Metodologiya
Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.
İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.*
Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.
Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Sub-indeks üzrə nəticələr
Sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkələr ifrat sağ nöqtəyə yaxın yerləşən İsveçrə və Danimarkadır (0,025). Bu sub-indeks üzrə ən solçu ölkə isə İndoneziyadır (0,525). Lüksemburq (0,448), Fransa (0,446) və Meksika da (0,430) işçilərin sosial haqlarının qorunmasına ən çox önəm verən və qarşılığında şirkətlərin sərbəstliyini ən çox məhdudlaşdıran ölkələr sırasındadır. ABŞ (0,050), Çex Respublikası (0,051), İrlandiya (0,083), Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan isə (hər biri – 0,086), əksinə, iş sahiblərinə bu sahədə geniş hüquqlar verir, amma əvəzində işçilərin hüquqlarını məhdudlaşdırır. Azərbaycan (0,179) bu sub-indeks üzrə liberal dövlətlər sırasındadır və nisbi mərkəzdən də, mediandan da xeyli sağdadır.
İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların stoxastik sıralanması təsdiq edir ki, iş vaxtının, işəgötürmə və işdənçıxarma qaydalarının liberallığı və ya dövlət tərəfindən, müəyyən həddlər daxilində, sərt tənzimlənməsi iqtisadi inkişafı şərtləndirmir və onunla şərtlənmir.
Həmçinin bax
Xarici keçidlər
- İQTISADİYYATIN SOLLUĞU (SAĞLIĞI) İNDEKSİ – 2015
- NAZİM MÜZƏFFƏRLİ, İQTİSADİYYATIN SOSİALYÖNLÜYÜ SAĞÇI VƏ SOLÇU SİSTEMLƏRDƏ, Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2014
- AMEA, AMEA İqtisadiyyat İnstitutunda görüş keçirilib
- MAYİS GULALİYEV, İQTİSADİ LİBERALLAŞMA VƏ İQTİSADİYYATIN SOLLUQ (SAĞLIQ) İNDEKSİ, AMEA İqtisadiyyat İnstitutu «ELM İ ƏSƏ RL Ə R» - № 3- 2015
- M.Gülalıyev, F.Musayeva. Azərbaycan və Türkiyədə iqtisadiyyatın solluq (sağlıq) indeksi (Müqayisəli qiymətləndirmə) // AMEA Iqtisadiyyat Institutunun "Elmi Əsərlər" Toplusu, 2015 №4
- M.Gülalıyev, F.Musayeva. İqtisadi liberallaşma və iqtisadiyyatın solluq (sağlıq) indeksi // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2015 №3
İstinadlar
- "SUB-İNDEKSLƏR ÜZRƏ NƏTİCƏLƏR". 2022-01-17 tarixində . İstifadə tarixi: 2017-09-18.
- "WORLD ECONOMIC FORUM - Global Competitiveness Report 2014-2015" (PDF). 2018-12-26 tarixində . İstifadə tarixi: 2017-09-18.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
MetodologiyaMesgullugun tenzimlenmesi sub indeksi is sahibi ile muzdlu isci arasinda emek prosesinin teskili ile bagli munasibetlere dovletin ne derecede mudaxile etmesini olcur Enenevi sosial proqramlardan ferqli olaraq bu mudaxile birbasa sosial mudafie meqsedleri gudur Iscinin birbasa sosial mudafiesinin guclendirilmesi bir qayda olaraq is sahibinin serbestliyini mehdudlasdirmaq hesabina basa gelir Iki alt indeks Mesgullugun tenzimlenmesinin sertliyi alt indeksi ve Isdencixarma xercleri alt indeksi esasinda hesablanmisdir Bunlarin birincisi oz novbesinde uc gosterici isegoturmenin asanligi cetinliyi is vaxtinin tenzimlenmesinin sertliyi ve isdencixarmanin