İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor.
Məhəmməd İmanlı | |
---|---|
Doğum tarixi | 30 iyun 1962 (61 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi adı | |
Partiyası |
Həyatı
Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur.
100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Ailəlidir 3 övladı var.
Siyasi fəaliyyəti
Bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olmuşdur. Daha sonra isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olsa da daha sonra siyasətdən uzaqlaşmışdır.
Tədris-metodik işləri
- Cinayət hüququ. (Xüsusi hissə). Dərslik. Digesta nəşriyyatı, Bakı 2001.
- Hüquq fakültəsi qiyabi şöbəsi tələbələri üçün Metodik göstərişlər. BDU, Bakı 2003.
- Cinayət hüququ.(Xösusi hissə) Məsələlər toplusu ilə birgə. Dərslik. Digesta nəşriyyatı. Bakı 2004.
- Cinayət hüququ.(Xüsusi hissə üzrə). Proqram. Bakı, BDU, 2001.
- Cinayət hüququ. Dərs vəsaiti. AR DİN Polis Akademiyası. Bakı 2007.
- Mülkiyyət əleyhinə edilən cinayətlər. Dərslik. Bakı, "Əbilov, Zeynalov və oğulları" 2007.
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir: problemə tarixi baxış və bəzi beynəlxalq cinayət hüququ məsələləri. Kitab. Bakı. 'Apostrof.' 2009.
- Cinayət hüququ (Xüsusi hissə) Təcrübi materiallar toplusu ilə birgə dərslik. Bakı 'Zərdabi' Nəşriyyatı.2009.
Xarici keçidlər
- Məhəmməd Nağı oğlu İmanlı
- Bakı Dövlət Universitetinin professoru Məhəmməd İmanlı saxlanılıb. 2012-05-29 at the Wayback Machine
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində . İstifadə tarixi: 2021-10-22.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer