Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı.
Mövlud Süleymanlı | |
---|---|
Mövlud Süleyman oğlu Balakişiyev | |
Doğum tarixi | 18 mart 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 2024 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | yazıçı, dramaturq, ssenarist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | nəsr, teatr pyesi, povest |
İlk əsəri | "Əllərim" (şeir, 1964) |
Mükafatları | |
Həyatı
Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir.
Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir.
Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib.Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.
Yaradıcılığı
Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır. Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M. Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.
M. Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb. 1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edildi. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü gördü. Bu hekayələr M. Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıtdı. "Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır.
Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etdi. "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir. "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır. Mövlud Süleymanlının bir sıra hekayələrində və "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadə "M. Süleymanlıya açıq məktub"unda yazırdı:
"Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır". |
"Ceviz qurdu"(1982) — 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki fasiləli tarixin xalqın həyatında buraxdığı izlərdən, milli insana vurduğu sağalmaz yaralardan bəhs edir. Müəllif roman boyu ceviz qurdunun cevizə daraşıb, onu tamam məhv etməsini təkcə ziyanvericilərə qarşı mübarizəni təsvir üçün qabartmır. Burada həmçinin geniş planda cəmiyyət ziyanvericilərinin insanların mənəvi dünyasına daraşmasını, onu getdikcə məhv etməsini göstərmək üçündür.
"Səs" sovet cəmiyyətinin son durumunu əks etdirən sosial romandır. Ümumilikdə yazıçı "Səs" və "Ceviz qurdu" romanlarında cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirir. Hadisələr həm ailə-məişət çərçivəsində, həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı fərdlərin düşüncələrində cərəyan edir. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edir.
"Səs" romanının ikinci hissəsi kimi qələmə alınan "Günah duası" psixoloji roman kimi düşünülmüşdür. Romanda yazıçı sovet cəmiyyətinin çürüdüyünü, insanların mənəviyyatını pozduğunu göstərir.
"Dəyirman" povesti üzrə səhnələşdirilmiş "Dəyirman" pyesi Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında (1988), "Satqın" əsəri "Yuğ" teatrında (2000) tamaşaya qoyulmuşdur. "Şeytan" (1978), "Dəyirman" (1979) əsərlərinə görə uzun müddət tənqidə məruz qalan və təhlükəsizlik orqanları tərəfindən çək-çevir edilən M. Süleymanlı bir neçə dəfə Dövlət tərəfindən mükafatlandırılmışdır. "Ömürdən qıraqda" povesti yazıçının son illərdə (2005) qələmə aldığı əsərlərdəndir.
Əsərləri
Romanlar
- "Köç"
- "Ceviz qurdu"
- "Günah duası"
- "Səs"
- "Erməni adındakı hərflər"
Povestlər
- "Şanapipik"
- "Duzsuzluq"
- "Yel Əhmədin bəyliyi"
- "Şeytan"
- "Dəyirman"
- "Ot"
- "Ömürdən qıraqda"
- "Teymurilər"
- "Mehman"
Hekayələr
- "Yamacda bir kənd"
- "Yüz günümdən biri"
- "Armud ağacının nağılı"
- "Bərəkət"
- "Füşkürək"
- "Yallı gecəsi"
- "Dünyanın işığı"
- "Sapand"
- "Qar"
- "Yanğın"
- "Qaraca kişinin yaylaqları"
- "Ayın aydınlığında"
- "Çoban İbrahim və velosiped"
- "Sığırçı Gülünün ala iti"
- "İt dərsi"
- "Ağacan"
- "Quru kəllə"
- "Son dayanacaq"
Kitabı
- "And olsun, əsrə…"
Fəaliyyəti
Əmək fəaliyyəti
Mövlud Süleymanlı 1968-ci ildə işə qəbul edilmiş, əvvəlcə "Gənclik", sonra baş redaksiyasında redaktor kimi çalışmışdır. O, 1992-ci ilin sonlarında Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə gətirilmiş, 17 il bu vəzifədə çalışmışdır (1992–2009). Bununla yanaşı, ədib kinostudiya, 1976–1980-ci illərdə Yazıçılar İttifaqının orqanı olan "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri, 1980–1988-ci illərdə "Azərbaycan" jurnalında nəsr şöbəsində rəhbər kimi fəaliyyət göstərmişdir.
