Lyon üsyanı (fr. Soulèvement de Lyon contre la Convention nationale) — 1793-cü ilin iyunundan noyabrına qədər davam etmişdir. Bu üsyanın səbəbi jirondistlər və montanyarlar arasında mübarizənin qızışması idi. Beləki, jirondistlər Lyonda hakimiyyətə gəlir və Respublikaya olan bağlılıqlarını bildirirlər, lakin Parisdə olan yakobinlər və montanyarlar onlara qarşı çıxırlar.
İqtisadi böhranla üzləşən bir şəhər
1789-cu ildə Lyon əhalisinin sayının 100.000 keçməsinə görə Parisdən sonra Fransadakı ən böyük şəhər idi. Şəhər bankçılıq, ticarət və istehsal üçün regional bir mərkəz olmuşdu. Məşğulluq baxımından onun aparıcı sənayesi ipək toxuculuğu idi, beləki əhalinin üçdə bir hissəsi bu fəaliyyətlə məşğul idi. 1789-cu ildə ipək toxuculuğu bütün Fransanı iqtisadiyyatını əhatə edən böyük iqtisadi böhranda idi. Bu şəhər ingilis yazar Artur Yunq tərəfindən ziyarət edilir və o qeyd edirdi:
"Bu şəhərdə 20000 nəfərin ac yaşadıqlarına və sadəcə edilən xeyriyyə məqsədli köməklər nəticəsində sağ qaldıqlarına inanıram. |
Vergi üsyanları 1789-cu ilin iyununda və 1790-cı ilin iyulunda baş verir. Xalq ümid edirdiki, Silklər Məclisinin 1789-cu ildəki toplantısından sonra ticarət oliqarxlarının vergi imtiyazları aradan qaldırılacaq, amma bunun əksinə olaraq oktrua vergisi vasitəsilə əsas yük yenə də aşağı təbəqənin üzərinə düşürdü. Bununla birliktə, seçkilər oktruanı dəstəkləyən yerli hökuməti dəstəklədi və bu da üsyanların başlamasına səbəb oldu. Vergi məsələsindəki qarşılıqlı anlaşılmazlığın davam etməsi problemi müşayiət edən yeni həyəcanlanmalara səbəb oldu, Lyonun ən varlı bir neçə insanının evlərinin axtarılması və ağır vergi şərtlərinin davam etməsi üsyanlara gətirib çıxartdı.
Bu sosial münaqişələr Jak İmbert-Kolomenin rəhbərliyi altındakı keçmiş royalist elit təbəqəni siyasətçi Jan Mari Rolan rəhbərliyindəki yerli sənayeçiləri əhatə edən inqilabçı vətənpərvərlərlə üz-üzə qoydu. Sosial miqyasda dəyişiklik etmək üçün, kiçik miqyaslı iş yerləri ən az maaş alan işçilərinin həyat şəraitlərini çətinləşdirən vergilərə qarşı idilər və beləliklə işçilər özlərini onların mənafelərini qoruyan müdirlərinə daha yaxın hiss edirdilər.
1790–1793-cü illər müxalifəti
1790-cı il sentyabr ayı ərəfəsində şəhərin işçi sinfi aktivistləri "Konstitusiyanın dostları birliyi" adlanan 32 təşkilat yaratdılar. Onlar "İnqilab dostlarının birliyi" kimi burjua inqilabçı birliklərinə qarşı idilər. "İnqilab dostlarının birliyi"nin üzvləri "aktiv vətəndaşlar", "Konstitusiyanın dostları birliyi"nin üzvləri isə "Konstitusiyanın dostları" adlanırdı və Yakobin klubları ilə əlaqəli idilər. Bu dövrdə "Mərkəzi Klub" adlanan bir komitə yaradılmışdı hansı ki, bütün siyasi kəsimlərdən olan şəxslər buradan toplantı nöqtəsi kimi istifadə edirdilər. "Mərkəz Klubu" əvvəllər jirondistlər tərəfindən idarə edilirdi, lakin sonralar klubun idarəsi montanyarlara keçdi.
Rona və Luara bölgəsinin rəhbərliyi konstitusiyalı kral tərəfdarlarının hakimiyyəti altında idi. Jirondist Vitet Lyon şəhərinin bələdiyyə rəhbəri seçildi. Montanyarların rəhbərlik etdiyi "Mərkəzi Klub" yerli hökumət tərəfindən atılan addımlara ciddi şəkildə qarşı çıxdı.
1792-ci ilin yazında "İnqilabçı könüllülər birliyi" Marseldən Parisə getdilər və bu da Lyondakı ruh halını daha da radikallaşdırdı. Yerli istehsalçı olan Rolandın Parisdə Daxili İşlər Naziri kimi fəaliyyət göstərdiyi dövrdə səkkiz zabit və dörd rahib öldürülür.
1792-ci ildə Vitet Milli Konventə seçilir və onun yerinə Lyon bələdiyyəsinə göndərilir. İqtisadi durğunluqla qarşı-qarşıya qalan məclis xalqdan hər kəsin öz sərvətinə uyğun şəkildə ümumi olaraq 3 milyon frank şəklində kredit istədi. Bu burjuaziyanı qəzəbləndirsədə kral tərəfdarları buna razı oldular.
