Metsamor Atom Elektrik Stansiyası (erm. Հայկական ատոմային էլեկտրակայան) və ya Ermənistan Atom Elektrik Stansiyası — Ermənistanın paytaxtı İrəvanın 36 km qərbində yerləşən Metsamor şəhərində yerləşən AES. Bu atom stansiyasının istehsal etdiyi enerji Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təşkil edir. AES İrəvandan təxminən 30 km cənubda, Metsamor şəhəri yaxınlığında yerləşir. Stansiya Türkiyə sərhəddindən 17.5 km, İran sərhəddindən 60 km, Azərbaycan sərhəddindən isə 75 km məsafədə yerləşir.
Metsamor AES | |
---|---|
Մեծամոր ատոմակայան | |
Ümumi məlumatlar | |
Status | İstismardadır |
Tikilmə tarixi | 1969 |
İstismara verilib | 22 dekabr 1976 |
İstismarçı | İnter RAO UES |
Əsas xüsusiyyətləri | |
İllik elektroenerji istehsalı | 2.265 mln. kVt⋅s |
Elektrik enerjisi gücü | 440 MVt |
Digər məlumatlar | |
Sayt | anpp.am |
Yerləşməsi | |
Ölkə | Ermənistan |
Yer | Metsamor AES |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Ermənistan SSR-də Atom Elektrik Stansiyasının tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub. Metsamor AES-in tikintisinə 1969-cu ildə başlanılıb, həmin ildə də Metsamor şəhərinin təməli atıldı. 1970-ci ildə Metsamor özünün ilk sakinlərini qəbul etdi, onların arasında Sovet İttifaqının müxtəlif guşələrindən gələn 32 millətin nümayəndələri vardı. 1976-ci ilin dekabrında isə AES istismara verilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxmışlar. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılıb.
1988-ci ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti 1989-cu il yanvarın 15-də dayandırılmışdı. İstifadəsi dayandırılana qədər stansiyada 48446 milyon kVt-saat elektrik enerjisi istehsal edilib. AES dayandırıldıqdan sonra 1 nömrəli blokda buxar generatorlarının korpuslarında 2 yerdə diametri 1 metr olan kəsik tədqiqat aparmaq üçün götürüldü. Bunun nəticəsində 1 nömrəli blok istifadəyə yararsız hala düşdü. Buxar generatorlarını bərpa etmək mümkün deyil və əvəzlənməsi çox bahalıdır. AES bloklarının avadanlığı qismən komplektləşdirilmiş və satılmışdır. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib və 1995-ci ildə 2-ci enerji bloku işə salınıb.
Texniki xüsusiyyətləri
Ermənistan AES Qafqazda unikal layihədir, digər analoqu yoxdur. Bu AES Rusiyanın köhnə VVER-440 reaktoru ilə təchiz edilən iki enerji blokundan ibarətdir. Hər blokun istilik gücü 1375 MVt, elektrik enerji gücü isə 440 MVt-dır. Mövcud təhlükəsizlik problemlərindən dolayı enerji blokunun 1995-ci ildə yenidən işə salınmasından sonra enerji blokunun enerji gücü 92%-ə qədər məhdudlaşdırılıb, yəni enerji blokunun icazə verilmiş 1240 MVt-dan (və ya 375 MVt-dən) çox olmamalıdır. Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyətdədir. İrəvanın Moskvaya uran yanacağına görə yaranan 53 milyon dollarlıq borcu müqabilində AES-in idarə edilməsi 2003-cü ildə Rusiyanın şirkətinə həvalə edilib. Stansiyanın idarə edilməsi 2012-ci ildə yenidən Ermənistan dövlətinin nəzarətinə keçib.
1989-cu ilə qədər stansiyada istifadə olunmuş nüvə yanacağı qalıqları o zamankı RSFSR-ə aparılırdı. Ondan sonra meydana gələn bütün yanacaq tullantıları Metsamor AES-də Fransanın şirkəti tərəfindən tikilmiş xüsusi saxlama anbarında, istifadə olunmayan ilk enerji blokunun reaktorunda, həmçinin yanacaq saxlanma hovuzunda saxlanılır. İstifadə olunmuş uran yanacağından xüsusi məqsədlər üçün istifadə olunan plutonium əldə etmək olar. Ermənistan tərəfi istifadə olunmuş yanacaq qalıqlarının Rusiyaya daşınması haqqında danışıqlar aparır. 2019-cu il üçün yanacaq tullantılarının saxlanma anbarının 20%-i dolub. Həddən artıq çox radioaktiv olduğu üçün tullantıları təyyarə ilə daşınması mümkün deyil, quru yolla Gürcüstan üzərindən tullantıların daşınması isə siyasi səbəblərə görə mümkün olmur. 2020-ci ildə başa çatan quru nüvə yanacağı anbarının istismarına dair lisenziya daha 30 il müddətinə uzadılacaq.
