Müqəddəs Stefan kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən XII əsrə aid tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
Müqəddəs Stefan kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Aidiyyatı | Dizaq məlikliyi |
Əsas tarixlər | 1747 - Dizaq məliyi Məlik Yeqan və oğlu Yesai tərəfindən bərpa etdirilib. |
Tikilmə tarixi | XIII əsr |
Vəziyyəti | qəzalı |
İstinad nöm. | 4320 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
Tarixi
Kilsə Tuğ kəndinin cənub-qərb tərəfindəki qəbirsanlıq ərazisində yerləşir. M. Barxudaryants öz əsərində kilsəninin timpanındakı kitabənin tərcüməsini verir: “1196-cı ilin yayında (miladi təqvimlə 1747-ci il) Məlik Yeqan və onun oğlu Məlik Yesai Stepanos kilsəsinin damını bərpa etdirdilər. Ruhumuzun xatirəsinə həsr olunsun.”
Kitabədən məlum olur ki, kilsə daha əvvəl də mövcud olub və Məlik Yeqan oğlu ilə birlikdə onun təmirini həyata keçiriblər. Dövrümüzə çatmış tikilinin inşasında həmin ərazidə olmuş daha qədim kilsənin inşaat materiallarından, həmçinin çoxlu sayda xaçdaş və məzar daşlarından istifadə edilmişdir. Qarabağın Dağlıq ərazisinin dini memarlığında bu hala tez-tez rast gəlinir: XIV-XV əsrlərdə dağıdılmış qədim məbədlərin yerində XVI-XVIII əsrlərdə inşa edilən tikililərdə qədim binaların qalıqları və inşaat materialları da istifadə edilir.
İncəsənət tarixçisi Karen Mkrtçyan ehtimal edir ki, Müqəddəs Stefan kilsəsi qədim bütpərəst məbədinin yerində inşa edilmişdir.
Memarlıq xüsusiyyətləri
Kilsə, planda düzbucaqlı zal formasına malik olmaqla, tağtavan (12x7.8 m), şərq tərəfində isə altar və köməkçi otaqlara malik tikilidir. Kilsənin divarları çapılmış və kobud yonulmuş daşlardan tikilmişdir. Fasad üzlənmələrində kobud yonulmuş daşlardan, tağ, həmçinin pəncərə və qapə çərçivələrinin hörgüsündə isə yaxşı yonulmuş daşlardan istifadə edilmişdir.
Binanın əsas ağırlığını daşıyan pilonların hörgüsündə butobeton əsasdan istifadə edilmiş, üzlənmədə isə yaxşı yonulmuş daşlar tətbiq edilmişdir. Apsidanın hörgüsü qədim tikilinin təməlini gizlətməmişdir. Günbəzli qədim tikilinin qalıqlar yalnız tikilinin daxilində deyil, həm də eksteryerində cənub divarın qarşısında aydın görünür. Kilsənin hazırk ibadət zalı həcm-məkan kompozisiyası ilə Ktişvəng monastırının narteksini xatırladır. Hər iki tikilidə yan nef mərkəzi nefdən divarvari kolonnada ilə ayrılmışdır.
Kilsənin mərkəzində yerləşən qeyri-adi formalı pilon onun həcmini iki hissəyə bölür: kiçik hissədə qədim məzarlar vardır. Ərazinin relyef xüsusiyyətlərinə görə, kilsənin döşəməsi bəzi hissələrdə yer səviyyəsindən 1.5 metr aşağıdadır.
Kilsənin divarlarında ümumilikdə 51 xaçdaş vardır. Onlar arsında həm ənənəvi bərabər qollu alban xaçları, həm də aşağı qolu uzanmış XIII-XV əsr xaçdaşları vardır. Xaç daşların bir çoxu kitabələrlə bəzədilmişdir.
Kilsə ətrafndakı onlarla qədim məzar daşları üzərində atlı, ovçu, musiqiçi motivləri ilə bəzədilmiş çoxlu bədii səhnələr vardır.
İstinadlar
- "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 18 iyul 2020.
