Mikayıl İsmayıl oğlu İsmayılov (9 iyun 1964, Çiyni, Ağsu rayonu) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti (2005-2021), “Neftçi İdman Klubu” İctimai Birliyinin İdarə heyətinin sədri (2013-2021), Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti (2005-2021), Ekol Mühəndis Xidmətləri QSC-nin Direktorlar şurasının sədri (2021-hal-hazırda).
Mikayıl İsmayılov | |
---|---|
Mikayıl İsmayıl oğlu İsmayılov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1964 (60 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Partiya | |
Fəaliyyəti | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (2005) və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti (2015) |
Həyatı
Mikayıl İsmayılov 1964-cü il iyun ayının 9-da Ağsu rayonunun Çiyni kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olmuşdur. 1983-cü ildə həqiqi hərbi xidmətə çağırılan Mikayıl İsmayılov, 1985-ci ildə hərbi qulluğunu başa vurduqdan sonra Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında ali təhsili davam etmişdir. Ali təhsilini başa vurduqdan sonra Mikayıl İsmayılov həyatını Azərbaycan iqtisadiyyatının dirçəlməsinə bağlayaraq mənalı və zəngin həyat yolu keçmişdir. İstehsalat təcrübəsi, təşkilatçılıq və yüksək peşəkarlıq bacarığı sayəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi məsuliyyətli bir vəzifəyə qədər yüksəlməyi bacarmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Karyerası
Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə ilk olaraq 1988-ci ildə əfsanəvi Neft Daşlarından başlamışdır. “Azərdənizneftinşaat” Trestinin Neft Daşlarındakı 3 saylı Tikinti Quraşdırma İdarəsində mühasib vəzifəsinə işə qəbul olan Mikayıl İsmayılov peşəsinin bütün incəliklərinə dərindən bələd olmaq istəyi, işinə tələbkarlığı həmişə ətrafındakıların diqqətini cəlb etmişdir. Neft Daşlarında çalışdığı müddətdə verilən tapşırıqların öhdəsindən layiqincə gəlmək bacarığı rəhbərliyi tezliklə onu irəli çəkməyə sövq etmiş və Mikayıl İsmayılov əvvəlcə “Azərdənizneftinşaat” Trestinin Neft Daşlarındakı 3 saylı Tikinti Quraşdırma İdarəsində baş mühasibin müavini, sonra isə, 1992-ci ildən “Xəzərdənizneftqaztikinti” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində baş mühasib vəzifəsinə təyin olunmuşdur. 1997-ci ildən Mikayıl İsmayılov Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində mühasibat uçotu və hesabatı şöbəsi rəisinin – baş mühasibin təftiş məsələləri üzrə müavini vəzifəsinə irəli çəkilmiş, 2003-cü ilədək bu vəzifədə çalışmışdır.
Mikayıl İsmayılovun həyat və fəaliyyətinin bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olmuşdur. Belə ki, Mikayıl İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində işləmişdir.
2005-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin edilmiş və 2021-ci ildə həmin vəzifədən azad olunmuşdur.
Hal-hazırda Mikayıl İsmayılov fəaliyyətini Ekol Mühəndis Xidmətləri Qapalı Səhmdar Cəmiyyətində davam etdirir. Cəmiyyətin Səhmdarlarının ümumi yığıncağının 01.10.2021-ci il tarixli qərarı ilə Mikayıl İsmayılov Direktorlar şurasının sədri təyin olunub. Mikayıl İsmayılov ölkənin idman həyatında da yaxından iştirak etmişdir və bu sahədə öz səmərəli fəaliyyəti ilə yadda qalmışdır. Mikayıl İsmayılov 2015-2021-ci illərdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti və 2013-2021-ci illərdə “Neftçi İdman Klubu” İctimai Birliyinin İdarə heyətinin sədri vəzifələrində çalışmışdır.
İstinadlar
- Azərbaycan Cüdo Federasiyası. "MİKAYIL İSMAYILOV" ( (az.)). judo.az. 9 dekabr 2018 tarixində . İstifadə tarixi: 9 dekabr 2018.
- "M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı". 2021-12-23 tarixində . İstifadə tarixi: 2021-12-23.
- "M.İ.İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-01-05 tarixində . İstifadə tarixi: 2021-12-23.
