Bu məqalə . |
Murovdağ döyüşləri — 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başlamasından sonra Murovdağ silsiləsində yerləşən Murov zirvəsinin işğaldan azad edilməsi üçün aparılan hərbi əməliyyatdır. Murovdağ döyüşləri II Qarabağ müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərindən biri olub. Murovdağ döyüşləri nəticəsində Azərbaycan Ordusunun 200-dən çox hərbi qulluqçusu şəhid olub.
Murovdağ döyüşləri | |||
---|---|---|---|
II Qarabağ müharibəsi | |||
Tarix | 27 sentyabr 2020 – 2 oktyabr 2020 | ||
Yeri | Kəlbəcər rayonu, Goranboy rayonu, Göygöl rayonu və Daşkəsən rayonu, Azərbaycan | ||
Səbəbi | İkinci Qarabağ müharibəsi | ||
Nəticəsi | Murov dağı silsinləsində olan Murov zirvəsi işğaldan azad edildi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Ümumi vəziyyət
Azərbaycan bölmələrinin müharibədən əvvəl Murovdağ istiqamətindəki mövqeləri son dərəcə əlverişsiz idi. 1993–1994-cü illərdəki döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin əlinə keçmişdi. Silsilənin əsas hündür hissələrinə Ermənilər, kiçik hissələrinə isə Azərbaycan nəzarət edirdi. Erməni ordusu bir-iki istiqamətdə, hətta Göygöl rayonunun da ərazisinə doğru irəliləmişdi. Belə ki, xüsusi əhəmiyyətli Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) bu rayona daxil idi. Bundan başqa Murovdağ silsiləsinə daxil olan Ağdağ (3200,1 metr) və bu silsilənin ən hündür zirvəsi Gamışdağ (3724,6 metr) da Ermənistan bölmələrinin nəzarətində idi. Gamışdağdakı erməni postundan yay vaxtlarında Gəncəyə qədər olan ərazi açıq şəkildə görünürdü və bu post müharibə başlayana qədər dünyada ən hündür hərbi məntəqə hesab olunurdu. Ümumilikdə, Murovda cəbhə xətti qərbdən şərqə 50 km-dən çox məsafədə uzanırdı. Orta hündürlüyün 3000 m-dən çox olduğu ərazilərdə dağ zirvələri qayalıq olub heç bir bitki örtüyünə malik deyildi. Bu ərazidə sərt relyef şəraitinə görə davamlı istehkam xətti qurmaq ehtiyacı yoxdu və mövqelər bir-birindən aralı şəkildə zəncirlənmiş postlar vasitəsilə tənzimlənmişdi. Bu silsilənin üzərində ağır texnikanın hərəkət etməsi üçün yalnız bir keçid vardı ki, o da "Ömər aşırımı" (3261,4 metr) adlanırdı. Bu aşırım və yanındakı Ömər dağının ermənilərin nəzarətində olması Azərbaycan bölmələrinin operativ hücum əməliyyatını həyata keçirmək imkanlarını zəiflədirdi.
Kəlbəcərdə həm Ermənistan, həm də "Müdafiə Ordusu"nun hərbi hissələri yerləşirdi. 2017-ci il məlumatlarına əsasən, Ermənistan ordusunun Susuzluq istiqamətində 538 saylı hərbi hissəsi, Ağdağ istiqamətində 2-ci ordu korpusunun 759375 saylı hərbi hissəsi və 38 nömrəli ayrıca motoatıcı alayı, Zod istiqamətində 2-ci ordu korpusunun 555 saylı hərbi hissəsi, Kəlbəcər şəhərində isə 38043 nömrəli dağ-atıcı diviziyası mövcuddu. Bu ordu qrupunun rezerv batalyonları isə Kəlbəcərlə qonşu olan Vardenis rayonunda yerləşirdi. Murovdağın Goranboy və Ağdərə sektorunda isə Ermənistan ordusuna məxsus 33651 və 33882 saylı motoatıcı alay yerləşirdi. Bu səbəbdən cəbhənin bu istiqamətindəki əməliyyatlarda uğur qazanma imkanı çox minimal olub risk tələb edirdi. Hücum əməliyyatı 3-cü Ordu Korpusu tərəfindən hazırlanmışdı və bu əməliyyata ümumi rəhbərliyi korpus komandiri, General-Mayor Xəqani Cəbrayılov həyata keçirirdi. Burdakı əməliyyatların əsas məqsədi xüsusi qruplar vasitəsilə ermənilərin nəzarətində olan zirvələri ələ keçirərək Kəlbəcərə maksimum yaxınlaşmaq və Vardenis-Ağdərə yoluna vizual nəzarət yaratmaqdan ibarətdi. Goranboy istiqamətindən təşkil olunacaq hücumda isə 1-ci ordu koprusu Murov(3340,3 metr) və Ağuçuq (2777,1 metr) zirvəsini götürdükdən sonra Suqovuşan istiqamətindən gələn bölmələrlə birləşərək Sərsəng su anbarına qədər enməli idi. Bu səbəbdən bu istiqamətdə əsas hücum da Murov zirvəsi istiqamətində başlandı.
Goranboy-Kəlbəcər istiqamətindəki döyüşlər
Sentyabr ayının 27-si səhər saatlarından etibarən Goranboyun Gülüstan kəndi ətrafında və Ballıqaya ərazisində əməliyyatlar başlayır. 27 sentyabr günorta saatlarında Azərbaycan MN Murov dağı istiqamətlərində vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığı barədə məlumat yayır. Murov zirvəsi uğrunda əməliyyatda 3-cü korpusla birlikdə 1-ci korpusun "Həmlə Tabor"u iştirak edirdi. Polkovnik Nəsimi Şıxəliyevin rəhbərlik etdiyi qrup bu əməliyyatı uğurla icra edərək zirvənin alınması xəbərini məruzə etdi. Azərbaycan MN həmin gün axşam saatlarında Murovdağın alınması barədə rəsmi məlumat verir: "Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb."
