
Təbriz polis stansiyasının ələ keçirilməsindən sonra. Xiyabani Demokrat Partiyasının idarə heyəti adından bəyanat yayımlamışdı. Burada bildirilirdi ki, məqsəd konstitutsiyanın həyata keçirilməsinə nail olmaq və ictimai asayişi qorumaqdır.
Üsyanın yatırılması
Xiyabaniyə qarşı olan qüvvələr əsasən tayfa üzvləri və feodal dairələrə yaxın şəxslər idi. Onun qurduğu hökumətə qarşı fəaliyyət yolları kəsib quldurluq edən Azərbaycan şahsevənləri, Semko tərəfindən rəhbərlik edilən və aysorları öldürməyə başlayan kürd Şakuk tayfası, Təbrizdəki kazaklar və polislər idi.
Mehdiqulu Hidayət Təbrizə gəldikdən sonra zahirən qiyamı müşayiət etsə də, onun əsas vəzifəsi, sonradan məlum olduğu kimi, qiyamı yatırmaq idi və hətta sələfi Əbdül Məcid Mirzə də bu missiyanı qəbul etməmişdi. 13 sentyabr 1920-ci ildə, Kazak briqadasının qüvvələri və bəzi jandarmadan olan agentlər Mehdiqulu Hidayət ilə əvvəlcədən razılaşdırılmış əmri əsasında üsyanın qərərgahının yerləşdiyi binaya hücum etdilər. Hidayət bu barədə müvafiq əmri Briqada generalı Haşemiyə vermiş, o da, öz növbəsində bu hücumu təşkil etmişdi. Binanı peşəkar döyüşçülər olan kazaklar qarşısında müdafiə etməyin çətinliklərinə görə bir neçə saatlıq döyüşdən sonra bina ələ keçirildi. Xiyabani dostlarından birinin evində gizlənməyə məcbur oldu. Növbəti gün Xiyabaninin harada olması barədə hökumət adamlarına məlumat verildi və Xiyabani qeyri-bərabər döyüşdə öldü.
1920- ilin sentyabrında üsyanın yatırılmasından sonra birdə 1922-ci ildə Tehranın Təbriz üzərindəki hakimiyyətinə meydan oxuma oldu. Lakin bu üsyanda qısa müddətdən sonra yatırıldı və üsyannı başçısı olan Əbülqasım Lahuti Şimali Azərbaycana qaçmağa məcbur oldu.
Uğursuzluğun səbəbi
Üsyanın yatırılmasının əsas səbəblərindən biri onun kütlələri üsyana qatmaq üçün yetərli qədər təbliğat aparmaması, aparsa belə bu işdə uğursuz olmasıdır. Çıxışları ilə xalqı maarifləndirməyə, şüurunu aydınlatmağa çalışan Xiyabani kütləni silahlandırmaq, ləvaizmatla təmin etmək işinə laqeyd yanaşırdi, bununla eyni zamanda xalqın dəstəyi də müxtəlif səbəblərdən zəifləyirdi. Uğursuzluğun digər səbəbləri arasında kazak qüvvələrinə nəzarət edə bilməmək, kifayət qədər maliyyə vəsaitinin olmaması, silahlı fedailərin sabit qüvvələrinin olmaması, vahid təşkilatın olmaması, fərdi qərarlar qəbul etmək və siyasi qüvvələrin üsyan zamanı birləşə bilməməsi daxildir.
Nitqlər
Üsyandan öncə və sonra Məhəmməd Xiyabani davamlı olaraq Təbrizdəki Demokrat Partiyasının binasında çıxışlar edirdi. Onun mühazirələrinin əksəriyyətinin qayəsi konstitutsiya mühitində azadlıqpərəstlik və demokratiya barədə idi. Üsyanın başlamasından sonra Xiyabaninin nitqlərində təxminən 20 min təbrizli iştirak edirdi. Onun mühazirələrdə əsas səyi maarifləndirmə və fikir hazırlamaq idi. Çoxsaylı mühazirələrində onun fikirlərinin nümunələri aydın görünür:
- Azərbaycan üsyanı İrana azadlıq gətirəcək,
- Biz İranda azad, müstəqil həyat və demokratiya vasitələrini təmin etmək istəyirik,
- Biz əsrimizə, zamanımıza qarşı deyil, mürtəce və avtoritar hakimiyyətə qarşı qalxmışıq,
- Biz İranda millətin suverenliyini özündə ehtiva edən bir növ demokratik hökumət qurmaq istəyirik,
- Çünki hakimiyyət və dövlət millətdən doğulur, onda ağıl və məntiqə görə bir neçə adamın nəzəriyyəsi yox, millətin iradəsi hökm sürməlidir.
