Mingis məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Mingis məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi.
Mingis məscidi | |
---|---|
![]() | |
Ölkə | |
Şəhər | Ordubad |
Tikilmə tarixi | 1677 |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
XVII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
Tarixi
Mingis məscidi Ordubad şəhərinin Mingis məhəlləsində yerləşir. Vaxtilə giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimlə 1088-ci ildə, miladi 1677-ci ildə Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib. Kitabədə adı qeyd olunan və məscidi bərpa etdirən Məhəmməd Hadinin atası Əbdül Hüseyn Ordubadi I Şah Abbasın baş vəziri, Etimad əd-Dövlə Hatəm bəy Ordubadinin qardaşı Hacı Ədhəm bəyin oğludur. Əbdülhüseyn Ordubadi Səfəvi hökmdarı I Şah Səfinin dövründə (1629-1642-ci illər) sarayın baş münşisi yəni, sarayda fəaliyyət göstərən katiblərin rəhbəri olub.
XVII əsrin 2-ci yarısında bərpa etdirilən məscidin inşa tarixi daha əvvəlki dövrlərə aiddir. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Zaman keçdikcə istifadəsiz qalmış məscid illərlə yarımuçuq vəziyyətdə olub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid 2001-ci ildə şəhər sakinlərinin təşəbbüsü ilə bərpa edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Memarlığı
Məscidin 1677-ci ildə bərpa edilməsindən xəbər verən kitabə bərpa zamanı qapının sağ tərəfində divara hörülüb. Girişi şimal tərəfdəndir. İbadət zalı geniş və işıqlıdır. Abidənin düzxətli tavanı mərkəzdə qoyulmuş sütunlar və salonun kənar divarlarının üstündə yerləşdirilmişdir. Yamacda tikildiyi üçün şimal tərəfdən bir, cənub tərəfdən ikimərtəbəlidir. Məscidin əsas girişi şimal tərəfdəndir. Sadə üslubda tikilən abidədə dövrünün memarlıq üslubuna uyğun olaraq dekorativ elementlərdən istifadə edilməyib. Mingis məhəlləsində başqa kiçik məscidlər olduğu üçün bu məscid məhəllənin əsas məscidi sayılır. Məscidin cənub hisəsinə açılan birinci mərtəbəsindən təsərrüfat işləri üçün istifadə edilir.
İstinadlar
- Naxçıvan tarixi. Üç cilddə (az.). I. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi. 2013. 330. ISBN . 2020-11-26 tarixində . İstifadə tarixi: 2024-04-29.
- "Ordubad rayonu Mingis məscidi". sirat.az. 2022-07-26. 2023-09-28 tarixində . İstifadə tarixi: 2024-05-02.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN . 2023-07-05 tarixində (PDF). İstifadə tarixi: 2022-12-14.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində (PDF). İstifadə tarixi: 2022-12-14.
- Naxçıvan abidələri ensiklopediyası 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.303-304 (az.)
- "Bu şəhərdə şimaldan bir, cənubdan iki mərtəbəli olan məscid var". Apa.tv (az.). 2024-05-02 tarixində . İstifadə tarixi: 2024-05-02.
