Manfred Albrext Freyherr fon Rixthofen (2 may 1892[…], Vrotslav, Almaniya Reyxi[d] – 21 aprel 1918[…], Vo-sur-Somm[d], Fransa) – Birinci dünya müharibəsində iştirak etmiş alman pilot. "Qırmızı baron" ləqəbi ilə tanınır. Müharibənin as-pilotlarından olan Rixthofen 80 hava döyüşü qələbəsi qazanmışdır.
Manfred fon Rixthofen | |
---|---|
alm. Manfred von Richthofen | |
Doğum tarixi | 2 may 1892[…] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 aprel 1918[…](25 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | güm. döyüşdə ölüm |
Dəfn yeri |
|
Fəaliyyəti | zabit |
Fəaliyyət illəri | 1911-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Əslində süvari olsa da, 1915-ci ildə Hava Xidmətinə transfer olunmuş və 1916-cı ildə Jagdstaffel 2 eskadrasının ilk üzvlərindən biri olmuşdur. Tezliklə tanınmış döyüş pilotuna çevrilmiş və 1917-ci ildə Jasta 11-in lideri olmuşdur. Daha sonra "Uçan sirk" və ya "Rixthofenin sirki" kimi də tanınan daha böyük qol olan Jagdgeschwader 1-in lideri təyin olunmuşdur. Belə adlanmasının səbəbi təyyarələrinin parlaq rənglərə malik olması, birliyin sirk kimi bir yerdən digər yerə köçürülməsi və tez-tez çadırlardan istifadə etməsidir. 1918-ci ildə Rixthofen Almaniyada milli qəhrəman elan edilmiş və düşmənləri tərəfindən hörmət bəslənilmişdir.
Rixthofen 21 aprel 1918-ci ildə Vo-su-Somm yaxınlığında vurulmuş və öldürülmüşdür. Onun karyerası və ölümünün aspektləri haqqında müzakirələr və debatlar aparılır. O, bütün dövrlərin ən tanınmış döyüş pilotuna çevrilmiş, bir çox kitab və filmin mövzusu olmuşdur.
Rixthofen "baron" kimi tərcümə olunan freyherr ("azad lord") tituluna malik idi. Ailəsinin üzvləri də bu titulun daşıyıcıları idilər. Rixthofen öz təyyarəsini qırmızı rəngə boyamışdır və tituluna görə də "Qırmızı baron" ləqəbi ilə məşhurlaşmışdır. Həyatda ikən Almaniyada daha çox "Qırmızı döyüş pilotu" (alm. Der Rote Kampfflieger) ləqəbi ilə tanınırdı. Bu ad Rixthofenin 1917-ci ilə aid avtobioqrafiyasında başlıq kimi istifadə olunmuşdur.
İlk illəri
Manfred Freyherr fon Rixthofen 2 may 1892-ci ildə Aşağı Sileziyanın Kleynburq şəhərində prussiyalı zadəgan ailədə anadan olmuşdur. Atası mayor Albrext Filipp Karl Yulius Freyherr fon Rixthofen, anası Kuniqunde fon Şikfuss und Neydorffdur. Özündən böyük bacısı (İlza) və kiçik iki qardaşı vardı.
Dörd yaşında ikən Manfred ailəsi ilə Şveydnits yaxınlığına köçmüşdür. At minmək, ov etmək və məktəbdə gimnastika ilə məşğul olmağı sevirdi. Paralel çubuqlar idmanında ustalaşmış və məktəbdə bir neçə mükafat qazanmışdır. O və qardaşları (Lotar və Bolko) qaban, birdirçin, quşlar və maral ovlayırdılar.
Ev təhsili aldıqdan sonra Şveydnitsdəki bir məktəbə daxil olan Manfred 11 yaşında hərbi biliklərə yiyələnməyə başlamışdır. 1911-ci ildə hərbi təhsilini başa vurduqdan sonra Ulan süvari dəstəsi olan "Russiyalı III Aleksandrın birinci ulan süvari dəstəsinə (birinci Qərbi Prussiya)" qoşulmuş və dəstənin üçüncü eskadrasına göndərilmişdir.