Ermənistan AES-də elektrik enerjisinin istehsalı:
- 2015-ci ildə-2,780 milyard kvt-saat (ən yüksək)
- 2018-ci ildə-1,862 milyard kvt-saat
- 2019-cu ildə-1,330 milyard kvt-saat
- 2021-dan 3,0–3,3 milyard kVt-saat (plan)
Zəlzələyə dayanıqlığı
Zavod 8 bal gücündə zəlzələnin baş verə biləcəyi bölgəyə yaxın, Şərqi Anadolu sınma xətti üzərindəki aktiv seysmik zonada yerləşir. AES-in ətrafında 5 tektonik qırılma xətti mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. Lakin, o yalnız 7 bal gücündə zəlzələlərə müqavimət göstərə bilmə gücündə quraşdırılıb. Təhlükəsizlik baxımından, mənfi cəhətlərdən biri kimi qəza zamanı yüksək dağlıq ərazidə yerləşən və qorunma qalxanına malik olmayan stansiyanın 2-ci reaktorunun soyudulması ilə bağlı problem də qeyd edilir. 2004-ci ildə Avropa İttifaqı "Metsamor" nüvə stansiyasının "bütün bölgə üçün təhlükə" törətdiyini ifadə edərək Ermənistana AES-in bağlanılması üçün 200 milyon avro kredit verməyi təklif etsə də, Ermənistan hökuməti bu miqdarı yetərsiz görmüş və fantastik bir məbləğ – 1 milyard avro tələb etmişdi. Bu məbləğ Avropa İttifaqı rəhbərliyi tərəfindən qəbul edilməmişdi, buna cavab olaraq Ermənistan da Metsamoru bağlamayacağını elan etmişdi.
Gələcək planlar
Metsamor AES-in ilkin istismar müddəti dizayna əsasən 2016-cı ildə başa çatmışdır. 2011-ci ildə stansiyada yoxlama aparan Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri stansiyanın istismar müddətindən daha artıq müddətə istifadəsinin mümkün olduğu qənaətinə gəliblər. Bununla əlaqədar Ermənistan hökuməti stansiyanın ikinci blokunun təmir vasitəsilə istismar müddətini 10 il daha, 2026-cı ilə qədər uzatmaq qərarına gəldi. Metsamor AES-in təmirinin maliyyələşdirməsi barədə razılaşma Ermənistan və Rusiya arasında 2014-cü ildə imzalanıb. Ermənistan Rusiya hökumətindən alınmış maliyyə ilə Metsamor AES-də yenilənmə işləri həyata keçirir və Rusiyadan alınmış bu maliyyəyə 15 illik müddətə verilən 270 milyon dollar kredit və 30 milyon dollar qrant daxildir. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, maliyyə müddətinin daha bir il — 2020-ci ilə qədər uzadılması haqqında Rusiya hökuməti ilə danışıqlar aparılır. Lakin Ermənistan təmir müddətinin uzadılması üçün əlavə kreditdən imtina edərək bunu daxili resurslar hesabına maliyyələşdirmək qərarına gəldi. Rusiyanın "" şirkətinin idaretməsi altında olan "Rosatom Servis" şirkəti atom stansiyasının əsaslı təmirini həyata keçirən baş podratçı şirkətdir. Təmir əsasında 2018-ci ildə başlayan AES-dəki təmirdə generatorlu turbinləri dəyişdirilir. Növbəti il ərzində reaktorun metal divarlarını bərkitmək planlanır. Ermənistan tərəfindən kreditin ödənilməsinə isə AES-in təmiri başa çatdıqdan sonra, 2021-ci ildə başlanılması nəzərdə tutulur. Təmirdən sonra AES bir neçə yüz milyon kvt/saat daha artıq enerji istehsal edəcək. Stansiyanın maksimum istehsal gücü 3.3 milyon kilovatt/saata qədər artırılacaq. Bu əlavə istehsal hesabına kreditin ödənilməsi planlaşdırılır. Təmir nəticəsində Metsamor AES-in istismar müddəti 2026-cı ilədək artırılacaq. Metsamor stansiyasının təmiri üçün kredit məbləğinin təxminən 15%-i radioaktiv tullantılar və işlənmiş nüvə yanacağı saxlanması sistemlərinin təmirinə sərf edilib.