Həmçinin bax
İstinadlar
- "گذری در زندگی روحانی مبارز مجاهد / ما میگوییم عدالت و آزادی باشد". toobagolestan.ir. 2021. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Ghani, 2001. səh. 103
- Ememi-Yeganeh, 1984. səh. 1-2
- Keddie, 1981. səh. 75
- Azəri, 1950
- "قیام شیخ محمد خیابانی". psri.ir. 2021. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Makki, 1979
- Abrahamian, 1982. səh. 112-113
- Ememi-Yeganeh, 1984. səh. 3-4
- Keddie, 1981. səh. 83
- Derkatanyan, 2021
- Bosworth, 1998
- "محمد اسماعیل امیرخیزی - موسسه مطالعات تاریخ معاصر ایران". 2021. 2021-05-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Kəsrəvi, 1999. səh. 67
- Müctəhidi, 1992. səh. 462
- Kəsrəvi, 1992. səh. 874
- "مذاکرات جلسه ۲۴ دوره چهارم مجلس شورای ملی پانزدهم سنبله ۱۳۰۰". 2021. 2021-02-25 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Abrahamian, 1982. səh. 115
- Elling, 2013. səh. 31
- Abrahamian, 1982. səh. 114-115
- "شیخ محمد خیابانی از قرارداد ۱۹۱۹ تا مبارزه با استعمار + زندگینامه". www.imna.ir. 2020. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- "اسماعیل نوبری ؛ خطیب، روحانی مبارز، مشروطه_خواه، نماینده مجلس شورای ملی - تبریز پدیا (İsmayıl Nobari; Xətib, mübariz ruhani, konstitusiyaçı, Milli Məclisin nümayəndəsi - Təbriz Pedia)". tabrizpedia.info. 2020. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- "خانه حریری تبریز". safarmarket.com. 2021. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- "مرکز پژوهشها - حاج محمد اقا حریری". rc.majlis.ir. 2021. 2021-05-01 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Badamçı, 1925
- Chaqueri, 1995. səh. 465
- "نجات آذربایجان - مشروطه (Azərbaycanın xilası - Konstitusiya)". mashruteh.org. 2021. 2023-12-02 tarixində . İstifadə tarixi: 3 dekabr 2023.
- Swietochowski və Collins, 1999. səh. 22–23
- Müctəhidi, 1945
Mənbə
- Əli Azəri. قیام شیخ محمد خیابانی (Şeyx Məhəmməd Xəyabaninin qiyamı). Tehran: Safi Əlişa. 1950.
- Hüseyn Makki. تاریخ بیست ساله ایران جلد اول (İranın iyirmi illik tarixi, birinci cild). Əmir Kəbir. 1979.
- Əhməd Kəsrəvi. قیام شیخ محمد خیابانی. ترجمهٔ مقدمه محمدعلی همایون کاتوزیان (Şeyx Məhəmməd Xiyabani üsyanı; tərcümə və önsöz Humayun Kutuzyan). Tehran: Nahr-e-Karzan. 1999.
- Əhməd Kəsrəvi. تاریخ ۱۸ سالهٔ آذربایجان (Azərbaycanın 18 illik tarixi). Tehran: Bina. 1992.
- Gholamreza Derkatanian. "Factors of failure and pathology of Sheikh Mohammad Khayabani uprising in Tabriz". عوامل شكست و آسيب شناسي قيام شيخ محمد خياباني در تبريز (Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanının uğursuzluğu səbəbləri və patalogiyası) (PDF). 2021.
- Mehdi Mojtahedi. رجال آذربایجان (Rizal-e Azərbaycan). Tehran: Zərin. 1992.
- Məhəmməd Badamçı. شرح حال و اقدامات شیخ محمد خیابانی (Şeyx Məhəmməd Xəyabaninin tərcümeyi-halı və hərəkətləri). İranşəhr. 1925.
- Mehdi Mojtahedi. رجال آذربایجان در عهد مشروطیت. به کوشش غلامرضا طباطبائی مجد (توضیحات) (Məşrutə zamanı Azərbaycan şahzadələri. Qulamrza Tabatabayi Məcidin izahları ilə). Tehran: Zərin. 1945.
- Cyrus Ghani. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power. I. B. Tauris. 2001. ISBN .
- Tadeusz Swietochowski; Brian C. Collins. Historical Dictionary of Azerbaijan. Scarecrow Press. 1999. ISBN .