Birinci dünya müharibəsi başlayanda Rixthofen Şərq və Qərb cəbhələrində süvari kimi xidmət göstərmiş, Rusiya, Fransa və Belçikada döyüşmüşdür. Lakin siper müharibəsinin yayılmasından sonra süvari dəstələrinin əhəmmiyyəti azalmış və Rixthofenin dəstəsi ləğv olunmuşdur. Buna görə də bir müddət sahə telefon operatoru kimi xidmət göstərmişdir. Döyüşdə birbaşa iştirak etməməsindən narazı qalan və sıxılan Rixthofenə ordunun tədarük şöbəsinə transferinin əmr olunması onu daha da narazı salmışdır. Onun hava qüvvələrinə marağı Almaniya təyyarələrini təftiş edərkən yaranmışdı və İmperial Almaniya Ordu Hava Xidmətinə müraciət etmişdir. O, transfer müraciətində bu sözləri yazmışdır: "Mən müharibəyə pendir və yumurta yığmaq üçün yox, başqa məqsədlə gəlmişəm". Rixthofenin tələbi qəbul olunmuşdur və o, 1915-ci ilin may ayının sonunda hava xidmətinə qoşulmuşdur.
1915-ci ilin iyun-avqust aylarında Rixthofen 39-cu Uçan eskadra ilə birlikdə Şərq cəbhəsi üzərində kəşfiyyat xarakterli missiyalarda iştirak etmişdir. Şampanyaya tranfer olunarkən ona hücum edən fransız Farman təyyarəsini Fransa xətti üzərində vurduğu güman olunur, lakin təyyarə Müttəfiqlərin ərazisinə düşdüyündən bunu təsdiqləmək mümkün olmayıb.
Pilot karyerası
Manfred fon Rixthofenin alman as pilotu Osvald Bölke ilə görüşmə fürsəti olmuşdur. Bölke ona 1915-ci ilin dekabrında pilot kimi məşq etməsinə başçılıq etmişdir. 1916-cı ilin dekabrında Manfred qardaşı Lotarı Lubendəki yeni qoşunların təlimindən "xilas etmiş" və onu hava qüvvələrinə qoşulmağa təşviq etmişdir. Növbəti ay Manfred 2-ci bombardımançı eskadraya qoşulmuş və iki oturacaqlı Albatros C.III təyyarəsi ilə uçmağa başlamışdır. Əvvəlcə o, orta səviyyəli pilotlardan belə geri qalırdı. O, təyyarəsini kontrol etməkdə çətinlik çəkmiş və ilk uçuşunda qəzaya uğramışdır. Pis başlamasına baxmayaraq, o tezliklə təyyarəsinə öyrəşmişdir. 26 aprel 1916-cı ildə Verden üzərində ikən Fransaya məxsus Nieuport təyyarəsinə atəş açmış və Duomon qəsri üzərində vurmuşdur. Lakin rəsmi şəkildə vurduğu açıqlanmamışdır. Bir həftə sonra təcrübəli pilotların qasırğaya qarşı uçma məsləhətinə məhəl qoymamağa qərar vermişdir. Daha sonra bu cür havadan qurtulduğu üçün bəxtəvər olduğunu və əmr edilmədiyi müddətcə bir daha bu cür şəraitdə uçmamağa and içdiyini qeyd etmişdir.
Rixthofen Şərq cəbhəsi üzərindəki iki nəfərlik uçuşundan sonra 1916-cı ilin avqustunda Osvald Bölke ilə bir daha görüşmüşdür. Bölke yenicə yaradılmış, Almaniyanın ilk döyüşçü eskadralarından biri olan Jasta 2 üçün namizədlər tapmaq üçün şərqi ziyarət edirdi və Rixthofeni birliyə qatılmaq üçün seçmişdir. Bölke 28 oktyabr 1916-cı ildə dost təyyarəsi ilə toqquşduqdan sonra ölmüşdür və Rixthofen bu hadisəyə şahidlik etmişdir.