Radionun qızıl fonduna daxil olmuş, həftəlik yayımlanan "Bulaq" verilişinin, 1969-cu ilin oktyabrında ilk müəllif nömrəsini yazmışdır. Verilişin uzun illər Azərbaycan folklorunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rol oynadığı əsas götürülərək 1974-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülmüşdür. 1972-ci ildə Tele-Radio Verilişləri komitəsindən Moskvaya ixtisasartırma kurslarına göndərilmişdir. 1974-cü ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına ssenarist kimi qəbul edilmişdir.
Ssenarisi əsasında "Bəyin oğurlanması" və sifarişilə "Çətirimiz buludlardır" bədii televizya filmləri çəkilmişdir. 1976-cı ildə Azərbaycan Yazıçılar İttifaqına işə dəvət edilmişdir. 1974-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür. M. Süleymanlının 1992–1993-cü illərdə baş redaktorluğu ilə "Oğuz eli" adlı müstəqil qəzet nəşr olunmuşdur.
1992-ci ildə Azərbaycan Dövlət Televiziyasına işə dəvət edilmiş və televiziyanın "Xalq yaradıcılığı" redaksiyasına baş redaktor vəzifəsinə təyin olunmuşdur. Redaksiyada onun rəhbərliyi ilə folklor, etnoqrafiya yönündə yeni "Sizə hardan deyim?", "Təbriz gözəlləməsi", "Şirvan gözəlləməsi", "Yurd yeri" və s. kimi verilişlər hazırlanmışdır.
Azərbaycan Dövlət Radiosunda onun rəhbərliyi ilə "Respublika", "Dan yeri", 'Dünəndən bu günə", "Bizdən sonra", "Sarıtel", "Xeyrə qənşər", "Bulaq başı", "Mövqe", "Axtarış", "Dövran", "Qürbətdə qalan Vətən", "Parlament saatı", "Gündoğandan gün batana", "Eşidirsizmi?", "Qonaq eldən gələr", "Var səsimlə", "Çiyin çiyinə", "Tanrı duaları" və s. verilişlər efirə çıxmışdır.
Mükafatları
- Şöhrət ordeni (2018);
- Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı (1974);
- Moskvada rus dilində nəşr edilmiş ilk kitabına ("Çoban İbrahim və velosiped") görə Maksim Qorki adına Ümumittifaq ədəbi müsabiqə (1983);
- Kənd həyatına həsr edilmiş ən yaxşı əsərə görə Azərbaycan Yazıçılar İttifaqının "Qızıl sünbül" ədəbi mükafatı (1991);
- Bədii-sənədli publisistika sahəsində nailiyyətlərinə görə "Araz" ali ədəbi mükafatı (1995);
- "Köç" romanına görə "İlin ən yaxşı əsərinə görə" mükafatı laureatı;
- АNАSАM Ödül bəlgəsi (Türkiyə) (2001);
- "Anadolu ədəbiyyatı" toplantısının "Takdir" mükafatı;
- 27 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib
Tərcümə edilmiş kitabları
Ruscayа:
- "Çoban İbrahim və velosiped" (Povest və hekayələr. Tərcümə edən: T. Kolyaqina. Moskva, 1982)
- "Köç" (Roman. Tərcümə edən: T. Kolyaqina. Moskva, 1986)
Türkiyə türkcəsinə:
- "Köç" (çevirən S. Altaylı. 1990). Bu əsər "Ötüken" Yayın Evi tərəfindən dəfələrlə (1992, 1994, 1995, 1996) təkrar-təkrar yayınlanmışdır.