- Cosroe Chaqueri. The Soviet Socialist Republic of Iran, 1920-1921: Birth of the Trauma. Pittsburgh and London: University of Pittsburgh Press. 1995.
- C. E. Bosworth. AZERBAIJAN iv. Islamic History to 1941. Encyclopædia Iranica. 1987.
- Ervand Abrahamian. Iran Between Two Revolutions. Princeton University Press. Princeton, New Jersey. 1982.
- Rasmus Christian Elling. Minorities in Iran - Nationalism and Ethnicity after Khomeini. Palgrave Macmillan. 2013.
- Jody Emami‐Yeganeh. Iran vs Azerbaijan (1945–46): Divorce, separation or reconciliation?. USA: Central Asian Survey. 1984.
- Nikki R. Keddie, Yann Richard. Roots of Revolution: An Interpretive History of Modern Iran. Yale Univ Press. 1981. ISBN .
Xarici keçidlər
- Sheikh Mohammad Khiabani's uprising thought
- The uprising of Sheikh Mohammad Khiabani in Tabriz
- Discourse Turn and Iranian Readings of Khiabani's Uprising
- Sheikh Muhammad Khiabani: Anti-Colonialist Activist’s Martyrdom Anniversary
- Biography of Sheikh Mohammad KHIABANI
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed Xiyabani usyani Qacarlar dovrunde Cenubi Azerbaycanda merkezi hakimiyyete qarsi Seyx Mehemmed Xiyabani terefinden basladilan liberal ve demokratik usyan Usyan 5 aprel 1920 ci ilde basladilmis ve 14 sentyabr 1920 ci ilde Xiyabaninin oldurulmesi ile sonlandirilmisdir Seyx Mehemmed Xiyabani ve ya Azerbaycan usyaniIranda etnik ve siyasi munaqiseElan edilmis Azadistanin bayragiTarix 1920 aprel 1920 13 sentyabrYeri Cenubi AzerbaycanSebebi Qacar Iraninin repressiv siyaseti xarici ve yerli istismar konstitutsiyaya riayet edilmemesiNeticesi Usyan yatirildiErazi deyisikliyi Bir muddetlik Cenubi Azerbaycan merkezi hokumetin nezaretinden kenarda qaldiMunaqise terefleriAzerbaycan usyancilari Tehrandaki merkezi hokumetKomandan lar Seyx Mehemmed Xiyabani Mirze Hesen xan Vusuqeddovle 1920 ci ilin iyuluna qeder Hesen Pirniya 1920 ci ilin iyulundan Mehdiqulu Hidayet Usyanda Azerbaycan ehalisinin merkezden naraziligi illerdir bitmek bilmeyen daginiqliq ve olkede hakim olan xarici tesirlere qarsi mubarize isteyi esas rol oynamisdir ZeminIran azerbaycanlilari mesrute herekati zamani cox muhum rol oynamisdilar bu prosesi bele tesvir edir 75 Tebriz ve onun etrafindaki Azerbaycan eyaleti inqilabin inkisaf etmis esasini teskil edirdiler iqtisadi olaraq daha modernlesmis beynelxalq ticaretle genis sekilde mesgul olan seyahetlerle ve miqrasiya ile benzer sekilde turkdilli olan Istanbula ve Rusiya Transqafqaziya buraya her il minlerle insan ya muveqqeti ya da davamli olaraq miqrasiya edirdi ve buradan silahlar ixrac edilirdi ile elaqede olan Tebriz avanqard rolunu oynamaq ucun yerlesmisdi Bezi tebrizliler ve diger azerbaycanlilar hetta Qafqazda oyrendikliri sosialist ideyalari teblig edir kicik Sosial Demokrat Partiyasi da qururdular Iran Mesrute inqilabi onun gedisati neticesinin ugursuzlugu zelzele ve esas zelzeleden sonra da aftersok effekti formalasdirdi Zelzele inqilabin ozu idise aftersoklar da Gilandaki Cengeli Xorasandaki polkovnik Pesyan ve Mehemmed Xiyabani usyanari idi Iranin bu dovrdeki sosio siyasi veziyyeti olkeye Rusiya ve Boyuk Britaniya mudaxileleri merkezi hokumetin zeifliyi esasen qisaomurlu ve asili sexslerin rehberliyinde muxtelif lokal hokumetlerin qurulmasi olkenin muxtelif yerlerinde usyanlarin meydana cixmasina yol acan faktorlar idi 1919 cu il Vusuq ed Dovle terefinden ratifikasiya edilmesi ve Tebrizde ruslarin oldurulmesi neticesinde 1911 ci ilde Irana