Şarl Lui Monteskyö (fr. Charles-Louis de Seconda, Baron de La Brède et de Montesquieu; 18 yanvar 1689[…] – 10 fevral 1755[…], Paris, Fransa krallığı) — fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi.
Şarl Lui Monteskyö | |
---|---|
fr. Montesquieu | |
Doğum tarixi | 18 yanvar 1689[…] |
Vəfat tarixi | 10 fevral 1755[…](66 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
XVIII əsr fransız filosofu, maarifçi, yazıçı, tarixçi, iqtisadçı və hüquqşünas olan Şarl de Monteskyo 18 yanvar 1689-cu ildə, Böyük Fransa burjua inqilabından 100 il əvvəl, Fransanın Bordo şəhəri yaxınlığında atalarının malikanəsi olan Le Brede qalasında orta səviyyəli hərbçi aristokrat ailəsində dünyaya gəlmişdir. O, Kalvinist-protestant kilsəsi rahibləri məktəbində oxumuş, latın və yunan dillərini öyrənmişdir. Monteskyo tibb və hüquq elmlərini dərindən öyrənmiş, fəlsəfə və ilahiyyat ilə də məşğul olmuşdur. O, 1714-cü ildə, hələ 25 yaşı olarkən, Bordo Ali Məhkəməsinə üzv təyin edilmiş, 1716-cı ildə isə əmisinin ölümündən sonra onun yerinə həmin məhkəmənin rəyasətinə gətirilmişdir. Monteskyo 12 il fasiləsiz olaraq öz doğma Bordo şəhərində "parlament"ə-yerli şuraya və məhkəməyə rəhbərlik etmişdir. Onun siyasi elmlərə marağı məhz bu illərdə yaranmışdır. Monteskyo 1712-ci ildə yaradılan Bordo Akademiyasının üzvü olmuşdur. Mütəfəkkir müxtəlif illərdə "Təfəkkür sistemi" (1716), "Düha fərqləri" (1717) və "İran Məktubları" (1721) əsərlərini nəşr etdirmişdir. "İran мəktubları" əsəri Hollandiyanın Amsterdam şəhərində nəşr edilmişdir. Əsərin ilk nəşrində müəllifin adı gizli saxlanılmışdır. Çünki belə cəsarətlə yazılmış tənqidi bir əsər qəddar XIV Lüdoviqin (1638–1715) ölümündən 6 il sonra yenə də davam edən dəhşətli istibdad dövründə çap olunmuşdur. Ayrı-ayrı şəxslər arasında məktublaşma formasında roman janrında yazılmış bu əsərdə Fransanın XIV Lüdoviq dövrü, o zamankı Iran dövlətinin vəziyyəti kəskin, ifşaedici tənqid atəşinə tutulmuşdur. Monteskyo bu əsərdə şərq despotizmi və Avropa mütləq monarxiyasına mənfi münasibətini bildirmiş, bundan əlavə, filosof, əsərdə o dövrün Avropa siyasəti, İslam və Xristian dini, müxtəlif dünya ölkələrində əhalinin artma və azalma səbəbləri, monarxiya və respublika idarəçilik formaları və onların tarixi haqqında, eləcə də fəlsəfə və hüquq elminə dair maraqlı və dəyərli fikirlər irəli sürmüşdür. 161 məktubdan ibarət olan iki cildlik "İran Məktubları" əsəri Monteskyonu məşhurlaşdırdı və ona böyük şöhrət gətirdi. Müəllif bu əsərinin ikinci nəşrini yenə 1721-ci ildə, üçüncü nəşrini isə ölümündən bir il əvvəl, yəni 1754-cü ildə bəzi əlavələrlə nəşr etdirdi. Vəfatından sonra isə əsər dəfələrlə 1758, 1897, 1929 və 1954-cü illərdə yenidən nəşr edilmişdir. Həyatının Paris dövrünədək "Iran Məktubları"ndan sonra Monteskyo aşağıdakı əsərləri yazmışdır:
Dialoque de Sylla et d’Eucrate (1722), De La Politique (1723), Reflexions Sur La Monarchie Universelle (1724).
1726-cı ildə Monteskyo Parisə köçmüş və iki ildən sonra Fransa Akademiyasına üzv seçilmişdir. 1729-cu ildə İngiltərəyə gedərək Lord Chesterfieldin iki il qonağı olmuşdur. Monteskyo İngiltərədə olarkən London Kral Cəmiyyəti üzvlüyünə qəbul olunmuşdur. 1731-ci ildə təkrar Fransaya dönərək Bordo Akademiyasında bir çox mühazirələr oxumuşdur. 1734-cü ildə "Romalıların yüksəliş və süqutunun səbəblərinə dair düşüncələr" adlı məşhur əsərini nəşr etdirmişdir. O, bu əsərində despotizmin yaranma səbəblərini izah edərək Romanın tarixi nümunəsində sübut etməyə çalışırdı ki, harada vətəndaşlar azaddırlarsa, ədalətli qayda-qanunlar hökm sürürsə, orada normal cəmiyyət olar.
Monteskyo Avropa ölkələrinə bir çox səyahətlər etmiş, müxtəlif ölkələrin dövlət hakimiyyəti quruluşunun fərqli formalarını (respublika və monarxiya) müqayisə edərək təhlillər aparmış və belə nəticəyə gəlmişdir ki, digər dövlət idarə formaları ilə müqayisədə respublika idarəçilik forması əhalinin böyük əksəriyyəti üçün azadlıq və hüquq bərabərliyini daha da çox təmin edir. Monteskyo tarixdə ilk dəfə olaraq siyasi proseslərin inkişafı qanunauyğunluqları ilə bağlı ümumiləşdirilmiş nəticələr çıxarmaq üçün müxtəlif ölkə hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistemli şəkildə istifadə etmişdir. O, hesab edirdi ki, dövlət idarəçilik formaları dövlət ərazisinin sahəsi ilə əlaqədardır. Belə ki, ərazisi kiçik olan dövlət respublika, orta ölçülü ərazisi olan dövlət monarxiya, geniş əraziyə malik olan dövlət isə despotiya olmalıdır. Buna baxmayaraq, o, geniş əraziyə malik olan dövlətlərdə də respublika yaratmağın mümkünlüyünü inkar etmirdi, yalnız o halda ki, bu respublika federativ şəkildə qurulmuş olsun.
Monteskyonun 1748-ci ildə Cenevrədə məşhur iki cildlik şah əsəri- "Qanunların ruhu" çap edilmişdir. Müəllif bu əsər üzərində 20 il işləmişdir. O, əsərdə Lokkun ənənələrini davam etdirərək liberal demokratik quruluşun prinsiplərini müəyyənləşdirmişdir. Monteskyo Avropada mütləq monarxiyaları müşahidə edib təhlillər apararaq kral hakimiyyətinin vətəndaşlara qarşı özbaşınalığını aradan qaldırmaq üçün əlverişli yollar axtarırdı. Bu məqsədlə o, "Qanunların ruhu" əsərində hüquqi dövlət və hakimiyyətin bölgü prinsipi konsepsiyasını irəli sürmüşdür. Monteskyo hesab edirdi ki, vətəndaş cəmiyyətində siyasi azadlıq hüquqi dövlətin qurulmasında əsas rol oynayır. O, konkret olaraq siyasi azadlıq haqqında iki növ qanun olduğunu göstərirdi: 1) Dövlət quruluşuna münasibətdə siyasi azadlıq yaradan qanunlar; 2) Vətəndaşa münasibətdə siyasi azadlıq yaradan qanunlar. Monteskyonun siyasi azadlıq ideyası vətəndaş azadlığı ideyası ilə əlaqədar idi ki, bunun da əsasını ölkə vətəndaşlarının təhlükəsizliyi təşkil edirdi. O yazırdı: "Azadlıq odur ki, qanunlarla icazə verilən şeyi edə biləsən. Əgər vətəndaş bu qanunlarla qadağan olunmuş şeyi edə bilərsə, onda onun azadlığı olmazdı, belə ki, həmin şeyi digər vətəndaşlar da edə bilər". Monteskyo siyasi azadlıq deyərkən, qanunçuluğun və təhlükəsizliyin bərqərar olmasını nəzərdə tuturdu. Buna nail olmaq üçün isə o, hakimiyyətin bölgü prinsipi konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiyaya görə dövlət hakimiyyəti müxtəlif orqanlarda cəmləşən və bir-birini qarşılıqlı surətdə məhdudlaşdıran və tarazlaşdıran qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünür və bunlar içərisində qanun-vericilik hakimiyyəti aparıcı və müəyyənedici mövqeyə malikdir. Monteskyonun bu konsepsiyası sonralar dövlət hüququ nəzəriyyəsində böyük əks-səda doğurdu. Öncə Böyük Britaniyada konstitusyon inkişafa təsir edən, habelə ABŞ Konstitusiyasında öz əksini tapan bu konsepsiya, sonralar müasir dünyanın bütün demokratik dövlətlərinin konstitusiyasında təsbit edilmişdir.
Monteskyo "Qanunların ruhu" əsərində göstərirdi ki, təbiətin və cəmiyyətin vəhdəti faktından belə nəticəyə gəlmək olar ki, təbiət hadisələri kimi ictimai hadisələr də daimi fəaliyyət göstərən qanunlara tabedir. O, hesab edirdi ki, məhz qanun bu ya digər münasibətləri şərtləndirən, müəyyənləşdirən, canlandıran əqli başlanğıcdır, başqa sözlə, bu münasibətlərdə insan ağlının və şüurunun birbaşa iştirak etməsidir. Monteskyonun fikrincə, qanunun ümumi anlayışı, bütün qanunları-yəni, həm dünyada mövcud olan dəyişməz təbii qanunları, həm də şüurlu varlıq dünyasında fəaliyyət göstərən dəyişkən qanunları ehtiva edir. O, göstərirdi ki, hər bir qanunun mövcud olmasının səbəbi vardır. Çünki hər bir qanun fiziki, mənəvi və sosial gerçəkliyin bir elementi ilə əlaqədardır. O, qanunu "Əşyanın təbiətindən doğan zəruri əlaqələr" adlandırırdı. Monteskyo orta əsr despotik qanunvericiliyinin amansızlığını və qəddarlığını, onun xalqa zidd xarakterini kəskin ifşa edirdi. Bu baxımdan o yazırdı ki, despotik dövlətdə qanun ola bilməz. Monteskyoya görə qanunun qəddar olması onun həyata keçməsinə maneçilik törədir. O, yazırdı: "Qanunçuluğun kölgəsində və ədalət bayrağı altında çıxış edən istibdad daha qəddardır". Monteskyo, "qanunlar xalqın ruhuna uyğun gəlməlidir" fikrini irəli sürürdü. Bu münasibətlə o, yazırdı ki, qanun hazırlanarkən və qəbul olunarkən xalqın idrak səviyyəsi, onu xalqın qəbul etməyə hazır olma vəziyyəti mütləq nəzərə alınmalıdır. Filosofun fikrincə, qanunlar yaradılarkən onun daha təsirli olması üçün xalqın adət və ənənələri də nəzərə alınmalıdır. Monteskyo yazırdı ki, qanun xalqın şüur səviyyəsindən çox irəli getməməlidir, əks təqdirdə, onun həyatdan təcrid olunması təhlükəsi yaranar. Monteskyo bu fikirlərində haqlı idi. Həqiqətən də tarixi təcrübə göstərir ki, qanunların düzgün başa düşülmə-məsindən ölkədə özbaşınalıqlar yarana bilər.