Şalierin "Mərkəzi klubu" 1793-cü ilin fevralında İnqilab Məhkəməsinin yaradılmasına çağırışlara başladı. Bələdiyyə başçısı bu fikri dəstəkləmədi və ordunu səfərbər etdi və beləliklə məşhur bir üsyanın yaranmasına səbəb oldu. Daha çox zaman keçdikcə üst və alt sinif arasında düşmənçilik daha da artdı. Bundan sonra Şalier fanatik olaraq tanınmağa və yuxarı siniflərə qarşı çox radikal siyasətə malik olmağa başladı. Onun ən məşhur ifadəsi "aristokrat, mülayim və kral tərəfdarı ifadələrinin işlənildiyi hər şeyi dağıda bilərəm"dir. Jozef Şalierin həddən artıq radikalizmi və Lyon şəhərinin qarışıq siyasi vəziyyəti yakobinlərin burada gücə malik olmasına mane olurdu. Böhrandan qurtulmaq üçün bələdiyyə başçısı Şol istefa etti və yenidən seçildi. Bundan əlavə Şalierin müttəfiqləri və ona qarşı olanlar "Mərkəz klubu"na müxalif olan "Xalqlar Birliyi"ni yaratdılar. Bələdiyyə başçısı Şol yenidən istefa etdi və onun yerinə seçkilərdə Şalierin müttəfiqi olan qalib gələn Emmanuel Jiliber seçildi. Lakin Dumurenin xəyanəti barədə xəbərlər yayıldıqdan sonra Jiliber vəzifəsini davam etdirə bilmədi və onun yerinə 1793-cü il 9 martda Bertrand seçildi. Bu şəhər zalının Çarlinin fraksiyası tərəfindən idarə edildiyi 80 günlük müddəti başlatdı. 1793-cü il martın 14-də bələdiyyəyə aid çörəkçinin yaradılması radikal tədbirlərinin genişlənməsinə şərait yaratdı. Burada satılan mallara vergi qoyuldu və işçi kimi könüllü əməyindən istifadə edilməyə başlanıldı. 1793-cü il 8 apreldə 7 nəfərdən ibarət Lion İctimai Təhlükəsizlik Komitəsi yaradıldı. İnqilabi yolda irəliləməyə davam etmək istəyən "Mərkəzi Klub" may 4-də gilyotinin qalıcı olması və "İnqilabi Məhkəmənin" yaradılması barədə yenidən təklif verdi. Onlar həmçinin sabitliyi qorumaq üçün yaradılmış Milli Qvardiyanın yerinə İnqilabi Müşahidə Komitəsi və İnqilabi Ordu Komitəsinin yaradılması ilə bağlı çağırış etdilər və zənginlərdən məcburi pul toplamağa başladılar. Bir neçə gün sonra 1793-cü il 14 mayda bələdiyyə məclisi zənginlərdən yığılacaq pullar vasitəsilə İnqilabi Ordunun və 6 milyon franklıq fondun yaradılması ilə bağlı səs vermə keçirtdi.
Həm də şöbə, rayon və kommuna üzvlərinin yığıncaqlara qatılmaları ilə bağlı hər gün iclas keçirirdilər. Bu son tədbir bir qarşı hücuma səbəb oldu. Nəticədə bu görüşlərdə iştirak edən əksəriyyət 14 may bələdiyyə qanununa qarşı çıxdı. Bu vaxt Parisdə jirondist Şasset, inqilabi hökuməti bölgələrdə yaradılan qeyri-adi məhkəmələrdən qaynaqlanan qanunların ləğv edilməsinə razı sala bildi. Lyonda yaşanan hadisələr Albitt, Dubua Kranse, Qotie və Nioşe kimi dörd millət vəkilini bura göndərən milli hökuməti çox həyəcanlandırırdı. Beləliklə onların bütün şübhələri öz təsdiqini tapdı və 14 may qanunu səs vermə nəticəsində qüvvədən endirildi.
Şalierin məğlubiyyəti
Mayın 29-da Arsenal binasında toplaşan fərqli qruplar ordu tərəfindən zəif mühafizə olunan radikal bələdiyyə idarəçiliyini dəyişmək qərarına gəldilər. Milli hökumətin iki nümayəndələri Qotie və Nioşe gəldilər və mühafizə edildilər. Gecə boyunca Şalierin partizanları həbs edildi və onun yerinə rəhbərliyə müvəqqəti olaraq Benami adlı biri gətirildi. Ertəsi gün Koindr adında bir adam bələdiyyə başçısı oldu və hakim Amper Jozef Şalier və onun yoldaşlarının mühakimə olunmasına dair təlimat aldı.
Bu vaxt paytaxtda hadisələr sürətlə irəliləyirdi. 1793-cü il 31 may — 2 iyun hadisələri Parisdəki ekstremistlərin təzyiqi ilə jirondistlərin hökumətdən çıxarılmaları ilə nəticələndi. Yeni ekstremist milli hökumət Liondakı hadisələri mərkəzi hökuməti təhdid edən daha geniş yayılmış jirondist üsyanının bir hissəsi kimi gördü. 1793-cü ildə Lion bələdiyyə rəhbərlərinin Fransanın cənubundakı Marsel, Bordo və Nim kimi "üsyankar şəhərlər"lə əlaqə qurmaları bu narahatlıqlara əsaslı səbəb oldu. Lion nümayəndələri Milli Konventin Parisdə baş tutacaq iclasına alternativ olaraq potensial bölücü bələdiyyələri və bölgə rəhbərlərini Burjda toplantı keçirməyə razı saldı. Bələdiyyə Presi qrafının rəhbərliyi altındakı kral tərəfdarlarından, Klermon-Tonner qrafı olan Stanislas rəhbərliyindəki aristokratlardan, Virieu qrafı və de Melon rəhbərliyindəki əskərlərdən formalaşan on minlik bir orduya sahib oldu.
Milli Konvent Lion rəhbərliyi ilə razılığa gəlmək üçün Robert Lindeti göndərdi, lakin o Arsenal binasında Lion rəhbərliyinin razılığa gəlməyəcəyini anladı. 1793-cü il 30 iyunda yaxın bölgələrdən göndərilən nümayəndələr "Rona və Luara bölgəsinin ictimai təhlükəsizliyini təmin etmək üçün Respublika Xalq Komissiyası"nı yaratdılar. Milli Konvent 1793-cü ilin 12 – 14 iyulunda onun qəbul etdiyi qanunlara qarşı olan Lion hökuməti barədə bir sıra qərarlar qəbul etdi. Birottonu qanundan kənar elan etdilər, Lion rəhbərliyini vəzifələrindən kənarlaşdırdılar, əmlaklarını müsadirə etdilər və İnqilabi Alp ordusuna Lionda respublika qanunlarını bərqərar etməyi tapşırdılar.