Rixthofen öz ilk rəsmi hava döyüşü qələbəsini 17 sentyabr 1916-cı ildə Fransanın Kambre səmalarında əldə etmişdir. Avtobioqrafiyasında yazırdı ki, "düşən düşmənimin gözəl qəbrinə bir daş yerləşdirdiyim üçün şərəf hissi keçirdim". O, Berlində bir zərgərlə əlaqə saxlamış və üzərində tarix və düşmən təyyarəsinin tipi qeyd olunan gümüş qədəh sifariş etmişdir. O, 60 qədəhə çatana qədər hər qələbəsini bu cür qeyd etməyə davam etmişdir. Blokadaya düşmüş Almaniyada gümüş ehtiyatının tükənməsindən sonra o, gümüş qədəh ala bilməmişdir. Başqa metaldan qədəh sifariş etməkdənsə, bir daha qədəh sifariş etməməyi seçmişdir.
Qardaşı Lotar (40 qələbə) riskli, aqresiv taktikalardan istifadə edirdi, lakin Manfred həm eskadrasının, həm pilotlarının uğurunu təmin etmək üçün "Dicta Boelcke" adlı taktikalar sistemi tətbiq etmişdir. O, qardaşı və ya Verner Foss kimi görkəmli və ya aerobatik pilot deyildi, lakin taktikaçı, lider və sərrast döyüş pilotu idi. Hücum edərkən yuxarıdan enərək hücum etməyi seçirdi və günəşi arxasına alırdı. Digər pilotlar isə onu yandan qoruyurdular.
23 noyabr 1916-cı ildə Rixthofen ən böyük düşməni britaniyalı as mayor Leno Houkeri vurmuşdur. Rixthofen onu "britaniyalı Bölke" kimi təsvir etmişdir. Qələbə zamanı Rixthofen Albatros D.II, Houker isə köhnə DH.2 ilə uçurdu. Uzun döyüşdən sonra Houker başının arxasından vurulmuş və düşmən xətlərindən qaçmağa çalışmışdır. Bu döyüşdən sonra Rixthofen sürəti az olsa belə daha yaxşı manevr qabiliyyətinə malik döyüş təyyarəsinə ehtiyacı olduğuna qərar vermişdir. 1917-ci ilin yanvarında Albatros D.III-ə keçmişdir və 24 yanvarda arxa qanadının dirəyindəki problemə qədər bu təyyarə ilə iki qələbə qazanmışdır. Buna görə də növbəti 5 həftə ərzində yenə Albatros D.II və ya Halberstadt D.II təyyarələrindən istifadə etmişdir.
6 martda Rixthofen Halberstadt təyyarəsi ilə Britaniyanın 40-cı Krallıq Hava Qüvvələri Eskadrasının F.E.8 təyyarələri ilə döyüşən zaman təyyarəsinin yanacaq çəni vurulmuşdur (çox güman ki, bu döyüşün qələbə qazanan pilotu kimi göstərilən Edvin Benbou tərəfindən). Rixthofen təyyarəsi alov almadan endirməyi bacarmışdır. Daha sonra Albatros D.II ilə 9 martda bir qələbə daha qazanmış, lakin Albatros D.III ayın qalan hissəsi üçün yararsız vəziyyətə düşdüyündən yenə Halberstadt D.II-yə qayıtmışdır. 2 aprel 1917-ci ildə Albatros D.III-ə qayıtmışdır və iyun ayında Albatros D.V-ə keçənə qədər bu təyyarə ilə 22 qələbə qazanmışdır.
Rixthofen 1917-ci ilin iyulundan etibarən Fokker Dr.I ilə uçmağa başlamışdır. Bu üçqanadlı təyyarə Rixthofen ilə birlikdə xatırlanan ən populyar təyyarə olmuşdur. Buna baxmayaraq, noyabr ayında gücləndirilmiş qanadlarla təchiz edilənə qədər ondan istifadə etməmişdir. Populyarlığına baxmayaraq o, bu təyyarə ilə cəmi 19 qələbə qazanmışdır. Ləqəbini və reputasiyasını qazandığı əsl təyyarə 1917-ci ilin yanvarında qırmızı rəngə boyadığı Albatros D.III (seriya nömrəsi 789/16) idi.