Monteskyoya görə xalqlar arasındakı əlaqələr dövlət hüququ ilə, idarə edənlərlə idarə olunanlar arasındakı münasibətlər isə mədəni hüquq vasitəsilə nizama salınır. O, qeyd edirdi ki, qanun geniş anlamda insan ağlının məhsuludur, hər cəmiyyətin, xalqın siyasi və mədəni qanunları ağlın gerçəkləşməsidir. Bu qanunlar içərisində yarandığı cəmiyyətin, xalqın ruhuna uyğun olmalıdır.
Monteskyo insanların təbii mahiyyətindən doğan təbii qanunların qanunvericilər tərəfindən hazırlanan "pozitiv" (müsbət) qanunlardan fərqləndirirdi və pozitiv qanunların özlərini də üç növə-beynəlxalq qanunlar, ictimai-siyasi qanunlar və vətəndaşlıq qanunlarına bölürdü.
Monteskyo, təbii mühitin və iqlimin ictimai inkişafa təsirini mütləqləşdirirdi. Belə ki, onun fikrincə, mühitin fiziki xassəsi həm "qanunun ruhu"nu, həm də hakimiyyətin formalarını müəyyən edir. Monteskyonun təbii mühitin və iqlimin müxtəlif növ ictimai münasibətlərə təsiri fikri, onun digər görüşlərində, xüsusən aşağıda şərh ediləcək cinayət və cinayətkarlığın səbəblərinə dair görüşlərində də öz təsirini göstərmişdir.
Monteskyo "Qanunların ruhu" əsərində cinayət, cəza və cinayət prosesi məsələlərinə də toxunmuş, bu barədə dəyərli fikirlər irəli sürmüşdür. Monteskyonun bu əsərində onun cinayət-hüquqi proqramını əks etdirən fəsillər (cəzanın gücü haqqında, Yapon qanunlarının gücsüzlüyü, roman qanunvericiliyində cəza haqqında, cinayət və cəza arasında dəqiq mütənasiblik haqqında, puı və cismani cəzalar haqqında) vardır. O, cinayət hesab edilən əməllər dairəsinin (xüsusilə də din sahəsinə və monarxın təhqir edilməsi ilə bağlı olan cinayət əməlləri dairəsinin) xeyli məhdudlaşdırılmasının qızğın tərəfdarı olmuşdur.
Monteskyoya görə hərəkətlərlə müşayiət edilməyən sözlərə və fikirlərə görə şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Onun fikrincə, cinayət hesab edilən hər bir əməl qanunda dəqiq müəyyən olunmalıdır ki, hakim qanundan kənara çıxa bilməsin.
Monteskyo cinayət cəzasının şəxsin törətdiyi cinayətə uyğunluğu prinsipini də işləyib hazırlamışdır. Bu prinsipin pozulmasının hansı nəticələrə səbəb olduğunu O, Çinin (məsələn, Çində quldurları şaqqalayırlar, oğruları isə yox. Bu fərqin nəticəsində orada adam öldürmür, yalnız oğurluq edirlər) və Moskva dövlətinin (məsələn, Moskva dövlətində oğruları və quldurları eyni bir cəza ilə cəzalandırdıqlarından, orada soyğunçuluq həmişə adam öldürmə ilə müşayiət olunur) nümunəsində göstərmişdir. Eyni zamanda, Monteskyo, cəzaların ümumən yüngülləşdirilməsinin tərəfdarı olmuş və ölüm cəzasının tətbiq dairəsinin məhdudlaşdırılması zərurətini xüsusilə qeyd etmişdir.