1793-cü il iyulun 16-da Şalier haqqında ölüm hökmü verildi. Ertəsi gün o gilyotin vasitəsilə edam edildi, bundan sonra 1793-cü ilin mayında Kommuna qoşunlarına rəhbərlik edən Ryard Şalierin Higgins adlı partizanı tərəfindən həbsxanada öldürüldü və yerli montanyar liderlərindən biri küçədə sui-qəsd vasitəsilə öldürüldü. Eyni zamanda şəhər rəhbərliyi içərisində orta respublikaçılar getdikcə royalistlər (kral tərəfdarları) tərəfindən əvəzləndilər.
Lionun mühasirəsi
Kellerman rəhbərliyindəki Alp ordusu Lion rəhbərliyinin yenidən qurulması ilə bağlı əmr aldığı vaxtda Savoyada Pyemontlara qarşı mübarizə aparırdı, lakin yeni vəzifəsini yerinə yetirməsi sadəcə bir aydan 1793-cü ilin avqustun 10-dan sonra başladı. İki gün sonra üsyançı dəstələr iki hissəyə ayrıldılar: bunlardan biri çayın qərbində yerləşən və mərkəzi Feurs olan Luar dəstəsi, ikincisi isə şərqdə yeləşən Rona dəstəsi idi. Bir həftə sonra 21 avqustda Paris hökuməti İctimai Təhlükəsizlik Komitəsinin üzvü və Robespyerin yaxın dostu olan rəhbərliyi altında xüsusi bir dəstəni Liona göndərdi. Ertəsi gün inqilabi ordu bombardmana başladı. Sentyabrda Lion mühasirəyə alındı və 1793-cü ilin 29 sentyabrında şəhərin cənub-qərb tərəfində məhv edildi.
Oktyabrın 3-də Kuton Lion əhalisini təslim olmağa çağırdı və oktyabrın 7-ə qədər atəşkəs imzalandı. Şəhəri idarə edən insanlar müəyyən danışıqlar nəticəsində, Presi müxalifətinin fikirlərinə önəm verməyərək hökumətlə razılığa gəldilər. Eyni zamanda, müdafiə olunanların Saint-İrene və Saint-Just qalaları məğlub edildi.
Ertəsi gün səhər saatlarında Presi Lyonun şimal-qərbindəki Vaise adlı bölgədən qaçdı və İsveçrəyə sığındı. Şəhərin mülki rəhbərləri günorta saatlarında hökumət nümayəndələrinə təslim oldular.
11 oktyabrda hökumət nümayəndələri şəhər divarlarının məhv edilməsi barədə qərar qəbul etdilər. Hökumətin idarə heyətində yer alan Barer Lion şəhərinin adının dəyişdirilib Ville-Affranchie (Azad edilmiş şəhər) qoyulması və şəhərin keçmiş strukturunun ləğv edilməsi barədə qərar ilə çıxış etdi. Zənginlərin bütün mülkləri dağıdılacaqdı, sadəcə olaraq yoxsulların evlərinə, sürgünə göndərilmiş vətənpərvərlərin evlərinə, sənaye müəssisələrinə və abidələrə toxunulmayacaqdı. Lionun qalıqları üzərində şəhərdəki etdiyi günahları və royalistlər tərəfindən verilən cəzaları özündə əks etdirən bir sütun asılacaqdı və burada: "Lion azadlığa qarşı müharibə apardı, Lion artıq yoxdur!" yazılacaqdı. Dağıdılması nəzərdə tutulan 600 evdən sadəcə 50-si həqiqətən məhv edilmişdi.
Repressiya
Hökumət nümayəndələri sürətli şəkildə hərəkət edərək, 9 oktyabrda silahlı əhalinin mühakimə edilməsi üçü "Hərbi Komissiya" və digər əhalinin mühakimə edilməsi üçün "Xalqların Ədalət Komissiyası"nı yaratdılar. Üç gün sonra Milli Konvent "cinayətkar əks-inqilabçılar"a sürətli hərbi cəza verməsi üçün 5 nəfərdən ibarət "Fövqəladə Komissiya" yaradılması barədə qərar qəbul edir.
Hərbi Komissiya 11 oktyabrda fəaliyyətə başladı və üsyançıların rəhbəri Presiyə xidmət edən 106 nəfərin edam edilməsi ilə bağlı qərar qəbul etdi. "Xalqların Ədalət Liqası" nisbətən yavaş fəaliyyət göstərərək, fəaliyyətinə 21 oktyabrda başladı və may ayında aralarında Şalierin yerinə gələn Benami, Koindr və hakim Amperin də yer aldıqları 79 nəfərin gilyotin vasitəsilə edamı barəsində qərar verdi. Hər iki komissiya da dekabrın 9-da ortadan qaldırıldı və mərkəzləşdirilmiş cəzalandırma tədbirləri "Fövqəladə Komissiya"ya tapşırıldı.
Fövqəladə Komissiya 1793-cü ilin 30 noyabrından 1794-cü ilin 6 aprelinə qədər fəaliyyət göstərdi. Bu komissiyaya General Paren rəhbərlik edirdi və əvvəlki komissiyaların həyata keçirdiyi kimi həm kütləvi güllələnmə, həm də gilyotin vasitəsilə edam üsullarından istifadə edirdi. Dekabrın 4-də 60 nəfər, növbəti günlərdə isə 208 və ya 209 nəfər top atəşi vasitəsilə edam edilir. Komissiya tərəfindən həyata keçirilən cinayətlər La-Part Dieu taxıl anbarı yaxınlığındakı Brotto adlanan yerdə baş vermişdir. Lakin, 17 dekabr 1793-cü ildə bu edam metodunun istifadə edilməsi dayandırıldı.
