Müsəlman Şərqini öyrənən Cəmiyyət — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı.
Yaranması
1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər.
Fəaliyyəti
Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İran və Türküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi.
Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır). Cəmiyyət 1920-ci ilin əvvəllərində Bakıdakı Şirvanşahlar Sarayının bərpası ilə məşğul olmuşdur. Bu abidənin mühafizəsi üçün M.Sulkeviç, V.A.Belyayev və Nəbioğludan ibarət komissiya yaradılmışdı. Cəmiyyət müsəlman incəsənətinə və mədəniyyətinə həsr olunmuş sərgi hazırlanması ilə məşğul olmuş, sərgini 1920-ci ilin sentyabrında açmaq, Azərbaycanın hər yerindən eksponatlar toplamaq nəzərdə tutulmuşdu. Cəmiyyət Tiflisdə Azərbaycana və müsəlman şərqinə aid ərəb, fars və türkdilli əlyazmaları ilə tanışlığa; Zaqatalanın arxeoloji baxımdan tədqiqinə; yerli kurqan arxeoloji abidələrinin planlarmın çəkilməsinə; qədim Azərbaycanın (Qafqaz Albaniyasının) paytaxtı Bərdənin öyrənilməsinə; Quba qəzasındakı Şabran şəhərinin yerinin müəyyənləşdirilməsinə; Nizami Gəncəvinin qəbirüstü abidəsinin, Gəncədə Şah Abbas dövrü abidələrinin, Suraxanıda , Bülbülə kəndində İmamzadə qəbrinin, tədqiqinə dair elmi tədqiqat planları hazırlanmışdı.
Fəaliyyətinin dayandırılması
Cəmiyyətin iclaslarında tarix, numizmatika, şərqşünaslıq və incəsənətə dair silsilə mühazirələr oxunmuşdur. Aprel işğalından (1920) sonra Müsəlman Şərqini öyrənən Cəmiyyətin fəaliyyəti dayandırılmışdır.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 234-235. ISBN .
Xarici keçidlər
- Birinci Respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 93 il ötür
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muselman Serqini oyrenen Cemiyyet Azerbaycan Xalq Cumhuriyyeti dovrunde fealiyyet gostermis qeyri hokumet elm teskilati Yaranmasi1919 cu il dekabrin 29 da Baki Universitetinin nezdinde yaradilmisdi Esas meqsedi islam dinine etiqad eden xalqlarin onlarin yasadiqlari olkelerin tarixini hemcinin muselman medeniyyetinin inkisafina bu ve ya diger derecede tesir gostermis tarixi ve medeni amillerin oyrenilmesi idi L A Zimin cemiyyetin sedri Y A Belyayev sedrin muavini Seydiyev katib Abdulla bey Subhanverdixanov Divanbeyoglu xezinedar secilmisdiler Cavad bey Refibeyli general leytenant Memmed bey Sulkevic de cemiyyetin uzvleri arasinda idiler FealiyyetiCemiyyet muselman serqinin xususen de Azerbaycan Turkiye Iran ve Turkustanin tarix dil arxeoloji ve etnoqrafik baximindan oyrenilmesine xususi onem verirdi Elde olunan elyazmalar ve materiallar cemiyyetin muzeyine toplanmali yaxud muhafize ve sistemlesdirilmek ucun Istiqlal milli muzeyine verilmeli onlarin nesri ve tedqiq olunmasi ile Baki Universiteti mesgul olmali idi Qedim sikkelerin toplanmasina salamat qalmis kohne binalarin ve qedim seher qaliqlarinin deqiq ve etrafli qeydiyyata alinmasina xususi diqqet yetirilirdi Muselman serqinin oyrenilmesi ile maraqlanan azerbaycanlilarin ise celb olunmasini ve onlarin lazimi elmi hazirliq kecmesini cemiyyet ozunun esas vezifelerinden hesab edirdi Cemiyyetin nizamnamesi 1920 ci il fevralin 2 de tesdiq edilmisdi metni helelik tapilmamisdir Cemiyyet 1920 ci ilin evvellerinde Bakidaki Sirvansahlar Sarayinin berpasi ile mesgul olmusdur Bu abidenin muhafizesi ucun M Sulkevic V A Belyayev ve Nebiogludan ibaret komissiya yaradilmisdi Cemiyyet muselman incesenetine ve medeniyyetine hesr olunmus sergi hazirlanmasi ile mesgul olmus sergini 1920 ci ilin sentyabrinda acmaq Azerbaycanin her yerinden eksponatlar toplamaq nezerde tutulmusdu Cemiyyet Tiflisde Azerbaycana ve muselman serqine aid ereb fars ve turkdilli elyazmalari ile tanisliga Zaqatalanin arxeoloji baximdan tedqiqine yerli kurqan arxeoloji abidelerinin planlarmin cekilmesine qedim Azerbaycanin Qafqaz Albaniyasinin paytaxti Berdenin oyrenilmesine Quba qezasindaki Sabran seherinin yerinin mueyyenlesdirilmesine Nizami Gencevinin qebirustu abidesinin Gencede Sah Abbas dovru abidelerinin Suraxanida Bulbule kendinde Imamzade qebrinin tedqiqine dair elmi tedqiqat planlari hazirlanmisdi Fealiyyetinin dayandirilmasiCemiyyetin iclaslarinda tarix numizmatika serqsunasliq ve incesenete dair silsile muhazireler oxunmusdur Aprel isgalindan 1920 sonra Muselman Serqini oyrenen Cemiyyetin fealiyyeti dayandirilmisdir Hemcinin baxAzerbaycan Xalq CumhuriyyetiIstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II cild Baki Lider 2005 seh 234 235 ISBN 9952 417 44 4 Xarici kecidlerBirinci Respublika Azerbaycan Xalq Cumhuriyyetinin yaranmasindan 93 il otur