Monteskyo cinayət hüququ ilə bağlı aşağıdakı prinsipləri təklif edirdi: -cinayətkarlıqla mübarizəyə qanunun sərtliyi deyil, məsuliyyətin labüdlüyü kömək edə bilər; -cinayət və cəza vəzifəli şəxslərin mülahizələrinə görə deyil, xalqa bəlli olan mövcud qanunvericiliklə təsbit edilməlidir; -baxışlara, inamlara və sözlərə görə şəxs cinayət məsuliyyətinə cəlb edilməməlidir və şəxsə cəza yalnız zahiri aləmdə təzahür edən hərəkətlərə görə verilməlidir. Monteskyo cinayətkarlığın səbəbləri probleminə dair özünün metodoloji konsepsiyasını da hazırlamışdır. Bu konsepsiyada o, cinayətlərin baş vermə səbəblərini iqlimin təsirindən asılı olduğunu sübut etməyə çalışırdı. Onun fikrincə, şimaldan cənuba hərəkət etdikcə etiraslar və cinayətlər də artır. Monteskyo cinayət hüququnun əsas vəzifəsini cəzalandırmaqdan daha çox cinayətkarlığın qarşısını almağın zəruriliyində görürdü. "Qanunların ruhu" sivil dünya ölkələrində dövlət hakimiyyətinin demokratik sisteminin inkişafına böyük təsir etmişdir. Bu əsərin Monteskyonu daha da məşhurlaşdırmasına baxmayaraq, əsər katolik kilsəsi tərəfindən narazılıqla qarşılandı. 1749-cu ildə "Qanunların ruhu" kilsə tərəfindən, bəzi dini ehkamları rədd edən əsər kimi ittiham edilərək hücumlara məruz qaldı. Bu ittihamlara qarşı 1750-ci ildə Monteskyo "Qanunların ruhunu müdafiə" adlı əsərini yazdı. Buna baxmayaraq, 1751-ci ildə "Qanunların ruhu" əsəri kilsə tərəfindən qadağan edildi. Filosof ömrünün son illərini atalarının malikanəsi olan Le Brede qalasında yaşayırdı, lakin o, ilin bir neçə ayını Parisdə keçirməyə vərdiş etmişdi. Yenə belə bir səfərdə ikən Monteskyo, 10 fevral 1755-ci ildə, 66 yaşı olarkən dünyasını dəyişdi. Bu böyük insan dünya işığına gözlərini yumarkən tarixdə iz buraxan digər məşhur şəxsiyyətlərdən Bekkariya 17, Holbax 18, Russo 42, Didro 42, Volter isə 61 yaşında idi. Bu dahi şəxsiyyətin ictimai, siyasi, hüquqi və iqtisadi görüşləri bu gün də öz əhəmiyyətini və təsirini itirməmişdir.
Fikirləri
Dünyagörüşü etibarilə deist olan Monteskyö teologiya və kilsənin kəskin tənqidini vermişdir. Doğrudur, Monteskyö ictimai əxlaqın qorunmasında dinin müəyyən rol oynadığını göstərmişdir. Monteskyö təbiət və cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi qanunauyğunluluq ideyasını inkişaf etdirmişdir. O, providensializmi rədd edərək qanunu "şeylərin təbiətindən irəli gələn zəruri münüsibət kimi" başa düşmüşdür. Monteskyö təbii hüquq nəzəriyəsinin ümumi müddəalarını qəbul edərək ardıcıl rasionalist konsepsiyaların tərəfdarlarından fərqli olaraq bu nəzəriyyə əsasında ictimai qnunların universal sisteminin yaradılmasını qeyri-mümkün saymışdır, çünki xalqların mövcudluğunun şəraiti müxtəlifdir. Monteskyöyə görə idaretmə qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla belə Monteskyö ictimai mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal-mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur.
Moteskyö 1748-ci ildə "Qanunların ruhu haqqında" əsərini yazmışdı. Onun fikrincə siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir.
"…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır". Şarl Lui Monteskyö ("" 1721)
Monteskyö Con Lokkun ənənələrini davam etdirərək Tomas Hobbsun, sonralar isə Jan Jak Russonun güclü və totalitar sistemindən fərqlənən liberal-demokratik dövlət quruluşunun prinsiplərini formalaşdırdı. Hobbs İngiltərə inqilabını izləyərək cəmiyyətin vətəndaş iğtişaşlarından xilas edilməsi problemini həll etməyə çalışırdı, Monteskyö isə Avropada mütləq monarxiyaları müşahidə edərək kral hakimiyyətinin vətəndaşa qarşı özbaşınalığını məhdudlaşdırmaq üçün səmərəli vasitələr axtarırdı. Bu məqsədlə Monteskyö hüquqi dövlət və hakimiyyətin bölünməsi konsepsiyasını irəli sürür.
Monteskyö yazırdı ki, hüquqi dövlətdə hamı qanun qarşısında bərabər olmalı və qanuna ciddi şəkildə riayət edilməlidir: "Azadlıq qanunun imkan verdiyi hər şeyi etmək hüququdur. Hakimiyyət tərəfindən özbaşınalığın qarşısını almaq üçün dövlət hakimiyyəti bir əldə cəmləşdirilməməlidir; hakimiyyət dövlətin qanunverici, icraedici və məhkəmə orqanları arasında bölünməlidir və qoy onlardan hər biri digərinə nəzarət etsin və yanlış addımlardan saxlasın."
Əsərləri
- İran məktubları (fr. Lettres persanes; 1721)
- Romalıların əzəmətinin və süqutunun səbəbləri haqqında düşüncələr (1734)
- Qanunların ruhu haqqında (1748)
Mənbə
- Yunis Xəlilov. "Monteskyönun həyatı və hüquqi görüşləri". "Qanun" ictimai-siyasi, elmi hüquq jurnalı, № 08 (112), Bakı. 2003. səh. 39–40
- Yeni tarix 9. II fəsil Fransa burjua inqilabı. § 4. Maarifçilik və onun görkəmli nümayəndələri.