rus ultimatumunun verilmesi mesrute herekatinin esas hedeflerine vurulmus son zerbe oldu Usyana tesir eden diger amil Vusuq ed Dovlenin Azerbaycan Demokrat Partiyasinin buraxildigini elan etmesi oldu Mehz onun texribatina baxmayaraq partiyanin alti uzvu Milli Mesveret Meclisine daxil ola bildi Konfrans Mesrute inqilabinin baslamasindan etibaren Iranda qarisiqliq hokm surmekde idi Demek olar ki olkenin simali Parisde tehsil almis Ehsanulla xanin da rehberlerden biri oldugu heyet terefinden idare edilmekde idi Bu zaman Tebrizde meshur sexslerden ve bolgedeki aparici demokrat numayendesi olan Seyx Mehemmed Xiyabani oz seherinde konfrans cagirdi Konfrans Demokrat Partiyasinin eyalet surasinin konfransi kimi teskil edilmisdi Xiyabani Simali Azerbaycanda tehsil alarken radikal ideyalarla tanis olmus mesrute inqilabi zamani konstitutsiya ugrunda doyuslere qatilmisdir Buyun bu etdikleri ve Iranin Ikinci Milli Meclisindeki aparici Demokrat Partiyasi uzvu olmagi onu meshur etmisdi Konfransa toplanan 450 nefer sexs Azerbaycan bolgesinin ekser hisselerinden toplanmisdi Numayendelerin qerari ile iki dilde cixarilan Teceddud qezetinin esasi qoyuldu Demokrat Partiyasinin Azerbaycandaki qolunun adi deyisdirilerek Azerbaycan Demokrat Partiyasi adlandirildi Bundan sonra merkezi hokumete ozlerinin 4 esas teleblerini gonderdiler Buraya torpaqlarin paylanmasi Azerbaycan gonderilecek hakimin Azerbaycan xalqinin guvenini qazanmali oldugunun qebul edilmesi Tehranda Milli Meclisin Tebrizde ise Eyalet Meclisinin derhal toplanmasi daxil idi Eyalet Meclislerinin toplanmasi konstitutsiyada nezerde tutulsa da hele heyata kecirilmemisdi Son cixislarindan birinde Xiyabani sikayetlenirdi ki Azerbaycan xalqinin inqilabdaki qurbanlarina baxmayaraq ne parlamentde edaletli temsil huququ ne de merkezi hokumetin xezinesinden uygun yardim ala bilmemisdir Konfransdan bir nece gun sonra meshur tarixci Ehmed Kesrevi partiyadan azliq fraksiyasi kimi qovuldular Onlarin qovulmasinin sebebi ad deyisikliyi ve eyalet teleblerine etiraz etmeleri idi Tarixci Ervand Abrahamyan bu eyalet telebrini tarixde ilk defe aciq sekilde radikal bir herekatin plani olaraq elan edildiyini yazmaqdadir O elave edir ki bu vaxta qeder tayfa rehberleri ve muhazifekarlar yerli muxtariyyetin qorunmasini mudafie ederken islahatcilar guclu merkezi hakimiyyetin saxlanilmasini mudafie etmekde idiler Sovet ile elaqelerTarixci Jody Ememi Yeganeh iddia edir ki Gilan ve Xiyabani usyanlari Bolsevik inqilabinin yayilmasi neticesinde formalasmisdir O Xiyabaninin sol cereyanlardan tesirlendiyini lakin Sovet kommunizminden uzaq qalmaq istediyini yazmaqdadir Bele ki 1905 1911 ci iller inqilabinin Tebrizdeki liderlerinden olan Xiyabani 1914 cu ilde Qafqazdan Cenubi Azerbaycana geri donmus ve oz meqsedinin Irani xarici tesirlerden xilas etmek oldugunu bildirmisdir Sovetlerle yaxinligi ile bilinen Gilan herekatindan ozunu ferqlendirmek ucun Xiyabani Tebrizde kommunistlerle emekdasliliq etmediyini elan etmis Enzelide rus ordusunun olmasini ise qinamisdir Keddie Xiyabani usyanini bele umumilesdirir Herekat islahatci idi ve hemcinin bezileri Fars merkezi hokumeti terefinden sixisdirilan turkdilli azerbaycanlilarin yenice oyanmis milli hisslerini ifade edirdi Qiymetlere nezaret edilmesi kimi islahatlar davam eden infilyasiyaya qarsi tedbir gormek ucun heyata kecirilmisdi Azerbaycan herekatinin uguru basqa yerlerdeki diger gucleri de tesviq edirdi HedeflerMehemmed Xiyabaninin usyan