Bu məlumatı həmin gün "Müdafiə Ordusu" rəsmisi Suren Sarumyan təkzib etsə də, 1 gün sonra səhər saatlarında "DQR" rəhbərliyi Vardenis-Ağdərə yolunun "təhlükəsizlik məqsədi ilə" bağlanması haqqında açıqlama verir. Həmin gün axşam saatlarında "Azərkosmos" Vardenis-Ağdərə yolunda "Azersky" peyki vasitəsilə davamlı monitorinqlər aparıldığını açıqlayır. Murov zirvəsinin alınması oktyabrın 4-də "Caliber" portalı tərəfindən çəkilən kadrlarda öz təsdiqini tapdı. Bu videokadrda Murov zirvəsinin yaxınlığında, 3315 metrlik zirvədə Azərbaycan bayrağının dalğalandığını görmək mümkün olur. Lakin rəsmi məlumatdan fərqli olaraq, bu ərazidə heç bir erməni postu yox idi. 30 ilə yaxın müharibə dövründə bu ərazidə heç bir erməni istehkamı da tikilməmişdi. Çətin çıxılan qayalı zirvədə erməni mövqeləri dağın cənub istiqamətində yerləşirdi. Bunu həmin döyüşdə iştirak edən 32 nəfər xüsusi təyinatlıdan biri Təbriz Zöhrablı da təsdiqləyir: "Sentyabrın 27-də bizim xüsusi təyinatlı bölük komandirimiz Fərid Əliyev başda olmaqla Murov yüksəkliyini tutduq. 3300 metr yüksəkliyə qalxmaq çətin idi. Bütün sursatı, silahları çiyinlərimizdə daşıyırdıq və adambaşına 50–60 kiloqram yük düşürdü. Dağın zirvəsinə qalxmaq 6–7 saat vaxt apardı. Ermənilərin müdafiəsi dağlarda hərəsində 10–15 nəfər olmaqla ayrı-ayrı postlardan ibarət idi. Əsas qüvvəni onlar arxada saxlayırdılar, ön xətt isə postlar zəncirindən ibarət idi, onların arasında böyük məsafə var idi. Əvvəlcə biz bir neçə kilometr düşmən arxasına keçdik və onlar bizi görmədilər. Sonra biz zirvəyə onların müşahidə etmədiyi istiqamətdən qalxdıq. Murovun özündə ermənilər yox idi, amma zirvədən aşağıda onların iki postu yerləşirdi və biz məhz həmin postların arasından keçib getdik. Biz döyüşsüz, səssiz daxil olduq. Ermənilər onların başı üzərində Azərbaycan bayrağının qaldırıldığını görəndə, fikrimcə, şoka düşdülər."
Bu istiqamətdən Azərbaycan bölmələri həqiqətən də Vardenis-Ağdərə yoluna nəzarət edə bilirdi. Lakin yoldan 15 km uzaqlıqda yerləşən bu dağda sadəcə açıq havada müşahidə mümkün idi. Bu istiqamətdə erməni postlarının yanından zirvəyə qalxan və faktiki olaraq onlarla heç bir döyüşə girməyən xüsusi təyinatlı qrup özünü çətin vəziyyətə salmışdı. Zirvəyə gedilən yolların bağlanması ilə onların mühasirəyə alınması və məhv edilməsi təhlükəsi vardı. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər Murov zirvəsində sıxışıb qalan qrupa qarşı artilleriya və aviasiya ilə zərbələr endirildi. Təbriz Zöhrablı həmin günləri belə xatırlayır: "Biz özümüzünkülərdən aralı düşmüşdük. Amma artilleriyamızın zərbələrini korrektə edə və onu yaxşı müşahidə etdiyimiz aşağıdakı erməni postlarına yönəldə bilirdik. Düşmənin də vəziyyəti bizim kimi çətin idi. Amma bir neçə gün sonra onlar postlardan çəkildilər, görünür, çox itkiləri olmuşdu. Bizim qarşımıza qoyulan döyüş tapşırığı yerinə yetirilmişdi. Qoşunlarımız artıq bizimlə birləşə bilərdilər. Ona görə də, Murovu başqa hərbi hissədən piyada bölmələrinə təhvil verdik və ordan çıxdıq." Bu istiqamətdə gedən döyüşdə Azərbaycan Ordusu 1 hərbi qulluqçusunu itirdi. Murov zirvəsinin təhlükəsizliyini təmin etmək üçün zirvənin ətrafındakı zirvələri də ələ keçirmək lazım idi.
Lakin bundan zamanında istifadə etmək mümkün olmadı. 28 sentyabrda Azərbaycan bölmələri Murov zirvəsini şimal-şərq istiqamətindən qoruyan postları ələ keçirmək üçün əməliyyata başladı. Goranboyun Ballıqaya kəndi istiqamətindən başlanan hücum zamanı iki post ələ keçirilsə də, ermənilər bir gün sonra əks-hücuma keçərək yenidən bu postları qaytara bilir. İlk hücum zamanı post erməni dəstəsi tərəfindən ələ keçirilir və burada Ermənistan bayrağı asılır. İkinci postun alınması zamanı isə 10-a yaxın Azərbaycan hərbçisi həlak olur.
Zirvəni ələ keçirən erməni qüvvələri həlak olmuş Azərbaycan əgərlərinin cəsədlərinə qarşı hörmətsiz hərəkətlə yadda qalırlar. Əsgərlərin cəsədləri yük maşınına yükləndikdən sonra ekskavatorun köməyi ilə kütləvi məzarlıqda basdırılır. Bu döyüş "2608 yüksəkliyi"ndə baş vermişdi. Həmin gün axşam saatlarında Ermənistanın eks müşaviri Qarnik İsaqulyan Murov dağı yaxınlığında 2 itirilmiş mövqenin erməni bölmələri tərəfindən geri alındığını bildirir. Beləliklə, Murov zirvəsi alınsa da, bu zirvənin yaxınlığındakı döyüşlər uğursuzluqla nəticələnir. Cəbhənin bu hissəsini qoruyan "Yeğnikner" bölməsininin komandiri Karen Calavyan bu nailiyyətinə görə oktyabrın 2-də "DQR Qəhrəmanı" adını alır. Müharibənin sonrakı günlərində bir neçə dəfə bu istiqamətdəki erməni postlarının ələ keçirilməsi üçün əməliyyat həyata keçirilsə də onlardan heç biri uğurlu alınmır. Oktyabrın 13-də Azərbaycan bölmələrinin Murovdağın cənub-qərbində yerləşən "3358,3" yüksəkliyi istiqamətində hücumu da uğursuzluqla nəticələnir. Həmin gün "DQR" MN-in yayımladığı kadrlarda bu istiqamətdə ən azı 1 Azərbaycan əsgərinin həlak olduğu dəqiqləşir. Oktyabrın ortalarında Murov zirvəsindən cənub-şərq istiqamətində hücumda da heç bir nəticə əldə etmək olmur. Azərbaycan bölmələri xüsusilə Ağuçuq adlanan "2777,1" yüksəkliyində böyük itkilər verir. Beləliklə, bu istiqamətdə cəbhə oktyabrın ortalarında stabilləşir və müharibənin sonunadək dəyişməz qalır.