Bu qətliamlardan həm Komissiya rəhbəri Paren, həm də Milli Konvent tərəfindən göndərilən hökumət nümayəndələri olan Jozef Fuşe və Jan Mari Kollot-Derbua cavabdeh bilindilər. Komissiyanın qurbanları şəhərin ali təbəqəsindən idilər. Bunlara keçmiş rəhbər Debrost, İnqilabi Qurucu Məclisin keçmiş üzvü Merle, memar Morand, Şalieri edam edən cəllad, Kanon Roland, Hotel — Dieunun baş cərrahı Pier Buşe, jirondistlər, rahiblər və digər dini qrupların nümayəndələri, tacirlər, istehsalçılar və aristokratlar da daxil idi. Bu siyahıda həmçinin Liona Feurs, Monbrizon, Sent-Etyen və digər qonşu olan bölgələrdən Luar, Ain, Saon və Luar, İzer və Alye şəhərlərindən göndərilən şəxslər də daxildir. Edamların bu şəkildə gerçəkləşdirilməsi hadisələrin obyektiv qiymətləndirilməsində çətinlik yaradır. Komissiyanın 1794-cü il 6 aprildə etdiyi çıxışa əsasən 1684 ölüm əmri və 162 həbs edilmə əmri verilmişdir, lakin bunlardan 1682 nəfərin bəraət qazandığını bildirmişdir.
Nəticə
Üsyanın nəticələri üç formada üzə çıxdı: ipək ticarəti çox zəiflədi, əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşdü və Lion əhalisi ilə Milli Konvent arasında olan münasibətlər pisləşdi.
Ən çox diqqəti çəkən ipək ticarətinin zəifləməsi idi. Üsyandan öncə Lion Fransanın ən böyük sənaye inqilab şəhərlərindən biri idi. Üsyandan sonra Lion aparıcı sənaye şəhərlərindən biri olaraq qalsa da, şəhərin ipək sənayesi çox böyük zərər görmüşdü, beləki yerli müsəssisələr yenidən inşa edilməli idi. İpək sənayesindəki bu zəiflik normal sənaye qurulmazdan öncə illərlə davam etmişdi. Üsyandan sonra yaranan problemlərdən biri də əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi oldu. İpək sənayesində əmək qabiliyyətinin aşağı düşməsi də yaşayış səviyyəsinin aşağı düşməsində rol oynadı. Baş verən sənayeləşmə ilə artıq hər kəs ipək sənayesində fəaliyyət göstərə biləcək hala gəlmişdi. Bəzi yerlərdə əmək haqqının azalması ictimai ədalətsizlik kimi qəbul edilirdi. Lionda ipək sənayesi yenidən qurulduğunda, mərkəzləşdirilmiş sənaye istehsalına və ənənəvi sənətkarlıq sisteminə daha az diqqət verilmişdi.
Nəhayət üsyan ipək sənayesinin zəifləməsi ilə yanaşı Lion xalqı və Parisin radikal hökuməti arasında qalıcı bir fəsad yaratmışdı.Parisə qarşı olan bu hiddət və nifrət Lionda üsyanın yatırılması zamanı istifadə edilən həddən artıq vasitələrdən qaynaqlanırdı. Lionda başqa heç bir üsyan cəhdi olmadığı halda Paris hökumətində Lion xalqına qarşı, xüsusilə də üsyançıların ailələrinə qarşı bir inamsızlıq var idi. Hələ üsyandanöncə Lion əhalisində formalaşan anti-Paris düşüncəsi üsyanın belə qəddarlıqla yatırılmasından sonra daha da böyüdü və beləliklə Lion əhalisi Paris hökumətini radikal hökumət kimi qəbul etməyə başladı. Lion əhalisinin az bir hissəsi üsyandan sonra şəhərdən uzaqlaşır və onlar da buna səbəb kimi şəhərin dağıntılara məruz qalmasını göstərirlər.Liondan uzaqlaşanlar Marsel və Parisdəndə uzaqlara gedirdilər.
İnqilabi müdaxilə yeni respublika və onun siyasətinə olan inamı artırmağın bir yolu olaraq düşünülsə də, üsyanın şiddətlə yatırılması vastisəsilə sadəcə müəyyən qütbləşmiş çevrələr yarada bildi. Üsyanın yatırılması müxalif düşüncələrə son vermədi, əksinə bu düşüncələri gücləndirdi və respublika əleyhinə olan insanların sayını artırdı. 1794-cü ilin dekabrında Lionda təxminən 2000 nəfər edam edilmişdi. Lion rəhbərliyi siyasi cəhətdən Parislə barışmaq üçün onlara xalq tərəfindən seçilən nümayəndələr vasitəsilə bir təklif göndərmişdilər. Bununla bərabər Jan Mari Kollot bu barışığa mane olmaq üçün Parisə getdi, lakin təklif İctima Təhlükəsizlik Komitəsinə bildirildikdə, Kollot və digər komitə üzvləri bu təklifə qarşı heç bir fəaliyyət göstərmədilər.
Xatirə
Parenin qurbanlarının bir siyahısını Komissiya kütləvi qətllərin həyata keçirildiyi Penitansın Kartusial məbədində saxlayır. Bu siyahı komissiyanın şəxsi siyahısı hesabına yaradılıb. 1793-cü ilin dekabrın 3-də edam edilən 209 lionlunun sümükləri Burbon restavrasiyasından sonra da elə edam edildiklər Brottodakı məbəddə saxlanılmışdır. 1989-cu ildə Fransada Böyük Fransa İnqilabının 200 illik xatirəsini qeyd edərkən Lion 89 və Lion 93 adlanan iki qrup insan Lion üsyanının yatırılması zamanı həlak olan insanları yad etdilər.
Lion müsadirəsi bir neçə mahnının mövzusu olmuşdur.
Əsas mənbə
- Albert Soboul, Dictionnaire historique de la Révolution française, Quadrige/PUF, 1989, p. 688–696, entrée " Lyon " de Jean-René Suratteau
- Edmonds, W. D. Jacobinism and the Revolt of Lyon, 1789–1793. Oxford: Clarendon, 1990. Print.
- Kafker et al. The French Revolution: Conflicting Interpretations. Malabar, Florida: Krieger Publishing Company, 2002. Print.
- Palmer, R. R. Twelve Who Ruled: The Year of the Terror in the French Revolution. New Jersey: Princeton UP, 2005. Print.
İstinadlar
- Jean-René Suratteau, « Lyon », in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 689.
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 689–690.
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690.
- Baron Thugut and Austria's Response to the French Revolution"FRUSTRATIONS, 1795". 1987
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 690–691.
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 691.