qaldirmaq esl meqsedinin ne olmasi mubahiselidir Bezileri onun Irani demokratiklesdirilmesi ucun calisdigini iddia ederken Ehmed Kesrevi kimi onun yaninda istirak etmis sexsler onun esl hedefinin tamamile Irandan ayrilma olmasindan subhelenirdiler Hetta Kesrevi buna gore ondan ve herekatdan ayrilmisdi Demokratisle mubarizesi kimi deyerlendirenler Mehemmed Xiyabani tebriz usyanini mesrute inqilabinin davami ve xilasi hesab edirdi buna gore de o mesrute inqilabinin hedeflerine catmaqda ugursuz olmasina vurgu ederek yeni herekatin yaradilmasina ehtiyyac oldugunu bildirirdi Mehemmed Xiyabaninin usyani bir inanc sistemi ve ideoloji herekat uzerinde qurulmusdu ki onun hedefi olkenin demokratiya prinsipleri esasinda yukseldilmesidir ve bu usyanla Gilan Cengellik Herekati kimi silahli usyanlar arasinda esasli ferqler var idi Xiyabani bir sexsiyyet kimi sosiologiyani yaxsi bilen biridi Ona melum idi ki qelebeye yalniz suurun ve intelektual deyisimin inkisafi ile nail oluna biler Mehemmed Xiyabaninin usyani esasen qerbli imperialistlere ve onlarin yerli emekdaslarina qarsi teskil edilmisdi Bu zaman Simali Azerbaycanda formalasan AzerbaycanXalq Cumhuriyyeti bolseviklere qarsi ingilislerin desteyini qazana bilmek ucun onlarla emekdasliq etmeye mecbur idi Buna gore de Mehemmed Xiyabani usyaninin meqsedinin AXC ile birlesmek olmadigini elan etmisdi Bildirilir ki meshur azerbaycanli inqilabci Ismayil Emirxizi Cenubi Azerbaycanin adini Azadistana deyisdirmeyi teklif etmis ve bu ad deyisiklikliyi ile simaldaki proseslere etiraz etmisdirler Mehemmed Xiyabani oz nitqlerinden birinde bele deyirdi Biz azadliqperestlerin bir arzuzu ve inanci var bizim hamimiz deyirik ki esl mesrutecilik olkede hom sursun sexsi tesirler ve imtiyazlar legv edilmeli ve istifade edilmemelidir xalqin suverenliyi real olmalidir Yeni milletin suverenliyine soykenmek ve ona istinad etmek Biz deyirik ki edalet beraberlik azadliq olmalidir Cenubi Azerbaycani Irandan qoparmaq istemesini iddia edenler Diger terefden Ehmed Kesrevi ve Moctahedi kimi bezi qaynaqlarda Xiyabaninin meqsedleri funtamentalist ve subheli teqdim edilir ve deyilir ki o ayrica hokumet qurmaq istemekde idi Lakin bu iddia edilen hereketler dogrulugunu deqiqlesdirmek cetindir cunki Xiyabani meqsedlerini aciqlayan resmi senedlerde bunu dile getirmir Xiyabani merkezi hokumete gonderdiyi teleqramlarda bildirir ki o Tehrandan gonderilecek hec bir kesi hakim olaraq tanimayacagini aciq sekilde bildirmekle birlikde merkezi budceden maliyye ayrilmasini da teleb edirdiler Tehran Muxbir ul Seltene Hidayet Tehrandan hakim kimi Tebrize gonderildiyi zaman Xiyabani onu hakim olaraq tanimadi ve ona ultimatum verdi Bunun neticesinde de Muxbir ul Seltene herbi yollara el atdi Tarixci Ervand Abrahamyan ise onun qurumu Azadistan adlandirmaqla Irandan ayrilaga dogru bir addim atdigini yazmaqdadir Bundan basqa o Xiyabaninin genis muxtariyyet istediyini de qeyd edir Iransunas Rasmus Kristian Elling de oz kitabinda Seyx Mehemmed Xiyabaninin konstitutsiyada gosterildiyi kimi Azerbaycan ucun muxtariyyet istediyini eyni zamanda da Azerbaycan dilinde tehsilin heyata kecirilmesini emr etdiyini yazmaqdadir Usyanin baslamasiBolsevikler Gilana herbi quvveler cixaran zaman Xiyabaninin rehberlik etdiyi demokratlar da merkezi hokumeti ittiham eden beyanatlar verdiler ve hem parlamentin hem de eyalet meclislerinin tecili topladilmasini istediler Abrahamyan yazir ki bundan sonra Xiyabani ve destekcileri