Rixthofen Almaniya hava qüvvələrinin çatışmazlıqlarını aradan qaldırmaq üçün Fokker D.VIII modelinin inkişaf etdirilməsinə təklifləri ilə dəstək olmuşdur. O, yeni modellə döyüşdə iştirak etməmişdir, çünki hərbi xidmətlər üçün istifadəyə verilməsindən qabaq öldürülmüşdür.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Manfred, baron von Richthofen // Encyclopædia Britannica (ing.).
- Deutsche Nationalbibliothek Record #118600575 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Manfred Albrext Freyherr fon Rixthofen 2 may 1892 Vrotslav Almaniya Reyxi d 21 aprel 1918 Vo sur Somm d Fransa Birinci dunya muharibesinde istirak etmis alman pilot Qirmizi baron leqebi ile taninir Muharibenin as pilotlarindan olan Rixthofen 80 hava doyusu qelebesi qazanmisdir Manfred fon Rixthofenalm Manfred von Richthofen Dogum tarixi 2 may 1892 1892 05 02 Dogum yeri Vrotslav Almaniya Reyxi d Vefat tarixi 21 aprel 1918 1918 04 21 25 yasinda Vefat yeri Vo sur Somm d FransaVefat sebebi gum doyusde olumDefn yeri Cenub Veysbaden qebiristanligi d Fealiyyeti zabitFealiyyet illeri 1911 ci ilden Vikianbarda elaqeli mediafayllar Eslinde suvari olsa da 1915 ci ilde Hava Xidmetine transfer olunmus ve 1916 ci ilde Jagdstaffel 2 eskadrasinin ilk uzvlerinden biri olmusdur Tezlikle taninmis doyus pilotuna cevrilmis ve 1917 ci ilde Jasta 11 in lideri olmusdur Daha sonra Ucan sirk ve ya Rixthofenin sirki kimi de taninan daha boyuk qol olan Jagdgeschwader 1 in lideri teyin olunmusdur Bele adlanmasinin sebebi teyyarelerinin parlaq renglere malik olmasi birliyin sirk kimi bir yerden diger yere kocurulmesi ve tez tez cadirlardan istifade etmesidir 1918 ci ilde Rixthofen Almaniyada milli qehreman elan edilmis ve dusmenleri terefinden hormet beslenilmisdir Rixthofen 21 aprel 1918 ci ilde Vo su Somm yaxinliginda vurulmus ve oldurulmusdur Onun karyerasi ve olumunun aspektleri haqqinda muzakireler ve debatlar aparilir O butun dovrlerin en taninmis doyus pilotuna cevrilmis bir cox kitab ve filmin movzusu olmusdur Rixthofen baron kimi tercume olunan freyherr azad lord tituluna malik idi Ailesinin uzvleri de bu titulun dasiyicilari idiler Rixthofen oz teyyaresini qirmizi renge boyamisdir ve tituluna gore de Qirmizi baron leqebi ile meshurlasmisdir Heyatda iken Almaniyada daha cox Qirmizi doyus pilotu alm Der Rote Kampfflieger leqebi ile taninirdi Bu ad Rixthofenin 1917 ci ile aid avtobioqrafiyasinda basliq kimi istifade olunmusdur Ilk illeriManfred Freyherr fon Rixthofen 2 may 1892 ci ilde Asagi Sileziyanin Kleynburq seherinde prussiyali zadegan ailede anadan olmusdur Atasi mayor Albrext Filipp Karl Yulius Freyherr fon Rixthofen anasi Kuniqunde fon Sikfuss und Neydorffdur Ozunden boyuk bacisi Ilza ve kicik iki qardasi vardi Dord yasinda iken Manfred ailesi ile Sveydnits yaxinligina kocmusdur At minmek ov etmek ve mektebde gimnastika ile mesgul olmagi sevirdi Paralel cubuqlar idmaninda ustalasmis ve mektebde bir nece mukafat qazanmisdir O ve qardaslari Lotar ve Bolko qaban birdircin quslar ve maral ovlayirdilar Ev tehsili aldiqdan sonra Sveydnitsdeki bir mektebe daxil olan Manfred 11 yasinda herbi