Göygöl-Kəlbəcər istiqamətindəki döyüşlər
Azərbaycan bölmələri sentyabrın 27-də eyni zamanda Murovdağ silsiləsinin Kəlbəcər istiqamətində olan erməni postlarını ələ keçirmək üçün əməliyyata başladı. İtkilərə baxmayaraq, Göygöldən Kəlbəcərə girən bölmələr Koroğludağın cənubuna, Lev kəndinin şimal-qərbində yerləşən "3344 yüksəkliyi"nə qədər irəliləyə bildi, lakin oktyabrın 2-də baş verən döyüşlərdə ermənilər itirdikləri postu geri ala bilir. Hərbi əməliyyatlar başlayana qədər bu post Azərbaycan mövqelərindən 2,5 kilometr aralıda yerləşirdi. Həmin post uğrunda döyüşləri Ermənistan MN 3 oktyabrda yayımladığı kadrlarda nümayiş etdirir. İkinci istiqamətdən hücum edən Azərbaycan bölmələrinin əməliyyatı isə uğurlu alınır. Kəlbəcər ərazisinin dərininə doğru hərəkət edən bölmələr Cəmilli kəndinin qarşısındakı dağlarda dayanır. Hücum edən qüvvələrə bu kənddə yerləşən erməni bölmələri 122 mm-lik M-30 haubitsasından atəş açmağa başlayır. Bu istiqamətdə gedən döyüşlər erməni əsgərlərinin atəş zamanı mülki geyimli uşaqdan istifadə etməsi ilə də yadda qalmışdı. Burdakı döyüşlərdə də sonrakı günlərdə hər hansı dəyişiklik baş vermir və tərəflər müharibənin sonuna kimi mövqe döyüşləri aparırlar.
Kəlbəcər istiqamətində digər döyüşlər isə Susuzluq kəndinin şimalındakı yüksəkliklərdə baş tutur. Bura Kəlbəcər rayonunun təmas xəttinə ən yaxın olan ərazilərdən biri idi və kəndin şimalındakı Susuzluq dağı (2845,4 metr) bu ərazini strateji baxımdan əhəmiyyətli edirdi. Belə ki, bu yüksəkliyin tutulması qərb istiqamətdə Bozlu və Təkəqaya, cənubda isə Kəlbəcərin digər 5 kəndinə vizual nəzarəti təmin edirdi. Bu səbəbdən kənd və ətrafı güclü formada qorunurdu. Koroğludağın ətrafında mövqelənən Azərbaycan bölmələri ilk olaraq "Canavar" postlarını almalı, daha sonra "3223,0" yüksəkliyini götürməli idi. Sentyabrın 27-də artilleriya hazırlığı ilə başlayan ilk hücumda , Mayor Rahib Babayevin rəhbərlik etdiyi qrup "Canavar sol" yüksəkliyini, xüsusi təyinatlılar isə "Canavar sağ" yüksəkliyini ələ keçirir. Bu istiqamətdən hücumlara baxmayaraq, xüsusi təyinatlılar güclü qorunan "3223,0" yüksəkliyini tuta bilmir. Erməni bölmələri möhkəmləndikdən 2 gün sonra artilleriyanın da köməyi ilə "Canavar" postlarını geri almaq üçün əks-hücuma keçir. Burdakı döyüşlərdə Azərbaycan Ordusu ağır itkilər verir. Beləliklə, həmin gün erməni bölmələri inadlı mübarizədən sonra hər iki postu geri ala bilir. Bu döyüşdə iştirak edən hərbi hissə komandiri, polkovnik Vigen Mkrtçyan döyüşləri belə xatırlayır: " Oktyabrın 2-də düşmən bir sıra mühüm mövqelərə hücuma keçdi. Həmin gün saat 15:15-də Azərbaycan Silahlı Qüvvələrinə canlı qüvvə və texnika ilə böyük itkilər verərək düşmənin bütün istiqamətlərdə hücumunun qarşısını ala bildik. Döyüş əməliyyatları 10 saatdan artıq davam etdi. Həmin gün itirilmiş döyüş mövqelərini geri qaytara bildik ki, bu da cəbhə xəttində vəziyyəti sabitləşdirməyə imkan verdi."
Hücum qrupunun digər hissəsi isə kənd istiqamətinə şimal-şərqdən (Koroğludağ) yaxınlaşan zaman Susuzluq dağının cənubundan D-30 haubitsaları ilə artilleriya atəşinə məruz qalır. Susuzluqdakı erməni mövqelərinə dəstək üçün burdakı bölmələr tank qrupları ilə birlikdə əks-hücuma keçir. Bu döyüşün kadrları Azərbaycan MN tərəfindən 2 oktyabrda yayımlanır. Susuzluq dağının şimalındakı postda yol istiqamətində duran tank "TB-2" dronu tərəfindən vurulur. Həmin istiqamətdə oktyabrın 2-də yayımlanan kadrlarda isə Koroğludağdan Susuzluq istiqamətinə hücumu həyata keçirən Azərbaycan texnikasının qərb tərəfdə yerləşən erməni postları tərəfindən tank əleyhinə idarə olunan raket ilə vurularaq yanması müşahidə edilir. Bu istiqamətdə son video görüntü isə oktyabrın 16-da nümayiş olunur. Belə ki, həmin gün Azərbaycan bölmələrini atəş açan "BM-30 Smerç" reaktiv yaylım sistemi Kəlbəcərin Yanşaq kəndində aşkarlanır və "Harop" kamikadze dronu ilə məhv edilir. Beləliklə, bu istiqamətdə Azərbaycan bölmələrinin hücumu uğursuz olur və tərəflər olduqları yerdə mövqe döyüşlərinə davam edirlər.