Irandan tamamile ayrilmaq ucun ireli dogru daha bir addim ataraq respublikanin yaradilmasina cagiris etdiler Azerbaycan eyaleti adi Azadistan olkesi adi ile deyisdirildi 5 aprel 1920 ci ilde usyan basladi Usyanin baslanmasi Azerbaycan Demokrat Partiyasinin Tebriz Komitesinden olan sexslerin etirazlari ile musahide edildi Onlarin esas tenqid hedefinde Tehranin siyaseti ve 1919 cu ilde Ingiltere ile imzalanmis muqavile idi Xiyabaninin Teceddud binasindaki muhaziresinden ve onun bitmesinden sonra bir nece aktivist huquq muhafize quvveleri terefinden hebs edildiler Seherdeki huquq muhafize orqanlarinin rehberi Muzeffer Elemin vasitecilik etme cehdlerine baxmayaraq guc orqanlarinin uzvleri teceddud binasini muhasireye aldilar Lakin vaxt kecdikce bina etrafina daha cox adam toplasmaga basladi ve 6 aprel tarixinde etirazlar daha cox boyudu danisiqlarda uzlasma mumkun olmadi Xiyabaninin guc orqanlarini tehdid etmesinden sonra onlar geri cekilmeye mecbur oldular ve onlarin rehberliyi Azerbaycan Demokratik Partiyasina hevale edildi Seherdeki yuksek memurlar novbeti gun seheri terk etmeye mecbur edildiler ve Tehrana yollandilar 7 aprelde partiya terefinden bu beyanat verildi Tebriz azadliqseverleri yerli hokumetlerin bir sira anti konstitusiya aksiyalarinda tezahur eden murtece meyillerden heyecanlanir ve keskin ve sakit sekilde etiraz etmek niyyeti ile ayaga qalxirlar Tebrizin azadliqseverleri beyan edirler ki onlarin proqraminin butun mahiyyeti dovlet memurlarinin olkenin azad rejimine hormet etdiklerine ve konstitusiyalara semimi sekilde emel etdiklerine tam ve tam eminlik elde etmekdir Azadliqseverler nizam intizami ve rahatligi her vasite ile qorumaga qerarlidirlar Azadliqseverlerin proqrami iki maddeden ibaretdir birincisi ictimai rifahi berqerar etmek ikincisi konstitusiya rejimini hakimiyyete getirmek TeskilatUsyanin mohkem teskilati sxemi ve plani yox idi onun rehberleri arasinda sabit vezife bolgusu de eskik idi Esasen teskilati isler Tebrizdeki Demokrat Partiyasi uzvlerinin komekliyi ile heyata kecirilirdi Teskilati islerde Ismayil Nobari ve Mehemmed Aga Heriri kimi sexsler xususile secilirdi Usyanin baslamasindan sonra Meclis Direktorlarinin Idare heyeti yaradildi ve hokumetin teskili huquq muhafize orqanlarina rehberin teyinati isi ona tapsirildi Huquq muhafize ve jandarmanin tabe etdirilmesine baxmayaraq Kazak Briqadasi hele de Azerbaycan eyaletinin hakimi Ebdul Mecid Mirzenin ve Tehranin tabeliyinde idi Ebdul Mecid Mirzenin ugursuzlugundan ve onun yerine Mehdiqulu Hidayetin teyin edilmesinden sonra seherdeki veziyyet nisbeten sakitlesdi Mehemmed Xiyabani Mehdiqulu Hidayet barede daha optimist dusuncede idi Bu dusunce de onu yenice formalasmis olan xalq herekatini Hidayete qarsi seferber etmemeye sovq etdi Eyni zamanda da Meclis Direktorlarinin Idare heyeti Tebrizden toplanmis 480 neferden ibaret umumi iclasini heyata kecirdi ve dovlet komitesini secdi Heyyer muhafize islerinin teskili ucun Seyid Hesen Yaverin rehberliyi altinda 500 neferlik jandarma quvvelerinin yaradilmasi barede qerar qebul etdi Hemcinin herbi quvvelerin genislendirilmesine calisildi lakin Osmanli quvvelerinin Azerbaycana daxil olmasi bu planin heyata kecirilmesine engel oldu ve jandarma da qapadildi Tebriz polis stansiyasinin ele kecirilmesinden sonra Xiyabani Demokrat Partiyasinin idare heyeti adindan beyanat yayimlamisdi Burada bildirilirdi ki meqsed konstitutsiyanin heyata kecirilmesine nail olmaq ve ictimai asayisi