- "Söz içində söz". Tehranda 2003-cü ildə əski əlifba ilə nəşr edilmişdir.
- 2004-cü ildə "Üç roman" adı altında romanları "Azərbaycan" nəşriyyaında.
- 2006-cı ildə "Söz içində söz" adlı çox unikal kitabı "Ağrıdağ" nəşriyyatında.
Filmoqrafiya
- Ağstafa şərabçıları (film, 1992)
- Bəyin oğurlanması (film, 1985)
- Bəylik dərsi (film, 2007)
- Çətirimiz buludlardır (film, 1976)
- Deportasiya (film, 2001)
- Deportasiya. II Film (film)
- Deportasiya. III Film (film)
- Deportasiya. IV Film (film)
- Deportasiya. V Film (film)
- Deportasiya. VI Film (film)
- Deportasiya. VII Film (film)
- Fatehlərin divanı
- Hücum (film, 1989)
- Kökdən düşmüş piano (film, 1982)
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272–274.
- Vaqif Yusifli. "Yetmişin gəlib çatdı, Mövlud..." (Azərbaycan-dili). anl.az. 9 yanvar 2017 tarixində .
- "Azərbaycanın Xalq yazıçısı vəfat etdi - VİDEO". Oxu.Az (az.). 2024-02-21. 2024-02-22 tarixində . İstifadə tarixi: 2024-02-22.
- "Ötən gün vəfat edən Xalq yazıçısı dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO". Oxu.Az (az.). 2024-02-22. 2024-02-22 tarixində . İstifadə tarixi: 2024-02-22.
- M.Süleymanlı. Üç roman: Köç, Ceviz qurdu, Səs. Bakı: "Azərbaycan". 2004. səh. 46.
- M.Süleymanlı. Seçilmiş əsərləri. Bakı: "Şərq-Qərb". 2006. səh. 4. ISBN .
- M.Süleymanlı. (PDF). Bakı: "Elm və təhsil". 2013. 526.
Xarici keçidlər
- Mövlud Süleymanlı: "Ən yaxşı əsərim nə "Köç"dür, nə "Dəyirman".
- Mövlud Süleymanlı: "Məmura zəng vurmaq ölümdən betərdi" MÜSAHİBƏ
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Movlud Suleyman oglu Balakisiyev texellusu Movlud Suleymanli 18 mart 1943 Qizil Sefeq Kalinino rayonu 21 fevral 2024 Baki azerbaycanli nasir dramaturq ssenarist Azerbaycan Yazicilar Birliyinin uzvu 1980 Emekdar incesenet xadimi 2003 Azerbaycanin xalq yazicisi 2006 Sohret ve Seref ordenlerinin laureati Movlud SuleymanliMovlud Suleyman oglu BalakisiyevDogum tarixi 18 mart 1943 1943 03 18 Dogum yeri Qizil Sefeq Kalinino rayonu Ermenistan SSR SSRIVefat tarixi 21 fevral 2024 2024 02 21 80 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri KerkencMilliyyeti azerbaycanliTehsili BDU Filologiya fakultesiIxtisasi filoloqFealiyyeti yazici dramaturq ssenaristEserlerinin dili Azerbaycan diliJanrlar nesr teatr pyesi povestIlk eseri Ellerim seir 1964 Mukafatlari 2006 2003 2023HeyatiMovlud Suleymanli 1943 cu il mart ayinin 18 de Ermenistan SSR nin Kalinino rayonunun Qizil Sefeq kendinde kecmis adi Cucekend dogulmusdur Atasi Suleyman Mehemmed oglu 1942 ci ilin axirlarinda Ikinci Dunya muharibesine getmis 1945 ci ilin aprel ayinin 23 de Berlin ugrunda doyuslerde helak olmusdur Anasi Bagdagul Mahmud qizi bedaheten seirler demisdir Movlud Suleymanli Qizil Sefeq kend 7 illik mektebinden sonra qonsu Ilmezli kend orta mektebinin X sinfini 