Daşkəsən-Kəlbəcər istiqamətindəki döyüşlər
Kəlbəcər istiqamətində ən şiddətli döyüşlər Ağdağ zirvəsində (3200,1 metr) baş verir. Bu zirvə də Erməni ordusunun nəzarətində olsa da, Azərbaycan postları əraziyə çox yaxın idi və bu istiqamətdə əlverişli mövqelərə malikdi. Bu səbəbdən Murov istiqamətindəki döyüşlərdə əsas zərbə bu istiqamətə yönəldildi. İlk günlərdə neytral ərazidən keçən Azərbaycan bölmələri Erməni postlarına yaxınlaşa bilsə də, buranı ələ keçirə bilmir. Buradakı müdafiə xəttini dağıtmaq üçün oktyabrın 1-i və 2-si ərazi "TB-2" dronları ilə vuruldu. Daha əvvəldə isə sentyabrın 30-da Ağdağdakı erməni mövqelərinə kömək etmək üçün hərəkət edən əsgərlərlə dolu yük maşını "3130" ərazisində "Harop" kamikadze dronu ilə vurulur. Birinci posta edilən zərbə zamanı 1 tank, 1 yük maşını və postun dayaq məntəqəsi darmadağın edilir. Bu hücum zamanı eyni zamanda təminat yolunda dayanan Yuqoslaviya istehsalı olan "M55" zenit kompleksi məhv edilir. İkinci hücum zamanı isə Ağdağın şərqindəki zirvədə yerləşən posta zərbə endirilir. Bu hücum zamanı ən azı 3 erməni əsgəri öldürülür. Bu zərbələrlə birlikdə Azərbaycan bölmələri dağa hücuma keçir. Bu döyüşlər Murov istiqamətində ən uzun davam edən qarşıdurma olur. Çoxsaylı həmlələrə baxmayaraq erməni bölmələrinin müqavimətini qırmaq mümkün olmur. Noyabrın 3-də Azərbaycan bölmələri "Ağdağ" ərazisində bir daha hücum həyata keçirməyə çalışır. Lakin dumandan istifadə edən bölmələrin irəliləməsi düşmənin minaatanları tərəfindən aşkarlanır. Həmin gün Ağdağın digər istiqamətində baş verən döyüşlərdə ermənilərin tank əleyhinə idarə olunan raketlə Azərbaycan bölmələrinə məxsus texnikanı vurur. Beləliklə, bu istiqamətdə də hansısa uğur əldə edilmir və mövqe döyüşü ilə müharibə sonlanır.
Kəlbəcərin Azərbaycana təhvil verilməsi
Azərbaycan bölmələrinin Vətən müharibəsi zamanı Murovdağ istiqamətindəki əməliyyatları uğurlu olmasa da, cəbhənin cənub sektorunda erməni müdafiə xəttinin yarılması və noyabrın 8-ə qədər bu bölmələrin strateji əhəmiyyətli Şuşanı azad etməsi erməni hərbi və siyasi komandanlığını təslim olmağa məcbur etdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatda 6-cı maddə Kəlbəcərlə bağlı idi. Belə ki, Ermənistan bölmələri ilk olaraq bu rayonu boşaltmalı idi və onlara bunu həyata keçirmək üçün 5 gün vaxt verilmişdi. Ərazinin böyük və burada yaşayan erməni əhalisinin evakuasiyası çətin olduğu üçün noyabrın 15-i Ermənistan rəhbərliyi Rusiya vasitəsilə Azərbaycana müraciət edərək bu müddətin noyabrın 25-dək uzadılmasını istəyir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin gün keçirdiyi brifinqdə Kəlbəcərin boşaldılması üçün Ermənistana daha 10 gün verildiyini təsdiqləyir.
Noyabrın 24-də Ermənistan ordusunun son bölmələri Kəlbəcəri tərk edir, ordu şəhərdən çıxarkən hərbi obyektləri və kazarmaları partladır. Şəhərin Azərbaycan Silahlı Qüvvələrinə verilməsi prosesinə Rusiya sülhməramlıları nəzarət edirdi. Belə ki, gecə saat 00:00-da General-Mayor İqor Konaşenkov rayonun Azərbaycana təhvil verilməsi prosesinin başlanması barədə məlumat verir. Azərbaycan bölmələri həmin gün gecə Toğana istiqamətindən və Daşkəsəndən Kəlbəcərə daxil olmağa başlayır.
İtkilər
Murovdağ döyüşlərində ümumi iştirak edən hərbçilərin sayı indiyə kimi müəmmalıdır. Lakin Prezident İlham Əliyevin 4225 hərbi qulluqçunu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif etməsini nəzərə alaraq bu istiqamətdə 4 min nəfərin döyüşdüyünü təxmin etmək olar. Maraqlıdır ki, təltif olunanlar arasında bu istiqamətdə döyüşlərin komandanı olan, 3-cü Ordu Korpusunun komandiri, General-Mayor Xəqani Cəbrayılov yox idi. Korpus komandiri hələ müharibə davam edərkən vəzifədən kənarlaşdırılmışdı. Bu isə Hərbi Komandanlığın bu istiqamətdəki döyüşlərdən narazılığının göstəricisi ola bilər. Müharibə zamanı vəzifədən kənarlaşdırılan Xəqani Cəbrayılovun yerinə müvəqqəti olaraq General-Leytenant Nizam Osmanov təyin edilmişdir. Sabiq korpus komandiri Xəqani Cəbrayılov isə 2021-ci ilin fevralın 8-də ehtiyata buraxıldı. Murov istiqamətində ordunun hücum əməliyyatlarının pozulmasında bu amil də xüsusi rol oynadı. Azərbaycan bölmələri Murovdağ əməliyyatlarında 234 hərbi qulluqçusunu itirdi. Onların arasında Polkovnik-Leytenantlar Atəm Əliyev və Yaşar Sadıqov da vardı. Müharibədən sonra itkin düşdüyü elan edilən hərbçilərin əksəriyyəti Murovdağ döyüşlərində iştirak edənlər idi. Hazırda Azərbaycan Ordusunun 6 itkin hərbi qulluqçusundan biri olan leytenant İbrahim Vəlizadə Murovdağda itkin düşüb. O, eyni zamanda, itkin düşən yeganə zabit hesab olunur.