- Hikmət Hacızadəm — " Demokratiya — Gediləsi uzun bir yol"
- Yusif Rüstəmov — "Sosial-Siyasi və hüquqi təlimlər tarixi"
- Montesquieu // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Montesquieu // GeneaStar.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sarl Lui Monteskyo fr Charles Louis de Seconda Baron de La Brede et de Montesquieu 18 yanvar 1689 10 fevral 1755 Paris Fransa kralligi fransiz yazici maarifci filosof siyasi mutefekkir sosioloq ve tarixci Sarl Lui Monteskyofr MontesquieuDogum tarixi 18 yanvar 1689 1689 01 18 Vefat tarixi 10 fevral 1755 1755 02 10 66 yasinda Vefat yeri Paris Fransa kralligiVetendasligi Fransa kralligi Vikianbarda elaqeli mediafayllarHeyatiLettres familieres a divers amis d Italie 1767 XVIII esr fransiz filosofu maarifci yazici tarixci iqtisadci ve huquqsunas olan Sarl de Monteskyo 18 yanvar 1689 cu ilde Boyuk Fransa burjua inqilabindan 100 il evvel Fransanin Bordo seheri yaxinliginda atalarinin malikanesi olan Le Brede qalasinda orta seviyyeli herbci aristokrat ailesinde dunyaya gelmisdir O Kalvinist protestant kilsesi rahibleri mektebinde oxumus latin ve yunan dillerini oyrenmisdir Monteskyo tibb ve huquq elmlerini derinden oyrenmis felsefe ve ilahiyyat ile de mesgul olmusdur O 1714 cu ilde hele 25 yasi olarken Bordo Ali Mehkemesine uzv teyin edilmis 1716 ci ilde ise emisinin olumunden sonra onun yerine hemin mehkemenin reyasetine getirilmisdir Monteskyo 12 il fasilesiz olaraq oz dogma Bordo seherinde parlament e yerli suraya ve mehkemeye rehberlik etmisdir Onun siyasi elmlere maragi mehz bu illerde yaranmisdir Monteskyo 1712 ci ilde yaradilan Bordo Akademiyasinin uzvu olmusdur Mutefekkir muxtelif illerde Tefekkur sistemi 1716 Duha ferqleri 1717 ve Iran Mektublari 1721 eserlerini nesr etdirmisdir Iran mektublari eseri Hollandiyanin Amsterdam seherinde nesr edilmisdir Eserin ilk nesrinde muellifin adi gizli saxlanilmisdir Cunki bele cesaretle yazilmis tenqidi bir eser qeddar XIV Ludoviqin 1638 1715 olumunden 6 il sonra yene de davam eden dehsetli istibdad dovrunde cap olunmusdur Ayri ayri sexsler arasinda mektublasma formasinda roman janrinda yazilmis bu eserde Fransanin XIV Ludoviq dovru o zamanki Iran dovletinin veziyyeti keskin ifsaedici tenqid atesine tutulmusdur Monteskyo bu eserde serq despotizmi ve Avropa mutleq monarxiyasina menfi munasibetini bildirmis bundan elave filosof eserde o dovrun Avropa siyaseti Islam ve Xristian dini muxtelif dunya olkelerinde ehalinin artma ve azalma sebebleri monarxiya ve respublika idarecilik formalari ve onlarin tarixi haqqinda elece de felsefe ve huquq elmine dair maraqli ve deyerli fikirler ireli surmusdur 161 mektubdan ibaret olan iki cildlik Iran Mektublari eseri Monteskyonu meshurlasdirdi ve ona boyuk sohret getirdi Muellif bu eserinin ikinci nesrini yene 1721 ci ilde ucuncu nesrini ise olumunden bir il evvel yeni 1754 cu ilde bezi elavelerle nesr etdirdi Vefatindan sonra ise eser defelerle 1758 1897 1929 ve 1954 cu illerde yeniden nesr edilmisdir Heyatinin Paris dovrunedek Iran Mektublari ndan sonra Monteskyo asagidaki eserleri yazmisdir Dialoque de Sylla et d Eucrate 1722 De La Politique 1723 Reflexions Sur La Monarchie Universelle 1724 1726 ci ilde Monteskyo Parise kocmus ve iki ilden sonra Fransa Akademiyasina uzv secilmisdir 1729 cu ilde Ingiltereye gederek Lord Chesterfieldin iki il qonagi olmusdur Monteskyo Ingilterede olarken London Kral Cemiyyeti uzvluyune qebul olunmusdur 1731 ci ilde tekrar Fransaya donerek Bordo Akademiyasinda bir cox muhazireler oxumusdur 1734 cu ilde Romalilarin yukselis ve suqutunun sebeblerine dair dusunceler adli meshur eserini nesr etdirmisdir O bu eserinde despotizmin yaranma sebeblerini izah ederek Romanin tarixi numunesinde subut etmeye calisirdi ki harada vetendaslar azaddirlarsa edaletli qayda qanunlar hokm sururse orada normal cemiyyet olar Monteskyo Avropa olkelerine bir cox seyahetler etmis muxtelif olkelerin dovlet hakimiyyeti qurulusunun ferqli formalarini respublika ve monarxiya muqayise ederek tehliller aparmis ve bele neticeye gelmisdir ki diger dovlet idare formalari ile muqayisede respublika idarecilik formasi ehalinin boyuk ekseriyyeti ucun azadliq ve huquq beraberliyini daha da cox temin edir Monteskyo tarixde ilk defe