qorumaqdir Usyanin yatirilmasiXiyabaniye qarsi olan quvveler esasen tayfa uzvleri ve feodal dairelere yaxin sexsler idi Onun qurdugu hokumete qarsi fealiyyet yollari kesib quldurluq eden Azerbaycan sahsevenleri Semko terefinden rehberlik edilen ve aysorlari oldurmeye baslayan kurd Sakuk tayfasi Tebrizdeki kazaklar ve polisler idi Mehdiqulu Hidayet Tebrize geldikden sonra zahiren qiyami musayiet etse de onun esas vezifesi sonradan melum oldugu kimi qiyami yatirmaq idi ve hetta selefi Ebdul Mecid Mirze de bu missiyani qebul etmemisdi 13 sentyabr 1920 ci ilde Kazak briqadasinin quvveleri ve bezi jandarmadan olan agentler Mehdiqulu Hidayet ile evvelceden razilasdirilmis emri esasinda usyanin qerergahinin yerlesdiyi binaya hucum etdiler Hidayet bu barede muvafiq emri Briqada generali Hasemiye vermis o da oz novbesinde bu hucumu teskil etmisdi Binani pesekar doyusculer olan kazaklar qarsisinda mudafie etmeyin cetinliklerine gore bir nece saatliq doyusden sonra bina ele kecirildi Xiyabani dostlarindan birinin evinde gizlenmeye mecbur oldu Novbeti gun Xiyabaninin harada olmasi barede hokumet adamlarina melumat verildi ve Xiyabani qeyri beraber doyusde oldu 1920 ilin sentyabrinda usyanin yatirilmasindan sonra birde 1922 ci ilde Tehranin Tebriz uzerindeki hakimiyyetine meydan oxuma oldu Lakin bu usyanda qisa muddetden sonra yatirildi ve usyanni bascisi olan Ebulqasim Lahuti Simali Azerbaycana qacmaga mecbur oldu Ugursuzlugun sebebiUsyanin yatirilmasinin esas sebeblerinden biri onun kutleleri usyana qatmaq ucun yeterli qeder tebligat aparmamasi aparsa bele bu isde ugursuz olmasidir Cixislari ile xalqi maariflendirmeye suurunu aydinlatmaga calisan Xiyabani kutleni silahlandirmaq levaizmatla temin etmek isine laqeyd yanasirdi bununla eyni zamanda xalqin desteyi de muxtelif sebeblerden zeifleyirdi Ugursuzlugun diger sebebleri arasinda kazak quvvelerine nezaret ede bilmemek kifayet qeder maliyye vesaitinin olmamasi silahli fedailerin sabit quvvelerinin olmamasi vahid teskilatin olmamasi ferdi qerarlar qebul etmek ve siyasi quvvelerin usyan zamani birlese bilmemesi daxildir NitqlerUsyandan once ve sonra Mehemmed Xiyabani davamli olaraq Tebrizdeki Demokrat Partiyasinin binasinda cixislar edirdi Onun muhazirelerinin ekseriyyetinin qayesi konstitutsiya muhitinde azadliqperestlik ve demokratiya barede idi Usyanin baslamasindan sonra Xiyabaninin nitqlerinde texminen 20 min tebrizli istirak edirdi Onun muhazirelerde esas seyi maariflendirme ve fikir hazirlamaq idi Coxsayli muhazirelerinde onun fikirlerinin numuneleri aydin gorunur Azerbaycan usyani Irana azadliq getirecek Biz Iranda azad musteqil heyat ve demokratiya vasitelerini temin etmek isteyirik Biz esrimize zamanimiza qarsi deyil murtece ve avtoritar hakimiyyete qarsi qalxmisiq Biz Iranda milletin suverenliyini ozunde ehtiva eden bir nov demokratik hokumet qurmaq isteyirik Cunki hakimiyyet ve dovlet milletden dogulur onda agil ve mentiqe gore bir nece adamin nezeriyyesi yox milletin iradesi hokm surmelidir Hemcinin baxSeyx Mehemmed Xiyabani Azadistan Iran azerbaycanlilariIstinadlar گذری در زندگی روحانی مبارز مجاهد ما می گوییم عدالت و آزادی باشد toobagolestan ir 2021 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 Ghani 2001 seh 103 Ememi Yeganeh 1984 seh 1 2 Keddie 1981 seh 75 Azeri 1950 قیام شیخ محمد خیابانی psri ir 2021 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 Makki 1979 Abrahamian 1982 seh 112 113 Ememi Yeganeh 1984 seh 3 4 Keddie 