Beynəlxalq mütəxəssislərin rəyi əsasında stansiyanın istismar müddəti iki dəfə artırılıb. Mütəxəssislər reaktorun 2036-cı ilə qədər problemsiz işləyə biləcəyinə əmin edirlər. Ancaq bu son tarixdir. Ermənistan Ərazi İdarəetməsi və Alt Strukturlar naziri Suren Papikyan təmir işləri başa çatdıqdan sonra Metsamordakı enerji blokunun ömrünün 2026-cı ilə qədər uzadılacağını, lakin onun 2036-cı ilə qədər də istismar edilə biləcəyini bildirib. Ermənistan hökuməti dövriyyəyə qoyduğu "2040-cı ilə qədər Ermənistan Respublikasının enerji sektoru inkişafının strateji proqramı"nda 2026-ci ildən sonra da yeni tikiliyə qədər Metsamor Atom Elektrik Stansiyasını istismar etməyə davam etmək niyyətində olduğunu göstərib.
2021-ci ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, Metsamor AES quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır. Ermənistan Baş Naziri N.Paşinyan yeni nüvə elektrik stansiyasının inşasına 2025-ci ilin iyun ayından əvvəl başlanacağını bildirib. Ermənistan hökuməti yeni atom elektrik stansiyasının inşası üçün Rusiyanın mədən şirkəti olan "Geopromining"lə danışıqlar aparır.
Qəzalar
- 1982-ci il oktyabrın 15-də Metsamor AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülə bildi. Maşın zalı ziyan gördü. Ümumi dəyən maddi zərər təxminən 1 milyon rubl təşkil edirdi (1982-ci ilin qiymətlərində).
Həmçinin bax
İstinadlar
- "Metsamor atom stansiyası". 2019-05-16 tarixində . İstifadə tarixi: 2019-12-08.
- . 2020-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.
- "Movses Vardanyan: Ermənistan AES 2018-ci ilin sonuna qədər tam gücü ilə işləyəcək". 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-03-30.
- . 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- Ermənistan AES-in yanacağından Rusiya istifadə edə bilər – "Armatom" direktoru
- "Hazırda Ermənistandan Rusiyaya AES-in işlənmiş nüvə yanacağı göndərilə bilməz". 2019-08-31 tarixində . İstifadə tarixi: 2020-03-30.
- "Experience Gained from Fires in Nuclear Power Plants". 2022-03-27 tarixində . İstifadə tarixi: 2019-12-08.
- "Nuclear Risk in Central Asia (edited by Brit Salbu, Lindis Skipperud)". 2022-03-27 tarixində . İstifadə tarixi: 2019-12-08.
- "Metsamor Atom Elektrik Stansiyası: Regionun "saatlı bomba"sı". 2020-08-15 tarixində . İstifadə tarixi: 2019-12-08.
- "Armenia Passes International Nuclear Safety Test". 2022-03-27 tarixində . İstifadə tarixi: 2019-12-08.
- . 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- "Paşinyan Ermənistanın Rusiya kreditindən imtina etməsinin səbəblərini izah etməyə çalışıb". 2022-03-27 tarixində . İstifadə tarixi: 2020-06-12.
- . 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- "Region üçün yeni "Metsamor" təhlükəsi: Paşinyan Moskvadan siyasi dəstək qarşılığında Parisin maraqlarını güzəştə getdi". 2022-03-27 tarixində . İstifadə tarixi: 2021-04-18.
- . 2019-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
- . 2019-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
- "Ermənistan yeni atom elektrik stansiyası tikməyi planlaşdırır". 2022-03-27 tarixində . İstifadə tarixi: 2021-10-06.