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française,2005, s. 693.
- Louis-Auguste Rougier (1839). Eloge historique de Claude-Antoine Bouchet, ancien chirurgien-major de l'Hôtel-Dieu de Lyon: lu à la Société de médecine de Lyon, le 30 décembre 1839, par… Rougier 2022-04-07 at the Wayback Machine. Impr. Louis Perrin. Retrieved 22 April 2013.
- The date is sometimes shown according to the revolutionary calendar, as 17 Germinal
- Jean-René Suratteau, " Lyon ", in Albert Soboul, Dictionnaire historique de la Révolution française, 2005, s. 693–694.
- William Sewell. Work and revolution in France: The language of labor from the Old Regime to 1848, 1980, s.156–161.
- Thomas Chantal and David F. Bell. Terror in Lyon, 1998.
- Robert Palmer. "Chapter VII Doom at Lyons." Twelve Who Ruled: The Year of the Terror in the French Revolution, 2005, s. 153–176.
- Richard Cobb. Reactions to the French Revolution, 1972. s. 52.
- Bruno Benoit, L'identité politique de Lyon, entre violences collectives et mémoire des élites (1786–1905), Paris, L'Harmattan, 1999, 239 pages, introduction de Maurice Garden, s. 14
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Lyon usyani fr Soulevement de Lyon contre la Convention nationale 1793 cu ilin iyunundan noyabrina qeder davam etmisdir Bu usyanin sebebi jirondistler ve montanyarlar arasinda mubarizenin qizismasi idi Beleki jirondistler Lyonda hakimiyyete gelir ve Respublikaya olan bagliliqlarini bildirirler lakin Parisde olan yakobinler ve montanyarlar onlara qarsi cixirlar Iqtisadi bohranla uzlesen bir seher1789 cu ilde Lyon ehalisinin sayinin 100 000 kecmesine gore Parisden sonra Fransadaki en boyuk seher idi Seher bankciliq ticaret ve istehsal ucun regional bir merkez olmusdu Mesgulluq baximindan onun aparici senayesi ipek toxuculugu idi beleki ehalinin ucde bir hissesi bu fealiyyetle mesgul idi 1789 cu ilde ipek toxuculugu butun Fransani iqtisadiyyatini ehate eden boyuk iqtisadi bohranda idi Bu seher ingilis yazar Artur Yunq terefinden ziyaret edilir ve o qeyd edirdi Bu seherde 20000 neferin ac yasadiqlarina ve sadece edilen xeyriyye meqsedli komekler neticesinde sag qaldiqlarina inaniram Vergi usyanlari 1789 cu ilin iyununda ve 1790 ci ilin iyulunda bas verir Xalq umid edirdiki Silkler Meclisinin 1789 cu ildeki toplantisindan sonra ticaret oliqarxlarinin vergi imtiyazlari aradan qaldirilacaq amma bunun eksine olaraq oktrua vergisi vasitesile esas yuk yene de asagi tebeqenin uzerine dusurdu Bununla birlikte seckiler oktruani destekleyen yerli hokumeti destekledi ve bu da usyanlarin baslamasina sebeb oldu Vergi meselesindeki qarsiliqli anlasilmazligin davam etmesi problemi musayiet eden yeni heyecanlanmalara sebeb oldu Lyonun en varli bir nece insaninin evlerinin axtarilmasi ve agir vergi sertlerinin davam etmesi usyanlara getirib cixartdi Bu sosial munaqiseler Jak Imbert Kolomenin rehberliyi altindaki kecmis royalist elit tebeqeni siyasetci Jan Mari Rolan rehberliyindeki yerli senayecileri ehate eden inqilabci vetenperverlerle uz uze qoydu Sosial miqyasda deyisiklik etmek ucun kicik miqyasli is yerleri en az maas alan iscilerinin heyat seraitlerini cetinlesdiren vergilere qarsi idiler ve belelikle isciler ozlerini onlarin menafelerini qoruyan mudirlerine daha yaxin hiss edirdiler 1790 1793 cu iller muxalifetiLui Fransua Perrin de Presi Lion usyancilarinin rehberi Resm Jan Jozef Dassi terefinden cekilmisdir 1790 ci il sentyabr ayi erefesinde seherin isci sinfi aktivistleri Konstitusiyanin dostlari birliyi adlanan 32 teskilat yaratdilar Onlar Inqilab dostlarinin birliyi kimi burjua inqilabci birliklerine qarsi idiler Inqilab dostlarinin birliyi nin uzvleri aktiv vetendaslar Konstitusiyanin dostlari birliyi nin uzvleri ise Konstitusiyanin dostlari adlanirdi ve Yakobin klublari ile elaqeli idiler Bu dovrde Merkezi Klub adlanan bir komite yaradilmisdi hansi ki butun siyasi kesimlerden olan sexsler buradan toplanti noqtesi kimi istifade edirdiler Merkez Klubu evveller jirondistler terefinden idare edilirdi lakin sonralar klubun idaresi montanyarlara kecdi Rona ve Luara bolgesinin rehberliyi konstitusiyali kral terefdarlarinin hakimiyyeti altinda idi Jirondist Vitet Lyon seherinin belediyye rehberi secildi Montanyarlarin rehberlik etdiyi Merkezi Klub yerli hokumet terefinden atilan addimlara ciddi sekilde qarsi cixdi 1792 ci ilin yazinda Inqilabci konulluler birliyi Marselden Parise getdiler ve bu da Lyondaki ruh halini daha da radikallasdirdi Yerli istehsalci olan Rolandin Parisde Daxili Isler Naziri kimi fealiyyet gosterdiyi dovrde sekkiz zabit ve dord rahib oldurulur 1792 ci ilde Vitet Milli Konvente secilir ve onun yerine Lyon belediyyesine gonderilir Iqtisadi durgunluqla qarsi qarsiya qalan meclis xalqdan her kesin oz servetine uygun sekilde umumi olaraq 3 milyon frank seklinde kredit istedi Bu burjuaziyani qezeblendirsede kral terefdarlari buna razi oldular Salierin Merkezi klubu 1793 