1960 bitirmisdir 1962 ci ilde Azerbaycan Dovlet Universitetinin Filologiya fakultesine daxil olub 1967 ci ilde orani bitirmisdir Movlud Suleymanli 21 fevral 2024 cu il tarixinde vefat edib Samaxi rayonunun Kerkenc kendinde defn olunub YaradiciligiEdebiyyata oten esrin 70 ci illerinde gelmis Movlud Suleymanli yaradiciliga lirik seirlerle baslamisdir Onun Ellerim adli ilk seiri 1964 cu ilde Azerbaycan gencleri qezetinde cap olunub Edibin Bir unvan adli seir kitabi da cap olunub M Suleymanlinin yaradiciligini seciyyelendiren baslica amiller ondan ibaretdir ki eserlerinde mexsus oldugu xalqin tarixi etnoqrafiyasi menevi exlaqi deyerleri vetenperverlik hisleri on plandadir M Suleymanlinin ilk nesr kitabi yetmisinci illerin sonlari capdan cixib 1970 ci illerin ikinci yarisinda edibin bir birinin ardinca hekaye ve povestleri derc edildi Qar Yangin Sanapipik Seytan Deyirman hekayelerinden ibaret 1979 cu ilde Ayin aydinliginda kitabi isiq uzu gordu Bu hekayeler M Suleymanlini xalqa cemiyyet problemlerini zamaninda gorub eks etdiren gozel bir nasir kimi tanitdi Sanapipik Duzsuzluq Ot yazicinin muharibe movzusuna hesr etdiyi hekayeleri sirasindadir Edib 1980 ci illerden baslayaraq daha cox roman janrina muraciet etdi Koc Ceviz qurdu Ses romanlari cagdas Azerbaycan romanciliginin inksafinda bir pilledir Koc 1980 xalqin milli kecmisinden sovet hakimiyyetinin gelisine qederki taleyinden sohbet acir Romanda teblig olunan baslica ideya Azerbaycan xalqinin birliyi ideyasidir Movlud Suleymanlinin bir sira hekayelerinde ve Koc romaninda Azerbaycan nesri ucun yeni olan mifik tefekkur terzi turk etnoqrafiyasi ve folklorunun en qedim calarlari diqqeti celb edir Xalq sairi Bextiyar Vahabzade M Suleymanliya aciq mektub unda yazirdi Koc xalqimizin yuz illerden beri kecib geldiyi yollarin tarixi adet ve enenelerini qoruyub saxladigi koceri ruhunun bedii etnoqrafiyasidir Ceviz qurdu 1982 1930 cu illerin represiyalarindan 80 ci illere qederki fasileli tarixin xalqin heyatinda buraxdigi izlerden milli insana vurdugu sagalmaz yaralardan behs edir Muellif roman boyu ceviz qurdunun cevize darasib onu tamam mehv etmesini tekce ziyanvericilere qarsi mubarizeni tesvir ucun qabartmir Burada hemcinin genis planda cemiyyet ziyanvericilerinin insanlarin menevi dunyasina darasmasini onu getdikce mehv etmesini gostermek ucundur Ses sovet cemiyyetinin son durumunu eks etdiren sosial romandir Umumilikde yazici Ses ve Ceviz qurdu romanlarinda cemiyyetin ducar oldugu menevi belalarin nece fesadlar toretdiyini eks etdirir Hadiseler hem aile meiset cercivesinde hem ictimai munasibetlerde hem de ayri ayri ferdlerin dusuncelerinde cereyan edir Her iki romanda remzi metaforik obrazlar diqqeti celb edir Ses romaninin ikinci hissesi kimi qeleme alinan Gunah duasi psixoloji roman kimi