- "Çernobıl qəzası". 2022-06-21 tarixində . İstifadə tarixi: 2019-12-19.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Metsamor deqiqlesdirme Metsamor Atom Elektrik Stansiyasi erm Հայկական ատոմային էլեկտրակայան ve ya Ermenistan Atom Elektrik Stansiyasi Ermenistanin paytaxti Irevanin 36 km qerbinde yerlesen Metsamor seherinde yerlesen AES Bu atom stansiyasinin istehsal etdiyi enerji Ermenistanin elektrik ehtiyacinin 40 faizinden coxunu teskil edir AES Irevandan texminen 30 km cenubda Metsamor seheri yaxinliginda yerlesir Stansiya Turkiye serheddinden 17 5 km Iran serheddinden 60 km Azerbaycan serheddinden ise 75 km mesafede yerlesir Metsamor AESՄեծամոր ատոմակայանUmumi melumatlarStatus IstismardadirTikilme tarixi 1969Istismara verilib 22 dekabr 1976Istismarci Inter RAO UESEsas xususiyyetleriIllik elektroenerji istehsali 2 265 mln kVt sElektrik enerjisi gucu 440 MVtDiger melumatlarSayt anpp amYerlesmesi40 10 51 sm e 44 08 56 s u Olke ErmenistanYer Metsamor AESMetsamor AESMetsamor AES Vikianbarda elaqeli mediafayllarMetsamor AES in Igdir seherinden gorunumu TarixiErmenistan SSR de Atom Elektrik Stansiyasinin tikintisi barede qerar SSRI rehberliyi terefinden 1967 ci ilde qebul olunub Metsamor AES in tikintisine 1969 cu ilde baslanilib hemin ilde de Metsamor seherinin temeli atildi 1970 ci ilde Metsamor ozunun ilk sakinlerini qebul etdi onlarin arasinda Sovet Ittifaqinin muxtelif guselerinden gelen 32 milletin numayendeleri vardi 1976 ci ilin dekabrinda ise AES istismara verilib Her biri 408 MV guce sahib WWER 440 230 tipli 2 yunitardan ibaretdir Stansiya Ermenistanin paytaxti Irevandan 32 km Qarsdan 100 km Igdirdan ise 30 km uzaqliqdadir AES dunyanin en etibarsiz reaktorlarindan biridir Stansiyanin tikilmesi zamani SSRI alimleri onun Agri dagi tektonik zonasinda yerleseceyi ucun buna qarsi cixmislar AES in birinci enerji bloku 1976 ci ilde ikincisi ise 1980 ci ilde istifadeye verilib 1983 cu ilde AES in 3 cu ve 4 cu enerji bloklarinin tikintisine baslanilsa da 1986 ci ilde Cernobil AES de bas veren qezadan sonra bu proses dayandirilib 1988 ci ilde Spitakdaki zelzele ile elaqedar AES in fealiyyeti 1989 cu il yanvarin 15 de dayandirilmisdi Istifadesi dayandirilana qeder stansiyada 48446 milyon kVt saat elektrik enerjisi istehsal edilib AES dayandirildiqdan sonra 1 nomreli blokda buxar generatorlarinin korpuslarinda 2 yerde diametri 1 metr olan kesik tedqiqat aparmaq ucun goturuldu Bunun neticesinde 1 nomreli blok istifadeye yararsiz hala dusdu Buxar generatorlarini berpa etmek mumkun deyil ve evezlenmesi cox bahalidir AES bloklarinin avadanligi qismen komplektlesdirilmis ve satilmisdir Ermenistan uzlesdiyi ciddi bohranla elaqedar 1993 cu ilde AES in fealiyyetini berpa etmek barede qerar qebul edib ve 1995 ci ilde 2 ci enerji bloku ise salinib Texniki xususiyyetleriErmenistan AES Qafqazda unikal layihedir diger analoqu yoxdur Bu AES Rusiyanin kohne VVER 440 reaktoru ile techiz edilen iki enerji blokundan ibaretdir Her blokun istilik gucu 1375 MVt elektrik enerji gucu ise 440 MVt dir Movcud tehlukesizlik problemlerinden dolayi enerji blokunun 1995 ci ilde yeniden ise salinmasindan sonra enerji blokunun enerji gucu 92 e qeder mehdudlasdirilib yeni enerji blokunun icaze verilmis 1240 MVt dan ve ya 375 MVt den cox olmamalidir Hazirda AES in yalniz ikinci enerji bloku fealiyyetdedir Irevanin Moskvaya uran yanacagina gore yaranan 53 milyon dollarliq borcu muqabilinde AES in idare edilmesi 2003 cu ilde Rusiyanin sirketine hevale edilib Stansiyanin idare edilmesi 2012 ci ilde yeniden Ermenistan dovletinin nezaretine kecib 1989 cu ile qeder stansiyada istifade olunmus nuve