İstinadlar
- "İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər" (az.). 25 noyabr 2020. 2021-10-11 tarixində . İstifadə tarixi: 4 oktyabr 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale qaralama halindadir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eger mumkundurse daha deqiq bir sablondan istifade edin Murovdag doyusleri 2020 ci il sentyabrin 27 de seher saat 06 00 radelerinde Azerbaycan Silahli Quvvelerinin herbi emeliyyatlara baslamasindan sonra Murovdag silsilesinde yerlesen Murov zirvesinin isgaldan azad edilmesi ucun aparilan herbi emeliyyatdir Murovdag doyusleri II Qarabag muharibesi zamani bas veren en siddetli ve strateji baximdan en onemli esas doyuslerinden biri olub Murovdag doyusleri neticesinde Azerbaycan Ordusunun 200 den cox herbi qulluqcusu sehid olub Murovdag doyusleriII Qarabag muharibesiTarix 27 sentyabr 2020 2 oktyabr 2020Yeri Kelbecer rayonu Goranboy rayonu Goygol rayonu ve Daskesen rayonu AzerbaycanSebebi Ikinci Qarabag muharibesiNeticesi Murov dagi silsinlesinde olan Murov zirvesi isgaldan azad edildiMunaqise terefleriAzerbaycan Ermenistan Dagliq QarabagKomandan lar Ilham Eliyev Zakir Hesenov Hikmet Mirzeyev Hikmet Hesenov Xeqani Cebrayilov Nizam Osmanov Enver Efendiyev Azer Eliyev Nikol Pasinyan David Tonoyan Onik Qasparyan Arayik Harutyunyan Celal Harutyunyan Karen CalavyanTereflerin quvvesi Azerbaycan Silahli Quvveleri Azerbaycan Quru Qosunlari 1 ci Ordu Korpusu3 cu Ordu Korpusu Xususi Teyinatli Quvveler Daxili Qosunlar Ermenistan Silahli Quvveleri Qondarma DQR Mudafie Ordusu Itkiler234 nefer herbi qulluqcu bilinmirUmumi veziyyetAzerbaycan bolmelerinin muharibeden evvel Murovdag istiqametindeki movqeleri son derece elverissiz idi 1993 1994 cu illerdeki doyuslerden sonra Kelbecerin etrafindaki butun yuksek zirveler ermenilerin eline kecmisdi Silsilenin esas hundur hisselerine Ermeniler kicik hisselerine ise Azerbaycan nezaret edirdi Ermeni ordusu bir iki istiqametde hetta Goygol rayonunun da erazisine dogru irelilemisdi Bele ki xususi ehemiyyetli Omerdag 3395 5 metr ve Korogludag 3462 7 metr bu rayona daxil idi Bundan basqa Murovdag silsilesine daxil olan Agdag 3200 1 metr ve bu silsilenin en hundur zirvesi Gamisdag 3724 6 metr da Ermenistan bolmelerinin nezaretinde idi Gamisdagdaki ermeni postundan yay vaxtlarinda Genceye qeder olan erazi aciq sekilde gorunurdu ve bu post muharibe baslayana qeder dunyada en hundur herbi menteqe hesab olunurdu Umumilikde Murovda cebhe xetti qerbden serqe 50 km den cox mesafede uzanirdi Orta hundurluyun 3000 m den cox oldugu erazilerde dag zirveleri qayaliq olub hec bir bitki ortuyune malik deyildi Bu erazide sert relyef seraitine gore davamli istehkam xetti qurmaq ehtiyaci yoxdu ve movqeler bir birinden arali sekilde zencirlenmis postlar vasitesile tenzimlenmisdi Bu silsilenin uzerinde agir texnikanin hereket etmesi ucun yalniz bir kecid vardi ki o da Omer asirimi 3261 4 metr adlanirdi Bu asirim ve yanindaki Omer daginin ermenilerin nezaretinde olmasi Azerbaycan bolmelerinin operativ hucum emeliyyatini heyata kecirmek imkanlarini zeifledirdi Kelbecerde hem Ermenistan hem de Mudafie Ordusu nun herbi hisseleri yerlesirdi 2017 ci il melumatlarina esasen Ermenistan ordusunun Susuzluq istiqametinde 538 sayli herbi hissesi Agdag istiqametinde 2 ci ordu korpusunun 759375 sayli herbi hissesi ve 38 nomreli ayrica motoatici alayi Zod istiqametinde 2 ci ordu korpusunun 555 sayli herbi hissesi Kelbecer seherinde ise 38043 nomreli dag atici diviziyasi movcuddu Bu ordu qrupunun rezerv batalyonlari ise Kelbecerle qonsu olan Vardenis rayonunda yerlesirdi Murovdagin Goranboy ve Agdere sektorunda ise Ermenistan ordusuna mexsus 33651 ve 33882 sayli motoatici alay yerlesirdi Bu sebebden cebhenin bu istiqametindeki emeliyyatlarda ugur qazanma imkani cox minimal olub risk teleb edirdi Hucum emeliyyati 3 cu Ordu Korpusu terefinden hazirlanmisdi ve bu emeliyyata umumi rehberliyi korpus komandiri General Mayor Xeqani Cebrayilov heyata kecirirdi Burdaki emeliyyatlarin esas meqsedi xususi qruplar vasitesile ermenilerin nezaretinde olan zirveleri ele kecirerek Kelbecere maksimum yaxinlasmaq ve Vardenis Agdere yoluna vizual nezaret yaratmaqdan ibaretdi Goranboy istiqametinden teskil olunacaq hucumda ise 1 ci ordu koprusu Murov 3340 3 metr ve Agucuq 2777 1 metr zirvesini goturdukden sonra Suqovusan istiqametinden gelen bolmelerle birleserek Serseng su anbarina qeder enmeli idi Bu sebebden bu istiqametde esas hucum da Murov zirvesi istiqametinde baslandi Goranboy Kelbecer istiqametindeki doyuslerSentyabr ayinin 27 si seher saatlarindan etibaren Goranboyun Gulustan kendi etrafinda ve Balliqaya erazisinde emeliyyatlar baslayir 27 sentyabr gunorta saatlarinda Azerbaycan MN Murov dagi istiqametlerinde vacib yukseklikler