cu ilin fevralinda Inqilab Mehkemesinin yaradilmasina cagirislara basladi Belediyye bascisi bu fikri desteklemedi ve ordunu seferber etdi ve belelikle meshur bir usyanin yaranmasina sebeb oldu Daha cox zaman kecdikce ust ve alt sinif arasinda dusmencilik daha da artdi Bundan sonra Salier fanatik olaraq taninmaga ve yuxari siniflere qarsi cox radikal siyasete malik olmaga basladi Onun en meshur ifadesi aristokrat mulayim ve kral terefdari ifadelerinin islenildiyi her seyi dagida bilerem dir Jozef Salierin hedden artiq radikalizmi ve Lyon seherinin qarisiq siyasi veziyyeti yakobinlerin burada guce malik olmasina mane olurdu Bohrandan qurtulmaq ucun belediyye bascisi Sol istefa etti ve yeniden secildi Bundan elave Salierin muttefiqleri ve ona qarsi olanlar Merkez klubu na muxalif olan Xalqlar Birliyi ni yaratdilar Belediyye bascisi Sol yeniden istefa etdi ve onun yerine seckilerde Salierin muttefiqi olan qalib gelen Emmanuel Jiliber secildi Lakin Dumurenin xeyaneti barede xeberler yayildiqdan sonra Jiliber vezifesini davam etdire bilmedi ve onun yerine 1793 cu il 9 martda Bertrand secildi Bu seher zalinin Carlinin fraksiyasi terefinden idare edildiyi 80 gunluk muddeti baslatdi 1793 cu il martin 14 de belediyyeye aid corekcinin yaradilmasi radikal tedbirlerinin genislenmesine serait yaratdi Burada satilan mallara vergi qoyuldu ve isci kimi konullu emeyinden istifade edilmeye baslanildi 1793 cu il 8 aprelde 7 neferden ibaret Lion Ictimai Tehlukesizlik Komitesi yaradildi Inqilabi yolda irelilemeye davam etmek isteyen Merkezi Klub may 4 de gilyotinin qalici olmasi ve Inqilabi Mehkemenin yaradilmasi barede yeniden teklif verdi Onlar hemcinin sabitliyi qorumaq ucun yaradilmis Milli Qvardiyanin yerine Inqilabi Musahide Komitesi ve Inqilabi Ordu Komitesinin yaradilmasi ile bagli cagiris etdiler ve zenginlerden mecburi pul toplamaga basladilar Bir nece gun sonra 1793 cu il 14 mayda belediyye meclisi zenginlerden yigilacaq pullar vasitesile Inqilabi Ordunun ve 6 milyon frankliq fondun yaradilmasi ile bagli ses verme kecirtdi Hem de sobe rayon ve kommuna uzvlerinin yigincaqlara qatilmalari ile bagli her gun iclas kecirirdiler Bu son tedbir bir qarsi hucuma sebeb oldu Neticede bu goruslerde istirak eden ekseriyyet 14 may belediyye qanununa qarsi cixdi Bu vaxt Parisde jirondist Sasset inqilabi hokumeti bolgelerde yaradilan qeyri adi mehkemelerden qaynaqlanan qanunlarin legv edilmesine razi sala bildi Lyonda yasanan hadiseler Albitt Dubua Kranse Qotie ve Niose kimi dord millet vekilini bura gonderen milli hokumeti cox heyecanlandirirdi Belelikle onlarin butun subheleri oz tesdiqini tapdi ve 14 may qanunu ses verme neticesinde quvveden endirildi Salierin meglubiyyetiMayin 29 da Arsenal binasinda toplasan ferqli qruplar ordu terefinden zeif muhafize olunan radikal belediyye idareciliyini deyismek qerarina geldiler Milli hokumetin iki numayendeleri Qotie ve Niose geldiler ve muhafize edildiler Gece boyunca Salierin partizanlari hebs edildi ve onun yerine rehberliye muveqqeti olaraq Benami adli biri getirildi Ertesi gun Koindr adinda bir adam belediyye bascisi oldu ve hakim Amper Jozef Salier ve onun yoldaslarinin muhakime olunmasina dair telimat aldi Bu vaxt paytaxtda hadiseler suretle irelileyirdi 1793 cu il 31 may 2 iyun hadiseleri Parisdeki ekstremistlerin tezyiqi ile jirondistlerin hokumetden cixarilmalari ile neticelendi Yeni ekstremist milli hokumet Liondaki hadiseleri merkezi hokumeti tehdid eden daha genis yayilmis jirondist usyaninin bir hissesi kimi gordu 1793 cu ilde Lion belediyye rehberlerinin Fransanin cenubundaki Marsel Bordo ve Nim kimi usyankar seherler le elaqe qurmalari bu narahatliqlara esasli sebeb oldu Lion numayendeleri Milli Konventin Parisde bas tutacaq iclasina alternativ olaraq potensial bolucu belediyyeleri ve bolge rehberlerini Burjda toplanti kecirmeye razi saldi Belediyye Presi qrafinin rehberliyi altindaki kral terefdarlarindan Klermon Tonner qrafi olan Stanislas rehberliyindeki aristokratlardan Virieu qrafi ve de Melon rehberliyindeki eskerlerden formalasan on minlik bir orduya sahib oldu Milli Konvent Lion rehberliyi ile raziliga gelmek ucun Robert Lindeti gonderdi lakin o Arsenal binasinda Lion rehberliyinin raziliga gelmeyeceyini anladi 1793 cu il 30 iyunda yaxin bolgelerden gonderilen numayendeler Rona ve Luara bolgesinin ictimai tehlukesizliyini temin etmek ucun Respublika Xalq Komissiyasi ni yaratdilar Milli Konvent 1793 cu ilin 12 14 iyulunda onun qebul etdiyi qanunlara qarsi olan Lion hokumeti barede bir sira qerarlar qebul etdi Birottonu qanundan kenar elan etdiler Lion rehberliyini vezifelerinden kenarlasdirdilar emlaklarini musadire etdiler ve Inqilabi Alp ordusuna Lionda respublika qanunlarini berqerar etmeyi tapsirdilar 1793 cu il iyulun 16 da Salier haqqinda olum hokmu verildi Ertesi gun o gilyotin vasitesile edam edildi bundan sonra 1793 cu ilin mayinda Kommuna qosunlarina rehberlik eden