- "Mingis məscidi". anl.az. 2024-05-02 tarixində . İstifadə tarixi: 2024-05-02.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mingis mescidi Azerbaycan Respublikasinin Ordubad seherinin Mingis mehellesinde yerlesen mescid ve tarix memarliq abidesi Mingis mescidi38 54 36 sm e 46 01 29 s u Olke AzerbaycanSeher OrdubadTikilme tarixi 1677Uslubu Naxcivan memarliq mektebiVeziyyeti fealiyyet gosterirEhemiyyetiYerli ehemiyyetliMingis mescidi XVII esre aid olan mescid Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib HaqqindaTarixi Mingis mescidi Ordubad seherinin Mingis mehellesinde yerlesir Vaxtile giris qapisinin bas terefinde qoyulmus mermer lovhe uzerindeki kitabeden aydin olur ki mescid hicri qemeri teqvimle 1088 ci ilde miladi 1677 ci ilde Ebdulhuseyn Ordubadinin oglu Mehemmed Hadi terefinden berpa etdirilib Kitabede adi qeyd olunan ve mescidi berpa etdiren Mehemmed Hadinin atasi Ebdul Huseyn Ordubadi I Sah Abbasin bas veziri Etimad ed Dovle Hatem bey Ordubadinin qardasi Haci Edhem beyin ogludur Ebdulhuseyn Ordubadi Sefevi hokmdari I Sah Sefinin dovrunde 1629 1642 ci iller sarayin bas munsisi yeni sarayda fealiyyet gosteren katiblerin rehberi olub XVII esrin 2 ci yarisinda berpa etdirilen mescidin insa tarixi daha evvelki dovrlere aiddir Azerbaycanda sovet isgalindan sonra resmi olaraq 1928 ci ilden dinle mubarizeye basladilar Hemin ilin dekabrinda Azerbaycan KP MK i bir cox mescid kilse ve sinaqoqlari maariflendirici istiqametlerde istifade ucun klublarin balansina verdi Eger 1917 ci ilde Azerbaycanda 3 000 mescid var idise 1927 ci ilde bu reqem 1 700 1933 cu ilde ise 17 idi Zaman kecdikce istifadesiz qalmis mescid illerle yarimucuq veziyyetde olub Azerbaycan musteqilliyini yeniden berpa etdikden sonra mescid 2001 ci ilde seher sakinlerinin tesebbusu ile berpa edilib Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2 avqust 2001 ci ilde verdiyi 132 nomreli qerar ile mescid yerli ehemiyyetli dasinmaz tarix ve medeniyyet abidelerinin siyahisina salinib Memarligi Mescidin 1677 ci ilde berpa edilmesinden xeber veren kitabe berpa zamani qapinin sag terefinde divara horulub Girisi simal terefdendir Ibadet zali genis ve isiqlidir Abidenin duzxetli tavani merkezde qoyulmus sutunlar ve salonun kenar divarlarinin ustunde yerlesdirilmisdir Yamacda tikildiyi ucun simal terefden bir cenub terefden ikimertebelidir Mescidin esas girisi simal terefdendir Sade uslubda tikilen abidede dovrunun memarliq uslubuna uygun olaraq dekorativ elementlerden istifade edilmeyib Mingis mehellesinde basqa kicik mescidler oldugu ucun bu mescid mehellenin esas mescidi sayilir Mescidin cenub hisesine acilan birinci mertebesinden teserrufat isleri ucun istifade edilir IstinadlarNaxcivan tarixi Uc cildde az I Naxcivan Ecemi Nesriyyat Poliqrafiya Birliyi 2013 330 ISBN 978 9952 8237 0 7 2020 11 26 tarixinde Istifade tarixi 2024 04 29 Ordubad rayonu Mingis mescidi sirat az 2022 07 26 2023 09 28 tarixinde Istifade tarixi 2024 05 02 Arif Yunusov Islam v Azerbajdzhane PDF Baki Zaman 2004 seh 78 ISBN 9952 8052 0 9 2023 07 05 tarixinde PDF Istifade tarixi 2022 12 14 Azerbaycan Respublikasi Nazirler Kabinetinin 2001 ci il 2 avqust Tarixli 132 nomreli qerari ile tesdiq edilmisdir PDF az mct gov az 2001 08 02 2021 07 07 tarixinde PDF Istifade tarixi 2022 12 14 Naxcivan abideleri ensiklopediyasi 2019 02 09 at the Wayback Machine Naxcivan 2008 seh 303 304 az Bu seherde simaldan bir cenubdan iki mertebeli olan mescid var Apa tv az 2024 05 02 tarixinde Istifade tarixi 2024 05 02 Mingis mescidi anl az 2024 05 02 tarixinde Istifade tarixi 2024 05 02