olaraq siyasi proseslerin inkisafi qanunauygunluqlari ile bagli umumilesdirilmis neticeler cixarmaq ucun muxtelif olke huquqlarinin muqayiseli oyrenilmesinden suurlu ve sistemli sekilde istifade etmisdir O hesab edirdi ki dovlet idarecilik formalari dovlet erazisinin sahesi ile elaqedardir Bele ki erazisi kicik olan dovlet respublika orta olculu erazisi olan dovlet monarxiya genis eraziye malik olan dovlet ise despotiya olmalidir Buna baxmayaraq o genis eraziye malik olan dovletlerde de respublika yaratmagin mumkunluyunu inkar etmirdi yalniz o halda ki bu respublika federativ sekilde qurulmus olsun Monteskyonun 1748 ci ilde Cenevrede meshur iki cildlik sah eseri Qanunlarin ruhu cap edilmisdir Muellif bu eser uzerinde 20 il islemisdir O eserde Lokkun enenelerini davam etdirerek liberal demokratik qurulusun prinsiplerini mueyyenlesdirmisdir Monteskyo Avropada mutleq monarxiyalari musahide edib tehliller apararaq kral hakimiyyetinin vetendaslara qarsi ozbasinaligini aradan qaldirmaq ucun elverisli yollar axtarirdi Bu meqsedle o Qanunlarin ruhu eserinde huquqi dovlet ve hakimiyyetin bolgu prinsipi konsepsiyasini ireli surmusdur Monteskyo hesab edirdi ki vetendas cemiyyetinde siyasi azadliq huquqi dovletin qurulmasinda esas rol oynayir O konkret olaraq siyasi azadliq haqqinda iki nov qanun oldugunu gosterirdi 1 Dovlet qurulusuna munasibetde siyasi azadliq yaradan qanunlar 2 Vetendasa munasibetde siyasi azadliq yaradan qanunlar Monteskyonun siyasi azadliq ideyasi vetendas azadligi ideyasi ile elaqedar idi ki bunun da esasini olke vetendaslarinin tehlukesizliyi teskil edirdi O yazirdi Azadliq odur ki qanunlarla icaze verilen seyi ede bilesen Eger vetendas bu qanunlarla qadagan olunmus seyi ede bilerse onda onun azadligi olmazdi bele ki hemin seyi diger vetendaslar da ede biler Monteskyo siyasi azadliq deyerken qanunculugun ve tehlukesizliyin berqerar olmasini nezerde tuturdu Buna nail olmaq ucun ise o hakimiyyetin bolgu prinsipi konsepsiyasini isleyib hazirlamisdir Bu konsepsiyaya gore dovlet hakimiyyeti muxtelif orqanlarda cemlesen ve bir birini qarsiliqli suretde mehdudlasdiran ve tarazlasdiran qanunvericilik icra ve mehkeme hakimiyyetine bolunur ve bunlar icerisinde qanun vericilik hakimiyyeti aparici ve mueyyenedici movqeye malikdir Monteskyonun bu konsepsiyasi sonralar dovlet huququ nezeriyyesinde boyuk eks seda dogurdu Once Boyuk Britaniyada konstitusyon inkisafa tesir eden habele ABS Konstitusiyasinda oz eksini tapan bu konsepsiya sonralar muasir dunyanin butun demokratik dovletlerinin konstitusiyasinda tesbit edilmisdir Monteskyo Qanunlarin ruhu eserinde gosterirdi ki tebietin ve cemiyyetin vehdeti faktindan bele neticeye gelmek olar ki tebiet hadiseleri kimi ictimai hadiseler de daimi fealiyyet gosteren qanunlara tabedir O hesab edirdi ki mehz qanun bu ya diger munasibetleri sertlendiren mueyyenlesdiren canlandiran eqli baslangicdir basqa sozle bu munasibetlerde insan aglinin ve suurunun birbasa istirak etmesidir Monteskyonun fikrince qanunun umumi anlayisi butun qanunlari yeni hem dunyada movcud olan deyismez tebii qanunlari hem de suurlu varliq dunyasinda fealiyyet gosteren deyisken qanunlari ehtiva edir O gosterirdi ki her bir qanunun movcud olmasinin sebebi vardir Cunki her bir qanun fiziki menevi ve sosial gercekliyin bir elementi ile elaqedardir O qanunu Esyanin tebietinden dogan zeruri elaqeler adlandirirdi Monteskyo orta esr despotik qanunvericiliyinin amansizligini ve qeddarligini onun xalqa zidd xarakterini keskin ifsa edirdi Bu baximdan o yazirdi ki despotik dovletde qanun ola bilmez Monteskyoya gore qanunun qeddar olmasi onun heyata kecmesine manecilik toredir O yazirdi Qanunculugun kolgesinde ve edalet bayragi altinda cixis eden istibdad daha qeddardir Monteskyo qanunlar xalqin ruhuna uygun gelmelidir fikrini ireli sururdu Bu munasibetle o yazirdi ki qanun hazirlanarken ve qebul olunarken xalqin idrak seviyyesi onu xalqin qebul etmeye hazir olma veziyyeti mutleq nezere alinmalidir Filosofun fikrince qanunlar yaradilarken onun daha tesirli olmasi ucun xalqin adet ve eneneleri de nezere alinmalidir Monteskyo yazirdi ki qanun xalqin suur seviyyesinden cox ireli getmemelidir eks teqdirde onun heyatdan tecrid olunmasi tehlukesi yaranar Monteskyo