biliklere yiyelenmeye baslamisdir 1911 ci ilde herbi tehsilini basa vurduqdan sonra Ulan suvari destesi olan Russiyali III Aleksandrin birinci ulan suvari destesine birinci Qerbi Prussiya qosulmus ve destenin ucuncu eskadrasina gonderilmisdir Birinci dunya muharibesi baslayanda Rixthofen Serq ve Qerb cebhelerinde suvari kimi xidmet gostermis Rusiya Fransa ve Belcikada doyusmusdur Lakin siper muharibesinin yayilmasindan sonra suvari destelerinin ehemmiyyeti azalmis ve Rixthofenin destesi legv olunmusdur Buna gore de bir muddet sahe telefon operatoru kimi xidmet gostermisdir Doyusde birbasa istirak etmemesinden narazi qalan ve sixilan Rixthofene ordunun tedaruk sobesine transferinin emr olunmasi onu daha da narazi salmisdir Onun hava quvvelerine maragi Almaniya teyyarelerini teftis ederken yaranmisdi ve Imperial Almaniya Ordu Hava Xidmetine muraciet etmisdir O transfer muracietinde bu sozleri yazmisdir Men muharibeye pendir ve yumurta yigmaq ucun yox basqa meqsedle gelmisem Rixthofenin telebi qebul olunmusdur ve o 1915 ci ilin may ayinin sonunda hava xidmetine qosulmusdur 1915 ci ilin iyun avqust aylarinda Rixthofen 39 cu Ucan eskadra ile birlikde Serq cebhesi uzerinde kesfiyyat xarakterli missiyalarda istirak etmisdir Sampanyaya tranfer olunarken ona hucum eden fransiz Farman teyyaresini Fransa xetti uzerinde vurdugu guman olunur lakin teyyare Muttefiqlerin erazisine dusduyunden bunu tesdiqlemek mumkun olmayib Pilot karyerasiManfred fon Rixthofenin alman as pilotu Osvald Bolke ile gorusme furseti olmusdur Bolke ona 1915 ci ilin dekabrinda pilot kimi mesq etmesine basciliq etmisdir 1916 ci ilin dekabrinda Manfred qardasi Lotari Lubendeki yeni qosunlarin teliminden xilas etmis ve onu hava quvvelerine qosulmaga tesviq etmisdir Novbeti ay Manfred 2 ci bombardimanci eskadraya qosulmus ve iki oturacaqli Albatros C III teyyaresi ile ucmaga baslamisdir Evvelce o orta seviyyeli pilotlardan bele geri qalirdi O teyyaresini kontrol etmekde cetinlik cekmis ve ilk ucusunda qezaya ugramisdir Pis baslamasina baxmayaraq o tezlikle teyyaresine oyresmisdir 26 aprel 1916 ci ilde Verden uzerinde iken Fransaya mexsus Nieuport teyyaresine ates acmis ve Duomon qesri uzerinde vurmusdur Lakin resmi sekilde vurdugu aciqlanmamisdir Bir hefte sonra tecrubeli pilotlarin qasirgaya qarsi ucma meslehetine mehel qoymamaga qerar vermisdir Daha sonra bu cur havadan qurtuldugu ucun bextever oldugunu ve emr edilmediyi muddetce bir daha bu cur seraitde ucmamaga and icdiyini qeyd etmisdir Rixthofen Serq cebhesi uzerindeki iki neferlik ucusundan sonra 1916 ci ilin avqustunda Osvald Bolke ile bir daha gorusmusdur Bolke yenice yaradilmis Almaniyanin ilk doyuscu eskadralarindan biri olan Jasta 2 ucun namizedler tapmaq ucun serqi ziyaret edirdi ve Rixthofeni birliye qatilmaq ucun secmisdir Bolke 28 oktyabr 1916 ci ilde dost teyyaresi ile toqqusduqdan sonra olmusdur ve Rixthofen bu hadiseye sahidlik etmisdir Rixthofen oz ilk resmi hava doyusu qelebesini 17 sentyabr 1916 ci ilde Fransanin Kambre semalarinda elde etmisdir Avtobioqrafiyasinda yazirdi ki dusen dusmenimin gozel qebrine bir das yerlesdirdiyim ucun