ugrunda doyusler aparildigi barede melumat yayir Murov zirvesi ugrunda emeliyyatda 3 cu korpusla birlikde 1 ci korpusun Hemle Tabor u istirak edirdi Polkovnik Nesimi Sixeliyevin rehberlik etdiyi qrup bu emeliyyati ugurla icra ederek zirvenin alinmasi xeberini meruze etdi Azerbaycan MN hemin gun axsam saatlarinda Murovdagin alinmasi barede resmi melumat verir Cebhenin Goranboy istiqametinde qosunlarimizin kecirdiyi herbi emeliyyat neticesinde Murov dagi silsilesindeki Murov zirvesi azad olunub Emeliyyat neticesinde Azerbaycanin isgal olunmus erazilerini Ermenistanla birlesdiren herbi ehemiyyetli Vardenis Agdere avtomobil yolu vizual elece de atici silahlarin ve artilleriya vasitelerinin ates nezaretine goturulub Bu melumati hemin gun Mudafie Ordusu resmisi Suren Sarumyan tekzib etse de 1 gun sonra seher saatlarinda DQR rehberliyi Vardenis Agdere yolunun tehlukesizlik meqsedi ile baglanmasi haqqinda aciqlama verir Hemin gun axsam saatlarinda Azerkosmos Vardenis Agdere yolunda Azersky peyki vasitesile davamli monitorinqler aparildigini aciqlayir Murov zirvesinin alinmasi oktyabrin 4 de Caliber portali terefinden cekilen kadrlarda oz tesdiqini tapdi Bu videokadrda Murov zirvesinin yaxinliginda 3315 metrlik zirvede Azerbaycan bayraginin dalgalandigini gormek mumkun olur Lakin resmi melumatdan ferqli olaraq bu erazide hec bir ermeni postu yox idi 30 ile yaxin muharibe dovrunde bu erazide hec bir ermeni istehkami da tikilmemisdi Cetin cixilan qayali zirvede ermeni movqeleri dagin cenub istiqametinde yerlesirdi Bunu hemin doyusde istirak eden 32 nefer xususi teyinatlidan biri Tebriz Zohrabli da tesdiqleyir Sentyabrin 27 de bizim xususi teyinatli boluk komandirimiz Ferid Eliyev basda olmaqla Murov yuksekliyini tutduq 3300 metr yuksekliye qalxmaq cetin idi Butun sursati silahlari ciyinlerimizde dasiyirdiq ve adambasina 50 60 kiloqram yuk dusurdu Dagin zirvesine qalxmaq 6 7 saat vaxt apardi Ermenilerin mudafiesi daglarda heresinde 10 15 nefer olmaqla ayri ayri postlardan ibaret idi Esas quvveni onlar arxada saxlayirdilar on xett ise postlar zencirinden ibaret idi onlarin arasinda boyuk mesafe var idi Evvelce biz bir nece kilometr dusmen arxasina kecdik ve onlar bizi gormediler Sonra biz zirveye onlarin musahide etmediyi istiqametden qalxdiq Murovun ozunde ermeniler yox idi amma zirveden asagida onlarin iki postu yerlesirdi ve biz mehz hemin postlarin arasindan kecib getdik Biz doyussuz sessiz daxil olduq Ermeniler onlarin basi uzerinde Azerbaycan bayraginin qaldirildigini gorende fikrimce soka dusduler Bu istiqametden Azerbaycan bolmeleri heqiqeten de Vardenis Agdere yoluna nezaret ede bilirdi Lakin yoldan 15 km uzaqliqda yerlesen bu dagda sadece aciq havada musahide mumkun idi Bu istiqametde ermeni postlarinin yanindan zirveye qalxan ve faktiki olaraq onlarla hec bir doyuse girmeyen xususi teyinatli qrup ozunu cetin veziyyete salmisdi Zirveye gedilen yollarin baglanmasi ile onlarin muhasireye alinmasi ve mehv edilmesi tehlukesi vardi Sentyabrin 27 den oktyabrin 2 ne qeder Murov zirvesinde sixisib qalan qrupa qarsi artilleriya ve aviasiya ile zerbeler endirildi Tebriz Zohrabli hemin gunleri bele xatirlayir Biz ozumuzunkulerden arali dusmusduk Amma artilleriyamizin zerbelerini korrekte ede ve onu yaxsi musahide etdiyimiz asagidaki ermeni postlarina yonelde bilirdik Dusmenin de veziyyeti bizim kimi cetin idi Amma bir nece gun sonra onlar postlardan cekildiler gorunur cox itkileri olmusdu Bizim qarsimiza qoyulan doyus tapsirigi yerine yetirilmisdi Qosunlarimiz artiq bizimle birlese bilerdiler Ona gore de Murovu basqa herbi hisseden piyada bolmelerine tehvil verdik ve ordan cixdiq Bu istiqametde geden doyusde Azerbaycan Ordusu 1 herbi qulluqcusunu itirdi Murov zirvesinin tehlukesizliyini temin etmek ucun zirvenin etrafindaki zirveleri de ele kecirmek lazim idi Lakin bundan zamaninda istifade etmek mumkun olmadi 28 sentyabrda Azerbaycan bolmeleri Murov zirvesini simal serq istiqametinden qoruyan postlari ele kecirmek ucun emeliyyata basladi Goranboyun Balliqaya kendi istiqametinden baslanan hucum zamani iki post ele kecirilse de ermeniler bir gun sonra eks hucuma kecerek yeniden bu postlari qaytara bilir Ilk hucum zamani post ermeni destesi terefinden ele kecirilir ve burada Ermenistan bayragi asilir Ikinci postun alinmasi zamani ise 10 a yaxin Azerbaycan herbcisi helak olur Zirveni ele keciren ermeni quvveleri helak olmus Azerbaycan egerlerinin cesedlerine qarsi hormetsiz hereketle yadda qalirlar Esgerlerin cesedleri yuk masinina yuklendikden sonra ekskavatorun komeyi ile kutlevi mezarliqda basdirilir Bu doyus 2608 yuksekliyi nde bas vermisdi Hemin gun axsam saatlarinda Ermenistanin eks musaviri Qarnik Isaqulyan Murov dagi yaxinliginda 2 itirilmis movqenin ermeni bolmeleri terefinden geri