bu fikirlerinde haqli idi Heqiqeten de tarixi tecrube gosterir ki qanunlarin duzgun basa dusulme mesinden olkede ozbasinaliqlar yarana biler Monteskyoya gore xalqlar arasindaki elaqeler dovlet huququ ile idare edenlerle idare olunanlar arasindaki munasibetler ise medeni huquq vasitesile nizama salinir O qeyd edirdi ki qanun genis anlamda insan aglinin mehsuludur her cemiyyetin xalqin siyasi ve medeni qanunlari aglin gerceklesmesidir Bu qanunlar icerisinde yarandigi cemiyyetin xalqin ruhuna uygun olmalidir Monteskyo insanlarin tebii mahiyyetinden dogan tebii qanunlarin qanunvericiler terefinden hazirlanan pozitiv musbet qanunlardan ferqlendirirdi ve pozitiv qanunlarin ozlerini de uc nove beynelxalq qanunlar ictimai siyasi qanunlar ve vetendasliq qanunlarina bolurdu Monteskyo tebii muhitin ve iqlimin ictimai inkisafa tesirini mutleqlesdirirdi Bele ki onun fikrince muhitin fiziki xassesi hem qanunun ruhu nu hem de hakimiyyetin formalarini mueyyen edir Monteskyonun tebii muhitin ve iqlimin muxtelif nov ictimai munasibetlere tesiri fikri onun diger goruslerinde xususen asagida serh edilecek cinayet ve cinayetkarligin sebeblerine dair goruslerinde de oz tesirini gostermisdir Monteskyo Qanunlarin ruhu eserinde cinayet ceza ve cinayet prosesi meselelerine de toxunmus bu barede deyerli fikirler ireli surmusdur Monteskyonun bu eserinde onun cinayet huquqi proqramini eks etdiren fesiller cezanin gucu haqqinda Yapon qanunlarinin gucsuzluyu roman qanunvericiliyinde ceza haqqinda cinayet ve ceza arasinda deqiq mutenasiblik haqqinda pui ve cismani cezalar haqqinda vardir O cinayet hesab edilen emeller dairesinin xususile de din sahesine ve monarxin tehqir edilmesi ile bagli olan cinayet emelleri dairesinin xeyli mehdudlasdirilmasinin qizgin terefdari olmusdur Monteskyoya gore hereketlerle musayiet edilmeyen sozlere ve fikirlere gore sexsi cinayet mesuliyyetine celb etmek olmaz Onun fikrince cinayet hesab edilen her bir emel qanunda deqiq mueyyen olunmalidir ki hakim qanundan kenara cixa bilmesin Monteskyo cinayet cezasinin sexsin toretdiyi cinayete uygunlugu prinsipini de isleyib hazirlamisdir Bu prinsipin pozulmasinin hansi neticelere sebeb oldugunu O Cinin meselen Cinde quldurlari saqqalayirlar ogrulari ise yox Bu ferqin neticesinde orada adam oldurmur yalniz ogurluq edirler ve Moskva dovletinin meselen Moskva dovletinde ogrulari ve quldurlari eyni bir ceza ile cezalandirdiqlarindan orada soygunculuq hemise adam oldurme ile musayiet olunur numunesinde gostermisdir Eyni zamanda Monteskyo cezalarin umumen yungullesdirilmesinin terefdari olmus ve olum cezasinin tetbiq dairesinin mehdudlasdirilmasi zeruretini xususile qeyd etmisdir Monteskyo cinayet huququ ile bagli asagidaki prinsipleri teklif edirdi cinayetkarliqla mubarizeye qanunun sertliyi deyil mesuliyyetin labudluyu komek ede biler cinayet ve ceza vezifeli sexslerin mulahizelerine gore deyil xalqa belli olan movcud qanunvericilikle tesbit edilmelidir baxislara inamlara ve sozlere gore sexs cinayet mesuliyyetine celb edilmemelidir ve sexse ceza yalniz zahiri alemde tezahur eden hereketlere gore verilmelidir Monteskyo cinayetkarligin sebebleri problemine dair ozunun metodoloji konsepsiyasini da hazirlamisdir Bu konsepsiyada o cinayetlerin bas verme sebeblerini iqlimin tesirinden asili oldugunu subut etmeye calisirdi Onun fikrince simaldan cenuba hereket etdikce etiraslar ve cinayetler de artir Monteskyo cinayet huququnun esas vezifesini cezalandirmaqdan daha cox cinayetkarligin qarsisini almagin zeruriliyinde gorurdu Qanunlarin ruhu sivil dunya olkelerinde dovlet hakimiyyetinin demokratik sisteminin inkisafina boyuk tesir etmisdir Bu eserin Monteskyonu daha da meshurlasdirmasina baxmayaraq eser katolik kilsesi terefinden naraziliqla qarsilandi 1749 cu ilde Qanunlarin ruhu kilse terefinden bezi dini ehkamlari redd eden eser kimi ittiham edilerek hucumlara meruz qaldi Bu ittihamlara qarsi 1750 ci ilde Monteskyo Qanunlarin ruhunu mudafie adli eserini yazdi Buna baxmayaraq 1751 ci ilde Qanunlarin ruhu eseri kilse terefinden qadagan edildi Filosof omrunun son illerini atalarinin malikanesi olan Le Brede qalasinda yasayirdi lakin o ilin bir nece ayini Parisde kecirmeye verdis etmisdi Yene bele bir seferde iken Monteskyo 10 