asanligi cetinliyi esasinda sayilir Birinci alt indeksin 3 komponentden ibaret oldugu ve mesgullugun tenzimlenmesinde bunlarin toplam rolunun daha yuksek oldugu nezere alinaraq ona 0 75 ikinci alt indekse ise 0 25 cekileri verilmisdir Statistik menbe Dunya Iqtisadi Forumunun 2015 ci il ucun melumat bazasidir Dunya Banki biznes muhitini qiymetlendirerken olkeleri bir nov yaxsidan pise dogru is adamlarina daha rahat serait yaradanlardan onun isini tenzimleyici qaydalarla cetinlesdirenlere dogru siralayir Iqtisadiyyatin sagligi sollugu uzre tehlillerde pis ve yaxsi olkeler yoxdur sagci ve solcu iqtisadiyyata malik olan olkeler var Birinciler ucun sirketlerin operativ serbestliyi ikinciler ucunse iscilerin sosial mudafiesi daha yuksek prioritetdir Her iki alt indeks ucun Vmin 0 Vmax 100 goturulmusdur Sub indeks uzre neticelerMesgullugun tenzimlenmesi sub indeksi 2015Mesgullugun tenzimlenmesi sub indeksi uzre iqtisadiyyatin sollugu sagligi 2015 Sahibkarla muzdlu isci arasindaki emek munasibetlerinin tenzimlenmesinde en liberal olkeler ifrat sag noqteye yaxin yerlesen Isvecre ve Danimarkadir 0 025 Bu sub indeks uzre en solcu olke ise Indoneziyadir 0 525 Luksemburq 0 448 Fransa 0 446 ve Meksika da 0 430 iscilerin sosial haqlarinin qorunmasina en cox onem veren ve qarsiliginda sirketlerin serbestliyini en cox mehdudlasdiran olkeler sirasindadir ABS 0 050 Cex Respublikasi 0 051 Irlandiya 0 083 Birlesmis Ereb Emirlikleri ve Gurcustan ise her biri 0 086 eksine is sahiblerine bu sahede genis huquqlar verir amma evezinde iscilerin huquqlarini mehdudlasdirir Azerbaycan 0 179 bu sub indeks uzre liberal dovletler sirasindadir ve nisbi merkezden de mediandan da xeyli sagdadir Inkisaf etmis ve inkisaf etmekde olan iqtisadiyyatlarin stoxastik siralanmasi tesdiq edir ki is vaxtinin isegoturme ve isdencixarma qaydalarinin liberalligi ve ya dovlet terefinden mueyyen heddler daxilinde sert tenzimlenmesi iqtisadi inkisafi sertlendirmir ve onunla sertlenmir Hemcinin baxIqtisadiyyatin sollugu sagligi indeksi IS S I Xarici ticaret sub indeksi Lisenziyalasdirma sub indeksi MEH sub indeksi Sosial xercler sub indeksiXarici kecidlerIQTISADIYYATIN SOLLUGU SAGLIGI INDEKSI 2015 NAZIM MUZEFFERLI IQTISADIYYATIN SOSIALYONLUYU SAGCI VE SOLCU SISTEMLERDE Baki Serq Qerb Nesriyyat Evi 2014 AMEA AMEA Iqtisadiyyat Institutunda gorus kecirilib MAYIS GULALIYEV IQTISADI LIBERALLASMA VE IQTISADIYYATIN SOLLUQ SAGLIQ INDEKSI AMEA Iqtisadiyyat Institutu ELM I ESE RL E R 3 2015 M Gulaliyev F Musayeva Azerbaycan ve Turkiyede iqtisadiyyatin solluq sagliq indeksi Muqayiseli qiymetlendirme AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 4 M Gulaliyev F Musayeva Iqtisadi liberallasma ve iqtisadiyyatin solluq sagliq indeksi AMEA Iqtisadiyyat Institutunun Elmi Eserler Toplusu 2015 3Istinadlar SUB INDEKSLER UZRE NETICELER 2022 01 17 tarixinde Istifade tarixi 2017 09 18 WORLD ECONOMIC FORUM Global Competitiveness Report 2014 2015 PDF 2018 12 26 tarixinde Istifade tarixi 2017 09 18