seref hissi kecirdim O Berlinde bir zergerle elaqe saxlamis ve uzerinde tarix ve dusmen teyyaresinin tipi qeyd olunan gumus qedeh sifaris etmisdir O 60 qedehe catana qeder her qelebesini bu cur qeyd etmeye davam etmisdir Blokadaya dusmus Almaniyada gumus ehtiyatinin tukenmesinden sonra o gumus qedeh ala bilmemisdir Basqa metaldan qedeh sifaris etmekdense bir daha qedeh sifaris etmemeyi secmisdir Qardasi Lotar 40 qelebe riskli aqresiv taktikalardan istifade edirdi lakin Manfred hem eskadrasinin hem pilotlarinin ugurunu temin etmek ucun Dicta Boelcke adli taktikalar sistemi tetbiq etmisdir O qardasi ve ya Verner Foss kimi gorkemli ve ya aerobatik pilot deyildi lakin taktikaci lider ve serrast doyus pilotu idi Hucum ederken yuxaridan enerek hucum etmeyi secirdi ve gunesi arxasina alirdi Diger pilotlar ise onu yandan qoruyurdular 23 noyabr 1916 ci ilde Rixthofen en boyuk dusmeni britaniyali as mayor Leno Houkeri vurmusdur Rixthofen onu britaniyali Bolke kimi tesvir etmisdir Qelebe zamani Rixthofen Albatros D II Houker ise kohne DH 2 ile ucurdu Uzun doyusden sonra Houker basinin arxasindan vurulmus ve dusmen xetlerinden qacmaga calismisdir Bu doyusden sonra Rixthofen sureti az olsa bele daha yaxsi manevr qabiliyyetine malik doyus teyyaresine ehtiyaci olduguna qerar vermisdir 1917 ci ilin yanvarinda Albatros D III e kecmisdir ve 24 yanvarda arxa qanadinin direyindeki probleme qeder bu teyyare ile iki qelebe qazanmisdir Buna gore de novbeti 5 hefte erzinde yene Albatros D II ve ya Halberstadt D II teyyarelerinden istifade etmisdir 6 martda Rixthofen Halberstadt teyyaresi ile Britaniyanin 40 ci Kralliq Hava Quvveleri Eskadrasinin F E 8 teyyareleri ile doyusen zaman teyyaresinin yanacaq ceni vurulmusdur cox guman ki bu doyusun qelebe qazanan pilotu kimi gosterilen Edvin Benbou terefinden Rixthofen teyyaresi alov almadan endirmeyi bacarmisdir Daha sonra Albatros D II ile 9 martda bir qelebe daha qazanmis lakin Albatros D III ayin qalan hissesi ucun yararsiz veziyyete dusduyunden yene Halberstadt D II ye qayitmisdir 2 aprel 1917 ci ilde Albatros D III e qayitmisdir ve iyun ayinda Albatros D V e kecene qeder bu teyyare ile 22 qelebe qazanmisdir Rixthofen 1917 ci ilin iyulundan etibaren Fokker Dr I ile ucmaga baslamisdir Bu ucqanadli teyyare Rixthofen ile birlikde xatirlanan en populyar teyyare olmusdur Buna baxmayaraq noyabr ayinda guclendirilmis qanadlarla techiz edilene qeder ondan istifade etmemisdir Populyarligina baxmayaraq o bu teyyare ile cemi 19 qelebe qazanmisdir Leqebini ve reputasiyasini qazandigi esl teyyare 1917 ci ilin yanvarinda qirmizi renge boyadigi Albatros D III seriya nomresi 789 16 idi Rixthofen Almaniya hava quvvelerinin catismazliqlarini aradan qaldirmaq ucun Fokker D VIII modelinin inkisaf etdirilmesine teklifleri ile destek olmusdur O yeni modelle doyusde istirak etmemisdir cunki herbi xidmetler ucun istifadeye verilmesinden qabaq oldurulmusdur IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Manfred baron von Richthofen Encyclopaedia Britannica ing Deutsche Nationalbibliothek Record 118600575 Umumi tenzimleme nezareti GND alm 2012 2016