alindigini bildirir Belelikle Murov zirvesi alinsa da bu zirvenin yaxinligindaki doyusler ugursuzluqla neticelenir Cebhenin bu hissesini qoruyan Yegnikner bolmesininin komandiri Karen Calavyan bu nailiyyetine gore oktyabrin 2 de DQR Qehremani adini alir Muharibenin sonraki gunlerinde bir nece defe bu istiqametdeki ermeni postlarinin ele kecirilmesi ucun emeliyyat heyata kecirilse de onlardan hec biri ugurlu alinmir Oktyabrin 13 de Azerbaycan bolmelerinin Murovdagin cenub qerbinde yerlesen 3358 3 yuksekliyi istiqametinde hucumu da ugursuzluqla neticelenir Hemin gun DQR MN in yayimladigi kadrlarda bu istiqametde en azi 1 Azerbaycan esgerinin helak oldugu deqiqlesir Oktyabrin ortalarinda Murov zirvesinden cenub serq istiqametinde hucumda da hec bir netice elde etmek olmur Azerbaycan bolmeleri xususile Agucuq adlanan 2777 1 yuksekliyinde boyuk itkiler verir Belelikle bu istiqametde cebhe oktyabrin ortalarinda stabillesir ve muharibenin sonunadek deyismez qalir Goygol Kelbecer istiqametindeki doyuslerAzerbaycan bolmeleri sentyabrin 27 de eyni zamanda Murovdag silsilesinin Kelbecer istiqametinde olan ermeni postlarini ele kecirmek ucun emeliyyata basladi Itkilere baxmayaraq Goygolden Kelbecere giren bolmeler Korogludagin cenubuna Lev kendinin simal qerbinde yerlesen 3344 yuksekliyi ne qeder irelileye bildi lakin oktyabrin 2 de bas veren doyuslerde ermeniler itirdikleri postu geri ala bilir Herbi emeliyyatlar baslayana qeder bu post Azerbaycan movqelerinden 2 5 kilometr aralida yerlesirdi Hemin post ugrunda doyusleri Ermenistan MN 3 oktyabrda yayimladigi kadrlarda numayis etdirir Ikinci istiqametden hucum eden Azerbaycan bolmelerinin emeliyyati ise ugurlu alinir Kelbecer erazisinin derinine dogru hereket eden bolmeler Cemilli kendinin qarsisindaki daglarda dayanir Hucum eden quvvelere bu kendde yerlesen ermeni bolmeleri 122 mm lik M 30 haubitsasindan ates acmaga baslayir Bu istiqametde geden doyusler ermeni esgerlerinin ates zamani mulki geyimli usaqdan istifade etmesi ile de yadda qalmisdi Burdaki doyuslerde de sonraki gunlerde her hansi deyisiklik bas vermir ve terefler muharibenin sonuna kimi movqe doyusleri aparirlar Kelbecer istiqametinde diger doyusler ise Susuzluq kendinin simalindaki yuksekliklerde bas tutur Bura Kelbecer rayonunun temas xettine en yaxin olan erazilerden biri idi ve kendin simalindaki Susuzluq dagi 2845 4 metr bu erazini strateji baximdan ehemiyyetli edirdi Bele ki bu yuksekliyin tutulmasi qerb istiqametde Bozlu ve Tekeqaya cenubda ise Kelbecerin diger 5 kendine vizual nezareti temin edirdi Bu sebebden kend ve etrafi guclu formada qorunurdu Korogludagin etrafinda movqelenen Azerbaycan bolmeleri ilk olaraq Canavar postlarini almali daha sonra 3223 0 yuksekliyini goturmeli idi Sentyabrin 27 de artilleriya hazirligi ile baslayan ilk hucumda Mayor Rahib Babayevin rehberlik etdiyi qrup Canavar sol yuksekliyini xususi teyinatlilar ise Canavar sag yuksekliyini ele kecirir Bu istiqametden hucumlara baxmayaraq xususi teyinatlilar guclu qorunan 3223 0 yuksekliyini tuta bilmir Ermeni bolmeleri mohkemlendikden 2 gun sonra artilleriyanin da komeyi ile Canavar postlarini geri almaq ucun eks hucuma kecir Burdaki doyuslerde Azerbaycan Ordusu agir itkiler verir Belelikle hemin gun ermeni bolmeleri inadli mubarizeden sonra her iki postu geri ala bilir Bu doyusde istirak eden herbi hisse komandiri polkovnik Vigen Mkrtcyan doyusleri bele xatirlayir Oktyabrin 2 de dusmen bir sira muhum movqelere hucuma kecdi Hemin gun saat 15 15 de Azerbaycan Silahli Quvvelerine canli quvve ve texnika ile boyuk itkiler vererek dusmenin butun istiqametlerde hucumunun qarsisini ala bildik Doyus emeliyyatlari 10 saatdan artiq davam etdi Hemin gun itirilmis doyus movqelerini geri qaytara bildik ki bu da cebhe xettinde veziyyeti sabitlesdirmeye imkan verdi Hucum qrupunun diger hissesi ise kend istiqametine simal serqden Korogludag yaxinlasan zaman Susuzluq daginin cenubundan D 30 haubitsalari ile artilleriya atesine meruz qalir Susuzluqdaki ermeni movqelerine destek ucun burdaki bolmeler tank qruplari ile birlikde eks hucuma kecir Bu doyusun kadrlari Azerbaycan MN terefinden 2 oktyabrda yayimlanir Susuzluq daginin simalindaki postda yol istiqametinde duran tank TB 2 dronu terefinden vurulur Hemin istiqametde oktyabrin 2 de yayimlanan kadrlarda ise Korogludagdan Susuzluq istiqametine hucumu heyata keciren Azerbaycan texnikasinin qerb terefde yerlesen ermeni postlari terefinden tank eleyhine idare olunan raket ile vurularaq yanmasi musahide edilir Bu istiqametde son video goruntu ise oktyabrin 16 da numayis olunur Bele ki hemin gun Azerbaycan bolmelerini ates acan BM 30 Smerc reaktiv yaylim sistemi Kelbecerin Yansaq kendinde askarlanir ve Harop kamikadze dronu ile mehv edilir Belelikle bu istiqametde