dusunulmusdur Romanda yazici sovet cemiyyetinin curuduyunu insanlarin meneviyyatini pozdugunu gosterir Deyirman povesti uzre sehnelesdirilmis Deyirman pyesi Huseyn Ereblinski adina Sumqayit Dram Teatrinda 1988 Satqin eseri Yug teatrinda 2000 tamasaya qoyulmusdur Seytan 1978 Deyirman 1979 eserlerine gore uzun muddet tenqide meruz qalan ve tehlukesizlik orqanlari terefinden cek cevir edilen M Suleymanli bir nece defe Dovlet terefinden mukafatlandirilmisdir Omurden qiraqda povesti yazicinin son illerde 2005 qeleme aldigi eserlerdendir Eserleri Romanlar Koc Ceviz qurdu Gunah duasi Ses Ermeni adindaki herfler Povestler Sanapipik Duzsuzluq Yel Ehmedin beyliyi Seytan Deyirman Ot Omurden qiraqda Teymuriler Mehman Hekayeler Yamacda bir kend Yuz gunumden biri Armud agacinin nagili Bereket Fuskurek Yalli gecesi Dunyanin isigi Sapand Qar Yangin Qaraca kisinin yaylaqlari Ayin aydinliginda Coban Ibrahim ve velosiped Sigirci Gulunun ala iti It dersi Agacan Quru kelle Son dayanacaq Kitabi And olsun esre FealiyyetiEmek fealiyyeti Movlud Suleymanli 1968 ci ilde ise qebul edilmis evvelce Genclik sonra Edebiyyat ve Incesenet bas redaksiyasinda redaktor kimi calismisdir O 1992 ci ilin sonlarinda Azerbaycan Dovlet Tele Radio Sirketinin Radio uzre sedr muavini vezifesine getirilmis 17 il bu vezifede calismisdir 1992 2009 Bununla yanasi edib kinostudiya 1976 1980 ci illerde Yazicilar Ittifaqinin orqani olan Ulduz jurnalinda nesr sobesinin mudiri 1980 1988 ci illerde Azerbaycan jurnalinda nesr sobesinde rehber kimi fealiyyet gostermisdir Radionun qizil fonduna daxil olmus heftelik yayimlanan Bulaq verilisinin 1969 cu ilin oktyabrinda ilk muellif nomresini yazmisdir Verilisin uzun iller Azerbaycan folklorunun etnoqrafiyasinin dilinin meisetinin tebliginde ehemiyyetli rol oynadigi esas goturulerek 1974 cu ilde Azerbaycan Jurnalistler Ittifaqinin Qizil qelem mukafatina layiq gorulmusdur 1972 ci ilde Tele Radio Verilisleri komitesinden Moskvaya ixtisasartirma kurslarina gonderilmisdir 1974 cu ilde Cefer Cabbarli adina Azerbaycanfilm kinostudiyasina ssenarist kimi qebul edilmisdir Ssenarisi esasinda Beyin ogurlanmasi ve sifarisile Cetirimiz buludlardir bedii televizya filmleri cekilmisdir 1976 ci ilde Azerbaycan Yazicilar Ittifaqina ise devet edilmisdir 1974 cu ilden Azerbaycan Yazicilar Birliyinin uzvudur Prezident teqaudcusudur M Suleymanlinin 1992 1993 cu illerde bas redaktorlugu ile Oguz eli adli musteqil qezet nesr olunmusdur 1992 ci ilde Azerbaycan Dovlet Televiziyasina ise devet edilmis ve televiziyanin Xalq yaradiciligi redaksiyasina bas redaktor vezifesine teyin olunmusdur Redaksiyada onun rehberliyi ile folklor etnoqrafiya yonunde yeni Size hardan deyim Tebriz gozellemesi Sirvan gozellemesi Yurd yeri ve s kimi verilisler hazirlanmisdir Azerbaycan Dovlet