fevral 1755 ci ilde 66 yasi olarken dunyasini deyisdi Bu boyuk insan dunya isigina gozlerini yumarken tarixde iz buraxan diger meshur sexsiyyetlerden Bekkariya 17 Holbax 18 Russo 42 Didro 42 Volter ise 61 yasinda idi Bu dahi sexsiyyetin ictimai siyasi huquqi ve iqtisadi gorusleri bu gun de oz ehemiyyetini ve tesirini itirmemisdir FikirleriDunyagorusu etibarile deist olan Monteskyo teologiya ve kilsenin keskin tenqidini vermisdir Dogrudur Monteskyo ictimai exlaqin qorunmasinda dinin mueyyen rol oynadigini gostermisdir Monteskyo tebiet ve cemiyyet hadiselerinin tabe oldugu en umumi qanunauygunluluq ideyasini inkisaf etdirmisdir O providensializmi redd ederek qanunu seylerin tebietinden ireli gelen zeruri munusibet kimi basa dusmusdur Monteskyo tebii huquq nezeriyesinin umumi muddealarini qebul ederek ardicil rasionalist konsepsiyalarin terefdarlarindan ferqli olaraq bu nezeriyye esasinda ictimai qnunlarin universal sisteminin yaradilmasini qeyri mumkun saymisdir cunki xalqlarin movcudlugunun seraiti muxtelifdir Monteskyoye gore idaretme qanunlari ve formalarinin rengarengliyi buradan ireli gelir Monteskyo sosiologiyada cografi cereyanin banilerinden biridir ictimai qurulusun ve adetlerin formalasmasinda iqlime torpaga sethe ve s xususi ehemiyyet vermisdir Bununla bele Monteskyo ictimai muhitin rolunu gostermisdir Monteskyode ictimai muhit siyasi qurulus ve qanunvericilik anlayisi ile uygun gelir Monteskyo feodal mutleqiyyet qaydalarini keskin tenqid ederek burjuaziyanin ve zadeganligin siyasi kompromis ideoloqu kimi motedil konstitusiyali monarxiya ideyasinin ve hakimiyyetlerin bolunmesi prinsipnin mudafiesinde durmusdur Moteskyo 1748 ci ilde Qanunlarin ruhu haqqinda eserini yazmisdi Onun fikrince siyasi xeyanetlerin aradan qaldirilmasi ucun teminat hakimiyyetin ciddi olaraq uc yere bolunmesi qanunverici icraedici ve mehkeme ve qarsiliqli mehdudlasdirilmasi ola biler Bu ideyalar Fransa burjua inqilabi qanunvericiliyine boyuk tesir gostermisdir Dunyanin hec bir xalqi fatehlik sohreti ve ezemeti ile tatarlarla yarisa bilmez Iranin hokmdarlari onlardir Kirin ve Kistapsin taxtinda tentene ile oturan onlardir Onlar turk adlanib Avropada Asiyada ve Afrikada neheng fatehlikler edib dunyanin uc qitesinde agaliq edirler Bu cengaver xalq oz gundelik sohreti ile mesgul olub edebi meglubedilmezliyine inanib kecmis qelebelerinin ebedilesdirilmesi qaygisina qetiyyen qalmamisdir Sarl Lui Monteskyo 1721 Monteskyo Con Lokkun enenelerini davam etdirerek Tomas Hobbsun sonralar ise Jan Jak Russonun guclu ve totalitar sisteminden ferqlenen liberal demokratik dovlet qurulusunun prinsiplerini formalasdirdi Hobbs Ingiltere inqilabini izleyerek cemiyyetin vetendas igtisaslarindan xilas edilmesi problemini hell etmeye calisirdi Monteskyo ise Avropada mutleq monarxiyalari musahide ederek kral hakimiyyetinin vetendasa qarsi ozbasinaligini mehdudlasdirmaq ucun semereli vasiteler axtarirdi Bu meqsedle Monteskyo huquqi dovlet ve hakimiyyetin bolunmesi konsepsiyasini ireli surur Monteskyo yazirdi ki huquqi dovletde hami qanun qarsisinda beraber olmali ve qanuna ciddi sekilde riayet edilmelidir Azadliq qanunun imkan verdiyi her seyi etmek huququdur Hakimiyyet terefinden ozbasinaligin qarsisini almaq ucun dovlet hakimiyyeti bir elde cemlesdirilmemelidir hakimiyyet dovletin qanunverici icraedici ve mehkeme orqanlari arasinda bolunmelidir ve qoy onlardan her biri digerine nezaret etsin ve yanlis addimlardan saxlasin EserleriIran mektublari fr Lettres persanes 1721 Romalilarin ezemetinin ve suqutunun sebebleri haqqinda dusunceler 1734 Qanunlarin ruhu haqqinda 1748 MenbeYunis Xelilov Monteskyonun heyati ve huquqi gorusleri Qanun ictimai siyasi elmi huquq jurnali 08 112 Baki 2003 seh 39 40 Yeni tarix 9 II fesil Fransa burjua inqilabi 4 Maarifcilik ve onun gorkemli numayendeleri Hikmet Hacizadem Demokratiya Gedilesi uzun bir yol Yusif Rustemov Sosial Siyasi ve huquqi telimler tarixi Vikisitatda Sarl Lui Monteskyo ile elaqedar sitatlar var Yazici ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Filosof ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin Montesquieu Gran Enciclopedia Catalana kat Grup Enciclopedia 1968 Montesquieu GeneaStar Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011