- . 2021-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mikayil Ismayil oglu Ismayilov 9 iyun 1964 Ciyni Agsu rayonu Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin SOCAR vitse prezidenti 2005 2021 Neftci Idman Klubu Ictimai Birliyinin Idare heyetinin sedri 2013 2021 Azerbaycan Cudo Federasiyasinin vitse prezidenti 2005 2021 Ekol Muhendis Xidmetleri QSC nin Direktorlar surasinin sedri 2021 hal hazirda Mikayil IsmayilovMikayil Ismayil oglu IsmayilovSexsi melumatlarDogum tarixi 9 iyun 1964 1964 06 09 60 yas Dogum yeri Ciyni Agsu rayonu Azerbaycan SSR SSRIMilliyyeti azerbaycanliPartiya Yeni Azerbaycan PartiyasiFealiyyeti Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin 2005 ve Azerbaycan Cudo Federasiyasinin vitse prezidenti 2015 HeyatiMikayil Ismayilov 1964 cu il iyun ayinin 9 da Agsu rayonunun Ciyni kendinde anadan olmusdur Orta mektebi bitirdikden sonra o 1982 ci ilde Azerbaycan Xalq Teserrufati Institutunun indiki Azerbaycan Dovlet Iqtisad Universiteti muhasibat ucotu fakultesine daxil olmusdur 1983 cu ilde heqiqi herbi xidmete cagirilan Mikayil Ismayilov 1985 ci ilde herbi qullugunu basa vurduqdan sonra Voznesenski adina Leninqrad Maliyye Iqtisad Institutunun Baki filialinda ali tehsili davam etmisdir Ali tehsilini basa vurduqdan sonra Mikayil Ismayilov heyatini Azerbaycan iqtisadiyyatinin dircelmesine baglayaraq menali ve zengin heyat yolu kecmisdir Istehsalat tecrubesi teskilatciliq ve yuksek pesekarliq bacarigi sayesinde Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin vitse prezidenti kimi mesuliyyetli bir vezifeye qeder yukselmeyi bacarmisdir Yeni Azerbaycan Partiyasinin uzvudur Ailelidir 3 ovladi var KaryerasiMikayil Ismayilov genc mutexessis kimi emek fealiyyetine ilk olaraq 1988 ci ilde efsanevi Neft Daslarindan baslamisdir Azerdenizneftinsaat Trestinin Neft Daslarindaki 3 sayli Tikinti Qurasdirma Idaresinde muhasib vezifesine ise qebul olan Mikayil Ismayilov pesesinin butun inceliklerine derinden beled olmaq isteyi isine telebkarligi hemise etrafindakilarin diqqetini celb etmisdir Neft Daslarinda calisdigi muddetde verilen tapsiriqlarin ohdesinden layiqince gelmek bacarigi rehberliyi tezlikle onu ireli cekmeye sovq etmis ve Mikayil Ismayilov evvelce Azerdenizneftinsaat Trestinin Neft Daslarindaki 3 sayli Tikinti Qurasdirma Idaresinde bas muhasibin muavini sonra ise 1992 ci ilden Xezerdenizneftqaztikinti Trestinin 3 sayli Tikinti Qurasdirma Idaresinde bas muhasib vezifesine teyin olunmusdur 1997 ci ilden Mikayil Ismayilov Denizde Neft ve Qazcixarma Istehsalat Birliyinde muhasibat ucotu ve hesabati sobesi reisinin bas muhasibin teftis meseleleri uzre muavini vezifesine ireli cekilmis 2003 cu iledek bu vezifede calismisdir Mikayil Ismayilovun heyat ve fealiyyetinin bir hissesi Heyder Eliyev adina Baki Neft Emali Zavodu ile bagli olmusdur Bele ki Mikayil Ismayilov 2003 2005 ci illerde bu muessisede iqtisadiyyat ve techizat uzre direktor muavini vezifesinde islemisdir 2005 ci ilde Azerbaycan Prezidentinin Serencami ile Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin vitse prezidenti vezifesine teyin edilmis ve 2021 ci ilde hemin vezifeden azad olunmusdur Hal hazirda Mikayil Ismayilov fealiyyetini Ekol Muhendis Xidmetleri Qapali Sehmdar Cemiyyetinde davam etdirir Cemiyyetin Sehmdarlarinin umumi yigincaginin 01 10 2021 ci il tarixli qerari ile Mikayil Ismayilov Direktorlar surasinin sedri teyin olunub Mikayil Ismayilov olkenin idman heyatinda da yaxindan istirak etmisdir ve bu sahede oz semereli fealiyyeti ile yadda qalmisdir Mikayil Ismayilov 2015 2021 ci illerde Azerbaycan Cudo Federasiyasinin vitse prezidenti ve 2013 2021 ci illerde Neftci Idman Klubu Ictimai Birliyinin Idare heyetinin sedri vezifelerinde calismisdir IstinadlarAzerbaycan Cudo Federasiyasi MIKAYIL ISMAYILOV az judo az 9 dekabr 2018 tarixinde Istifade tarixi 9 dekabr 2018 M I Ismayilovun Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin vitse prezidenti teyin edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin serencami 2021 12 23 tarixinde Istifade tarixi 2021 12 23 M I Ismayilovun Azerbaycan Respublikasi Dovlet Neft Sirketinin vitse prezidenti vezifesinden azad edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami 2022 01 05 tarixinde Istifade tarixi 2021 12 23 2021 12 23 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 12 23