Radiosunda onun rehberliyi ile Respublika Dan yeri Dunenden bu gune Bizden sonra Saritel Xeyre qenser Bulaq basi Movqe Axtaris Dovran Qurbetde qalan Veten Parlament saati Gundogandan gun batana Esidirsizmi Qonaq elden geler Var sesimle Ciyin ciyine Tanri dualari ve s verilisler efire cixmisdir MukafatlariSohret ordeni 2018 Azerbaycan Jurnalistler Ittifaqinin Qizil qelem mukafati 1974 Moskvada rus dilinde nesr edilmis ilk kitabina Coban Ibrahim ve velosiped gore Maksim Qorki adina Umumittifaq edebi musabiqe 1983 Kend heyatina hesr edilmis en yaxsi esere gore Azerbaycan Yazicilar Ittifaqinin Qizil sunbul edebi mukafati 1991 Bedii senedli publisistika sahesinde nailiyyetlerine gore Araz ali edebi mukafati 1995 Koc romanina gore Ilin en yaxsi eserine gore mukafati laureati ANASAM Odul belgesi Turkiye 2001 Anadolu edebiyyati toplantisinin Takdir mukafati 27 iyul 2023 cu ilde Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev terefinden Azerbaycan edebiyyatinin inkisafinda boyuk xidmetlerine gore Seref ordeni ile teltif edilibTercume edilmis kitablariRuscaya Coban Ibrahim ve velosiped Povest ve hekayeler Tercume eden T Kolyaqina Moskva 1982 Koc Roman Tercume eden T Kolyaqina Moskva 1986 Turkiye turkcesine Koc ceviren S Altayli 1990 Bu eser Otuken Yayin Evi terefinden defelerle 1992 1994 1995 1996 tekrar tekrar yayinlanmisdir Soz icinde soz Tehranda 2003 cu ilde eski elifba ile nesr edilmisdir 2004 cu ilde Uc roman adi altinda romanlari Azerbaycan nesriyyainda 2006 ci ilde Soz icinde soz adli cox unikal kitabi Agridag nesriyyatinda FilmoqrafiyaAgstafa serabcilari film 1992 Beyin ogurlanmasi film 1985 Beylik dersi film 2007 Cetirimiz buludlardir film 1976 Deportasiya film 2001 Deportasiya II Film film Deportasiya III Film film Deportasiya IV Film film Deportasiya V Film film Deportasiya VI Film film Deportasiya VII Film film Fatehlerin divani Hucum film 1989 Kokden dusmus piano film 1982 IstinadlarAzerbaycan Respublikasi Medeniyyet Nazirliyi C Cabbarli adina Azerbaycanfilm kinostudiyasi Aydin Kazimzade Bizim Azerbaycanfilm 1923 2003 cu iller Baki Mutercim 2004 seh 272 274 Vaqif Yusifli Yetmisin gelib catdi Movlud Azerbaycan dili anl az 9 yanvar 2017 tarixinde Azerbaycanin Xalq yazicisi vefat etdi VIDEO Oxu Az az 2024 02 21 2024 02 22 tarixinde Istifade tarixi 2024 02 22 Oten gun vefat eden Xalq yazicisi defn edildi YENILENIB FOTO VIDEO Oxu Az az 2024 02 22 2024 02 22 tarixinde Istifade tarixi 2024 02 22 M Suleymanli Uc roman Koc Ceviz qurdu Ses Baki Azerbaycan 2004 seh 46 M Suleymanli Secilmis eserleri Baki Serq Qerb 2006 seh 4 ISBN 10 9952 34 006 0 13 978 9952 34 006 8 M Suleymanli PDF Baki Elm ve tehsil 2013 526 Xarici kecidlerMovlud Suleymanli En yaxsi eserim ne Koc dur ne Deyirman Movlud Suleymanli Memura zeng vurmaq olumden beterdi MUSAHIBE