Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov (1874–1938) — pedaqoq, şair, əməkdar müəllim.
YƏHYA BƏY HACIBƏYOV | |
---|---|
Yəhya bəy Həsən bəy oğlu Hacıbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | şair |
Həyatı
Yəhya bəy Həsən bəy oğlu 1874-cü il yanvar ayının 12-də Şuşa şəhərində ziyalı ailəsində doğulmuşdur. Atası Həsən bəy və babası "Məriz" təxəllüslü şair Mirzə Məhərrəm Hacıbəyov XIX əsr Şuşasının görkəmli tarixi şəxsiyyətlərindən olmuş, Qarabağ mədəniyyəti və maarifi tarixində silinməz izlər qoyub getmişlər. Belə bir ocaqda böyüyən Yəhya da kiçik yaşlarından elmə, sənətə, poeziyaya xüsusi bir maraq və həvəs oyanmış, o, klassik Azərbaycan və Şərq şairlərinin əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi səviyyəsini artərmağa çalışmışdır. Şuşa şəhər məktəbini bitirəndən sonra o, pedaqoji təhsil də almış və XX yüzilliyin əvvəllərindən maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içərisində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın balalarının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli pedaqoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda, Şıxbabalı və Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətinliklə məktəbə cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa həvəsləndirirdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Yəhya bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində fədakarcasına çalışmağa başladı. "Mirzə" kimi hörmətli və ləyaqətli bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri fərmanla təltif olundu. Görkəmli pedaqoq və şair Mirzə Yəhya bəy Şeyda Qarabaği 1938-ci ildə vəfat etmişdir.
Sənəd
"Bu şəhadətnamənin sahibi maarif cəbhəsinin qocaman əsgəri, mövhumat və cahalətin amansız düşməni, mədəniyyətin həqiqi ziyadarı və kütləvi məktəb toxumu saçan müəllim Hacıyev Yəhya Şeyda Həsən oğlu 27 il yorulmadan maarif uğrunda, əməkçi kəndli kütləsini savadlandırmaqda, xurafat və fanatika ilə ciddi mübarizə aparmaqda, on bir il Azərbaycan kəndlərində arasıkəsilmədən çalışdığı üçün 1931-ci il 23 apreldə Ağdam şəhərində tərtib olunmuş yubiley iclasında əməkdar müəllim adı verilmişdir".
Yaradıcılığı
Mirzə Yəhya bəy Hacıbəyov həm də şair idi, "Şeyda" ədəbi təxəllüsü ilə şerlər yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında qısaca belə məlumat verir: "Cənab Yəhya bəy ibn Həsən bəy Hacıbəyzadə "Məriz" təzəllüslü Məhərrəm bəyin nəvəsidir. Qarabağ şairlərindəndir. Xoş xasiyyətli, 28 yaşlı cavandır. Şeir yazır. Təxəllüsü "Şeyda"dır. Farsca və türkcə müxtəlif şeirləri var. O cümlədən, 19 qəzəl və altı bənd milli şerini öz dəst-xətti ilə yazmış və mən onları böyük təzkirəyə daxil etmişəm. Bir neçə şeirini ixtisarla bu müxtəsər təzkirəyə qeyd edirəm". Mirzə Yəhya bəy Şeyda Ağdamda işləyərkən müztəlif dərnəklərdə yaxından və fəal iştirak edir, poeziya həvəskarları qarşısında öz şerlərini oxuyur, gənc ədəbi qüvvələri bu dərnəklər ətrafına toplayır, yeni-yeni yazmağa başlayan şairlərin şerlətini dinləyərək onlara ədəbi istiqamət verirdi. Yəhya bəy Şeydanın əsərlərində nəzər salanda Xurşudbanu Natəvanın və Seyid Əzim Şirvaninin qəzəllərinin onun yaradıcılığına açıq-aşkar təsiri görünür, lakin onun zəmanədən, dövrdən şikayət motivləri olan şeirlərinin əksər hissəsində bir yeknəsəklik, bir darıxdırıcılıq duyulur. Şairin şeirlərindən nümunəni oxucularımıza təqdim etməyi özümüzə borc bilirik.
Ürəkdə inqilabi-çərxdən ahü-fəğanım var. Necə ahü-fəğan etmim ki, min dərdi-nihanım var?
Sızıldar ney kimi könlüm nəfəs çəkdikdə hər saət, Mənimlə baqidir bu nalə ta cismimdə canım var.
Səba, yarın səri-zülfün dağıtma bu sayaq ilə, Mənim də cədi-keysu içrə axır aşiyanım var.
Fəraqi-yarda hər gecə-gündüz, bəlkə, hər saət, Qəmü ənduni-hicr ilə də çeşmi-xunfəşanım var.
Mənə göstərmə sərvi-payi-pəst, ey bağban, şərm et, Mənim gülzari-dəhr içrə belə sərvi-rəvanım var.
Səri-zülfündə könlüm atəşin rüxsar dövründə, Tutub məskən sənməndərvəş od üzrə, gör, məkanım var.
Məni mən eyləyir Şeyda, əcəb ol yar eşqidən, Belə sanmış əlimdə ixtiyar ilə imanım var.