Azerbaycan bolmelerinin hucumu ugursuz olur ve terefler olduqlari yerde movqe doyuslerine davam edirler Daskesen Kelbecer istiqametindeki doyuslerKelbecer istiqametinde en siddetli doyusler Agdag zirvesinde 3200 1 metr bas verir Bu zirve de Ermeni ordusunun nezaretinde olsa da Azerbaycan postlari eraziye cox yaxin idi ve bu istiqametde elverisli movqelere malikdi Bu sebebden Murov istiqametindeki doyuslerde esas zerbe bu istiqamete yoneldildi Ilk gunlerde neytral eraziden kecen Azerbaycan bolmeleri Ermeni postlarina yaxinlasa bilse de burani ele kecire bilmir Buradaki mudafie xettini dagitmaq ucun oktyabrin 1 i ve 2 si erazi TB 2 dronlari ile vuruldu Daha evvelde ise sentyabrin 30 da Agdagdaki ermeni movqelerine komek etmek ucun hereket eden esgerlerle dolu yuk masini 3130 erazisinde Harop kamikadze dronu ile vurulur Birinci posta edilen zerbe zamani 1 tank 1 yuk masini ve postun dayaq menteqesi darmadagin edilir Bu hucum zamani eyni zamanda teminat yolunda dayanan Yuqoslaviya istehsali olan M55 zenit kompleksi mehv edilir Ikinci hucum zamani ise Agdagin serqindeki zirvede yerlesen posta zerbe endirilir Bu hucum zamani en azi 3 ermeni esgeri oldurulur Bu zerbelerle birlikde Azerbaycan bolmeleri daga hucuma kecir Bu doyusler Murov istiqametinde en uzun davam eden qarsidurma olur Coxsayli hemlelere baxmayaraq ermeni bolmelerinin muqavimetini qirmaq mumkun olmur Noyabrin 3 de Azerbaycan bolmeleri Agdag erazisinde bir daha hucum heyata kecirmeye calisir Lakin dumandan istifade eden bolmelerin irelilemesi dusmenin minaatanlari terefinden askarlanir Hemin gun Agdagin diger istiqametinde bas veren doyuslerde ermenilerin tank eleyhine idare olunan raketle Azerbaycan bolmelerine mexsus texnikani vurur Belelikle bu istiqametde de hansisa ugur elde edilmir ve movqe doyusu ile muharibe sonlanir Kelbecerin Azerbaycana tehvil verilmesiAzerbaycan bolmelerinin Veten muharibesi zamani Murovdag istiqametindeki emeliyyatlari ugurlu olmasa da cebhenin cenub sektorunda ermeni mudafie xettinin yarilmasi ve noyabrin 8 e qeder bu bolmelerin strateji ehemiyyetli Susani azad etmesi ermeni herbi ve siyasi komandanligini teslim olmaga mecbur etdi Noyabrin 10 da Azerbaycan Rusiya ve Ermenistan liderlerinin imzaladigi birge beyanatda 6 ci madde Kelbecerle bagli idi Bele ki Ermenistan bolmeleri ilk olaraq bu rayonu bosaltmali idi ve onlara bunu heyata kecirmek ucun 5 gun vaxt verilmisdi Erazinin boyuk ve burada yasayan ermeni ehalisinin evakuasiyasi cetin oldugu ucun noyabrin 15 i Ermenistan rehberliyi Rusiya vasitesile Azerbaycana muraciet ederek bu muddetin noyabrin 25 dek uzadilmasini isteyir Prezident Administrasiyasinin Xarici siyaset meseleleri sobesinin mudiri Hikmet Haciyev hemin gun kecirdiyi brifinqde Kelbecerin bosaldilmasi ucun Ermenistana daha 10 gun verildiyini tesdiqleyir Noyabrin 24 de Ermenistan ordusunun son bolmeleri Kelbeceri terk edir ordu seherden cixarken herbi obyektleri ve kazarmalari partladir Seherin Azerbaycan Silahli Quvvelerine verilmesi prosesine Rusiya sulhmeramlilari nezaret edirdi Bele ki gece saat 00 00 da General Mayor Iqor Konasenkov rayonun Azerbaycana tehvil verilmesi prosesinin baslanmasi barede melumat verir Azerbaycan bolmeleri hemin gun gece Togana istiqametinden ve Daskesenden Kelbecere daxil olmaga baslayir ItkilerMurovdag doyuslerinde umumi istirak eden herbcilerin sayi indiye kimi muemmalidir Lakin Prezident Ilham Eliyevin 4225 herbi qulluqcunu Kelbecerin azad olunmasina gore medali ile teltif etmesini nezere alaraq bu istiqametde 4 min neferin doyusduyunu texmin etmek olar Maraqlidir ki teltif olunanlar arasinda bu istiqametde doyuslerin komandani olan 3 cu Ordu Korpusunun komandiri General Mayor Xeqani Cebrayilov yox idi Korpus komandiri hele muharibe davam ederken vezifeden kenarlasdirilmisdi Bu ise Herbi Komandanligin bu istiqametdeki doyuslerden naraziliginin gostericisi ola biler Muharibe zamani vezifeden kenarlasdirilan Xeqani Cebrayilovun yerine muveqqeti olaraq General Leytenant Nizam Osmanov teyin edilmisdir Sabiq korpus komandiri Xeqani Cebrayilov ise 2021 ci ilin fevralin 8 de ehtiyata buraxildi Murov istiqametinde ordunun hucum emeliyyatlarinin pozulmasinda bu amil de xususi rol oynadi Azerbaycan bolmeleri Murovdag emeliyyatlarinda 234 herbi qulluqcusunu itirdi Onlarin arasinda Polkovnik Leytenantlar Atem Eliyev ve Yasar Sadiqov da vardi Muharibeden sonra itkin dusduyu elan edilen herbcilerin ekseriyyeti Murovdag doyuslerinde istirak edenler idi Hazirda Azerbaycan Ordusunun 6 itkin herbi qulluqcusundan biri olan leytenant Ibrahim Velizade Murovdagda itkin dusub O eyni zamanda itkin dusen yegane zabit hesab olunur Istinadlar Isgaldan azad olunan Kelbecer rayonundan ilk goruntuler az 25 noyabr 2020 2021 10 11 tarixinde Istifade tarixi 4 oktyabr 2022