yanacagi qaliqlari o zamanki RSFSR e aparilirdi Ondan sonra meydana gelen butun yanacaq tullantilari Metsamor AES de Fransanin sirketi terefinden tikilmis xususi saxlama anbarinda istifade olunmayan ilk enerji blokunun reaktorunda hemcinin yanacaq saxlanma hovuzunda saxlanilir Istifade olunmus uran yanacagindan xususi meqsedler ucun istifade olunan plutonium elde etmek olar Ermenistan terefi istifade olunmus yanacaq qaliqlarinin Rusiyaya dasinmasi haqqinda danisiqlar aparir 2019 cu il ucun yanacaq tullantilarinin saxlanma anbarinin 20 i dolub Hedden artiq cox radioaktiv oldugu ucun tullantilari teyyare ile dasinmasi mumkun deyil quru yolla Gurcustan uzerinden tullantilarin dasinmasi ise siyasi sebeblere gore mumkun olmur 2020 ci ilde basa catan quru nuve yanacagi anbarinin istismarina dair lisenziya daha 30 il muddetine uzadilacaq Ermenistan AES de elektrik enerjisinin istehsali 2015 ci ilde 2 780 milyard kvt saat en yuksek 2018 ci ilde 1 862 milyard kvt saat 2019 cu ilde 1 330 milyard kvt saat 2021 dan 3 0 3 3 milyard kVt saat plan Zelzeleye dayaniqligiZavod 8 bal gucunde zelzelenin bas vere bileceyi bolgeye yaxin Serqi Anadolu sinma xetti uzerindeki aktiv seysmik zonada yerlesir AES in etrafinda 5 tektonik qirilma xetti movcuddur ki onlardan da biri stansiyadan cemi 500 metr aralida yerlesir Lakin o yalniz 7 bal gucunde zelzelelere muqavimet gostere bilme gucunde qurasdirilib Tehlukesizlik baximindan menfi cehetlerden biri kimi qeza zamani yuksek dagliq erazide yerlesen ve qorunma qalxanina malik olmayan stansiyanin 2 ci reaktorunun soyudulmasi ile bagli problem de qeyd edilir 2004 ci ilde Avropa Ittifaqi Metsamor nuve stansiyasinin butun bolge ucun tehluke toretdiyini ifade ederek Ermenistana AES in baglanilmasi ucun 200 milyon avro kredit vermeyi teklif etse de Ermenistan hokumeti bu miqdari yetersiz gormus ve fantastik bir mebleg 1 milyard avro teleb etmisdi Bu mebleg Avropa Ittifaqi rehberliyi terefinden qebul edilmemisdi buna cavab olaraq Ermenistan da Metsamoru baglamayacagini elan etmisdi Gelecek planlarMetsamor AES in ilkin istismar muddeti dizayna esasen 2016 ci ilde basa catmisdir 2011 ci ilde stansiyada yoxlama aparan Beynelxalq Atom Enerjisi Agentliyinin ekspertleri stansiyanin istismar muddetinden daha artiq muddete istifadesinin mumkun oldugu qenaetine gelibler Bununla elaqedar Ermenistan hokumeti stansiyanin ikinci blokunun temir vasitesile istismar muddetini 10 il daha 2026 ci ile qeder uzatmaq qerarina geldi Metsamor AES in temirinin maliyyelesdirmesi barede razilasma Ermenistan ve Rusiya arasinda 2014 cu ilde imzalanib Ermenistan Rusiya hokumetinden alinmis maliyye ile Metsamor AES de yenilenme isleri heyata kecirir ve Rusiyadan alinmis bu maliyyeye 15 illik muddete verilen 270 milyon dollar kredit ve 30 milyon dollar qrant daxildir Ermenistanin bas naziri Nikol Pasinyan bildirib ki maliyye muddetinin daha bir il 2020 ci ile qeder uzadilmasi haqqinda Rusiya hokumeti ile danisiqlar aparilir Lakin Ermenistan temir muddetinin uzadilmasi ucun elave kreditden imtina ederek bunu daxili resurslar hesabina maliyyelesdirmek qerarina geldi Rusiyanin sirketinin idaretmesi altinda olan Rosatom Servis sirketi atom stansiyasinin esasli temirini heyata keciren bas podratci sirketdir Temir esasinda 2018 ci ilde baslayan AES deki temirde generatorlu turbinleri deyisdirilir Novbeti il erzinde reaktorun metal divarlarini berkitmek planlanir Ermenistan terefinden kreditin odenilmesine ise AES in temiri basa catdiqdan sonra 2021 ci ilde baslanilmasi nezerde tutulur Temirden sonra AES bir nece yuz milyon kvt saat daha artiq enerji istehsal edecek Stansiyanin