Ryard Salierin Higgins adli partizani terefinden hebsxanada olduruldu ve yerli montanyar liderlerinden biri kucede sui qesd vasitesile olduruldu Eyni zamanda seher rehberliyi icerisinde orta respublikacilar getdikce royalistler kral terefdarlari terefinden evezlendiler Lionun muhasiresiLionun muhasiresi Kellerman rehberliyindeki Alp ordusu Lion rehberliyinin yeniden qurulmasi ile bagli emr aldigi vaxtda Savoyada Pyemontlara qarsi mubarize aparirdi lakin yeni vezifesini yerine yetirmesi sadece bir aydan 1793 cu ilin avqustun 10 dan sonra basladi Iki gun sonra usyanci desteler iki hisseye ayrildilar bunlardan biri cayin qerbinde yerlesen ve merkezi Feurs olan Luar destesi ikincisi ise serqde yelesen Rona destesi idi Bir hefte sonra 21 avqustda Paris hokumeti Ictimai Tehlukesizlik Komitesinin uzvu ve Robespyerin yaxin dostu olan rehberliyi altinda xususi bir desteni Liona gonderdi Ertesi gun inqilabi ordu bombardmana basladi Sentyabrda Lion muhasireye alindi ve 1793 cu ilin 29 sentyabrinda seherin cenub qerb terefinde mehv edildi Oktyabrin 3 de Kuton Lion ehalisini teslim olmaga cagirdi ve oktyabrin 7 e qeder ateskes imzalandi Seheri idare eden insanlar mueyyen danisiqlar neticesinde Presi muxalifetinin fikirlerine onem vermeyerek hokumetle raziliga geldiler Eyni zamanda mudafie olunanlarin Saint Irene ve Saint Just qalalari meglub edildi Ertesi gun seher saatlarinda Presi Lyonun simal qerbindeki Vaise adli bolgeden qacdi ve Isvecreye sigindi Seherin mulki rehberleri gunorta saatlarinda hokumet numayendelerine teslim oldular 11 oktyabrda hokumet numayendeleri seher divarlarinin mehv edilmesi barede qerar qebul etdiler Hokumetin idare heyetinde yer alan Barer Lion seherinin adinin deyisdirilib Ville Affranchie Azad edilmis seher qoyulmasi ve seherin kecmis strukturunun legv edilmesi barede qerar ile cixis etdi Zenginlerin butun mulkleri dagidilacaqdi sadece olaraq yoxsullarin evlerine surgune gonderilmis vetenperverlerin evlerine senaye muessiselerine ve abidelere toxunulmayacaqdi Lionun qaliqlari uzerinde seherdeki etdiyi gunahlari ve royalistler terefinden verilen cezalari ozunde eks etdiren bir sutun asilacaqdi ve burada Lion azadliga qarsi muharibe apardi Lion artiq yoxdur yazilacaqdi Dagidilmasi nezerde tutulan 600 evden sadece 50 si heqiqeten mehv edilmisdi RepressiyaJozef Fuse Hokumet numayendeleri suretli sekilde hereket ederek 9 oktyabrda silahli ehalinin muhakime edilmesi ucu Herbi Komissiya ve diger ehalinin muhakime edilmesi ucun Xalqlarin Edalet Komissiyasi ni yaratdilar Uc gun sonra Milli Konvent cinayetkar eks inqilabcilar a suretli herbi ceza vermesi ucun 5 neferden ibaret Fovqelade Komissiya yaradilmasi barede qerar qebul edir Herbi Komissiya 11 oktyabrda fealiyyete basladi ve usyancilarin rehberi Presiye xidmet eden 106 neferin edam edilmesi ile bagli qerar qebul etdi Xalqlarin Edalet Liqasi nisbeten yavas fealiyyet gostererek fealiyyetine 21 oktyabrda basladi ve may ayinda aralarinda Salierin yerine gelen Benami Koindr ve hakim Amperin de yer aldiqlari 79 neferin gilyotin vasitesile edami baresinde qerar verdi Her iki komissiya da dekabrin 9 da ortadan qaldirildi ve merkezlesdirilmis cezalandirma tedbirleri Fovqelade Komissiya ya tapsirildi Fovqelade Komissiya 1793 cu ilin 30 noyabrindan 1794 cu ilin 6 apreline qeder fealiyyet gosterdi Bu komissiyaya General Paren rehberlik edirdi ve evvelki komissiyalarin heyata kecirdiyi kimi hem kutlevi gullelenme hem de gilyotin vasitesile edam usullarindan istifade edirdi Dekabrin 4 de 60 nefer novbeti gunlerde ise 208 ve ya 209 nefer top atesi vasitesile edam edilir Komissiya terefinden heyata kecirilen cinayetler La Part Dieu taxil anbari yaxinligindaki Brotto adlanan yerde bas vermisdir Lakin 17 dekabr 1793 cu ilde bu edam metodunun istifade edilmesi dayandirildi Bu qetliamlardan hem Komissiya rehberi Paren hem de Milli Konvent terefinden gonderilen hokumet numayendeleri olan Jozef Fuse ve Jan Mari Kollot Derbua cavabdeh bilindiler Komissiyanin qurbanlari seherin ali tebeqesinden idiler Bunlara kecmis rehber Debrost Inqilabi Qurucu Meclisin kecmis uzvu Merle memar Morand Salieri edam eden cellad Kanon Roland Hotel Dieunun bas cerrahi Pier Buse jirondistler rahibler ve diger dini qruplarin numayendeleri tacirler istehsalcilar ve aristokratlar da daxil idi Bu siyahida hemcinin Liona Feurs Monbrizon Sent Etyen ve diger qonsu olan bolgelerden Luar Ain Saon ve Luar Izer ve Alye seherlerinden gonderilen sexsler de daxildir Edamlarin bu sekilde gerceklesdirilmesi hadiselerin obyektiv qiymetlendirilmesinde cetinlik yaradir Komissiyanin 1794 cu il 6 aprilde etdiyi cixisa esasen 1684 olum emri ve 162 hebs edilme emri verilmisdir lakin bunlardan 1682 neferin beraet qazandigini bildirmisdir NeticeUsyanin neticeleri uc formada uze cixdi ipek ticareti cox zeifledi ehalinin yasayis seviyyesi xeyli asagi dusdu ve Lion ehalisi ile Milli Konvent arasinda olan munasibetler pislesdi