Mənbə
- Ənvər Çingizoğlu, Qarabağda maarif,Bakı:Zərdabi LTD,2013,288 səh.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yehya bey Hesen bey oglu Hacibeyov 1874 1938 pedaqoq sair emekdar muellim YEHYA BEY HACIBEYOVYehya bey Hesen bey oglu HacibeyovDogum tarixi 12 yanvar 1874Dogum yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1938Vefat yeri Azerbaycan SSR SSRIFealiyyeti sairHeyatiYehya bey Hesen bey oglu 1874 cu il yanvar ayinin 12 de Susa seherinde ziyali ailesinde dogulmusdur Atasi Hesen bey ve babasi Meriz texelluslu sair Mirze Meherrem Hacibeyov XIX esr Susasinin gorkemli tarixi sexsiyyetlerinden olmus Qarabag medeniyyeti ve maarifi tarixinde silinmez izler qoyub getmisler Bele bir ocaqda boyuyen Yehya da kicik yaslarindan elme senete poeziyaya xususi bir maraq ve heves oyanmis o klassik Azerbaycan ve Serq sairlerinin eserlerini daim mutalie ederek oz intellektual edebi seviyyesini artermaga calismisdir Susa seher mektebini bitirenden sonra o pedaqoji tehsil de almis ve XX yuzilliyin evvellerinden maarifcilik fealiyyeti ile ciddi mesgul olmusdur Az muddet icerisinde Yehya bey maarif cebhesinde xeyli isler gormus xalqin balalarinin tehsil almasinda xususi xidmet gostermisdir Gorkemli pedaqoq 1905 ci ilden baslayaraq omrunun sonuna kimi Qarabagin bir cox kendlerinde maarif meseli yandirmis Agdamda Sixbabali ve Efetli kend mekteblerinde rus dili ve edebiyyatindan ders demisdir Hemin illerde genc muellim butun bacarigi ile calisir usaqlari cetinlikle mektebe celb edir ve xususile kendli balalarini oxumaga heveslendirirdi Azerbaycanda Sovet hakimiyyeti qurulandan sonra Yehya bey Hacibeyov yeni istiqametde qurulmus xalq maarifi sisteminde fedakarcasina calismaga basladi Mirze kimi hormetli ve leyaqetli bir adla cagirilan Yehya beye 1934 cu ilde respublika ehemiyyetli ferdi teqaud kesildi Agdam rayonunun Efetli kendindeki mektebe onun adi verildi ve altmis illik yubileyi miqyasda kecirildi Fexri fermanla teltif olundu Gorkemli pedaqoq ve sair Mirze Yehya bey Seyda Qarabagi 1938 ci ilde vefat etmisdir Sened Bu sehadetnamenin sahibi maarif cebhesinin qocaman esgeri movhumat ve cahaletin amansiz dusmeni medeniyyetin heqiqi ziyadari ve kutlevi mekteb toxumu sacan muellim Haciyev Yehya Seyda Hesen oglu 27 il yorulmadan maarif ugrunda emekci kendli kutlesini savadlandirmaqda xurafat ve fanatika ile ciddi mubarize aparmaqda on bir il Azerbaycan kendlerinde arasikesilmeden calisdigi ucun 1931 ci il 23 aprelde Agdam seherinde tertib olunmus yubiley iclasinda emekdar muellim adi verilmisdir YaradiciligiMirze Yehya bey Hacibeyov hem de sair idi Seyda edebi texellusu ile serler yazirdi Tezkireci Mir Mohsun Nevvab onun haqqinda qisaca bele melumat verir Cenab Yehya bey ibn Hesen bey Hacibeyzade Meriz tezelluslu Meherrem beyin nevesidir Qarabag sairlerindendir Xos xasiyyetli 28 yasli cavandir Seir yazir Texellusu Seyda dir Farsca ve turkce muxtelif seirleri var O cumleden 19 qezel ve alti bend milli serini oz dest xetti ile yazmis ve men onlari boyuk tezkireye daxil etmisem Bir nece seirini ixtisarla bu muxteser tezkireye qeyd edirem Mirze Yehya bey Seyda Agdamda isleyerken muztelif derneklerde yaxindan ve feal istirak edir poeziya heveskarlari qarsisinda oz serlerini oxuyur genc edebi quvveleri bu dernekler etrafina toplayir yeni yeni yazmaga baslayan sairlerin serletini dinleyerek onlara edebi istiqamet verirdi Yehya bey Seydanin eserlerinde nezer salanda Xursudbanu Natevanin ve Seyid Ezim Sirvaninin qezellerinin onun yaradiciligina aciq askar tesiri gorunur lakin onun zemaneden dovrden sikayet motivleri olan seirlerinin ekser hissesinde bir yekneseklik bir darixdiriciliq duyulur Sairin seirlerinden numuneni oxucularimiza teqdim etmeyi ozumuze borc bilirik Urekde inqilabi cerxden ahu feganim var Nece ahu fegan etmim ki min derdi nihanim var Sizildar ney kimi konlum nefes cekdikde her saet Menimle baqidir bu nale ta cismimde canim var Seba yarin seri zulfun dagitma bu sayaq ile Menim de cedi keysu icre axir asiyanim var Feraqi yarda her gece gunduz belke her saet Qemu enduni hicr ile de cesmi xunfesanim var Mene gosterme servi payi pest ey bagban serm et Menim gulzari dehr icre bele servi revanim var Seri zulfunde konlum atesin ruxsar dovrunde Tutub mesken senmenderves od uzre gor mekanim var Meni men eyleyir Seyda eceb ol yar esqiden Bele sanmis elimde ixtiyar ile imanim var MenbeEnver Cingizoglu Qarabagda maarif Baki Zerdabi LTD 2013 288 seh