maksimum istehsal gucu 3 3 milyon kilovatt saata qeder artirilacaq Bu elave istehsal hesabina kreditin odenilmesi planlasdirilir Temir neticesinde Metsamor AES in istismar muddeti 2026 ci iledek artirilacaq Metsamor stansiyasinin temiri ucun kredit mebleginin texminen 15 i radioaktiv tullantilar ve islenmis nuve yanacagi saxlanmasi sistemlerinin temirine serf edilib Beynelxalq mutexessislerin reyi esasinda stansiyanin istismar muddeti iki defe artirilib Mutexessisler reaktorun 2036 ci ile qeder problemsiz isleye bileceyine emin edirler Ancaq bu son tarixdir Ermenistan Erazi Idareetmesi ve Alt Strukturlar naziri Suren Papikyan temir isleri basa catdiqdan sonra Metsamordaki enerji blokunun omrunun 2026 ci ile qeder uzadilacagini lakin onun 2036 ci ile qeder de istismar edile bileceyini bildirib Ermenistan hokumeti dovriyyeye qoydugu 2040 ci ile qeder Ermenistan Respublikasinin enerji sektoru inkisafinin strateji proqrami nda 2026 ci ilden sonra da yeni tikiliye qeder Metsamor Atom Elektrik Stansiyasini istismar etmeye davam etmek niyyetinde oldugunu gosterib 2021 ci ilin evvelinde Avropa Komissiyasi Ermenistanla terefdasliq sazisinin 2020 ci ilde icra olunmasina dair hesabatinda qeyd edib ki Metsamor AES qurulusuna gore nuve tehlukesizliyine dair beynelxalq standartlara uygun yeniden qurula bilmediyine gore en tez bir vaxtda baglanilmalidir Ermenistan Bas Naziri N Pasinyan yeni nuve elektrik stansiyasinin insasina 2025 ci ilin iyun ayindan evvel baslanacagini bildirib Ermenistan hokumeti yeni atom elektrik stansiyasinin insasi ucun Rusiyanin meden sirketi olan Geopromining le danisiqlar aparir Qezalar1982 ci il oktyabrin 15 de Metsamor AES de bas vermis yangin yalniz 7 saatdan sonra ciddi seyler gosterildikden sonra sondurule bildi Masin zali ziyan gordu Umumi deyen maddi zerer texminen 1 milyon rubl teskil edirdi 1982 ci ilin qiymetlerinde Hemcinin baxAtom Elektrik StansiyasiIstinadlar Metsamor atom stansiyasi 2019 05 16 tarixinde Istifade tarixi 2019 12 08 2020 07 13 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 03 30 Movses Vardanyan Ermenistan AES 2018 ci ilin sonuna qeder tam gucu ile isleyecek 2022 03 27 tarixinde Istifade tarixi 2020 03 30 2019 12 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 12 08 Ermenistan AES in yanacagindan Rusiya istifade ede biler Armatom direktoru Hazirda Ermenistandan Rusiyaya AES in islenmis nuve yanacagi gonderile bilmez 2019 08 31 tarixinde Istifade tarixi 2020 03 30 Experience Gained from Fires in Nuclear Power Plants 2022 03 27 tarixinde Istifade tarixi 2019 12 08 Nuclear Risk in Central Asia edited by Brit Salbu Lindis Skipperud 2022 03 27 tarixinde Istifade tarixi 2019 12 08 Metsamor Atom Elektrik Stansiyasi Regionun saatli bomba si 2020 08 15 tarixinde Istifade tarixi 2019 12 08 Armenia Passes International Nuclear Safety Test 2022 03 27 tarixinde Istifade tarixi 2019 12 08 2019 12 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 12 08 Pasinyan Ermenistanin Rusiya kreditinden imtina etmesinin sebeblerini izah etmeye calisib 2022 03 27 tarixinde Istifade tarixi 2020 06 12 2019 12 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 12 08 Region ucun yeni Metsamor tehlukesi Pasinyan Moskvadan siyasi destek qarsiliginda Parisin maraqlarini guzeste getdi 2022 03 27 tarixinde Istifade tarixi 2021 04 18 2019 12 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 12 11 2019 12 08 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 12 08 Ermenistan yeni atom elektrik stansiyasi tikmeyi planlasdirir 2022 03 27 tarixinde Istifade tarixi 2021 10 06 Cernobil qezasi 2022 06 21 tarixinde Istifade tarixi 2019 12 19