- Bərxudaryan, 1895. səh. 77
- Mkrtçyan, 1989. səh. 77
- Mkrtçyan, 1989. səh. 78
Ədəbiyyat
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muqeddes Stefan kilsesi Xocavend rayonunun Tug kendinde yerlesen XII esre aid tarix memarliq abidesi Kilse Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi terefinden yerli ehemiyyetli memarliq abidesi kimi qeydiyyata alinmisdir Muqeddes Stefan kilsesi39 35 04 sm e 46 57 50 s u Olke AzerbaycanSeher XocavendYerlesir Tug kendiAidiyyati Dizaq melikliyiEsas tarixler 1747 Dizaq meliyi Melik Yeqan ve oglu Yesai terefinden berpa etdirilib Tikilme tarixi XIII esrVeziyyeti qezaliAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4320KateqoriyaKilseEhemiyyetiYerli ehemiyyetliMuqeddes Stefan kilsesiKilsenin planiTarixiKilse Tug kendinin cenub qerb terefindeki qebirsanliq erazisinde yerlesir M Barxudaryants oz eserinde kilseninin timpanindaki kitabenin tercumesini verir 1196 ci ilin yayinda miladi teqvimle 1747 ci il Melik Yeqan ve onun oglu Melik Yesai Stepanos kilsesinin damini berpa etdirdiler Ruhumuzun xatiresine hesr olunsun Kitabeden melum olur ki kilse daha evvel de movcud olub ve Melik Yeqan oglu ile birlikde onun temirini heyata keciribler Dovrumuze catmis tikilinin insasinda hemin erazide olmus daha qedim kilsenin insaat materiallarindan hemcinin coxlu sayda xacdas ve mezar daslarindan istifade edilmisdir Qarabagin Dagliq erazisinin dini memarliginda bu hala tez tez rast gelinir XIV XV esrlerde dagidilmis qedim mebedlerin yerinde XVI XVIII esrlerde insa edilen tikililerde qedim binalarin qaliqlari ve insaat materiallari da istifade edilir Incesenet tarixcisi Karen Mkrtcyan ehtimal edir ki Muqeddes Stefan kilsesi qedim butperest mebedinin yerinde insa edilmisdir Memarliq xususiyyetleriKilsenin divar horgulerinde coxlu sayda xacdaslar istifade olunmusdur Kilse planda duzbucaqli zal formasina malik olmaqla tagtavan 12x7 8 m serq terefinde ise altar ve komekci otaqlara malik tikilidir Kilsenin divarlari capilmis ve kobud yonulmus daslardan tikilmisdir Fasad uzlenmelerinde kobud yonulmus daslardan tag hemcinin pencere ve qape cercivelerinin horgusunde ise yaxsi yonulmus daslardan istifade edilmisdir Binanin esas agirligini dasiyan pilonlarin horgusunde butobeton esasdan istifade edilmis uzlenmede ise yaxsi yonulmus daslar tetbiq edilmisdir Apsidanin horgusu qedim tikilinin temelini gizletmemisdir Gunbezli qedim tikilinin qaliqlar yalniz tikilinin daxilinde deyil hem de eksteryerinde cenub divarin qarsisinda aydin gorunur Kilsenin hazirk ibadet zali hecm mekan kompozisiyasi ile Ktisveng monastirinin narteksini xatirladir Her iki tikilide yan nef merkezi nefden divarvari kolonnada ile ayrilmisdir Kilsenin merkezinde yerlesen qeyri adi formali pilon onun hecmini iki hisseye bolur kicik hissede qedim mezarlar vardir Erazinin relyef xususiyyetlerine gore kilsenin dosemesi bezi hisselerde yer seviyyesinden 1 5 metr asagidadir Kilsenin divarlarinda umumilikde 51 xacdas vardir Onlar arsinda hem enenevi beraber qollu alban xaclari hem de asagi qolu uzanmis XIII XV esr xacdaslari vardir Xac daslarin bir coxu kitabelerle bezedilmisdir Kilse etrafndaki onlarla qedim mezar daslari uzerinde atli ovcu musiqici motivleri ile bezedilmis coxlu bedii sehneler vardir Istinadlar Dunya ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisi PDF Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2 avqust 2001 2021 07 07 tarixinde PDF Istifade tarixi 18 iyul 2020 Berxudaryan 1895 seh 77 Mkrtcyan 1989 seh 77 Mkrtcyan 1989 seh 78EdebiyyatMkrtcyan S M Istoriko Arhitekturnye Pamyatniki Nagornogo Karabaha Irevan 1989 Berxudaryan Makar Arcah Baki 1895