En cox diqqeti ceken ipek ticaretinin zeiflemesi idi Usyandan once Lion Fransanin en boyuk senaye inqilab seherlerinden biri idi Usyandan sonra Lion aparici senaye seherlerinden biri olaraq qalsa da seherin ipek senayesi cox boyuk zerer gormusdu beleki yerli musessiseler yeniden insa edilmeli idi Ipek senayesindeki bu zeiflik normal senaye qurulmazdan once illerle davam etmisdi Usyandan sonra yaranan problemlerden biri de ehalinin yasayis seviyyesinin asagi dusmesi oldu Ipek senayesinde emek qabiliyyetinin asagi dusmesi de yasayis seviyyesinin asagi dusmesinde rol oynadi Bas veren senayelesme ile artiq her kes ipek senayesinde fealiyyet gostere bilecek hala gelmisdi Bezi yerlerde emek haqqinin azalmasi ictimai edaletsizlik kimi qebul edilirdi Lionda ipek senayesi yeniden quruldugunda merkezlesdirilmis senaye istehsalina ve enenevi senetkarliq sistemine daha az diqqet verilmisdi Nehayet usyan ipek senayesinin zeiflemesi ile yanasi Lion xalqi ve Parisin radikal hokumeti arasinda qalici bir fesad yaratmisdi Parise qarsi olan bu hiddet ve nifret Lionda usyanin yatirilmasi zamani istifade edilen hedden artiq vasitelerden qaynaqlanirdi Lionda basqa hec bir usyan cehdi olmadigi halda Paris hokumetinde Lion xalqina qarsi xususile de usyancilarin ailelerine qarsi bir inamsizliq var idi Hele usyandanonce Lion ehalisinde formalasan anti Paris dusuncesi usyanin bele qeddarliqla yatirilmasindan sonra daha da boyudu ve belelikle Lion ehalisi Paris hokumetini radikal hokumet kimi qebul etmeye basladi Lion ehalisinin az bir hissesi usyandan sonra seherden uzaqlasir ve onlar da buna sebeb kimi seherin dagintilara meruz qalmasini gosterirler Liondan uzaqlasanlar Marsel ve Parisdende uzaqlara gedirdiler Inqilabi mudaxile yeni respublika ve onun siyasetine olan inami artirmagin bir yolu olaraq dusunulse de usyanin siddetle yatirilmasi vastisesile sadece mueyyen qutblesmis cevreler yarada bildi Usyanin yatirilmasi muxalif dusuncelere son vermedi eksine bu dusunceleri guclendirdi ve respublika eleyhine olan insanlarin sayini artirdi 1794 cu ilin dekabrinda Lionda texminen 2000 nefer edam edilmisdi Lion rehberliyi siyasi cehetden Parisle barismaq ucun onlara xalq terefinden secilen numayendeler vasitesile bir teklif gondermisdiler Bununla beraber Jan Mari Kollot bu barisiga mane olmaq ucun Parise getdi lakin teklif Ictima Tehlukesizlik Komitesine bildirildikde Kollot ve diger komite uzvleri bu teklife qarsi hec bir fealiyyet gostermediler XatireParenin qurbanlarinin bir siyahisini Komissiya kutlevi qetllerin heyata kecirildiyi Penitansin Kartusial mebedinde saxlayir Bu siyahi komissiyanin sexsi siyahisi hesabina yaradilib 1793 cu ilin dekabrin 3 de edam edilen 209 lionlunun sumukleri Burbon restavrasiyasindan sonra da ele edam edildikler Brottodaki mebedde saxlanilmisdir 1989 cu ilde Fransada Boyuk Fransa Inqilabinin 200 illik xatiresini qeyd ederken Lion 89 ve Lion 93 adlanan iki qrup insan Lion usyaninin yatirilmasi zamani helak olan insanlari yad etdiler Lion musadiresi bir nece mahninin movzusu olmusdur Esas menbeAlbert Soboul Dictionnaire historique de la Revolution francaise Quadrige PUF 1989 p 688 696 entree Lyon de Jean Rene Suratteau Edmonds W D Jacobinism and the Revolt of Lyon 1789 1793 Oxford Clarendon 1990 Print Kafker et al The French Revolution Conflicting Interpretations Malabar Florida Krieger Publishing Company 2002 Print Palmer R R Twelve Who Ruled The Year of the Terror in the French Revolution New Jersey Princeton UP 2005 Print IstinadlarJean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 689 Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 689 690 Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 690 Baron Thugut and Austria s Response to the French Revolution FRUSTRATIONS 1795 1987 Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 690 691 Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 691 Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 693 Louis Auguste Rougier 1839 Eloge historique de Claude Antoine Bouchet ancien chirurgien major de l Hotel Dieu de Lyon lu a la Societe de medecine de Lyon le 30 decembre 1839 par Rougier 2022 04 07 at the Wayback Machine Impr Louis Perrin Retrieved 22 April 2013 The date is sometimes shown according to the revolutionary calendar as 17 Germinal Jean Rene Suratteau Lyon in Albert Soboul Dictionnaire historique de la Revolution francaise 2005 s 693 694 William Sewell Work and revolution in France The language of labor from the Old Regime to 1848 1980 s 156 161 Thomas Chantal and David F Bell Terror in Lyon 1998 Robert Palmer Chapter VII Doom at Lyons Twelve Who Ruled The Year of the Terror in the French Revolution 2005 s 153 176 Richard Cobb Reactions to the French Revolution 1972 s 52 Bruno Benoit L identite politique de Lyon entre violences collectives et memoire des elites 1786 1905 Paris L Harmattan 1999 239 pages introduction de Maurice Garden s 14