1981 seh 83 Derkatanyan 2021 Bosworth 1998 محمد اسماعیل امیرخیزی موسسه مطالعات تاریخ معاصر ایران 2021 2021 05 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 Kesrevi 1999 seh 67 Muctehidi 1992 seh 462 Kesrevi 1992 seh 874 مذاکرات جلسه ۲۴ دوره چهارم مجلس شورای ملی پانزدهم سنبله ۱۳۰۰ 2021 2021 02 25 tarixinde Istifade tarixi 3 dekabr 2023 Abrahamian 1982 seh 115 Elling 2013 seh 31 Abrahamian 1982 seh 114 115 شیخ محمد خیابانی از قرارداد ۱۹۱۹ تا مبارزه با استعمار زندگینامه www imna ir 2020 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 اسماعیل نوبری خطیب روحانی مبارز مشروطه خواه نماینده مجلس شورای ملی تبریز پدیا Ismayil Nobari Xetib mubariz ruhani konstitusiyaci Milli Meclisin numayendesi Tebriz Pedia tabrizpedia info 2020 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 خانه حریری تبریز safarmarket com 2021 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 مرکز پژوهشها حاج محمد اقا حریری rc majlis ir 2021 2021 05 01 tarixinde Istifade tarixi 3 dekabr 2023 Badamci 1925 Chaqueri 1995 seh 465 نجات آذربایجان مشروطه Azerbaycanin xilasi Konstitusiya mashruteh org 2021 2023 12 02 tarixinde Istifade tarixi 3 dekabr 2023 Swietochowski ve Collins 1999 seh 22 23 Muctehidi 1945MenbeEli Azeri قیام شیخ محمد خیابانی Seyx Mehemmed Xeyabaninin qiyami Tehran Safi Elisa 1950 Huseyn Makki تاریخ بیست ساله ایران جلد اول Iranin iyirmi illik tarixi birinci cild Emir Kebir 1979 Ehmed Kesrevi قیام شیخ محمد خیابانی ترجمه مقدمه محمدعلی همایون کاتوزیان Seyx Mehemmed Xiyabani usyani tercume ve onsoz Humayun Kutuzyan Tehran Nahr e Karzan 1999 Ehmed Kesrevi تاریخ ۱۸ ساله آذربایجان Azerbaycanin 18 illik tarixi Tehran Bina 1992 Gholamreza Derkatanian Factors of failure and pathology of Sheikh Mohammad Khayabani uprising in Tabriz عوامل شكست و آسيب شناسي قيام شيخ محمد خياباني در تبريز Tebrizde Seyx Mehemmed Xiyabani usyaninin ugursuzlugu sebebleri ve patalogiyasi PDF 2021 Mehdi Mojtahedi رجال آذربایجان Rizal e Azerbaycan Tehran Zerin 1992 Mehemmed Badamci شرح حال و اقدامات شیخ محمد خیابانی Seyx Mehemmed Xeyabaninin tercumeyi hali ve hereketleri Iransehr 1925 Mehdi Mojtahedi رجال آذربایجان در عهد مشروطیت به کوشش غلامرضا طباطبائی مجد توضیحات Mesrute zamani Azerbaycan sahzadeleri Qulamrza Tabatabayi Mecidin izahlari ile Tehran Zerin 1945 Cyrus Ghani Iran and the Rise of the Reza Shah From Qajar Collapse to Pahlavi Power I B Tauris 2001 ISBN 978 1 86064 629 4 Tadeusz Swietochowski Brian C Collins Historical Dictionary of Azerbaijan Scarecrow Press 1999 ISBN 978 0 8108 3550 4 Cosroe Chaqueri The Soviet Socialist Republic of Iran 1920 1921 Birth of the Trauma Pittsburgh and London University of Pittsburgh Press 1995 C E Bosworth AZERBAIJAN iv Islamic History to 1941 Encyclopaedia Iranica 1987 Ervand Abrahamian Iran Between Two Revolutions Princeton University Press Princeton New Jersey 1982 Rasmus Christian Elling Minorities in Iran Nationalism and Ethnicity after Khomeini Palgrave Macmillan 2013 Jody Emami Yeganeh Iran vs Azerbaijan 1945 46 Divorce separation or reconciliation USA Central Asian Survey 1984 Nikki R Keddie Yann Richard Roots of Revolution An Interpretive History of Modern Iran Yale Univ Press 1981 ISBN 978 0300026061 Xarici kecidlerSheikh Mohammad Khiabani s uprising thought The uprising of Sheikh Mohammad Khiabani in Tabriz Discourse Turn and Iranian Readings of Khiabani s Uprising Sheikh Muhammad Khiabani Anti Colonialist Activist s Martyrdom Anniversary Biography of Sheikh Mohammad KHIABANI